Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1372/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X10, Məhkum1, onun müdafiəçisi Müdafiəçi1, Məhkum4, onun müdafiəçisi Müdafiəçi2, Məhkum2, onun müdafiəçiləri Müdafiəçi6 və X8 iştirakları ilə, Məhku m3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 228.4-cü maddələri ilə məhkum olunması, Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunması, Məhkum1 Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə məhkum olunması, Məhkum2 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunması, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunması, Məhkum5 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunması, Məhkum4 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəf indən verilmiş kassasiya protestinə, Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum4 müdafiəçisi Müdafiəçi2, Məhkum2 müdafiəçisi Müdafiəçi6 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə və Məhkum2 müdafiəçisi X15 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X21 (sədrlik edən), X28 və X12 ibarət tərkibdə ) 06 dekabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1980-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş, ona CM-i n 221.2.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 228.4-cü maddəsi ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə Məhkum3 cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən onun 29 may 2020-ci il tarixdən 31 may 2020-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün və 29 iyun 2020-ci il tarixdən 24 oktyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 25 (iyirmi beş) gün - cəmi 3 (üç) ay 27 (iyirmi yeddi) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 2 (iki) gün hesab ı ilə hesablanmaqla 7 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində 2 (iki) il 4 (dörd) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təyin edilmiş cəza müddəti ərzində Məhkum3 üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etm əmək vəzifələri qoyulması, cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, təyin edilmiş cəzanın icrası Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. xx xxxxxx 1984-cü ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və CM-in 62-ci maddəsi tədbiq edilməklə ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası C M-in 69.3-cü maddəsinə əsasən Məhkum1 iş üzrə 26 may 2020-ci il tarixdən 06 dekabr 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 1 (bir) il 6 (altı) ay 10 (on) gün azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla cəzasını çəkib qurtarmış hesab olunmuş, Məhkum1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmişdir. xx xxxxxx 1962-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşamış Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən onun 30 i yun 2020-ci il tarixdən 23 sentyabr 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 23 (iyirmi üç) gün təyin edilmiş azadlıqdan məhrum etmə cəzası müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılmış və üzərində 2 (iki) il 9 (doqquz) ay 7 (yeddi) ğün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. CM-in 70-ci maddəsinə əsasən Məhkum4 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tədbiq edilməklə 1 (bir) il sınaq müddəti müəyyən edilmiş, sınaq müddətinin əvvli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, üzərinə sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulması, Məhkum4 davranışına nəzarət Ağcabədi Rayon İcra və Probasiya şöbəsinə həvalə olunması, barəsində se çilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. xx xxxxxx 1980-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, CM-in 62-ci maddəsi tədbiq edilməklə ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən onun 04 iyul 2020-ci il tarixdən 05 iyul 2020-ci il tarixələk həbsdə saxlanıldığı 1 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə iki gün hesabı ilə hesablanmaqla 2 (iki) gün azadlığın məhdudlaşdırılm ası cəzasına bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmış və üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təyin edilmiş cəza müddəti ərzində Məhkum2 üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qe ydiyyata alındığı vaxtdan hesablanması, ona təyin edilən cəzanın icrasının Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunması, seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə digər şəxs Məhkum5 da məhkum olunmuşdur. Həmin tarixli qərarlarla Məhkum3 əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsindən 130.1-ci maddəsinə tövsif edilmiş, Məhkum3 barəsində Azərbaycan Respublikası CM-in 130.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi) xitam verilmişdir. Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsin ə əsasən (zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi) xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X31 (sədrlik edən, məruzəçi hakim), X29 və X2 ibarət tərkibdə) 13 aprel 2022-ci il tarixli qərarı ilə Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdir. Təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi1 və təqsirləndirilən şəxs Məhkum4 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-227/2021 saylı, 06 dekabr 2021-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmişdir. Lənkə ran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-227/2021 saylı, 06 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəa hökmdən xaric edilmiş, Məhkum2 Azərbaycan Respublikası CMin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən onun 04 iyul 2020-ci il tarixdən 05 iyul 2020-ci il tarixələk həbsdə saxlanıldığı 1 (bir) gün təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılımışdır. Məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzaçəkmə müddətinin əvvəli 13 aprel 2022-ci il tarixdən hesablanması, qərarın icrasının Şirvan şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına həvalə olunması, təqsirləndirilən şəxs Məhkum2 Şirvan şəhər Polis Şöbəsi vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap edilməsi qərara alınmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-227/2021 saylı, 06 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum5 barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəa hökmdən xaric edilmişdir. Məhkum5 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən onun 30 may 2020-ci il tarixdən 28 oktyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzaçəkmə müddətinin əvvəlinin 13 aprel 2022-ci il tarixdən hesablanması, qərarın icrası Şirvan şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına həvalə olunması, təqsirləndirilən şəxs Məhkum5 Şirvan şəhər Polis Şöbəsi vasitəsi ilə Azərbay can Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap edilməsi qərara alınmışdır. Məhkum1 Azərbaycan Respublikası CM-in 130.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 1 il müddətə azadlıqan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum1 iş üzrə 26 may 2020-ci il tarixdən 06 dekabr 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 1 (bir) il 6 (altı) ay 10 (on) gün azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla cəzasını çəkib qurtarmış hesab olunmuşdur. Məhkum4 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən onun 30 iyun 2020ci il tarixdən 23 sentyabr 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzası azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 2 (iki) gün hesabı ilə hesablanmaqla 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 3 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Məhkum4 cinayət məsuliyyətindən azad edilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsa sən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-227/2021 saylı, 06 dekabr 2021-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 221.2.1 və 228.4-cü maddələri ilə verilmiş ittihama əsasən o, qanunsuz olaraq soyuq silahı əldə edərək saxlamış, bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş və qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Məhkum3 qanunsuz olaraq kustar üsulla, beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silahı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib yaşadığı ün van 5 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 08 may 2020-ci il tarixdə, saat 19:30-da həmin yaşayış ünvanına baxış keçirən zaman ona məxsus yataq otağında olan çarpayının üzərindəki döşəyin altında gizlətməklə saxladığı kustar üsulla, beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu- əzici xassəyə malik olan l(bir) ədəd soyuq silah aşkar edilərək götürülmüşdür. Bundan başqa Məhkum3 xx.xx.2020-ci il tarixdə, saat 21:40 radələrində tanışı Məhkum2 onun istifadəsində olan mobil telefona zəng edərək Ağcabədi rayonu ərazisində yerləşən “Ayılar” adlı restoranın qarşısında Məhkum4, Məhkum1 və Şahid4 Ağalar oğlu ilə arasında şəxsi münasibətlər zəmnində mübahisə etmələri, həmin şəxslərin Ağcabədi şəhəri istiqamətində hərəkətdə olmaları, mübahisəni qanundan kənar yolla həll etmək, onları cəzalandırmaq üçün qarşısını yolda kəsməsini deməsinə görə o, dostu Məhkum5 götürərək birlikdə özünə məxsus “Changan” markalı avtomobillə qısa müddət ərzində, saat 22 radələrində Ağcabədi şəhəri, S.Vurğun küçəsində yerləşən Ağcabədi rayon Qaz İstismar İdarəsinin qarşı hissəsinə gələrək avtomobil yolunda X3 olduğu Şahid6 idarə etdiyi “VAZ 2107” markalı avtomobilin qarşısını kəsib Şəmil Fərzəliyevlə mübahisə etmiş, mübahisə zamanı Rahib X1 olduğu avtomobilə yaxınlaşaraq üzərində olan açılıb-qatlanan cib bıçağı ilə Şəmil Fərzəliyevin sağ çiyin nahiyəsinə bir zərbə, sağ ayaq nahiyəsinə iki zərbə vuraraq ona sağ kürək nahiyəsində döş boşluğuna keçməyən deşilmiş-kəsilmiş yara, sol sağrıda deşilmiş-kəsilmi ş yara, sağ budda kəsilmiş yara xəsarətləri ilə müşayiət edilən dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bundan sonra Məhkum3 Şəmil Fərzəliyevi yerə yıxaraq onun sifət və bədən nahiyələrinə yumruqla vuraraq ona boynunda qançır və sağ saiddə sıyrıq xəsarətləri ilə müşayiət edilən sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, həmin vaxt Məhkum2, Məhkum1 və Məhkum4 hadisə yerinə çatmış, bu zaman Məhkum5 əlində olan açılıbqatlanan cib bıçağı ilə Məhkum1 sağ bud nahiyəsinə bir zərbə vuraraq ona sağ sağrıda bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmiş, sonra həmin bıçaqla Məhkum4 bədəninin sol tərəfindən bir zərbə vuraraq ona döş qəfəsinin sol yarısının arxa səthində döş boşluğuna keçməyən deşilmişkəsilmiş yara xəsarəti ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, Məhkum2 isə əlində olan ağac dəyənəkdən silah qismində istifadə edərək qəsdən Məhkum4 baş, çiyin və kürək nahiyələrinə zərbələr vuraraq ona başın orta təpə nahiyəsində əzilmiş yara, sağ qaş üzərində qançır, sol bazu oynağının üst səthində qançır xəsarətləri ilə müşayiət edilən sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən və sol kürək sümüyünün oynaq çıxıntısının sınığı, sol İ, İİ, İİİ qabırğa qövslərinin basılmış sını ğı xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, beləliklə, o, bir qrup şəxs halında ətrafdakı şəxslərə aşkar surətdə laqeydlik göstərib, hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, cəmiyyətə açıqca hörmətsizlik, ictimai qaydanın kobud surətdə pozulması və şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq etmişdir. Bundan başqa, Məhkum3 xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində özünə məxsus Changan markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirən zaman Ağcabədi şəhər sakinləri X32, X13, X5 və X16 onun yanma gələrək heç bir əsaslı səbəb olmada n əllərində olan beysbol idman oyununda istifadə olunan dəyənəklərlə ona məxsus Changan markalı avtomobilin bütün ön, arxa, sağ və sol yan şüşələrini, güzgülərini və digər hissələrini sındırıb əzərək onun bədəninin müxtəlif nahiyələrinə vurmaqla başın sağ orta təpə nahiyyəsində əzilmiş yara, sol kürək nahiyyəsində səthi əzilmiş yara, sol saidin aşağı səhtində sıyrıq, sağ baldırın ön səthində qançırla müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, o, isə baş vermiş münaqişə zamanı əlində olan bıçaqla İmran Əlioğlunun bədən nahiyəsinə bir neçə zərbə vuraraq ona sağ saidin yuxarı üçdə birinin arxa səthində, sağ saidin orta üçdə birinin arxa səthində və sağ saidin aşağı üçdə birinin arxa səthində kəsilmiş yara xəs arətləri ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmaya aid və qarın boşluğuna arxadan dəlib keçərək sağ böyrək kapsulunun, qalxan çənbər bağırsağın zədələnmələri və daxili qanaxma ilə müşayiət edilən bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. İstintaq orqanı tərəfindən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə verilmiş ittihama əsasən o, həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır xəsarət yetirmişdir. Belə ki, Məhkum1 xx.xx.2020-ci il tarixdə saat 21:40 radələrində Ağcabədi rayonu ərazisində yerləşən “Ayılar” adlı restoranın qarşısında əmisi Məhkum4, əmisi oğlu Şahid4 Zülfüqar oğ lu, əvvəlcədən tanıdığı Şahid3 və Məhkum2 arasında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisədən sonra, o yaşadığı evə getmək üçün tanışı Şahid5 idarə etdi;.: "Mercedes" markalı avtomobilə, əmisi Məhkum4lə birlikdə əyləşərək Ağcabəd: şəhəri istiqamətində hərəkətdə olarkən Məhkum2 onlarla aralarında olan mübahisə barədə tanışı Məhkum3 telefon vasitəsilə zəng edib məlumat verdiyinə görə Məhkum3 dostu Məhkum5 ilə birlikdə özünə məxsus “Changan" markalı avtomobillə qısa müddət ərzində, saat 22 radələrində Ağcabədi şəhəri, S.Vurğun küçəsində yerləşən Ağcabədi rayon Qaz İstismar İdarəsinin qarşı hissəsinə gələrək avtomobil yolunda tanışları Şahid6 idarə etdiyi və onun qardaşı X3 olduğu “VAZ 2107” markalı avtomobilin qarşısını kəsib X25 müqavimət göstərdiyi zaman onlar həmin hadisəni görmüş, bu zaman o, avtomobildən yerə enərək qardaşı Şəmil Fərzəliyevi onların əlindən almaq üçün yaxınlaşmış, həmin vaxt Məhkum5 əlində olan açılıb-qatlanan cib bıçağı ilə onun sağ bud nahiyyəsinə bir zərbə vurmuş, bu zaman o, əmisi Məhkum4 Məhkum2 tərəfindən ağac dəyənəklə vurulduğunu görüb yerdən götürdüyü açılıb-qatlanan cib bıçağı ilə qəsdən Məhkum2 qarın nahiyəsinə bir dəfə zərbə vuraraq, ona qarının sağ yarısının ön divarından qarın boşluğun.. 1-..çərək nazik bağırsağın və böyük piyliyin zədələnmələri ilə müşayiət edilən bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur. İstintaq orqanı tərəfindən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.3-cü maddələri ilə verilmiş ittihama əsasən o, bir qrup şəxs h alında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli hərəkətlər etmiş və sağlamlığa qəsdən az ağır xəsarət yetirmişdir. Belə ki, Məhkum2 xx.xx.2020-ci il tarixdə saat 21:40 radələrində Ağcabədi rayonu ərazisində yerləşən “Ayılar” adlı restoranın qarşısında tanışı Şahid3 ilə əvvəlcədən tanıdığı Məhkum4, Məhkum1 və Şahid4 Ağalar oğlu arasında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisədən sonra Məhkum1 yaşadığı evə getmək üçün tanışı Şahid5 idarə etdiyi “Mercedes” markalı avtomobilə, əmisi Məhkum4lə birlikdə əyləşərək Ağcabədi şəhəri istiqamətində hərəkətdə olduğu zaman o, həmin şəxslərlə arasında olan mübahisə ilə kif ayətlənməyərək mübahisəni qanundan kənar yolla həll etmək, onları cəzalandırmaq üçün dostu Məhkum3 telefon vasitəsilə zəng edib Məhkum4 və qeyriləri ilə aralarında baş vermiş hadisə ilə bağlı məlumat vermiş, onların “Ayılar” adlı restorandan Ağcabədi şəhəri istiqamətində hərəkət etdiyini bildirərək qarşısını yolda kəsməsini demiş, bundan sonra Məhkum3 dostu Məhkum5 ilə birlikdə özünə məxsus “Changan” markalı avtomobillə qısa müddət ərzində, saat 22 radələrində Ağcabədi şəhəri. S.Vurğun küçəsində yerləşən Ağcabədi rayon Qaz İstismar İdarəsinin qarşı hissəsinə gələrək avtomobil yolunda X3 olduğu Şahid6 idarə etdiyi “VAZ 2107” markalı avtomobilin qarşısını kəsib Şəmil Fərzəliyevlə mübahisə etmiş, mübahisə zamanı Rahib X1 olduğu avtomobilə yaxınlaşaraq üzərində olan açılıb-qatlanan cib bıçağ ı ilə Şəmil Fərzəliyevin sağ çiyin nahiyəsinə bir zərbə, sağ ayaq nahiyəsinə iki zərbə vuraraq ona sağ kürək nahiyəsində döş boşluğuna keçməyən deşilmiş-kəsilmiş yara, sol sağrıda deşilmiş-kəsilmiş yara, sağ budda kəsilmiş yara xəsarətləri ilə müşayiət edilən dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, həmin zaman Məhkum3 Şəmil Fərzəliyevi yerə yıxaraq onun sifət və bədən nahiyələrinə yumruqla vuraraq ona boynunda qançır və sağ saiddə sıyrıq xəsarətləri ilə müşayiət edilən sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, həmin vaxt Məhkum2, Məhkum1 və Məhkum4lə birlikdə hadisə yerinə çatmış, bu zaman Məhkum5 əlində olan açılıb-qatlanan cib bıçağı ilə Məhkum1 sağ bud nahiyəsinə bir zərbə vuraraq ona sağ sağrıda bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmiş, sonra həmin bıçaqla Məhkum4 bədəninin sol tərəfindən bir zərbə vuraraq ona döş qəfəsinin sol yarısının arxa səthində döş boşluğuna keçməyən deşilmiş-kəsilmiş yara xəsarəti ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bundan sonra Məhkum2 əlində olan ağac dəyənəkdən silah qismində istifadə edərək qəsdən Məhkum4 baş, çiyin və kürək nahiyələrinə zərbələr vuraraq ona başın orta təpə nahiyəsində əzilmiş yara, sağ qaş üzərində qançır, sol bazu o ynağının üst səthində qançır xəsarətləri ilə müşayiət edilən sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən və sol kürək sümüyünün oynaq çıxıntısının sınığı, sol İ, İİ, İİİ qabırğa qövslərinin basılmış sınığı xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, beləliklə, o, bir qrup şəxs halında ətrafdakı şəxslərə aşkar surətdə laqeydlik göstərib, hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, cəmiyyətə açıqca hörmətsizlik, ictimai qaydanın kobud surətdə pozulması və şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq etmişdir. İstintaq orqanı tərəfindən Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 21.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli hərəkətlər etmişdir. Belə ki, Məhkum4 xx.xx.2020-ci il tarixdə saat 21:40 radələrində Ağcabədi rayonu ərazisində yerləşən “Ayılar” adlı restoranın qarşısında qardaşı oğulları Məhkum1, Şahid4 Zülfüqar oğlu, əvvəlcədən tanıdığı Şahid3 və Məhkum2 ilə arasında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisədən sonra, o yaşadığı evə getmək üçün tanışı Şahid5 idarə etdiyi “Mercedes” markalı avtomobilə, qardaşı oğlu Məhkum1lə birlikdə əyləşərək Ağcabədi şəhəri istiqamətində hərəkətdə olarkən Bəxtiyar Ziilfəliyevin onlarla arasında olan mübahisə barədə tanışı Məhkum3 telefon vasitəsilə zəng edib məlumat verdiyinə görə Məhkum3 dostu Məhkum5 ilə birlikdə özünə məxsus “Changan” markalı avtomobillə qısa müddət ərzində, saat 22 radələrində Ağcabədi şəhəri, S.Vurğun küçəsində yerləşən Ağcabədi rayon Qaz İstismar İdarəsinin qarşı hissəsinə gələrək avtomobil yolunda tanışları Şahid6 idarə etdiyi və onun qardaşı oğlu X3 olduğu “VAZ 2107” markalı avtomobilin qarşısını kəsib yolda Şəmil Fərzəliyevə fiziki müqavimət göstərdiyi zaman onlar həmin hadisəni görmüş, bu zaman o, avtomobildən yerə enərək Məhkum3 və Məhkum5 yaxınlaşıb ətrafdakı şəxslərə aşkar surətdə laqeydlik göstərib, hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq və cəmiyyətə açıqca hörmətsizlik göstərib onlarla mübahisə etmiş, ictimai qaydanı kobud surətdə pozub, əlində olan şüşə butulkadan silah qismində istifadə edərək qəsdən Məhkum3 baş nahiyəsindən bir zərbə vurub zor tətbiq edərək ona başın orta təpə nahiyəsində əzilmiş yara xəsarəti ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Kassasiya protestində qeyd edilir ki, birinci instansiya məhkəməsi Məhkum3 əməlini tövsif edərkən, apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı sayarkən, üstəlik də bununla kifayətlənməyərək Məhkum1 və Məhkum4 də əməllərini tövsif edərkən yalnız onların özlərinin verdiyi qeyr i-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özlərini müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmış, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci və apellyasiya instansiya məhkəmələrində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə guya təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayətləri törətmələrinin təsdiqini tapmaması kimi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişlər, bununla da işin halları məhkəmələr tərəfindən təqsirləndirilən şəxslərin xeyrinə təhrif olunmuşdur. İşin hallarından göründüyü kimi, Məhkum3 xx.xx.2020-cı il tarixdə saat 20 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəy li prospektində əlində olan bıçaqla qəsdən X32nun bədən nahiyəsinə bir neçə zərbə vuraraq ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirdiyi; Məhkum1 xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Ağcabədi şəhəri, S.Vurğun küçəsində yerləşən Ağcabədi rayon Qaz istismar İdarəsinin qarşı hissəsində yerdən götürdüyü açılıb-qatlanan cib bıçağı ilə qəsdən Məhkum2 qarın nahiyəsinə bir dəfə zərbə vuraraq ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirdiyi; Məhkum4 xx.xx.2020-ci il tarixdə saat 22 radələrində ictimai yer hesab edilən Ağcabədi şəhəri, S.Vurğun küçəsində yerləşən Ağcabədi rayon Qaz istismar idarəsinin qarşı hissəsində avtomobil yolunda ətrafdakı şəxslərə aşkar surətdə laqeydlik göstərib, hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq və cəmiyyətə açıqca hörmətsizlik göstərib, ictimai qaydanı kobud surətdə pozub, heç bir əsaslı səbəb olmadan əlində olan şüşə butulkadan silah qismində istifadə edərək qəsdən Məhkum3 baş nahiyəsindən bir zərbə vurub zor tətbiq edərək ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etdiyi, bir sözlə onların hər üçünün ittiham olunduqları həmin cinayətləri törətmələri iş üzrə toplanmış bir-birini tamamlayan sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Lakin birinci instansiya məhkəməsi Məhkum3 qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməməsi qənaətinə gələrkən məhkumun qeyri-səmimi, həqiqətə u yğun olmayan, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən özünü müdafiə xarakterli ifadələrinə əsaslanmaqla işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş və onun əməlini CM-nın 126.1-ci maddəsindən CM-in 130.1-ci maddəsinə tövsif etmiş, apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymış, üstəlik bununla kifayətlənməyərək Məhkum1 də özünü müdafiə xarakterli ifadələrinə əsaslanmaqla, onun qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməməsi qənaətinə gəlmiş və onun əməlini CM-in 126.1-ci maddəsindən CM-in 130.1-ci maddəsinə tövsif etmiş, həmçinin Məhkum4 də özünü müdafiə xarakterli ifadələrinə əsaslanmaqla, onun silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq cinayətin i törətməməsi qənaətinə gəlmiş və onun əməlini CM-in 221.3- cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif etmiş, bununla da işin halları məhkəmələr tərəfindən təqsirləndirilən şəxslərin xeyrinə təhrif olunmuşdur. Belə ki, Məhkum3 və Məhkum1 əməlinin CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 130.1-ci maddəsi ilə tövsif edilməsi üçün iki hal məhkəmələr tərəfindən mütləq şəkildə araşdırılmalı, qiymət verilməli idi ki, bunlardan birincisi konkret vəziyyətdə Məhkum3 və Məhkum1 zəruri müdafiə vəziyyətində olmaları, ikincisi isə onların zəruri müdafiə həddini aşmaqla zərərçəkmiş şəxsə ağır bədən xəsarəti yetirmələridir. Nəzərə almaq lazımdır ki, ikinci hal yalnız birinci halın mövcudluğu sübut olunduqda mümkün ola bilər. Lakin, məhkəmələr həmin məsələləri kifayət qədər qiymətləndirə bilməmiş, nə ticədə də təqsirləndirilən şəxslər Məhkum3 və Məhkum1 əməlim əsassız olaraq CM-in 130.1-ci maddəsinə tövsif etmişlər. Bundan əlavə, apellyasiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum4 əməlini də əsassız olaraq CM-in 128-ci maddəsinə tövsif etmişdir. Məhkəmə nəzərə almamışdır ki, hazırki hadisə heç də ailədə, mənzildə, qohumlar arasında, intiqam hissi ilə törədilməmişdir. Hadisə Məhkum4 tərəfindən qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqla, bir çox insanın və ya cəmi yyətin hər hansı bir üzvünün mənafelərinə toxunması ilə müşayiət olunmuşdur. İşin hallarından da Məhkum4 əməlinin CM-in 128-ci maddəsi ilə tövsif edilməli olması barədə məhkəmənin mövqeyinin tamamilə əsasız olduğu aydın görünür. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum4 CM- nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edərkən də səhvə yol vermişdir. Belə ki, məhkəmə tərəfindən Məhkum4 əməli CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilmiş və ona 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı ödədiyinə görə CM-in 73.2ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət təqibinə xitam verilmişdir. Halbuki, CM-in 73.2-ci maddəsinin tələbinə əsasən CM- in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hazırki işdə isə apellyasiya məhkəməsinin Məhkum4 CM-in 128-ci maddəsi ilə təqsirli bilərək ona cəza təyin etməsi həm məhkəmənin öz mövqeyinə və gəldiyi nəticəyə, həm də qanunvericiliyin tələblərinə zidd olmuşdur. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət- prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum3, X4 və Fərzəliyev X19 əməllərinin tövsifində səhvə yol verilmiş, eləcə də cinayət və cinay ətprosessual qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kassasiya protestində Məhkum3 Azərbaycan Respublikası CM-in 126.1, 221.2.1 və 228.4-cü maddələri ilə, Məhkum1 Azərbaycan Respublikası CM-in 126.1-cı maddəsi ilə, Məhkum2 Azərbaycan Respublikası CM-in 127.1 və 221.3-cü maddələri ilə, Məhkum5 Ramız oğlunun və Məhkum4 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur. Məhkum2 müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətində göstərir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum2 cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilən CM-in 62-ci maddəsinin müddəalarını hökmdən xaric etmiş, lakin bunu kifayət qədər əsaslandırmamışdır. Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının hüquqlarını müdafiə etdiyi Məhkum2 münasibətdə ləğv olunaraq, ona CM-in 62-ci maddəsinin tətbiq edilməsi və cəzasının çəkilməmiş hissəsindən azad edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkum2 müdafiəçisi X15 tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının hüquqlarını müdafiə etdiy i Məhkum2 münasibətdə ləğv olunaraq, ona CM-in 70-ci maddəsinin tətbiq edilərək cəzasının şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkum4 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, Məhkum4 Məhkum3 yetirdiyi xəsarət hücum edən Məhkum3 və Məhkum5 qardaşı oğlu Şəmil Fərzəliyevi müdafiə etmək məqsədi ilə həyata keçirilmiş və zəruri müdafiə həddini aşmamışdır. İttihamın məzmunundan, məhkəmə istintaqında Məhkum3, Məhkum5, Məhkum4, Məhkum1, Şəmil Fərzəliyev tərəfindən verilən ifadələrdən görünür ki, Məhkum4 Məhkum3 xəsarət yetirməsi X20 və Rahib tərəfindən yerə yıxılıb döyüldüyü zaman olmuşdur. Belə olan təqdirdə, aydın görünür ki, Məhkum4 Məhkum3 hücumu Elçinin və Rahibin qardaşı oğlu Şəmilə hücumunun qarşısını almaq niyyəti ilə ol muşdur. Belə olan halda, Məhkum4 əməli CM-in 36-cı maddəsində nəzərdə tutulmuş zəruri müdafiə həddində olduğundan, əməlində cinayət tərkibi ola bilməz. Lakin, ittihamın məzmunundan belə çıxır ki, şəxsin Azərbaycan Respublikası konstitusiyası ilə, eləcə də cinayət qanunverciliyi ilə təsbit olunmuş ictimai təhlükəli qəsddən müdafiə olunmaq hüququ tanınmır. Belə çıxır ki, yaxın qohumları Ş.Fərzəliyevi verə yıxıb əllərində olan bıçaqla, yaxud digər küt alətlə ona zərbələr endirilməklə həyat və sağlamlığının təhlükədə olmasını gördükdə S.Fərzəlivev və Məhkum4 yaxın qohumlarını ictimai - təhlükəli qəsddən müdafiə etmək hüququ voxdur. İbtidai istintaq zamanı Məhkum5 ilkin ifadəsində Məhkum3 Ş.Fərzəliyevi yerə yıxıb yumruq və təpiklə vurarkən Məhkum4 arxadan çatıb onun baş nahiyəsinə əlindəki şüşə butulka ilə vurduğunu, zərbədən butulkanın sınıb yerə tökülməsini göstərmişdir. Halbuki, hadisə yerinə baxış keçirilərkən, eləcə də təqsirləndirilən şəxslərin ifadələrinin yerində yoxlanması zamanı hadisə yerində butulkanın sınmış hissələri tapılmamış, eləcə də E.X14 rayon xəstəxanasında tibbi yardım göstərilərkən,eləcə də məhkəmə tibbi eksperti tərəfindən müayinə olunarkən onun başında şüşə butulkanın sınmış hissəsikləri aşkar olunmamışdır. Bundan əlavə. Məhkum5 Məhkum4lə aralarında olan üzləşmə zamanı göstərmişdir ki, hadisə zamanı E.Fərzəliyevlə ara məsafələri 1 metr olmuş, həmin vaxt onun əlində olan əşyanı aydınlaşdıra bilməmis, əsyanın parıldamağına görə bu qənaətə gəlmiş, lakin əşyanın konkret olaraq nədən ibarət olmasını bilməmiş, onları aralasdırmaq istəyəndə əlində olan bıçaqla Məhkum4 xəsarət yetirmişdir.Bütün bunlardan əvvəl isə həmin bıçaqla Səmil Fərzəliyevi vurub xəsarət yetirmişdir. Məhkəmə baxışında isə yuxarıda adları qeyd olunan şəxslər Məhkum4 əlində hər hansı bir əşya görmədiklərini qeyd etmişlər. Hüquqlarını müdafiə etdiyi Məhkum4 hərəkətlərində CM-in 128-ci maddəsinin əlamətləri formal cəhətdən mövcud olsa belə, o, bu hərəkətləri qohumu olan qardaşı oğlu X3 həyatını, sağlamlığını və hüquqlarını ona qarşı bir qrup şəxs tərəfindən xuliqanlıq cinayəti törədərək qəsd edən Məhkum3 qarşı törətmişdir. CM-in 128-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir. Buradan da müəyyən olunur ki, Məhkum4 hərəkətləri qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur və onun hərəkətləri zəruri müdafiə həddini aşmamışdır. Belə olduğu halda, Məhkum4 xx.xx.2020-ci il tarixdə saat 22 radələrində yaxın qohumu-qardaşı oğlu Ş.Fərzəliyevin həyatını, sağlamlığını və hüquqlarını ona qəsd edən Məhkum3 zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən sonuncunun sağlamığına qəsdən yüngül zərər vurmaya aid olan xəsarət yetirməsi zəruri müdafiə kimi qiymətləndirilməklə CPM-nin 39.21.2-ci maddəsinə əsasən barəsində bəraət hökmü qəbul edilməlidir. Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının hüquqlarını müdafiə etdiyi Məhkum4 münasibətdə ləğv olunaraq, əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi xahiş olunmuşdur. Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiya məhkəməsi hüquqlarını müdafiə etdiyi şəxsin əməlini CM-in 130.1-ci maddəsinə tövsif edərək doğru nəticəyə gəlsə də, cəza təyin edilməsi barədə ədalətli qərar qəbul etməmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində hər hansı ağırlaşdırıcı halın olmamasına baxmayaraq, şəxsə məhkəmə tərəfindən CM-in 130.1-ci maddəsinin sanksiyasında islah isləri, azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulduğu halda, şəxsə ən ağır cəza olan azadlığından məhrumetmə cəzası verilməklə, həmin maddənin sanksiyasının yuxarı həddində cəza təyin etmişdir. Bundan əlavə, məhkəmə hüquqlarını müdafiə etdiyi şəxsin barəsində həmin cəzanı təyin edərkən, onun əməlində heç bir ağırlaşdırıcı hal olmadığı halda, onun əməlində olan yüngülləşdirici halları nəzərə almamışdır. Belə ki, Məhkum1 hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsi CM-in 59.1.1, himayəsində üç nəfər azyaşlı uşağın olması CM-in 59.1.4, cinayətin zəruri müdafiənin şərtlərini pozmaqla törədilməsi CM-in 59.1.7, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərin nəticəsində törətməsi CM-in 59.1.8, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi CM-in 59.1.12, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması CM-in 59.1.13-cü maddələrinə əsasən yüngülləşdirici hallardır. Məhkum1 cinayətin törədilməsində xüsusilə faəl iştirak edən Məhkum2 zəruri müdafiə həddini aşmaqla xəsarət yetirməsi CM-in 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alınmalı, onun əməlində heç bir ağırlaşdırıcı halın olmamasını,əməlində yuxarıda sadalanan yüngülləşdirici halların olması nı nəzərə alaraq ittiham olunduğu maddənin sanksiyasında ən aşağı həddində ona cəza verilməli idi. Məhkəmə tərəfindən hüquqlarını müdafiə etdiyi şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza tətbiq edilərkən məhkəmə onun şəxsiyyətini, ilk dəfə məhkum olunduğunu, himayəsində 3 azyaşlı uşağının olmasını, zərər yetirmiş olduğu şəxs Məhkum2 ondan şikayət və tələbinin olmamasını, törətmiş olduğu cinayətin baş vermə şəraitinin hadisə prosesində Məhkum5 tərəfindən yaxın qohumu olan qardaşı X6, özünə bıçaq xəsarətləri yetirilməsi, həmçinin onun yaşlı, xəstə əmisi Məhkum4 Məhkum2 tərəfindən dəyənəklə zərbələr vurması, endiriləcəyi növbəti dəyənək zərbəsindən onun ölə biləcəyinin istisna olunmadığı, sadalanan qanunsuz hərəkətlərin qarşısının alınması məqsədi ilə Məhkum2 zəruri müdafiə həddini aş maqla sadəcə bir bıçaq zərbəsi vurmasını nəzərə almamışdır. Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarını dəyişdirərək Məhkum1 barəsində təyin edilmiş cəzanın Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza ilə əvəz edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin, kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin təmin olunması və kassasiya protestinin təmin olunmaması barədə məhkum və müdafiəçilərin, kassasiya şikayətlərinin, kassasiya şikayətinə əlavənin təmin olunmaması və kassasiya protestinin təm in olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməli, Məhkum2 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayəti qismən və müdafiəçisi X15 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə tam təmin edilməli, Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum4 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli q anunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələ məhkumlar- Məhkum3 və Məhkum1 əməllərinin Azərbaycan Respublikası CM-in 130.1-ci maddəsi, Məhkum4 əməlinin isə CM-in 128-ci maddəsinə tövsif edilməsi barədə məhkəmələrin gəldiyi nəticənin səhv olması barədədir. Məhkum2 müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətində Məhkum2 münasibətdə ona CM-in 62-ci maddəsinin tətbiq edilməsi və cəzasının çəkilməmiş hissəsindən azad edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkum2 müdafiəçisi X15 tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə Məhkum2 münasibətdə ləğv olunaraq, ona CM-in 70-ci maddəsinin tətbiq edilərək cəzasının şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkum4 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətində Məhkum4 bəraət verilməsi xahiş olunur. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və kassasiya şikayətlərini və kassasiya şikayətinə əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətlər kimi görür və bu müraciətlərlə əlaqəda r Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum o lunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübut lar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumlar-Məhkum3 və Məhkum1 əməllərinin Azərbaycan Respublikası CM-in 130.1-ci maddəs i, Məhkum4 əməlinin isə CM-in 128-ci maddəsinə tövsif edilməsi ilə bağlı yekun nəticəyə gələrkən məhkəmələr ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməklə, Məhkum4 əməlini tövsif edərkən maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, düzgün olmayaraq onu yüngül xəsarət yetirməyə görə təqsirli bilmişdir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum4 CM-in 221.3-cü maddəsi ilə ona görə ittiham verilmişdir ki, 22 may 2020-ci il tarixdə saat 22 radələrində Ağcabədi şəhəri istiqamətində evlərinə gedən Məhkum4 və qardaşı oğlu Məhkum1 hadisəniMəhkum3 və Məhkum5 Şəmil Fərzəliyevi yerə yıxaraq döymələrini, ona Məhkum3 əli ilə, Məhkum5 isə bıçaqla zərbədəlr vurmalarını görmüş və avtomobildən yerə enmişlər. Məhkum4 ətrafdakı şəxslərə aşkar surətdə laqeydlik göstərib, hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq və cəmiyyətə açıqca hörmətsizlik göstərib onlarla mübahisə etmiş, ictimai qaydanı kobud surətdə pozub, əlində olan şüşə butulkadan silah qismində istifadə edərək qəsdən Məhkum3 baş nahiyəsindən bir zərbə vurub zor tətbiq edərək ona başın orta təpə nahiyəsində əzilmiş yara xəsarəti ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağla mlığına qəsdən yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum4 Məhkum3 yetirdiyi xəsarət xuliqanlıq niyyəti ilə deyil, xuliqanlıq cinayəti törətmiş hücum edən Məhkum3 və Məhkum5 qardaşı oğlu Şəmil Fərzəliyevi müdafiə etmək məqsədi ilə həyata keçirilmiş qəsdən sağlamlığa yüngül zərər vurma cinayətidir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-in 221.1-ci maddəsinin dispozisiy asından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011 -ci il tarixli qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004- cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə cinayət əməlinin baş verdiyi ünvan, hadisənin, habelə təqsirkar şəxslərin hərəkətlərinin törədilmə şəraiti və mexanizmi, təqsirkarların niyyəti, motiv və məqsədi kimi hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün nəzərə alınmamışdır. Belə ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, ha belə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Ali Məhkəmənin Cinayət Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum4 tərəfindən ictimai qaydanın pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olan hərəkətlərə yol verilməməsi barədə gəldiyi nəticə cinayət işinin faktiki hallarına uyğun gəlmir və bəzi hallarda da cinayət işinin faktiki halları ilə ziddiyət təşkil edir. Qeyd edilənərə əsasən kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum4 hərəkətlərində yalnız Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli, yəni qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin əlamətləri mövcud olması barədə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, kassasiya protestinin bu barədə dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası kassasiya protestinin birinci instansiya məhkəməsi tərəfindən Məhkum3, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə Məhkum1 əməllərinin CM-in 126.1-ci maddəsindən CM-in 130.1-ci maddəsinə tövsif edilməsinin əsassız olması barədə dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Zəruri müdafiə dedikdə, ictimai təhlükəli qəsddən hücum edənə zərər vurmaq yolu ilə qanuni olaraq mühafizə olunmaq başa düşülür. Zəruri müdafiə qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilir, bunun üçün real qəsd mövcud olmalı, qəsd başlamış, davam edən və hələ başa çatmayan olmalıdır. Qəsd o vaxt m övcud hesab olunur ki, o, qanunla qorunan ictimai münasibətlərə artıq zərər vurmağa başlamış və ya belə zərər vurmaq üçün bilavasitə təhlükə yaratmış olsun. Cinayət Məsəlləsinin 130.1-ci maddəsi zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurmaya görə cinayət məsuliyyətini nəzərdə tutur. Göstərilən cinayətin obyektiv cəhətinə aşağıdakılar daxildir:zəruri müdafiə həddini aşmanın mövcud olması,belə şəraitdə sağlamlığa ağır zərər vurma və zəruri müdafə həddini aşma aktı ilə vurulmuş zərər arasında səbəbli əlaqə. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, aşağı məhkəmələr Məhkum3 və Məhkum1 əməlinin zəruri müdafiə həddini aşma kimi qiymətəndirsələr də, onların bu qənaəti inandırıcı, əsaslı hesab edilə bilməz. Baş vermiş hadisənin mexanizmi və tədqiq edilmiş sübutların müqay isəli təhlili məhkəmələrin gəldiyi bu nəticəni, yəni sözügedən məhkumların hərəkətlərinin zəruri müdafiə həddini aşma kimi qiymətləndirməyə əsas vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Məhkum1 yaxın qohumu - qardaşı X11, özü və əmisi Məhkum4 qarşı Məhkum3, Məhkum5 və Məhkum2 silah qismində istifadə olunan əşya olan cib bıçağı, dəyənək (beysbol ağacı) ilə silahlanaraq onlara qarşı etmiş olduqları qərəzli xüliqanlıq hərəkətərindən özünün, qardaşı Ş.Fərzəliyev və əmisi Məhkum4 həyatını, sağlamlığını və hüquqlarını, onlara qəsd edən Məhkum2 zərər vermaq yolu ilə ictimai təhlükəli qəsddən qorumaq məqsədilə həmin anda hadisə yerindən tapdığı cib bıçağı ilə yetirdiyi tam sübuta yetirilmişdir. Eyni mövqedə olan birinci instansiya məhkəməsi Məhkum3 zərərçəkmiş şəxs İm ran Aloğlunun sağlamlığına ağır zərər vurma hərəkətlərini zəruri müdafiə həddini aşan hərəkətlər kimi qiymətləndirərək göstərilən məhkumun əməlini CM-in 130.1-ci maddəsinə tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər iki məhkəmə işin faktiki hallarına uyğun olmayan belə nəticəyə gəlməklə, Məhkum1 və Məhkum3 əməlini tövsif edərkən maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, düzgün olmayaraq onları zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurmağa görə təqsirli bilmişdir. Zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər yetirənin əsas məqsədinin qəsd edənə ağır bədən xəsarəti yetirilməsi deyil, ictimai-təhlükəli qəsdən müdafiə olunmaq olunduğunu nəzərə alaraq məhkəmə kolllegiyası qeyd edir ki, cinayət işi üzrə Məhkum1 və Məhkum3 ictimai-təhlükə li qəsdən qorunmaları kimi hallar müəyyən olunmur. Belə ki, işin müəyyən edilmiş faktiki halları bundan ibarətdir ki, Məhkum1 Məhkum4 Məhkum2 tərəfindən ağac dəyənəklə vurulduğunu, əmisinin yerə yıxılmasından sonra da dəyənək zərbələri vurduğunu görüb yerdən götürdüyü açılıb-qatlanan cib bıçağı ilə əmisinə növbəti dəyənək zərbəsini endirən Məhkum2 qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq, ona qarının sağ yarısının ön divarından qarın boşluğuna keçərək nazik bağırsağın və böyük piyliyin zədələnmələri ilə müşayiət edilən bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur. Həmçinin Məhkum3 xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində özünə məxsus Changan markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirən zaman Ağcabədi şəhər sakinləri X32, X13, X5 və X16 onun yanına gələrək heç bir əsaslı səbəb olmadan əllərində olan beysbol idman oyununda istifadə olunan dəyənəklərlə ona məxsus Changan markalı avtomobilin bütün ön, arxa, sağ və sol yan şüşələrini, güzgülərini və digər hissələrini sındırıb əzərək onun bədəninin müxtəlif nahiyələrinə vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, o, isə baş vermiş münaqişə zamanı əlində olan bıçaqla İmran Əlioğlunun bədən nahiyəsinə bir neçə zərbə vuraraq ona sağ saidin yuxarı üçdə birinin arxa səthində, sağ saidin orta üçdə birinin arxa səthində və sağ saidin aşağı üçdə birinin arxa səthində kəsilmiş yara xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmaya aid və qarın boşluğuna arxadan dəlib keçərək sağ böyrək kapsulunun, qalxan çənbər bağırsağın zədələnmələri və daxili qanaxma ilə müşayiət edilən bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş halları, hadisənin mexanizmini, baş vermə şəraitini nəzərə alıb məhkəmə istintaqında tədqiq olunmuş sübutların müqayisəli təhlil edərək hesab edir ki, aşağı məhkəmələr mübahisə tərəfləri arasında baş vermiş münaqişə, qarşılıqlı dalaşma zamanı zəruri müdafiə vəziyyətinin yaranması, sözügedən məhkumlara qarşı ictimai təhlükəli qəsdin yönəlməsi və onların həmin qəsdin qarşısını alarkən zəruri müdafiə həddini aşmal arı barədə gəldikləri nəticə inandırıcı, qənaətbəxş hesab edilə bilməz. Məhkəmələr göstərilən mövqelərini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamışlar. CPM-nin 139-cu maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi;. Cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qan unun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-c i maddəsinin tələblərindən görünür ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan qərarında da əksini tapmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentya br 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası məhkumlar Məhkum3 və Məhkum1 əməllərinin CM-in 130.1-cı maddəsi ilə, Məhkum4 isə əməlinin CM-in 128-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşmır və bununla bağlı əvvəla vurğulayır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıx ara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı) Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci madd əsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 və Məhkum4 əməlini tövsif edən, Məhkum3 əməlinin isə birinci instansiya məhkəməsi tərəfindən tövsif edilməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi göstərilən mövqeyini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin t ələbləri baxımından düzgün qiymətləndirməmişlər. Belə ki, göstərilən məhkəmə tərəfindən cinayət işi üzrə toplanmış ziddiyyətli sübutlardan birinə digərinə nisbətdə daha çox əhəmiyyət verilməsinin zəruriliyi əsaslandırılmamış, nəticədə məhkumların əməllərinin tövsifində səhvə yol verilmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin Məhkum4 CM- nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən səhvə yol verilməsi barədə dəlillərini də əsaslı sayır. Belə ki, göstərilən məhkəmə tərəfindən Məhkum4 əməli CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilmiş və ona 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı ödədiyinə görə CM-in 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət təqibinə xitam verilmişdir. Yəni apellyasiya instansiyası məhkəməsi Məhkum4 Cinayət Məcəlləsinin təqsirli bildiyi maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanı təyin etməklə, eyni zamanda onu cinayət məsuliyyətindən azad etmək barədə ziddiyyətli nəticəyə gəlmişdir. Belə ki, CM-in 73.2-ci maddəsinin tələbinə əsasən CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Apellyasiya məhkəməsi Məhkum4 CM-in 128-ci maddəsi ilə təqsirli bilərək ona cəza təyin edib sonra həmin Məcəllənin müvafiq maddəsi ilə cinayət məsuliyyətindən azad etməklə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Beləl iklə, məhkəmə kollegiyası hazırki iş üzrə sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilməməsi və məhkumların əməlinin düzgün tövsif edilməməsi haqda kassasiya protestinin dəlilləri ilə razılaşaraq, apellyasiya instansiyası məhkəməsinin CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntularla qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilməklə cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni apellyasiya baxışına təyin olunmalıdır. Məhkəmə kollegiyası Məhkum4 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində Məhkum4 bəraət verilməsi barədə dəlillərinə münasibət bildirməyi göstərilən məhkumu n əməlinə yuxarıda qiymət verildiyindən və apellyasiya instansiyası məhkəməsinini qərarı ləğv edilərək yeni apellyasiya baxışına təyin edildiyindən mümkün bilmir. Məhkəmə kollegiyası həmçinin Müdafiəçi1 kassasiya şikayətinin Məhkum1 ağır cəza təyin edilməsi barədə dəlillərini müzakirə etməyi məqsədəmüvafiq hesab etməməklə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya protestinə münasibətdə ləğv olunur və yeni apellyasiya baxışında qeyd edilən məhkumun irəli sürülmüş ittihamla təqsirlilik məsələləri həll olunduqdan sonra yenidən cəza təyin olunacaq. Belə qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün hesab etmir. Məhkəmə kollegiyası müdafiəçilər Müda fiəçi6 kassasiya şikayəti və X8 verdiyi kassasiya şikayətinə əlavəyə öz münasibətini bildirərək qeyd edir ki: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CMin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habel ə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, təqsirləndirilən şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Hazırki işə kassasiya qaydasında məhkəmə iclasında baxılarkən zərərçəkmiş şəxs X17 tərəfindən təqdim edilmiş 07 sentyabr 2022-ci il tarixli, notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, Məhkum2 oğluna qarşı heç bir şikayət və tələbi yoxdur. Ali Məhkəm ənin sorğusuna əsasən daxil olmuş Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin 21 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, 1980-ci il təvəllüdlü Məhkum2 xx.xx.2022-ci il tarixdə 5 saylı Cəzaçəkmə müəssisəsindən “Naməlum mənşəli bağırsaq qanaxması" diaqnozu ilə Müalicə müəssisəsinə köçürülmüşdür. Daxil olan zaman təngnəfəslik, hərəkət zamanı döş sümüyü arxasında ağrı, defekasiya aktı zamanı qanaxma, ürəkbulanma, diurezin çətin və ağrılı olması, baş ağrısı şikayətini bildirmişdir. O, kliniki, laborator və instrumental müayinələrdən keçirildikdən sonra həkimlər tərəfindən konsultasiya olunmuş, nəticədə “Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası İİ f.s, Hipertoniya xəstəliyi İİ dərəcə, əlavə risk İİİ. Prostat vəzin hiperplaziyas ı. Daxili babasil, qanxma ilə fəsadlaşmış” diaqnozu müəyyən edilərək müalicəyə başlanılmışdır. Hazırda Məhkum2 vəziyyəti nisbi kafidir, müalicəsi Terapiya şöbəsində davam etdirilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum2 münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları nəzərə alaraq, ona CM-in 62-ci maddəsinin tətəbiq edilməsi barədə müddəları hökmdən xaric etmiş və onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum e tmə cəzası təyin etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 hazırda həmin cəzanı çəkmədən də islah olunması mümkündür. Məhkəmə kollegiyası belə bir qənaətə gələrkən zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən digər halları, o cümlədən onun ilk dəfə məhkum olunmasını, hazırda səhhəti ilə əlaqədar müalicə müəssisəndə müalicə olunmasını nəzərə alır və hesab edir ki, göstərilən hallar onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsaslar yaradır və Məhkum2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi onun islah olunması məqsədinə cavab verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddə sinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə kollegiyası qeyd edir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Şərti məhkum etmə törədilmiş cina yətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəll əsinin 70.5-ci maddəsi). Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2022-ci il tarixli qərarı Məhkum2 münasibətdə dəyişdirilərək onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmalı və həmin qərar ilə ona Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməklə sınaq müddəti müəyyən edilməlli və sınaq müddəti ərzində məhkumun üzərində vəzifə qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxa rıda şərh edilən əsaslara görə Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum4 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməli, Məhkum2 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayəti qismən və müdafiəçisi X15 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə tam təmin edilməklə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2022-ci il tarixli qərarı Məhkum2 cəza təiyn edilməsi hissəsində dəyişdirilməli, kassasiya protesti isa təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilməli və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayə t Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2, 419.10.4-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum4 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayəti qismən və müdafiəçisi X15 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə tam təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2022-ci il tarixli qərarı Məhkum2 cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2022-ci il tarixli qərarı İlə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin edilmiş və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq mü əyyən edilmiş 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz gün) müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təyin olunmuş sınaq müddəti ərzində Məhkum2 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək barədə vəzifələr qoyulsun. Qərarın icrası Məhkum2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsinə həvalə edilsin. Mə hkum2 məhkəmə iclas zalından dərhal azad olunsun. Kassasiya protesti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2022-ci il tarixli qərarı məhkumlar Məhkum3, Məhkum1 və Məhkum4 münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yenidən baxılmağa təyin edilsin. Qərar qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1372/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1372/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver