Məhkəmə qərarları › İş №1(102)-1375/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1375/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1375/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Müdafiəçilər - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Səmədov Abusəməd Abı oğlunun və Abşeron rayon Vəkil Bürosunun vəkili Tağıyev Mahir Rafiq oğlunun iştirakları ilə, Masallı Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarından Məhkum müdafiəçiləri Səmədov Abusəməd Abi oğlu və Tağıyev Mahir Rafiq oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 1(050)-173/2022 nömrəli (hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi ilə) hökmü ilə xx xxx 1982-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay-himayəsində iki azyaşlı uşağı olan, ortaixtisas təhsilli, əvvəllər m əhkum olunmamış, cinayətin törədildiyi vaxt XXX-in baş məsləhətçisi vəzifəsində işləmiş, hazırda isə XXX-də sosial xidmətçi vəzifəsində işləyən, ünvan 1ində qeydiyyatda olmaqla, XXX-də faktiki olaraq yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi nəzərə alınmaqla 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 44.2.1-ci maddəsi nəzərə alınmaqla ona cəza təyin edilməməsi, cəzaçəkməsinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməməsi, elektron nəzarət vasitəsini gəzdirməsi və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi, Masallı rayonunun ərazi hüdudlarını tərk etməməsi, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməməsi, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırması, kütləvi və digər tədbirlər təşkil etməməsi və belə tədbirlərdə iştirak etməməsi vəzifələri qoyulması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hö km qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması haqqında yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçiləri Səmədov Abusəməd Abı oğlu və Tağıyev Mahir Rafiq oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən), Əhmədov İsmayıl Həmid oğlu, Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) 2 fevral 2023-cü il tarixli 1(106)-70/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 21 oktyabr 2022ci il tarixli hökmü təyin edilmiş əsas və əlavə cəzalara münasibətdə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə qazancından dövlət nəfinə hər ay 15 (on beş) faiz məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli Məhkum qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanması, qərarın icrasına nəzarət Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməsinə dair müddəalar hökmdən xaric edilməsi və hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarından Məhkum müdafiəçiləri Səmə dov Abusəməd Abi oğlu və Tağıyev Mahir Rafiq oğlu tərəfindən birgə kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Masallı Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs qismində rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 25 avqust 201 6-cı il tarixli, 09/11-537 nömrəli əmrə əsasən həmin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Sosial sığorta sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən həmin dövrdə qüvvədə olmuş Dövlət Sosial Müdafiə Fondu sədrinin 13 aprel 2012-ci il tarixli 434 nömrəli əmri ilə təsdiq edilmiş “İnzibati vəzifələr üzrə vəzifə təlimatları”na əsasən məcburi dövlət sosial sığortası sahəsində qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi, təhkim edildiyi müvafiq ərazilər üzrə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığortasına cəlb olunmasına, məcburi dövlət sosial sığorta ayırmalarının düzgün hesablanması və ödənilməsi, xərclənməsi və onlardan t əyinatına görə istifadə olunmasına nəzarət işlərinin həyata keçirilməsi, sığortaedən kimi uçota durmuş hər bir fiziki şəxs üzrə fərdi hesabın açılması, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı, maliyyə sanksiyası, cərimə və penya məbləğlərinin həmin hesabda vaxtında əks etdirilməsi, sığortaedənlərin təqdim etdiyi hesabatların müvafiq qaydada qəbul edilməsi, sığortaedənlərdə müəyyən olunmuş qaydada yoxlamaların aparılması və yoxlama nəticələrinin rəsmiləşdirilməsi və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 7 fevral 2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və vəzifə təlim atının tələblərini pozaraq öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Masallı şəhəri, H.Əliyev prospektində yerləşən inzibati binasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilməsi, İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, həmin maddədə göstərilən sığorta stajının olduğ u halda təyin edilməsi ilə bağlı tələblərinə guya uyğun olması görüntüsü yaratmaq məqsədilə Şahid4 Masallı şəhərində ********** nömrəli VÖEN əsasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şahid5 ilə ümumiyyətlə əmək müqaviləsi bağlamamasına, eyni zamanda fiziki şəxs Şahid5 tərəfindən DSMF-nin Masallı rayon şöbəsinə Şahid4la bağladığı əmək müqaviləsi və ya əmək müqaviləsinin bildirişini təqdim etməməsinə, həmçinin, Şahid5 fiziki şəxs qismində əmək müqaviləsi əsasında onunla birlikdə işləyən hər hansı bir şəxsə dair 0100 fəaliyyət kodlu “Forma B1” və ya “Forma B3” adlı arayışları təqdim etməməsinə baxmayaraq, öz vəzifə səlahiyyətlərindən istifadə edərək xidməti səlahiyyətlərini icra etməsi üçün idarə tərəfindən özünə təqdim olunmuş “RPA_XURAMAN” adlı loqin vasitəsilə rəs mi informasiya resursu olan “RPA” adlı proqram təminatına 0100 fəaliyyət kodu ilə Şahid4 guya ki, 1 yanvar 2012-ci tarixdən 1 oktyabr 2012-ci il tarixədək fiziki şəxs Şahid5 ilə işləməsi, işlədiyi dövr ərzində hər bir ay üzrə sığortaolunana əmək haqqı verilməsi və sosial sığorta haqlarının ödənilməsi barədə yalan məlumatları Şahid4 yanında nüfuz qazanmaqda ehtiva olunan şəxsi niyyətlə 22 may 2017-ci il tarixdə, saat 12:27-də daxil edib, eyni məlumatları 24 may 2017-ci il tarixdə yerləşdirdiyi rəsmi sənəd hesab olunan **********9 uçot nömrəli “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) adlısənədi kağız daşıyıcıda çap edib “Qəbul etdi” qrafasında özünə məxsus imza ilə təsdiq etdikdən sonra Şahid4 1 yanvar 2012-ci il tarixdən 1 yanvar 2017-ci il tar ixədək 5 il 0 ay 0 gün sosial sığorta stajının və fərdi hesabının sığorta hissəsində 934,90 manat pensiya kapitalının olması, 1 yanvar 2017-ci il tarixdən 1 may 2017-ci il tarixədək 0 il 4 ay 0 gün sosial sığorta stajının olması və fərdi hesabın sığorta hissəsində 58.00 manat pensiya kapitalının olması barədə yalan məlumatları rəsmi sənəd hesab olunan 25 may 2017-ci il tarixli, 58/929 nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına 4 nömrəli əlavə olan “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə” arayışa da daxil edib “İcra etdi:” qrafasında öz imzas ını icra etməklə həmin arayışın həmin dövrdə Sosial Sığorta sektorunun müdiri vəzifəsini icra edən cinayətdən xəbərsiz Şahid9 və DSMF-nin Masallı rayon şöbəsinin rəisi vəzifəsində işləyən cinayətdən xəbərsiz X7 tərəfindən imzalanmasına və Şahid4 7 iyul 2017-ci il tarixli, 537 nömrəli qərar əsasında İİ dərəcə əlilliyə görə pensiya təyin edilməsinə nail olub xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Şahid4 adına rəsmiləşdirilmiş müvafiq bank kartına köçürülmüş 5.290,04 manat məbləğində pul vəsaitinin Şahid4 özü tərəfindən çıxarılaraq şəxsi ehtiyaclarına sərf edilməsi ilə, həmçinin, eyni niyyətlə, X8 Masallı şəhərində ********** nömrəli VÖEN əsasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X26 ilə ümumiyyətlə əmək müqaviləsi bağlamamasına baxmayaraq, X-un təvəllüdü nün 14 iyun 1992-ci il tarix olması nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.4cü maddəsinin tələbinə əsasən 15 yaşına çatmamış əmək müqaviləsinin bağlanması mümkün olmayan 1 yanvar 2007-ci il tarixdən 1 avqust 2011-ci il tarixədək fiziki şəxs X26 ilə işləməsi, işlədiyi dövr ərzində hər bir ay üzrə sığortaolunana əmək haqqı verilməsi və sosial sığorta haqlarının ödənilməsinə dair yalan məlumatları X-un yanında nüfuz qazanmaqda ehtiva olunan şəxsi niyyəti ilə öz vəzifə səlahiyyətlərindən istifadə edərək xidməti səlahiyyətlərini icra etməsi üçün idarə tərəfindən özünə təqdim olunmuş “RPA_XURAMAN” adlı loqin vasitəsilə rəsmi informasiya resursu olan “RPA” adlı proqram təminatına, eyni məlumatları rəsmi sənəd hesab olunan **********9 uçot nömrəli “Məcburi dövlət sosial sığor ta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) adlı sənədə 22 may 2017-ci il tarixdə daxil etməklə kağız daşıyıcıda çap edib “Qəbul etdi” qrafasında özünə məxsus imza ilə təsdiq etdikdən sonra X-un 1 yanvar 2007-ci il tarixdən 1 aprel 2015-ci il tarixədək 6 il 10 ay 0 gün sosial sığorta stajının olması və fərdi hesabın sığorta hissəsində 1.480,76 manat pensiya kapitalının olması barədə yalan məlumatları rəsmi sənəd hesab olunan 22 iyun 2017-ci il tarixli, 58/1005 nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına 4 nömrəli əlavəolan “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sı ğorta stajı və pensiya kapitalı barədə” arayışa da daxil edib “İcra etdi:” qrafasında öz imzasını icra etməklə həmin arayışın həmin dövrdə Sosial Sığorta sektorunun müdiri vəzifəsini icra edən cinayətdən xəbərsiz Şahid9 və DSMF-nin Masallı rayon şöbəsinin rəisi vəzifəsində işləyən cinayətdən xəbərsiz X7 tərəfindən imzalanmasına və X-a 4 avqust 2017-ci il tarixli, 662 nömrəli qərar əsasında İİ dərəcə əlilliyə görə pensiya təyin edilməsinə nail olub xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X-un adına rəsmiləşdirilmiş müvafiq bank kartına köçürülmüş 5.014,30 manat məbləğində pul vəsaitinin X-un özü tərəfindən çıxarılaraq şəxsi ehtiyaclarına sərf edilməsi ilə, həmçinin, eyni niyyətlə X4 Masallı şəhərində ********** nömrəli VÖEN əsasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şahid2 ilə ümumiyyətlə, ********** nömrəli VÖEN əsasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şahid3 ilə isə 1 yanvar 2013-cü il tarixdən 1 noyabr 2014-cü il tarixədək olan dövrü əhatə edən əmək müqaviləsi bağlamamasına, eyni zamanda Şahid2 fiziki şəxs qismində fəaliyyətini 27 iyul 2012-ci il tarixdə dayandırmasına baxmayaraq, X-nın 1 yanvar 2010-cu il tarixdən 1 dekabr 2010-cu il tarixədək və 1 yanvar 2012-ci il tarixdən 1 yanvar 2013-cü il tarixədək fiziki şəxs Şahid2, 1 yanvar 2013-cü il tarixdən 1 aprel 2017-ci il tarixədək fiziki şəxs Şahid3 ilə işləməsi, işlədiyi dövr ərzində hər bir ay üzrə sığortaolunana əmək haqqı verilməsi və sosial sığorta haqlarının ödənilməsinə dair yalan məlumatları Xnın yanında nüfuz qazanmaqda ehtiva olunan şəxsi niyyəti ilə öz vəzifə səlahiyyətlərindən istifadə edərək xidməti səlahiyyətlərini icra etməsi üçün idarə tərəfindən özünə təqdim olunmuş “RPA_XURAMAN” adlı loqin vasitəsilə rəsmi informasiya resursu olan “RPA” adlı proqram təminatına, eyni zamanda rəsmi sənəd hesab edilən **********0 və **********4 uçot nömrəli “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) adlı sənədlərin hər ikisinəeyni tarixdə, yəni 10 iyun 2017-ci il tarixdə daxil edib kağız daşıyıcılarda çap etməklə “Qəbul etdi” qrafasında özünə məxsus imza ilə təsdiq etdikdən sonra X-nın 01 yanvar 2010-cu il tarixdən 01 aprel 2017-ci il tarixədək 6 il 2 ay 0 gün sosial sığorta stajının olması və fərdi hesabın sığorta hissəsində 1.344,12 manat pensiya kapitalının olması barədə yalan məlumatları rəsmi sənəd hesab edilən 12 iyun 2017-ci il tarixli, 58/968 nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına 4 nömrəli əlavə olan “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə” arayışa da daxil edib “İcra etdi:” qrafasında öz imzasını icra etməklə həmin arayışın həmin dövrdə Sosial Sığorta sektorunun müdiri vəzifəsini icra edən cinayətdən xəbərsiz Şahid9 və DSMF-nin Masallı rayon şöbəsinin rəisi vəzifəsində işləyən cinayətdən xəbərsiz X7 tərəfindən imzalanmasına və X-ya 30 iyun 2017-ci il tarixli, 664 nömrəli qərar əsasında İİ dərəcə əlilliyə görə pensiya təyin ed ilməsinə nail olub xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X-nın adına rəsmiləşdirilmiş müvafiq bank kartına köçürülmüş 4.324,76 manat məbləğində pul vəsaitinin X-nın özü tərəfindən çıxarılaraq şəxsi ehtiyaclarına sərf edilməsi ilə, həmçinin, eyni niyyətlə X12 Masallı şəhərində ********** nömrəli VÖEN əsasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şahid2 ilə ümumiyyətlə, ********** nömrəli VÖEN əsasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şahid3 ilə isə 1 yanvar 2013-cü il tarixdən 11 dekabr 2014-cü il tarixədək olan dövrü əhatə edən əmək müqaviləsi bağlamamasına, həmçinin, müvafiq “RPA” proqram təminatında X-nın yalnız 3 il, yəni 2014, 2015 və 2016-cı il tarixlərdə işləməsinə və sonuncu barəsində yalnız həmin tarixlər üçün sosial sığo rta haqlarının ödənilməsinə dair məlumatların qeyd edilməsinə, eyni zamanda Şahid2 fiziki şəxs qismində fəaliyyətini 27 iyul 2012-ci il tarixdə, Şahid3 isə fiziki şəxs qismində fəaliyyətini 9 mart 2017-cü il tarixdə dayandırmaları barədə hesabat vermələrinə baxmayaraq, öz vəzifə səlahiyyətlərindən istifadə edərək X-ının 1 fevral 2012-ci il tarixdən 1 yanvar 2013-cü il tarixədək fiziki şəxs Şahid2 və 1 yanvar 2013-cü il tarixdən 1 iyun 2017-ci il tarixədək fiziki şəxs Şahid3 ilə işləməsi, işlədiyi dövr ərzində hər bir ay üzrə sığortaolunana əmək haqqı verilməsi və sosial sığorta haqlarının ödənilməsi barədə yalan məlumatları X-nın yanında nüfuz qazanmaqda ifadə olunan şəxsi niyyətlə rəsmi sənəd hesab edilən **********0 və **********4 uçot nömrəli “Məcburi dövlət sosial sığorta haqqı üzrə sı ğortaolunanlar haqqında məlumat” (Forma B3) adlı sənədlərin hər ikisini eyni tarixdə, yəni, 14 iyun 2017-ci il tarixdə daxil etməklə kağız daşıyıcılarda çap edib “Qəbul etdi” qrafasında özünə məxsus imza ilə təsdiq etdikdən sonra X-nın 1 fevral 2012-ci il tarixdən 1 iyun 2017-ci il tarixədək 5 il 4 ay 0 gün sosial sığorta stajının olması və fərdi hesabın sığorta hissəsində 1.215,79 manat pensiya kapitalının olması barədə yalan məlumatları rəsmi sənəd hesab olunan 17 iyun 2017-ci il tarixli, 58/983 nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına 4 nömrəli əlavə olan “Sığortaolunanın fərdi uçot məlumatla rı əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə” arayışa da daxil edib “İcra etdi:” qrafasında öz imzasını icra etməklə həmin arayışın həmin dövrdə Sosial Sığorta sektorunun müdiri vəzifəsini icra edən cinayətdən xəbərsiz Şahid9 və DSMF-nin Masallı rayon şöbəsinin rəisi vəzifəsində işləyən cinayətdən xəbərsiz X7 tərəfindən imzalanmasına və X-ya 30 iyun 2017-ci il tarixli, 665 nömrəli qərar əsasında İİ dərəcə əlilliyə görə pensiya təyin edilməsinə nail olub xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X-nın adına rəsmiləşdirilmiş müvafiq bank kartına köçürülmüş 4.864,72 manat məbləğində pul vəsaitinin X-nın özü tərəfindən çıxarılaraq şəxsi ehtiyaclarına sərf edilməsi ilə, həmçinin, eyni niyyətlə X13 Masallı şəhərində ********** nömrəli VÖEN əsasında fərdi sahibkarlıq fəa liyyəti ilə məşğul olan fiziki şəxs X26 ilə ümumiyyətlə əmək müqaviləsi bağlamamasına baxmayaraq, öz vəzifə səlahiyyətlərindən istifadə edərək X-in 1 iyun 2006-cı il tarixdən 1 avqust 2011-ci il tarixədək fiziki şəxs X26 ilə işləməsi, işlədiyi dövr ərzində hər bir ay üzrə sığortaolunana əmək haqqı verilməsi və sosial sığorta haqlarının ödənilməsinə dair yalan məlumatları Yusif Əliyevin yanında nüfuz qazanmaqda ehtiva olunan şəxsi niyyətlə xidməti səlahiyyətlərini icra etməsi üçün idarə tərəfindən özünə təqdim olunmuş “RPA_XURAMAN” adlı loqin vasitəsilə rəsmi informasiya resursu olan “RPA” adlı proqram təminatına, eyni məlumatları rəsmi sənəd hesab olunan **********9 uçot nömrəli 02 ədəd “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) adlı sənədin hər ikisini eyni tarixdə, yəni 19 iyun 2017-ci il tarixdə daxil edib kağız daşıyıcılarda çap etməklə “Qəbul etdi” qrafasında özünə məxsus imza ilə təsdiq etdikdən sonra Yusif Əliyevin 1 iyun 2006-cı il tarixdən 1 yanvar 2017-ci il tarixədək 9 il 1 ay 0 gün sosial sığorta stajının olması və fərdi hesabın sığorta hissəsində 2.304,76 manat pensiya kapitalının olması barədə yalan məlumatları rəsmi sənəd hesab edilən 22 iyun 2017-ci il tarixli, 58/1006 nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına 4 nömrəli əlavə olan “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə” arayışa da daxil edib “İcra etdi:” qrafasında öz imzasını icra etməklə həmin arayışın həmin dövrdə Sosial Sığorta sektorunun müdiri vəzifəsini icraedən cinayətdən xəbərsiz Şahid9 və DSMF-nin Masallı rayon şöbəsinin rəisi vəzifəsində işləyən cinayətdən xəbərsiz X7 tərəfindən imzalanmasına və X-ə 4 avqust 2017-ci il 663 nömrəli qərar əsasında İİ dərəcə əlilliyə görə pensiya təyin edilməsinə nail olub xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X-in adına rəsmiləşdirilmiş müvafiq bank kartına köçürülmüş 5.500,74 manat məbləğində pul vəsaitinin X-in özü tərəfindən çıxarılaraq şəxsi ehtiyaclarına sərf edilməsi ilə, həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddə tinin sığortaolunanın sığorta stajına daxil edilməli olması və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.10-cu bəndinə əsasən Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlərin sosial sığorta stajına şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən) olduqda daxil edilməli olması barədə qanunvericiliyin tələblərinə guya uyğun olması görüntüsü yaratmaq məqsədilə X5 ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən "xxxx" MMC ilə əmək müqaviləsi bağlamamasına, həmçinin, həm in MMC tərəfindən 2011-ci ilin İ və İİ rübündə, yəni 1 yanvar 2011-ci il tarixdən 1 iyul 2011-ci il tarixədək, 2012-ci ilin İ rübündə, yəni 1 yanvar 2012-ci il tarixdən 1 aprel 2012-ci il tarixədək, 2012-ci ilin İİ rübünün birinci və ikinci aylarında, yəni 1 aprel 2012-ci il tarixdən 1 iyun 2012-ci il tarixədək, 2012-ci ilin İİİ rübünün üçüncü ayında, yəni 1 sentyabr 2012-ci il tarixdən 1 oktyabr 2012-ci il tarixədək heç bir fəaliyyətinin olmaması barədə hesabatlar təqdim edilməsinə baxmayaraq, öz vəzifə səlahiyyətlərindən istifadə edərək xidməti səlahiyyətlərini icra etməsi üçün idarə tərəfindən özünə təqdim olunmuş “RPA_XURAMAN” adlı loqin vasitəsilə rəsmi informasiya resursu olan “RPA” adlı proqram təminatına 0111 fəaliyyət kodu ilə X5 guya ki, 1 yanvar 2011-ci il tarixdən 1 oktyabr 201 2-ci il tarixədək "xxxx" MMC-də işləməsi, işlədiyi dövr ərzində hər bir ay üzrə sığortaolunana əmək haqqı verilməsi və sosial sığorta haqlarının ödənilməsi barədə yalan məlumatları Xnın yanında nüfuz qazanmaqda ehtiva olunan şəxsi niyyətlə 1 iyul 2017-ci il tarixdə, saat 11:55 və 11:56-da daxil edib, eyni məlumatları 1 iyul 2017-ci il tarixdə yerləşdirdiyi rəsmi sənəd hesab olunan **********0 uçot nömrəli “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) adlı sənədi kağız daşıyıcıda çap edib “Qəbul etdi” qrafasında özünə məxsus imza ilə təsdiq etdikdən sonra X-nın xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək 1 il 9 ay 0 gün sosial sığorta stajının və fərdi hesabının sığorta hissəsində 279,44 manat pensiya kapitalının olması barədə yalan məlumat ları rəsmi sənəd hesab olunan 29 iyun 2017-ci il tarixli, 58/1043 nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına 4 nömrəli əlavə olan “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışa” da daxil edib “İcra etdi:” qrafasında öz imzasını icra etməklə həmin arayışın həmin dövrdə Sosial Sığorta sektorunun müdiri vəzifəsini icra edən cinayətdən xəbərsiz Şahid9 və DSMF-nin Masallı rayon şöbəsinin rəisi vəzifəsində işləyən cinayətdən xəbərsiz X7 tərəfindən imzalanmasına və X-ya 8 sentyabr 2017-ci il 725 nömrəli qərar əsasında İİ dərəcə əlilliyə görə pen siya təyin edilməsinə nail olub xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək X-nın adına rəsmiləşdirilmiş müvafiq bank kartına köçürülmüş 7.567,30 manat məbləğində pul vəsaitinin X-nın özü tərəfindən çıxarılaraq şəxsi ehtiyaclarına sərf edilməsi ilə, ümumilikdə qeyd edilən qaydada cəmi 32.561,86 manat (otuz iki min beş yüz altmış bir manat səksən altı qəpik) məbləğində pul vəsaitinin qeyd edilən şəxslərin adına olan bank hesablarına əsassız olaraq köçürülməklə əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaql a vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətlə rəsmi sənədlərin və informasiya resursunun məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmişdir və bunun nəticəsi olaraq Məhkum əsassız olaraq ittiham edilmişdir. Eyni zamanda aparılmış məhkəmə iclasında Məhkum qarşı irəli sürülmüş ittihamın əsassız və qanunsuz olduğu və onun tərəfindən AR-nın CM-nin 308.1 və 313-cü maddələrində göstərilən cinayət əməllərinin törət mədiyi müəyyən edilmişdir. Belə ki, işçi vətəndaşın xəstəliyi və ya yaşla bağlı pensiya hüquqi yaranmağı ilə bağlı DSMF-nin rayon şöbəsinə müraciət edir və fondun müdiri həmin sənədin icrasını təmin etmək üçün məsləhətçi təhkim edir və icrasının təmin olunmasına göstəriş verir. Bundan sonra məsləhətçi onun şəxsi hesabına girir və göstəricilər uyğun olduğu halda çıxarışlar edərək həmin çıxarışlar əsasında sığorta olunanın fərdi uçot məlumatları, sosial sığorta stajı və pensiya kapitalı barədə arayış tərtib edilərək həmin arayış şöbə müdirinə təqdim edilir, şöbə müdiri həmin arayışı yoxladıqdan sonra imza və möhürlə təsdiq olunur və həmin sənədlər pensiya sektoruna şəxsə pensiya təyin olunması üçün təqdim olunur, pensiya təyinatı sektoruda bundan sonra əgər sənədlər əsaslı və qanuni hesab ed ildiyi halda pensiya sektoru vətəndaşa pensiya təyin edir. Belə olduğu halda əgər güman etsək ki. əmək müqaviləsi işəgötürən fiziki şəxs tərəfindən təqdim edilən digər sənədlər saxtadırsa buna görə Məhkum deyil, sektor müdiri İbadə Ağayev və digər məsul şəxslər məsuliyyət daşımalıdır. Ona görə də, hesab edirik ki, əmək müqaviləsi və digər sənədlərdə icra edilmiş imzaların Şahid4, Əliram Hüseynov, Şahid9 tərəfindən icra edilib-edilməməsini aydınlaşdırmaq məqsədi ilə məhkəmə xəttşünaslıq ekspertizası keçirilib rəy alındıqdan sonra nəticəsindən asılı olaraq hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Şahid5 və Rəşad Hüseynov, sonuncu Əlkram Hüseynovla işləmədiyini göstərmişdir. Belə olduğu halda onlar arasında bağlanmış əmək müqaviləsinə adlarından imza edilmiş imzaların, ya zıların Şahid9 tərəfindən və ya digər şəxslər tərəfindən icra edilib-edilməməsi aydınlaşdırılmadan hər hansi bir cinayət məsuliyyətindən söhbət gedə bilməz. Məhkəmə baxışı zamanı bu barədə həm Məhkum, həm də müdafiəçisi tərəfindən vəsatət verilmiş olsa da məhkəmə bu halların araşdırılması üçün tədbirlər görməyib, CPMnin 127-ci maddəsinin tələblərini pozmuşdur. İşin hallarının tam, hər tərəfli, obyektiv araşdırılmasını təmin etməməklə CPM-nın 8.0.3-cü maddəsinin tələblərini pozmuşdur. Onu da qeyd etməyi zəruri hesab edirik ki, Məhkum ümumiyyətlə Şahid4 tanımamış, onunla heç bir əlaqəsi və görüşməsi olmamışdır. Amma istintaq orqanı Məhkum qarşı ittiham irəli sürərkən, eləcə də məhkəmə ittiham hökmü çıxararkən xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əld ə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməsi nəticəsinə gəlmişlər. Məgər Məhkum tanımadığı şəxsin qanunsuz üstünlük əldə etməsindən nə əldə etmiş olurdu. Bu tamamilə absurdur, həm istintaq orqanı, həmdə məhkəmə ehtimallara əsaslanaraq belə bir nəticəyə gəlmişdir. Odur ki, hökmün bu hissəsi əsassız və qanunsuzdur. Məhkum bilavasitə həmin ilkin sənədlərin İ toplanmasında iştirakı olmamış, yalnız buna dair toplanmış sənədlərin Şahid9 tərəfindən hazırlanıb ona təqdim edildikdən sonra RPA proqramına işləmişdir. Belə olduğu halda Məhkum tərəfindən hər hansı bir qanunsuzluğa yol verilməmişdir. Buna görə də ona bu epizod üzrə verilmiş ittiham qanunsuz və əsassızdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Koll egiyasının 2 fevral 2023-cü il tarixli qərarını ləğv edərək Məhkum bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsi barədə yeni qərar qəbul olunmasını xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Səmədov Abusəməd Abi oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarının ləğv edilib işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Tağıyev Mahir Rafiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, işlədiyi zaman heç bir pozuntuya yol vermədiyini, sənədlərin hazırlanmasında özündə günah görmədiyini, əgər hansısa sə nəddə pozuntu varsa, o sənəddəki pozuntunun ona gələnədək səhv olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçilər tərəfindən ver ilmiş kassasiya şikayətində, məhkum barəsində olan iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı, sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-ci (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutl ara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində qeyd edilmişdir ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Müdafiəçilərin kassasiya şikayətinin dəlillərindən müəyyən olunduğu kimi, Məhkum ona verilmiş ittiham - xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifəli şəxs qismində rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmə ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyini, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası müdafiəçilərin kassasiya şikayətinə (o cümlədən Məhkum təqsirliliyinin sübuta yetirilməməsi haqqında iddialara) baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə a lmaya və müdafiəçilərin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Mə cəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə pr edmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 25 avqust 2016-cı il tarixli, 09/11-537 nömrəli əmrə əsasən müəyyən edilmişdir ki, Məhkum həmin tarixdən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Sosial sığorta sektorunun baş məsləhətçisi vəzifəsinə təyin olunmuşdur. Dövlət Sosial Müdafiə Fondu sədrinin 13 aprel 2012-ci il tarixli 434 nömrəli əmri ilə təsdiq edilmiş “İnzibati vəzifələr üzrə vəzifə təlimatları” na əsasən müəyyən edilir ki, Məhkum Sosial sığorta sektorunun baş məsləhətçisi vəzifəsində işləyərkən vəzifə təlimatına əsasən məcburi dövlət sosial sığortası sahəsində qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsi sahəsind ə tədbirlərin həyata keçirilməsi, təhkim edildiyi müvafiq ərazilər üzrə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığortasına cəlb olunmasına, məcburi dövlət sosial sığorta ayırmalarının düzgün hesablanması və ödənilməsi, xərclənməsi və onlardan təyinatına görə istifadə olunmasına nəzarət işlərinin həyata keçirilməsi, sığortaedən kimi uçota durmuş hər bir fiziki şəxs üzrə fərdi hesabın açılması, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı, maliyyə sanksiyası, cərimə və penya məbləğlərinin həmin hesabda vaxtında əks etdirilməsi, sığortaedənlərin təqdim etdiyi hesabatların müvafiq qaydada qəbul edilməsi, sığortaedənlərdə müəyyən olunmuş qaydada yoxlamaların aparılması və yoxlama nəticələrinin rəsmiləşdirilməsi və digər təşkilati-sərə ncamverici və inzibatitəsərrüfat funksiyalarını həyata keçirmişdir. Cinayət işinin materiallarında olan 25 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X38 Şəxsin 2 saylı X2 tərəfindən istintaqa təqdim edilmiş Şahid4 adına rəsmiləşdirilmiş 051611 nömrəli, X12 adına rəsmiləşdirilmiş 500607 nömrəli, X4 adına rəsmiləşdirilmiş 300869 nömrəli, X13 adına rəsmiləşdirilmiş 400508 nömrəli, X8 adına rəsmiləşdirilmiş 081407 nömrəli, X5 adına rəsmiləşdirilmiş 067976 nömrəli pensiya işlərinə, həmin filial tərəfindən təqdim edilmiş ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən fiziki şəxs Şahid5, ** ******** nömrəli VÖEN əsasında fəaliyyət göstərən fiziki şəxs Şahid3, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən fiziki şəxs Şahid2, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən fiziki şəxs X6 təqdim etdiyi hesabatlara, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin 11 aprel 2022-ci il tarixli, **********7 nömrəli məktubuna əsasən təqdim olunmuş məlumatlara və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 mart 2022-ci il tarixli, **********6 nömrəli məktubuna əsasən təqdim olunmuş məlumatlara baxış keçirilmişdir. Həmçinin, Məhkum ifadələrində Şahid4 adına rəsmiləşdirilmiş 051611 nömrəli, X12 adlına rəsmiləşdirilmiş 500607 nömrəli, X13 adına rəsmiləşdirilmiş 400508 nömrəli, X8 adına rəsmiləşdirilmiş 0814 07 nömrəli, X1 adına rəsmiləşdirilmiş 300869 nömrəli və X5 adına rəsmiləşdirilmiş 067976 nömrəli pensiya işlərinin hər birində olan “Məcburi Dövlət Sosial Sığorta Haqqı üzrə Sığortaolunanlar Haqqında Məlumat” (Forma B3) adlı sənədlərdə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına 4 nömrəli əlavə olan “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə” arayışlarda olan imzaların özü tərəfindən icra edilməsini bildirmişdir. Məhkəmə, təqdim edilmiş Şahid5 ilə Şahid4 arasında bağlanmış əmək müqaviləsinə münasibətdə qeyd edir ki, həmin müqavilənin surəti məhkəməyə təqdim edilsədə, lakin məhkəmə istintaqında dindirilmiş Şahid5 ilə Şahid4 bir-birlərini tanımadıqlarını, aralarında əmək müqavilələri bağlanmamasını bildirmişlər. İş materiallarında olan sübutlardan da işəgötürən Şahid5 tərəfindən işçi Şahid4 ilə bağlı sosial sığorta haqqının müqavilədə qeyd edilən tarixlər üzrə ödənilməməsi təsdiq edilir. X9 və X19 dair hissələrə münasibətdə bildirir ki, Xnın və Xnın Şahid2 və Şahid3 ilə bağlanmış əmək müqavilələri təqdim edilsə də, lakin Xnin 1 yanvar 2010-cu il tarixdən 1 dekabr 2010-cu il tarixədək və 1 yanvar 2012-ci il tarixdən 1 yanvar 2013-cü il tarixədək Şahid2 ilə, 1 yanvar 2013-cü il tarixdən 1 aprel 2017-ci il tarixədək fiziki şəxs Şahid3 ilə; X12 1 fevral 2012-ci il tarixdən 1 yanvar 2013-cü il tarixədək fiziki şəxs Şahid2 və 1 yanvar 2013c ü il tarixdən 1 iyun 2017-ci il tarixədək fiziki şəxs Şahid3 ilə işləməsi Şahid2 fəaliyyətini xx.xx.2012-ci il tarixdə dayandırması, xx.xx.2017-ci il tarixdə bərpa etməsi; Şahid3 isə faəliyyətinin xx.xx.2017-ci il tarixdə dayandırması ilə təkzib edilir. X21 və X13 X26 ilə işləmələrinin təsdiq edən əmək müqavilələri təqdim edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, "xxxx" MMC-nin xx.xx.2011-ci ildən xx.xx.2011-ci il tarixədək, 2011-ci ilin İİ rübündə və 2012-ci ilin İ rübündə heç bir fəaliyyəti olmamışdır. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhlil edərək hesab edir ki, ittiham elan olunmuş əməllərin Məhkum tərəfindən törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işinin materiallarında olan ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi ilə və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqi ndən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Qeyd edilənlərə əsasən, tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsə dilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifəli şəxs qismində rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş və apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayə tin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cəza məsələsinə toxunaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmasını (himayəsində 2 azyaşlı övladının olması, ailəsinə yeganə qazanc gətirən şəxs olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində olan X-nın xəstəlikdən əziyyət çəkməsi ilə bağlı sağlamlıq imkanları məhdud uşaq olması və himayəsində olan həmin sağlamlıq imkanları məhdud uşağı təkbaşına böyütməsi), cəzasını ağırlaşdıran halların olmama sı, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Cinayət işinin materiallarında olan Masallı Rayon İcra Hakimiyyətinin 25 yanvar 2022-ci il tarixli, M-02-149 nömrəli məktubuna və elektron çıxarışa əsasən müəyyən edilmişdir ki, Məhkum ünvan 1i ünvanında yaşayır. Ailə tərkibi oğlu 2007-ci il təvəllüdlü X14 və qızı 2008-ci il təvəllüdlü X-dan ibarətdir. Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunur. X sağlamlıq imkanları məhdud uşaqdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirli yinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Məhkum əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçiləri Səmədov Abusəməd Abi oğlu və Tağıyev Mahir Rafiq oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1 -ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçiləri Səmədov Abusəməd Abi oğlu və Tağıyev Mahir Rafiq oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar