Məhkəmə qərarları › İş №1(102)-1375/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1375/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1375/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət məhkəmə tərkibində, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7, Məhkum1 müdafiəçisi Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili X3, Məhkum2 müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bür osunun vəkili Müdafiəçi7 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2024-cü il tarixli, 1(103)-28/2024 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxxxx 1976-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan MR, Babək rayonu, Vayxır kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazir liyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X14 və X5 ibarət məhkəmə tərkibində) 10 mart 2023-cü il tarixli, 1(101)-124/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona 09 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 08 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin digər təqsirləndirilən şəxslərin məsuliyyət məsələsi, maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi, Məhkum1 müdafiəçisi, Məhkum2 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət məhkəmə tərkibində) 30 may 2024-cü il tarixli, 1(103)-28/2024 nömrəli qərarı ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, apellyasiya protestinin təmin edilməsi, Məhkum1, Təqsirləndirilən şəxs, Məhkum2 Azərbaycan R espublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023- cü il tarixli, 1(101)-124/2023 nömrəli hökmünün verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin artırılaraq, ona 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin artırılaraq, ona 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, Məhkum2 təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin artırılaraq, ona 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Həmin qərardan Məhkum2 müdafiəçisi Müdafiəçi7, Məhkum1 müdafiəçisi X9 və məhkum Təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayətləri verilmişdir.

7. İş kassasiya instansiya məhkəməsində baxılanadək, məhkum Təqsirləndirilən şəxs ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir II. Hüquqi məsələlər:

7. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

8. Məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinin geri götürülməsi barədə verdikləri ərizə ilə bağlı dövlət ittihamçısının və müdafiə tərəfinin çıxışında bildirdiyi mövqeylərini nəzərə alıb və həmin ərizələri iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2024-cü il tarixli, 1(103)-28/2024 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.

9. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2024-cü il tarixli, 1(103)-28/2024 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar