Məhkəmə qərarları › İş №1(102)-1372/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1372/2019

26.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1372/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 21 iyun 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Cavid Hüseynov) 1(011)-135/2019 nömrəli 11 aprel 2019-cu il tarixli hökmü ilə 05 avqust 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 27 noyabr 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü i lə Məhkum edilmişdir ona görə ki, o, aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, 2017-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Bakı metropoliteninin “Neftçilər” metro stansiyasının çıxışında olan "xxxx" restoranında tanışı Zərərçəkmiş şəxs gələcəkdə ailə quracaqları ilə bağlı yalandan vəd verib aldatmaqla 1.000 manat pulunu almış, 2017-ci ilin sentyabr ayında həmin ünvanda eyni vədi verib aldatmaqla vahid niyyətlə 3.000 manat pulunu almış, 2017-ci ilin sentyabr ayının ortalarında gələcəkdə ailə qurduqdan sonra “Çay evi” açaraq birgə gəlir əldə edəcəklərini yalandan vəd verib aldatmaqla Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsində yerləşən Bakı metropol iteninin “Əhmədli' metrostansiyasının çıxışında olan "xxxx" restoranında vahid niyyətlə 2500 manat pulunu almış, 2017-ci ilin sentyabr ayının sonlarında Rusiya Federasiyasından deportasiya olma təhlükəsi olan atası X3ün deportasiya məsələsini həll etməsi üçün gələcəkdə qaytaracağını yalandan vəd verib aldatmaqla vahid niyyətlə həmin ünvanda Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin günə olan valyuta məzənnəsi ilə 1.709 manat dəyərində olan 1.000 ABŞ dolları və 5000 manat pulunu almış, 2017-ci ilin oktyabr ayının ortalarında Rusiya Federasiyasından deportasiya olma təhlükəsi olan atası X3ün deportasiya məsələsini həll etməsi üçün gələcəkdə qaytaracağını yalandan vəd verib aldatmaqla vahid niyyətlə həmin ünvanda Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin günə olan valyuta məzə nnəsi ilə 1.703 manat dəyərində olan 1.000 ABŞ dolları və 5.000 manat pulunu almış, evlənəcəyi barədə yalandan vəd verib aldadaraq “xxxx” Kommersiya Bank Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş 30 oktyabr 2017-ci il tarixli qəbzə əsasən AZ32UBAZ**********0020USD001 saylı hesabdan X4 adına AZ98UBAZ**********1020USD001 saylı hesaba Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin günə olan valyuta məzənnəsi ilə 1599 manat 2 qəpik dəyərində olan 940,62 ABŞ dolları məbləğində pulunu ələ keçirmiş, eyni niyyətlə “xxxx” Kommersiya Bank ASC-dən daxil olmuş 21 noyabr 2017-ci il tarixli qəbzə əsasən AZ90UBAZ**********0020USD001 saylı hesabdan X4 adına AZ98UBAZ**********1020USD001 saylı hesaba Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin günə olan valyuta məzənnəsi ilə 510 manat dəyərində olan 3 00 ABŞ dolları məbləğində pulunu ələ keçirmiş, 2017-ci ilin noyabr ayının sonlarında gələcəkdə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kompüter operatoru vəzifəsinə işə qəbul edəcəyinə dair yalandan vəd verib aldatmaqla Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsində yerləşən Bakı metropoliteninin “Əhmədli” metrostansiyası çıxışında olan "xxxx" restoranında vahid niyyətlə 3000 manat pulunu almış, evlənəcəyi ilə bağlı yalandan vəd verib aldatmaqla “xxxx” Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş 22 may 2017-ci il tarixli çıxarışa əsasən 02 dekabr 2017-ci il tarixdən 08 yanvar 2018-ci il tarixə qədər olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə vahid niyyətlə Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin günə olan valyuta məzənnəsi ilə 3411 manat 42 qəpik dəyəri ndə olan 2.006,6 ABŞ dolları məbləğində pulunu ələ keçirmiş, ümumilikdə 2017-ci ilin sentyabr ayından 2018-ci ilin yanvar ayının əvvəlinə qədər olan müddət ərzində vahid niyyətlə 28.432,62 manat məbləğində pulunu alıb ələ keçirməklə verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Habil Məmmədov (sədrlik edən və məruzəçi), İlqar Murquzov və Həsən Əhmədovdan ibarət tərkibdə) 1(103)-705/2019 nömrəli 21 iyun 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi nin bu qərarından narazı qalan Zərərçəkmiş şəxs verdiyi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsini və Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsi ilə tövsif edilməsini, onun barəsində həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Zərərçəkmiş şəxs onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir. Onun tərəfindən ziyanın ödənilməsinə heç bir təşəbbüs göstərilməmişdir. Təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməli sübutlarla tam təsdiq olunmuşdur. Lakin məhkəmə əsassız olaraq Məhkum zərərçəkmiş şəxs X6dan aldığı pulun məbləğinin 43.607 manatdan 28.432 manata azaltmışdır. Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini tam nəzərə almamışdır. Məhkum törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə tövsif edilməli idi. Həmçinin, Məhkum təyin edilmiş cəza onun tərəfindən törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun deyildir. Məhkəmə ona yüngül cəza təyin etmişdir. Məhkum ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddənin sanksiyasında 2 ildən 5 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da və onun tərəfindən dəymiş ziyanın ödənilməsinə heç bir təşəbbüs göstərilmədiyi halda məhkəmə əsassız olaraq onu 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Məhkəmə tərəfindən Məhkum cinayət əməlinə düzgün qiymət verilməmiş və zərərçəkmiş şəxsə qarşı ədalətsizliyə yol verilmişdir. Hətta, məhkəmə bu maddə ilə cəza təyini zamanı törədilən cinayətin xarakterini, təqsirləndirilənin şəxsiyyətini, onun cinayət nəticəsində dəymiş zərərin könüllü olaraq ödəməməsini nəzərə almamışdır. Məhkum barəsində daha ciddi cəza təyin edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddə sinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili Məhkum əməlinin Azərbaycan Respublikası CMin 182.2.4-cü maddəsi ilə təqsirli bilinməsinin qanunsuz və əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsinin dispozisiyasına görə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxı n qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətləri etməsini tələb etmə başa düşülür. Təqsirləndirilən şəxs Məhkum verilmiş ittihamdan görünür ki, o Zərərçəkmiş şəxs gələcəkdə ailə quracaqları ilə bağlı yalandan vəd verib aldatmaqla onun xeyli miqdarda əmlakını ələ keçirmişdir. Belə hərəkətə yol vermiş təqsirləndirilən şəxsin əməli isə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə kimi qiymətləndirilməklə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin tərkibini yaradır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təc rübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 11 iyun 2015-ci il tarixli qərarına əsasən dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkə tlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Həmçinin Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məc əllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətlərin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. İşdən göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ittiham verilərək cinayət işi məhkəməyə göndərilmiş, məhkəmə də verilmiş ittiham üzrə işə baxaraq hökm çıxarmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmənin təqsirləndirilən şəxsə verilmiş ittihamı ağırlaşdırmaq, yəni verilmiş ittihamı CM-nin daha ağır maddəsinə tövsif etmək hüququ yoxdur. Bundan əlavə, işdən görünür ki, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya insta nsiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməlini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Kassasiya şikayətinin digər dəlili birinci instansiya məhkəməsinin cinayət qanunu normasını düzgün tətbiq etməməsi və təqsirləndirilən şəxsə cinayətin ağırlığına uyğun olmayan yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə g örə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Birinci instansiya məhkəməsinin hökmündən görünür k i, məhkəmə təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsinə cəhd etməsini cəzanı yüngülləşdirən hallar kimi və işdə cəzanı ağırlaşdıran halın olmamasını nəzərə aldığını qeyd etməklə ona iki il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Nəzərə alınsa ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəza növləri mövcuddur, Məhkum təyin edilmiş cəzanı heç də yüngül hesab etmək olmaz. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmənin Məhkum cəza təyin edərkən yuxarıda qeyd edilmiş qanun normalarını pozmasını iddia etməsi üçün heç bir qanuni əsas yoxdur. Odur ki, kassasiya şikayətinin bu barədəki d əlilləri əsaslı hesab edilə bilməz. Zərərçəkmiş şəxsin kassasiya şikayətinin digər dəlili ona vurulmuş ziyanın düzgün müəyyən edilməməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum verilmiş ittihamdan görünür ki, onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın məbləği 43607 manat 62 qəpik müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən isə görünür ki, məhkəmə zərərçəkmiş şəxsə vurulmuş ziyanın məbləğini azaldaraq həmin ziyanın 43607 manat 62 qəpik deyil, 28432 manat 62 qəpik olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə zərərçəkmiş şəxsə vurulmuş ziyanın ittiham aktında olan məbləğdən az olması barədə nəticəyə gələrkən sübutların qiymətləndirilməsi barədə qanunun tələblərinə əməl etməmişdir. Azərbaycan Respubli kası CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.1-ci maddəsinin normasına görə cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmənin nəticəyə gəlməsi üçün əsaslındığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri hökmdə göstərilməmişdir. Bundan əlavə, işdən görünür ki, birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan Zərərçəkmiş şəxs ondan apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərindən birisi kimi o, vurulmuş ziyanın ittiham aktı ilə müəyyən olunmuş məbləğdə hesablanmamasını göstərmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə zərərçəkmiş şəxsin bu dəlilini araşdırmağa səy göstərməmişdir. Apellyasiya instansiya sı məhkəməsinin qərarında apellyasiya şikayətinin bu barədəki dəlilinə münasibət bildirilərək göstərilmişdir ki, zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilmədiyindən onun şikayəti təmin edilə bilməz. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə qanunla üzərinə qoyulmuş vəzifəsini layiqincə yerinə yetirməməklə Azərbaycan Respublikası CPM-nin 397.2 və 416.0,1-ci maddələrinin tələblərini pozmuşdur. Odur ki, məhkəmə kollegiyası baxılan işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsində göstərilən pozuntulara yol verilməsi haqqında nəticəyə gəlib, mübahisləndirilən qərarın ləğv edilməsini, yuxarıda qeyd olunan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılması üçün apellyasiya baxışının təkrarən keçirilməsini zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı 21 iyun 2019-cu il tarixli qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.2, 416.0.21 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı 21 iyun 2019-cu il tarixli qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin. Zərərçəkmiş şəxs kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar