Məhkəmə qərarları › İş №1(102)-1378/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1378/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1378/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkumun müdafiəçisi İmanov Xəqani Qurban oğlunun iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2025-ci il tarixli, 1(104)-54/2025 nömrəli qərarından Məhkum1 və müdafiəçisi Müdafiəçi3 İnqilab oğlu, Məhkum2 və müdafiəçisi Allahverdiyev Rasim Şəmil oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəm ə iclasında baxaraq Müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 1(062)-101/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim F.N.Əliyev) xx.xx.1994-cü il tarixdə Tovuz rayonu, Bozalqanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, X qeydiyyatda olmaqla orada yaşayan, hal hazırda cəza çəkən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CMin 127.2.3-cü maddəsi ilə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 04 il 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 03 ay müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 06 ay ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 04 il 04 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum1 cəzasını yaşayış yeri üzrə çəkməklə cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. xx.xx.1985-ci il tarixdə Tovuz rayonu, Bozalqanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Xqeydiyyatda olmaqla orada yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum2 cəzasını yaşayış yeri üzrə çəkməklə, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2025-ci il tarixli qərarı ilə (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən), S.B.Hü seynov və M.V.Məmmədovdan ibarət tərkibdə) Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(062)-101/2024 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum1 təqsirli bilindiyi CM-in 127.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, təqsirli bilindiyi CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum1 tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 03 (üç) ay müddət azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş qəti cəzadan çıxılaraq üzərində 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum2 isə təqsirli bilindiyi CM-in 221.2.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum1 tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2025-ci il tarixli qərarından məhkumlar və müdafiəçiləri tərəfindən ayrı ayrılıqda kassasiya şikayətləri verılmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum1 verilmiş ittihama görə o, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaqla bir qrup şəxs tərəfindən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, habelə təkrar silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslərə zor tətbiq olunması və özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində qardaşı Məhkum2 yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi “X” markalı, **-XXX-*** dövlə t qeydiyyat nişanlı minik avtomobilini yanacaqla təmin etmək üçün Tovuz rayonu Bozalqanlı kəndində yerləşən “Petrotal” yanacaqdoldurma məntəqəsində olarkən qardaşı Məhkum2 uca səslə ünvansız nalayiq ifadələr işlətməsinə görə həmin vaxt idarə etdiyi “X” markalı, **-X-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini yanacaqla təmin etmək üçün həmin yanacaqdoldurma məntəqəsində olan Zərərçəkmiş şəxs3 onlara yaxınlaşaraq avtomobildə nişanlısı Şahid1 olmasını deyib uca səslə nalayiq ifadələr işlətməsinə irad bildirdiyinə görə heç bir əsaslı səbəb olmadan yanacaqdoldurma məntəqəsində qardaşı Məhkum2 ilə bir qrup şəxs halında ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, ətrafda olan şəxslərin 15-20 dəqiqə ərzində narahatçılığına səbəb olan qəsdən qərəzli hərəkətlər edib, özünü cəmiyyətin fövqündə görməklə özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün Zərərçəkmiş şəxs3 üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək sonuncunun baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə kəllə, yumruq və təpik zərbələri ilə qəsdən vuraraq, ona burun nahiyəsinin, burun sümüyünün repozisiyaya ehtiyacı olan sınığı ilə müşayiət edilən qançır- şişkinliyi, üst dodaq nahiyəsinin selikli qişasına olan qansızma sahəsi, sağ kürək nahiyəsinin və sol mil bilək oynağı nahiyəsinin sıyrıqları, sağ bazu nahiyəsinin qançırı, sağ əlin İ barmağının uc falanqasının qançır-şişkinliyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuş, habelə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olnması ilə müşayiət edilən qərəzli xul iqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrar xx.xx.2021-ci il tarixdə, saat 17:30 radələrində Tovuz rayonu Qazıqulu kəndində yerləşən “Qorodok” kafesində tanışları ilə yemək yeyib bir qədər spirtli içkilər qəbul etdikdən sonra kafenin sahibi Zərərçəkmiş şəxs1 yeməyin və spirtli içkilərin cəmi 85 manat dəyərinin ödənilməsini tələb etdikdə məbləğin çox olmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarını pozmaqla saymamazlıq göstərib ətrafda olan şəxslərin narahatlığına səbəb olmaqla ictimai qaydanı kobud surətdə pozan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq ifadə edib, əsassız mübahisə yaradaraq özünü cəmiyyətin fövqündə görməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özünün müstəsna ş əxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək sonuncunun baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı kəllə, yumruq və təpik zərbələri vuraraq ona sol bazu oynağı və sol bud nahiyələrinin qançır-şişkinliyi kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, həmin vaxt kafenin həyətində olan və ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə, yəni, kafedə ofisiant işləyən Zərərçəkmiş şəxs2 onu sakitləşdirməsinə məhəl qoymayaraq, əksinə, ona müqavimət göstərməklə sonuncuya yumruq və təpik zərbələri vuraraq ona sağ baldır nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcə ləri təyin edilməyən xəsarətlər yetirmiş və qərəzli xuliqanlıq hərəkətlərini təkrar davam etdirərək həmin gün saat 18:30 radələrində kafedə Zərərçəkmiş şəxs1 ünvanına heç bir səbəb olmadan nalayiq ifadələr işlətməklə həmin şəxsin üzərinə hücum edib yumruqla sonuncunun başına bir neçə zərbə vuraraq ona qəsdən güclü fiziki ağrı yetirdikdən sonra kafenin ərazisindən götürdüyü taxta parçasından silah qismində istifadə edərək kafenin X otağının qapısının şüşəsini, bir ədəd masanı, kafenin ayaqyolu tikilisinin lambrin materiallarını, habelə, kafenin həyətində tikilmiş günəş şüaları və yağışdan qorunmaq üçün nəzərdə tutulmuş talvarın taxtalarını qəsdən vurub sındıraraq cəmi 150 (bir yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla silah qismində istifadə olunan əşyadan istifadə edib ictimai qayd anı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi və özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Göstərilənlərə əsasən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə məhkəməyə verilmişdir. İbtidai istintaq orqanı tərəfindən Məhkum2 verilən ittihama görə o, xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi “X” markalı, **-X-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini yanacaqla təmin etmək üçün qardaşı Məhkum1 ilə birlikdə Tovuz rayonu Bozalqanlı kəndində yerləşən “Petrotal” yanacaqdoldurma məntəqəsində olarkən uca səslə ünvansız nalayiq ifadələr işlətməsinə görə həmin vaxt idarə etdiyi “X” markalı, **-X*** dövlət qeydiyyat nişanlı minik avtomobilini yanacaqla təmin etmək üçün həmin yanacaqdoldurma məntəqəsində olan Zərərçəkmiş şəxs3 onlara yaxınlaşaraq avtomobildə nişanlısı Şahid1 olmasını deyib uca səslə nalayiq ifadələr işlətməsinə irad bildirdiyinə görə heç bir əsaslı səbəb olmadan yanacaqdoldurma məntəqəsində qardaşı Məhkum1 ilə bir qrup şəxs halında ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış q aydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, ətrafda olan şəxslərin 15-20 dəqiqə ərzində narahatçılığına səbəb olan qəsdən qərəzli hərəkətlər edib, özünü cəmiyyətin fövqündə görməklə özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün Zərərçəkmiş şəxs3 üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək qardaşı Məhkum1 ilə birlikdə sonuncunun baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə kəllə, yumruq və təpik zərbələri ilə qəsdən vuraraq, ona burun nahiyəsinin, burun sümüyünün repozisiyaya ehtiyacı olan sınığı ilə müş ayiət edilən qançırşişkinliyi, üst dodaq nahiyəsinin selikli qişasına olan qansızma sahəsi, sağ kürək nahiyəsinin və sol mil bilək oynağı nahiyəsinin sıyrıqları, sağ bazu nahiyəsinin qançırı, sağ əlin İ barmağının uc falanqasının qançır-şişkinliyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuş, habelə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olnması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Göstərilənlərə əsasən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Tovuz Rayon Məhkəməsi Məhkum2 qarşı Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla razılaşmış, lakin Məhkum1 münasibətdə sonuncunun qərəzli xuliqanlıq hərəkətlərinə yol verməməsi haqqında nəticəyə gəlib, onun əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif etmiş, nəticə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumlar və onların müdafiəçiləri ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum1 və Məhkum2 cəza təyin edilərkən, onların məsuliyyətini yüngül ləşdirən halları (Məhkum1 münasibətdə - əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində azyaşlı uşaqların olmasını, özünün orqanizmin funksiyalarının 50 faizinin pozulmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ondan hər hansı şikayət və tələbinin olmamasını, digər Zərərçəkmiş şəxs3 ilə barışığa cəhd etməsini, Məhkum2 münasibətdə - yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində azyaşlı uşaqların olmasını, orqanizmin funksiyalarının 65 faizinin pozulmasını, Zərərçəkmiş şəxs3 ilə barışığa cəhd etməsini) nəzərə alınmamış, əksinə əsassız olaraq onların törətdikləri cinayətlərin ictimai təhlükəliliyinə, xarakterinə istinad edilməklə onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanı müəyyən müdd ətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz etmişdir. Kassatorlar hesab edirlər ki, məhkəmələr tərəfindən ədalət prinsipini, cəzanın məqsədlərini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkumlar və onların müdafiəçiləri kassasiya şikayətlərində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum1 və Məhkum2 barələrində ədalətli qərar qəbul edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə k assasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin ko llegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumlar Məhkum1, Məhkum2 və müdafiəçilər Müdafiəçi3, R.Ş.Allahverdiyev kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum1 və Məhkum2 cəza təyin edilərkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onların həddindən artıq ağır cəzaya məruz qaldıqlarını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə onlara azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər. Odur ki, kolle giya kassatorların kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum2 və Məhkum1 münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən ş əxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Resp ublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmal ıdır. Qeyd olunan cinayət – hüquqi normaların fonunda kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Belə ki, hökmdən görünür ki, baxılan işdə hər iki məhkuma münasibətdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş, Məhkum1 əməlindən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, himayəsində azyaşlı uşaqların olması, özünün orqanizmin funksiyalarının 50 faizinin pozulması, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ondan hər hansı şikayət və tələbinin olmaması, digər Zərərçəkmiş şəxs3 ilə barışığa cəhd etməsi, həmçinin Məhkum2 yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, himayəsində azyaşlı uşaqların olması, orqanizmin funksiyalarının 65 faizinin pozulması, Zərərçə kmiş şəxs3 ilə barışığa cəhd etməsini Cinayət Məcəlləsinin 59-ci maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar qismində müəyyən edilmiş, həmçinin törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, habelə təyin ediləcək cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Məhkum1 04 il 04 ay müddətə azadlığın məhdudlaşdırılması və Məhkum2 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Zərərçəkmiş şəxs3 Məhkum1 və Məhkum2 təyin olunmuş cəzanı yüngül hesab etdiyi üçün birinci instansiya məhkəməsinin hökmündən nümayəndəsi vasitəsilə apellyasiya şikayəti vermiş və şikayətdə məhkumlarla barışığın əldə edilməməsinə və onlara qarşı şikayətçi olduğuna istinad edərək, bir inci instansiya məhkəməsi tərəfindən Məhkum1 və Məhkum2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanı mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də öz növbəsində zərərçəkmiş şəxsin bu dəlili, məhkumların törətmiş olduqları cinayət əməllərinin törədilməsi üsulunu, məhkumların davranışını, törətmiş olduqları cinayət əməllərinə münasibətlərini, cinayət əməllərini törətməmişdən əvvəlki və cinayət əməllərini törətdikdən sonrakı davranışlarını nəzərə alaraq Məhkum1 və Məhkum2 hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanı həddindən artıq yüngül hesab edərək onlara müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin etməsini məqsədə müvafiq hesab etmişdir. Kassasiya instansiyası məhkəməsində aparılan icraat dövründə isə Zərərçəkmiş şəxs3 məhkum lar Məhkum1 və Məhkum2 qarşı şikayətinin olmaması haqqında 17 mart 2025-ci tarixli ərizələri daxil olmuşdur. Təsvir olunanlardan görünür ki, Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs3 ilə barışıq əldə edilmişdir. Bu hal məhkumların həqiqətən də törətdikləri cinayətlərə tənqidi münasibət bəslədiyini, onların ictimai təhlükəli xarakterini düzgün dəyərləndirdiyini əks etdirir və birinci, apellyasiya instansiyaları məhkəmələrinin yekun qərarlarında qeyd olunmuş törədilmiş cinayətin ictimai təhlükəliyini, törədilmə üsulunu, məhkumun şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması ilə birlikdə götürülməklə onların apellyasiya məhkəməsinin qərarı ilə müəyyən edilən müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə müqayisədə daha yüngül cəza növü o lan azadlığın məhdudlaşdırılması cəza növü vasitəsi ilə islah oluna biləcəyinə inam yaradan əsas kimi çıxış edir. Belə olan halda Məhkum1 və Məhkum2 törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, həm də yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, habelə iş üzrə onların cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə və Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəza növü həmin maddənin sanksiyasına daxil olan daha yüngül cəza növü ilə əvəz edilməli və bu əsasla da apellyasiya instansiyası məhkəmə sinin qərarı dəyişdirilməlidir. Qeyd olunan səbəblər üzündən kollegiya baxılan işdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasın mövcudluğu, həmin əsasa görə mübahisələndirilən qərarın dəyişdirilməli, kassasiya şikayətinin isə təmin edilməli olması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair Məhkum2 və müdafiəçisi X4, kassasiya şikayətlərinin qismən təmin edilməsinə dair dövlət ittihamçısının (dövlət ittihamçısı çıxışında Məhkum2 CM-in 221.2.1-ci maddəsi ilə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının, CM-in 69.3 və 68.1.1-1-ci maddələrinə əsasən qəti olaraq 02 il 02 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, həmçinin Məhkum1 CM-in 127.2.3-c ü maddəsi ilə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının, CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının, CM-in 66.2, 69.3 və 68.1.1-1-ci maddələrinə əsasən qəti olaraq 03 il 08 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi təklif etmişdir) çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 və müdafiəçilər Müdafiəçi3, R.Ş.Allahverdiyevin kassasiya şikayətləri təmin edilməli Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum1 və Məhkum2 barəsində olan 06 fevral 2025-ci il tarixli, 1(104)54/2025 nömrəli qərarı dəyişdirilərək sonunculara azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkumlar, həmçinin Məhkum1 müdafiəçisi Müdafiəçi3 İnqilab oğlu və Məhkum2 müdafiəçisi Allahverdiyev Rasim Şəmil oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2025-ci il tarixli, 1(104)-54/2025 nömrəli qərarı dəyişdirilsin. Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3 və 68.1.1-1-ci maddələrinə müvafiq olaraq, Məhkum2 tutulduğu - 02 (iki) gün, həmçinin 06 fevral 2025-ci il tarixdən çəkdiyi azadlıqdan məhrum etmə cəzası - 04 (dörd) ay 18 (on səkkiz) gün, ümumilikdə isə 04 (dörd) ay 20 (iyirmi) gün bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla – 09 (doqquz) ay 10 (on) gün müddət Məhkum2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın, onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, həmin Məcəllənin 221.2.1 və 221.2.2-ci maddələri ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 üzərində qəti olaraq 04 (dörd) il müddətə azadlığın məh dudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3 və 68.1.1-1-ci maddələrinə müvafiq olaraq, Məhkum1 həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu – 03 (üç) ay, həmçinin 06 fevral 2025-ci il tarixdən çəkdiyi azadlıqdan məhrum etmə cəzası - 04 (dörd) ay 18 (on səkkiz) gün, ümumilikdə isə 07 (dörd) ay 18 (on səkkiz) gün bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla – 01 (bir) il 03 (üç) ay 06 (altı) gün müddət Məhkum1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın, onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən cəzanın icrası müddətində Məhkum2 və Məhkum1 üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Məhkum2 və Məhkum1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası müddəti onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum2 və Məhkum1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası onların yaşadığı yer üzrə Tovuz rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkum1 və Məhkum2 dərhal cəzaçəkmə müəssisəsindən azad olunsunlar. Qərar qalan hissəd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar