Məhkəmə qərarları › İş №1(102)-1373/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1373/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1373/2023 07.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X7 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, Məhkum və onun müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-222/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1978-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Lənkəran rayonu, Şirinsu kənd tam orta məktəbinin riyaziyyat fənni üzrə müəllimi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Lənkəran rayonu, Şirinsu qəsəbəsində yaşamışdır. 2. 16 avqust 2021-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 179.2.3 və 311.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 27 avqust 2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Əhmədova X8 rayon Təhsil Şöbəsinin 13 dekabr 2016-cı il tarixli, 84 nömrəli əmri ilə həmin tarixdən 02 dekabr 2019-cu il tarixədək Lənkəran rayonu, Şirinsu kənd tam orta məktəbinin direktoru vəzifəsini icra edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”-nin 5.4-cü maddəsinə əsasən məktəbin fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, il ərzində görüləcək işləri planlaşdırmaq və onların həyata keçirilməsinə nəzarət etmək, ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarında n irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün məsuliyyət daşımaq, fənlər üzrə təlim keyfiyyətinin yüksəldilməsi və uğurlu nəticələrin əldə edilməsi üçün bilavasitə cavabdehlik daşımaq, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3”nın təsdiq edilməsi barədə 20 dekabr 2017-ci il tarixli, 18-1 nömrəli Qərarına əsasən dövlət tərəfindən ayrılan vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin etmək, eləcə də digər təşkilati-sərəncamverici, inzibati-təsərrüfat funksiyalara malik maddi məsul rəhbər vəzifəli şəxs kimi 2017-ci ilin sentyabr ayından öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş dövlət büdcə vəsaitini mənimsəmə yolu ilə talamaq qərarına gəlib bu məqsədlə, məktəbə 01 sentyabr 2017-ci il tarixli, 63 nömrəli əmrlə 1,0 ştat vahidi üzrə laborant, 01 iyun 2018-ci il tarixli, 141 nömrəli əmrlə 1,0 ştat vahidi üzrə kiçik xidmətedici, 01 noyabr 2018-ci il tarixli, 25 nömrəli əmrlə 0,5 ştat vahidi üzrə kiçik xidmətedici və 01 yanvar 2019-cu il tarixli, 34 nömrəli əmrlə 1,0 ştat vahidi üzrə kiçik xidmətedici vəzifəsi üzrə təyin etdiyi, özünə isə guya məktəbin müəllim kimi işə qəbul edilməsini bildirdiyi Şahid10 məktəbdə işlədiyi 01 sentyabr 2017-ci il tarixdən 30 noyabr 2019-cu il tarixədək olan müddət ərzində 2017/2018-ci tədris ilində təsviri incəsənət fənni üzrə tədris etdiyi 7 dərs saatını məktəbin ibtidai sinif müəllimi Şahid9, 2018/2019cu tədris ilində musiqi fənni üzrə tədris etdiyi 5 dərs saatını özünün və 2019/2020-ci tədris ilinin 2019-cu ilin dekabr ayınadək o lan dövrü ərzində musiqi fənni üzrə tədris etdiyi 7 dərs saatını Şahid9 adına tarifləşdirdiyi, sonuncu və özünün həmin dərs saatlarını tədris etmədikləri halda, cinayətdən xəbərsiz olmuş Şahid9 adına verilmiş plastik əmək haqqı kartının hesabına 2017/2018-ci tədris ili üzrə 2017-ci ilin sentyabr ayında 86,68 manat, oktyabr-dekabr ayları və 2018-ci ilin yanvar-mart aylarının hər birində ayrı-ayrılıqda 149,72 manat, aprel ayında 180,04 manat, may ayında 164,88 manat, iyun ayında 164,88 manat, iyul ayında 208,04 manat, avqust ayında 11,40 manat, sentyabr ayında 82,40 manat olmaqla, cəmi 1796,64 manat, 2019-2020-ci tədris ilinin dekabr ayına kimi olan hissəsi üzrə 2019-cu ilin sentyabr ayında 83,63 manat, oktyabr və noyabr aylarının hər birində ayrı-ayrılıqda 159,66 manat olmaqla, cəmi 402,95 manat məbləğində köçürülmüş pulları sonuncudan qəbul edib, özünün plastik əmək haqqı kartının hesabına 2018/2019-cu tədris ili üzrə 2018-ci ilin sentyabr ayında 68,75 manat, oktyabr-dekabr ayları və 2019-cu ilin yanvar-iyun aylarının hər birində 137,50 manat, iyul ayında 237,66 manat, avqust ayında 40,62 manat və sentyabr ayında 65,47 manat olmaqla, cəmi 1650 manat məbləğində köçürülmüş pulları isə şəxsən bankomatdan nağdlaşdırıb, ümumilikdə 3849,59 manat (üç min səkkiz yüz qırx doqquz manat əlli doqquz qəpik) məbləğində dövlət pul vəsaitlərini özünün şəxsi ehtiyaclarına sərf etməklə ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid niyyətlə mənimsəməklə talamışdır. Bundan başqa o, Lənkəran rayonu, Şirinsu kənd tam orta məktəbinin direktoru vəzifəsini icra edərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3”nda müəyyən edilmiş əmək funksiyası və vəzifə təlimatına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəblərinin nümunəvi Nizamnaməsi”nə əsasən ümumi təhsil məktəbinə rəhbərlik etmək, məktəbdə kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasına nəzarət etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi, 2018-ci ilin dekabr ayında həmin məktəbdə xadimə işləyən X2 ondan əri Şahid14 məktəbə elektrik vəzifəsi üzrə iş ə qəbul etməsini xahiş etməsi ilə əlaqədar X13 Hüseynovu məktəbin vakant olan həmin ştatına rüşvət qismində veriləcək 2000 (iki min) manat məbləğində pul müqabilində təyin edə biləcəyini bildirib Gülər Hüseynova ilə bu barədə sövdələşdikdən bir həftə sonra, 2018ci ilin dekabr ayında xidməti otağında sonuncudan göstərilən halla bağlı rüşvət qismində 500 (beş yüz) manat məbləğində pul və qalan 1500 (bir min beş yüz) manat məbləğində pulun əvəzində isə müvafiq dəyərdə olan bir baş inəyi cinayətdən xəbərsiz olmuş həmkəndlisi Şahid12 vasitəsilə maddi nemət kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəyərək almışdır.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)535/2021 nömrəli, 09 dekabr 2021-ci il t arixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.3 və 311.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 46.2-ci və 62-ci maddələri tətbiq olunmaqla Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla və əlavə cəzanı əsas cəzaya birləşdirməklə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, hökmlə digər məsələlər də həllini tapmışdır.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib hökmdən Azərba ycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəanın xaric edilməsini, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 311.1 və 179.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-222/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-535/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilmiş, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəa hökmdən xaric edilmiş, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla Azərbaycan Respublikası CM-nin 179.2.3-cü ma ddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla və əlavə cəzanı əsas cəzaya birləşdirməklə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özün ü idarə orqanlarında təşkilat-sərəncamverci və inzibattəsərrüfat funksiyalarına aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 09 mart 2022-ci il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətinə və ona əlavədə qeyd edilir ki, zərərçəkmiş şəxslə barışıq əldə edilməklə və sonuncuya vurduğu ziyanı tamamilə ödəməklə yanaşı, o, həmçinin həmin maddi ziyanın 25 (iyirmi beş) faizini təşkil edən pulu - 964 manatı 17 oktyabr 2023-cü il tarixdə dövlət büdcəsinə ödəmişdir. Belə olan halda Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi cinayət işi üzrə tətbiq edilməli, həmin normalara əsasən o, cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilməlidir. Bundan başqa, 13 yanvar 2013-cü il təvəllüdlü qardaşı qızı olan X5 onun himayəsində olsa da, apellyasiya instansiyası məhkəməsi bu halı da nəzərə almamışdır. Bunlarla yanaşı həmçinin qeyd edilməlidir ki, o ali təhsillidir, əvvəllər heç vaxt cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır, orta məktəbdə müəllimə işləmiş, yaşayış yeri və iş yeri üzrə müsbət qiymətləndirilməsi barədə xasiyyətnamələri varıdır, əməl törədilən dövrdə oğlu həqiqi hərbi xidmətdə olmuşdur. Cəzanı yüngülləşdirən halları nəzərə almaqla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 09 mart 2022-ci il tarixli qərarının dəyişdirilməsi, Məhkum həmin qərarla Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsindən azad edilməsi, həmin qərardan 66.3 və 66.4-cü maddələrinin tətbiq edilməsinə dair müddəaların xaric edilməsi, onun Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə isə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi, barəsində birinci instansiya məhkəməsinin verdiyi qərarın yenidən verilməsi (azadlığın məhdudlaşdırılması növündə cəzanın təyini) barədə qərar qəbul edilməsi xahiş edilir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsin in kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən gör ündüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum verdiyi kassasiya şikayətində və əlavədə ona təyin edilən cəzanın ağır olduğunu iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-222/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəx s cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, tör ədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ə dalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. İstinad edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

23. Məhkəmə kollegiyası təsvir edilənlərə əsaslanmaqla məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə qismən razılaşsa da, aşağıda qeyd edilən səbəblərə görə mübahisələndirilən qərarın bu hissədə dəyişdirilməsini zəruri hesab edir.

24. Məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsi tərəfindən törədilən cinayət əməlinin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin kifayət qədər nəzərə alınmadığına əsaslanmaqla Məhkum barəsində Azərbaycan Respublikası CMnin 62-ci maddəsinin tətbiq edilməsinin mümkün olmadığı barədə gəldiyi qənaətində və müvafiq müddəaların hökmdən xaric edilməsi haqda verdiyi qərarında apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur.

25. Bununla belə, məhkəmə kollegiyası nəzərə alır ki, hazırki kassa siya şikayəti və ona əlavə ilə mübahisələndirilən qərarın qəbul edilməsindən sonra ötən dövrdə Məhkum törətdiyi cinayət əməlinin nəticəsi olaraq vurduğu maddi ziyanın iyirmi beş faizini təşkil edən pul vəsaitini dövlət büdcəsinə ödəmişdir.

26. Bu halla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CMnin 73-1.2-ci maddəsində təsbit edilmiş qaydaya görə, eyni Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.

27. İstinad edilən maddi hüquq normasının tələbinə əsaslanmaqla məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsə v urduğu ziyanı tamamilə ödəməklə sonuncu ilə barışmış, eləcə də vurulan ziyanın iyirmi beş faizi miqdarında pul vəsaitinin dövlət büdcəsinə ödənilməsini təmin etmiş Məhkum, təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə eyni Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə məhkum edildiyi 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilməlidir.

28. Müvafiq olaraq, Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi üzrə təyin edilmiş əsas və əlavə cəzalardan azad edildiyindən, apellyasiya instansiyası məhkəməsinin qərarından Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə ə sasən cinayətlərin məcmusu üzrə əsas və əlavə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilməlidir.

29. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cinayət işində yaranmış yuxarıda qeyd edilən yeni hal, cinayət işinin digər halları və Məhkum şəxsiyyətini səciyyələndirən xüsusiyyətləri birlikdə götürülməklə onun təqsirli bilinərək məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsi ilə təyin olunmuş cəzanın eyni Məcəllənin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsinə əsas verir.

30. Belə ki, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah e dilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Eyni Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

31. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 -ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).

32. Məhkəmə kollegiyası təsvir edilənlərə əsaslanmaqla nəzərə alır ki, cinayət işinin materiallarından göründüyü kimi:  „Azərbaycan Beynəlxalq Bankı“ ASC-nin Lənkəran filialı tərəfindən tərtib edilmiş 28 oktyabr 2021-ci il tarixli, BPM**********35 nömrəli ödəniş və mədaxil qəbzlərinə görə, həmin tarixdə Məhkum X1 hesabına 3850 manat məbləğində pul köçürməklə iş üzrə zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı könüllü olaraq tamamilə ödəmişdir (cild 4, səh. 105-106);  Zərərçəkmiş şəxs qismində tanınmış Azərbaycan Respublikası Təhsil Nazirliyi 15 saylı ərazi Maliyyə Hesablaşma nümayəndəsi Nümayəndə tərəfindən 03 de kabr 2021-ci il tarixdə tərtib edilmiş ərizədən müəyyən edilir ki, zərərçəkmiş şəxsə maddi ziyan tam olaraq ödənilmiş, bu səbəbdən zərərçəkmiş şəxs onunla barışmış və ona qarşı şikayət və tələbi yoxdur (cild 4, səh. 97);  13 yanvar 2013-cü il təvəllüdlü X5 anasının vəfat etməsi və atasının azadlıqdan məhrum etmə cəzası çəkməsi səbəbindən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 23 may 2017-ci il tarixli Sərəncamı ilə bibisi Məhkum qəyyumluğuna verilmişdir (cild 4, səh. 113);  „Kapital Bank“ ASC-nin 17 oktyabr 2023-cü il tarixli qəbzinə görə, Məhkum tərəfindən maddi ziyanın 25 (iyirmi beş) faizi miqdarında pul - 964 manat dövlət büdcəsinə ödəniş etmişdir.

33. Cinayət işinin yuxarıda qeyd edilən hallarının məcmusunu, eləcə də Məhkum həm yaşadığı, həm də işlədiyi yer üzrə müsbət xarakteri zə oldunduğunu və apellyasiya baxışının nəticəsi olaraq həbs edilənədək ibtidai istintaq və aşağı instansiya məhkəmələrində icraat dövründə qanunauyğun tərzdə davranış etdiyini nəzərə alaraq, həmçinin daha əvvəl təsvir edilən cəza siyasətini təzimlənməyən maddi cinayət-hüquqi normalara əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum islah edilməsinə nail olunması, eləcə də Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatılması, təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsi ilə təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab olunmaqla icra edilməsi ilə də mümkündür.

34. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsi ilə təyin olunmuş əsas cəza üzrə eyni Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına aid vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməlidir.

35. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, onun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)222/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsaslanmaqla yuxarıda göstərilən qaydada d əyişdirilməlidir. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti və ona əlavə qismən təmin edilsin. Kassasiya şikayətinə və ona əlavəyə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-222/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə eyni Məcəllənin 46.2-ci maddəsi tətbiq edilərək təyin edilmiş 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasında n azad edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-222/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərarındanAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə əsas və əlavə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Məhkum həbsdən azad edilsin. Məhkum üzərinə sınaq müddəti ərzində üzərinə davranış nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun, bu vəzifələr in yerinə yetirilməsinə nəzarət edilməsi onun daimi yaşayış qeydiyyatında olduğu ərazi üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli qərarın qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə eyni Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına aid vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-222/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətinə və ona əlavəyə münasibətdə qalan hissələ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar