Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1379/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 dekabr 2024-cü il tarixli 1 (103) – 2599/2024 nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş X9 tərəfindən verilmiş kassasiya şikayətinə (kassasiya şikayətinə əlavə ilə birlikdə) mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırlıq iclasının 18 oktyabr 2024-cü il tarixli qərarı ilə (sədrlik ed ən hakim X.K.Əlisoy) əvvəllər məhkəmədə baxılmış mülki işdə X1 nümayəndəsi olmuş X9nun X6 qarşı sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmuşdur (qərarda düzgün olmayaraq xüsusi ittiham qaydasında şikayət X1 hazırkı icraatda nümayəndəsi tərəfindən verilmiş şikayət kimi qeyd olunmuşdur). Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 dekabr 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.C.Qarayeva, hakimlər F.İ.Əyyubov və E.Ə.Mehdiyevdən ibarət məhkəmə tərkibi) X9nun apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci m addəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair 18 oktyabr 2024-cü il tarixli hazırlıq iclasının qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 dekabr 2024-cü il tarixli qərarından X9 kassasiya şikayəti və kassasiya şikayətinə əlavə, X6 isə kassasiya şikayətinə qarşı etiraz vermişdir. Kassasiya şikayətinin, kassasiya şikayətinə əlavənin və etirazın dəlilləri: X9 kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi əsassız olaraq onun xüsusi ittiham qaydasında şikayətini icraata qəbul etməkdən imtina etmiş, lakin apellyasiya instansiyası məhkəməsi həmin qərardan onun verdiyi apellyas iya şikayətini təmin etməyərək, mübahisələndirilən qərarı dəyişdirilmədən saxlamışdır. Müəllif kassasiya şikayətində göstərdiklərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və onun xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilərək mahiyyəti üzrə baxılmasının, X6in CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin təmin edilməsini xahiş edir. Həmçinin, barəsində şikayət verilən şəxs X6 kassasiya şikayətinə qarşı etiraz verərək, əsassız olduğu üçün kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəl ləsinin 419 və 416-cı maddələri müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Xüsusi ittiham qaydasında şikayət vermiş X9 kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsində təsbit olunmuş apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi (dəyişdirilməsi) əsaslarından hər hansı birinə istinad etməyərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələb irəli sürmüşdür. Məhkəmə kollegiyası X9un apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya instansiyası məhkəməsində mübahisələndirərkən qərarların kassasiya qaydasında ləğv edilməsi əsaslarından hər hansı birinə müraciət etməməsini onun öz mövqeyini kifayət q ədər əsaslandırmadığını göstərən hal kimi qiymətləndirərək, həmin şikayətlə əlaqədar həmçinin aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 302.1-ci maddəsi məhkəmənin hazırlıq iclasının nəticələrinə görə digər hallarla yanaşı aşağıdakı hallar olduqda da xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini tələb edir: _şikayətin məzmunu Azərbaycan Respublikası CPM-in maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (302.1.3); 293.3.1-293.3.7-ci __xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda (CPM, maddə 302.1.6). “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2014-cü il 21 fevral tarixli qərarında (11-ci bənd) cinayət-prosessual qanunun 293.3.1-293.3.7-ci maddələrinə istinad olunmaqla izah edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətdə aşağıdakılar göstərilməlidir: _ şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); _ törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); _ cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; _ şikayətdə göstərilən cinayətin törədilmə hallarının han sı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; _ cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası. Həmçinin, həmin Plenum qərarının 5-ci bəndində izah edilmişdir ki, “Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir”. Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsin ə əsasən CPM-in 302.1.2302.1.4, 302.1.6-302.1.8-ci maddələrində göstərilən hallar olduqda, məhkəmə hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Təsvir olunan normalarla müqayisə etməklə birinci instansiya məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli hazırlıq iclasının qərarına baxdıqda müəyyən olunur ki, məhkəmənin xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərarı əsaslıdır və yuxarıda gətirilən cinayət-prosessual qaydaların tələblərinə cavab verir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X9 xüsusi ittiham qaydasında şikayətində X4 onu təhqir etdiyini iddia etsə də, təhqir hesab etdiyi ifadələrin işlədildiyi mənbə olaraq Nərimanov Rayo n Məhkəməsində baxılan mülki iş üzrə həmin məhkəməyə ünvanlanan “Kredit müqaviləsi üzrə pul vəsaitinin tutulmasına dair iddia ərizəsinin dəyişdirilməsinə (iddia tələblərinin həcminin artırılmasına) dair ərizəni göstərmiş və xüsusi ittiham qaydasında şikayətə əlavə olunan həmin ərizə də X6 tərəfindən deyil, X6in vəkil (nümayəndə) kimi hüquqi yardım göstərdiyi iddiaçı X5 tərəfindən imzalanmışdır. Təhqir olduğu iddia edilən ifadələrin məhkəməyə ünvanlanan iddia tələblərinin həcminin artırılması haqqında ərizədə yerləşməsi və həmin ərizənin müəllifinin də X6 olmadığı xüsusi ittiham qaydasında şikayətin X6 tərəfindən törədilməsi ehtimal edilən hər hansı bir əməli (hərəkət və ya hərəkətsizliyi) əks etdirmədiyini və işlədilən ifadənin təhqir kimi qiymətləndirilməsinin istisna olunduğunu, yəni açı q-aşkar xüsusi ittiham qaydasında şikayətin CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə cavab vermədiyini (CPM-in 302.1.3-cü maddəsində təsbit edilmiş hal), eləcə də xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətlərinin olmadığını (CPM-in 302.1.6-cı maddəsində nəzərdə tutulmuş hal) göstərir. Kassasiya şikayətində birinci və apellyasiya instansiyası məhkəmələrinin öz qərarlarında xüsusi ittiham qaydasında şikayət edən şəxs olaraq X3 qeyd edib X9u (o, hazırkı icraatda deyil, mülki iş üzrə icraatda nümayəndə olduğu halda) xüsusi ittihamçının nümyəndəsi kimi göstərmələri, şikayət X9 tərəfindən imzanlanmaqla (tərtib edilməklə) onun özünə aid dəlilləri əks etdirdiyindən və məhkəmələr məhz həmin dəlilləri təhlil etməklə, şikayətin icraata qəbul edilməsinin qeyri-mümkünlüyü barədə qənaətlərini həmin (X9a aid) dəlillərin araşdırılmasının nəticələrinə görə hasil etdiklərindən, məhkəmə kollegiyası sözügedən yanlışlığı məhkəmələrin hüquqi məsələlər üzrə nəticələrinə təsir göstərməyən formal hal kimi qiymətləndirir. Odur ki, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 302.1.3 və 302.1.6-cı maddələrində göstərilən hallara, habelə CPM-in 302.2.3-cü maddəsinə istinad etməklə xüsusi ittiham qaydasında şikayəti icraatına qəbul etməkdən imtina etməsi məhkəmə kollegiyası tərəfindən əsaslı, cinayətprosessual normaların tələbləri baxımından qanuni nəticə kimi qəbul edilir. Belə olan halda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq onun qərarını dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin 2 dekabr 2024cü il tarixli qərarı da əsassız və qanunsuz qərar kimi qiymətləndirilə bilməz. Bütün bunlar ona dəlalət edir ki, X9un xüsusi ittiham qaydasında şikayəti ilə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsinin nəzərdə tutduğu pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6in çıxışını dinləyib yuxarıda şərh edilən əsaslara görə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X9un kassasiya şikayəti (əlavə ilə birlikdə) təmin edilməməli, onun Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli hazırlıq iclasının qərarından verdiyi apellyasiya şikayəti üzrə Bakı A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 dekabr 2024-cü il tarixli 1 (103) – 2599/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası. Q Ə R A R A A L D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X9nun kassasiya şikayəti (əlavə ilə birlikdə) təmin edilməsin. X6in Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması haqqında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli hazırlıq iclasının qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 dekab r 2024-cü il tarixli 1 (103) – 2599/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1379/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1379/2025
16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver