Məhkəmə qərarları › İş №1(102)-138/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-138/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-138/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 sentyabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X10 (sədrlik edən), X4 və X6 ibarət tərkibdə) 17 fevral 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1992-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 06 iyul 2020- ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən), X12 və X9 ibarət tərkibdə) 9 sentyabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(099)-177/2021 saylı hökmü apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Mə hkum 06 iyul 2020-ci il tarixdə saat 18 radələrində Masallı şəhəri M.Hüseyn küçəsində qonşusu Zərərçəkmiş şəxs ilə söhbət edib həbsdə olan atası X1 barədə nə fikirdə olduğunu aydınlaşdırmaq istəyərkən Zərərçəkmiş şəxs ona atası ilə heç bir probleminin olmamasını, yaşca ondan kiçik olduğunu, danışdığı sözlərə, etdiyi hərəkətlərə fikir verməsi və bu məzmunlu digər sözlər deməsini özünə qarşı qərəzli münasibət hesab edərək bununla bağlı yaratdığı mübahisə zamanı, ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib, birgəyaşayış qaydalarını kobud sürətdə pozaraq özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub xuliqanlıq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlmiş, Zərərçəkmiş şəxs oturduğunu görərək həmin vəziyyətdən istifadə edib onu qəsdən öldürmək məqsədiylə üzərində ola n zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən, açılıb-qatlanan cib bıçağını çıxarıb həmin bıçaqla əvvəlcə Zərərçəkmiş şəxs üz nahiyəsinə iki dəfə zərbə vurmaqla ona sağ qulaq seyvanın bir ədəd kəsilmiş yarası, sağ aşağı göz qapağının bir ədəd və çənəaltı nahiyənin bir ədəd deşilmiş-kəsilmiş yaraları kimi, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, zərbənin təsirindən Vüqar Ağayin özünü itirib ondan uzaqlaşmaq istəməsinə və ona müqavimət göstərməməsinə baxmayaraq onun üzərinə gedib əlindəki bıcaqla sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin sol yarısının arxa hissəsinin döş boşluğuna nüfuz edən bir ədəd və qarının ön divarının qarın boşluğuna nüfuz etməklə bağırsaq müsaqirəsini və böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər yetirərək, ümumilikdə 4 bıcaq zərəbəsi vurmuş, yetirdiyi xəsarətlərdən Zərərçəkmiş şəxs öləcəyini, eyni zamanda hadisə yerinə kənar şəxslərin gələcəyini zənn edərək cinayəti törətməkdə istifadə etdiyi bıcağı zərərçəkmiş şəxsin üzərində saxlayaraq hadisə yerindən qaçıb uzaqlaşmış, zərərçəkmiş şəxs həmin yerə gəlmiş yaxınlarının köməyi ilə vaxtında xəstəxanaya yerləşdirilib ona göstərilən ixtisaslı tibbi yardımlar nəticəsində həyatı xilas olunduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs öldürə bilməyib qəsdən öldürməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmələrin qərarları qanunsuz və ədalətsizdir, iş materiallarına əsaslanmır və iş üzrə bütün xüsusatlar yoxlanılmadan çıxarılmışdır. Belə ki, Məhkum həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərmişdir ki, 06 iyul 2020-ci ildə saat 18 radələrində anası Nərminə Əliyeva, bacısı Şəbinə Əliyeva və qardaşı Zamin Əliyevlə yaşadığı evin həyətində oturub söhbət etdiyi zaman küçədə bir nəfər şəxsin ucadan nalayiq söyüşlər söydüyünü eşitmiş, ailə üzvləri həyətdə olduğu üçün həmin şəxsin nalayiq ifadələr işlətməsinin qarşısını almaq üçün həyətdən küçəyə çıxmışdır. Küçəyə çıxanda nalayiq sözlər işlədən şəxsin qonşusu Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Zərərçəkmiş şəxs yaxınlaşaraq ailə üzvlərinin həyətdə olduğunu və küçədə nalayiq söyüşlər işlətməməsini demişdir. Zərərçəkmiş şəxs isə ona qarşı nalayiq sözlərlə söy müş və sonra onu gözləyən markasını xatırlamadığı və sürücüsünü tanımadığı avtomobilə minmişdir. İş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin verdiyi hadisəni konkret şəkildə göstərdiyi ifadələrdən fərqli olaraq qeyri-müəyyən şəkildə verdiyi ifadələrində hadisə baş verən günü Məhkum ona yaxınlaşaraq bir qədər kənara gəlməsini dediyini, cəzaçəkmə müəssisəsində olan atası ilə nə problemi olduğunu, o isə Məhkum atası ilə heç bir probleminin olmadığını və sözlərinə fikir verməsini dediyini göstərmişdir. Həm məhkəmə, həm də ibtidai istintaq zamanı cinayət işi birtərəfli, qeyriobyektiv araşdırılmış, yalnız zərərçəkmiş şəxsin yaxın qohumları dindirilmişdir. Məhkum ifadələrində göstərdiyi xüsusatları yoxlamamaqla cinayət prosesini həyata keçirən orqanlar baş ve rmiş hadisəni heç bir səbəb olmadan törədilməsi kimi təqdim etməyə çalışmışlar. Məhkum hərəkətlərində xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd cinayətinin əlamətlərindən söhbət belə gedə bilməz. Hökmdə heç bir sübutla təsdiq olunmadığı halda, ehtimallara əsaslanılmışdır. Bundan başqa, hadisə şəxsi münasibətlər zəminində baş vermişdir. Qeyd edildiyi kimi, Məhkum münaqişənin yaranmasına səbəbi ilə bağlı göstərdikləri daha inandırıcıdır. Belə ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxslər eyni şəhərdə yaşayırlar, qonşudurlar, onlar arasında əvvəllər hər hansı bir münaqişə, ədavət və düşmənçilik olmamışdır. Onlar demək olar ki, hər gün rastlaşırlar, niyə Məhkum zərərçəkmişdən məhz həmin gün atası barədə hansı fikri olduğunu soruşmuşdur. Eyni zamanda təqsirləndirilən şəxsin ictimai q aydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqcasına hörmətsilik niyyətinin olduğu hökmdə əsaslandırılmamışdır. Müdafiəçi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəşinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosess ual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhk əməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasi bətini bildirir. Kassasiya şikayətində məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifi mübahisələndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Mə cəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesin in tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşd ıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərin dən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun CM-in 29,120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, Məhkum əsasən Məhkum 06 iyul 2020-ci il tarixdə saat 18 radələrində Masallı şəhəri M.Hüseyn küçəsində qonşusu Zərərçəkmiş şəxs ilə söhbət edib həbsdə olan atası X1 barədə nə fikirdə olduğunu aydınlaşdırmaq istəyərkən Zərərçəkmiş şəxs ona atası ilə heç bir probleminin olmamasını, yaşca ondan kiçik olduğunu, danışdığı sözlərə, etdiyi hərəkətlərə fikir verməsi və bu məzmunlu digər sözlər deməsini özünə qarşı qərəzli münasibət hesab edərək bununla bağlı yaratdığı mübahisə zamanı üzərində olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən, açılıb-qatlanan cib bıçağını çıxarıb həmin bıçaqla əvvəlcə Zərərçəkmiş şəxs üz nahiyəsinə iki dəfə zərbə vurmaqla ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarə tlər yetirmiş, zərbənin təsirindən Vüqar Ağayin özünü itirib ondan uzaqlaşmaq istəməsinə və ona müqavimət göstərməməsinə baxmayaraq onun üzərinə gedib əlindəki bıcaqla sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək, ümumilikdə 4 bıcaq zərəbəsi vurmuş, yetirdiyi xəsarətlərdən Zərərçəkmiş şəxs öləcəyini, eyni zamanda hadisə yerinə kənar şəxslərin gələcəyini zənn edərək cinayəti törətməkdə istifadə etdiyi bıcağı zərərçəkmiş şəxsin üzərində saxlayaraq hadisə yerindən qaçıb uzaqlaşmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Məhkum CM-in 29,120.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirlə ndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyinə dair kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinini dəlillərini də nəzərə almaqla aşağıdakiları qeyd etməyi zəruri hesab edir: Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 de kabr 2002-ci il tarixli qərarının 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində təsbit olunmuş cinayətin ictimai təhlükəli nəticəsi olaraq şəxsin xuliqanlıq niyyəti ilə həyatdan məhrum edilməsi çıxış edir. Kassasiya şikayətində Məhkum Zərərçəkmiş şəxs öldürmək məqsədinin olmadığı, onu öldürmək niyyəti olduğu halda bu cinayəti başa çatdırmaq imkanına malik olduğu halda bunu etməməsi, mübahisənin məhz zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində başlaması göstərilsə də, müdafiə tərəfinin bu dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Məhkum edilmiş şəxsin zərərçəkmiş şəxsi öldürmək məqsədinin, ümumiyyətlə, əməlində xuliqanlıq niyyətinin olmaması ilə bağlı ifadəsində göstərilən, işin müəyyən edilmiş halları ilə ziddiy yət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, xüsusən də, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyi ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Belə ki, cinayət işinin materiallarından, məhkəmələr tərəfindən araşdırılmış sübutlardan göründüyü kimi, Məhkum qəsdinin Zərərçəkmiş şəxs məhz xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə yönəldilməsi məhkəmələr tərəfindən mötəbər sübutlarla müəyyən edilmişdir. Məhkum zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə yönələn hərəkətlərində xuliqanlıq niyyətinin əlamətləri -atası X1 barədə nə fikirdə olduğunu aydınlaşdırmaq istəyərkən Zərərçəkmiş şəxs ona atası ilə heç bir probleminin olmamasını, yaşca ondan kiçik olduğunu, danışdığı sözlərə, etdi yi hərəkətlərə fikir verməsi və bu məzmunlu digər sözlər deməsini özünə qarşı qərəzli münasibət hesab edərək bununla bağlı yaratdığı mübahisə zamanı, ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib, birgəyaşayış qaydalarını kobud sürətdə pozaraq özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Məhkum zərərçəkmiş şəxsi qəsdən öldürmək istəməsini təsdiq edən-hadisə zamanı hərəkətlərinin xarakteri, xüsusən zərərçəkmiş şəxsə bıçaq zərbələri vurarkən həddən artıq aqressiv olması, onun zərərçəkmişə yetirdiyi bıçaq zərbələrinin sayı və zərbələrin yetirildiyi bədən nahiyələri, xüsusən zərbələrdən birinin həyat üçün təhlükəli olması və ağır zərərvurmaya səbəb olm ası, zərbələrin ardıcıl olaraq yetirilməsi, eyni zamanda hadisə yerinə kənar şəxslərin gələcəyini zənn edərək cinayəti törətməkdə istifadə etdiyi bıcağı zərərçəkmiş şəxsin üzərində saxlayaraq hadisə yerindən qaçıb uzaqlaşması kimi mötəbər məlumatlara düzgün hüquqi qiymət verilmişdir. Belə ki, «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli qərarının 3-cü bəndində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmələrə izah etmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı mü nasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Yuxarıda adı çəkilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında həmçinin göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niy yəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Məhkəmə kollegiyası Ali Məhkəmənin Plenumunun göstərilən qərarının müddəalarına istinad edərək hesab edir ki, aşağı instansiya məhkəmələri Məhkum 06 iyul 2020-ci il tarixdə saat 18 radələrində Masallı şəhəri M.Hüseyn küçəsində qonşusu Zərərçəkmiş şəxs ilə söhbət edib həbsdə olan atası X1 barədə nə fikirdə olduğunu aydınlaşdırmaq istəyərkən Zərərçəkmiş şəxs ona atası ilə heç bir probleminin olmamasını, yaşca ondan kiçik olduğunu, danışdığı sözlərə, etdiyi hərəkətlərə fikir verməsi v ə bu məzmunlu digər sözlər deməsini özünə qarşı qərəzli münasibət hesab edərək öz şəxsiyyətini zərərçəkmiş şəxsin fövqündə qoyaraq, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib, heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsə bıçaqla çoxsaylı xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməyə cəhd etdiyi, lakin cinayət törətməyə yönəlmiş qəsdən edilən hərəkətini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilmədiyi barədə əsaslı nəticəyə gəlmişlər.Göstərilən nəticə, yəni Məhkum CM-in 29, 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, məhkumun qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərt ərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı c inayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Apellyasiya Məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin bu barədə d əlilləri əsassızdır. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 29,120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil. Buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 sentyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəm üvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 sentyabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar