Məhkəmə qərarları › İş №1(102)-1377/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1377/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1377/2024 14.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məhkum 1li Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun, Məhkum3 müdafiəçisi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Məmmədzadə Əkbər Yusif oğlunun iştirakları ilə xx xxxxxx 1994-cü ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Goranboy ray onu, Borsunlu kəndində qeydiyyatda olan və Göygöl rayonu Üçtəpə kəndində yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.2.1-ci maddəsi ilə bəraət almasına, xx xxxxxx 1988-ci ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Göygöl rayonu Üçtəpə kəndində qeydiyyatda olan və yaşayan Məhkum1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə məhkum edilməsinə, x xxxxxx 1995-ci ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Göygöl rayonu Üçtəpə kəndində qeydiyyatda olan və yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə məhkum edilməsinə, xx xxxxxx 1999-cu il tarixdə Göygöl ray onu Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Göygöl qeydiyyatında olmaqla yaşayan rayonu Üçtəpə kəndində Məhkum3 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2024-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin 18 avqust 2023-cü il tarixli hökmü ilə (hakim K.Hüseynov) X5 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Məhkum1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, təyin edilmiş islah işləri növündə cəzasını iş yeri üzrə çəkməsi və cəzasının əvvəlinin onun qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulduğu gündən hesablanması hökm edilmişdir. Məhkum2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, təyin edilmiş islah işləri növündə cəzasını iş yeri üzrə çəkməsi və cəzasının əvvəlinin onun qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulduğu gündən hesablanması hökm edilmişdir. Məhkum3 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən hazırkı hökmlə ona təyin olunmuş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1-1(104)-129/2021 nömrəli qərarı ilə təyin olunmuş 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə əhatə edilməklə, ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və cəzası çəkilmiş hesab edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya pro testi və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), S.B.Hüseynov və Ə.G.Abdullayev) apelyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 18 avqust 202-cü il tarixli hökmü dəyişdirilmişdir. Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 2 gün təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün (4 gün) hesabı ilə hesablanmış və üzərin də qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Məhkum3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən hazırki qərarla təyin edilmiş cəza ilə Məhkum3 Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1-1(104)-129/2021 nömrəli qərarı ilə təyin olunmuş 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla, ona qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixl i qərarına əsasən təyin olunmuş və çəkilmiş 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası qəti cəza müddətinə hesablanmaqla, Məhkum3 üzərində 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilən ittihama əsasən 20 mart 2021-ci il tarixdə saat 17 radələrində X9, Məhkum1, Məhkum2 və Məhkum3 bir qrup şəxs halında ictimai yer hesab edilən Gəncə şəhəri, 28 May küçəsində yerləşən “X” çay evində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxs lər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə, səs-küy salıb, əvvəlcə Zərərçəkmiş şəxs2 vuraraq ona sol göz nahiyəsinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirmişlər, daha sonra isə Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan vuraraq zor tətbiq edib qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Məhkum1 20 mart 2021-ci il tarixdə saat 17 radələrində Məhkum2, Məhkum3 ilə bir qrup şəxs halında ictimai yer hesab edilən Gəncə şəhəri, 28 May küçəsində yerləşən “X” çay evində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb əvvəlcə Zərərçəkmiş şəxs2 vuraraq ona sol göz nahiyəsinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirmişlər; Məhkum2 20 mart 2021-ci il tarixdə saat 17 radələrində Məhkum1, Məhkum3 ilə bir qrup şəxs halında ictimai yer hesab edilən Gəncə şəhəri, 28 May küçəsində yerləşən “X” çay evində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməkl ə səs-küy salıb əvvəlcə Zərərçəkmiş şəxs2 vuraraq ona sol göz nahiyyəsinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirmişlər; Məhkum3 20 mart 2021-ci il tarixdə saat 17 radələrində Məhkum1, Məhkum2 ilə bir qrup şəxs halında ictimai yer hesab edilən Gəncə şəhəri, 28 May küçəsində yerləşən “X” çay evində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb əvvəlcə Zərərçəkmiş şəxs2 vuraraq ona sol göz nahiyyəsinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirmişlər, sonra isə o, Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan vuraraq zor tətbiq edib qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmənin hökmünə əsasən X3 əməlində CM-in 221.2.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyas iya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sübutları CPMnin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, nəticədə əsassız olaraq X5 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirlikləri sübuta yetirilmədiyinə görə bəraət verilmiş, digər məhkumlar X7, Məhkum2 və Məhkum3 bir qrup şəxs halında ictimai yer olan "X" çay evində iki zərərçəkmiş şəxsə qarşı xuliqanlıq etmələrini və işin digər faktiki hallarını nəzərə almamış, onlar tərəfindən törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamaqla ədalətsiz cəza təyin etmişdir. Protestdə qeyd olunur ki, həm ibtidai, həm də məhkəmə istintaqları zamanı tam sübuta yetirilmişdir ki, X9 20 mart 2021-ci il tarixdə saat 17 rad ələrində Məhkum1, Məhkum2, Məhkum3 ilə bir qrup şəxs halında ictimai yer hesab edilən Gəncə şəhəri, 28 May küçəsində yerləşən "X" çay evində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb əvvəlcə Zərərçəkmiş şəxs2 vuraraq, ona sol göz nahiyyəsinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirmişlər, daha sonra isə Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan vuraraq zor tətbiq edib qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs q ismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 20 mart 2021-ci il tarixdə o, Gəncə şəhəri, 28 may küçəsində yerləşən "X" çay evinə getmişdir. O, çay evində olan vaxt X 10kimi tanıdığı qızla söhbət edərkən aralarında narazılıq yaranmış və mübahisə etmişlər. Mübahisə vaxtı əsəbiləşərək X 10 yumruqla vurmuşdur. Bundan sonra sonradan tanıdığı Məhkum 1 və Məhkum 2 adlı şəxslər onun üzərinə gələrək onu vurmuşlar. Həmin vaxt çayxanada çoxlu sayda adamlar olmuş, tam olaraq onu kimlərin vurduğunu görməmiş, çayxanada olan şəxslər onları aralaşdırmış, həmin vaxt o, özünü pis hiss etdiyi üçün onu çayxanadan küçəyə çıxarmışlar. O, çayxanadan küçəyə çıxan vaxt hələ də çayxanada dava-dalaş olmuş, lakin o, kimlərin dalaşmasını görməmiş və bilməmişdir. Ümumiyyətlə, hadisə vaxtı o, spirtl i içki qəbul etdiyindən hadisəni tam olaraq xatırlamır. İbtidai istintaqdakı ifadəsini tam oxumadan imza etmişdir. Hazırda o, təqsirləndirilən şəxslərlə barışmış, onlardan heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 20 mart 2022-ci il tarixdə Gəncə şəhəri, 28 may küçəsində yerləşən «X» çay evinə getmiş, o çay evində olan vaxt X 10kimi tanıdığı qızla söhbət edərkən aralarında narazılıq yaranmış və həmin vaxt Nigarla aralarında mübahisə yaranmış, mübahisə vaxtı əsəbləşərək X 10 yumruqla vurmuşdur. Bundan sonra, sonradan tanıdığı Məhkum 1, Məhkum 2, Məhkum 3 və bəraət almış şəxsadlı şəxslər onun üzərinə gələrək onu vurmuşlar. Həmin vaxt çayxanada çoxlu sayda adamlar olmuş, çayxanada olan şəxsl ər onları aralaşdırmış, həmin vaxt o özünü pis hiss etdiyi üçün onu çayxanadan küçəyə çıxartmışlar, o çayxanadan küçəyə çıxan vaxt hələdə çayxanada dava-dalaş olmuşdur. Protest müəllifi hesab edir ki, məhkumlar Zərərçəkmiş şəxs2 sonra həmçinin Zərərçəkmiş şəxs1 da heç bir əsaslı səbəb olmadan vuraraq zor tətbiq edib qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Həmçinin məhkəmə cinayət qanunvericiliyinin normalarının tələblərini və Plenum qərarının tövsiyələrini, cəza təyin edərkən Məhkum1, Məhkum2 və Məhkum3 bir qrup şəxs halında ictimai yer olan "X" çay evində iki zərərçəkmiş şəxsə qarşı xuliqanlıq etmələrini və işin digər faktiki hallarını nəzərə almamış, onlara yüngül cəza təyin etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli ş əkildə araşdırıb, verilmiş kassasiya protestinin tam təmin edilməsi barədə dövlət ittihamçısı N.İmanovun, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi Ə.Məmmədzadənin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilərək apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyə n edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən əsassız olaraq Məhkum 1 Quliyev, Məhkum 2 Quliyev və Məhkum 3 Quliyevin ittihamından zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı zorakılıq göstərilməklə qər əzli xuliqanlıq edilməsi epizodunun çıxılması, X5 isə əsassız olaraq bəraət verilməsi mübahisə edilir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 221.2-ci maddəsinə görə: “Eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini təhlil edərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, protestin dəlilləri əsaslıdır. Protestdə göstərilən dəlillərlə razılaşan məhkəmə kollegiyası öz mövqeyini əsaslandırmaq üçün cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə istinad etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqın da” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cin ayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında if adə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismə n öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Ali Məhkəmə Plenumunun yuxarıda qeyd olunan Qərarının 3-cü bəndində deyilir: “Məhkəmələrin diqqəti xuliqanlıq cinay ətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkə tlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.” Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Birinci instansiya məhkəməsi X5 CM-in 221.2.1-ci maddəsi ilə bəraət verərkən, həmçinin təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 əməllərində Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq etmək hərəkətinin olmamasına dair gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “......istintaq orqanı tərəfindən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittiham zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı vermiş ol duğu ifadələrinə əsaslanmışdır. Halbuki ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadə ilə məhkəmədə verdiyi ifadəsi ziddiyyətli olduğundan, həmçinin DVD diskdə olan video görüntülərlə həmin ittiham əsaslı hesab edilə bilməz. Çünki məhkəmə istintaqı zamanı müəyyən olmuşdur ki, təqsirləndirilən şəxs X3 20 mart 2021-ci il tarixdə saat 17 radələrində Məhkum1, Məhkum2, Məhkum3 ilə bir qrup şəxs halında ictimai yer hesab edilən Gəncə şəhəri, 28 May küçəsində yerləşən “X” çay evində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs -küy salıb əvvəlcə Zərərçəkmiş şəxs2 vuraraq ona sol göz nahiyyəsinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirməsi, daha sonra isə Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan vuraraq zor tətbiq edib qərəzli xuliqanlıq hərəkətləri etməsi kimi ittiham verilsə də, məhkəmə iclasında təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri və DVD diskdə olan görüntülər ilə həmin xuliqanlıq hərəkətlərdə X1 zor tətbiq etməsi müəyyən edilməmişdir. Belə ki, hadisənin şahidi olmuş Şahid1 məhkəmədəki ifadəsində bəraət almış şəxs hadisə zamanı orada olduğunu, lakin sonuncunun kimisə vurduğunu görmədiyini bildirmişdir. Digər şahidlər də ifadələrində X12 Tağıyevi və ya Zərərçəkmiş şəxs1 vurduğunu görmədiklərini bildirmişlər. Eyni zamanda Z ərərçəkmiş şəxs2 məhkəmədəki ifadəsində Məhkum 1 və Məhkum 2un onu vurduğunu bildirmişdir. Bundan başqa DVD diskdə olan görüntülərdə də X12və Zərərçəkmiş şəxs1 vurmadığı, onlara zor tətbiq etmədiyi və dalaşan şəxsləri aralaşdırdığı görünür. Göründüyü kimi qeyd edilənlərdən belə nəticə çıxır ki, bəraət almış şəxs həmin xuliqanlıq hərəkətlərdə Zərərçəkmiş şəxs2 vurması və Zərərçəkmiş şəxs1 zor tətbiq etməsi ilə bağlı zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmur. Məhkəmə, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi, yəni bir qrup şəxs halında xuliqanlıq etməsi ilə razılaşmır və hesab edir ki, təqsiləndirilən şəxs bəraət almış şəxs əməlində cinayət tərki binin olması sübuta yetirilmir..........İş materiallarında olan mötəbər sübutların məcmusu ilə təsdiq edilir ki, təqsirləndirilən şəxslərin Məhkum3, Məhkum1 və Məhkum2 belə hərəkətlər ictimai qaydanı qərəzli olaraq kobud surətdə pozmuş, ətrafdakılar üçün qorxu, vahimə yaratmış, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 hərəkətlərində qeyd edilən xüsusatlar CM-in 221-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan əlamətlərlə üst-üstə düşür və əhatə olunur. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab edilir ki, əməl iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmiş şəxsin özünə xəsarət yetirmiş və ya onun əmlakını zədələmiş olsun. Nəzərə almaq lazımdır ki, xuliqanlıq cinayətində bilavasitə iştirak edən şəxslər, cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edirlər, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görür və bunu arzu edirlər. Ona görə də təqsirləndirilən şəxslər Məhkum3, Məhkum1 və Məhkum2 əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-in 221.2.1-ci maddəsi ilə tövsif olunmuşdur. Lakin buna baxmayaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 əməlində Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq etmək hərəkəti olmamışdır. Çünki DVD diskdə olan görüntülərdə təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs2 vurduqları görünsə də, Zərərçəkmi ş şəxs1 zor tətbiq etməkləri və ya xəsarət yetirmələri öz əksini tapmamış, əksinə onların hər ikisinin Zərərçəkmiş şəxs1 vuran şəxsə tərəf getdikləri və sonra aralaşdırdıqları görünür. Həmçinin məhkəmə iclasında ifadə vermiş şahidlərin heç biri təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs1 hər hansı zor tətbiq etmələrini gördüklərini bildirməmişlər. Göründüyü kimi təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 xuliqanlıq hərəkətləri etmələrinə baxmayaraq Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq etmələri barədə mötəbər sübut yoxdur.” Apellysiya instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə birinci instansiya məhkəməsinin bəraət almış şəxs bəraət verilməsi və Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs1 qarşı xuliqanlıq hərəkətlərinin etməməsinə dair epizodun xaric edilməsinə aid his sədə razılaşmış, verilmiş apellyasiya protestini qismən təmin edərək yalnız birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanı dəyişdirmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, hadisə 20 mart 2021-ci ildə, saat 17 radələrində Gəncə şəhəri, 28 May küçəsində yerləşən “X” çay evində təxminən 30 dəqiqə ərzində baş vermişdir. Zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrindən və işin obyektiv hallarından da görünür ki, baş vermiş hadisə ətrafda olan çoxsaylı şəxslərin narahatçılığına səbəb olmuşdur. Həmçinin hadisə çoxsaylı insanların toplaşdığı yerdə, yəni çay evində gündüz vaxtı törədilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri nəticəyə gələrkən yalnız təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hü quqi varisinin və şahidlərin ibtidai istintaq zamanı deyil, məhkəmə istintaqı zamanı verdikləri ifadələri əsas götürmüşlər. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri X5 istinad olunan cinayətin obyektiv cəhətini təşkil edən həmin hərəkətlərin olub-olmamasının müəyyən edilməsi üçün kifayət qədər araşdırma aparmamış, bununla əlaqədar gəldikləri nəticəni əsaslandırmamışlar. Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs1 ilkin izahatlarında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Məhkum 1, Məhkum 2, Məhkum 3, Bəraət almış şəxs və X adlı şəxslər qızı X11nın işlətdiyi “X” çay evində onu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişlər. Aldığı xəsarətlərdən təxminən noyabr ayında sol ayağında, sonradan isə sağ ayağında qaralmalar olduğu üçün ayaq barmaq ları amputasiya olmuşdur. (cild 1, v 9) Cinayət işin materiallarında olan zərərçəkmiş şəxsi dindirilməsi haqqında 16 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X və Şahid1 onun qızlarıdır. X10, X11, Məhkum3, X6 və bəraət almış şəxsadlı şəxsləri 2021-ci ilin yanvar-fevral aylarından tanıyırdı. Onun onlarla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. İfadəsində bildirmişdir ki, onun qızı X16 şəhəri, Yeni Gəncə qəsəbəsində «X» çay evini icarəyə götürərək işlətmiş, o da boş olan vaxt kömək etmək məqsədilə həmin çay evinə gedirdi. 20 mart 2021-ci il tarixdə saat təxminən 17 radələrində o yenə “X” çay evində olan vaxt 4 nəfər tanımadığı şəxslər çay evinə daxil olmuşlar. Onlar çay evinə gələn kimi iki nəfəri baş tərəfə keçmiş, digər iki nəfər isə iy evində divanda oturmuş X 10adlı xidmətçiyə yaxınlaşdılar. X 10adlı xidmətçiyə yaxınlaşan tanımadığı oğlanlardan biri X 10n saçlarından tutub yoldu daha sonra isə yumruqla vurmağa başladı. O və çay evində olan Məhkum 2, Məhkum 1 və X birlikdə X 10 həmin şəxslərin əlindən almağa çalışmışlar, bundan sonra Məhkum 2, Məhkum 1 və bəraət almış şəxshəmin şəxslərlə dalaşmağa başladılar. Onlar bir-birilərinə əl və ayaq ilə zərbələr endirirdilər. O həmin vaxt Məhkum 1 və Məhkum 2a da bir daha çay evinə gəlməmələri barədə iradımı bildirdikdən sonra Məhkum 1, Məhkum 2 və bəraət almış şəxsonu döyməyə başlamışlar. Sonra Məhkum 3 da gəlib onu yumruqla vurmuşdu. Məhkum 3ın zərbəsindən sonra o yerə yıxılmış və onu yerdə təpiklə vurmağa başlamışdı. Həmin vaxt X12adlı tanışı onu çayxanadan küçəyə çıxart dı. Həmin hadisə təxminən 30 dəqiqəyə yaxın davam edirdi. Hadisə vaxtı çayxanada olan digər müştərilər də işçilərlə birlikdə dalaşanları aralaşdırırdılar. Daha sonra Zərərçəkmiş şəxs1 ifadəsini davam etdirərək bildirmişdir ki, hadisə vaxtı onu Məhkum 3, Məhkum 1, Məhkum 2 və bəraət almış şəxsyumruqla vurmuşlar, daha sonra Məhkum 3 onu vurub yerə yıxdıqdan sonra yerdə də onu təpiklə bədəninin müxtəlif yerlərinə vururdu. Həmçinin, Məhkum 3 onu yerə yıxan vaxt ayaqlarımı dəmir qapının arasında qoyub əzdi. O, Məhkum 3dan başqa olanları isə xatırlamır. (cild 1, v 73) Cinayət işin materiallarında olan şahidin dindirilməsi haqqında 18 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 ifadəsində göstərmişdir ki, X8 onun doğma bacısıdır. X10, X11, Məhkum3, Məhkum3 və bəraət almış şəxsadlı şəxs ləri bacısı X11ın vasitəsi ilə təxminən 7 ilə yaxındır ki, tanımışdır. X18 qohumudur. Bacısı X11 təxminən 7 ilə yaxındır ki, Gəncə şəhərində müxtəlif ünvanlarda çayxana işlətmişdir. Onun həmin şəxslərlə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Həmçinin bildirmişdir ki, bacısı X11 2021-ci ilin fevral ayında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində “X” çay evini icarəyə götürərək işlədirdi. Həmin çay evi onların yaşadığları evin yaxınlığında yerləşdiyi üçün o da boş olan vaxt kömək etmək məqsədilə həmin çay evinə gedirdi. 20 mart 2021-ci il tarixdə saat təxminən 17 radələrində «X» çay evinin mətbəxində olan vaxt çay evində qışqırıq səsləri eşitdi. O çay evinin zalına gedən vaxt görmüşdü ki, 4 nəfər tanımadığı şəxs çay evində xidmətçi işləyən X 10adlı qızı döyürmüşlər. Həmin vaxt Məhkum 2, Məh kum 1, Məhkum3, X və bəraət almış şəxsda onlara tərəf getdi. Atası Zərərçəkmiş şəxs isə onlara yaxınlaşaraq dalaşanları aralaşdırmaq istəyirdi. Həmin vaxt Məhkum 3, Məhkum 2, X, Məhkum 1 və bəraət almış şəxsatasının üzərinə gələrək onu vurmağa başladılar. Həmin vaxt Məhkum 3 atasını yumruqla vurub yerə yıxdı. Atası yerə yıxıldıqdan sonra həmin tanımadığı 4 nəfər şəxsdə onu yerdə təpiklə vururdular. X12adlı tanışları isə atasını sürüyərək çayxanadan çıxartmağa çalışırdı. X12atası Zərərçəkmiş şəxsi sürüyərək çayxanadan çıxardan vaxt dəmir qapıdan keçirdərkən Məhkum 3 həmin qapını sıxıb atasının ayaq barmaqlarını qapının arasında əzdi. Bundan sonra isə onlar atasını çayxanadan çıxardıb evə apardılar. Həmin hadisə təxminən 30 dəqiqəyə yaxın davam etdi, Hadisə vaxtı çayxanada olan digər müştəri lər də işçilərlə birlikdə dalaşanları aralaşdırırdılar. (cild 1, v 79) Cinayət işin materiallarında olan şahidin dindirilməsi haqqında 28 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Şahid4 ifadəsində göstərmişdir ki, X8, Zərərçəkmiş şəxs1 təxminən 5 ilə yaxındır ki, tanıyır. X10, X11, Məhkum3, X6 və bəraət almış şəxsadlı şəxsləri tanımır. Onun nə Zərərçəkmiş şəxs1la, nə də digər şəxslərlə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Bildirir ki, 2021-ci ilin mart ayında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində «X» çay evinin yanında olan mobil yuyucu sexində işləyirdi. O 20 mart 2021ci il tarixdə saat təxminən 17 radələrində avtomobili yuyub qurtardıqdan sonra “X” çay evindən səs-küy gəldiyini eşitdiyi üçün ora getmiş, çay evinin qapısından baxanda görmüşdür ki, çayxanada bir qrup şəxs əlbə yaxa dalaşırdılar. Belə ki, həmin vaxt cavan oğlanlar stolun yanında dalaşırdılar, onlar yerdə uzanmış bir nəfər oğlanı və qızı döyürdülər. Həmçinin həmin vaxt görmüşdür ki, Zərərçəkmiş şəxs1 yumruqla döyürdülər. O da buna arxaya qayıdaraq yenidən çayxananın qabaq qapısına yaxınlaşıb həmin an çayxanaya girdiyi zaman görmüşdür ki, Zərərçəkmiş şəxs1 qapının yanında yerdə uzanıqlı vəziyyətdədir. Həmin vaxt çayxanada dalaşan şəxslər onun üzərindən keçib gedirdilər. O tez su gətirib Zərərçəkmiş şəxs1 içməsi üçün su vermiş, daha sonra avtomobil yuma sexinə müştəri gəldiyi üçün oradan getmişdir. (cild 1, v.90) Cinayət işin materiallarında olan şahidin dindirilməsi haqqında 1 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 ifadəsində göstərmişdir ki, X4 və Zərərçəkmiş şəxs1 təxminən 6 ilə y axındır ki tanıyır. Belə ki, o X11nın açmış olduğu «Dizayn Dekor»da işləyir. X22 və Zərərçəkmiş şəxs1 ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. X10, X11, Məhkum3, X6 və bəraət almış şəxsadlı şəxsləri tanımır. Onun onlarla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. X11 2021-ci ilin mart ayında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində «X» çay evini icarə əsasında işlədirdi. Onun qeydiyyat dəftəri «X» çay evində olduğu üçün o həmin dəftəri götürmək üçün hadisə günü 20 mart 2021-ci il tarixdə saat təxminən 17 radələrində çay evinə getmiş, çay evinin qapısından baxanda görmüşdür ki, çayxanada bir qrup şəxs əlbəyaxa dalaşırdılar. Belə ki, həmin vaxt cavan oğlanlar stolun yanında dalaşırdılar, onlar yerdə uzanmış bir nəfər oğlanı və qızı döyürdülər. Həmçinin həmin vaxt o Zərərçəkmiş şəxs1 da yum ruqla döymələrini görmüşdür. Həmçinin Şahid3 ifadəsində bildirmişdir ki, həmin hadisə vaxtı Zərərçəkmiş şəxs1 vuran şəxslərdən adlarını sonradan bildiyi Məhkum 3,X və X adlı şəxslərdi, həmin şəxsləri görsə tanıyar. (cild 1, v 93) İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 17 may 2022-ci il tarixli 760 nömrəli rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədən səthi üzərində xx.xx.2021-ci il tarixə uyğun gələn hər hansı bir xəsarət aşkar edilməmişdir. Sağ ayağın İV-V, sol ayağın isə İ-İİ-İİİ-İV-V barmaqlarının infeksiyalaşmış yaralarının əmələ gəlmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlmir. Zərərçəkmiş şəxs1 sağ ayağının İV-V, sol ayağının isə İ-İİ-İİİ-İV-V barmaqlarının infeksiyalaşmış yaraları isə bağlı ilkin tibbi sənədlər olmadığından, həmin yaraların hansı səbəbdən v ə nə vaxt əmələ gəlmələri haqda hər hansı bir fikir söyləmək mümkün deyildir. İş materiallarında olan “DVD diskə baxış keçirilməsi haqqında” ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli protokolunda qeyd edilmişdir ki, “28 may küçəsində yerləşən X çay evinin müşahidə kameralarından çıxarılmış bir ədəd DVD diskə baxış keçirilmiş, materiala əlavə edilmiş DVD diskə baxış zamanı həmin diskdə olan videogörüntüdən məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə saat 17:00 dəqiqədə X çay evinin zalında 3 nəfər şəxs 1 masada, 2 nəfər şəxs isə 1 masada kənar müştərilər əyləşib. 6 nəfər şəxs çay evinin girişində içəri hissədə dayanıb, çay evində biri-birinə əl və ayaq zərbələri endirən 9 nəfər şəxsə baxır. Videogörüntünün 8-ci saniyəsində Məhkum 1lə Məhkum 2 bir nəfər şəxsi yerə yıxaraq əl və aya q zərbələri endirir. Zərərçəkmiş şəxs1 bir nəfər şəxsə 2 dəfə yumruq zərbəsi endirir, həmin şəxs də sonra Zərərçəkmiş şəxs1 yumruqla vurmaq istəsə də, onun yumruğu Zərərçəkmiş şəxs1 dəymir, sonra həmin şəxs Zərərçəkmiş şəxs1 əli ilə itələyir. Eyni vaxtda, Məhkum 1, Məhkum 2 və Məhkum 3 yerə yıxılmış şəxsi və daha iki nəfər şəxsi əl və ayaq zərbələri ilə vururlar. Videogörüntüdən görünür ki, Məhkum 1, Məhkum 2, Məhkum 3, bəraət almış şəxsvə Zərərçəkmiş şəxs1 3 nəfər şəxslə bir-biri ilə dalaşdığı, ətrafa səs-küyün yayılması, kafedə olan digər çox saylı şəxslərin onları sakitləşdirməyə çalışması, həmin vaxt ətrafda olan əşyaların dağılması, kafenin iş rejiminin pozulması müşahidə olunur. X çay evində xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı kobud surətdə pozaraq xuliqanlıq hərəkətləri ed irlər. Məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs1 qarşı xuliqanlıq cinayətinin törədilməsi həm digər təqsirləndirilən şəxslər, həm də X ittihamından çıxarılması məhkəmələr tərəfindən kifayət qədər əsaslandırılmamışdır. Həmin hal Zərərçəkmiş şəxs1 və şahidlərin verdikləri ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamış, xuliqanlıq cinayətini xarakterizə edən və birinci instansiya məhkəməsinin hökmündə təsvir edilən məhz hansı əlamətləri müəyyən etmədiyinə görə və nə kimi faktlara, sübutlara əsasən təqsirləndirilən şəxs X3 hərəkətində xuliqanlıq cinayətinin tərkibinin olmaması haqqında nəticəyə gəldiyini hökmdə əsaslandırmamışdır. Məhkəmə kollegiyası birin ci instansiya məhkəməsinin hökmündə gəldiyi nəticəni əsaslandırarkən qeyd etdiyi mövqeyi bir daha təkrar edir: “Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab edilir ki, əməl iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmiş şəxsin özünə xəsarət yetirmiş və ya onun əmlakını zədələmiş olsun. Nəzərə almaq lazımdır ki, xuliqanlıq cinayətində bilavasitə iştirak edən şəxslər, cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edirlər, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görür və bunu arzu edirlər.” Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi və onu nla razılaşan apelyasiya instansiyası məhkəməsi öz hüquqi mövqelərinin ziddinə qərar qəbul etmişlər. Belə ki, törədilmiş hadisə zamanı eyni hərəkətləri edən şəxslər olan X13, X14, Məhkum3 qərəzli xuliqanlıq etmələri nəticəsinə gəldikləri halda, X3 əməlində cinayət tərkibinin olmaması nəticəsinə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlar Azərbaycan Respublikası CPMnin 144-cü maddəsinin cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasına dair tələblərinin pozulması deməkdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üz rə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməl barəsində cinayət qanununu düzgün tətbiq etmədikdə və bu səbəbdən ona düzgün hüquqi qiymət verilmədikdə və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsas sız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət işində olan ziddiyyətli məqamlara aydınlıq gətirilməsi, Məhkum1, Məhkum2 və X3 əməllərinə düzgün hüquqi qiymət verilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2024-cü il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kass asiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı iş hərtərəfli və obyektiv araşdırılmalı və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum1, Məhkum2 və Məhkum3 məhkum edilməsinə, X3 bəraət almasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2024cü il tarixli qərarı ləğv edilsin və cinayə t işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar