Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1376/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Əleyman Məmməd oğlu Məmmədlinin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Zərərçəkmiş şəxs, məhkum X5, məhkumun müdafiəçiləri Müdafiəçi5 və Müdafiəçi4 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2025-ci il tarixli 1(104)-94/2025 nömrəli qərarından məhkum X4 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Dadaş İmanov (sədrlik edən və məruzəçi), Abdulla Məmmədov və Mikayıl Məmmədzadə) 6 noyabr 2024-cü il tarixli, 1(100)-285/2024 nömrəli hökmü ilə 04 may 1989-cu il tarixdə Daşkəsən rayonunda anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Əzizbəyov küçəsi, ev 2-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi 5-ci küçədə yaşamış X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 14 (on dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ciddi rejimli cəzaçəkmə müəssisəsində çək məklə, cəzaçəkmə müddətinin başlanğıcı 03 iyul 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X7 məhkum edilmişdir ona görə ki, o, qəsdən xüsusi amansızlıqla adam öldürməyə, yəni digər şəxsi qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, onunla birlikdə yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs yenidən onunla yaxın münasibət saxlamasından imtina etdiyi və bu səbəbdən Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisələrə birdəfəlik son qoymaq üçün onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə qeyd edilən cinayətkar niyyətini həyata keçirməkdən ötrü xx.xx.0223-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 5-ci küçədə yerləşən ünvansız fərdi yaşayış evin də sonuncu ilə şəxsi münasibətlər zəminində mübahisə edərək yataq otağındakı masanın üzərindən götürdüyü tiyəsinin uzunluğu 90mm, dəstəyinin uzunluğu 98mm, ümumi uzunluğu 188mm olan, qatlanmayan tipli, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan kustar üsulla hazırlanmış, məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə həmin yaşayış evində olan xx.xx.2018-ci il təvəllüdlü azyaşlı oğlu Sübhan İmanovun gözü qarşısında ona əzab və iztirab verdiyini dərk etməklə, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, eyni zamanda Zərərçəkmiş şəxs xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq, həmçinin, azyaşlı oğlu Sübhan İmanova münasibətdə əziz olan anasına qarşı zorakı əməlləri etməklə ona da əzab və iztirab verdiyini dərk edərə k, onun gözləri qarşısında Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq ona hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən döş qəfəsinin ön səthinin üç ədəd, döş qəfəsinin arxa səthində sağda bir ədəd, sağ bazu nahiyəsində bir ədəd və sol said nahiyəsində bir ədəd, bundan başqa hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, döş qəfəsinin ön səthində yerləşən və hər iki ağciyəri zədələyən iki ədəd (ümumilikdə 08 ədəd) yara xəsarətləri yetirmiş, lakin Zərərçəkmiş şəxs ona azyaşlı övladlarının olmasını və ona çoxsaylı xəsarətlər yetirməsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməyəcəyini bildirməsi və sonuncuya vaxtında təcili və ixtisaslı tibb i yardım göstərilməsi nəticəsində həyatının xilas edildiyindən, Ramil İmanov bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etməyə cəhd etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Salman Hüseynov (sədrlik edən və məruzəçi), Faiq Mahmudov və Sevindik Əzizov) 09 yanvar 2025-ci il tarixli 1(104)-94/2025 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli 1(100)-285/2024 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, hökmlə X6 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsi ilə təyin edilmiş 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 11 (on bir) il 3 (üç) ay müddətinə endirilmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum X4 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2025-ci il tarixli 1(104)-94/2025 nömrəli qərarının ləğv edilməsi və məhkum R.R.İmanovun əməlinin Azərbaycan Respublikası CMin 29,120.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum R.R.İmanovun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların pozulması ilə qərar qəbul edilmişdir. Belə ki, məhkəmə qərar qəbul edərkən məhkum Rami l İmanovun Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmamasını, əvvəllərdə zərərçəkmiş şəxslə aralarında münaqişə olsa da, sonradan barışmalarını, zərərçəkmiş şəxsin onunla barışmaması və zərərçəkmiş şəxsin hərəkətlərindən təsirlənərək ona xəsarət yetirməsini, zərərçəkmişə xəsarət yetirdikdən sonra isə özünə xəsarət yetirməsini və bundan sonra əlindəki bıçağı yerə atmasını, həmçinin R.R.İmanovun bıçağı yerə atdıqdan sonra qayınatasına zəng edərək zərərçəkmiş şəxsə və özünə xəsarət yetirməsini və onları xəstəxanaya aparmasını bildirməsini və bu halları təsdiq edən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid qismində ifadə vermiş X3 ifadələri nəzərə almamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışla rını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2025-ci il tarixli 1(104)-94/2025 nömrəli qərarı aşağıda göstərilən əsaslara görə dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi q iymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin başlıca dəlili məhkum R.R.İmanovun əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda heç bir əsas olmadan xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etmə kimi, yəni CM-in 29,120.2.4-cü maddələri ilə tövsif edilməsinin qanunsuz və əsassız olmasıdır. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı və məhkəmələr nəticəyə gəlmişlər ki, məhkum zərərçəkmiş şəxsi öldürmək məqsədi ilə zərərçəkmiş şəxsi n azyaşlı oğlunun gözü qarşısında, yəni xüsusi amansızlıqla zərərçəkmiş şəxsə 8 ədəd bıçaq zərbəsi vurmuş, lakin öz iradəsindən kənar səbəblərə görə niyyətini başa çatdıra bilməmişdir. Bununla əlaqədar məhkəmələr istintaq orqanı tərəfindən R.R.İmanova qarşı irəli sürülmüş ittihamla razılaşaraq onun əməli Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsi ilə tövsif etmiş və onu həmin maddə ilə təqsirli bilmişlər. Müdafiə tərəfi hesab edir ki, R.R.İmanov zərərçəkmiş şəxsi öldürmək istəməmiş, ona bıçaq zərbələri azyaşlı oğlunun gözü qarşısında yetirməmiş, ona görə də məhkumun əməli qəsdən sağlamlığa ağır zərər vurma kimi, yəni Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri müzakirə edərək aşağıdakıları qeyd etməy i zəruri hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəm iyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbə b ola bilər. Bu isə öz növbəsində CM- in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin dispozisiyasına əsasən digər şəxsi qəsdən həyatdan məhrum etmə qəsdən adam öldürmə cinayəti hesab olunur. Həmin əməlin xüsusi amansızlıqla törədilməsi CM-in 120-ci maddəsində ağırlaşdırıcı tövsifedici əlamətlər qismində nəzərdə tutulur və əməlin müvafiq olaraq CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilməsinə əsas olur. Azərbaycan Respublikası CM-in 120-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli həm birbaşa, həm dolayı qəsdlə törədilə bilər. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət etməyə cəhd birbaşa qəsdlə törədilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əs asən müəyyən edilir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Ramil İmanovun Zərərçəkmiş şəxs ümumilikdə səkkiz bıçaq zərbəsinin vurması və həmin zərbələrin nəticəsində zərərçəkmiş şəxsin sağlamlıqına ağır zərər vurması məhkumun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübut edilir və bu halın həqiqiliyi məhkəmə kollegiyasında şübhə doğurmur. Məhkum R.R.İmanov öz ifadəsində onun Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması barədə göstərsə də, işin halları - onun tərəfindən zərərçəkmiş şəxsə çoxsaylı bıçaq zərbələrinin endirməsi və zərbələrin həyat üçün təhlükəli nahiyələrinə vurulması onu göstərir ki, məhkum həmin zərbələri məhz zərərçəkmiş şəxsi öldürmək məqsədi ilə vurmuşdur. Həmçinin cinayət işi üzrə toplanmış sübutlarla – Zərərçəkmiş şəxs və şahid S.R.İmanovun ifadələri ilə məhkum tərəfindən bıçaq zərbələrinin zərərçəkmiş şəxsin azyaşlı övladının gözü qarşısında yetirilməsi də tam təsdiq olunur. Ona görə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq məhkəmələrin məhkumun zərərçəkmiş şəxsi öldürmək niyyətində olması və bu niyyətlə bıçaq zərbələrinin zərərçəkmiş şəxsin azyaşlı övladının gözü qarşısında, sonuncuya xüsusi əzab verdiyini dərk etməklə, yəni xüsusi amansızlıqla yetirilməsi barədə gəldiyi nəticəni iş üzrə toplanmış sübutlara və işin hallarına tam uyğun olduğundan əsaslı və düzgün hesab edir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tari xli qərarında qeyd edilir ki, digər hallarla yanaşı xüsusi amansızlıq təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamların yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Bununla yanaşı, cinayət işinin materiallarından aydın olur ki, məhkum R.R.İmanov zərərçəkmiş şəxsə səkkiz bıçaq zərbəsi endirdikdən sonra, zərərçəkmiş şəxsin “uşaqlarım yetim qalmasın” xahişini və məhkumdan “şikayət etməyəcəyi” bildirdiyini nəzərə alaraq, onu öldürmək niyyətindən daşınmış, hərəkətlərini dayandırmış və zərərçəkmiş şəxsə yardım göstərilməsi üçün hadisə yerinə sonuncunun atasını çağırmışdır. Həm Zərərçəkmiş şəxs, həm də hadisənin birbaşa şahidi Sübhan İmanovun ifadələrindən görünür ki, təqsirləndirilən şəxsin zərərçəkmişi qəsdən öldürmək imkanı olmuş, buna heç bir man eə də olmamışdır. Bu isə onu göstərir ki, məhkum zərərçəkmiş şəxsi öldürmək niyyətindən öz iradəsi ilə imtina etmiş və könüllü olaraq öldürməyə yönəlmiş hərəkətlərini dayandırmışdır. Məhkum zərərçəkmiş şəxsi qəsdən öldürməyə yönəlmiş hərəkətlərini dayandırsa da, onun əməli nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən ağır zərər vurulmuşdur. Məhkum həmin zərəri vuran hərəkətləri, yəni bıçaq zərbələrini zərərçəkmişin azyaşlı övladının gözü qarşısında, sonuncuya xüsusi əzab verdiyini dərk etməklə, xüsusi amansızlıqla törətmişdir. Azərbaycan Respublikası CM-in 30.1-ci maddəsinə əsasən, cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxsin cinayətə hazırlıq hərəkətlərini və ya bilavasitə cinayət törətməyə yönəlmiş əməllərini (hərəkət və ya hərəkətsizliyini) dayandırması cinayəti t örətməkdən könüllü imtina etmə hesab olunur. CM-in 30.2-ci maddəsinə görə, cinayəti başa çatdırmaqdan könüllü və qəti şəkildə imtina edən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. CM-in 30.3-cü maddəsində isə göstərilir ki, cinayəti başa çatdırmaqdan könüllü imtina edən şəxs, yalnız onun törətdiyi əməldə başqa bir cinayətin tərkibi olduqda, həmin cinayətə görə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanun normalarına əsasən belə nəticəyə gəlir ki, məhkəmələr məhkum R.R. İmanovun əməlini Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsi ilə tövsif edib onu həmin maddə ilə təqsirli bilməklə hüquqi səhvə yol vermişlər. Belə ki, Azərbaycan Respublikası CM-in 30.2-ci maddəsinin tələblərinə əsasən, R.R. İmanovun CM-in 29,120.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edi lməsinə yol verilmir. Eyni zamanda, məhkumun zərərçəkmiş şəxsə qarşı törətdiyi əməldə Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri mövcuddur. Buna görə də, CM-in 30.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasına, bu Məcəlləyə, habelə cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Buna görə də, məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkum X4 əməli Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.2.3-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddənin sanksiya həddində, törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum X4 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti qismən təmin edilsin. X4 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2025-ci il tarixli 1(104)-9 4/2025 nömrəli qərarı dəyişdirilsin. X4 əməli Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsindən həmin Məcəllənin 126.2.3-cü maddəsinə tövsif edilsin. X6 Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsi ilə 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X7 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1376/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1376/2025
01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver