Məhkəmə qərarları › İş №1(102)-1374/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1374/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1374/2023 14.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X14, Məhkum müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 313cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 1(103)-876/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 24 avqust 1964-cü il tarixdə Ermənistanın Ararat rayonunun, Şirazlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" Mənzil-Tikinti Kooperativin faktiki sahibi, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 aprel 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2, 213.2.1, 213.2.2, 228.1, 228.4, 263.1 və 315.2, 66.3-cü maddələri ilə təqsirli bilinərək 11(on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 11 fevral 2013-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 1(101)-539/2019 nömrəli hökmünə əsasən (hakimlər X15 (sədrlik edən), X11 və X4 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yer li özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7(yeddi) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi lakin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona qeyd olunan maddə ilə cəza təyin edilməməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3, 66.4-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Məhkum 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 aprel 2004-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından Sumqayıt şəhər Məhkəməsinin 11 fevral 2013-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Məhkum qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 01 sentyabr 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs3, X5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs5, X12, X7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs15 Hacıbala oğlunun, Zərərçəkm iş şəxs16, Zərərçəkmiş şəxs17 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum Zərərçəkmiş şəxs3 xeyrinə 356448 manatın, X5 xeyrinə 248160 manatın, Zərərçəkmiş şəxs4 xeyrinə 102507 manatın, Zərərçəkmiş şəxs11 xeyrinə 75670 manatın, Zərərçəkmiş şəxs18 xeyrinə 144900 manatın, Zərərçəkmiş şəxs5 xeyrinə 48363 manatın, X12 xeyrinə 102507 manatın, X7 xeyrinə 102507 manatın, Zərərçəkmiş şəxs9 xeyrinə 75670 manatın, Zərərçəkmiş şəxs6 xeyrinə 95000 manatın, Zərərçəkmiş şəxs7 xeyrinə 54144 manatın, Zərərçəkmiş şəxs1 xeyrinə 54144 manatın, Zərərçəkmiş şəxs10 xeyrinə 110000 manatın, Zərərçəkmiş şəxs15 Hacıbala oğlunun xeyrinə 74380 manatın, Zərərçəkmiş şəxs16 xeyrinə 54144 manatın, Zərərçəkmiş şəxs17 xeyrinə 116200 manatın tutulması, iddiaların qa lan hissəsinin rədd edilməsi,Məhkum ekspertiza xərci təşkil edən 150 (yüz əlli) manat alınaraq dövlət büdcəsinə keçirilməsi,iş üzrə maddi sübutlar olan "xxxx" MTK tərəfindən Zərərçəkmiş şəxs15 verilmiş 38 saylı mənzilə dair 22 oktyabr 2010- cu il tarixli alqı-satqı müqaviləsinin, Zərərçəkmiş şəxs1 verilmiş 38 saylı mənzilə dair 31 yanvar 2014-cü il tarixli alqı-satqı müqaviləsinin və həmin tarixli maliyyə arayışının, Zərərçəkmiş şəxs8 verilmiş 32, 38, 44 və 47 saylı mənzillərə dair 01 oktyabr 2014-cü il tarixli alqı-satqı müqavilələrinin və həmin tarixli maliyyə arayışlarının, Zərərçəkmiş şəxs13 Abduləhməd qızına verilmiş 24 №-li mənzilə dair 12 iyul 2012-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin tarixli maliyyə arayışının, Zərərçəkmiş şəxs4 verilmiş 26 №-li mənzilə dair 27 iyul 2014 -cu il tarixli alqı-satqı müqaviləsinin və həmin tarixli maliyyə arayışının, 27 №-li mənzilə dair eyni tarixli alqısatqı müqaviləsinin və maliyyə arayışının, Zərərçəkmiş şəxs3 verilmiş 1 №-li mənzilə dair 11 avqust 2014-cu il tarixli, 50 №-li mənzilə dair 22 sentyabr 2014-cü il tarixli, 51 №-li mənzilə dair 24 sentyabr 2014-cü il tarixli, 29 №-li mənzilə dair 20 oktyabr 2014-cu il tarixli, 52 №-li mənzilə dair 25 dekabr 2014-cu il tarixli, 54 №-li mənzilə dair 25 dekabr 2014-cu il tarixli alqı-satqı müqavilələrinin və maliyyə arayışlarının, X13 verilmiş 2 və 3 №-li mənzillərə dair 4 sentyabr 2014-cü il tarixli alqı-satqı müqavilələrinin və maliyyə arayışlarının, X16 verilmiş 14 №-li mənzilə dair 4 sentyabr 2014-cü il tarixli, 16 №-li mənzilə dair 23 dekabr 2014-cü il tarixli alqı-satqı müq avilələrinin və maliyyə arayışlarının, Zərərçəkmiş şəxs16 verilmiş 41 №li mənzilə dair 14 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinin və həmin tarixli maliyyə arayışının, Zərərçəkmiş şəxs7 verilmiş 53 №-li mənzilə dair 20 oktyabr 2014-cü il tarixli alqısatqı müqaviləsinin və maliyyə arayışının, Zərərçəkmiş şəxs6 verilmiş 17 №-li mənzilə dair 20 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinin və maliyyə arayışının, Zərərçəkmiş şəxs9 verilmiş 49 №-li mənzilə dair 20 oktyabr 2014-cu il tarixli alqı-satqı müqaviləsinin və həmin tarixli maliyyə arayışının, Zərərçəkmiş şəxs5 verilmiş 28 №-li mənzilə dair 14 noyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı, X8 verilmiş 37 №-li mənzilə dair 14 noyabr 2014-cü il tarixli, 39,40 və 42 №-li mənzillərə dair 23 dekabr 2014-cü il tarixli alqısatqı müqavilələrinin və maliyyə arayışlarının, Zərərçəkmiş şəxs17 verilmiş 60 №-li mənzilə dair 20 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinin və maliyyə arayışının, X9 verilmiş 43 №-li mənziə dair 5 yanvar 2015-ci il tarixli alqı-satqı müqaviləsinin və maliyyə arayışının, X1 verilmiş 13 №-li mənzilə dair 14 fevral 2015-ci il tarixli alqı-satqı müqaviləsinin və maliyyə arayışının, Zərərçəkmiş şəxs11 verilmiş 30 №-li mənzilə dair 10 mart 2015-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin tarixli maliyyə arayışının və Zərərçəkmiş şəxs18 verilmiş 18 №-li mənzilə dair 16 aprel 2015-ci il tarixli alqı-satqı müqaviləsinin və maliyyə arayışı cinayət işində saxlanılması nəzərə alınması hökm edilmişdir.

3. Hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğun un Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs2, X5, Zərərçəkmiş şəxs3 və X21 nümayəndəsi (vəkil) Müdafiəçi6 tərəfindən təmsil etdiyi hər bir zərərçəkmiş şəxsə münasibətdə ayrı-ayrılıqda apellyasiya şikayətləri, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs11 Cəfərqlu oğlunun, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs9 nümayəndəsi (vəkil) Müdafiəçi1 tərəfindən təmsil etdiyi hər bir zərərçəkmiş şəxsə münasibətdə ayrı-ayrılıqda apellyasiya şikayətləri və məhkum edilmiş şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 03 may 2021-ci il tarixli, 1(103)20/2021 nömrəli qə rarına əsasən (hakimlər X19 (sədrlik edən və məruzəçi), X18 və X2 ibarət tərkibdə) məhkum olunmuş şəxs Məhkum apellyasiya şikayətinin təmin edilməməsi, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, zərərçəkmiş şəxslərin (mülki iddiaçıların) nümayəndələri Müdafiəçi6 və Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 1(101)-539/2019 saylı hökmünün dəyişdirilməsi, həmin hökmlə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6(altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin artırılaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin artırılaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hazırki qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.2-ci maddələri ilə təyin olunan və hökmlə Cinayət Məcəlləsinin 179.3.2, 313-cü maddələri ilə müəyyən olunmuş azadlıqdan məhrum etmə cəzalarını Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaqla, habelə hökmlə təyin edilmiş əlavə cəzanı hazırki qərarla təyin olunan əsas cəzaya Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən birləşdirilməklə Məhkum cinayətlərin məcmusu üzrə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 aprel 2004-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından Məhkum Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2013-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad etmənin hökmlə Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsinin nəzərə alınaraq, həmin hökm üzrə cəzanın çəkilməmiş hissəsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki qərarla təyin olunan cəza ilə qismən birləşdirməklə Məhkum hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10(on) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manatın məhkum edilmiş şəxs (mülki cavabdeh) Məhkum tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Həmin qərardan Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir.

6. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2022-ci il tarixli, 1(102)-195/2022 nömrəli qərarına əsasən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi, kassasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır.

7. Bakı Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 1(103)-876/2022 nömrəli qərarı ilə (hakimlər Həsən Hüseyn oğlu Əhmədovun sədrliyi və məruzəsilə, X17 və X3 ibarət tərkibdə) məhkum olunmuş şəxs Məhkum apellyasiya şikayəti, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs2, X5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 müdafiəçisi-nümayəndəsi Müdafiəçi6 tərəfindən, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs9 müdafiəçisi-nümayəndəsi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunmaması, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən ve rilmiş apellyasiya protestinin təmin edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 313cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 1(101)-539/2019 saylı hökmünün dəyişdirilməsi, həmin hökmlə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin artırılaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin artırılaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hazırki qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.2-ci maddələri ilə təyin olunan və hökmlə Cinayət Məcəlləsinin 179.3.2, 313-cü maddələri ilə müəyyən olunmuş azadlıqdan məhrum etmə cəzalarını Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaqla, habelə hökmlə təyin edilmiş əlavə cəzanı hazırki qəra rla təyin olunan əsas cəzaya Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən birləşdirilməklə Məhkum cinayətlərin məcmusu üzrə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 aprel 2004-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından Məhkum Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2013-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad etmənin hökmlə Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsinin nəzərə alınaraq, həmin hökm üzrə cəzanın çəkilməmiş hissəsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddə sinə əsasən hazırki qərarla təyin olunan cəza ilə qismən birləşdirməklə Məhkum hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manatın məhkum edilmiş şəxs (mülki cavabdeh) Məhkum tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) köçürülməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 1(103)-876/2022 nömrəli qərarından Məhkum müdafiə çisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir.

9. İş kassasiya instansiya məhkəməsində baxılanadək, Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər

10. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhku m və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

11. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə verdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışlarında bildirdiyi mövqeylərini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 1(103)-876/2022 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.

12. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tut araq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 1(103)-876/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Məhkum ərizəsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar