Məhkəmə qərarları › İş №1(102)-1376/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1376/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1376/2024 07.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə Əbilov Hüseyn Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və bəraət almış şəxs X2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarından dövl ət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti üzrə cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən R.Əliyev, hakimlər N.Mirzəyev (məruzəçi) və B.Məmmədovdan ibarət tərkibdə) 26 yanvar 2023-cü il tarixli 1(091)18/2023 nömrəli hökmü ilə xx xxxx 1966-cı il tarixdə Şəki rayonu, Aşağı Göynük kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, orta təhsilli, Şəki rayonu, Aşağı Göynük kəndində yaşayan, təyin edilmiş cəzanı çəkmiş və azadlıqda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, onun CM-in 234.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 237.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Məhkum qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2022-ci il tarixdən hesablanması, 08 aprel 1981-ci il tarixdə Şəki rayonu, Aşağı Göynük kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, işsiz, Şəki rayonu, Aşağı Göynük kəndində yaşayan X2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 237.2.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi, X2 Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə maddi sübut olan və Şəki şəhər (rayon) Polis şöbəsində saxlanılan 1 (bir) ədəd zərfin içərisində 1 (bir) ədəd kağız bükülüdə narkotik vasitə olan qurudulmuş marixuananın və 04 (dörd) ədəd dəmir qabların içərisində 13 (on üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə 136,67 AZN (bir yüz otuz altı manat, altmış yeddi qəpik) ekspertiza xərcinin Məhkum tutularaq Azə rbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ((hakimlər Xəqani Səmədovun sədrliyi, Akif Eyvazov və İmanverdi Şükürovdаn ibаrət tərkibdə,) 2023-cü il 30 noyabr tarixli 1(107)-126/2023 nömrəli qərarı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum CM-in 234.2 və 237.1-ci maddələri ilə məhkum edilməsinə, X3 isə CM-in 234.4.1 və 237.2.1-ci mad dələri ilə bəraət verilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 26 yanvar tarixli 1(091)18/2023 nömrəli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə ləğv edilmiş, həmin hissədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə, ona CM-in 234.2-ci maddəsi ilə bəraət verilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 26 yanvar tarixli 1(091)-18/2023 nömrəli hökmündən CM-in 66-cı maddəsinin müddəaları xaric edilmiş, Məhkum CM-in 237.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardığına görə dərhal həbsdən azad edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 26 yanvar tarixli 1(091)18/2023 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci in stansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı bir ədəd kağız bükülüdə 2,82 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanı 05 may 2022-ci il tarixdə təxminən saat 12 radələrində Şəki rayonu, Aşağı Göynük kəndi ərazisindən keçən Şəki- Qax yolunun kənarında həmkəndlisi Şahid3 10 manat müqabilində satmış, 07 may 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki şəhər-rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid3 həmin gün saat 12:35 radələrində Şəki rayonu, Aşağı Göynük kəndi ərazisində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X6 küçəsi 1 ünvanında yerləşən Şəki RPŞ-in inzibati binasına gətirilib orada şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ ön cibindən qəsdən, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq Məhkum 10 manat müqabilində alıb üzərində saxlayaraq daşıdığı bir ədəd kağız bükülüdə təmiz çəkisi 2,82 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, Z.Mahmudovun Məhkumla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qəsdan, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qəsdan. əkilib becərilməsi qadağan olunan xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin qanunsuz əkib xüsusi qulluq göstərib yetişdirərək kultivasiya etmə cinayət əməllərini törətmələri Məhkum yaşadığı evə və evinin həyətyanı sahəsinə b axış keçirilməsi istintaq hərəkəti zamanı onun dedikləri, eyni zamanda Z.Mahmudovun da törətmiş olduğu cinayət əməlinə görə sonuncunu ifşa edən faktları bildirməsi, habelə eyni məzmunlu ifadələri ilə öz təsdiqini tapmışdır. Belə ki, işdə olan "Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 07 may 2022-ci il tarixli protokoldan görünür ki, hüquq və vəzifələri geniş şəkildə izah edilməklə, həmçinin müdafiəçi R.Salahovla təmin edildikdən sonra Məhkum yaşadığı Şəki rayonu, Aşağı Göynük kəndindəki evin həyətyanı sahəsinə videoçəkilişlə baxış keçirilərkən Məhkum 4 ədəd metal qabda yaşıl rəngli bitkiləri təqdim edərək həmin bitkilərin çətənə bitkiləri olduqlarını, həmin bitkiləri ona Zaur adlı şəxsin verdiyini və bitkiləri Zaura geri qaytaracağını bildirmiş, həmin bitkilərin 15-20 gündü r ki, onda olduğunu, bitkilərin ona dibçəkdə verildiyini, 15-20 gün ərzində bitkilərə böyüməsi üçün su verdiyini, bitkilər böyüdükdən sonra bitkiləri ona verən Zaur adlı şəxsə geri qaytaracağını, Zaurun ona araq alacağı üçün bitkiləri saxladığını göstərmişdir, Bundan sonra, Məhkum şübhəli şəxs qismində dindirilərkən eynilə ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayının 15-də həmkəndlisi Zaur ona evinin həyətində dəmir qablarda çətənə bitkiləri əkdiyini, lakin evi yol kənarında olduğuna görə yoldan keçən şəxslərin həyətində çətənə bitkiləri əkdiyini görmələrindən qorxduğunu bildirmiş və ona təklif etmişdir ki, həmin çətənə bitkilərini ona verəcəkdir ki, aparıb yaşadığı evin həyətində su verib, dibin boşaldıb, qulluq göstərsin ki, bir qədər böyüyəndən sonra gəlib aparsın. Həmin bitkil ərə qulluq göstərməsinin müqabilində hərdən ona araq, siqaret alıb verəcəyini bildirmişdir. Həmin vaxt Zaurdan əgər qorxursa nə üçün çətənə bikiləri əkirsən deyə soruşduqda Zaur da ona həmin bitkiləri özü istifadə etmək üçün əkdiyini bildirmiş, bundan sonra Zaurun təklifi ilə razılaşmış, arvadı kəndlərində xəstəxanada tibb bacısı işlədiyinə görə Zaur arvadı gecə növbəsində olan gün qablarda əkdiyi çətənə bitkilərini onlara gətirməsini demiş, iki gündən sonra arvadı gecə növbəsində olan gün Zaur onlara iki ədəd qara rəngli sellofan torbalarda iki ədəd qablarda əkdiyi çətənə bitkilərini gətirmiş, həmin torbaları açıb baxanda içərisindəki hər bir dəmir qablarda bir neçə yeni cücərmiş, torpaqdan yenicə çıxmış bitkilərin olduğunu görmüş, Zaur gedəndən sonra onun gətirdiyi sellofan torbalardakı dəmir qabları çıxarıb aparıb həyətindəki su çəninin arxasındakı köhnə işləməyən soyuducu qutusunun içərisinə qoymuş və qapağını üstünə qoymuşdur ki, kənardan görən olmasın. İki gündən sonra Zaur yenə ona quluq etmək üçün bir qabda əkdiyi çətənə bitkisi gətirmişdir. Arvadı evdə olduğu üçün Zaurdan sellofan torbanın içərisindəki qabda əkdiyi çətənə bitkisini alıb gizli aparıb soyuducunun içərisinə qoymuş, Zaur sonuncu çətənə bitkisi əkdiyi dəmir qutunu ona verəndə evlərində bir qutuda da çətənə bitkiləri əkdiyini, son vaxtlar ardıcıl onlara gəlməsini görən şəxslərin onlara gəlməsindən şübhələnə biləcəklərini, ona görə həmin əkdiyi çətənə bitkilərini özünün gəlib aparmasını bildirmişdir. Razılaşdığı üçün 21 aprel 2022-ci il tarixdə saat 13 radələrində idarə etdiyi Vaz-2106 markalı, ** BN ** * nömrəli avtomobili ilə Zaurun evinə getmiş. Zaurun evinin qarşısına çatıb siqnal vermiş, Zaur küçəyə çıxanda onun gəldiyini görmüş və geri qayıdıb əlində sellofan torba ilə yanına gələrək çətənə bitkiləri əkdiyi bir dəmir qutunu ona vermiş, həmin qutunu da gətirib həyətindəki soyuducu qutusunun içərisinə qoymuşdur. Bundan sonra həmin çətənə bitkilərinə su verib, dibini boşaldıb qulluq göstərməyə başlamışdır. Zaur da arada bir iki dəfə ona araq və siqaret alıb vermişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 13-14 radələrində Aşağı Göynük kəndində yerləşən yeməkxananın qarşısında olan zaman Zaurla rastlaşmış, söhbət zamanı Zaurdan Nicatın çəkməsi üçün bir büküm narkotik vasitə marixuana istəmişdir. Zaur da cibindən bir büküm narkotik vasitə olan marixuana çıxarmış və qardaşı Nicata a parıb verməsi üçün ona vermişdir. Sonra Zaur ondan çətənə bitkilərinin vəziyyətini soruşanda ona toxumların çoxunun çıxmadığını demişdir. Bu zaman Zaur ona sabah evlərinə gəlməsini, ona cücərən çətənə bitkiləri verəcəyini və aparıb əkməsini bildirmişdir. Ertəsi gün idarə etdiyi Vaz-2106 markalı avtomobillə Zaurun yaşadığı evin qarşısına gedib siqnal vermişdir. Az sonra Zaur küçəyə çıxıb yanma gəlmiş və içərisində 7 ədəd təxminən 4 sm hündürlüyündə çətənə bitkisinin şitilləri olan bankanı ona vermişdir. Çətənə bitkilərini aldıqdan sonra yaşadığı evə qayıtmış və həmin şitilləri Zaurun ona verdiyi qablara əkmişdir. Gətirdiyi şitilləri əkdikdən sonra qablarda 13 ədəd çətənə bitkiləri olmuşdur. Sonradan həmin bitkilərə su verib qulluq etmişdir. 05 may 2022-ci il tarixdə saat 12 radələrində Aşağ ı Göynük kəndindən keçən Şəki-Qax yolunun kənarında yerləşən mağazaların qarşısında Nicatı görüb ona yaxınlaşıb narkotik vasitə olan marixuanası olduğunu bildirmişdir. Nicatda ona 10 manat pul verən zaman ona həmin pula gedib bir şüşə araq almasını demişdir. Nicat da yaxınlıqdakı mağazaya gedib bır şüşə 0,5 litirlik markasını xatırlamadığı araq alıb gətirib ona vermişdir.O da cibindən bir büküm narkotik vasitə olan marixuananı çıxarıb Nicata vermişdir. Nicat marixuananı ondan alıb çıxıb getmişdir. Sonra özü yaxınlaqdakı mağazanın arxasında arağı içib şüşəsini də oraya atıb çıxıb evlərinə getmişdir. 07 may 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları tərəfindən çətənə bitkiləri aşkar olunmuşdur, (cild 1, iş vər. 172178). Məhkum təqsirləndirilən şəxs qism ində dindirilərkən həmin vaxtadək yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən, şəxsi axtarışı aparılarkən, şübhəli şəxs qismində dindirilərkən özünün, habelə Z.Mahmudovun cinayətin törədilməsində real iştirakına dair göstərdikləri ilə eyni məzmunlu ifadə vermişdir, (cild 1. iş vər. 224-228). Hər iki ekspert rəyindən göründüyü kimi, narkomaniya xəstəliyindən əziyyət çəkməyən, ümumiyyətlə narkotik vasitələrdən istifadə etməyən Məhkum ondan aşkar olunmuş çətənə bitkilərinin Zaur Mahmudova məxsus olması, Şahid3 satmış olduğu qurudulmuş marixuananı həmin növ narkotik vasitədən istifadə edən, narkomaniya xəstəliyindən əziyyət çəkən Z.Mahmudovdan alması barədə göstərdikləri həqiqətdir. Buna baxmayaraq məhkəmə həmin ekspert rəylərinə münasibətdə hökmdə göstərmişdir ki, həmin rəylər təqsirl əndirilən şəxslərin narkomaniya xəstəliyindən əzab çəkib-çəkməməsi faktını təsdiq edir. Hətta Məhkum aid olan xx.xx.2022-ci il tarixli, 1010 saylı rəyin (cild 03, iş vər. 3) təsviri hissəsindən görünür ki, Məhkum iş üzrə heç bir marağı olmayan ekspertlə söhbət edərkən sözgedən narkotik tərkibli çətənə bitkilərini özü gələcəkdə istifadə etmək üçün əkib-becərdiyini bildirmişdir. Dövlət ittihamçısı bildirmişdir ki, məhkəmə lap əvvəldən iş üzrə toplanmış sübutlarıл məcmusunu düzgün qiymətləndirməmiş, istintaqın ilkin mərhələsində obyektiv həqiqəti özündə əks etdirən etirafedici ifadələr vermiş təqsirləndirilən şəxslərin istintaqın sonrakı mərhələsində və məhkəmədə cinayət məsuliyyətindən və təyin ediləcək cəzadan yayınmaq üçün özlərini müdafiə xarakterli ifadələr verməsini, həmin ifadələrdə göstərilənlərin iş üzrə toplanmış, yuxarıda ətraflı şəkildə şərh edilmiş digər sübutlarla təkzib edildiyini, onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamış, işin düzgün həll edilməsi və işin nəticələri üçün əhəmiyyətli olan sübutlarla bağlı mövqeyini hökmdə düzgün əks etdirməmiş, məhkəmənin gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, məhkəmə öz hökmündə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərməmiş, təqsirləndirilən şəxslərin ifadələrinə tənqidi yanaşmaq əvəzinə məhkəmənin müdafiə tərəfinin təqdim etdiyi “sübutlara" qabaqcadan müəyyən edilmiş üstünlük verməsi, qanunun mənafeyini deyil, təqsirləndiriən şəxslərin mənafelərini ifadə etməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməsi səbəb olmuşdur. Dövlət ittihamçısı kassayiya protestində Məhkum və Z.Mahmudovun CM-in 234.4.1 və 237.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayat işi üzrə Şəki Apellyasiya Məhkəməsinin CK-ın 30 noyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini və cinayat işinin yeni apellyasiya baxışına tayin edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya protestinin təmin edilməsini, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarının ləğv edi lməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilməsini xahiş etdi Bəraət almış şəxs Z.Mahmudov məhkəmə iclasında çıxış edərək bildirdi ki, onun tərəfindən heç bir cinayət əməli törədilməmişdir, istintaqın ilkin mərhələsində ona işgəncələr verilmiş və işgəncə təsiri əsasında özünün əleyhinə ifadə verməyə məcbur edilmişdir. İşgəncə polislər tərəfindən elə qaydada verilmişdir ki, bədəni üzərində heç bir izi qalmamışdır. Bu səbəbdən də onun işgəncə barədə şikayəti əsasında məhkəmə tibbi ekspertizasından keçirilərkən bədəni üzərində xəsarət izləri aşkar edilməmişdir. Odur ki, kassasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkum məhkəmə iclasında çıxış edərək bildirdi ki, o, marixuana əkib-becərmiş, lakin Nicata narkotik vasit ə satmamış, istintaq zamanı ona işgəncə verilməmiş, lakin o araq alüdəçisi olduğu üçün polislər tərəfindən ona araq içirdildikdən sonra ondan ifadə alınmış, bu səbəbdən elə ifadələr vermişdir. Odur ki, kassasiya protestinin təmin edilməməsini, hökmün qüvvəsində saxlanmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunmaması barədə müdafiə tərəfinin, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaə tə gəlir ki, kassasiya protesti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən e də və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı Məhkum və Z.Mahmudova bər aət verilməsini mübahisələndirməklə apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddəsində nəzərdə tutulan hallarla əsaslandırmışdır. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu i lə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət müha kiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya protesti ilə müraciət etmiş tərəfə münasibətdə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, kassasiya protestində həm Məhkum, həm də Z.Mahmudova münasibətdə apellyasiya instansiya məhkəməsinin hökmü mübahisələndirilməklə ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hər iki şəxsə münasibətdə kassasiya protetinin dəlillərinə ayrı-ayrılıqda münasibət bildirilməli olması qənaətinə gəlir. Bəraət almış şəxs Z.Mahmudov barəsində olan kassasiya protestinin dəlillərinə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Z.Mahmudova qarşı CM-in 234.4.1 və 237.2.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə ittiham tərəfinin yeganə sübutu digər məhkum Z.Hümmədovun ifadəsidir. CM-in 237.2.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə isə Z.Mahmudovun məhkum Z.Hümmədovun həyətində aşkar edilmiş tərkibində narkotik vasitə olan bitkiləri kultivasiya etməsinə, yəni əkməsinə, yetişdirməsinə dair ittiham tərəfinin heç bir sübutu yoxdur. Z.Mahmudova qarşı irəli sürülmüş ittiham üzrə sübutlar sübutetmə üçün son dərəcə zəruri olan mötəbərlik və kifayətlilik meyarlarına uyğun gəlmir. Ümumiyyətl ə, sübutetmə elə bir prosesdir ki, bu prosesin yekununda şəxsin təqsirliyi heç bir şübhə doğurmamalı, obyektiv və tərəfsiz müşahidəçidə şəxsin təqsirliliyi ilə bağlı əminlik yaranmalıdır. CPM-in 146.1-ci maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd edilən normadan da göründüyü kimi, mənsubiyyəti həmin işə aid olan toplanmış mümkün və mötəbər sübutlar o həcmdə olmalıdır ki, həmin iş üzrə, həmçinin şəxsin ona qarşı irəli sürülmüş ittihamda təqsirliliyi barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası hesab edir ki, yalnız bir şəxsin ifadəsi əsası nda təqsirləndirilən şəxsin konkret cinayət əməlini törətməsinə dair yekun nəticəyə gəlmək CPM-in 138, 143146-cı maddələrinin tələblərinə ziddir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Z.Mahmudova CM-in 234.4.1 və 237.2.1-ci maddələri ilə bəraət verərkən birinci instasniya məhkəməsi, həmin baraət hökmünü qüvvədə saxlayarkən isə apellyasiya instansiya məhkəməsi qanuni və əsaslı məhkəmə qərarları qəbul etmişlər. Bu səbəbdən həmin hissədə kassasiya protesti təmin edilməmlidir. Məhkum CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin hökmündən verilmiş kassasiya protestinin dəlillərinə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsi Məhkum CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair nəticəyə gələrkən hökmü aşağıdakı kimi əsaslandıraraq göstərmişdir: Həmçinin iş materiallarından görünür ki, Şahid3 narkotik vasitələrin qəbulu və saxlanılması ilə məşğul olması barədə Şəki ŞRPŞ-nə əməliyyat məlumatı daxil olduğundan 7 may 2022-ci il tarixdə “əməliyyat tədbirinin keçirilməsi barədə” qərar qəbul olunmaqla onun cinayət əməlinin ifşa edilməsi qərara alınmışdır. Həmin tarixdə saat 13.55-də Şahid3 CM-in 234.1-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 7 may 2022-ci il tarixdə saat 14.58-dən saat 17.13-dək aparılmış şəxsi axtarış zamanı Şahid3 təqdim etdiyi ağ rəngli salfet bükümü təqdim edərək içərisində narkotik vasitə “nəşə” olduğunu bildirmiş, həmin narkotik vasitəni 3 gün əvvəl Ziyəddi n adlı şəxsdən aldığını göstərmişdir. Göründüyü kimi Məhkum və Şahid3 barələrində 7 may 2022-ci il tarixdə ayrı-ayrılıqda və fərqli məzmunlu əməliyyat məlumatları daxil olduğundan qeyd edilən tarixlərdə onlar şübhəli şəxs qismində saxlanılmışlar. Lakin Şahid3 həmin tarixdə saat 14.58-dən saat 17.13-dək keçirilmiş şəxsi axtarış zamanı ondan aşkar edilmiş narkotik vasitəni Ziyəddin adlı şəxsdən almasını bildirdiyi vaxtda Məhkum artıq saxlanılmış olması və şəxsi axtarış zamanı ondan Nicat adlı şəxsə narkotik vasitə verməsinin soruşulması onunla bağlı keçirilmiş əməliyyat tədbirini şübhə altına almış olur. Belə ki, qeyd olunanlarla bərabər həm Məhkum, həm də Şahid3 cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsinə dair qərarlardan görünür ki, həmin qərarlar ayrı-ayr ı əməliyyat müvəkkilləri tərəfindən tərtib olunsa da məzmun baxımından eynilik təşkil edir. Belə ki, hər iki qərarda “Əməliyyat axtarış fəaliyyəti haqqında” Qanunun 11-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndinə və 14-cü maddəsinə istinad edilməklə cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsinin nəzərdə tutulduğu göstərilsə də, həmin Qanunun 10-cu maddəsinə əsasən hansı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi göstərilməmişdir. Göründüyü kimi həm Məhkum, həm də Şahid3la bağlı eyni tarixdə tərtib edilmiş oxşar məzmunlu qərarların təhlili nəticəsində belə qənaət hasil olur ki, əməliyyat orqanı tərəfindən hər iki şəxslə bağlı ayrı-ayrı əməliyyat məlumatlarına əsasən əməliyyat tədbirlərinin keçirilməsi görüntüsü yaradılsa da, reallıqda onlar bir əməliyyat tədbiri nəticəsində saxlanılmışlar...” Məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-in 234.2-ci maddəsi ilə bəraət verərkən apellyasiya instansiyası məhkəməsi kifayət qədər araşdırma aparmamış, ittiham tərəfinin sübutlarını mötəbərliyini şübhə altına alarkən kifayət qədər inandırıcı əsaslandırma aparmamış, nəticədə əsaslandırılmamış qərar qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi hökmdə hər iki şəxsə qarşı irəli sürülmüş ittihamda satmaq məqsədi ilə narkotik vasitənin verilməsi ilə bağlı tarixlərdə ziddiyyət müəyyən edildiyini göstərsə də, lakin bu ziddiyyətin konkret olaraq nədə ifadə edildiyini hökmdə göstərməmişdir. Bundan əlavə, məhkəmələrdə şahid qismində dindirilmiş Şahid3 istər ibtidai istintaq zamanı, istərsə də onun barəsində olan inzibati xəta haqqında işə baxılarkən narkotik vasitəni Məhkum aldığını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi isə ittihamın şahidi olan Şahid3 ifadəsini təhlil edərək qiymətləndirməmiş, Şahid3 hansı səbəbdən əvvəl bir formada, sonradan başqa formada ifadə verməsinin səbəblərini araşdırmamış, Şahid3 “acıqla” Məhkum qarşı ifadə verməsinə dair dəlillərini səmimiyyət və ifadələrin xronoloji ardıcıllığı baxımından yoxlamamış, nəticədə bu ifadə hərtərəfli, tam və obyektiv qiymətləndirmədən kənarda qalmışdır. Bundan əlavə, Məhkum ifadəsindən görünür ki, cinayət hadisəsi baş verən vaxt ona məxsus telefon işlək vəziyyətdə olmamışdır, lakin Şahid3 ifadəsində Ziyəddinlə telefonla əlaqə saxlayaraq görüşdüyünü bildirmişdir. Lakin işin bu halı da araşdırılmamış, həqiqətən də Məhkum istifadə etdiyi mobil telefonun işlək vəziyyət də olub-olmaması, ittihamda əks olunan cinayət hadisəsi baş verən ərəfədə və ya həmin gün bu iki şəxs arasında telefon əlaqəsinin olub-olmaması, onların hansı qaydada görüşüb, narkotik vasitənin alqı-satqısını həyata kecirməsi araşdırılmadan hazırki cinayət işi üzrə düzgün nəticəyə gəlinməsi, həqiqətin müəyyən edilməsi mümkün görünmür. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verildiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən hökmünün Məhkum CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair hissədə qanuni və əsaslı olmadığını, onun həmin hissədə kassasiya qaydasında ləğv edilməsi üçün isə əsasların olduğunu göstərir. Məhkəmə kollegiy ası belə nəticəyə gəlir ki, kassasiya protesti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmü Məhkum CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair hissədə ləğv edilməli, cinayət işi həmin hissədə apellyasiya instansiya məhkəməsində baxılmağa təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair hissədə ləğv edilsin. Cinayət işi həmin h issədə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli hökmü qalan hissədə, kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar