Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1378/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum1 müdafiəçisi Quliyev Pərviz Fazil oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 o ktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 150.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 yanvar 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi P.F.Quliyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Quliyev Əhməd Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə) Məhkum1, xx xxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı Əyləncə Mərkəzində mühafizəçi işləmiş, əvvəllər m əhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 150.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən onun 02 (iki) gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq həmin müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyimi səkkiz gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmlə həmçinin yetkinlik yaşına çatmamış Məhkum2 da CM-nin 150.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində CMnin 62-ci maddəsi tətbiq edilməklə və cəzasını ümumi rejimli tərbiyə müəss isəsində çəkməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 dostu Məhkum2 ilə əlbir olan bir qrup şəxs halında, öz cinsi ehtirasını təmin etmək məqsədilə, Məhkum2 «İnstaqram» sosial şəbəkəsində tanış olduğu, xx xxxxxxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 10 noyabr 2020-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dəvət etdikdən sonra oraya gələrək özünü polis əməkdaşı kimi təqdim edib, öz istifadəsində olan mobil telefonu ilə videoçəkiliş apararaq Məhkum2la cinsi əlaqədə olduğunu anasına deyəcəyi hədəsi ilə Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Hökmdən Məhkum1 müdafiəçisi P.F.Quliyev və zərər çəkmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək hər ikisi hökmün ləğv edilməsini və müdafiəçi hüquqlarını müdafiə etdiyi Məhkum1, zərər çəkmişin qanuni nümayəndəsi isə həm Məhkum1, həm də Məhkum2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) 13 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli hökmü məhkum olunmuş Məhkum2 münasibətdə dəyişdirilmiş, onun barəsində “8 noyabr -Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqınd a” Azərbaycan Respublikası Milli Məclisinin 4 və 30-cu bəndləri tətbiq edilməklə ona qəti olaraq CM-nin 150.2.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ay azaldılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyrmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 yanvar 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi P.F.Quliyev kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və Məhkum1 barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətində məhkum olunmuş şəxslərin, zərə çəkmişin və onun qanuni nümayəndəsi nin birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrə və iş üzrə toplanmış digər sübutlara, Azərbaycan Respublikası Konstitusiyasının 60, 63 və 71-ci maddələrinin tələblərinə, CM-nin 3-cü maddəsinə, cinayət mühakimə icraatının vəzifələrinə, sübut etməyə və sübutların qiymətləndirilməsinə, təqsirsizlik prezumpsiyasına dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində (bundan sonra mətndə CPM) nəzərdə tutumuş bir çox normalara, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına istinad edən müdafiəçi P.F.Quliyev həmin şikayətini belə əsaslandırmışdır ki, Məhkum1 cinayət təqibinin ilkin mərhələsindən başlayaraq məhkəmə iclasl arında da özünü təqsirsiz saymış və bu hal heç də onun qeyri-səmimiliyindən irləi gəlməmişdir. Verdiy bütün ifadələrində Məhkum1 zərərcəkmis Zərərçəkmiş şəxs ibtda araşdırma zamanı yalan danışdığını, ona böhtan atmasını bildirərək sonuncuya qarşı heç bir qanunsuz, o cümlədən seksual xarakterli zorakı hərəkətlər etmədiyini göstərmiş, zərərçəkmişin yalan və böhtan xarakterli ifadələr verməsi isə iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuş, lakin ibtidai araşdırmanın sonunda o, yəni müdafiəçi P.F.Quliyev bu xüsusatla bağlı vəsatət qaldırsa da, onun həmin vəsatəti təmin edilməmiş, vəsatət üzrə heç bir araşdırma aparılmamış və ibtidai araşdırma tələm-tələsik yekunlaşdırılaraq cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında isə zərərçəkmiş Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 istintaq zamanı verdikləri ifadələri təsdiq etmədiklərini göstərərək Məhkum1 zərərçəkmişə qarşı hər hansı seksual xarakterli zorakı hərəkət etmədiyini, ona qarşı irəli sürülmüş ittihamın əsassız olduğunu bildirmiş və buna görə də onun və digər təqsirləndirilən şəxs Məhkum2 cinayət məsuliyyətindən azad edilməklə həbsdən buraxılmalarını xahiş etmişlər. Müdafiəçi P.F.Quliyev daha sonra kassasiya şikayətində iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəylərinə də istinad edərək həmin rəylərin həm Məhkum1, həm də zərərçəkmişin və onun qanuni nümayəndəsinin məhkəmə iclasında verdikləri ifadələrinə tam uyğun olmasını, məhkəmələrin isə bu rəyləri də əsassız olaraq nəzərə almamalarını qeyd etmişdir. Müdafiəçinin qənaətinə görə, bu rəylər də digər sübutlarl a birlikdə Məhkum1 ona qarşı CM-nin 150.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın tamamilə əsassız olmasına və ona həmin ittiham üzrə bəraət verilməli olmasına dəlalət edir. Məhkum1 öz ifadələrində göstərdiyi dəlillərin isə yoxlanılması üçün əsaslar olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər üzrə heç bir araşdırma aparılmamış, onun səmimi ifadələri nəzərə alnmamış və o, əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə təqsirli bilinərək məhkum olunmuşdur. Şərh olunanlara əsaslanaraq müdafiəçi P.F.Quliyev onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum1 məhk əmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun və Məhkum1 müdafiəçisi P.F.Quliyevin bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum1, zərər çəkmiş Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kim lərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Göründüyü kimi, Məhkum1 müdafiəçisi P.F.Quliyevin kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, məhkumun ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və hüquqlarını müdafiə etdiyi şəxsin təqsirliliyi sübuta yetirilmədiyi halda o, əsassız və qanunsuz olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinib məhkum edilmişdir. Bununla da kassasiya şikayətinin müəllifi öz kassasiya tələblərini CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəz ərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası müdafiəçi P.F.Quliyevin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum1 və Məhkum2 barələrindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəmə sinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası m əhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya mü raciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cnayətkar qəsdlərdən qorunmasını, onların pozulmuş hüquqlarının bərpa edlməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələ rini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də ehtiva edir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hssəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə uyğun olaraq işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Bu vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Bununla belə, bu konstitusiyon tələb cinayət mühakimə icraatının aparılması zamanı zəruri hallarda məhkəmənin də iş üzrə mövcud ziddiyyətlərin aradan qaldırılması, iş üçün mühüm halların müəyyən edilməsi və sonda təqsirkara qarşı irəli sürülmüş ittihamın əsaslı olub-olmaması barədə düzgün, qanuni və əsaslı nəticəyə gəlmək məqsədilə öz təşəbbüsü ilə bu və ya digər sübütun əldə edilərək araşdırılmasını, tədqiq edilmiş sübutları isə həm ayrı-ayrılıqda, həm də məcmu şəkl ində qiymətləndirilməsi vəzifəsindən azad etmir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbi t edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.2-ci maddəsində göstərilmişdir ki, cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cina yət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0 -cı maddəsinin tələblərindən görür ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. C PM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət m ühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (t əqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanı n tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istinta qında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların m üdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişd ir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübüt kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AlHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Avropa Məhkəməsi bir çox qərarlarında dəfələrlə, o cümlədən “Oferta Plus S.R.L. Moldovay a qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında növbəti dəfə xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur. Qanunvericiliyin təsvir edilən normalarının tələblərindən, Konstiusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum1 qrup şəklində törətdiyi əmələ - zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətlər etməyə görə cinayət məsuliyyəti CM-nin 150.2.1-ci maddəsində, həmin cinayətin dispozitiv əlmətləri, yəni cinayətin obyektiv cəhət inə aid olan hallar isə CM-nin 150.1-ci maddəsində nəzərdə tutulmuşdur. CM-nin 150.1-ci maddəsinin tələbinə və mənasına görə, şəxsin bu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə təqsirli bilinməsi üçün aşağıdakı hallar mütləq qaydada toplanmış və məhkəmə iclaslarında araşdırılmış mötəbər sübutlara əsasən müəyyən edilməli və həmin hallar şəxsə qarşı irəli sürülmüş ittihamda öz əksini tapmaqla belə ittiham mücərrəd, qeyri-müəyyən xarakter daşımamalıdır: 1) zərər çəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zorun tətbiq edilməsi, bu zorun xaratkeri və təhlükəlilik dərəcəsi, yaxud da zərərçəkmişin işin müəyyən edilmiş hansı hallarına görə köməksiz vəziyyətdə olması; 2) təqsirkarın zərərçəkmşə qarşı konkret olaraq hansı seksual xarakterli zorakı hərəkətlər eməsi. Məhkum1 CM-nin 150.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın təhlili isə göstərir ki, həmin ittiham (onun təsviri) bu tələblərin heç birinə cavab vermir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum1 elan olunmuş ittihama və barəsində çıxarılmış hökmə görə, sonuncu CM-nin 150.2.1-ci maddəsi ilə ittiham olunaraq təqsirli bilinmişdir ona görə ki, o, dostu Məhkum2 ilə əlbir olan bir qrup şəxs halında, öz cinsi ehtirasını təmin etmək məqsədilə, sonuncu «İnstaqram» sosial şəbəkəsində tanış olduğu, xx xxxxxxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 10 noyabr 2020-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dəvət etdikdən sonra oraya gələrək özünü polis əməkdaşı kimi təqdim edib, öz istifadəsində olan mobil telefonu ilə videoçəkiliş apararaq Məhkum2la cinsi əl aqədə olduğunu anasına deyəcəyi hədəsi ilə Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Əvvəla ibtidai araşdırma orqanının və işə baxan məhkəmələrin hansı hansı hallara görə Zərərçəkmiş şəxs köməksiz vəziyyətdə olmasının hesab edilməsi məhkəmələrin də razılaşdıqları bu ittihamdan görünmür və belə əsaslar və onun köməksiz vəziyyətdə olmasını təsdiq edən sübutlara nə Məhkum1 təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarda, nə onun və Məhkum2 barəsində tərtib edilmiş ittiham aktında, nə də birinci və apellyasiya instansiyası məhkəmələrin yekun məhkəmə aktlarında istinad olunmamışdır. Köməksiz vəziyyətdə olan şəxsə qarşı cinayət məsuliyyəti nəzərdə tutulan cinayət qanunu normalarının mənasına görə isə, bu maddələrlə məsuliyyət o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına, habelə yaşına, əqli inkişafına, mövcud vəziyyətinə görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edərək ona qarşı cinayət xarakterli əməl törədir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmayaraq öz fiziki və psixi inkişafına görə həmyaşıdlalırından geri qalması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülür (“Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 13-cü bəndi). Burada əsas meyyar isə odur ki, şəx sadala nan hallara görə özünü ona qarşı edilən ciqpytkar qəsdlərdən qorumaq və müdafiə etmək imkanına malik olmur və təqsirkar da bunu dərk edib həmn vəziyyətdən istifadə edərək zərərçəkmişə qarşı bu və ya dgər cinayət əməlini törədir. Hazırki iş üzrə Məhkum1 qarşı irəli sürülmüş ittihamdan, onun barəsindəki hökmdən və apellyasiya instansiyası məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarından yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yuxarıda göstərilən hansı hallardan birinə və ya bir neçəsinə görə köməksiz vəziyyətdə olması, onun öz fiziki və psixi qüsurlarına görə məhkum olunmuş şəxslərə müqavimət göstərmək imkanından məhrum olması görünmür və əksinə, ibtidai araşdırma zamanı keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 26 aprel 2021-ci il tarixli 901 nömrə li rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır, zərərçəkmiş şəxs qismində ekspertizadan keçdiyi üçün barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur, ona qarşı törədilən hərəkətlər zamanı hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq əlamətləri olmamış, müayinə olunan şəxsin hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Rəydə həmçinin göstərilmişdir ki, Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri normaya uyğundur, idrak proseslərinin xüsusiyyətlərində normadan kənar hallar müəyyən edilmədi (qavranılan materiallar barəsində məlumat verir, onlar arasında uyğun əlamətləri tapır, yaddaşının yaddasaxlama və yadasalma xüsusiyyətləri normaya uyğundur və s.). Ekspertlər be lə qənaətə gəlmişlər ki, Zərərçəkmiş şəxs onunla edilən hərəkətlərin mahiyyətini anlamaq və qavramaq iqtidarındadır, fərdi-psixi xüsusiyyətlərinə görə hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmir. İş materialları ilə Zərərçəkmiş şəxs sağlamlığında fiziki qüsurların olması da, habelə 10 noyabr 2020-ci il tarixdə Məhkum2 yaşadığı evdə olarkən yatması və ya huşsuz vəziyyətdə, yaxud da alkoqol və ya narkotik sərxoşluğu vəziyyətində olması da müəyyən edilməmişdir. Daha sonra, məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, Məhkum1 Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakı hərəkətləri etdiyinə görə təqsirli bilinsə də, bu hərəkətlərin nədən ibarət olması istər ona elan olunmuş ittihamda, istərsə də onun barəsindəki hökmdə açıqlanmamış və bu hərəkə tlərin xarakteri və mahiyyəti dəqiq göstərilməmişdir. Halbuki prosessual qanunvericiliyin tələblərinə əsasən, şəxsin törətdiyinə görə təqsirli bilindiyi əməlin (hərəkətin və ya hərəkətsizliyin) bütün halları toplanmış sübutlara əsaslanmaqla şəxsə qarşı irəli sürülmüş ittihamda və onun barəsində çıxarılmış ittiham hökmündə dəqiq göstərilməli, bu hallar mülahizə, qeyri-müəyyən xarakteri daşımamalıdır. CM-nin 150.1-ci maddəsinin dispozisiyasında “digər seksual xarakterli zorakı hərəkətlər” ifadəsinin işlədilməsi isə şəxsə bu maddə ilə ittiham elan olunarkən təkcə həmin ifadədən istifadə olunmasına əsas vermir və ittihamda (ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində) bu hərəkətin mahiyyəti açıq şəkildə təsvir edilməlidir (toplanmış və araşdırılmış sübutlara uyğun olaraq). Lakin bu hal ların, xüsusən də Məhkum1 konkret olaraq məhz hansı seksual xarakterli hərəkət etməsinin dəqiqləşdrilməsi məhkəmələr tərəfindən mümkün olmamışdır ona görə ki, məhkəmələr, əsasən də birinci instansiya məhkəməsi CPM-nin 318.1-ci maddəsinin tələblərinə uyğun olaraq Məhkum1 barəsindəki cinayət işinə ona qarşı irəli sürülmüş ittiham daxilində baxmış və sonuncunun törətdiyi hərəkətin dəqiq göstərilməsi həmin itihamın hüdudlarından kənarə çıxmalarına, nəticə etibarı ilə isə onun müdafiə hüququnun pozulmasına səbəb ola bilərdi. İş materiallarından və Məhkum1 barəsindəki yekun məhkəmə aktlarından göründüyü kimi, belə vəziyyətdə Məhkum1 elan olunmuş ittiham üzrə təqsirli bilinməsinin əsasını hazırki iş üzrə məhkum olunmuş Məhkum2 və zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs cinayət təqibi nin müxtəlif mərhələlrində verdikləri ziddiyyətli ifadələri təşkil etmişdir ki, bu ziddiyyətlər həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında aradan qaldırılmamışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, barəsindəki cinayət təqibi zamanı Məhkum1 ona elan olunmuş ittiham üzrə özünü heç vaxt təqsirli bilməməiş və ardıcıl olaraq, o cümlədən birinci instansiya məhkəməsinin məhkəmə iclasında eyni cür ifadələr verərək göstərmişdir ki, 2020-ci ilin təxminən sentyabr-oktyabr aylarında tanışı Məhkum2 “İnstaqramda” bir nəfər qızla tanış olub yazışdıqlarını ona demiş və qızın Badamdar qəsəbəsində yaşadığını bildirərək onu yaşadığı Suraxanı rayonundakı evinə necə gətirə biləcəyini soruşmuşdur. O, Xa əgər pulu varsa taksi ilə gətirə blməsini, əgər pulu yoxdursa 1 nömrəli və ya M3 n ömrəli sərnişin avtobusu ilə metronun “Koroğlu” stansiyasına gətirə bilməsini demiş və eyni zamanda qızın nə vaxt gələcəyini soruşduqda Məhkum2 qızın səhər saat 10-da dərs adı ilə evdən çıxıb gələcəyini bildirmişdir. Səhəri gün, yəni 10 noyabr 2020-ci il tarixdə Məhkum2 ona yazaraq qızı götürməyə getdiyini bildirmiş, o, növbədən çıxıb evə gəlmiş və evdən Məhkum2 zəng etmiş, lakin sonuncu onun zənginə cavab verməmişdir. Bundan sonra o, Məhkum2ın yaşadığı evə getmiş və bir nəfər fəhlənin onların həyətində kəsilmiş ağacı kötüyündən çıxarıb təmizlik işləri apardığını görüb fəhlədən Məhkum2nin harada olmasını soruşmuş, fəhlə də Məhkum2ın ya evdə olmasını, ya da mağazaya getməsini bildirmişdir. O, qapını açıb Məhkum2ı çağırdıqda evin işığının sönmüş, içəridə sə qız ayaqqabılarının olmasını görmü ş, Məhkum2 onun səsini eşidib ondan gözləməsini xahiş edərək tez bir vaxtda gələcəyini bildirmişdr. Lakin o, evlərinə qayıdıb nahar etmiş və bundan bir neçə dəqiqə sonra Məhkum2 ona zəng edərək ondan 2-3 manat pul istəmiş o, 5 manat pulu olduğunu demiş, Məhkum2a pul vermək üçün onlara qayıtmış, Məhkum2la əvvəllər tanımadığı qızın qapının qarşısında dayandıqlarını görüb Məhkum2a 5 manat pulu verərək onlarla bərabər yaxınlıqdakı məscidin arxasına kimi gəlmiş və orada onlardan ayrılıb evlərinə qayıtmışdır. Məhkum1 həmçinin göstərmşdir ki, o, Məhkum2 yaşadığı evə gəldikdə sonuncunun və sonradan tanıdığı Zərərçəkmiş şəxs orada nə ilə məşğul olmalarını görməmiş, özünü pols əməkdaşı kimi təqdim etməmiş, evdə videoçəkiliş aparmamış, Zərərçəkmiş şəxs hədə-qorxu gəlməmş, onunla hər hansı şəkildə cin si əlaqədə olmamış və ona qarşı heç bir seksual xarakterli hərəkət etməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum2 də Məhkum1 yuxarıda təsvir edilən ifadələrinə oxşar ifadələr verərək həmçinin göstərmişdir ki, 10 noyabr 2020-ci il taixdə Zərərçəkmiş şəxs ilə yaşadığı evdə olarkən çarpayıda oturub onunla öpüşmüş, lakin, aralarında başqa heç bir şey olmamışdır. Zərərçəkmiş şəxsi evə yola salmaq üçün pulu olmadığından Əbülfəzdən 5 manat pul istəmiş, Əbülfəz ona pulu gətirib evin qarşısında verib çıxıb getmiş və bu vaxt evə daxil olmamış və G.Z.Huseynovaya qarşı heç bir hərəkət etməmişdir. Eyni ifadələri məhkəmə iclasında həmçinin Məhkum2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 da vermişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, anası Qanuni nümayəndə1 ilə birlikdə yaşayır, Səbail rayonu, 236 saylı məktəbin 10-cu sinfində oxuyur. 2020-ci ilin oktyabr ayında o, «İnstaqram» sosial şəbəkəsində Məhkum2 ilə tanış olmuş, bir müddət yazışandan sonra Məhkum2 ona görüşməyi təklif etmişdir. O, da 10 noyabr 2020-ci il tarixdə Məhkum2la görüşmək üçün. öz aralarında razılaşdıqları kimi, Badamdar qəsəbəsindən marşurut avtobusuna əyləşərək metronun “28 May” stansiyasının yanına gəlmiş və orada Məhkum2 ilə görüşərək onunla birlikdə taksi ilə metronun “Koroğlu” stansiyasının yaxınlığına, oradan isə avtobusla xatırlamadığı həyət evinə getmişlər. Onlar evə daxil olduqdan sonra evdə Məhkum2 onu öpmüş, o da Məhkum2ı öpmüş, sonra evin qarşısına Məhku m2ın Məhkum1 adlı dostu gəlmiş, lakin Məhkum1 içəri keçməmiş, Məhkum2 və Məhkum1 ona qarşı hər hansı bir pis hərəkətlər etməmişlər. Daha sonra Məhkum2 onu evlərinə yola salmış, evdə olarkən isə özündə ağrılar hiss etmiş və sonradan bildiyinə görə, bunun səbəbi ona soyuq dəyməsi olmuşdur. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, həm Məhkum2, həm də Məhkum1 onunla hər hansı şəkildə cinsi əlaqəda olmamış və ona qarşı heç bir seksual xarakterli hərəkətlər etməmişlər. Qanuni nümayəndəsi olduğu şəxsin ifadələrinə uyğun ifadələri həmçinin məhkəmə iclasında Qanuni nümayəndə1 da vermiş və əlavə olaraq göstərmişdir ki, qızı Xin ilk olaraq ona bildirməsinə görə, o, 10 noyabr 2020-ci il tarixdə Məhkum2 yaşadığı evə gedib orada olarkən Məhkum2la çarpayıda cinsi əlaqədə olmuş, daha sonra isə Məhkum2ın Əbülfəz adlı dostu onu qorxutmuş və həm Məhkum2, həm də Məhkum1 onunla cinsi əlaqədə olmuşlar. Bundan sonra o, baş vermiş hadisə ilə əlaqədar hüquq və mühafizə orqanlarına şikayət etmişdir. Lakin, sonradan ekspertlərin rəyinə əsasən, Xin qızlıq pərdəsinin tamlığının pozulmadığını və hər hansı xəsarət almadığını bilib şikayətindən imtina etmək qərarına gəlmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmışlar, onlara qarşı şikayətləri və tələbləri yoxdur (hökmdən verdiy apellyasiya şikayətində də Qanuni nümayəndə1 eyni ilə Məhkum2 və Məhkum1 onun qızı Xə qarşı hər hansı qanunsuz hərəkətlər, o cümlədən seksual xarakterli hərəkətlər etmədiyini bildirmişdir). Məhkəmədə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Məhkum2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 şahid və qanuni nümayəndə qismin də dindirilərkən ifadəsində göstərdi ki, Məhkum2 onun doğma oğludur. Baş vermiş hadisə barədə ətraflı məlumatı olmasa da Məhkum2dan hadisəni öyrənmişdir. Məhkum2 ona sosial şəbəkədə zərərçəkmiş şəxsadlı qızla tanış olduğunu, onu evə gətirdiyini, lakin aralarında cinsi əlaqə olmadığını, qıza qarşı seksual xarakterli hərəkətlər etmədiyini ona demişdir. Lakin, birinci instansia məhkəməsi Məhkum1 ona elan olunmuş qeyri-müəyyən ittiham üzrə təqsirli bilinməsi barədə nəticəyə gələrkən və apellyasiya instansiyası məhkəməsi də bu nəticə ilə razılaşarkən təqsirləndirilən şəxslərin, zərərçəkmişin və onun qanuni nümayəndəsinin yuxarıda təsvir edilən ifadələrini deyil, Zərərçəkmiş şəxs və Məhkum2 ibtidai araşdırma zamanı verdikləri, lakin iş üzrə toplanmış digər sübutlara, o cümlədən onların özlərinin ibtidai araşdırma zamanı müxtəlif vaxtlarda verdikləri ifadələri ilə uzlaşmayan ziddiyyətli ifadələrini əsas götürmüşlür. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmələrin də araşdırmadıqları naməlum səbəbə görə, sonradan, ibtidai araşdırma zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmış onun anası Qanuni nümayəndə1 Məhkum1 və Məhkum2nin 10 noyabr 2020-ci il tarixdə onun qızına qarşı etmələrini ehtimal etdiyi hərəkətlər, yəni onların Zərərçəkmiş şəxslə onun iradəsinə zidd olaraq təbii və qeyri-təbii yoll cinsi əlaqədə olmaları və sonuncuya qarşı digər seksual xarakterli hərəkətlər etmələri barədə şikayət ərizəsini Nərmanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə həmin əməllərin törədilməsndən, yaxud da ona bu haqda məlum o landan dərhal sonra yox, yalnız 25 fevral 2021-ci il tarixdə, yəni üç ay on beş gündən sonra vermişdir. Bundan sonra 26 fevral 2021-ci il tarixdən başlayaraq Zərərçəkmiş şəxs ərizədə göstərilən faktlarla bağlı əvvəl izahat vermiş, sonra isə dəfələrlə zərər çəkmiş şəxs qismində dindirilmiş və hər dəfə də Məhkum1 ona qarşı etdiyi hərəkətlər barədə həm biribirinə, həm də btidai araşdırma zamanı toplanmış digər sübutlara zidd olan ifadələr vermişdir. Belə ki, 26 fevral 2021-ci il tarixli izahatında, Zərərçəkmiş şəxs göstərmişdir ki, 10 noyabr 2020-ci il tarixdə Məhkum2 yaşadığı evdə olarkən sonuncu ilə qarşılıqlı razılaşma əsasında təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra oraya Məhkum1 gəlmiş və o, onların çılpaq vəziyyətdə çarpayıda uzandıqlarını görərək və eyni zamanda özünü polis əməkdaşı kimi təqdim edərək onlara irad tutmuş, özündə olan telefonla videoçəkiliş apararaq onları polis bölməsinə aparacağı ilə hədələmiş, Məhkum2 isə belə olmasın deyə ona Əbülfəzlə də cinsi əlaqədə olmasını təklif etmişdir. O, qorxduğundan Məhkum2 təklifini qəbul etmiş və Məhkum1 da bundan istifadə edərək əvvəl öz cinsi orqanını onun ağzına yeridərək ona qarşı seksual xarakterli hərəkət etmiş, sonra isə onunla təbii yolla cinsi əlaqədə olmuşdur. İbtidai araşdırmanın sonrakı dövründə (02 və 03 mart 2021-ci il, 27 aprel 2021-ci il və 06 iyun 2021-ci il tarixlərdə həm zərər çəkmiş şəxs qismində qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə dindirilərkən, həm də Məhkum2 və Məhkum1la üzəşdirilərkən Zərərçəkmiş şəxs israrla göstərmişdir ki, 10 noyabr 2020-ci il tarixdə Məhkum2 evin də olarkən o, sonuncu ilə qarşılıqlı razılaşma əsasında həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olmuş, Məhkum1 isə ona hədə-qorxu gəldiyinə görə qorxduğundan və onunla razılaşdığından sonuncu onunla qeyri təbii yolla cinsi əlaqədə olmuş, bundan əvvəl isə o, cinsi orqanını onun ağzına yeridərək öz cinsi ehtirasını təmin etmişdir. Lakin cinayət işi üzrə toplanmış və məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla Zərərçəkmiş şəxs bu ifadələrinin bir hissəsi, yəni həm Məhkum2, həm də Məhkum1 onunla təbii və qeyri təbii yollarla cinsi əlaqəda olmaları təkzib edilmiş, sonuncunun ona qarşı digər seksual xarakterli hərəkətlər etməsini təsdiq edən başqa sübutlar (onun ifadələrinin digər hissəsi və Məhkum2 ibtidai araşdırmanın ilkin dövründə verdiyi ifadələr istisna olmaqla) əldə edilməmşd ir. Belə ki, məhkəmə-tibbi ekspertizasının 26 fevral 2021-ci il tarixli 104 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izinin olduğu müəyyən edilməmiş, onda qızlıq pərdəsinin tamlığının pozulmadığı və arxa keçəcək dəliyi vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər müəyyən edilməmişdir. Əlavə məhkəmə-tibbi ekspertizasının 04 mart 2021-ci il tarixli 109 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onda qızlıq pərdəsinin tamlığının pozulmadığı müəyyən edilmişdir. Qızlıq pərdəsinin anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Təkrar məhkəmə-tibbi ekspertizasının 05 may 2021-ci il tarixli 233 nömrəli rəyinə görə, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının həmn rəylərinin həqiqətə uyğun olmamasını iddia etsə də, ibtildai araşdırma orqanı onun bu iddiasını qəbul edilməz saymış və göstəilən rəylərdə əksni tapmış hallara əsaslanaraq Məhkum1 Zərərçəkmiş şəxs ilə istər ona qarşı zor tətbiq etməklə, istərsə də on altı yaşına çatmamış şəxs kimi onunla təbii və qeyri təbii yollarla cinsi əlaqədə olmasına görə ittiham elan etməkdən imtina etmişdr. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs verdiyi ifadələrlə bağlı anlaşılmayan hal ondan ibarətdir ki, həm ibtidai araşdırma orqanı, h əm də işə baxan məhkəmələr bu ifadələrin bir hissəsini – Məhkum1 Zərərçəkmiş şəxs ilə təbii və qeyri-təbii yollarla cinsi əlaqədə olması barədə ifadələrini həqiqətə uyğun olmayan hesab etmiş, onun zərərçəkmişə qarşı seksual xarakterli zorakı hərəkətlər etməsi barədə isə ifadələrni məhkum olunmuş şəxsə qarşı elan olunmuş ittihamın və çıxarılmış ittiham hökmünün əsası kimi qəbul etmiş, lakin bu nəticələrini, o cümlədən seksual xarakterli hərəkətləri zorakı hesab etmələrini istər sübutların qiymətləndirilməsi haqqında 23 iyun 2021-ci il tarixli qərarda, istər ittiham aktında, istərsə də qəbul edilmiş yekun məhkəmə aktlarında əsaslandırmamışlar. İbtidai araşdırma orqanı isə həm məhkəmə-tibbi ekspertizasının rəylərinə əsaslanaraq, həm də Zərərçəkmiş şəxs ifadələrinin bir hissəsi ilə razılaşma yaraq 23 iyun 2021-ci il tarixli qərarla Məhkum1 əməllərində həm CM-nin 149-cu maddəsində (zorlama), həm də CM-nin 152-ci maddəsində (on altı yaşına çatmamış şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterl digər hərəkətlər etmə) nəzərdə tutulmuş cinayətlərin əlamətlərini müəyyən etmədiyindən Məhkum1 barəsində bu maddələrlə cinayət təqibinə xitam vermiş, zərərçəkmiş Zərərçəkmiş şəxs köməksiz vəziyyətdə olmasını, yaxud da Məhkum1 tərəfindən ona qarşı hər hansı zorakı hərəkətlər etməsini təsdiq edən hallar isə müəyyən edilməmişdir. Burada məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 10-cu bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər ç əkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 23-cü bəndində isə məhkəmələrə izah edilmişdir ki, təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirl əndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-nin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-nin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-nin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Bundan başqa, məhkəmə kollegiyası onu da vurğulayır ki, Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrinin yuxarıda göstərilən hissəsinin, yəni Məhkum1 ona qarşı seksual xarakterli zorakı hərəkətlər etməsi barədə ibtidai araşdırma zamanı verdiyi ifadələrinə üstünlük vermələrini, onun məhk əmə iclasında isə verdiyi və Məhkum1 cinayət təqibnin bütün mərhələlərində verdiyi ifadələrlə üst-üstə düşən ifadələrinin sübut kimi qəbul etməmələrini də birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi qəbul etdikləri yekun məhkəmə aktlarında heç cür əsaslandırmamışlar, baxmayaraq ki, prosessual qanunvericiliyin yuxarıda şərh edilmiş tələblərinə əsasən, məhkəmələr araşdırılmış sübutlara qiymət verərkən bir sübutun digərindən üstün olmasını çıxardıqları hökmdə və ya qəbul etdikləri digər yekun məhkəmə aktında əsaslandırmalıdırlar. Cinayət işinin materiallarından və məhkəmələrin yekun məhkəmə aktlarından görünür ki, ibtidai araşdırma orqanı kimi, məhkəmələr də hazırki iş üzrə məhkum olunmuş Məhkum2 də ifadələrinə qiymət verərkən bu çatışmazlığa yol verm iş və ümumilikdə həm onun sonradan verdiyi, həm də Məhkum1 bütün ifadələrini özünü müdafiə xarakterli ifadələr hesab edərək bunu təsdiq edən heç bir sübuta istinad etməmişlər. Belə ki, ibtidai araşdırmanın ilkin mərhələsində nümayəndəsinin iştirakı ilə yetkinlik yaşına çatmamış Məhkum2 şahid qismində, sonradan isə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, 2020-ci ilin oktyabr ayının sonunda «İnstaqram» sosial şəbəkəsində Zərərçəkmiş şəxs ilə tanış olub onunla təxminən 7-8 gün yazışandan sonra ondan ayrılmaq istəsə də, zərərçəkmiş şəxsona mütəmadi olaraq yazmaqda davam etmiş və o, bu barədə dostu Məhkum1 dedikdə sonuncu ona qızla görüşməyi, görüş zamanı gəlib polis əməkdaşı kimi özünü təqdim edərək onu qorxutmasını təklif etmiş və bildirmişdir ki, belə etsə, q ız ondan əl çəkəcək. Bu təkliflə razılaşaraq o, 10 noyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxsə görüşməy təklif etmiş, sonuncu buna razılıq verdikdən sonra isə onlar həmin gün saat 11 radələrində metronun “28 May” stansiyasının qarşısında görüşüb birlikdə onun Suraxanı rayonunda yaşadığı evə getmişlər. Evdə onlar işığı söndürüb çarpayıda oturub sevişərək hər ikisi soyunmuş və o, Zərərçəkmiş şəxsin öz razılığı ilə onunla qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Bu vaxt Məhkum1 ona tez-tez zəng etsə də o, zənglərə cavab verməmiş və X ilə çarpayıda çılpaq vəziyyətdə olduqları zaman Məhkum1 onların evinə gəlib bir vəsiqə göstərərək özünü polis əməkdaşı kimi təqdim etmiş, ona qonşuların şikayət etməsini bildirərək telefonu ilə Zərərçəkmiş şəxsin videoçəkilişini aparmış və ona gördükləri barədə anasına məlumat verəcəyni bildrmişdr. Bundan sonra Məhkum1 onların üstünə qışqırıb hər ikisi ilə cinsi əlaqədə olacağını bildirmiş və Zərərçəkmiş şəxsə yorğanı başına atmasını təklif edib ona şalvarı aşağı salınmış vəziyyətdə yaxınlaşaraq öz cinsi orqanının onun ağzına yerləşdirmiş və ona qarşı seksual xarakterli hərəkət edərək öz cinsi ehtrasını söndürmüşdür. Bundan sonra onlar üçü birlikdə evi tərk etmiş və o, taksiyə verməkdən ötrü Məhkum1 5 manat pul alaraq Zərərçəkmiş şəxsi evlərinə yola salmışdır. İbtidai araşdırmanın sonrakı mərhələsində, yəni şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum2 Məhkum1 Zərərçəkmiş şəxs qarşı hansı hərəkətlər etməsini görmədiyini bildirmiş, lakin ardıcıl olaraq göstərmişdir ki, o, Zərərçəkmiş şəxs qarşı hər hansı seksual xarakterli hərəkə t etmələri barədə Məhkum1la əvvəlcədən razılaşmamış, özü isə Zərərçəkmiş şəxsə qarşı belə hərəkətlər etməmişdr. Həm buna, həm də Zərərçəkmiş şəxs Məhkum2 tərəfindən ona qarşı seksual xarakterli hərəkətlər etməsi barədə ifadələr verməməsinə və sonuncunun onunla yalnız təbii və qeyri təbii yolla cinsi əlaqədə olmasını göstərməsinə baxmayaraq, Məhkum2 qarşı da Məhkum1la qrup şəklində Zərərçəkmiş şəxsnın köməksiz vəziyyətindən istifadə edib ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etməsinə görə CM-nin 150.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, həmin maddə ilə təqsirli bilinərək məhkum olunmuşdur. Halbuki, birinci instansiyası məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi Məhkum1 məhz qrup şəklində ona ittiham olunmuş cinayət əməlini törətməsi barədə nəticəyə gələrkən Məhkum2 ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadələrə əsaslansalar da, təhlil edilən bu xüsusata, yəni sonuncunun Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakı hərəkətlər etməməsi barədə bu ifadələrdə əksni tapmış hala diqqət yetirməmiş, bu haqda Zərərçəkmiş şəxs da ifadələrini nəzərlərindən qaçıraraq onlara müqayisəli şəkildə qiymət verməmiş və qəbul etdikləri yekun məhkəmə aktlarında bu məsələləri müzakirə etməkdən imtina etmişlər. Eyni ilə məhkəmələr Məhkum2nin ibtidai araşdırmanın sonunda və məhkəmə iclasında öz məzmununa görə Məhkum1 ardıcıl olaraq eyn cür verdiyi ifadələri ilə üst-üstə düşən ifadələrini də qanuna müvafiq qaydada qiymətləndirməyərək bu ifadələrin rədd edilməsi motivlərini inandırıcı şəkildə əsaslandırmamışlar. Bununla yanaşı məhk əmə kollegiyası onu da qeyd edir ki, Məhkum1 qarşı irəli sürülmüş ittihamda və eyni qaydada onun barəsində çıxarılmış ittiham hökmünün təsviri- əsaslandırıcı hissəsində onun 10 noyabr 2020-ci il taixdə Məhkum2 yaşadığı evə gəldikdən sonra orada üzərində olan telefondan istifadə etməklə vdeoçəkiliş aparması qeyd olunsa da bu halı da təsdq edən sübutlar ibtdai araşdırma zamanı və məhkəmə iclaslarında əldə edilməmişdir, baxmayaraq ki, iş üzrə ibtidai istintaq aparılarkən Məhkum1 məxsus “Redmy” markalı mobil telefon ondan götürülərək həmin telefona baxış keçrilmiş və bunun nəticəsində iş üçün əhəmiyyət kəsb edən heç nə, o cümlədən yuxarıda göstərilən vaxt apardığı videoçəkiliş aşkar edilməmişdir. Bundan başqa, cinayət işinin materiallarına əsasən, müdafiəçi P.F.Quliyev birinci instansiya məh kəməsinin hökmündən kassasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən məzmunda apellyasiya şikayəti vermiş, lakin həmin şikayətə məhkəmə istintaqı aparılmadan baxılmasını mümkün hesab etmiş apellyasiya instansiyası məhkəməsi həmin şkayətdə əksini tapmış dəlillərə əsaslandırılmış şəkildə cavab verməmiş və qəbul etdiyi yekun qərarda birinci instansiyası məhkəməsinin hökmündə göstərilənləri təkrlamaqla ümumi sözlərlə şikayətin əsassız olması barədə nəticəyə gəlmişdir. Halbuki “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenmunun 24 dekabr 2021-ci il tarixli Qərarınının 92-ci bəndində məhkəmələrə nəzərə almaları izah edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin istər hökmü, istərsə də digər yekun qərarı olsun, məhkəmə aktının qanuniliyi və əsaslılığı meyarları il ə ehtiva olunan tələblərə cavab verməli, apellyasiya müraciətlərinə məhkəmənin adekvat cavabını əks etdirməlidir. CPM-nin 353.2.2-ci maddəsinin tələbləri ilə uzlaşan Avropa Məhkəməsinin bir sıra (məs. “Moreira Ferreira Portuqaliyaya qarşı” (Moreira Ferreira v. Portugal, № 19867/12, 11 iyul 2017-ci il) qərarlarında təkrarladığı yanaşmasına görə də, məhkəmə qərarlarında həmin qərarların əsasları adekvat şəkildə göstərilməlidir. Şikayətçinin hər bir arqumentinə cavab verilməsi tələb olunmasa belə, bu öhdəlik məhkəmə prosesində iştirak edən tərəflərin məhkəmə prosesinin nəticəsi üçün həlledici olan arqumentlərə konkret və aydın cavab alacağını gözlədiklərini nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarından isə həm qanunvericiliyin tələblərinə, həm Av ropa Məhkəməsinin hüquqi mövqeyinə, həm Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əməl olunması görünmür. Bu baxımdan məhkəmə kollegiyası bütün təsvir edilənlərlə əsaslanaraq belə qənaətə gəlir ki, hazırki iş üzrə Məhkum1 barəsində qanuni və əsaslı nəticəyə gəlmək, yəni həqiqəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən etmək üçün əlavə araşdırmanın aparılması, habelə də hökmdən verilmiş apellyasya şikayətlərinin dəlillərinin əsaslandırılmış şəkildə cavablandırılması labüddür. Buna görə məhkəmə kollegiyası müdafiəçi P.F.Quliyevin kassasiya şkayətinin dəlilləri ilə qismən razılaşaraq, lakin hazırki vəziyyətdə Məhkum1 barəsindəki cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsin mümkün bilməyərək apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.2-ci ma ddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsini qeyd edir və hesab edir ki, həmin pozuntu ilə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarı qüvvədə saxlanıla bilməz. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum1 müdafiəçisi P.F.Quliyevin, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2021-ci il tar ixli hökmü ilə CM-nin 150.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum1 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 müdafiəçisi Quliyev Pərviz Fazil oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 yanvar 2022-ci il tarixli qərarı müdafiəçi P.F.Quliyevi n kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1378/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1378/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver