Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1378/2023 20.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, bəraət almış şəxsin müdafiəçisi Müdafiəçi4, mülki iddiaçının nümayəndəsi X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-208/2023 nömrəli, 03 fevral 2023-cü il tarixli qəra rından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs Məhkum Hüseyin xx xxx 1971-ci il tarixdə Türkiyə Respublikasının Elazığ şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu Dilarə Əliyeva küçəsi, X12 hotelində yaşayır. 2. 25 dekabr 2021-ci il tarixli ittiham aktı ilə Məhkum Hüseyinə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür ona görə ki, o, fəaliyyətinə rəsmi və faktiki rəhbərlik etdiyi "xxxx" MMC-nin adından Respublika ərazisində göstərdiyi hotel xidmətlərindən 2019-cu ilin fevral ayı üzrə ƏDV tutulan dövriyyəsi 32186,59 manat, ödənilməli ƏDV-si 5793,59 manat olduğu halda, təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyənin və ödənilməli olan ƏDV-nin olmadığını göstərib, həmin ay üzrə 3295,36 manat ƏDV ödəməklə, 2498,23 manat; mart ayı üzrə ƏDV tutulan dövriyyəsi 35635,16 manat, ödənilməli ƏDV-si 6414,33 manat olduğu halda, təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyənin və ödənilməli ƏDV-nin olmadığını qeyd edərək 6414,33 manat; aprel ayı üzrə ƏDV tutulan dövriyyəsi 34485,64 manat, ödənilməli ƏDV-si 6207,42 manat olduğu halda təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyə və ödənilməli ƏDV-nin olmadığını göstərərək, 6207,42 manat; may ayı üzrə ƏDV tutulan dövriyyəsi 35635,10 manat, ödənilməli ƏDVsi 6414,32 manat olduğu halda, təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyənin və ödənilməli ƏDV-nin olmadığını göstərərək, 6414,32 manat; iyun ayı üzrə ƏDV tutulan dövriyyəsi 34485,64 manat, ödənilməli ƏDV-si 6207,42 manat olduğu halda, təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyənin və ödənilməli ƏDV-nin olmadığını göstərib 6207,42 manat; iyul ayı üzrə ƏDV tutulan dövriyyəsi 35635,16 manat, ödənilməli ƏDV 6414,33 manat olduqda, təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyənin 1150,0 manat, ödənilməli ƏDV-nin 207 manat olduğunu göstərib 6414,33 manat; avqust ayı üzrə ƏDV tutulan dövriyyəsi 16093,30 manat, ödənilməli Ədəni 2896,79 manat o lduğu halda, təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyənin 354,0 manat, ödənilməli ƏDV-nin 63,72 manat olduğunu göstərərək, 2896,79 manat; sentyabr ayı üzrə təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 1259,0 manat, ödənilməli ƏDV-ni 226,62 manat göstərməklə, 226,62 manat, cəmi isə 37279,46 manat ƏDV- ni; Bundan başqa, cəmiyyətin 2019-ci il üzrə gəliri 261050,87 manat, xərci 119134,00 manat, əldə etdiyi mənfəəti 141916,87 manat və ödənilməli mənfəət vergisi 28383,37 manat olduğu halda həmin ilin yekunu ilə bağlı mənfəət vergisinin bəyannaməsini təqdim etməyib cəmi 28383,37 manat mənfəət vergisini; Əlavə 2019-cu ilin 1-ci rübü üzrə ödədiyi 9000 manat icarə haqqından, həmin rüb üzrə 1260,0 manat ödəmə mənbəyindən tutulan verginin ödənilməli oldu- ğunu bəyan edib ödəməməklə, 1260,0 ma nat ödəmə mənbəyindən tutulan vergini; 2-ci rüb üzrə ödədiyi 9000 manat icarə haqqından, həmin rüb üzrə 1260 manat ödəmə mənbəyindən tutulan verginin ödənilməli olduğunu bəyan edib ödəməməklə, 1260 manat, cəmi 2520,0 manat ödəmə mənbəyindən tutulan vergini; 2019-cu ilin 2- ci rübü üzrə təqdim etdiyi məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatda həmin rüb üzrə müəyyən edilmiş 8651,85 manat əmək haqqı fondundan, 25 faiz dərəcə ilə 2162,97 manat məcburi dövlət sosial sığorta haqları bəyan edərək ödəməməklə, 2162,97 manat məcburi dövlət sosial sığorta haqqını; 2019-cu ilin 2-ci rübü üzrə təqdim etdiyi işsizlik sığortası üzrə rüblük hesabatda həmin rüb üzrə müəyyən edilmiş 8651,85 manat əmək haqqı fondundan 1 faiz dərəcə ilə 86,52 manat məcburi dövlət sosial sığorta haq- ları bəyan edib 13,97 manat ödəməklə 72,55 manat işsizlikdən sığorta haqqını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bununla da, Məhkum Hüseyin "xxxx" MMC-nin adından cəmi xeyli miqdar təşkil edən, 70418,35 manat məbləğində vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-56/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Hüseyinin əməlində cinayət tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə bəraət verilmiş, mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Departamentinin mülki cavabdeh Məhkum Hüseyinə qarşı 70418,35 manat məbləğində ziyanın (vergi məbləğinin) tutular aq dövlət büdcəsinə ödənilməsinə dair mülki iddiası baxılmamış saxlanılmışdır.
4. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək, hökmün ləğv edilməsini və Məhkum Hüseyinin Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinib cəzanın həddi ilə bağlı edilmiş təklifə uyğun olan hədlərində əsas və əlavə cəzaları təyin olunmaqla yanaşı, vurulmuş ziyanla bağlı verilmiş mülki iddianın təmin olunmaqla barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Verilmiş apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə bəraət hökmü çıxararkən, iş üzrə araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmi ş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin (bundan sonra – Azərbaycan Respublikası CPM) 125, 127.3, 144 və 145-ci maddələrinin tələbləri pozulmaqla yanlış nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən iş üzrə mötəbər sübut kimi yalnız məhkəmə baxışında verilmiş xx.xx.2022-ci il tarixli, 9/1743 nömrəli rəyi qəbul edilmişdir. Halbuki, cinayəti törətməkdə Məhkum təqsirliliyi, yəni xeyli miqdar təşkil edən 70418,35 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması faktı, onun ibtidai istintaq dövründə verdiyi ifadəsi, zərərçəkmiş və mülki iddiaçının şahid kimi məhkəmədə dindirilmiş əməkdaşları - X6, Şahid6, Şahid5 oğu, Şahid11, Bağırov X 5 Tural ilham oğlu Şahid10 və Şahid7 ifadələri ilə; məhkəməmühasibatlıq ekspertizasının rəyi, eləcə də sair sübutlarla təsdiq olunmuşdur. Məhkəmədə əldə edilmiş xx.xx.2022-ci il tarixli, 9/1743 nömrəli ekspertiza rəyi ilə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 03 dekabr 2021-ci il tarixli 9/8322 nömrəli rəyləri arasında kifayət qədər ziddiyyət olmuş, yəni istintaqda təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 03 dekabr 2021-ci il tarixli 9/8322 nömrəli rəyi ilə "xxxx" MMC tərəfindən yoxlamanın əhatə etdiyi dövrdə 70418,35 manat məbləğində vergilərin, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqların dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edildiyi, müdafiə tərəfinin vəsatəti ilə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspe rtizasının xx.xx.2022-ci il tarixli, 9/1743 saylı rəyində isə fərqli mövqe göstərilərək nə istintaq zamanı, nə də məhkəmədə müəyyən edilmiş hallar nəzərə alınmamış, əvvəlki ekspertizanın nəticələri ilə razı olmamağın motivləri və əsasları kifayət qədər açıqlanmamışdır. Bununla bağlı məhkəmədə 2 fərqli rəylər arasında ziddiyətlərin aradan qaldırılması üçün komisyon məhkəmə-mühasibatlıq ekspertisının təyin edilməsi barədə vəsatət verilmiş, lakin həmin vəsatətlər heç bir əsaslı səbəb gətirilmədən məhkəmə tərəfindən təmin edilməmişdir. Beləliklə də, məhkəmənin mötəbərliyi şübhə doğuran ekspert rəyini mötəbər sübut kimi qiymətləndirməsi nəticəsində işin faktiki halına uyğun olmayan qərarın qəbul edilməsi ilə nəticələnmiş, məhkəmə yekun qərarını çıxararkən, qanunvericiliyinin tələblərinə əsasən, toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, tədqiq edilməmiş və bunun nəticəsində Məhkum Azərbaycan Respublikası CM-nin 213.1 -ci maddəsi ilə əsassız bəraət verilmişdir.
5. Məhkəmənin hökmü ilə razılaşmayan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəis müavini tərəfindən apellyasiya şikayəti verilərək, hökmün ləğv olunması və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən verilmiş mülki iddianın tam təmin olunmaqla yanaşı, Məhkum Hüseyin tərəfindən vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılması nəticəsində vurulan maddi ziyanın (verginin) sonuncudan tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul olunması nı xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, məhkəmə həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə etmə vəzifələrini yerinə yetirməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam yoxlamamış, Azərbaycan Respublikası CPM-nin 125, 127.3, 144 və 145-ci maddələrinin tələbləri pozulmaqla cinayət işi üzrə yanlış nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən iş üzrə mötəbər sübut kimi qəbul edilmiş ekspert rəyində "xxxx" MMC-nin 2019-cu ilin fevral-avqust aylarına görə ƏDV üzrə dövlət büdcəsinə ödənilməli vergi borcunun 15.198,91 manat və mənfəət vergisi üzrə dövlət büdcəsinə ödənilməli vergi borcunun 1.185,55 manat olduğu göstərilmişdir. Məhkəmə tərəfindən qoyulmuş sual ətraflı olmadığından (vergilərin hesablanmasında istifadə edilmiş xronometraj metodu ilə müşahidənin nəticələri nəzərə alınmadan) ekspertiza tərəfindən dar çərçivədə araşdırmanın aparılmasına və nəticədə əsassız rəyin hazırlanmasına səbəb olmuşdur. İş üzrə məhkəmənin istintaqı zamanı araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, həqiqətin müəyyən olunması üçün, məhkəmə bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmiş, mübahisənin ədalətli həllinə zəruri mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə qanunvericiliyin tələblərini tam araşdırmamış, Azərbaycan Respublikası CPM-nin 125, 127, 144 və 145-ci maddələrinin tələbləri pozul maqla cinayət işi üzrə yanlış nəticəyə gəlmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-208/2023 nömrəli, 03 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-56/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
7. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
8. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, dövlət ittihamç ısı onları təkrarlamaqla qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən cinayət işi üzrə toplanmış sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş, bunun nəticəsi olaraq Məhkum Hüseyinə bəraət verməklə səhvə yol verilmişdir. Dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-208/2023 nömrəli, 03 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, mülki iddiaçı onları təkrarlamaqla məhkəmə qərarına əsasən təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzininin verdiyi xx.xx.2022-ci il tarixli, 9/1743 nömrəli rəyin əsassız olduğunu iddia edir. Kassator məhkəmə tərəfindən araşdırmanın düzgün aparılmamasını, iş materiallarında olan sübutların düzgün tədqiq edilməməsini və nəticədə işin faktiki hallarına uyğun olmayan yanlış və əsassız qərar qəbul edildiyini iddia edir. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-208/2023 nömrəli, 03 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi, mülki iddiasının tam təmin edilməsi, Məhkum Hüseyin tərəfindən vergilərin dövlət büdcəsinə ödəməkdən yayınması nəticəsində vurulan 70.418,35 manat məbləğində ziyanın (verginin) ondan tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
10. Kassasiya protestinə və kassasiya şikayə tinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib- edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında lə ğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq etmədiyini və bunun nəticəsi olaraq Məhkum Hüseyinə bəraət verməklə səhvə yol verdiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Mülki iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işi üzrə toplanmış sübutların qiymətlədirilməsində səhvə yol verildiyini, nəticədə mülki iddianın əsassız olaraq təmin edilmədiyini iddia edərək, xahişini faktiki olaraq Azərbayca n Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
17. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və mülki iddiaçının kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)208/2023 nömrəli, 03 fevral 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
18. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respub likasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
19. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxı şının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
20. Bu baxımdan məhkəmə kollegiyası nəzərə alır ki, hər iki kassasiya müraciətində istinad edilən hallar kassastorların əvvələr apellyasiya instansiyası məhkəməsi qarşında qaldırdığı dəlillərlə eynilik təşkil edir, həmin dəlillərə hər iki aşağı instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarlarda artıq ətraflı cavablandırma verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə işin obyektiv araşdırılmasına, müvaf iq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə, formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya müraciətlərində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin yekun nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.
21. Kassasiya müraciətlərinin müəllifləri apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisələndirilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsə lə qaldırmır. Məhkəmə kollegiyası bu halı da kassasiya müraciətlərinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir.
22. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya müraciətlərində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-208/2023 nömrəli, 03 fevral 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CP M-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-208/2023 nömrəli, 03 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.