Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-138/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum1 müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Süleymanov Cavanşir İslam oğlunun, Məhkum2 müdafiəçisi, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili Mütəllimov Abuzər Nemət oğlunun iştirakları ilə xx xxxxxx 1983-cü ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaş ı, orta təhsilli, evli, himayəsində azyaşlı uşaqları olan, Qusar şəhərində yerləşən “Sparta” idman zalında məşqçi işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hal hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə xx xxxx 1986-cı ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, hal hazırda həbsdə olan Məhkum2 CM-nin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum1 müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Süleymanov Cavanşir İslam oğlu və Məhkum2 müdafiəçisi, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun v əkili Mütəllimov Abuzər Nemət oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: E.H.İsmayılov (sədrlik edən), C.İ.Hüseynov və S.İ.Əliyev) Məhkum1 Azərbaycan Respublikası CM-nin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 12.1, 218.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətə, CM-nin 12.1, 279.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaqla ona qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəza çəkməsinin başlanğıcının xx xxxxxx 2018-ci il tarix dən hesablanması hökm edilmişdir. Məhkum2 Azərbaycan Respublikası CM-nin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 12.1, 218.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətə, CM-nin 12.1, 279.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaqla ona qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəza çəkməsinin başlanğıcının xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X4 Azərbaycan Respublikası CM-nin 12.1, 218.2, 12.1, 279.1, 12.3, 214.2.1 və 12.3, 214.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumların müdafiəçil əri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), R.K.Səfərov və R.M.Abdulov) apellyasiya şikayətləri təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, X4 və digər Azərbaycan Respublikasının vətəndaşları ilə cinayətkar birlik (təşkilat) halında, Azərbaycan Respublikasının hüdudlarından kənarda ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış, Birləşmiş Millətlər Təşkilatının 2170 (2014) saylı qətnaməsi ilə terrorçu təşkilat kimi tanınmış "X8" adlı cinayətkar birliyin (təşkilatın) tabeçili yində olan, Suriya Ərəb Respublikasının Hələb şəhərində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan Gürcüstan vətəndaşı X şəxsin rəhbərlik etdiyi X2 adlı silahlı birləşmənin fəaliyyətində dini düşmənçilik zəminində iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. Belə ki, Məhkum1 dini düşmənçilik zəminində qəsdən Suriya Ərəb Respublikasının ərazisində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə xx xxxx 2013-cü il tarixdə Türkiyə Respublikasına getmiş, həmin gün Türkiyə Respublikasının Reyhanlı qəsəbəsi istiqamətindən şəxsiyyəti məlum olmayan İldırım adlı şəxsin köməkliyi ilə Türkiyə-Suriya sərhədini qanunsuz yolla keçərək Suriyanın Atma şəhərinə çatmışdır. Məhkum1 Emin Quliyevin də həmin vaxt üzv olduğu həmin dövlətin ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış x3 adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan X Gürcüstan vətəndaşının rəhbərlik etdiyi "X6" camaatı adlı ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış qanunsuz silahlı birləşmənin tərkibinə daxil olaraq xx xxxx 2013-cü il tarixdən xx xxxxxx 2013-cü il tarixədək olan müddət ərzində həmin silahlı birləşmənin nəzarətindəki təlim düşərgələrində qruplaşmanın digər üzvləri ilə birlikdə fiziki hazırlıq üzrə təlimlərdə iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. 2013cü ilin avqust ayının 03-də Məhkum1 Suriya-Türkiyə sərhədini qanunsuz olaraq keçməklə Trabzon şəhərinə gəlmiş, xx xxxxxx 2017-ci il tarixdə isə Azərbaycan Respublikasına geri qayıtmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, X4 və digər Azərbaycan Respublikasının vətəndaşları ilə cinayətkar birlik (təşkilat) halında, Azərbaycan Respublikasının hüdudlarından kənarda ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış, Birləşmiş Millətlər Təşkilatının 2170 (2014) saylı qətnaməsi ilə terrorçu təşkilat kimi tanınmış "X8" adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan, Suriya Ərəb Respublikasının Hələb şəhərində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzər də tutulmayan Gürcüstan vətəndaşı X şəxsin rəhbərlik etdiyi X2 adlı silahlı birləşmənin fəaliyyətində dini düşmənçilik zəminində iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. Belə ki, Məhkum2 dini düşmənçilik zəminində qəsdən xx xxxxxxxx 2012-ci il tarixdə Türkiyə Respublikasına getmiş, orada bir müddət qaldıqdan sonra Türkiyə Respublikasının Hatay qəsəbəsi istiqamətindən şəxsiyyəti məlum olmayan şəxsin köməkliyi ilə Türkiyə-Suriya sərhədini qanunsuz yolla keçərək Suriyanın Atma şəhərinə çatmışdır Məhkum2 Emin Quliyevin də həmin vaxt üzv olduğu həmin dövlətin ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış x3 adlı cinayətkar birl iyin (təşkilatın) tabeçiliyində olan X Gürcüstan vətəndaşının rəhbərlik etdiyi X2 camaatı adlı ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış qanunsuz silahlı birləşmənin tərkibinə daxil olaraq xx xxxxxxxx 2012-ci il tarixdən xx xxxxxx 2012-ci il tarixədək olan müddət ərzində bu birləşmənin rəhbərliyinin tapşırıqları əsasında həmin ölkənin Atma şəhərində olan mühacirlərə müxtəlif formada köməklik etmiş, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. 2012ci ilin dekabr ayının 31-də Məhkum2 Suriya-Türkiyə sərhədini qanunsuz olaraq keçməklə İstanbul şəhərinə gəlmiş, orada bir müddət qaldıqdan sonra Rusiya Federasiyasına getmiş, xx xxxxxxx 2015-ci il tarixd ə isə Rusiya Federasiyasından Azərbaycan Respublikasına deportasiya edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarının və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünün ləğv edilməsi və Məhkum1 barəsində cinayət işi üzrə icraata xitam verilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, aparılmış məhkəmə araşdırmaları ədalətli olmamış, tərəflərin bərabərliyi və çəkişməsi tam şəkildə təmin olunmamış, müdafiə tərəfinin vəsatətləri təmin edilməmişdir. Müdafiəçi hesab edir ki, Məhkum1 haqqında olan məhkəmə qərarları cinayət mühakimə icraatının prinsiplərinə ziddir, ehtimallara və yolverilməz sübutlara əsaslanır, müdafiə hüququnun və insan və vətənda ş hüquq və azadlıqlarının kobud pozuntuları ilə çıxarılmışdır. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarının və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünün ləğv edilməsi və Məhkum2 barəsində cinayət işi üzrə icraata xitam verilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, Məhkum2 barəsində olan məhkəmə qərarları qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, iş üçün mühüm əhəmiyyət kəsb edən bir sıra mühüm xüsusatlar məhkəmə araşdırmasından kənarda qalmışdır. Müdafiəçi qeyd edir ki, Məhkum2 və digər təqsirləndirilən şəxslərin ittiham aktında qeyd olunanlar onların ilkin izahat və ifadələrinə əsaslanır. Həmin ifadələrdən təqsirləndirilən şəxslər imtina etmişlər və bildirmişlər k i, həmin ifadələri fiziki və psixi təzyiq altında vermişlər. Müdafiəçi həmçinin qeyd edir ki, Məhkum2 və müdafiəçisinin istintaqda və məhkəmədə verdiyi vəsatətlər hər hansı bir əsaslandırma olmadan rədd edilmiş, dəlilləri yoxlanmamışdır. Müdafiəçi hesab edir ki, ”x3” və “X7” təşkilatlarının fəliyyətini qadağan edən və onları cinayətkar terror təşkilatlarına aid edən Azərbaycan Respublikasının normativ aktları olmadığından Azərbaycan Respublikası vətəndaşlarının orada iştirakı ilə bağlı məsuliyyətləri istisna edilir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum1 müdafiəçisi C.Süleymanovun və Məhkum2 müdafiəçisi A.Mütəllimovun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və ap ellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərində məhkumlar Məhkum1 və Məhkum2 əsassız olaraq CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə məhkum edilmələri qeyd edilir. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum1 və Məhkum2 məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişlər. Bu zaman məhkəmələr iş üzrə əməliyyat-axtarış orqanları tərəfindən tərtib olunmuş və məhkəmələrdə tədqiq olunmuş sənədlərə, şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictima i təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası kassasiya şikayətlərində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bundan başqa, apellyasiya instansiyas ı məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumların müdafiəçilərinin kassasiya şikayətlərində irəli sürdükləri dəlillər onlar ın apellyasiya şikayətlərində sadaladığı dəlillərdən fərqlənmir və işə baxan apellyasiya instansiya məhkəməsi həmin dəlilləri ətraflı araşdırmaqla məhkumlar Məhkum1 və Məhkum2 qeyd edilən cinayətləri törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin dəlillərin təkrar müzakirəsini və sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Belə ki, cinayət işinin materiallarını təhlil edən məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, Məhkum1 və Məhkum2 CM-in 12.1, 218.2 və 12.1,279.1-ci maddələri ilə verilmiş ittihamlar toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Həmin sübutları araşdırarkən məhkumları n qeyd edilən maddələr ilə cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasın olmadığı aydın görünür. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, məhkumlara CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə bəraət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə dair məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin tələbləri təmin edilə bilməz. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlərin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 barələrində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-138/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-138/2020
22.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver