Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1375/2018 27.09.2018 ALİ MƏHKƏMƏ Hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X10 və X3 ibarət tərkibdə, X14 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5 iştirakı ilə xx xx 1988-ci ildə Yevlax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olmamış, Yevlax şəhəri, Neftkəməri küçəsində yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məh kəməsinin xx xx2018-ci il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Mazan Fətəliyev tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir şəhər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə (hakim H.Mirzəliyev) Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində təyin edilmiş cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəli xx xx 2017-ci ildən hesablanması müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının (sədrlik edən və məruzəçi hakim E.Ş.Hüseynov, hakimlər R.R.Rəfiyev və G.Q.Abbasovdan ibarət tərkib) xx xx2018-ci il tarixli hökmü ilə, Məhkum müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş. Məhkum CM-in 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Məhkum qarşı CM-in 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, xx xx 2017-ci il tarixdə, saat 18 radələrində istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir ədəd kibrit qutusunda təmiz çəkisi 5.20 qram olan narkoti k vasitə hesab edilən qurudulmuş marixuananı Mingəçevir şəhərinin Ə.Vahid küçəsində yerləşən “Oskar” kafesinin qarşısında tanışı X6 20 manata qanunsuz olaraq satmış, X1 İmanovdan almış olduğu 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.20 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı həmin gün, saat 19 radələrində Mingəçevir şəhər Polis Şöbəsinə gətirib könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş və həmin çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuna sataraq əldə etdiyi 4 ədəd 5 manatlıq (B-41246363, B03755875, B-67583675, B-********) əskinazlardan ibarət ümumilikdə 20 (iyirmi) manat məbləğdə pul isə xx xx 2017-ci il tarixdə, saat 19 radələrində onun əynindəki qara rəngli cins şalvarın arxa sağ cibindən ünvan 1 ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinin in zibati binasında polis əməkdaşları tərəfindən onun üzərindən aşkar edilərək götürülmüşdür. Mingəçevir şəhər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi X2 apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının (sədrlik ədən və məruzəçi hakim İ.T.Hacıqayıbov, hakimlər G.L.Rzayeva və F.A.Kərimovdan ibarət tərkib) 06 fevral 2018-ci il tarixli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasınınxx xx 2017-ci il tarixli qərarı ləğv edilmiş və işin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin xx xx2018-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllif hesab edir ki, Məhkum CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlimi törətməsi ibtidai araşdırma və məhkəmələrdə aparılmış istintaq zamanı toplanmış sübutlarla tam sübuta yetirilmiş olsa da, Şəki Apellyasiya Məhkəməsi iş üzrə toplanmış sübutlara birtərəfli yanaşmaqla onlara düzgün və obyektiv hüquqi qiymət verilməmiş, əsassız olaraq Məhkum CM-in 234.2-ci maddəsi ilə olan cinayəti törətməsi sü buta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gələrkən Məhkum verdiyi özünü müdafiə xarakterli, istintaq materialları ilə təkzib edilmiş ziddiyyətli ifadələrini, iş üzrə dindirilmiş şahidlərin poliş əməkdaşları olmasını və onların ifadələrindən təqsirləndirilən şəxslərin ifadələri ilə ziddiyyət təşkil etməsini əsas götürmüşdür. Belə ki, məhkəmə yekun qərar qəbul edərkən Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutları məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, bunun nəticəsi olaraq Məhkum barəsində əsassız bəraət hökmü çıxarılmış, məhkəmə hökmünün əsasını isə yolverilməz sübutla r təşkil etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı C.Əliyevin, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üz rə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, Məhkum əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəm ə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq Məhkum bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri onun xeyrinə həll etmişdir. Belə ki, apellyasiya inst ansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilərkən kifayət qədər mötəbər sübutlara əsaslanmamış, prosessual qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə istintaqı nəticəsində müəyyən olunur ki, Məhkum tərəfindən törədilməsi iddia edilən cinayət hadisəsi polis tərəfindən süni şəkildə yaradılmış və səhnələşdirilmiş, Məhkum həmin cinayət hadisəsində iştiraka polis tərəfindən təhrik edilmiş, Məhkum narkotik alverçisi kimi tutmaq üçün polis qeyri-rəsmi əməkdaşları olan şəxslərdən şərti alıcı qismində istifadə etmişdir. Polisin adamı olan şərti alıcı Ruslan Hacıyev polisin göstərişi ilə əvvəlcə Məhkum la tanışlıq əlaqəsi yaratmış,(əslində onla qonşu olmaqla uzun müddət tanışlıqları olmuşdur) sonra Məhkumla dəfələrlə telefon əlaqəsi yaratmışdır. Belə ki, ibtidai istintaq və məhkəmə istintaqı dövründə Məhkum tərəfindən verilmiş ifadələrində göstərmişdir ki, X8 (şərti alıcı) onun mobil telefonuna mütəmadi olaraq zəng etmişdir. Hadisə ərəfəsi günlərində X1 mütəmadi olaraq Məhkum zəng etməsi müvafiq rabitə operatorlarının məhkəməyə təqdim etdikləri məlumatlarda təsdiqini tapmışdır. Belə ki, "xxxx" MMC-nin 29.05.2018-ci il tarixli məktubuna əlavə edilmiş “CD” formatlı diskdən görünür ki, X8 istifadəsində olan xx xx XX saylı nömrə ilə mütəmadi olaraq Məhkum оğlunun istifadəsində olan xx xx XX saylı nömrəyə zəng etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hazırki iş ü zrə qərarında göstərmişdir ki, şahid X1 təqsirləndirilən şəxs Məhkum arasında baş tutmuş telefon danışıqları birincinin təşəbbusu ilə baş verməsi cinayət işinə əlavə edilmiş “CD” diskdən aydın şəkildə görünür. Şahid X1verdiyi ifadələrində də bu halı təsdiq edir. Belə çıxır ki, şahid X1polisə məlumat verdikdən sonra narkotik vasitəni sifariş edir və təqsirləndirilən şəxs Məhkum 20 manat pula 5,20 qram qurudulmuş marixuananı satmaq üçün yaşadığı Yevlax şəhərindən Mingəçevir şəhərinə gələrək onu X1 satır. İşdən görünür ki, Məhkum narkotik vasitənin satışı ilə məşğul olan şəxs kimi ittiham verilməsinə baxmayaraq onun yaşayış yerinə baxış keçirilməmiş, Yevlax rayon PŞdə bu barədə məlumatın olubolmaması istiqamətində heç bir tədbir görülməmişdir. Halbuki, “Narkotik vasitələrin, psixotrop maddələ rin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından əlavə edilmiş birinci instansiya məhkəmələrinə göndərilmiş sorğusuna cavab məktubundan görünür ki, 18.11.1989-cu ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsi lli, fərdi əməklə məşğul olan, Yevlax şəhəri, Neft kəməri küçəsində yaşayan X4 2016-2017-ci illər ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan 2, Ağdaş Rayon Məhkəməsinin icraatında olan 1 cinayət işində şərti alıcı qismində iştirak etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, eyni şəxsin cinayət işlərində şərti alıcı və ya hal şahidi kimi iştirakının mütəmadi xarakterli olması onun iştirakı ilə həyata keçirilmiş əməliyyatistintaq tədbirlərinin və tərtib olunmuş prosessual sənədlərin mötəbərliyini şübhə altına alır və sübut əhəmiyyətini heçə endirir. İş üzrə adı qeyd edilən şəxsin mütəmadi olaraq polis işçiləri ilə əməkdaşlıq etdiyi, «növbətçi» əlaqələrə malik olduğu aydın görünür. Yəni həmin şəxsin oby ektiv həqiqətin üzə çıxarılmasında şahid qismində qərəzsiz olması ciddi şübhələr yaradır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən Məhkum törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetmir. Birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.2-ci mаddəsi ilə təqsirli bilib cəzaya məhkum etməkdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbayc an Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, itti ham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.0.2416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum narkotik vasitəni satma cinayətinin tərkibinin mövcud olmaması əsası ilə bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin təmin edilmədən, həmin hökmün isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məh kum barəsində Şəki Apellyasiya Məhkəməsinin xx xx2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1375/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-1375/2018
27.09.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver