Məhkəmə qərarları › İş №1(102)-1373/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1373/2024

30.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1373/2024 30.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızı katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkumlar- Məhkum1, Məhkum2 və sonunçunun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protesti və məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 1(099)440/2023 nömrəli hökmü (Cəlil Nəbiyevin sədrliyi, Cavid Səfərli və Müşfiq Məmmədovdan ibarət tərkibdə) ilə xx xxxxxxxx 1988-ci ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 5 (beş) azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində 18 oktyabr 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin cəza 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 16 oktyabr 2022-ci ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qa ydada müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması, xx xxxx 1984-cü ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Neftçala rayonu, SMD-31-də yaşamış, barəsində xx.xx.2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 16 oktyabr 2022-ci ildən hesablanması hökm edilmişdir. Məhkum edilmiş şəxs Məhkum 1 apellyasiya şikayəti verərək, ona ədalətsiz və ağır cəza təyin edildiyini bildirib Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 1(099)-440/2023 saylı ittiham hökmünün ləğv edilməsini, barəsində qanuni və ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkum edilmiş şəxs Məhkum2 apellyasiya şikayəti verərək, barəsində olan ciyanət işi üzrə təqsirli olmadığına görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 avqust 2023cü il tarixli 1(099)-440/2023 saylı ittiham hökmünün ləğv edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Elşad Əliyevdən ibarət tərkibdə) 18 dekabr 2023-cü il tarixli, 1(106)-710/2023 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum1 tər əfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, məhkum edilmiş şəxs Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayəti və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən apellyasiya şikayətnə verilmiş əlavə qismən təmin olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 1(099)-440/2023 nömrəli hökmü dəyişdirilmiş, Məhkum2 əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmuş və o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Hökmdən Məhkum2 Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə etməsinə, saxlamasına, daşımasına v ə ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən cəza təyin edilməsinə dair müddəalar xaric edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 1(099)-440/2023 nömrəli hökmü apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edilmiş işin hallarına görə Məhkum1 qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti məlum olmayan şəxs külli miqdarda narkotik vasitə olan və təmiz çəkisi 10165,0 qram qurudulmuş marixuananı İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitəni məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İİR-dan qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, bu barədə 12 oktyabr 2022-ci ildə şəxsiyyəti məlum olmayan şəxs Məhkum1 məlumat verdikdən sonra, o, tanışı Məhkum2 ilə birlikdə sonuncunun idarə etdiyi "LADA 2 106” markalı, "AZ **-BC-***” dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonundan Biləsuvar rayonuna getmiş, 16 oktyabr 2022-ci ildə, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 6-cı sərhəd zastavasının çöl istiqamətində iki ədəd bağlamada külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyaraq, avtomobilin arxa oturacağına qoyub hadisə yerindən uzaqlaşmış, DSX-in əməkdaşları tərəfindən təqib edildiyini görüb içərisində külli miqdarda narkotik vasitə olan bağlamaları N nömrəli hərbi hissənin 5-ci sərhəd zastavasının 30-cu sahəsində avtomobildən atmış, davam etdirilən əməliyyat-axtarış tədbiri nəticəsində N nömrəli hərbi hissənin 6-cı sərhəd zastavsının 8-ci sahəsində saxlanılmış, sonra onların iştirakı ilə cinayətkar qrupa məxsus iki ədəd bağlamada külli miqdarda - ümumi təmiz çəkisi 10165,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi Məhkum2 əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən CMnin 234.1-1-ci maddəsinə tövsif edərkən yalnız təqsirləndirilən şəxs Məhkum2 verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olünan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə guya Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirinin sübuta yetirilməməsi kimi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, bununla da işin halları məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. İşin hallarından göründüyü kimi, Məhkum2 tanışı Məhkum1, şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girməsi, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar n iyyətə uyğun olaraq şəxsiyyəti məlum olmayan şəxsin külli miqdarda narkotik vasitə olan təmiz çəkisi 10165,0 qram qurudulmuş marixuananı İranda qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması, məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İİR-dan qanunsuz olaraq Azərbaycan Respublikasına keçirməsi, bu barədə 12 oktyabr 2022-ci üdə şəxsiyyəti məlum olmayan şəxs Məhkum1 məlumat verdikdən sonra, onun, tanışı Məhkum2 ilə birlikdə sonuncunun İdarə etdiyi LADA 2106 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonundan Biləsuvar rayo nuna getmələri, 16 oktyabr 2022-ci ildə saat 18 radələrində iki ədəd bağlamada külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyaraq, avtomobilin arxa oturacağına qoyub hadisə yerindən uzaqlaşmaları, DSX-in əməkdaşları tərəfindən təqib edildiklərini görüb içərisində külli miqdarda narkotik vasitə olan bağlamaları avtomobildən atmaları, davam etdirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmaları, sonra onların iştirakı ilə cinayətkar qrupa məxsus iki ədəd bağlamada külli miqdarda - ümumi təmiz çəkisi 10165,0 qram narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürüldüyü iş üzrə toplanmış bir-birini tamamlayan sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəməsi isə Məhkum2 digər təqsirlənd irilən şəxs Məhkum1 Biləsuvar rayonuna narkotik vasitə götürmək üçün getməsindən məlumatının olmaması, Məhkum1 bağlamanı götürdükdən və gətirib avtomobilin arxa oturacağına qoyduqdan sonra həmin bağlamada narkotik vasitə olduğunu bilməsi, buna görə də onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri daşıması, ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi, birinci instansiya məhkəməsinin onu həmin maddələrlə təqsirli bilib məhkum edərkən konkret sübutlara deyil, istintaq orqanının mülahizələrinə əsasən mötəbər olmayan, ziddiyyətli və yolverilməz sübutlara əsaslanaraq yanlış nəticəyə gəlməsi qənaətinə gəlməklə onun əməlini CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-1- ci maddəsinə tövsif edərkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin bütün dispozitiv əlamətlərini göstərməmiş, həmin maddənin dispozisiyasında qrup üzvlərinin hamısının cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri birlikdə icra etmələri deyil, məhz qrup üzvünün ümumi cinayətkar niyyətə uyğun olaraq maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birini icra etməsinin şəxsin əməlində cinayət tərkibini yaratmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, yalnız təqsirləndirilən şəxs Məhkum2 verdiyi özünü müdafiə xarakterli ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara is tinad edib Məhkum2 cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur. Belə ki, ibtidai istintaq zamanı dindirilmiş digər təqsirləndirilən şəxs Məhkum1 müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində tanışı Məhkum2la bağlı göstərmişdir ki, körpünün aşağı hissəsində iranlı tərəfindən gizlədilən iki ədəd bağlamam götürərək avtomobilin arxa oturacağına qoymuş, avtomobilə əyləşərkən Tahir arxada torbanın olmasını görüb ondan bu barədə soruşarkən sonuncuya bağlamada narkotik vasitə olduğunu bildirmiş, Tahir ona qorxduğunu demiş, sonuncuya qorxmamasını, torpaq yolla avtomobili idarə edərsə polislərin onları tuta bilməyəcəyini, onların rahatlıqla geri qayıdacaqlarını demiş, avtomobillə hərəkət edərkən yolda tanımadığı şəxsdən Biləsuvar rayonuna necə gedə biləcəkləri barədə soruşsalar da, yol u azaraq sərhədə - tikanlı tellər olan yerə getmişlər, orada iki nəfər hərbi qulluqçu avtomobili saxlayaraq özlərini Dövlət Sərhəd Xidmətinin əməkdaşları kimi təqdim edərək onlardan şübhələndikləri üçün avtomobilin yük yerinə baxış keçirmək istədiklərini bildirmiş, Tahirə avtomobili sürüb oradan uzaqlaşmasını demiş, ərazidən uzaqlaşan zaman içərisində narkotik vasitə olan iki ədəd bağlamanı avtomobildən tullamışdır, (cild 1, səh. 28-29, 81-83, 126-129). Dövlət ittihamçısı kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkum2 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, işin faktiki hallarına, işdə mövcud olan sübutlara ə sasən və üzləşmə protokollarına nəzər salındıqda məlum olur ki onun əməli düzgün tövsif edilməyib.Belə ki onun əməlində birgə iştirakçı kimi cinayət tərkibinin əlaməti mövcud deyildir. O bildirmişdir ki, onun narkotik vasitənin mövcudluğundan yalnız hərbi qulluqçular maşına baxış keçirmək istəyərkən Məhkum1 ona maşındakı bağlamada narkotik vasitənin olması deməsindən sonra məlumatı olmuş, tutulmağından qorxduğu üçün və Yusifin maşını “sür uzaqlaş” deməsindən sonra uzaqlaşmaq istəmişdir. Məhkum2 onun ittiham olunduğu maddənin CM-in 307.2-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkum1 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ona cəza təyin edilərkən himayəsində azyaşlı uşağının olması, fəaliyyət qabiliyyəti olmayan əlil qardaşının olması və digər yüngülləşdirici hallar nəzərə alınmamışdır. Məhkum1 cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkum1, Məhkum2 və müdafiəçisi məhkəmə iclasında çıxış edərək kassasiya protestinin təmin olunmamasını, kassasiya şikayətinin isə təmin olunmasını xahiş etdilər. Dövlət ittihamçısı məhkəmə iclasında çıxış edərək kassasiya protestinin təmin olunmasını və Məhkum1 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.1 və 234.4.3cü maddələri ilə və Məhkum2 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilmələrinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2023-cü il tarixli qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini, kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materialla rını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunmaması, kassasiya şikayətlərinin təmin olunması barədə müdafiə tərəfinin, kassasiya protestinin təmin olunması, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməli, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli q anunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin qərarını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqə ləndirmişdir. Məhkum2 kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkum1 kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya müraciətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alar aq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin əd alətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonr a öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə koll egiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət içinin materiallarından görünür ki, istintaq orqanı tərəfindən Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. CM-in 234.4.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsini, CM-in 234.4.3-cü maddəsi isə eyni əməlin külli miqdarda törədilməsini nəzərdə tutur. Bu tərkiblərin yaranması üçün ilk öncə satış məqsədinin mövcudluğunun sübut olunması zəruridir. Hazırki işin hallarından görünür ki, aşkar edilən narkotik vasitənin miqdarı 10165 qram qurudulmuş marixuanadır. Mövcud məhkəmə təcrübəsinə görə bu miqdarda narkotik vasitənin mövcudluğu şəraitində satış mə qsədinin olması qəbul olunandır. Eyni zamanda, Məhkum2 həmin narkotik vasitəni qaçaqmalçılıq yolu ilə sərhəddən keçirilməsində rolu, hər hansı qaydada iştirakçılığı olmadığı üçün ona qarşı CM-in 206-cı maddə ilə ittiham irəli sürülməmişdir. Eyni zamanda, aşkar edilən narkotik vasitə çəkisi baxımından külli miqdar hesab edilir. Burada araşdırılmalı yeganə məsələ Məhkum1la Məhkum2 bu cinayət əməli törədilərkən qabaqcadan əlbir olub-olmaması məsələsidir. CM-in 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-in 32.2-ci maddəsində göstərilmişdir ki, cinayəti bilavasitə törətm iş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqçadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il qərında iştirakçılıqla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: “...İştirakçılıq törədilmiş cinayət əməlinin tövsifində və cəza təyinində nəzərə alınaraq cinayətkar fəaliyyətin xüsusi forması kimi çıxış edir. İştirakçılığın aksessor (müstəqil olmayan, törəmə) və müstəqil hüquqi təbiətə malik olmasına dair iki nəzəriyyə mövcuddur. Birinci nəzəriyyəyə görə, icraçının cinayət əməli iştirakçılığın əsası kimi çıxış edir və digər iştirakçıların cinayətkar fəaliyyəti törəmə (aksessor) xarakter daşıyır. Yəni digər iştirakçıların məsuliyyətə cəlb edilməsi icraçının törətdiyi əməldə cinayət tərkibinin əlamətlərinin olmasından asılıdır. Digər nəzəriyyəyə görə isə iştirakçıların cinayət məsuliyyəti icraçının cinayət əməli ilə şərtləndirilmir və müstəqil xarakter daşıyır. İştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Kəmiyyət əlaməti cinayətdə bir neçə şəxsin iştirak etməsində ifadə olunur. Adətən iştirakçılıq əlamətinin mövcud olması üçün cinayətin törədilməsi ndə ən azı iki şəxsin iştirakı kifayətdir. Lakin bir sıra hallarda iştirakçılıq əlaməti cinayətin iştirakçılarının əhəmiyyətli sayda mövcud olmasını tələb edir. Məsələn, cinayətkar birlik (təşkilat) yaratma, kütləvi iğtişaşlar, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma kimi cinayət tərkibləri (Cinayət Məcəlləsinin 218, 220 və 279-cu maddələri)......Mövcud yanaşmalardan birinə görə, iştirakçılığın “qabaqcadan əlbir olan bir qrup” formasında mümkünlüyü yalnız birgə icraçıların iştirakı ilə əlaqələndirilir və iştirakçılığın bu formasının zəruri əlaməti kimi onların hərəkətlərinin “məkan və zaman ümumiliyi” əlaməti zəruri hesab edilir. Yəni, cinayət əməlinin tövsifedici əlaməti kimi “qabaqcadan əlbir olan bir qrup” dedikdə, cinayətin iki və daha çox şəxs tərəfindən birgə (eyni vaxtda və yerdə) icra edilməsi nəzərdə tutulur......Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir.” Konstitusiya Məhkəməsinin hü quqi mövqeyindən görünür ki, işin digər halları ilə yanaşı cinayət əməli törədən şəxslərin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Hazırki işin hallarından görünür ki, hər iki məhkum bir-birlərini cinayət əməli törədilməmişdən iki il öncədən tanıyırlar. Məhkum2 taksi sürücüsü kimi Məhkum1 övladlarını avtomobili ilə məktəbə aparıb-gəririr. Cinayət işində olan hər iki məhkumun ifadələrindən gorunur ki, bu ifadələr arasında hadisənin baş vermə hallarına dair ziddiyyətli məqamlar mövcuddur. Bundan əlavə, Məhkum1 əvvəl Bəhrəmtəpə qəsəbəsinə getmək istədiyini, sonra Cəbrayıl qəsəbəsinə getməli olduğunu, sonra naməlum, tanımadıqları istiqamətdə hərəkət etdiklərini və nəticədə narkotik vasitənin saxlandılğı yerə gəlib çatdıqlarını bild irir. Məhkum2 ifadəsində avtomobildə olan əşyanın narkotik vasitə olmasından xəbəri olmadığını, Məhkum1 isə narkotik vasitəni maşına qoyduğu andan Məhkum2 bu əşyanın narkotik vasitə olduğundan xəbəri olduğunu bildirmişdir. Hazırki işin hallarından da görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum2 əməlini tövsif edərkən yalnız bu iki məhkumun ifadələrinə əsaslanmış, lakin cinayət əməlinin baş vermə ardıcıllığını və mərhələlərini, eləcə də, bu iki məhkumun ifadələri arasında işin halları baxımından ziddiyyətli məqamların olmasını nəzərə almamışdır. CPM-in 419.12-ci maddəsinə əsasən bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şi kayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, cinayət işi apellya siya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya protestinə əsasən ləğv edildiyindən hazırkı qərarın əsaslandırıcı hissəsində qeyd edilənlərə əsasən kassasiya şikayətləri təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin. Cinayət işi apellyasiya instansiyası m

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar