Məhkəmə qərarları › İş №1(102)-1373/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1373/2019

05.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1373/2019 05.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib İsa-zad Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs iştirakları ilə, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X4) Məhkum- xx.xx.1974-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş üzrə mülki iddia baxılmamış saxlanmışdır. Cəzanın əvvəli 20 yanvar 2018-ci il. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona g örə təqsirli bilinib məhkum edilmişdir ki, qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etməklə zərər çəkmiş şəxsi aldadaraq ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında vətəndaş Zərərçəkmiş şəxs hər biri 550 ABŞ dolları dəyərində olan 8 ədəd “İphone-6S(16gb)” markalı mobil telefonunu götürməklə götürdüyü telefonların pulunu vaxtında ödəməklə Zərərçəkmiş şəxs etibarını qazanmış və daha sonra, həmin etibardan sui istifadə edərək sonuncuya məxsus mobil telefonları götürüb satıb pulunu qaytaracağına dair yalan vədlər verməklə aldadıb ünvan 2 ünvanında yerlə şən ofisdə 17.03.2017-cı il tarixdə hər birinin dəyəri 550 ABŞ dolları olan 8 ədəd “İphone 6S 16 gb” markalı telefonunu, 18 mart 2017-ci il tarixdə hər birinin dəyəri 600 ABŞ dollar olan 5 ədəd “İphone 6S” 64 gb markalı telefonlarını və hər birinin dəyəri 370 ABŞ dolları olan iki ədəd “Samsung” markalı mobil telefonunu ələ keçirib, Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 14.000 manat 80 qəpik məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Məhkum və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: N.E.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.N.Bayramov və Ə.İ.Qasımovdan ibarət tərkibdə) 24 sentyabr 2018-ci il tarixli qərarı ilə məhkumun apellyasiya şikayətini təmin etməmiş, zərərçəkmiş şə xsin apellyasiya şikayətini təmin edərək hökmün mülki iddiaya aid hissəsində dəyişiklik edərək, mülki iddianı qismən təmin edərək, Məhkum 7000 (yeddi min) manat 40 qəpik alınaraq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında digər təqsirləndirilən şəxsin X5 ifadəsində bu cinayət işində Məhkum iştirakının olmadığını, o sadəcə taksi sürücüsü kimi iştirak etdiyini göstərmişdir. Bu onun ilk məhkumluğudur, himayəsində azyaşlı uşaqları və əmək qabiliyyəti olmayan həyat yoldaşı var. Bu halları nəzərə alaraq cəzasının y üngülləşdirilməsin xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının və məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edil miş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində onun ilk məhkumluğunu, himayəsində azyaşlı uşaqları və əmək qabiliyyəti olmayan həyat yoldaşının olmasını nəzərə ala raq cəzasının yüngülləşdirilməsin xahiş etmişdir. Cinayət işinin materiallarında olan birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, məhkəmə cəza təyin edərkən Məhkum əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət işinin materiallarında kassasiya şikayətində göstərilən məhkumun himayəsində azyaşlı uşaqlarının olması və həyat yoldaşının əmək qabiliyyətsizliyini təsdiq edən sübutlar müəyyən edilməmişdir. Cinayət nəticəsində vurulmuş zərər aradan qaldırılmamışdır. Məhkumun cəzasının yüngülləşdirilməsinə əsasə verən başqa hallar müəyyən edilməmişdir. Məhkum kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifindən şikayət etməsə də, kassasiya şikayətində hadisə zamanı sadəcə taksi sürücüsü kimi iştirak etdiyini göstərmişdir. Birinci instansiya məhkəməsi bu halı tədqiq edərək hüquqi qiymət vermişdir. Hökmdə göstərilir ki, məhkəmə istintaqı zamanı Məhkum «…həmin vaxt o, taksi sürücüsü kimi həmin telefonların götürülməsi və pulunun Qüdrətə çatdırılmasında vasitəçilik etdiyini göstərmişdir. Bu işə görə A8 hər dəfəsində ona 20-30 manat taksi fəaliyyəti ilə məşğul olduğu üçün pul vermişdir» kimi ifadə verməsi zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər obyektiv halları ilə təkzib olunur. Məhkum zərər çəkmiş şəxsdən mobil telefonları onun deyil, A8ün aldığını deməsi, A8ün artıq məhkəmə hökmü ilə təqsirli bilinərək cəza almasından hüquqi formada faydalanmaq məqsədi güddüyündən məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Birinci instansiya məhkəməsi cinayət işinin materiallarına əsasən düzgün nəticəyə gəldiy indən məhkəmə kollegiyası bu nəticələri əsaslı hesab etməklə kassasiya şikayətinin həmin dəlillərini əsassız hesab edir. Ona görə də kassasiya şikayəti təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2018-cim il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar