Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-138/2024 15.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 228.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli, 1(103)-887/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Təqsirləndirilən şəxs xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla eyni ünvanda yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmiş, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkoti k vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, zavod üsulu ilə istehsal edilmiş, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı bir ədəd soyuq silahı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’’-in İ siyahısına daxil edilən 8,905 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 sentyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün saat 14:00-da Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Bakı Dəmirolu Vağzalının qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi, zavod üsulu ilə istehsal edilmiş, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı bir ədəd soyuq silah əynindəki cins şalvarının sağ kəmər hissəsindən, eləcə də qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 8,905 qram çəkidə narkotik vasitə heroin ayrıayrılıqda 3,930 qram və 4,975 qram olmaqla qara rəngli gödəkçəsinin sol tərəfdən iç cibindən iki ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X1 qızı (sədrlik edən), X10 və X2 ibarət məhkəmə tərkibində) 17 fevral 2023-cü il tarixli, 1(101)-535/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 234.1-1-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 228.4-cü maddəsi ilə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının CM-in 66.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs c əzaçəkmə müddətinin başlanğıcının 27 sentyabr 2022-ci il tarixindən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır.
4. Hökmdən məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X7 və X6 ibarət tərkibdə) 11 aprel 2023-cü il tarixli, 1(103)-887/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-535/2023 nömrəli, xx.xx.2023-cü il ta rixli hökmünün dəyişdirilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-535/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 234.1-1-ci maddəsi ilə 5 (beş) il müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 3 (üç) il 06 (altı) aya endirilməsi, Azərbaycan Respublikasının CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli, 1(103)887/2023 nömrəli qərar ından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
7. Dövlət ittihamçısı tərəfindən kassasiya protestinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində hər hansı yeni cəzanı yüngülləşdirən hal müəyyən etməmiş, təyin edilmiş cəzanı ümumi mülahizələrlə yüngülləşdirmişdir. Belə ki, həmin hallara nəzər saldıqda müəyyən edilir ki, Təqsirləndirilən şəxs şəxsiyyətiəvvəllər 2 dəfə qəsdən törədilmiş az ağır cinayət (CM 185.2.1,177.2.3) törətməyə görə məhkum olunmuş, sonuncu cəzadan dövlətin atdığı humanist addımdan yararlanaraq, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “8 Noyabr - Zəfər Günü mün asibətilə amnistiya elan edilməsi haqqında” Qərara əsasən vaxtından əvvəl azad edildikdən qısa müddət keçdikdən sonra islah yoluna qədəm belə qoymadan yenidən ağır cinayət törətmiş, narkotik vastənin təsiri altında üzərində soyuq silah gəzdirən, yəni daha ağır cinayət törətmək iqtidarında olması istisna edilməyən kifayət qədər ictimai təhlükəli bir şəxs, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri-iş üzrə məlum olan hallardan göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən 2 dəfə az ağır, 1 dəfə ağır cinayət törətmişdir ki, bu cinayətlərin ardıcılığına diqqət yetirsək, hər növbəti cinayətin ictimai təhlükəliliyi əvvəlkinə nisbətdə daha ağırdır. Həmçinin, Təqsirləndirilən şəxs subaydır və tutulana qədər işsiz olmuşdur. Qərarda isə Tə qsirləndirilən şəxs digər ailə tərkibi və həmin ailə şəraitinə hansı təsirinin olması ilə bağlı hər hansı bir əsaslandırma yoxdur. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi Təqsirləndirilən şəxs hər iki cinayət əməlini qəsdən törətmiş, üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı həmin maddənin şəxsi istehlak miqdarından təxminən 59 dəfə, külli miqdarından isə 4,5 dəfə artıq olmuşdur. Bundan başqa, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Hansı ki, məhkəmə kollegiyası nəzərə almalı idi ki, Təqsirləndirilən şəxs məhz son nəticədə cəzasının yüngülləşdirildiyi CM-nin 234.1-1-ci maddəsinə münasibətdə özünü təqsirli bilməmişdir. Və sonda, sözügedən qərarın qanun və məntiq normaları ilə uzlaşmad ığını şərtsiz təsdiq edən bir xüsusatı qeyd etməyi mütləq və zəruri hesab edir, belə ki, məhkəmə kollegiyası, tərəfindən də mübahisələndirilməyən - böyük ictimai təhlükə törətməyən cinayətə görə, CM-in 228.4-cü maddəsi ilə maksimum həddə təyin edilmiş cəza (1 il azadlıqdan məhrum etmə) ilə razılaşdığı halda, ağır cinayətə görə, CM-in 234.11-ci maddəsi ilə təyin edilmiş cəzanı isə demək olar ki, minimum həddə (3 il 6 ay azadlıqdan məhrum etmə) endirmişdir.
8. Bununla da apellyasiya instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəza hissəsində düzgün araşdırma aparılmaması qeyd edilərək, protestdə göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətl əndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli, 1(103)-887/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
9. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.
10. Qərardan kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM -in 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini m üəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, m übahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli, 1(103)-887/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayə t xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onlar ın hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 v ə 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
19. Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüqu qi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
21. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsi rkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
22. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
23. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər
24. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
25. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
26. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.
27. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilm iş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
28. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
29. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.4-cü maddəsinin sanksiyasında isə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə i slah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.
30. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 5 (beş) il müddətə, 228.4-cü maddəsinə görə isə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəzaları CMin 66.3-cü maddəsinə əsasən qismən toplamaqla ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
31. Apellyasiya instansiya məhkəməsi isə məhkuma təyin edilən cəzanın, cəza təyin edilmənin ümumi prinsiplərinə zidd olması qənaətinə gələrək, birinci instansiya məhkəməsinin hökmünü cəza təyini hissəsində dəyişdirərək, məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının həddini 3 (üç) il 6 (altı) aya endirərək, ona CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.
32. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs gənc olmasını, ağciyər vərəmi xəstəliyindən əziyyət çəkməsini və qismən etirafedici ifadələr verməsini cəzasını yüngülləşdirən hallar kimi, məsuliyyətini ağırlaşdıran halın isə müəyyən edilməməsini müəyyən etmişdir.
33. Apellyasiya instansiya məhkəməsi məhkumun cəzasını yüngülləşdirərkən belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxsin gənc olmasını, ağciyər vərəmi xəstəliyin dən əziyyət çəkməsini, qismən etirafedici ifadələr verməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul etmiş, lakin cəza təyini zamanı həmin hallar təqsirləndirilən şəxsin cəzasının həddində öz əksini tapmamışdır.
34. Kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın yüngülləşdirilməsi və dövlət ittihamçısı tərəfindən bunun qanunsuz və əsassız olmasına dair verilmiş kassasiya protestinin dəlillərinə münasibətdə qeyd edir ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, apellyasiya instansiya məhkəməsi də məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini endirməklə həmin cəzanı məqsədlərinə nail olunmasını haqlı olaraq mümkün hesab etmişdir.
35. Kassasiya protestinin dəlilləri qismində istinad edilən məhkumun əvvəllər 2 dəfə qəsdən törədilmiş az ağır cinayət törətməyə görə məhkum olunması, həmçinin ona təyin edilən cəza növünün onun şəxsiyyətinə və törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyinə uyğun olmamasına münasibətdə kollegiya qeyd edir ki, cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Kəpəz Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli qərarı ilə barəsində çıxarılmış hökm dəyişdirilərək ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. 5 noyabr 2021-ci il tarixli 8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarına əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 gün hissəsini çəkməkdən azad edilərək, üzərindən məhkumluğu götürülmüşdür.
36. Həmçinin, tərtib edilmiş ittiham aktının təsviri-əsaslanıdırıcı hissəsində Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi səciyyələndirilmişdir.
37. Kassasiya kollegiyası qeyd edir ki, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv etdiyindən, şəxs artı q islah olunmuş şəxs kimi qəbul edilir. Bu halda, şəxs yeni cinayət törədərkən cəza təyini zamanı əvvəlki ödənilmiş və ya götürülmüş məhkumluqları onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilə bilməz və ya bu hal onun barəsində ağır cəzanın təyin edilməsinə əsas verə bilməz.
38. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi istər əməlin, istərsə də məhkumun şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla, ədalətli və əsaslı hesab edilməlidir.
39. Bu səbəbdən kassasiya protestinin dəlilləri qismində sadalanan hallar qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün kifayə t qədər əsas hesab edilməli deyil.
40. Qeyd olunan hallar baxımından Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanın apellyasiya instansiyası məhkəməsi tərəfindən yüngülləşdirilməsi bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətləndirilə bilməz.
41. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM -nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
42. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 11 aprel 2023-cü il tarixli, 1(103)-887/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 228.4-cü maddələri ilə məhk um olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli, 1(103)-887/2023 nömrəli qərarı apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.