Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1379/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi X2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Xamməd Nuriyev (sədrlik edən və məruzəçi), Oruc Cəlilov və Əli Əliyevdən ibarət tərkibdə) 1(099)-369/2023 nömrəli 17 noyabr 2023-cü il tarixli hökmü ilə xx xxxx 1990-cı ildə Kürdəmir rayonu Xırdapay kəndrində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, iki azyaşlı uşaq atası, 2-ci dərəcəli əlil, işləməyən, məhkumluğu olmayan, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2 və 182.2.2 ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, ona CM-in 178.2.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.2.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 22 avqust 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etmək məqsədi ilə 14 may 2021-ci il tarixdə saat 14:30 radələrində Kürdəmir rayon Mərkəzi Xəstəxanası “Publik Hüquqi Şəxsin” poliklinikasında həkim mama-ginekoloq işləyən Zərərçəkmiş şəxs1 Kür dəmir şəhəri Heydər Əliyev prospekti 49 №-li ünvanında yerləşən poliklinikaya, yəni Zərərçəkmiş şəxs1 işlədiyi xidməti iş otağına gələrək özünü “Yeni İctimai Nəzarət Şurasının” üzvi kimi təqdim edib, onun müxtəlif şəxslərdən rüşvət almasını, həmin faktlar üzrə video çəkilişlərin olduğunu yalandan bildirib, həmçinin haqqında rüsvayedici məlumatlar yayacağı hədəsi ilə qorxudaraq Zərərçəkmiş şəxs1 500 manat pulu hədə qorxu ilə tələb etmiş, əks təqdirdə haqqında rüşvət alması ilə bağlı, həmçinin rüsvayedici məlumatlar yayacağı ilə hədələmiş, lakin Zərərçəkmiş şəxs1 həmin hədənin real qəbul etsə də, onun çoxsaylı zənglərinə məhəl qoymayaraq qeyd olunan məbləği ona verməkdən imtina etmişdir. Bundan başqa o, təkrarən zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etmək məqsədi ilə 2022-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona müxtəlif nömrələrdən zəng edərək yenidən özünü “Yeni İctimai Nəzarət təşkilatının” üzvü olduğunu, həmin təşkilata onun barəsində kütləvi rüşvət almağı ilə bağlı məlumatlar daxil olduğunu və bu barədə video çəkilişlər olmasını yalandan bildirib, Zərərçəkmiş şəxs1 500 manat pulu hədə-qorxu ilə tələb etmiş, əks təqdirdə haqqında rüşvət alması ilə bağlı, həmçinin rüsvayedici məlumatlar yayacağı ilə hədələmiş, lakin Zərərçəkmiş şəxs1 həmin hədəni real qəbul edərək onun hərəkətləri haqqında 31 yanvar 2022-ci il tarixdə Kürdəmir rayon polis şöbəsinə ərizə ilə müraciət etdikdən sonra ondan pul tələb etməsi ilə bağlı hərəkətlərinə son qoymuşdur. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Kürdəmir rayonu Cəyli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs2 dayandırılmış təqaüdünü tanışlarının köməkliyi ilə bərpa etdirəcəyini yalandan vəd edərək, vahid niyyətlə xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Kürdəmir şəhəri Heydər Əliyev prospektində Kürdəmir Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Şahid1 və Şahid2 vasitəsi ilə 900 manat pulunu, xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Kürdəmir şəhəri Heydər Əliyev prospektində Kürdəmir Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Şahid1 və Şahid2 vasitəsi ilə 1400 manat pulunu, xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Kürdəmir şəhəri, X3 küçəsində yerləşən Kürdəmir rayon mər kəzi xəstəxanasının həyətində Şahid1 və Şahid2 vasitəsi ilə 200 manat pulunu, xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində isə Kürdəmir şəhəri Heydər Əliyev prospektində “dörd yol” adlanan ərazidə Zərərçəkmiş şəxs2 300 manat pulu alaraq ələ keçirməklə, Zərərçəkmiş şəxs2 ümumilikdə 2800 manat maddi ziyan vurmaqla ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Kürdəmir rayonu Cəyli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs3 dayandırılmış təqaüdünü tanışlarının köməkliyi ilə bərpa etdirəcəyini yalandan vəd edərək, vahid niyyətlə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Kürdəmir şəhəri, Heydər Əliyev prospektində Kürdəmir Rayon İcra Hakimiyyətinin inzibati binasını n yaxınlığında Şahid1 və Şahid2 vasitəsi ilə 1000 manat pulunu, xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Kürdəmir şəhəri, Heydər Əliyev prospektində Kürdəmir Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Şahid1 və Şahid2 vasitəsi ilə 800 manat pulunu, xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Kürdəmir şəhəri, Heydər Əliyev prospektində Kürdəmir Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında 1000 manat pulu Zərərçəkmiş şəxs3, xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Kürdəmir şəhəri, X3 küçəsində yerləşən Kürdəmir rayon mərkəzi xəstəxanasının həyətində 700 manat pulu Şahid1 və Şahid2 vasitəsi ilə alaraq ələ keçirməklə, Zərərçəkmiş şəxs3 ümumilikdə 3500 manat maddi ziyan vurmaqla ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifad ə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Kürdəmir rayonu Çohranlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şahid5 dayandırılmış təqaüdünü tanışlarının köməkliyi ilə bərpa etdirəcəyini yalandan vəd edərək, sonuncunun atası Zərərçəkmiş şəxs4 vahid niyyətlə xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Kürdəmir şəhəri, X3 küçəsində yerləşən Kürdəmir rayon mərkəzi xəstəxanasının həyətində Şahid1 və Şahid2 vasitəsi ilə 2900 manat pulunu, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Kürdəmir şəhəri, X3 küçəsində yerləşən Kürdəmir rayon mərkəzi xəstəxanasının həyətində Şahid1 və Şahid2 vasitəsi ilə 900 manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs4 ümumilikdə 3800 manat maddi ziyan vurmaqla ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etib ardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Kürdəmir rayonu Karrar kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs5 dayandırılmış təqaüdünü tanışlarının köməkliyi ilə bərpa etdirəcəyini yalandan vəd edərək xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Kürdəmir şəhəri Heydər Əliyev prospektində Kürdəmir Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs5 məxsus 700 manat pulu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 700 manat maddi ziyan vurmaqla ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Kürdəmir rayonu Cəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şə xs6 dayandırılmış təqaüdünü tanışlarının köməkliyi ilə bərpa etdirəcəyini yalandan vəd edərək, 26 iyun 2022-ci il tarixdə, saat 13 radələrində Kürdəmir Xırdapay kəndi ərazisində yerləşən kafedə Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs6 məxsus 1900 manat pulunu alaraq ələ keçirməklə, Zərərçəkmiş şəxs6 ümumilikdə 1900 manat maddi ziyan vurmaqla ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ondan pul tələb etmək məqsədi ilə, Kürdəmir şəhəri, Heydər Əliyev prospektində yerləşən lombardın müdiri işləyən Zərərçəkmiş şəxs7 barəsində və işlədiyi lombard haqqında böhtan xarakterli, eləcədə rüsvayedici video çəkilişlər çəkib internet saytlarında yayacağı hədəsi ilə sonuncunu xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Kürd əmir rayonu Karrar kəndi ərazisində yerləşən “İbrahim” restoranında söhbət edtikləri zaman qorxudaraq 1500 manat pulu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs7 isə həmin hədənin real qəbul edib Kürdəmir şəhəri, Babək prospektində yerləşən “Emil” marketdə yerləşən“ E-Manat” ödəmə terminallarından onun hesab kartına xx.xx.2022-ci il tarixdə, saat 20:20 dəqiqədə 400 manat və xx.xx.2022-ci il tarixdə, saat 16:22 dəqiqədə 200 manat göndərməklə, ümumilikdə Zərərçəkmiş şəxs7 600 manat pulunu hədə-qorxu ilə ələ keçirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və İsmayıl Əhmədovdan ibarət tərkibdə) 01 fevral 2024-cü il tarixli, 1(106)-158/2024 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmamışdır. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi, onun əməlinin CM-in 182.2.2-ci maddəsindən həmin Məcəllənin 182.1-ci maddəsinə tövsif edilməsi, təqsirli bilindiyi CM-in 178.2.2-ci maddəsi ilə ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı sübutlar kifayət qədər araşdırılmamışdır. Belə ki, sübut kimi qəbul olunan CD diskdə əks olunan səs yazısı ona aid olubolmaması barədə ekspertiza keçirilməmişdir. Onun əməli CM-in 182.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmçinin kassator bildirir ki, o, iş üzrə zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, onlara dəymiş ziyan ödənilmişdir. Kassator CM-in 73-cü maddəsinə istinad edərək ziyanın ödənilməsini və CM-in 178.2-ci maddəsi ilə cəzadan azad olunmasını da qeyd edir. Bundan əlavə məhkum şikayətində iki azyaşlı uşağının olmasını, uşaqlarının birinin talassemiya xəstəliyindən əziyyət çəkməsini, özünün İİ qrup əlil olmasını, əməlindən peşman olmasını nəzərə alaraq məhkəmələr onun barəsində CM-in 70-ci maddənin tətbiq edilməsini müzakirə etməmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının, məhkumun və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsin də işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum öz kassasiya şikayətində əməlinin Azərbaycan Respublikası CM-in 182.2.2ci maddəsi ilə tövsif edilməsini mübahisələndirmişdir. O, cinayətin törədilməsində özünü qismən təqsirli bilərək, əməlinin CM-in 182.1-ci maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə təkrar törədildikdə tövsif olunur. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə m üqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları – zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini məhkəmə iclasında tədqiq edib onlara qiymət verərək əsaslı olaraq nəticəyə gəlmişdir ki, Məhkum hədə-qorxu ilə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmə hərəkətlərin təkrar törətməsi tam sübuta yetirilmişdir. Belə ki, həmin sübutlarla müəyyən edilmişdir ki, Məhkum Zərərçəkmiş şəxs1 qarşı hədə-qorxu ilə tələb etmə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 qarşı isə dələduzluq cinayət əməllərini törətdikdən sonra Zərərçəkmiş şəxs7 qarşı hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin qeyd hissəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Ona görə də mə hkəmələr əsaslı olaraq Məhkum əməlini CM-in 182.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 182.2.2-ci maddəsi ilə tövsif etmişlər. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olması barədə kassasiya şikayətinin dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaq ında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 182-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilsə də, onun törətmiş olduğu cinayət əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin keçirilməsi haqqında protokolları, ekspertiza rəyi ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökmdə göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr Məhkum barədə düz gün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum CM-in 178.2.2 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməli tör ətməsi sübut edilmiş, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum barəsində olan apellyasiya məhkəməsinin qərarının əsassız və qanunsuz olması barədə dəlilləri ilə razılaşmır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə o lunması və onların apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkum kassasiya şikayətinin digər dəlili məhkəmələr tərəfindən yüngülləşdirici halları nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası b ildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran v ə yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 ya nvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini isə CM-in 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə almış və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını müəyyən etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 3 il müddətə, həmin Məcəllənin 182.2.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətə azadlıqdan m əhrumetmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 182.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Belə ki, Məhkum əməlində cəzasını ağırlaşdıran halların olmasını m üəyyən etməsə də, kollegiya qeyd edir ki, Məhkum tərəfindən yeddi zərərçəkmiş şəxs barəsində cinayət əməlləri törətmişdir. Məhkum təyin edilmiş cəzanı yüngülləşdirmək üçün cinayət işi üzrə əsaslar müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici halları nəzərə almadan təyin edilməsi barədə dəlilləri əsassızdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə mali k olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv ol unması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları düzgün nəzərə almış və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq Məhkum cəza çəkmədən islah olunmasını və bununla əlaqədar onun barəsində CM-in 70ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Belə ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən t örədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qay da olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi zərurət olmadıqda tətbiq edilə bilər. Cinayət işi üzrə isə belə hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən yuxarıda göstərilən qanun normalarının tələblərini, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin Plenumlarının tövsiyələrini nəzərə almış və məhkuma ədalətli və cəza məqsədlərinə cavab verən cəza təyin etmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməmişdir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı oldu ğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2024-cü il tarixli, 1(106)-158/2024 nömrəli qərarı Məhkum aid hissədə dəyişdirilməd
Məhkəmə qərarları › İş №1(102)-1379/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1379/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver