Məhkəmə qərarları › İş №1(102)-1377/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1377/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1377/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Bəraət almış şəxs Məhkum müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Quliyev Elnur Ağalar oğlunun iştirakları ilə 4 avqust 1965-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.1-ci maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protesti və mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakim Vüsal Qurbanov) Məhkum - Azərbaycan Respublikası 213.2.2-maddəsi ilə irəli sürülmüş ittihamın həmin Məcəllənin 213.1-ci maddəsi ilə davam etdi rilməsinə dair dövlət ittihamçısının qismən imtinası qəbul edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, mülki iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.İ.İbrahimov (sədrlik edən), R.A.Qaraqurbanlı və M.Ə.Abbasov) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Məhkum Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyici si kimi qeydiyyata alınmış, hüquqi və fəaliyyət ünvanı ünvan 2 MMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) təsisçisi və faktiki rəhbəri olarkən, həmin cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirərək, əmlakının, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 103, 104, 105.1, 125.1.4, 130.1, 130.2, 149, 153, 154, 159.1, 173, 174, 175, 177 və 178-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, ümumilikdə külli miqdar təşkil edən 140.562,12 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, o, təsisçisi və faktiki rəhbəri olduğu "xxxx" MMC-nin adından həyata keçirdiyi alqı-satqı əməliyyatları nəticəsində, 2017-ci il üzrə gəliri 1.119.827,25 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərcləri 933.189,40 manat, əldə etdiyi mənfəəti 186.637,85 manat və həmin il üzrə ödəməli olduğu mənfəət vergisi 37.327,57 manat olduğu halda, həmin ilin yekunlarına dair vergi orqanına təqdim etdiyi mənfəət vergisinin bəyannaməsində gəli rini 891.818,33 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərclərini 889.421,33 manat, əldə etdiyi mənfəətini 2397,00 manat və ödəməli olduğu mənfəət vergisini 479,40 manat göstərərək, 36.848,17 manat; 2018-ci il üzrə gəliri 2.656.806,71 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərcləri 2.214.005,59 manat, əldə etdiyi mənfəəti 442.801,12 manat və həmin il üzrə ödəməli olduğu mənfəət vergisi 88.560,22 manat olduğu halda, həmin ilin yekunlarına dair vergi orqanına təqdim etdiyi mənfəət vergisinin bəyannaməsində gəlirini 2.297.445,71 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərclərini 2.290.445,71 manat, əldə etdiyi mənfəətini 7000,00 manat və ödəməli olduğu mənfəət vergisini 1400,00 manat göstərərək, 87.160,22 manat, cəmi isə 124.008,39 manat mənfəət vergisini; bundan başqa o, "xxxx" MMC-nin (VÖEN **********) adından 2018-ci ildə müxtəlif adda mal-materialların idxalını və alqı-satqı əməliyyatlarını həyata keçirməsi nəticəsində qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi ƏDV bəyannamələrinə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə, 2018-ci ilin mart ayı üzrə 5491,00 manat ƏDV tutulan dövriyyədən, 988,38 manat ƏDV-ni az, aprel ayı üzrə 9507,00 manat ƏDV tutulan dövriyyədən, 1711,26 manat ƏDV-ni az, may ayı üzrə 29.832,95 manat ƏDV tutulan dövriyyədən, 5369,94 manat ƏDV-ni az, iyun ayı üzrə 56.730,00 manat ƏDV tutulan dövriyyədən, 10211,40 manat ƏDV-ni az, iyul ayı üzrə 43.244,28 manat ƏDV tutulan dövriyyədən, 7783,97 manat ƏDV-ni artıq, avqust ayı üzrə 57.880,56 manat ƏDV tutulan dövriyyədən, 10.418,50 manat ƏDV-ni az, sentyabr ayı üzrə 23.285,78 manat ƏDV tutulan dövriyyədən, 4191,44 manat ƏDV-ni az, oktyabr ayı üzrə 2472,50 manat ƏDV tutulan dövriyyədən, 445,05 manat ƏDV-ni az, noyabr ayı üzrə 2257,89 manat ƏDV tutulan dövriyyədən, 406,42 manat ƏDV-ni az, dekabr ayı üzrə 612,50 manat ƏDV tutulan dövriyyədən, 110,25 manat ƏDV-ni az, nəticədə 33.852,64 manat vergiləri az, 7783,97 manat ƏDV-ni artıq hesablamaqla, cəmi 26.068,67 manat ƏDV-ni, 124.008,39 manat mənfəət vergisini, ümumilikdə isə külli miqdarda təşkil edən 140.562,12 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxış ına təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, cinayət işi üzrə toplanmış sübutlarla, yəni təqsirləndirilən şəxsin işin hallarına uyğun ifadələri, şahid ifadələri, mütəxəssis və ekspertiza rəyləri, işə əlavə edilmiş mühasibatlıq sənədləri ilə Məhkum törətmiş olduğu cinayət əməli öz təsdiqini tapmışdır. Dövlət ittihamçısının fikrincə, məhkəmə mötəbərliliyi şübhə doğuran ekspert rəyinə mötəbər sübut kimi istinad etməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri: Mülki iddiaçı, Bakı şəhər Lokal Gəlirlər İdarəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Ş ikayət müəllifi qeyd edir ki, birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, həqiqətin müəyyən olunması üçün zəruri olan bütün hərəkətləri yerinə yetirməmiş, nəticə etibarı ilə Cinayət-Prosessual Məcəllənin 125, 127.3, 144 və 145-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, İbtidai istintaq dövründə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 avqust 2019-cu il tarixli, 18103 nömrəli rəyindən görünür ki, "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli vergi borcunun məbləğinin 140.562,12 manat olması müəyyən edilmişdir. Məhkəmənin qərarı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2021-ci il tarixli, 9/1454 saylı rəyi ilə müəyyən edilmişdir ki, "Almaz-19 MMC” MMC-nin dövlət büdcəsinə ödəməli olduğu əlavə dəyər və mənfəət vergilərinin məbləğinin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qərarı ilə təkrarən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8 iyul 2022ci il tarixli, 9/1557 saylı rəyindən görünür ki, "xxxx" tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləğinin 18.645,03 manat olması müəyyən olunmuşdur. Məhkəmə eyni qurum tərəfindən verilmiş 3 müxtəlif rəydən sonuncunu mötəbər sübut kimi qəbul edərək Məhkum bəraət vermişdir. Şikayət müəllifi hesab edir ki, məhkəmə qeyd edilən rəylərdən sonuncunu mötəbər sübut hesab etməsinə dair gəldiyi nəticəni əsaslandırmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi E.Quliyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yaln ız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətin i bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində və mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əsassız olaraq bəraət verilməsini mübahisələndirilir və işin apelyasiya instansiya məhkəməsində təkrar baxışa təyin edilməsini xahiş edilir. Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsində “Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 213-cü maddəsinin “Qeyd”inin 1-ci bəndinə görə “Bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” d edikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.” “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılma sı ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tut ulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur: “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində gös tərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilmə klə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmi ş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Apellyasiya məhkəməsinin qərarını əsaslı hesab edən, protestdə və şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müda fiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestində və kassasiya şikayətində irəli sürülən dəlillər, apellyasiya protestinin və apelyasiya şikayətinin dəlillərinin təkrarıdır və apellyasiya məhkəməsinin qərarında həmin dəlillərə əsaslandırılmış cavablar verilmişdir. Məhkəmə kollegiyası mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərini əsassız hesab edir və öz mövqeyini əsaslandırmaq üçün aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk olaraq Məhkum ittiham olunduğu CM-in 213.1-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsinə, həmin maddə ilə onun cəzalandırılmalı olmasına dair mülki iddiaçının kassasiya şikayətinin dəlillərini müzakirə edərək qeyd edir ki, CPM-nin 409.5-ci maddəsinin tələbinə görə mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri hökmdən mülki iddiaya aid hissədən və yalnız birinci instansiya məhkəməsinə verilmiş tələblərə uyğun olaraq şikayət vermək hüququna malikdirlər. Bu isə o deməkdir ki, mülki iddiaçı öz kassasiya şikayətində iddia tələblərindən kənara çıxa bilməzlər, o cümlədən cinayət törətmiş şəxsin ittihamının həcmini mübahisələndirə bilməzlər. İbtidai istintaq orqanı tərəfindən Məhkum CM-in 213.1-ci maddəsi ilə - külli miqdarda vergiləri, yəni 140.562,12 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda təqsirləndirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Məhkum ibtidai istintaq orqanı tərəfindən irəli sürül müş ittihamın əsasını Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit Şöbəsinin dövlət vergi müfəttişi tərəfindən verilmiş 08 iyul 2019-cu il tarixli mütəxəssis rəyi və onun əsasında tərtib olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2019-cu il tarixli, 18103 nömrəli rəyi təşkil edir. Cinayət işinin materiallarından görünür ki, Məhkum "xxxx"-nin direktoru vəzifəsində işlədiyi müddətdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma hallarına yol verilibverilməməsinin müəyyən edilməsi məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, məhkəmə-mühasibatlıq ekspertizasının 07 avqust 2019-cu il tarixli, 18103 nömrəli rəyi ilə "xxxx"-də yoxlamanın əhatə etdiyi xx.xx.2017-ci il tarixdən xx.x x.2017-ci il tarixədək və xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə 26.068,67 manat manat əlavə dəyər vergisini, 124.008,39 manat mənfəət vergisini az hesablanmaqla, cəmi ümumilikdə isə külli miqdarda təşkil edən 140562,12 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırılmışdır. İş materiallarına əlavə edilmiş “Diskə baxış keçirilməsi haqqında” 12 aprel 2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, 1000-170/1xxxx/006952 nömrəli məktubu ilə daxil olmuş bir ədəd diskə baxış keçirilmişdir. Həmin bir ədəd diskə baxış keçirilərkən aşağıdakılar müəyyən edilmişdir: - "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədə k və xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə gömrük bəyannamələri əsasında rəsmiləşdirilən idxal əməliyyatları haqqında 2 cədvəl vardır. - “Almaz-19 MMC" MMC-nin direktoru Məhkum tərəfindən Şahid5, Şahid7, X8, X4, Şahid6, X5 adına verilmiş etibarnamələrin kserosurətləri vardır. "xxxx" MMC-nin 2017 və 2018-ci illərdə müxtəlif müəssisələrdən malların idxal olunmasına dair müqavilələr, CMR, sertifikatlar, hesab-fakturalar, qaimələr, icazə sənədləri və digər sənədlərin kserosurətləri vardır. İş materiallarında olan Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit şöbəsinin dövlət vergi müfəttişi tərəfindən verilmiş 08 iyul 2019-cu il tarixli Mütəxəssis Rəyindən görünür ki, araşdırma ilə idxal edilmiş və daxili bazarda alınmış 2744902.81 manatlıq malları n təqdim etməsi aşkar edilmədiyindən ödəyicinin bəyan etdiyi ƏDV bəyannamələri əsas götürülməklə və idxal gömrük rəsmiləşdirilməsində tətbiq edilən qiymət nəzərə alınmaqla təqdim edilmiş mallar üzrə ƏDV-dən azad olunan satış 484.620.0 manat, 18% ƏDV tutulan satış 2.784.651.96 manat, satışdan ƏDV 501237.35 manat, idxalda ödənilmiş və əvəzləşdirilən ƏDV 470.821.46 manat olmaqla büdcəyə ödənilməli ƏDV 30.415.9 manat müəyyən edilmiş, araşdırılan dövr üzrə ƏDV-nin 60.090.96 manat artıq hesablandığı müəyyən edilmişdir. Cinayət işinə əlavə olunmuş materiallara, AVİS və Hesabat/Axtarış informasiya sisteminin baza məlumatlarına idxal YGB, alış-satış EVHF, elektron qaimə, bank məlumatlarına əsasən xərclər müəyyənləşdirilmiş, xərcləri təsdiq edən sənəd kimi idxal sənədləri və bunlarla bağlı xərcləri təsdiq edən sənədlər əsas götürülərək, gəlirləri təsdiq edən sənədlər, eyni zamanda çeşid fərqi üzrə satış gəlirində xərcləri təsdiq edən sənədlər olmadığına və analoji vergi ödəyicisi tapılması mümkün olmadığından Vergi Məcəlləsinin 83.9-cu maddəsinə, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı qərarlarına əsasən xərclərə görə 20% şərti rentabellik tətbiq edilməklə 2017-ci ildə xərclər daxili alışda 12.163.00 manat, idxal edilmiş mallar 916973.40 manat, əmək haqqı xərcləri 2650.00 manat, DSMF ayırmaları 583.00 manat, bank xidməti 550.00 manat, rabitə xərcləri 270.0 manat olmaqla ümumilikdə 933.189.40 manat olduğundan 2017-ci ildə ödənilməli mənfəət vergisi 37327.57 manat (933189.40:100x20x20%) müəyyən edilmiş, 2018-ci ildə xərclər daxili alı şda 15616.95 manat, idxal edilmiş mallar 2183633.85 manat, əmək haqqı xərcləri 7584.32 manat, DSMF ayırmaları 1706.47 manat, bank xidməti 4000.00 manat, rabitə xərcləri 600.0 manat, icarə haqqı xərcləri 864.00 manat olmaqla ümumilikdə 2214005.59 manat olduğundan 2018-ci ildə ödənilməli mənfəət vergisi 88560.22 manat (2214005.59:100x20x20%) müəyyən edilmiş, 2017-ci il üzrə hesablanmış 479.40 manat mənfəət vergisi nəzərə alınmaqla 36848.17 manat (373327.57- 479.40), 2018-ci ildə hesablanmış 1400.00 manat mənfəət vergisi nəzərə alınmaqla 87160.22 manat (885xx.xx1400.00) mənfəət vergisi, cəmi əlavə hesablanmalı mənfəət vergisi 124008.39 manat, yekunda araşdırmanın nəticəsi olaraq ŞHV-ndə aşağıdakı düzəlişlər aparılmalı, artıq hesablandığı üçün 2017-ci il avqust ayı 5777.03 manat, noyabr ayı 408.43 manat, 2018-ci ilin iyun ayı 35248.40 manat, avqust ayı 18657.10 manat-cəmi 60090.96 manat ƏDV məbləği ŞFİV-də azaldılmalı, mənfəət vergisi üzrə 2017-ci il üçün 36848.17 manat, 2018ci il üçün isə 87160.22 manat, cəmi 124008.39 manat əlavə hesablama verilməli, araşdırılan dövr üzrə ŞFİV-dəki 16893,73 manat ödəniş nəzərə alınmaqla dövlət büdcəsinə ödəməkdən yayındırılmış verginin məbləği 140562,12 manat (766xx.xx60090.96+124008.39) təşkil etmiş, yayındırılmış məbləğin 26068,66 manatını 2018-ci ilin mart-dekabr ayları üzrə ƏDV, 25.933,24 manatını 2017-ci ilin mənfəət vergisi, 88.560.22 manatını isə 2018-ci ilin mənfəət vergisi təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2019-cu il tarixli, 18103 nömrəli rə yindən görünür ki, istintaq orqanının ekspertiza təyini qərarının əsaslandırıcı hissəsində göstərilənlər (yəni mütəxəssis qismində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit Şöbəsinin dövlət müfəttişinin xx.xx.2019-cu il tarixli rəyində və rəyə əlavə olunmuş sənədlərdə göstərilənlər) nəzərə alınmaqla "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli vergi borcunun məbləğinin 140.562,12 manat olması müəyyən edilmiş, o cümlədən ƏDV üzrə: - 2018-ci ilin mart-dekabr ayları üzrə 26.068, 66 manat, mənfəət vergisi üzrə: - 2017-ci il üzrə 25.933,24 manat, 2018-ci il üzrə 88.560,22 manat təşkil etmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqın da” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Məhkum Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi sübuta yetirildiyindən onun əməlinin Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsindən həmin Məcəllənin 213.2.2-ci maddəsinə tövsif edilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, 1000- 170/1xx-xx/006952 nömrəli məktubu ilə daxil olmuş "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə Azərbaycan Respublikasına idxal olunmuş mallarla bağlı müqavilələrin, vergi hesab fakturaların, yük gömrük bəyannamələrin, valyuta nəzarəti uçot kartoçkaların, gömrük rüsumları və vergilərin gömrük orqanında ödənildiyini təsdiq edən mədaxil qəbzlərin, gömrük vəsiqə və bəyannamələrin, idxal olunmuş malların kim və ya kimlər tərəfindən təhvil alınması barədə məlumatların, müvafiq sənədləşmələrin və təqdim edilmiş vəkalətnamələrin (etibarnamə) kserosurətlərinin olduğu bir ədəd diskin və yerli məhkəmə orqanlarının müvafiq qərarlarına əsasən protokollaşdırılaraq götürülmüş "xxxx" MMC-nin mühasibat və bank sənədlərinin, Məhkum xx.xx.2019-cu il tarixli protokolla götürülmüş "xxxx" MMC-nin mühasibat sənədlərinin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli, 9/1557 saylı rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi təqdim edilmiş iş materiallarına əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə iş materiallarında olan 08 iyul 2019-cu il tarixli mütəxəssis rəyi nəzərə alınmadan kameral vergi yoxlaması nəticəsində "xxxx" tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləğinin 18.645,03 manat olması müəyyən olunur. MÖMV 2018/08 - 3,08 manat; MÖMV 2018/09 – 6,16 manat; ƏDV 2018/9 üzrə - 4162,32 manat; ƏDV 2018/08 üzrə - 10310,4 manat. Kameral yoxlama ilə ƏDV 2018/06 – 4054,97 manat, ƏDV 2018/08 – 108,1 manat; Cəmi 4163,07 manat. Qeyd edilir ki, məhkəmə-mühasibat ekspertizası yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında aparılan tədqiqatdır. Lakin müəssisənin fəaliyyəti üzrə hesablanmalı olan vergi məbləğinin müəyyən edilməsi üçün iş materiallarında mühasibat sənədl əri (qaimə fakturalar, VHF-lər, kassa mədaxil-məxaric orderləri, ödəniş sənədləri) və s. tam şəkildə öz əksini tapmamışdır. O cümlədən ekspert qarşısında qoyulmuş sualda iş materiallarında olan 08 iyul 2019-cu il tarixli mütəxəssis rəyi nəzərə alınmadan kameral vergi yoxlaması nəticəsində "xxxx" MMC-si barəsində hesablanmış vergilərin Vergi Məcəlləsinin tələblərinə uyğun olub-olmaması sualı qoyulmuşdur. Kameral vergi yoxlaması zamanı müəssisəyə mənfəət vergisi hesablanmamışdır. Göstərilənlərə əsasən "xxxx" MMC-nin ekspert qarşısında qoyulan suallarda qeyd olunan fəaliyyət dövrləri üzrə hesablanmış mənfəət vergisinin məbləğinin düzgünlüyünü və ya həmin müəssisəyə hesablanmalı olan mənfəət vergisi məbləğlərinin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. İş materiallarında olan biri nci instansiya məhkəməsində elan edilərək araşdırılmış Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit Şöbəsinin dövlət vergi müfəttişi tərəfindən verilmiş 08 iyul 2019-cu il tarixli mütəxəssis rəyi ilə araşdırılan dövr üzrə ŞHV-dəki 16893,73 manat ödəniş nəzərə alınmaqla, dövlət büdcəsinə ödəməkdən yayındırılmış verginin məbləği 140562,12 manat (766xx.xx-60090.96+124008.39) müəyyən edilmiş, yayındırılmış məbləğin 26068,66 manatını 2018-ci ilin mart-dekabr ayları üzrə ƏDV, 25933,24 manatım 2017-ci ilin mənfəət vergisi, 88560.22 manatını isə 2018-ci ilin mənfəət vergisi təşkil etmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum irəli sürülmüş ittihamdan görünür ki, o, cəmi 26068,67 manat ƏDV-ni, 124008,39 manat mənfəət vergisini, ümumilikdə isə 140.562,12 mana t məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2019-cu il tarixli, 18103 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, istintaq orqanının ekspertiza təyini qərarının əsaslandırıcı hissəsində göstərilənlər (yəni mütəxəssis qismində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Depatamentinn Audit Şöbəsinin dövlət müfəttişinin xx.xx.2019-cu il tarixli rəyində və rəyə əlavə olunmuş sənədlərdə göstərilənlər nəzərə alınmaqla) "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli vergi borcunun məbləğinin 140.562,12 manat olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin rəy xx.xx.2019-cu il tarixli mütəxəssis rəyi əsasında tərtib edilmişdir. Belə ki, qeyd o lunan ekspert rəyinin əsaslandırıcı hissəsinə nəzər yetirdikdə məlum olur ki, ekspert tərəfindən xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinin məzmunu olduğu kimi köçürülmüş, ardınca vergi qanunvericiliyin ayrı-ayrı maddələrinin məzmunu əks olunmuşdur. Həmin ekspert rəyi ilə hər hansı tədqiqatın aparılması, müvafiq nəticəyə gəlməyə əsas olan sənədlərə istinad olunması müəyyən olunmur. Halbuki, məhkəmə-mühasibat ekspertizası mütəxəssis rəyi əsasında deyil, yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında, yuxarıda qeyd olunan metodlarla aparılan tədqiqatdır. Məhkəmə kollegiyası hesab edir ki, ekspert mütəxəssisin rəyində göstərdiyi hesablamaları olduğu kimi rəyinə köçürərək həmin rəyə uyğun formal olaraq Vergi Məcəlləsinin normalarını sadalamaqla rəy vermişdir. Məhkəmə-müha sibatlıq ekspertizasının təyin edilməsi barədə qərarın təsviri hissəsində göstərilmiş bütün məlumatlar istintaq orqanı tərəfindən əvvəlcədən müəyyən edilmişdir ki, bu cür hesablama Vergi Məcəlləsinin tələblərinə ziddir. Yəni, müstəntiq, ekspert tərəfindən müvafiq ekspertiza tədqiqatı əsasında müəyyən edilməli olan (ekspertiza tədqiqatının predmeti olan halları) məlumatları özü ondan əvvəl öz qərarında göstərir və ekspertin qarşısına həmin məlumatlar əsasında vergilərin məbləğinin hesablanması barədə sual qoyur. Belə olan halda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2019-cu il tarixli, 18103 nömrəli rəyinin əsasını təşkil edən xx.xx.2019-cu il tarixli mütəxəssis rəyi özü əsassız olduğundan, həmin rəy əsasında tərtib edilmiş ekspert rəyi də sübut kimi qəbul edilə bilməzdi. Məhkəmənin qərarı ilə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2021ci il tarixli, 9/1454 saylı rəyi ilə müəyyən edilmişdir ki, Vergi Məcəlləsində mütəxəssis tərəfindən vergilərin hesablanması nəzərdə tutulmamışdır. Lakin iş materiallarından göründüyü kimi, vergi orqanı tərəfindən müəssisəyə mənfəət vergisi və ƏDV mütəxəssis rəyinə əsasən hesablanmışdır. Həmçinin hazırkı tədqiqatla rəyin tədqiqi hissəsində də qeyd edildiyi kimi, sənədlər iş materiallarında tam olmadığından müdafiə tərəfindən təqdim edilmiş və cinayət işinin materiallarına əlavə olunmuş xərc sənədləri nəzərə alınmaqla "Almaz-19 MMC” MMC-nin dövlət büdcəsinə ödəməli olduğu (ittihamda göstərilmiş dövr ərzində) əlavə dəyər və mənfəət vergilərinin məbləğinin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, təkrar məhkəmə-mühasibatlıq ekspertizasına dair 29 iyun 2021-ci il tarixli, 9/1454 nömrəli ekspert rəyi ilə Məhkum ümumilikdə 140562,12 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına dair verilmiş ittiham sübut olunmamışdır. Məhkəmənin qərarı ilə təyin edilmiş növbəti təkrar məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli, 9/1557 saylı rəyindən görünür ki, təqdim edilmiş iş materiallarına əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə iş materiallarında olan 08 iyul 2019-cu il tarixli mütəxəssis rəyi nəzərə alınmadan kameral vergi yoxlaması nəticəsində "xxxx" tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləğinin 18.645,03 manat olması müəyyən olunur. Qeyd edilir ki, məhkəməmühasibat ekspertizası yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında aparılan tədqiqatdır. Lakin müəssisənin fəaliyyəti üzrə hesablanmalı olan vergi məbləğinin müəyyən edilməsi üçün iş materiallarında mühasibat sənədləri (qaimə fakturalar, VHF-lər, kassa mədaxil-məxaric orderləri, ödəniş sənədləri) və s. tam şəkildə öz əksini tapmamışdır. O cümlədən ekspert qarşısında qoyulmuş sualda iş materiallarında olan 08 iyul 2019-cu il tarixli 08 iyul 2019-cu il tarixli mütəxəssis rəyi nəzərə alınmadan kameral vergi yoxlaması nəticəsində "Almaz-19 MMC” MMC-si barəsində hesablanmış vergilərin Vergi Məcəlləsinin tələbləri nə uyğun olub-olmaması sualı qoyulmuşdur. Kameral vergi yoxlaması zamanı müəssisəyə mənfəət vergisi hesablanmamışdır. Göstərilənlərə əsasən "Almaz-19 MMC” MMC-nin ekspert qarşısında qoyulan suallarda qeyd olunan fəaliyyət dövrləri üzrə hesablanmış mənfəət vergisinin məbləğinin düzgünlüyünü və ya həmin müəssisəyə hesablanmalı olan mənfəət vergisi məbləğlərinin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmamışdır. Həmin rəyin tədqiqindən aydın olmuşdur ki, iş üzrə mövcud mötəbər sənədlər əsasında "xxxx" tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləğinin 18.645,03 manat müəyyən edilir; müəssisənin fəaliyyəti üzrə hesablanmalı olan vergi məbləğinin müəyyən edilməsi üçün iş materiallarında mühasibat sənədləri (qaimə fakturalar, VHF-lər, kassa mədaxil- məxaric orderləri, öd əniş sənədləri) və s. tam şəkildə öz əksini tapmamışdır. qeyd olunan fəaliyyət dövrləri üzrə hesablanmış mənfəət vergisinin məbləğinin düzgünlüyünü və ya həmin müəssisəyə hesablanmalı olan mənfəət vergisi məbləğlərinin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmamışdır. Həmin sübutlarla Məhkum tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləğinin 18.645,03 manat olması müəyyən olunmuşdur ki, bu isə öz növbəsində JM-nin 213-cü maddəsinin “Qeyd" hissəsinə əsasən onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri ibtidai istintaq zamanı əldə olunmuş mütəxəssis rəyi və ekspert rəylərinin ittihamın əsasını təşkil edən sübut kimi qəbul edilməməsi barədə gəldiyi qənaət cinayət və cinayət prosessual qanunvericiliyin normalarına uyğun olmuş, 8 iyul 2022-ci il tarixli, 9/1557 saylı ekspert rəyini iş üzrə düzgün nəticəyə gəlinməsi üçün kifayət etmişdir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclas çılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyət i olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Odur ki, məhkəmə kolleg iyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan onların təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2023-cü il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən s

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar