Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1377/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş Zərərçəkmiş şəxs2 nümayəndəsi Ağayev Adil Əskər oğlunun və Məhkum müdafiəçisi Məmmədova Leyl a Polad qızının iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi L.P.Məmmədova tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli hökmü ilə (hakimlər Hacıyev Əfqan Niyətulla oğlu (sədrlik edən və məruzəçi) Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ev li, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 Türkiyə Respublikası İstanbul şəhərindən “Paşabahçe", “Güral Porselen” və digər brend firmalara məxsus müxtəlif çeşi dli qab-qacaq gətirib Bakı şəhərində yerləşən marketlərə satıb əldə olunacaq gəlirdən bir hisəsini ona verəcəyini yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 14 sentyabr 2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən “8 kafe” restoranının qarşısında həmin dövrdəki məzənnə ilə 20.400 (iyirmi min dörd yüz) manat təşkil edən 12.000 (on iki min) ABŞ dollarını, 10 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Azadlıq prospekti, “Heydər Əliyev” adına parkda həmin dövrdəki məzənnə ilə 30.600 (otuz min altı yüz) manat təşkil edən 18.000 (on səkkiz min) ABŞ dollarını, 05 noyabr 2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən “8 kafe” restoranının qarşısında həmin dövrdəki məzənnə ilə 27.200 (iyirmi yeddi min iki y üz) manat təşkil edən 16.000 (on altı min) ABŞ dollarını, 06 dekabr 2018-ci il tarixdə eyni ünvanda həmin dövrdəki məzənnə ilə 8.500 (səkkiz min beş yüz) manat təşkil edən 5.000 (beş min) ABŞ dollarını, 28 dekabr 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 62A nömrəli yaşayış binasının qarşısında həmin dövrdəki məzənnə ilə 8.500 (səkkiz min beş yüz) manat təşkil edən 5.000 (beş min) ABŞ dollarını ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs2 95.200 (doxsan beş min iki yüz) manat məbləğində, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 16 nömrəli yaşayış binasının arxasında yerləşən 350 kv/m torpaq sahəsini göstərib həmin torpaq sahəsinin özünə məxsus olduğunu yalandan bildirərək sonuncu ilə göstərdiyi torpaq sahəsində şərikli restoran tikib işlədərək yaxşı qazanc əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 26 fevral 2019-cu il tarixdə ünvan 3 ünvanda yerləşən “Loğman” klinikasında tanışı Şahid1 vasitəsi ilə 50.000 (əlli min) manat, 23 aprel 2021-ci il tarixdə həmin ünvanda tanışı Şahid1 vasitəsi ilə 8.000 (səkkiz min) manat pulunu ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs1 58.000 (əlli səkkiz min) manat məbləğində, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Məhkum müdafiəçisi L.P.Məmmədova tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegi yasının (hakimlər Qaraqurbanlı Ramin Afad oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 18 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi L.P.Məmmədova kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensyasının 6-cı maddəsinə və 4 saylı Protokolunun 1-ci maddəsinə, “Ümumdünya insan hüqu qları Bəyannaməsinin 8-ci maddəsinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 11 iyun 2015-ci il tarixdə qəbul edilmiş qərara, habelə iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış bəzi sübutlara istinad edən və işin faktiki hallarını mübahisələrindən müdafiəçi L.P.Məmmədova kassasiya şikayətini belə əsaslandırmışdır ki, Məhkum cinayət təqibinin bütün mərhələlərində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək zərər çəkmiş şəxslərlə işguzar münasibətlərdə olduğunu göstərmiş, onlardan birlikdə kommersiya fəaliyyətini həyata keçirmək məqsədilə müəyyən məbləğlərdə pul vəsaitləri almış, lakin bu fəaliyyət uğursuz olduğuna görə o, aldığı pulları tam həcmdə zərərçəkmişlərə qaytara b ilməmişdir. Məhkum kommersiya fəaliyyətində uğursuzluğa uğraması və onun pullarının üçüncü şəxslər tərəfindən mənimsənilməsi ilə əlaqədar müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi hüquq-mühafizə orqanlarına və diplomatik nümayəndələrə dəfələrlə edilmiş şikayətlər və müraciətlər məhkəmələrin diqqətindən kənarda qalmışdır. Bu baxımdan Məhkumla zərər çəkmiş şəxslər arasında yaranmış mübahisə mülki xarakterli olduğuna görə həmin mübahisə cinayət mühakimə icraatı qaydasında deyil, mülki mühakimə icraatı qaydasında həll edilməli idi. Müdafiəçinin fikrincə, məhkəmələr Məhkum ifadələrini məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirməkdə haqlı olmamış və əsassız olaraq zərər çəkmiş şəxslərin hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən onlara qarşı dələduzluq cnayətini t örətməsi haqda verdikləri ifadələri iş üzrə əsas sübut növü kimi qəbul etmişlər, halbuki onun özgənin əmlakını və ya əmlaka olan hüquqlarını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmasını müəyyən edən hər-hansı bir mötəbər sübut əldə olunmamışdır. Məhkəmələr isə araşdırılmış sübutlara, xüsusən də Məhkum səmimi ifadələrinə düzgün qiymət verməmiş və nəticədə o, əsassız olaraq törətmədiyi cinayətə görə təqsirli bilinərək məhkum olunmuşdur. Kassasiya şikayətində göstərdiyi dəlillərə əsaslanaraq müdafiəçi L.P.Məmmədova həmin şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda məhkəməyə ərizə ilə müraciət etməmiş, zərərçəkmişlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq dövlət ittihamçısının və müdafiəçinin rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumat landırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi L.P.Məmmədovanın kassasiya şikayətindən göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, məhkumun ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və hüquqlarını müdafiə etdiyi şəxsin təqsiri sübuta yetirilmədiyi halda o, əsassız və qanunsuz olaraq məhkum edilmidir. Bununla da, müdafiəçi L.P.Məmmədova apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrinə ə sasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası müdafiəçisi L.P.Məmmədovanın şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya in stansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzar ətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM -nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416- cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya in stansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsin ə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudu r. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Büununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cinayətkar qəsdlərdən qorunmasını, onların da pozulmuş hüquqla rının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsu liyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinin və ya təqsirsiz olmasının təsdiiq edilməsi məqsədilə bu və ya digər sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfi nə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanları n maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Res publikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, CPM-nin ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olu nmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə d igərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsas ında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5. 1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən ş əxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin ş ikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında öz hüquq mövqeyini müəyyənləşdirərkən eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Göründüyü kimi, milli və beynəlxalq qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhk əməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı, bundan sonra isə əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzr ə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə razılaşaraq bu hökmü dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kif ayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, cinayət-hüquq nəzəriyyəsində talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər əməllərdən, o cümlədən mülki-hüquqi xarakterli pozuntulardan ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektini və obyektiv cəhətini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: - özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün, yaxud da digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hüquq a zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi Talama cinayətlərindən sayılan dələduzluq CM-nin 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldadan, etibardan sui-istifadə edən, yəni dələduzluq cinayətinin törədilməsində ittiham olunan şəxsin qəsdi birbaşa və məhz həmin üsulların kömə kliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, (əməl əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin, digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununvericiliyində maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən, şə xsdə əmlakı sahibliyinə keçirdiyi vaxt (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmayıbsa, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda, şəxsin belə hərəkət etməsi CM-in 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Eyni mövqedən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında da çıxı ş etmişdir. Həmin Qərarın 1-5-ci bəndlərində Plenum məhkəmələrə izah etmişdir ki, CM-nin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əm lak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun s əlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsə lən, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Bundan başqa, qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayəti n başa çatma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair). Ali Məhkəmənin Plenumu həmçinin qeyd etmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsi nə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin halların a əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən, heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş “Mülki və Siyasi Hüquqlar Haqqında” Beynəlxalq Paktın 11-ci maddəsində və Avropa Konvensiyasının 4 saylı protokolunun 1-ci maddəsində təsbit edilmişdir ki, heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun adı çəkilən 11 iyun 2015ci il tarixli Qərarının 27-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borcl unun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan h üququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim ol unan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum tanışları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı məhz dələduzluq cinayətini törətməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmi n nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında təsir və ya təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrlə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Həmin sübutların hər birisi ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin hökmündə və apellyas iya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edilsə də, məhkəmə kollegiyası hazırki qərarda da həmin sübutların bir hissəsinə istinad etməyi zəruri bilir. Əvvəla qeyd olunmalıdır ki, kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçinin irəli sürdüyü əsas dəlil ondan ibarətdir ki, Məhkum heç kimi aldatmaq niyyəti olmamış, o sadəcə biznes faliyyəti ilə məşgul olmuş və zərər çəkmiş şəxslərin də bundan xəbəri olduğundan sonuncular ona biznes fəaliyyətini həyata keçirmək və özlərinin də bundan qazanc əldə etmək məqsədilə ona müxtəlif məbləğlərdə pul vermiş, lakin Şahid3 sonradan müflisləşməyə uğradığından onlardan aldığı pulları qaytara bilməmişdir. Lakin, birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 2018-ci ilin yay aylarında kürəkəni Sami Əfəndiyev ona dostu Şahid3 qab-qacaq işi ilə məşğul olduğunu, həmin işlə bağlı ona maraqlı təklifinin olduğunu demiş və onların görüşməsini təklif etmişdir. Həmin vaxt o, Badamdar qəsəbəsində Məhkumla görüşərkən sonuncu Türkiyə Respublikasının İstanbul şəhərindən Bakı şəhərinə Türkiyə stehsalı olan “Paşa Bahçe” və digər adları yadında qalmayan brend firmaların qab-qacaqlarını gətirdiyini, qab-qacaqları “Bravo” marketlər şəbəkəsinə və digər mağazalara satdığını, həmin işdə yaxşı gəlir götürdüyü üçün dövriyyəsini yüksəltmək istədiyini, malların çeşidini çoxaltmaq istədiyini, Türkiyə Respublikasından Azərbaycana ay ərzində 2 konteyner mal gətirdiyini demiş, ona kataloqlar göstərmiş, sonra da dövriyyəsini qaldırmaq üçün ondan 60.000 ABŞ dolları məbləğ ində pul istəmiş və ilkin olaraq pulu ondan götürəndən sonra malı Azərbaycana gətirib realizə etdikdən sonra birinci ay ona qazancından 2000 manat, dövriyyəsi qalxdıqca daha çox məbləğlərdə pul verəcəyini, ancaq dövriyyəsinin nə qədər qalxmasından asılı olmayaraq bu həddin 5000 manatı keçməyəcəyini bildirmişdir. O, Xdən ona qəfil pul lazım olsa necə qaytaracağını soruşarkən sonuncu ona istənilən halda pulu ondan istəyəndə hətta ziyan etsə də 1 ay ərzində ondan aldığı pulu geri qaytaracağını vəd etmiş, o, da Səfərovla razılaşsa da, ona hazırda çox pulu olmadığı üçün 60.000 ABŞ dolları məbləğində pulu birdəfəlik verə bilməyəcəyini, hissə-hissə verəcəyini bildirmiş, sonuncu da onunla razılaşmışdır. Məhkumun X ilə yaxın münasibətinin olması, “Bravo” marketlər şəbəkəsində “Paşa Bahçe” firmasına məxsus qabları görməsi onda Məhkum vədlərinə inam yaratmış və onun təklif etdiyi işdən yaxşı gəlir götürəcəyinə əmin olaraq 2018-ci ilin sentyabr ayının 14-də şəxsi istifadəsində olan 050 210-94-10 saylı nömrəsindən Məhkumun 050 573-19-88 saylı mobil telefon nömrəsinə zəng edib ona 12.000 ABŞ dolları vermək istədiyini bildirdikdə o, hal hazırda Türkiyədə olduğu üçün pulu dostu Şahid1a verməsini demiş, sonra da onun 070 *** ** ** saylı mobil telefon nömrəsini vermişdir. 2018-ci ilin sentyabr ayının 14-də yaşadığı Ünvan 2-nın qarşısında sürücüsü Xlə görüşmüş və 12.000 ABŞ dolları məbləğində pulu ona verərək həmin pulu aparıb Şahid1in dostu Şahid1 adlı şəxsə verməsini tapşırmış, Şahid1ın mobil telefon nömrəsini də Hafizə vermişdir. X də pulu ondan götürüb həmin gün Bakı şəhəri, Binəqədi ra yonu, 8ci mikrorayon ərazisində yerləşən “8 kafe”-də Şahid1la görüşüb 12.000 ABŞ dolları məbləğində pulu Şahid3 çatdırılması üçün ona vermiş, sonra da ona zəng edərək pulu Şahid1a verdiyini bildirmiş, o, da Məhkumlə bu barədə “Watsapp” proqramı vasitəsi ilə danışmış, Məhkum pulun Şahid1 tərəfindən götürüldüyünü təsdiq etmişdir. Məhkuma pulu verəndən bir ay keçdikdən sonra Şahid1 və Xin vasitəsi ilə Məhkum ona 2000 manat pul göndərmiş, Məhkumin ona 2000 manat pulu verməsi onda olan inamı daha da artırmış və ona yenə pul vermək üçün 2018-ci ilin oktyabr ayının 10-da Məhkumlə “Watsapp" proqramı vasitəsi ilə danışaraq ona 18.000 ABŞ dolları məbləğində pul göndərmək istədiyini demiş, Məhkum yenə pulu Şahid1a verməsini, Şahid1ın pulu ona göndərəcəyini demişdir.Bundan sonra o, yenə də həmin məblə ğdə pulu sürücüsü Hafizə vermiş, Hafiz də Şahid1la Bakı şəhəri, Azadlıq prospekti, “Heydər Əliyev” adına parkda görüşüb 18.000 ABŞ dolları məbləğində pulu ona vermiş, o, yəni H.Zərərçəkmiş şəxs2 isə “Watsapp” proqramı vasitəsi ilə Məhkumlə danışaraq pulun çatıb-çatmağını soruşmuş, Məhkum də ona pulun çatdığını demişdir. Təxminən bir ay sonra Məhkum yenə də eyni qaydada Şahid1 və Xin vasitəsi ilə ona qazanc kimi 2000 manat pul göndərmişdir. Məhkumin bu dəfə də ona 2000 manat pul göndərməsi ona olan inamını bərkitmiş, buna görə də 2018-ci ilin noyabr ayının 5-də Məhkumə “Watsapp” proqramı vasitəsi ilə zəng edib ona 16.000 ABŞ dolları vermək istədiyimi bildirmiş, Məhkum həmin pulu yenə Şahid1a verməsini demiş, o da 2018-ci ilin noyabr ayının 5-də 16.000 ABŞ dollarını Xə vermiş, X də pulu götü rüb Şahid1la Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən “8 kafe”-də görüşərək ona vermiş və bu barədə zəng edib onu məlumatlandırmış, sonra o, Məhkumlə “Watsapp” proqramı vasitəsi ilə danışmış, sonuncu da 16.000 ABŞ dollarını götürdüyünü təsdiq etmişdir. Şahid3 bir neçə gün sonra noyabr ayının əvvəllərində ona Şahid1 və Xin vasitəsi ilə qazanc kimi 2000 manat pul göndərmiş, 2018-ci ilin dekabr ayının təxminən 6-da Məhkumlə danışıb ona 5000 ABŞ dolları pul göndərmək istədiyini bildirmiş, Məhkum yenə İstanbul şəhərində olduğu üçün həmin pulu Şahid1a verməsini təklif etmiş, o, da 2018-ci ilin dekabr ayının 6-da Xlə görüşərərk ona 5000 ABŞ dolları vermiş, sonuncu da həmin pulu aparıb Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən “8 kafe”-də Şahid1la g örüşərək ona vermiş, bundan sonra yenə Məhkumlə danışmış, sonuncu 5000 ABŞ dollarını almasını təsdiq etmiş və bir neçə gün sonra yenə Şahid1 və Xin vasitəsi ilə ona 2000 manat pul göndərmişdir. 2018-ci ilin dekabr ayının sonlarında Məhkum Azərbaycana qayıtmış və yenidən ona 5000 ABŞ dolları vermək istəyərkən 2018-ci ilin dekabr ayının təxminən 28-də Məhkum bu dəfə də 5000 ABŞ dolları məbləğində pul vermişdir Bundan sonra Məhkum ona bir neçə ay pul vermədiyini görüb ondan pulunu istəyəndə o, müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan yayınmış və buna görə də, 15 mart 2019-cu il tarixdə İstanbul şəhərinə getmiş, onu orada Məhkum özü qarşılamış, onunla birlikdə eyni oteldə qalmış, Türkiyədə Məhkumin iş gördüyü şəxslərlə tanış olmaq istəsə də 3 gün ərzində Məhkum onu müxtəlif bəhanlərlə aldatmış, həmin şəxslərlə və guya işlədiyi şirkət nümayəndələri ilə görüşməkdən yayındırmış, 17 mart 2019-cü il tarixdə Məhkum onu şirkət nümayəndələri ilə tanış etmək üçün dediyi ünvana aparmaq qərarına gəlsə də, həmin gün bazar günü olduğu üçün ora bağlı olmuş və Məhkum həmin yerin bağlı olduğunu bildirib onunla birlikdə otelə gəlmiş, 18 mart 2019-cu il tarixdə isə Bakıya qayıtmışdır. Məhkum ondan aldığı pulları qaytaracağına dair etdiyi yalan vədlərindən bezdiyi üçün ondan pulunu qaytarmasını tələb etməyə başladıqda o, özünün də Türkiyə vətəndaşları tərəfindən aldadıldığını bildirərək ona pulun bir hissəsinin əvəzinə özünə məxsus “Kia Rio” markalı avtomobili vermiş, o, da həmin avtomobili 11.000 ABŞ dollarına satmış, bundan sonra Məhkum ona əlavə 3000 manat məbləğində də puul qaytarmışdır. Bund an başqa onun cəmisi 56.000 ABŞ dolları məbləğinjdə pulunu ələ keçirən Şahid3 ona heç bir ödəniş etməmiş, ümumilikdə ona 34800 manat qaytarsa da, pulun qalan hissəsini qaytarmamışdır. Məhkum həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında verdiyi ifadələrindən görünür ki, o, Zərərçəkmiş şəxs2lə birlikdə Türkyə Respublikasının istehsalı olan qab-qacaq məmulatlarının alqı-satqısı ilə birgə məşğul olmaq məqsədilə ondan müxtəlif vaxtlarda cəmisi 56.000 ABŞ dolları məbləğində pulu almasını, bu puldan hələ cinayət işi başlanana qədər ona qazanc kimi cəmisi 8.000 manat məbləğində pul verməsini, zərərçəkmiş öz pulunun bütövlükdə qaytarılmasını tələb etdikdə sonradan 11.000 ABŞ dollarına satılmış özünün “Kia Rio” avtomaşınını verməsini, istinaq zamanı da aldığı pulların bir hissəsini qayta rmasını etiraf etmiş, lakin aldığı pulu bütövlükdə qaytara bilməməsinin səbəbini özünün də başqa şəxslər tərəfindən aldadılaraq onların özünün pulları ilə birlikdə külli miqdarda pullarını ələ keçirərərk mənimsəmələrini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclasında göstərmişdir ki, o, “Loğman” klinikasının baş həkimi işləyir, 2018-ci ilin sentyabr-oktyabr aylarında klinikanın tərkibində kafe açmaq istəmiş, bunun üçün həmin klinikanın stomatoloq-həkimi işləyən Mustafanın vasitəsi ilə Şahid3la tanış olmuşdur. Sonuncu ona açmaq istədiyi kafedə zəruri olan avadanlıqları haradan almaq, harada quraşdırmaqla bağlı öz məsləhətlərini vermiş, o, da Məhkumla birlikdə həmin kafeni işlətmək üçün təxminən 7500 manat pul xərcləyərək avadanlıqlar almış və Məhkum kilinkada kafe işlətm əyə başlamış, həmin kafe 4-5 ay ərzində fəaliyyət göstərmiş və razılaşmaya əsasən o, kafeni işlədən zaman klinikanın xəstələrinə pulsuz yemək verməyi öhdəliyini götürmüş, klinikaya gələn digər şəxslər, habelə klinikanın işçiləri isə kafedən ödənişli istifadə etmişlər. 2019-cu ilin yanvar-fevral aylarında Məhkumin kafe işlətmək səriştəsinin olmasını gələcəkdə oğlu X14 birlikdə kafe işlətməsini fikirləşərək sonuncuya bu haqda dedikdə Məhkum da ona başqa yerlərdə də kafelər işlətdiyini, yaxşı gəlir əldə etdiyini bildirərək həmin kafelərə baxmağı, kafelərin necə işlədiyini öz gözü ilə görməsini təklif etmiş və ona əvvəl işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 16 nömrəli yaşayış binasının yaxınlığında yerləşən “8 kafe” adı ilə fəaliyyət göstərən kafeni göstərib həmin kafeni ica rə əsasında özünün işlətdiyini bildirmişdir. Kafedə birikdə çay içmiş, kafenin 300 kv/m-dən çox sahəsinin olduğunu, qarşısında qazon örtüyünün olduğunu görmüş, bu vaxtı Məhkum kafenin yanında təxminən 10 sot ərazisi olan boş torpaq sahəsini göstərib ona məxsus olduğunu bildirmişdir. Sonra, o, Məhkumlə birlikdə Binəqədi rayonu ərazisində yerləşən Heydər Əliyev adına parkın içərisində olan kafeyə getmiş, həmin kafenin sahəsinin həddindən artıq böyük olduğunu, həyətində uşaqların oynaması üşün avadanlıqlar quraşdıridığını görmüş, daha sonra Məhkum onu Azərbaycan Tibb Universiteteinin yaxınlığında yerləşən “Əncir” kafesinə aparmış, həmin kafe binanın altında yerləşən 2 mərtəbəli yer olmuş, oranın yaxşı işləyən kafe olduğunu görmüşdür. Məhkum ona şəhərdə olan bütün “Əncir” kafelərini onun işlət diyini desə də digər kafelərə getməmişdir. Daha sonra Məhkum onu Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən köhnə “Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti”nin inzibati binasının yaxınlığında yerləşən, adı yadında qalmayan, Xətai metrostasnsiyasının yaxınlığında yerşən, adı yadında qalmayan, kafelərə aparmış, həmin kafelər onun çox xoşuna gəlmiş, kafelərin “lyuks" şəraitli olduğunu, hətta oraya müğənnilərin də gəldiklərini görmüşdür. Hər dəfə kafelərdə Məhkum adminstratorlar qarşılamış, hətta Məhkum onlara göstəriş vermiş, sonuncudan bu kafelərdə gəlirin-xərcin nə qədər olmasını soruşarkən, o, bu məlumatları kompüterində bir sistemdə mərkəzləşdirdiyini və həmin məlumatları növbəti gün gəlib klinikada göstəcəyini vəd etmiş, bir neçə gün sonra isə klinikaya gələrək dəftərdə qeyd olun muş hesabatını ona göstərmiş, o, yəni Zərərçəkmiş şəxs1 də onun hər kafedən təxminən 2500-4500 manat məbləğində gəlir əldə etdiyini, bunun da ümumilikdə təxminən 24.000 manat məbləğində gəlir olduğunu görmüşdür. Bundan sonra ona oğlu X14 üçün iş axtardığını, maraqlı kafe olsa götürüb işlətmək istədiyini, kafenin avadanlıqlarını şərikli alıb qazancı yarıbayarı bölməyi təklif etmiş, bu təklifin qarşılığında Məhkum ona Bakı şəhəri, metronun “Sahil” stansiyasının yaxınlığında binanın altında icarəsi 5000 manat olan təmirli kafeni təklif etsə də ora müəyyən qədər xərc çəkilməli olduğunu demiş, bundan başqa o, “Fəvvarələr bağı”nın yaxınlığında iki mərtəbəli obyektin 8000 manata icarəyə verildiyini bildirmiş, təxminən 2-3 gün sonra Məhkumlə görüşən zaman sonuncu ona həmin kafeləri işlətməkdənsə göstərdiyi boş torpaq sahəsində pul qoymağı, “8 kafe”nin yanında yerləşən boş torpaq sahəsində 8 ədəd kabinet tikməyi təklif etmiş, həmin kafenin ancaq zalı olacağını, ayrıca otaqların isə olmayacağını demişdir. Məhkum ona tikiləcək obyektin lahiyəsini də göstərmiş və aralarında olan danışıq zamanı ona həmin torpaq sahəsinin hazırda orta bazar qiymətinin 190.000 manat olduğunu, torpaq sahəsinin öz adına qeydiyyat şəhadətnaməsinin olmasını, həmin torpaq sahəsində kafe tikmək üçün 50.00060.000 manat məbləğində pul vermək lazım olduğunu, qalan hissəsini özünün düzəldəcəyini bildirmiş, o isə bununla razılaşaraq və torpağın qiymətinin 190.000 manat təşkil etdiyi halda Məhkumə 95.000 manat pul verə bilməsini bunun da müqabilində torpaq sahəsinin yarısını onun adına keçirməsini, gələcəkdə inşa e dilən tikintinin qeydiyyat şəhadətnaməsində isə hər ikisinin adının qeyd edilməsini təklif etmişdir. Məhkumlə bu cür razılaşandan sonra o, Türkiyə Respublikasına getmiş və fevral ayının 27-də mobil telefonun “Watsapp” proqramı vasitəsi ilə ona zəng edərək artıq işə başlandığını, tikintinin bünövrəsi töküldükdən sonra quraşdırılacağını demiş, buna görə ondan 50.000 manat məbləğində pul istəyərək həmin pulu tikinti işinə baxan Şahid1 adlı oğlanın ondan götürəcəyini demiş, o, da Məhkumə 40.000 (qırx min) manat məbləğində pul verə biləcəyini desə də Məhkum ona “elə yox, pul bütöv lazımdır” dediyi üçün məcbur olub dostu Şahid3 10.000 manat məbləğində pulu borc alıb cəmisi 50.000 manat məbləğində pul düzəldərək bu pulu iki dəfəyə klinikaya gəlmiş Şahid1 adlı şəxsə vermişdir. Şahid1 yanına gələrk ən onun pul götürməsi ilə bağlı Şahid1la aralarında olan söhbəti mobil telefonunun səsyazma funksiyası vasitəsi ilə qeydə almış, bundan sonra Məhkumlə danışmış və Məhkum ona mart ayının 1-dən tikintiyə başlayacağını, tikintinin üstündə olmasını demiş, bundan bir neçə gün keçsə də tikintinin başlamadığını görüb Şahid1la danışmış, Şahid1 da ona bu işə ancaq Məhkum müəllimin baxdığını, onunla danışmasını demişdir. Təxminən 2019-cu ilin aprel ayında Məhkumlə danışanda o, sənədlə bağlı problem yarandığını, ona görə tikintiyə başlaya bilmədiyini, Binəqədi rayonu İcra Hakimiyyətindən 15000 manat pul istənildiyini, bunun üçün əlavə olaraq 8000 manat da vermək lazım olmasını, qalan pulun isə özünün verəcəyini demiş, o da həmin gün dostu Şahid3 yenə də borc kimi 8000 manat məbləğində pul alaraq həmi n pulu klinikaya gəlmiş Şahid1a vermişdir. Bu vaxtı da Şahid1a pul verməsi ilə bağlı danışıqları şəxsi istifadəsində olan “Xiomi 8” markalı mobil telefonun səsyazma funksiyası vasitəsi ilə qeydə almışdır. Bundan sonra Məhkum ona gündə bir bəhanə edərək Türkiyə Respublikasından gəlmədiyini bildirmiş, 2019-cu ilin ortalarında isə o, Bakı şəhərinə gəlib klinikada onunla görüşmüş, klinikanın kafesinin icarə haqqını təxminən 5-6 ay ödəmədiyi üçün təxminən 2000 manat borcu qalmış, ona verdiyi 58000 manat pulu ondan istəmiş, Məhkum isə hər dəfə müxtəlif bəhanələrlə pulunu qaytarmamış, o da məcbur olub özünü sığortalamaq üçün Məhkumə onunla borcun etirafı barədə borc müqaviləsi bağlamasını təklif etmiş və 20 dekabr 2019-cu il tarixdə oğlu Şahid4lə Şahid3 arasında Bakı şəhəri, 11 saylı notariat kon torunda borc müqaviləsi bağlanmış, bundan da sonra Məhkumin pulunu vermədiyini görüb onun barəsində polis orqanlarına müraciət etmişdir. Cinayət təqibinin bütün mərhələlərində Məhkum guya kafenin tikintisi və müvafiq sənədləşmənn aparılması üçün Zərərçəkmiş şəxs1 cəmisi 58.000 manat məbləğində pul almasını etiraf etmş, lakin həmin pulu öz ehtiyaclarına sərf etməsini bildirmişdir. Cinayət işinin materallarının təhlili göstərir ki, istər Məhkum etirafedici ifadələri, istərsə də zərər çəkmiş şəxslərin verdikləri ifadələr iş üzrə dindrilmiş şahidlərin ifadələri ilə yanaşı ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış başqa sübutlarla da təsdiq olunur. Kassasyia şikayətində göstərilənlərin əksi nə olaraq, apellyasiya şikayətinə məhkəmə baxışı iclasında da zərərçəkmiş Zərərçəkmiş şəxs2 cinayət təqibinin bütün mərhələlərində ardıcıl olaraq verdiyi eyni məzmunlu ifadələrinə uyğun izahat verərək Şahid3 ona biznesə yatızdırmaq adı ilə istədiyi məbləğdə pul verməsini, lakin heç br biznes fəaliyyəti ilə məşğul olmadığını, aldığı pulun əsas hissəsini isə qaytarmadığını bildirmişdir. Məhkəmə kollegiyası bu ifadələr, habelə araşdırılmış digər sübutlar əsasında işin müəyyən edilmiş faktiki hallarının başqa cür müəyyən edilməsi, o cümlədən Məhkum təqsirli bilindiyi əməlləri törətməməsi, habelə onun məhz mülki münasibətlərdən irəli gələn öhdəlikləri yerinə yetirməməsi və bu baxımdan əməlində dələduzluq cinayətinin tərkibinin olmaması barədə nəticəyə gəlmək üçün heç bir əsas görmür, bununla bağlı kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayır və hesab edir ki, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin araşdırılmış sübutlara əsasən düzgün olaraq müəyyən etdikləri faktiki hallar ondan ibarətdir ki, Məhkum tamah niyyəti ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək və sonuncuları aldadadarq pul şəklində olan əmlaklarını ələ keçirib zərər çəkmiş şəxslərin hər birisinə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksin ə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, zərər çəkmiş şəxslərin, şahidlərin dindirilmələri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları z amanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş zərər çəkmiş şəxsləri və şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı tərəfindən Məhkum əməlinin CMnin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar. Kassasiya şikayətində Məhkum sahibkarlıq fəaliyyyətində uğursuzluğa məruz qalması, onun həmin fəaliyyətinin genişləndirilməsi üçün Zərərçəkmiş şəxs2 aldığı və biznesə yatırdığı pulların başqa şəxslər tərəfindən mənimsənilməsi, bu səbəbd ən də zərər çəkmiş şəxsin pullarını tam həcmdə qaytara bilməməsi haqda dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçi L.P.Məmmədova bu dəlillərin arxasında duran, yəni onları təsdiq edən hər hansı sübuta istinad etməmiş, araşdırılmış sübutlarla isə Şahid3 həqiqətən Türkiyə istehsalı olan qab-qacaq məmulatlarının alqı-satqısı ilə məşğul olması, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aldığı pulları həm bu, həm də digər sahibkarlıq fəaliyyətinə sərf etməsi, bu fəaliyyətində uğursuzluğa məruz qalması, habelə aldığı pulların kimlərsə tərəfindən ələ keçirilərək ona qaytarılmaması, yəni özünün də aldadılması müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da vurğulayır ki, guya özünə məxsus torpaq sahəsində kafe tikdirmək məqsədilə Zərərçəkmiş şəxs1 aldığı pulları özünün və ailəsinin ehtiyaclarına, habelə digər məqsədlər üçün sərf etməsi, həmin torpaq sahəsinin üzərində isə onun mülkiyyət, sahiblik və sərəncam vermək hüquqlarının olmaması həm şahidlərin ifadələri ilə, həm də işə əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi L.P.Məmmədovanın kassasiya şikayətində göstərdikləri dəlillər araşdırılmış sübutlarla təkzib edildiyindən həmin dəlillər və onların əsasında irəli sürülmüş kassasiya tələbi məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər və tələb kimi qiymətləndirilməlidir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini qəbuledilməz sayaraq belə qənaətə gəlir ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya insta nsiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-cı maddələrində nəzərdə tutulmuş əsaslardan hər hansı biri müəyyən edilmir. Lakin, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq Məhkum törətdiyi əməllər üzrə toplanmış və araşdırılmış sübutları təhlil edərkən, belə qənaətə gəlmişdir ki, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr məhkum tərəfndən zərər çəkmiş Zərərçəkmiş şəxs2 dələduzluq yolu ilə əmlakını ələ keçirilməsi nəticəsində ona vurulmuş ziyanın miqdarını müəyyən edərkən zərərçəkmişin özünün və Şahid3 bu epizodla bağlı verdikləri, habelə şahidlərin ifadələrini nəzərə almamış və nəticədə həmin ziyanla bağlı nəticəyə gələrkən səhvə yol vermişlər. Belə ki, həm Məhkum, həm də zərər çəkmiş şəxs H.Zərərçəkmiş şəxs 2 cinayət təqibinin müxtəlif mərhələlərində ayrı-ayrılıqda ifadələr verərkən bildirmişlər ki, Məhkum 2018-ci ilin sentyabr ayında aldığı 12.000 ABŞ dolları məbləğində puldan qazanc kimi 2.000 manat, 2018-ci ilin oktyabr ayında adığı 18.000 ABŞ dolları məbləğində puldan qazanc kimi 2.000 manat, 2018-ci ilin noyabr ayında aldığı 16.000 ABŞ dolları məbləğində puldan qazanc kimi 2.000 manat, 2018-ci ilin dekabr ayında aldığı 5.000 ABŞ dolları məbləğində puldan qazanc kimi 2.000 manat, cəmisi isə 8.000 manat pulu ona vermiş və eyni zamanda Zərərçəkmiş şəxs2 ondan verdiyi pulun tam həcmdə qaytarılmasını tələb etdikdə ona özünə məxsus, sonradan isə 11.000 ABŞ dollarına (həmin məbləğin Azərbaycan manatına məzənnəsi ilə 18.7000 manata) satılmış “Kia Rio” avtomaşını vermiş və həmçinin 3.000 manat da ödəmiş, ümumilikdə isə onun qaytardığı pulun miqdarı 29.700 manat təşkil etmiş və bu halların hamısı cinayət işi başlanılana qədər baş vermişdir. Göründüyü kimi, Məhkum qeyd olunan məbləğlərdə pulu və özünə məxsus əmlakı hələ cinayət işi başlanılana qədər Zərərçəkmiş şəxs2 qaytardıqdan sonra onun zərərçəkmiş şəxsə məxsus və dələduzluq yolu ilə ələ keçirdiyi pulun məbləği, ittiham aktında və hökmdə götərildiyi kimi, 56.000 ABŞ dolları, yəni 95.200 manat deyil, sadə riyazi hesablamalara əsasən, 65.500 manat olmuş, yəni yenə də zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurulmuşdur (CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən). İşin müəyyən edilmiş bu faktiki hallarından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, belə olan halda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarında və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli hökmündə dəyişiklik edilməklə Məhkum zərərçəkmiş H.Zərərçəkmiş şəxs2 qarşı dələdəuzluq etməklə ələ keçirdiyi pul vəsaitinin məbləği 65.500 (altmış beş min beş yüz) manat, ona vurulmuş ziyanın miqdarı da həmin məbləğdə müəyyən edlməlidir. Kassasiya şikayətində Məhkum təyin olunmuş cəzanın açıq-aşkar ağır olması barədə dəlillər və belə dəillərə əsasən həmin cəzanın yüngülləşdrillməs haqda tələb irəli sürülməsə də, məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq bu məsələni də yoxlamış və belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyasının da razılaşdığı və dəyişdirmədən qüvvədə saxladığı birinci instansiya məhkəməsinin hökmü ilə məhkum Şahid3 barəsində cəza tədbirinin seçilməsi məsələsini də həll edərkən məhkəmə CM-nin 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməkdə düzgün olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, sonuncunun şəxsiyyətini səciyyələndirən halları, habelə CM-nin 59.1.4, 59.1.14 və 59.2-ci maddələrinə əsasən onun iki azyaşlı uşaqlarının olmalarını, zərər çəkmiş şəxslərə vurduğu ziyanı qismən ödəməsini, əvvəllər məhkum olunmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi və CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallların müəyyən edilməməsini kifayət qədər nəzərə almışdır. Bununla belə, məhkəmə kollegiyası hazırki qərarla Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı törətdiyi dələduzluq nəticəsində onun ələ keçirdiyi pul vəsaitinin məbləğinin və ona vurulmuş ziyanın miqdarının azaldılmasını, habelə ona cəza təyini zamanı birinci instansiya məhkəməsi tərəfindən əsaslandığı halları nəzərə alaraq Şahid3 CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin həmin maddənin sanksiyası həddində endirilməsini, bu əsasla da apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini mümkün bilir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqqında müdafiəçi L.P.Məmmədovanın, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun və zərərçəkmiş Zərərçəkmiş şəxs2 nümayəndəsi A.Ə.Ağayevin çıxışlarını dinləyib yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 178.3.2-ci maddəsi il ə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarında və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 20221-ci il tarixli hökmündə dəyişiklik edilməklə Məhkum zərərçəkmiş H.Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməklə ələ keçirdiyi pul vəsaitinin məbləği 65.500 (altmış beş min beş yüz) manat məbləğində, ona vurulmuş ziyanın miqdarı da həmin məbləğdə müəyyən edilməli və ona təqsirli bilindiyi maddə ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayə ti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarında və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 20221-ci il tarixli hökmündə dəyişiklik edilməklə Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməklə ələ keçirdiyi pul vəsaitinin məbləği 65.500 (altmış beş min beş yüz) manat, ona vurulmuş ziyanın miqdarı da həmin məbləğdə müəyyən edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) il 06 (altı) ayadək endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1377/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1377/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver