Məhkəmə qərarları › İş №1(102)-1379/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1379/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1379/2023 29.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Hüseynov Əli Meybulla oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263-1.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Ə.M.Hüseynov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən və məruzəçi), Kərimov Novruz Ağakərim oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşaqları ol an, fərdi əməklə məşğul olmuş, əvvəllər Gəncə Hərbi Məhkəməsinin 14 iyul 2005-ci il tarixli hökmü ilə CM-nin 331.3 və 333.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 avqust 2012-ci il tarixli hökmü ilə CMnin 221.1-ci maddəsi ilə təqsirli bilinərək dövlət nəfinə aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, CM-nin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 04 (dörd) il müdd ətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 29 noyabr 2019-cu ildə saat 15-50 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan özünə məxsus etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz» 190 minik markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Quba-Dağıstan sərhəddi yolu ilə Quba istiqamətində 80 km\saat sürətlə hərəkətdə olarkən həmin yolun Binəqədi rayonu ərazisindən keçən 7-ci kilometrliyində avtomobilə yanaca q doldurmaq məqsədi ilə avtomobilin sürətini 50-60 km\saat sürətə endirmiş və yanacaqdoldurma məntəqəsinə girmək üçün avtomobili sağa istiqamətləndirməklə həmin Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yerdəyişməni, manevri təhlükəsiz etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və həmin vaxt onun sağ yan tərəfi ilə eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi «Khazar CD» minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və ondan sonra Khazar CD minik markalı avtomobil sağa doğru istiqamətlənərək yolun sağ kənarıda olan yaşıl çəmənliyin kənarında quraşdırılmış beton-taxta qoruyucuya dəymişdir. Məhkum hərəkət təhlükəsizliyi qaydalarını poz araq ehtiyatsızlıqla törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində iki və daha çox şəxsin ölümünə səbəb olaraq «Khazar CD» minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 daxili qanaxma ilə müşaiət olunan ağ ciyərlərin cırılması, sol tərəfli 4-5-6-7-8-9- cu qabırğaların qapalı sınıqları, sağ bud sümüyünün aşağı 1\3-nin, sağ baldırın orta 1\3- nin, sol baldırın yuxarı 1\3-nin açıq yerini dəyişən sınıqları, sol saidin orta 1\3-nin, sol budun aşağı 1\3-nin qapalı yerini dəyişən sınıqları ilə müşaiət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə hadisə yerində ölmüş, həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 həyatla bir araya sığmayan xəsarət - qapalı kəllə beyin travması, kəllə tağı sümüyünün kəllə əsasına keçən sınığı, baş be yinin əzilməsi, baş beyinin maddəsinə və qişaları altına, beyin kötüyünə qansızmalar, sol bud sümüyünün orta 1\3-nin qapalı yerini dəyişən sınığı, sol bud nahiyyəsinin yuxarı 1\3-nin və sol əl nahiyyələrinin sıyrıqları ilə müşaiət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə hadisə yerində ölmüş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus «Khazar CD» minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil zədələnməklə tam yararsız vəziyyətə düşərək 12164 manat 24 qəpik məbləğində ziyan dəymişdir. Hökmdən Məhkum və onun müdafiəçisi Kazımov Əlizadə Şəfi oğlu tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə və məhkum olunmuş şəxsin digər müdafiəçisi Ə.M.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətlərinə əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məh kəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 29 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri və onlara edilmiş əlavə təmin olunmamış, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Ə.M.Hüseynov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum əməlində cinayət tərkibi olmadığına görə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, Məhkum cinayət təqibi zamanı verdiyi ifadələrinə, habelə iş üzrə keçirilmiş yol-nəqliyyat hadisələri ekspertizasının rəylərinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi Ə.M.Hüseynov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı tərəfindən, həm də işə məhkəmələrdə baxılarkən iş üzrə toplanmış sübutlara düzgün qiymət verilməmiş, CPM-nin 143-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, nəticədə Məhkum qarşı CM-nin 263-1.4-cü maddəsi ilə əsassız ittiham irəli sürülmüş və o, qanunsuz olaraq həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Belə ki, Məhkum həmin maddə ilə özünü təqsirli bilmir və hesab edir ki, onun barəsində qəbul edilmiş yekun məhkəmə aktları qərəzli və qanunsuzdur. Bunun la bağlı müdafiəçi bildirir ki, mərhum Zərərçəkmiş şəxs2 idarə etdiyi «Khazar SD» markalı avtomobil hadisədən əvvəl çox böyük sürətlə hərəkət etmiş və həmin avtomobil Məhkum idarə etdiyi avtomobilə tam yaxınlaşarkən, sonuncunun sağından boz rəngli naməlum bir «Mersedes» minik markalı avtomaşın Zərərçəkmiş şəxs2 hərəkət zolağına yaxınlaşıb onun hərəkət zolağına daxil olmaq istəmiş, bunu özü üçün təhlükə hesab edən sonuncu həmin naməlum «Mersedes» markalı boz rəngli avtomobilin qarşısından təhlükəsiz məsafədən keçib getmək məqsədilə sol tərəfə manevr etmiş, nəticədə isə «Khazar SD» markalı avtomaşın Məhkum idarə etdiyi avtomobilə çatan kimi dərhal arxadan sonuncunun avtomobilinin arxa sağ qanadından «sağdan-sola» istiqamətdə vurmuş, bu an sabit sürətlə düzünə hərəkətdə olaraq heç bir manevr etməyən Məhkum toqquşmaya ani olaraq reaksiya verib, dərhal sükanı sola buraraq, nəinki avtomobili öz hərəkət zolağına istiqamətləndirmiş, hətta onun avtomobili gözlənilməz sərt manevrdən yayınaraq kəskin şəkildə solda yerləşən hərəkət zolağına çıxmış və xoşbəxtlikdən orada hər hansı ikinci bir yol-nəqliyyat hadisəsi baş verməmiş, Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomaşın isə sağa tərəf hərəkət edərək taxta dirəklərə çırpılmışdır. Həm ibtidai araşdırma orqanı və məhkəmələr, həm də Məhkum təqsirli olması barədə rəylər vermiş ekspertlər hadisənin bu cür təsviri əks etdirilmiş hallarını təsdiq edən videəogörüntüyə düzgün qiymət verməmiş, hadisənin yuxarıda göstərilən mexanizmi üzrə əlavə yol-nəqliyyat hadisələri ekspertizası təyin olunub keçirilməsi təmin olunmamış, nəticədə Məhkum yol-nəqliyy at hadisəsinin baş verməsində heç bir təqsiri olmadığı halda o, qanunsuz olaraq məhkum edilmişdir. Müdafiəçi həmçinin öz kassasiya şikayətində iş üzrə keçirilmiş yol-nəqliyyat hadisələri ekspertizasının rəylərinə istinad edərək qeyd etmişdir ki, həmin rəyləri vermiş ekspertlər ittiham tərəfinin mövqeyini təsdiq etməklə işin nəticəsində maraqlı olmuşlar və buna görə həmin ekspertiza rəylərinin sübut kimi qəbul edilməsi yolverilməzdir. Kassasiya şikayətində daha ətraflı təsivr olunmuş dəlillərə əsaslanaraq müdafiəçi Ə.M.Hüseynov onun həmin şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında digər proses iştirakçıları ilə yanaşı həmçinin zərər çəkmiş şəxslərin hüquqi varisləri X7 və X8, habelə zərər çəkmiş hüquqi şəxsin nümayəndəs i Nümayəndə qanuna müvafiq qaydada və müddətdə məlumat verilməsinə baxmayaraq onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə yuxarıda adları çəkilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəm əsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi Ə.M.Hüseynovun həmin şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi Ə.M.Hüseynovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki yekun məhkəmə aktlarını cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini mü əyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya ins tansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilmə si və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin m addədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra mə hkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nai l olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Büununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları hər bir insanın və ümumlikdə dövlətin və cəmiyyətin cnayətkar qəsdlərdən qorunmasını, bu baxımdan belə qəsdlər nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, digər tərəfdən is ə hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmu ş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada g östərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cina yət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər v ə yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin tö rədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublika sı Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Hə min akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzib ati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərin ə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də hökmdən verilmiş apellyasiya şikayətinə işə baxarkən nəinski özü də həmin sübutları təkrarən tədqiq etmiş, eyni zamanda müdafiə tərəfinin vəsatətələrinə əsasən iş üzrə kompleks, əlavə və təkrar yol-nəqliyyat ekspertizalarının təyin olun araq keçirilməsini təmin etmiş və tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət etməsi və belə qənaətə gəlmək üçün onların kifayət etməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir, işin hallarına və toplanmış və araşdırılmış sübutlara uyğundur və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələbl ərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum ibtidai araşdırma və məhkəmə iclasında verdiyi ifadələri ilə yanaşı şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sübut əhəmiyyətli videogörüntülərlə və sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı bir pozuntuya yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollard a əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum 29 noyabr 2019-cu il tarixdə saat 15.50 radələrində «Mercedes Benz-190» markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomaşını sürücülük hüququ olmadan idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla yol-nəqliyyat hadisəsi törətmiş, onun da bu əməli ehtiyatsızlıqdan ağır nəticəyə - iki şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə kollegiyası işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci və apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Əvvəla ibtidai araşdırma zamanı verdiyi ifadələrdən fərqli olaraq Məhku m işə məhkəmələrdə baxılarkən özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməmiş və göstərmişdir ki, o, «9953» nömrəli taksi xidmətində özünə məxsus «Mercedes Benz 190» minik markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə fəaliyyət göstərir. Bu xidmətin ona verdiyi sifariş əsasında 29 noyabr 2019-cu il tarixdə saat təxminən 15.50 radələrində Bakı şəhəri, Təzə Bazarının yaxınlığında tanımadığı sərnişin qızı götürüb Sumqayıt şəhərinə yola düşmüşdür. O, Bakı şəhərinin çıxışında olan tuneldən çıxaraq yolunu davam etmiş, həmin vaxt yolda sıxlıq əmələ gəlmişdir. Bir yük maşını sol tərəfdən onu ötmək istədiyi üçün fikri həmin maşında qalmışdır ki, hadisə baş verməsin. Bu zaman maşının sağ arxa qanadına başqa bir maşının toqquşduğunu hiss etmiş, dərhal maşını sola istiqamətlən dirmişdir. Maşının hərəkətini düzəldərək öz hərəkət zolağı ilə hərəkət etdiyi zaman görmüşdür ki, onun sağ tərəfinə dəyən digər avtomaşın yolun sağ tərəfindəki taxtabeton dirəklərə çırpılıb dayanmışdır. O, dərhal öz avtomaşınını saxlayıb hadisə yerinə getmiş və orada dirəklərə çırpılmış avtomaşının qabaq oturacaqlarında oturmuş sürücünün və sərnişinin hərəkətsiz vəziyyətdə olmalarını görmüşdür. O, hadisə yerinə toplaşan insanlarla birlikdə maşının içərisində sıxılıb qalmış bu iki nəfəri çıxararaq asfalta uzatmış, hadisə yerinə gəlmiş polis əməkdaşları hadisə yerini müəyinə edərkən o, da hadisənin baş verdiyi yeri, hərəkət etdiyi istiqaməti göstərmişdir. Məhkum həmçinin qeyd etmişdir ki, hadisədən əvvəl o, heç bir manev etməmiş, öz avtomaşınını isə təxminən 5060 km/saat surətlə idarə etmişd ir. İbtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmir, həmin iadələr müstəntiq tərəfindən yazılmış, o, isə protokolu oxumadan imzalamışdır. İbtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə və heç bir təsir və təzyiq göstərilmədən təqsirləndirilən şəxs qismində dindirilərkən isə Məhkum göstərmişdir ki, 29 noyabr 2019-cu il tarixdə saat 15.50 radələrində o, Bakı-Quba-Dağıstan yolunda hərəkətdə olarkən onun idarə etdiyi avtomaşının sürəti təxminən 80 km/saat olmuş, həmin vaxt o, avtomaşını sağ zolaqla hərəkət etdirərkən ondan arxada solda nəqliyyat vasitələri hərəkətdə olmuş, lakin onun sağı boş olmuş, qarşıda yolun sağında yerləşən "Rahat” marketə çata-çatda sürət həddini təxminən 50-60 km/saat həddə qədər azaltmış, avtomaşınının benzini az olduğundan yolun sağında yerləşən "Lukoyl” y anacaqdoldurma məntəqəsinə dönmək və oradan avtomobilə benzin vurmaq məqsədi ilə avtomobilin sağa dönmə işığını yandırıb sağ yan güzgüdən arxaya baxaraq arxada sağda hər hansı bir avtomobil gəlmədiyini görüb idarə etdiyi avtomobilin sükanını sağa döndərib yanacaq doldurma məntəqəsinə tərəf istiqamətləndirmiş, bu an, yəni yanacaq doldurma məntəqəsinə dönmək istəyərkən gözlənilmədən ondan arxadan sağ zolaqla çox yüksək sürətlə gələn "Khazar SD” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin onun idarə etdiyi avtomobilə çatdığını və həmin avtomobilin qabaq sol küncünün onun idarə etdiyi avtomobilin arxa sağ yan tərəfinə dəydiyini sağ yan güzgüdən görmüşdür. Onların avtomobilləri toqquşduğunu görən kimi, o, idarə etdiyi avtomobili sola qaçırmış və bu vaxt, bir neçə saniyə sonra bərk t oqquşma səsini eşitmişdir. O, da idarə etdiyi avtomobili yolun sağında saxlayıb geri qayıtdıqda onun avtomobili ilə toqquşan "Khazar SD” markalı avtomobilin toqquşmadan sonra yolun sağına istiqamətlənib həmin yerdə, yanacaq doldurma məntəqəsinin başlanğıcında yerləşən taxta-beton dirəklərə dəydiyini, avtomobilin içərisində olan sürücü və sərnişinin öldüklərini görmüşdür. O, dərhal 102 xidmətinə zəng etmiş və həmin vaxtı artıq hadisə yerinə polis əməkdaşları gəlmişlər. Meyitlər avtomobildən çıxarılmış və meyitxanaya yola salınmış, o, isə hadisə yerində qalaraq polis əməkdaşlarının keçirdikləri baxışda iştrak etmişdir. Məhkum məhkəmə iclaslarında bu ifadələrini təsdiq eməsə də, əvvəla həmin ifadələrin hər hansı qanun pozuntusu ilə alınması iş materialları ilə müəyyən edilmir, digər tərəfdən isə həmin ifadələr iş üzrə toplanmış və araşdırılmış digər sübutlarla da tam uzlaşır. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri tamamilə haqlı olaraq Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrə üstünlük verərək onun məhkəmə iclaslarında verdiyi ifadələrini özünü müdafiə xarakterli və məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirmiş və həmin ifadələri araşdırılmış digər sübutlarla birgə təhlil edib müqayisə etməklə qiymətləndirərək məhkumun nəzərdən keçirilən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olması barədə mötəbər nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, bu nəticə ehtimallara əsaslanmamış və hadisənin baş vermə mexanizmi barədə Məhkum ibtidai araşdırma zamanı göstərdik ləri həmçinin yol nəqliyyat hadisəsi yerinə baxış və nəqliyat vasitələrinə baxış keçirilməsi haqqında 29 nqoyabr 2019-cu il tarixli protokollarla və iş üzrə keçirilmiş çoxsaylı ekspertizaların rəyləri ilə təsdiq olunur. Belə ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 29 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, hadisə Bakı-Quba-Dağıstan sərhəddi yolunun 7-ci kilometrliyində, yolun sağ kənarında 1-ci zolaqda sağdan 0,60 metr məsafədə baş vermişdir. Hər iki avtomobil Quba rayonu istiqamətində hərəktdə olmuşlar. «Khazar SD» markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağında olan beton-taxta maneyeyə dəyib dayanmış, «Mersedes Benz» **-MR-*** dövlət qeydiyyat nişanlı markalı avtomobil isə qabaqda yolun sağ hissəsində dayanmışdır. Nəqliyyat vasitələrin ə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında eyni tarixli protokollardan göründüyü kimi, «Khazar SD» markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi, qabaq sol yan hissəsi əzilmiş, dağılmışdır. Avtomobilin dam hissəsi əzilmişdir. Qabaq sol təkərdə hava təzyiqi zərbənin təsirindən azalmış, qabaq ön şüşə sınmış vəziyyətdədir. «Mersedes Benz 190» markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanadı və arxa sağ qapısı əzilmiş və zədələnmiş vəziyyətdədir. İbtidai araşdırma zamanı keçirilmiş yol nəqliyyat hadisələri ekspertizasının 05 mart 2020-ci il tarixli 3126 saylı rəyi ilə müəyyən edilir ki, «Mersedes Benz 190» markalı **-MR*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azə rbaycan Respublikası Qanununun 42-ci maddəsinin I hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin I hissəsinin tələbəinə görə isə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Məhkəmə-trassoloji ekspertizasının 27 yanvar 2020-ci il tarixli 31237 saylı rəyinə əsasən, nəqliyyat vasitələri ilkin kontakt anında «Xəzər SD» markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadı ilə «Mersedes Benz 190» markalı **-MR*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanadı arasında toqquşma təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. Cinayət işinin materiallarından görünür ki, apellyasiya şikayətlərinə və onlara edilmiş əlavəyə apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında baxılarkən müdafiə tərəfi məhkəməyə 29 noyabr 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin hallarını özündə əks etdirən və CD diskdə yazılmış videogörüntüləri təqdim edərək həmin videogörüntülər əsasında kompleks, əlavə və təkrar yol-nəqliyyat ekspertizalarının keçirilməsi barədə vəsatətlər qaldırmış və həmin vəsatətlər məhkəmə tərəfindən təmin edilərək 22 aprel 2021-ci il tarixli qərarla əlavə kompleks kompüterptexniki və yol nəqldiyyat ekspertizası, 23 noyabr 2021-ci il tarixli qərarla əlavə yol-nəqliyyat ekspertizası və 03 dekabr 2021-ci il tarixli qərarla əlavə yol-nəqliyyat ekspertizası təyin edilib keçirilərək müvafq rəylər alınmışdır. Belə ki, əlavə kompleks kompüter-texniki və yol-nəqliyyat hadisəsi ekspertizasının 12 iyul 2021-ci il tarixli 8/1102-4/677 nömrəli rəyindən görünür ki, ekspertlər təqdim olunmuş videogörüntülərə əsasən müəyyən etmişlər ki, hadisədən əvvəl Məhkum idarə etdiyi «Mersedes Benz» markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomaşın həmin videogörüntünün 00.00.21 saniyəsindən 00.00:28-ci saniyəsinədək, yəni 07 saniyə müddətində öz hərərək zolağından sağa doğru manevr etmiş, 00.00.28-ci saniyədə əvvəlki hərəkət istiqamətinə qayyıtmağa çalışmış, 00.00.30 -cu saniyədə Zərərçəkmiş şəxs2 idarə etdiyi “Xəzər SD” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın qarşıda gedən yük avtomaşınının sağ ön tərəfində sağa meyl edərək hərəkətini davam edir, bu an “Mersedes Bens” markalı avtomaşın əvvəlki hərəkət istiqamətini keçərək yük maşınının hərəkət zolağına daxil olur, 00.00.32-ci saniyədə “Xəzər SD» yolu sağ tərəfindəki ilə maneə ilə toqquşur və eyni vaxtda “Mersedes Bens” markalı avtomaşın öz hərəkət zolağına qayıdır. Bununla belə ekspertlər belə nəticəyə gəlmişlər ki, “VİD-20191130- WA0001” adlı videoyazı ilkin olmayıb təkraryazma yolu ilə əldə olmuş, videoyazıda ətraf mühitin imitasiyası, kəskin kadr dəyişiklikləri, kadrdaxili montaj əlamətləri müəyyən olunmadı. Digər dəyişikliklərin olub-olmamasını videoyazının təkrar yazılması səbəbindən müəyyən etmək mümkün o lmadı. Həmin videoyazıdakı gürüntülərə görə, “Mersedes Benz” markalı avtomaşın öz hərəkəti istiqamətini videoyazının əvvəlindən olmaqla 21, 188-ci san-də sağa (hərəkət istiqamətində) doğru dəyişir. Lakin nəqliyyat vasitəsinin istiqamətinin dəyişməsinin «Khazar SD» markalı nəqliyyat vasitəsi ilə toqquşmadan əvvəl və ya sonra olmasını, eləcə də yerdəyişmə məsafəsini və yerdəyişmə zamanı sürətini tədqiqi hissədə göstərilən səbəblərdən müəyən etmək mümkün olmadı. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “Mersedes Benz” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum və “Khazar SD” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyil. Eyni nətic əyə ekspert X apellyasiya instansiyası məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarına əsasən təyin edilmiş əlavə yol-nəqliyyat hadisələri ekspertizası üzrə verdiyi 03 noyabr 2021-ci il tarixli 8/2501 saylı rəyində də gəlmişdir. Müdafiəçi Ə.M.Hüseynov kassasiya şikayətində Məhkum yuxarıda göstərilən ekspertiza rəylərinə və sonuncunun məhkəmə iclslarında verdiyi ifadələrinə əsaslanaraq 29 noyabr 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin mexanizmini belə təsvir etmişdir ki, Məhkum özünə məxsus, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mersedes Benz” markalı, 10-MR- 766 dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə saat 15-50 radələrində Bakı-Quba-Dağıstan sərhəddi yolu ilə Quba şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən, g östərilən yolun Binəqədi rayonu ərazisindən keçən 7-ci kilometrliyində həmin vaxt onun arxa sağ yan tərəfi ilə eyni istiqamətdə hərəkət edərək onun avtomobilinə nəzərən böyük sürət fərqi ilə həmin avtomobilə sağdan ötmə məqsədilə yaxınlaşmaqda olan və Məhkum avtomobilinə tam yaxınlaşarkən, sonuncunun sağındakı meydançadan boz rəngli bir başqa “Mersedes” markalı naməlum avtomobilin sağdan onun hərəkət zolağına yaxınlaşaraq, hərəkət zolağına daxil olmaq istəyini görüb bunu özü üçün təhlükə hesab edən “Khazar SD” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 həmin naməlum “Mersedes” markalı boz rəngli avtomobilin qarşısından təhlükəsiz məsafədən keçib getmək məqsədilə öz soluna manevr etmiş, bu zaman Məhkum avtomobilinə çatdığından, arxadan sonuncunun avtom obilinin arxa sağ qanadının yan - çöl səthindən sağdan sola istiqamətdə vuraraq Məhkum avtomobilini sağa, yəni öz hərəkət zolağına istiqamətləndirmiş, lakin bu zaman, sabit sürətlə düzünə hərəkətdə olaraq heç bir manevr etməyən Məhkum toqquşmaya ani olaraq reaksiya verib dərhal sükanı sola buraraq, idarə etdiyi avtomobili öz hərəkət zolağına istiqamətləndirib avtomobili hadisə yerindən qabaqda saxlamışdır. Məhkum avtomaşını ilə toqquşduqdan sonra Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobil isə sağa doğru istiqamətlənərək, yolun sağ kənarında olan yaşıl çəmənliyin kənarında quraşdırılmış beton-taxta qoruyucuya çırpılmış, bunun nəticəsində də həm Zərərçəkmiş şəxs2, həm də avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs1 aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər. Lakin aparılmış təhlil göstərir ki, bu mexanizm həm Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrinə, həm də videogörüntülər əsasında yuxarıda təsivr edilmiş ekspertizaların aparılması zamanı araşdırılmış hallara tamamilə zidd olmuşdur. Həmçinin müdafiəçinin təsvir etdiyi mexanizmin mümkünsüzlüyü, digər tərəfdən isə 29 noyabr 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Məhkum təqsirliliyi apellyasiya şikayətlərinə və onlara edilmiş əlavəyə məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında keçirilmiş təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 21 yanvar 2022-ci il tarixli 8/3337 saylı rəyi ilə də müəyyən edilir. Həmin rəyə görə, hadisənin məhkəmə tərəfindən qərarda müdafiə tərəfinin vəsatətinə əsasən göstərildiyi kimi, baş verməsi şəraitində “Mercedes Benz 190” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir, bu şəraitdə “Khazar SD” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eyni zamanda ekspert iş üçün əhəmiyyətli hal olması baxımından CPM-nin 97.6.4-cü maddəsinin tələblərini rəhbər tutaraq öz təşəbbüsü ilə avtomobillər arasında toqquşmanın istintaq tərəfindən müəyyən edilmiş hadisə mexanizminin işin hallarına daha uyğun olması barədə nəticəyə gələrək göst ərmişdir ki, bu şəraitdə “Mercedes Benz 190” markalı **-MR*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin 3.4-cü bəndində həmçinin qeyd olunmuşdur ki, hadisənin istintaq tərəfindən müəyyən edildiyi şəraitdə baş verməsi daha inandırıcıdır və bu şəraitdə “Khazar SD” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən 29 mart 2022-ci il tar ixli qərarından görünür ki, məhkəmə bu rəyi araşdırılmış digər sübutlarla, o cümlədən həmin rəyin vermiş və onu məhkəmə iclasında təsdiq edən ekspert Xin ifadələri ilə birgə tədqiq edib bütün sübutlara həm ayrı-ayrılıqda, həm də məcmu qaydasında qiymət verərək belə qənaətə gəlmişdir ki, 29 noyabr 2019-cu il tarixdə saat 15.50 radələrində Məhkum idarə etdiyi avtomaşın öz yolu ilə düzünə hərəkətdə olarkən arxadan ona nəzərən yolun sağ tərəfi ilə hərəkətdə olan “Khazar SD” markalı avtomobilin sola istiqamətlənərək “Mercedes Benz” 190 markalı avtomobilin arxa sağ qanadının yan hissəsi ilə toqquşması şəraitində toqquşmanın sürücü Məhkum görünüş dairəsindən kənarda baş verməsi, yəni toqquşmanın sürücü Rzayev üçün gözlənilməz olması nəzərə alınmaqla sonuncu toqquşmanı dərk edərək reaksiya verib a vtomobili sola istiqamətləndirənə qədər bir neçə saniyə ərzində sağa doğu manevr etmiş, məhz həmin manevr zamanı onun sağ yan hissəsi ilə eyni istiqamətdə hərəkətdə olan “Khazar SD” markalı avtomaşın qabaq sol yan hissəsi ilə “Mersedes Benz 190” markalı avtomaşının arxa sağ hissəsi ilə toqquşmuş və yalnız bundan sonra “Khazar SD” markalı avtomaşın yolun sağ hissəsində quraşdırılmış maneəyə dəymişdir. Təsvir olunan vəziyyətdə sürücü Məhkum idarə etdiyi “Mercedes Benz 190” markalı avtomobili sağa manevr etdirməzdən əvvəl ondan sağ zolaqla nəqliyyat vasitəsi hərəkətdə olduğu vəziyyətdə onun hərəkətinə üstünlük verərək təhlükəsiz keçib getməsini təmin etməli və təhlükəsizliyin təmin olunması şəraitində idarə etdiyi avtomobili sağa doğru manevr etdirməməli idi. Lakin, istintaq tərəfindən müəyyə n edildiyi kimi, “Khazar SD” markalı avtomobilin sağ zolaqla hərəkətdə olduğu vəziyyətdə sürücü Məhkum “Mercedes Benz 190” markalı avtomobili sağ zolağa istiqamətləndirməsi, bu zaman “Khazar SD” markalı avtomobilin hərəkəti üçün təhlükə yaratması və nəqliyyat vasitələrinin toqquşması şəraitində onun sağa doğru apardığı manevr hərəkət təhlükəsizliyini təmin etməmiş, bununla da o, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməmiş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşin hallarından göründüyü kimi, xüsusi biliklərdən istifadə etməklə rəy vermiş və cinayət prosesində marağı olmayan ekspert S.C.Qədirov CPM-nin 97.6.4-cü maddəsinin tələblərini rəhbər tutaraq iş üçün əhəmiyyətli hal kimi yuxarıda qeyd olunan avtomobillər arasında toqquşmanın istintaq tərəfindən müəyyən edilmiş hadisə mexanizmi üzrə baş verməyə daha uyğun olması barədə nəicəyə gəlmişdir. CPM-nin 97.6.4-cü maddəsinin tələblərinə görə isə ekspertin həyata keçirdiyi hüquqlardan biri də qarşısına qoyulan suallara və səlahiyyətinə aid iş materiallarının tədqiqi zamanı aşkar edilmiş və ekspertizanın predmeti daxilində digər hallara dair rəy verməkdir. Belə olan halda, kassasiya kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürdüyü, hadisə mexanizminə dair dəlillərini əsaslı hesab etməyərək belə nəticəyə gəlir ki, iş materiallarına əlavə edilərək qanuna uyğun qaydada qiymətləndirilmiş sübutlar toplusu, habelə işin nəticəsində marağı olmayan müstəqil ekspertin dəyərləndirməsi cinayət hadisəsinin müdafiə tərəfindən təqdim etdiyi şəraitdə baş verməsini istisna edir. Məhkəmə kollegiyası Məhkum CM-nin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi haqda məhkəmələrin iş üzrə gəldikləri nəticə ilə razılaşarq eyni zamanda vurğulayır ki, həmin nəticə təkcə məhkəmə iclaslarında araşdırılmış sübutların məcmusuna deyil, həmçinin qanunvericiliyin normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında əksini tapmış hüquqi mövqeyə və Ali Məhkəmənin tövsiyələrinə əsaslanmışdır. Kassasiya şikayətində əsasən yuxarıda təsvir edilən ekspertiza rəylərinin mötəbər sübut kimi dəyərləndirilməsi mübahisələndirilsə də, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən rəylərin və ekspertlərin ifadələrinin şübhə altına alınması və onların yolverilməz sübutlar kimi qiymətləndirilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ekspertizanın aparılmasına dair CPMnin XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu da nəzərə alır. Belə ki, “Yevgeniya Lazar Rumınyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini ə saslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsində toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə avtomobili sürücülük hüququ olmadan idarə edib, iki şəxsin hadisə yerində ölməsi ilə nəticələnən ağır yol- nəqliyyat hadisəsi törətməsi tamamilə sübuta yetirilmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarında təsbit edilmişdir ki, məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və məhkəmə-yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutla r əsasında verilməsinə yönəldilsin. Həmin qərarda həmçinin qeyd edilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyy at vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yolnəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ba xılan işdə CPM-nin 42ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasyia şikayətində müdafiəçi Ə.M.Hüseynov Məhkum CM-nin 263-1.4-cü maddəsi ilə (həmin maddənin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur) təyin olunmuş cəzanın həddindən artıq ağır olması barədə dəlillər göstərməyərək həmin cəzanın yüngülləşdirilməsi və ya başqa cəza ilə əvəz edilməsi barədə tələb irəli sürməsə də, məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə əsasən kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq bu məsələni də yoxlamış və müəyyən etmişdir ki, həmin məsələni həll edən birinci və apellyasiya instansiyası məhkəmələri CM-nin 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl edərək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini nəzərə alaraq Məhkum törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyətini və ailə vəziyyətini səciyyələndirən hallara uyğün olan, CM-nin 263-1.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddinə yaxın həddə - 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmişlər. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçi Ə.M.Hüseynovun kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və Məhkum və onun müdafiəçisi Ə.M.Hüseynovun həmin şikayətin təmin edilməsi, dövlət ittihamçısı H.B.İmranovun isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1- ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar