Məhkəmə qərarları › İş №1(102)-1373/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1373/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1373/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Tağıyeva Aidə Qəfər qızının və Məhkum1 müdafiəçisi Hacıyev Ayd ın Məhəmməd oğlunun iştirakları ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcələsinin (bundan sonra mətndə CM-nin) 120.2.1, 120.2.4-cu maddələri ilə təqsirli bilinərək məhkum olunmasına və CM-nin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2022-ci il tarixli hökmündən zərər çəkmiş şəxsin hüquqi varisi X1nın nümayəndəsi A.Q.Tağıyeva tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Mahmudov İlham Ağa oğlu (sədrlik edən və məruzəçi), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxxx 1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayə yaşamış, CM-nin 120.2.4 və 228.4-cü maddələri nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il 09 (doqquz) ay müddətə, CM-nin 228.4-cü maddəsi ilə 01 (bir) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə Məhkum2 CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törət məkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona həmin maddələrlə bəraət verilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum1, 2018-ci ildə istintaqa məlum olmayan vaxtda və mənbədən soyuq silah hesab olunan bir ədəd kustar üsulla hazırlanmış ümumi təyinatlı qatlanmayan tipli deşici-kəsici xassəyə malik bıçağı qanunsuz olaraq əldə etmiş, üzərində gəzdirmişdir və xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Məhkum1, əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs, ona tabe olmayaraq dikbaşlıq etməsindən hiddətlənib cəzalandırılmasının zəruri olduğunu ona və onun dostu Məhkum2 bildirib və özünün ətrafında olan digər şəxslərə «Məhkum1i görüb vurmayan, özünü tanımır» göstərişini verməklə onun cəzalandırılmasına zəru rət kimi qoyduğundan, o, həyatının təhlükədə olduğunu anlayıb baş verə biləcək hadisənin ciddiliyini dərk edərək gizlənməyə məcbur olub evdən çölə çıxmamış, Məhkum2 isə baş verə biləcək hadisənin qarşısını almaq məqsədi ilə həm Zərərçəkmiş şəxsin özü ilə bir başa, həm də mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs Moskvada yaşayan X adlı qardaşı ilə dəfələrlə telefonla danışıb, qardaşı Zərərçəkmiş şəxsi bu fikrindən çəkindirməsini xahiş etməsinə baxmayaraq, X Bakı şəhərinə gəlib məsələni yerində həll edəcəyini bildirsədə gəlib çıxmamış, 09 may 2019-cu il tarixdə təqribən saat 22-23 radələrində, Zərərçəkmiş şəxs, özünə məxsus “BMW X5” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Binəqədi rayonu 6-cı mikrorayon ərazisində yolun kənarında saxlayıb telefonla danışan zaman Məhkum2 atası Şahid7, baş verən söhbətlərdən məlumatlı olduğundan Zərərçəkmiş şəxs maşınına yaxınlaşıb qabaq sərnişin oturacağında əyləşmiş və Zərərçəkmiş şəxsdən bu işdən əl çəkməsini xahiş etmək istədikdə, Zərərçəkmiş şəxs avtomobili asta sürətlə Şahid7 yaşadığı evə tərəf sürməyə başlamış və avtomobili Binəqədi rayonu, İ.Həşimov küçəsində yerləşən 8 saylı binanın tinində döngədə saxlayaraq ona “ağsaqqal sənlik deyil işinlə məşğul ol” demiş, bu vaxt Məhkum1in küçə ilə evə tərəf getdiyni göpüb maşını arxaya verərək Məhkum1in yanında saxlamış və ona bildirmişdir ki, «gəl otur maşına, göstərəcəm sənə, onsuz da demişəm özünü tanıyan oğlan səni görən kimi vuracaq». Məhkum1 avtomaşına oturmaqdan imtina edərək, Zərərçəkmiş şəxsin onu vuracağından ehtiyat edib, çantasında gəzdirdiyi kustar üsulla hazırl anmış ümumi təyinatlı qatlanmayan tipli deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən bıçaqla Zərərçəkmiş şəxs dərhal sinə nahiyyəsindən bıçaqla vurmuş, Zərərçəkmiş şəxs avtomobilin qapısını açaraq avtomaşından çıxdıqdan sonra o, Zərərçəkmiş şəxs əvvəl avtomobilin içərisində, sonra avtomobilin içərisindən çıxarmaqla küçədə bədəninin müxtəlif nahiyyələrinə bıçaqla zərbələr vurmaqla, onu qarının sağ yarısının ön səthinin – epiqastral nahiyənin cızığı (9,5x0,5sm ölçüdə), boyunun sağ-yan səthinin cızığı (5,0x0,2sm ölçüdə), boyunun sağ-yan səthinin cızığı (4,0x0,2sm ölçüdə), boyunun sol-yan səthinin 6 ədəd cızığı (ən kiçiyinin ölçüsü 3,2x0,5sm, ən böyüyünün ölçüsü isə 6,0x0,5sm), sol bazu oynağı nahiyəsinin ön səthinin cızığı (3,0x0,3sm ölçüdə), sol bazu nahiyəsinin orta 1/3-nin arxa s əthinin 2 ədəd cızığı (3,0x0,2sm və 3,5x0,2sm ölçülərdə), sol said nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin səthi kəsilmiş yarası (1,2x0,3sm ölçüdə), qarının sol yarısının ön səthinin- mezoqastral nahiyənin səthi kəsilmiş yarası (0,8x0,3sm ölçüdə), qarının sağ yarısının ön səthinin - hipoqastral nahiyəni səthi kəsilmiş yarası (1,0x0,5sm ölçüdə), döş qəfəsinin sol-yan səthinin kəsilmiş yarası (0,5x0,3sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin səthi kəsilmiş yarası (0,6x0,3sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin səthi kəsilmiş yarası (0,5x0,3sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin səthi kəsilmiş yarası (1,0x0,5sm ölçüdə), sağ çiyin qurşağının ön səthinin səthi kəsilmiş yarası (0,8x0,4sm ölçüdə), döş qəfəsinin sol yarısının arxa səthinin səthi kəsilmiş yarası (1,0x0,5sm ölçüdə), döş qə fəsinin sol yarısının arxa səthinin səthi kəsilmiş yarası (1,0x0,4sm ölçüdə), qarının sağ yarısının ön səthinin - epiqastral nahiyənin səthi kəsilmiş yarası (1,2x0,3sm ölçüdə) kimi sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcələri təyin edilməyən 23 (iyirmi üç) ədəd, döş qəfəsinin sol yarısının ön səthinin kəsilmiş yarası (1,5x0,5sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin kəsilmiş yarası (1,2x0,5sm ölçüdə), sol bazu nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin kəsilmiş yarası (2,8x1,0sm ölçüdə), sol said nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin kəsilmiş yarası (1,8x0,8sm ölçüdə), sol said nahiyəsinin orta 1/3-nin ön səthinin kəsilmiş yarası (2,5x1,0sm ölçüdə), sağ bazu nahiyəsinin orta 1/3-nin arxa səthinin kəsilmiş yarası (4,0x2,0sm ölçüdə), sağ mil-bilək oynağ ı nahiyəsinin iç səthinin kəsilmiş yarası (2,5x0,4sm ölçüdə), döş qəfəsinin sol yarısının arxa səthinin kəsilmiş yarası (3,0x1,5sm ölçüdə), döş qəfəsinin sağ yarısının arxa səthinin kəsilmiş yarası (1,5x0,8sm ölçüdə), döş qəfəsinin sağ yarısının arxa səthinin kəsilmiş yarası (2,2x0,8sm ölçüdə), bel nahiyəsinin sağ yarısının kəsilmiş yarası (2,3x0,8sm ölçüdə), sol bud nahiyəsinin yuxarı 1/3-nin arxa səthinin kəsilmiş yarası (1,9x0,4sm ölçüdə), başın ənsə nahiyəsinin kəsilmiş yarası (2,3x0,4sm ölçüdə), sağ çiyin qurşağının ön səthinin kəsilmiş yarası (1,3x0,8sm ölçüdə), sol bazu nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin kəsilmiş yarası (1,3x0,5sm ölçüdə), sağ bazu nahiyəsinin yuxarı 1/3-nin iç səthinin kəsilmiş yarası (1,3x0,4sm ölçüdə), döş qəfəsinin sol yarısının ön səthinin kəsilmiş yaras ı (0,8x0,4sm ölçüdə), döş qəfəsinin sol yarısının ön səthinin deşilmiş-kəsilmiş yarası (2,0x0,9sm ölçüdə), döş qəfəsinin sol yarısının ön səthinin deşilmiş-kəsilmiş yarası (2,5x1,0sm ölçüdə), döş qəfəsinin sağ yarısının ön səthinin deşilmiş-kəsilmiş yarası (2,4x1,0sm ölçüdə), döş qəfəsinin sağ yarısının ön səthinin deşilmiş-kəsilmiş yarası (2,6x1,0sm ölçüdə), döş qəfəsinin sol-yan səthinin deşilmiş-kəsilmiş yarası (3,2x1,0sm ölçüdə), döş qəfəsinin solyan səthinin deşilmiş-kəsilmiş yarası (3,4x1,3sm ölçüdə), döş qəfəsinin sol-yan səthinin deşilmiş-kəsilmiş yarası (3,8x0,5sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin deşilmişkəsilmiş yarası (3,0x0,5sm ölçüdə), döş qəfəsinin sağyan səthinin deşilmiş-kəsilmiş yarası (2,8x0,7sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin deşilmiş-kəsilmiş yarası (1,8x 0,9sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin deşilmiş-kəsilmiş yarası (1,4x0,8sm ölçüdə), sol bazu nahiyəsinin orta 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası (3,8x1,2sm ölçüdə), sol said nahiyəsinin orta 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası (3,8x1,7sm ölçüdə), sol said nahiyəsinin orta 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası (4,0x1,8sm ölçüdə), sol said nahiyəsinin yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası (3,5x1,0sm ölçüdə), sol said nahiyəsinin yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası (4,0x1,5sm ölçüdə), sol said nahiyəsinin orta 1/3-nin ön-iç səthinin deşilmiş-kəsilmiş yarası (12x5,5sm ölçüdə), sol baldır nahiyəsinin orta 1/3-nin iç səthinin deşilmiş-kəsilmiş yarası (4,5x2,0sm ölçüdə), sol baldır nahiyəsinin aşağı 1/3-nin bayır səthinin deşil miş-kəsilmiş yarası (5,0x2,0sm ölçüdə), sol bazu nahiyəsinin yuxarı 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası (3,0x2,0sm ölçüdə), döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (2,8x1,3sm ölçüdə), döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (3,0x0,8sm ölçüdə), döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (2,6x0,8sm ölçüdə), döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (3,8x1,5sm ölçüdə), döş qəfəsinin arxa səthinin orta xətt üzrə deşilmiş-kəsilmiş yarası (3,0x1,0sm ölçüdə), döş qəfəsinin sağ yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (3,8x1,0sm ölçüdə), sağ kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası (3,2x1,2sm ölçüdə) kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zər ər vurmanın əlamətlərinə malik 44 (qırx dörd) ədəd, ürəyin, hər iki ağ ciyərin, qaraciyərin və nazik bağırsağın yaralanması ilə müşaiyət olunan döş qəfəsinin və qarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralarının, eləcə də bədən səthinin çoxsaylı deşilmiş-kəsilmiş və kəsilmiş yaralarının törətdiyi kəskin qanitirmə nəticəsində ölümə səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edərək ürəyin sol mədəciyini zədələyən deşilmiş-kəsilmiş yarası (2,8x1,2sm ölçüdə), döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını zədələyən deşilmiş-kəsilmiş yarası (3,0x1,4sm ölçüdə), döş qəfəsinin sağ yarısının ön səthinin qarın boşluğuna nüfuz edərək diafraqmanı və qaraciyərin sağ payını zədəyələn deşilmiş-kəsilmiş yarası (3,8x1,5s m ölçüdə), döş qəfəsinin sağ yarısının ön səthinin sağ plevra boşluğuna nüfuz edərək sağ ağciyərin yuxarı payını zədələyən deşilmiş-kəsilmiş yarası (3,5x1,0sm ölçüdə), qarının sol yarısının ön səthinin – epiqastral nahiyənin qarın boşluğuna nüfuz edərək nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası (3,5x1,7sm ölçüdə), qarının sol-yan səthinin - mezoqastral nahiyənin qarın boşluğuna nüfuz edərək nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası (3,8x1,8sm ölçüdə), döş qəfəsinin sol-yan səthinin sol plevra boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını zədələyən deşilmiş-kəsilmiş yarası (3,0x1,3sm ölçüdə), döş qəfəsinin sol-yan səthinin sol plevra boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını zədələyən deşilmiş-kəsilmiş yarası (3,8x1,8sm ölçüdə), döş qəfəsinin sol-yan səthinin q arın boşluğuna nüfuz edərək nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası (3,7x1,4sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin sağ plevra boşluğuna nüfuz edərək sağ ağciyərin aşağı payını zədələyən deşilmiş-kəsilmiş yarası (2,0x1,0sm ölçüdə), döş qəfəsinin sol yarısının arxa səthinin qarın boşluğuna nüfuz edərək daxili üzvləri zədələməyən deşilmiş-kəsilmiş yarası (3,8x1,5sm ölçüdə) kimi hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa 11 (on bir) ədəd AĞİR zərər vurmaya aid bədən xəsarətlərini yetirməklə xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Hökmdən Azadəliyev Seyhun Cəbrayıl oğlu tərəfindən verilmiş apellyasiya protestinə, Məhkum1 müdafiəçisi Məmişov Bəylər Sahib oğlu və zərər çəkmiş şəxsin hüquqi varisi X1nın nümayəndəs i A.Q.Tağıyeva ilə birlikdə verdikləri apellyasiya şikayətlərinə, habelə sonuncuların apellyasiya şkayətinə əlavəsinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2022-ci il tarixli hökmü ilə (hakimlər Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) müdafiəçinin apellyasiya şikayəti qismən təmin edilmiş, apellyasiya protesti və zərər çəkmişin hüquqi varisinin nümayəndəsi ilə birgə verdikləri apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum1 CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinərək 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-nin 75-ci mad dəsinə əsasən CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cinayət məsuliyyətindən azad edilmiş, məhkum olunmuş şəxsin cəzasının ilk 03 (üç) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin hökmünə görə, Məhkum1 ona istinad olunan xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayətini qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi X15 ilə qrup şəklində törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2022-ci il tarixli hökmündən zərər çəkmiş şəxsin hüquqi varisi X1nın nümayəndəsi A.Q.Tağıyeva kassasiya şikayəti verərək həmin hökmün ləğv edilməsini və Məhkum1 barəsində ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Hazırki iş üzrə çıxarılmış hökmlərə istinad edən zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi A.Q.Tağıyeva kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum1 həqiqətə uyğun olmayan yalan ifadələri əsasında mərhum Məhkum2 barəsində bəraət hökmü çıxarılmışr və bu hal da qarşı tərəfin qohumlarını qıcıqlandıraraq digər cinayət hadisəsinin törədilməsinə, yəni bəraət almış Şahid8 sonradan qətlə yetirilməsinə birbaşa şərait yaratmışdır. Məhkum1 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimlərini aldadaraq Məhkum2 tərəfindən Zərərçəkmiş şəxs öldürülməməsini bildrmiş və birinci instansiya məhkəməsi onun bu yalanına inanaraq Şahid8 barəsində bəraət hökmü çıxarmışdır. Bu hallar onun törətdiyi cinayətlə birgə həm Məhkum1 ictimai təhlükəli şəxs olmasına, həm də məhkumun yalan ifadələr verməklə digər şəxsin öldürülməsinə birbaşa şərait yaratmasına dəlalət edir. Kassasiya şikayətinin müəllifi hesab edir ki, belə olan halda, Məhkum1 təyin olunmuş cəza açıq-aşkar yüngül hesab edilməli və həmin cəza ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Odur ki, zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi kassasiya şkayətində göstərilənlərə əsaslanaraq onun həmin şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırı lmış, lakin Məhkum1 məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi X1 isə naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun, zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi A.Q.Tağıyevanın və məhkumun müdafiəçisi A.M.Hacıyevin bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum1 və zərər çəkmiş şəxsin hüquqi varisi X1nın iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi A.Q.Tağıyeva apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməli olması və Məhkum1 ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı qərarın qəbul edilməsi barədə tələbini CPM-nin 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəlsinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirə n halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası zərər çəkmiş şəxsin hüquqi varisi X1nın nümayəndəsi A.Q.Tağıyevanın kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum1 barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələlər i üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsa sən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsasla rdan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə döv lət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cnayətkar qəsdlərdən qorunmasını, onların da pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılm asını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Kassasiya şikayətində Məhkum1 təyin edilmiş cəzanın yüngül olması və buna görə onun cəzasının ağırlaşdırılması üçün apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi, ona ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə dəlillərə və bu dəlillər üzərində qurulmuş tələbə cavab olaraq məhkəmə kolleg iyası ilk növbədə qeyd edir ki, kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən apellyasiya instansiyası məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və əsasən birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum1 ifadələri ilə yanaşı zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinə, çoxsaylı məhkəmə ekspertizalarının rəylərinə, müxtəlif istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə, habelə maddi sübutlara əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətlənd irərək məhkumun əməlinin CM-nin 120.2.1, 120.2.4 və 228.4-cü maddələri ilə tövsif edilməsi haqda qənaətə gəlmişlər. Kassasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum1 təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər zərər çəkmiş şəxsin hüquqi varisi X1nın nümayəndəsi A.Q.Tağıyeva tərəfindən mübahisələndirilmir və buna görə də, məhkəmə kollegiyası Məhkum1 təqsirliliyinə dair sübutların şərh edilməsini zəruri hesab etməyərək onun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, bu və ya dgər cinayət, yaxud cinayətlər törətmiş şəxsə təyin edilən hər bir cəza həmin cinayətin (cinayətlərin) ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, təqsirkarı səci yyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və izah və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Təsvir edilənlərdən çıxış edən məhkəmə kollegiyası kassasiya şi kayətinin dəlillərinə cavab verilmsi üçün ilk növbədə qeyd etməyi lazım bilir ki, hazırki iş üzrə məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-nin CM-nin 120.2.1 və 120.2.4-cü maddələrinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, işə baxan apellyasiya instansiya məhkəməsi CM-nin 75.1.1-ci maddəsinin müddəalarına düzgün olaraq əsaslanmaqla Məhkum1 törətdiyi və CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayətə görə (həmin maddənin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir iləd ək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulduğundan bu cinayət CM-nin 15.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir) cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsini müəyyən etmiş və bu baxımdan məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsində göstərilmişdir ki, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Göründüyü kimi, cinayət qanunvericiliyi cinayət məsuliyyətinə cəlb etmə müddətini cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvə yə mindiyi anadək müəyyən etmişdir. İş materiallarından görünür ki, CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyi 09 may 2019-cu il tarixdən apellyasiya instansiyası məhkəməsi tərəfindən 15 aprel 2022-ci il tarixli hökm çıxarılanqa qədər iki ildən artıq müddət, yəni cinayət məsuliyyətinə cəlb еtmə müddəti kеçmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmünü cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda Məhkum1 barəsində seçilmiş cinayət-hüquqi xarakterli tədbirin ağırlaşdırılmasına dair kassasiya şikayətində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir və Məhkum1 CM-nin 120.2.1, 120.2.4-cü maddələri ilə təyin olunmuş cəzanın – 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının açıq-aşkar yüngül hesab edilməsi, buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının bu əsasa görə ləğv olunması üçün əsaslar görmür. Bu nəticəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakılara istinad etməyi zəruri bilir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəz a cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Azər baycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin məna feyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azə rbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıra n halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin forma sından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən e dərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum1 barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən apellyasiya instansiyası məhkəməsi onun törətdyi cnayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı düzgün olaraq məhkumun yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirib həm bu halı, həm də iş üzrə CM- nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu hallara uyğun olaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmin cəzasnın bir hissəsini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə əsaslı nəticəyə gəlmiş, ona təqsirli bilindiyi şəxsiyyət əleyhinə xüsusilə ağır cinayəti törətdiyinə görə ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini isə məqsədə müvafiq bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsini qanuni və ədalətli hesab edərək qeyd edir ki, bu nəticə həm cəza təyini ilə bağlı yuxarıda təsvir edilənlərə, həm də cinayət qanunvericiliyinin digər normalarının tələblərinə uyğundur. Belə ki, CM-nin 57.1-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir. Cnayət qanununun bu normasının mənasına, habelə cəza təyin etmənin prinsip və şərtlərinə görə, təqsirkara xüsusilə ağır cinayət törətdiyinə görə ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin mümkün olub-olmaması nəzərdən keçirilərkən ilk növbədə bu cinayətin halları ilə yanaşı onun xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları, o cümlədən səbəb və şəraiti, nəticələri, üsulu, habelə şəxsn cinayətin törədilməsində rolu, ailə vəziyyəti, onun şəxsiy yətini səciyyələndirən hallar, cinayət törətməyə meyilli şəxs olub-olmaması, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilib-edilməməsi və sair nəzərə alınmalıdır. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı cinayət işinin materiallarına və həmin iş üzrə toplanmış sübutlara istinadən Məhkum1 ömürlük cəmiyyətdən təcrid edilməsi üçün əsaslar müəyyən etmir və bu haqda apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasya instansiyası məhkəməsinin xüsusilə ağır cinayət törətmiş Məhkum1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının bir hissəsini həbsxananda, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini də müəyyən edərkən həm cinayət qanunu normalarının tələblərinə əməl etmiş, həm də iş üzrə müəyyən olunmuş bütün halları kifayət qədər nəzərə almışdır. Belə ki, CM-nin 56.1.3-cü maddəsində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyən edilir. CM-nin 56.2-ci maddəsində isə təsbit edilmişdir ki, xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş ü zrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, zərər çəkmiş şəxsin hüquqi varisi X1nın nümayəndəsi A.Q.Tağıyeva bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamış və apellyasiya instansiyası məhkəməsinin Məhkum1 təyin olunmuş cəzanın ağırlaşdırılmasına əsas ola bilən mötəbər sübutlara istinad etməmişdir. Halbuki, CPM-nin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşd ıran halların da yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. O, ki, qaldı Məhkum1 cinayət təqibinin müxtəlif mərhələlərində 15 aprel 2022-ci il tarixli hökmlə CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinmiş Şahid8 barəsndə biri-birinə zidd olan ifadələr verməsinə, onun birinci instansiya məhkəməsində verdiyi ifadələrə əsasən Məhkum2 haqqında həmin məhkəmə tərəfindən bəraət hökmünün çıxarılmasına, bununla da sonradan bəraət almış şəxsin qətlə yetirilməsinə şərait yaratmasına, məhkəmə kollegiyası qeyd edir ki, əvvəla təqsirləndirilən şəxs qismində həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında dindirilən Məhkum1 iş üzrə ifadə verməkdə sərbəst olmuş və onun bu hüququ CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuşdur. Digər tərəfdən, birinci instansiya məhkəməsini n Məhkum2 bəraət verməsinin əsası kimi yalnız Məhkum1 ifadələrinin qəbul edilməsi, habelə sonuncunun məzmununa görə müxtəlif fadələr verməklə Şahid8 sonradan qəsdən öldürülməsinə şərait yaratması da iş üzrə toplanmış sübutlarla müəyyən edilmir və belə hallar müəyyən edilsə belə onlar Məhkum1 cəzasının ağırlaşdırılmasına əsas ola bilən hallar kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətində irəli sürülmüş tələblə, yəni həmin şikayətə baxan kassasiya instansiyası məhkəməsi tərəfindən Məhkum1 ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi haqqında qərarın qəbul edilməsinə dair tələblə bağlı məhkəmə kollegiyası CPM-nin 419-cu maddəsinin tələblərindən çıxış edərək vurğulayır ki, həmin tələblərə görə kassasya instansiyası məhkəməsinin təqsirkarın vəziyyətini hər hansı şəkildə pisləşdi rən, o cümlədən ona təyin olunmuş cəzanın ağırlaşdırılması barədə qərar qəbul etmək səlahiyyəti yoxdur və məhkəmə kassasiya şikayətində və ya kassasiya protestində istinad bu haqda dəlilləri əsaslı hesab etdikdə iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarını və ya hökmünü ləğv etməklə işin yeni apellyasiya baxışına təyin olunması haqqında qərar qəbul edir. Lakin, hazırki iş üzrə məhkəmə kollegiyası Məhkum1 açıq-aşkar yüngül cəzanın təyin edilməsi və həmin cəzanın ağırlaşdırılması, yəni ona ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə kassasiya şikayətinin dəlillərini və bu dəlillər üzərində qurulmuş tələbi qəbul edilməz sayır və buna görə də kassasiya şikayətinin təmin edilməsini mümkün bilmir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilm əsi barədə zərər çəkmiş şəxsin hüquqi varisi X1nın nümayəndəsi A.Q.Tağıyevanın, kassasiya şikayətinin təmin edilməməsi haqda isə Məhkum1 müdafiəçisi A.M.Hacıyevin və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, nümayəndə A.Q.Tağıyevanın kassasiya şikayəti təmin edilməməli, Məhkum1 CM-nin 120.2.1, 120.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına və onun CM-nin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2022-ci il tarixli hökmü isə həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegi yası Q Ə R A R A A L D İ: Zərər çəkmiş şəxsin hüquqi varisi X1nın nümayəndəsi A.Q.Tağıyevanın kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına və onun CM-nin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar