Məhkəmə qərarları › İş №1(102)-1380/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1380/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1380/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, X1 katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili Hüseynov Əli Meybulla oğlunun, Məhkum iştirakları ilə xx.xx.xxxx-ci ildə ünvan1 anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, xxx xxx vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan1 ünvanında qeydiyyatda olan və ünvan2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi,, Abşeron rayon Vəkil Bürosunun vəkili Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli hökmü ilə (hakim Mətanət Hacıyeva) Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəss isəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 mart 2022-ci il qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), R.A.Qaraqurbanlı və V.Ə.Mursaqulov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Məhkum xx xxx xxx-ci il tarixdə saat 23:15 radələrində Şahid1 adına olmaqla, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Volkswagen Jetta” ma rkalı, **XX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx küçəsi ilə xx prospekti istiqamətində sağdan üçüncü zolaqla saatda 60 km sürətlə hərəkətdə olarkən ünvan 3 ünvanının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yol hərəkətinin iştirakçısı kimi hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməmiş və yol hərəkəti qaydalarını pozub yolun hərəkət hissəsini sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ yan hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya baş beyin toxumasının hər iki alın, gicgah və təpə paylarına, qişalarına, sol gicgah əzələsinə və kəllənin dərialtı yumşaq toxumasına qansızma, ənsə nahiyəsinin əzilmiş yarası, burun və sol qulaq qanaxması ilə müşayiət olunan ənsə-sol təpə-sol gicgah sümüyünün kəllə əsasına keçən, basılma xarakterli sınıqları, sağ İ, İİ, İİİ, İV, V və sol İ, İİ, İİİ qabırğaların fərqli xətt üzrə çoxsaylı sınıqları, sağ kürək nahiyəsi, hər iki bazu oynağının arxa səthi, sağ kürəkaltı nahiyə, sağ diz oynağının iç səthi, sol diz oynağının ön səthinin qançırları, sol budun arxa səthi, sol baldırın iç səthinin sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan xəsarətlər yetirmiş və nəticədə Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məh kumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs Məhkum ifadələri müstəntiq tərəfindən düzgün yazılmamış, nəticədə baş vermiş avtoqəza hadisəsinin mexanizmi real həqiqəti əks etdirmədiyindən, həmin məlumatlar əsasında gəlinən nəticə də, alınmış məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyi də mötəbər sübut hesab edilə bilməz. Müdafiəçi hesab edir ki, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və bu da məhkumun təqsirliliyi məsələsinin həll edil məsinə öz təsirini göstərmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi Ə.Hüseynovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Z.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlü yünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Şikayətdə qeyd edilir ki, məhkəmələr tərəfindən kifayət qədər araşdırılma aparılma dan Məhkum CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək əsassız olaraq məhkum edilmişdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sen tyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X8rşı” 9 de kabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsasland ırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X6 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında həmçinin qeyd edilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutu lmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, z ərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakç ılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Məhkum ona Az ərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki,hadisədən əvvəl idarə etdiyi “Volkswagen Jetta” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Q.Qarayev prospekti istiqamətində soldan üçüncü hərəkət zolağı ilə saatda 60 kilometr sürətlə hərəkətdə olmuşdur. Kifayət qədər aralıdan diqqətini cəlb etmişdir ki, ondan sağdakı üçüncü hərəkət zolağında, yəni sağ səkinin kənarında bəlkə “İsuzu”, bəlkə “Ford”, bəlkə də başqa markalı,adətən şəhərdə ərzaq daşımaqla məşğul olan orta ölçülü bir yük avtomobili dayanmışdır.Həmin avtomobil öz hərəkət zolağında tam hərəkətsiz dayandığına və onun hərəkəti üçün heç bir təhlükə yaratmadığına, aralarında boş bir hərəkət z olağı olduğuna görə o, həmin avtomobilin yolda dayandığını görəndən sonra da sürətini azaltmadan yoluna davam etmişdir. O, həmin yük avtomobilinin bərabərliyinə çatmağa təxminən 20-25 metr, bəlkə də maksimum 30 metr qalmış bir piyadanın iti sürətlə qaçaraq yolu sağdan sola keçmək istədiyini görmüş və hərəkət istiqamətini dəyişmədən dərhal ayağını tormoza atmışdır.Lakin belə başa düşmüşdür ki, ayağının tormoza çatdığı anla piyadanın vurulması eyni vaxtda baş vermişdir. Zərbədən piyada bir qədər irəliyə sağa atılmış, orta zolağa düşüb hərəkətsiz qalmışdır. O, tez avtomobildən düşüb piyadaya yaxınlaşmışdır ki, arxadan gələn başqa avtomobillər piyadanın üzərindən keçməsinlər. Dərhal bu barədə təcili tibbi yardıma məlumat vermişdir. Bir dəqiqə keçməmiş təcili tibbi yardım maşını gəlmişdir. Onla r piyadanı müayinə edib artıq keçindiyini bildirmişlər. İstintaq zamanı ifadəsini oxumuş, piyadanı 10 metr məsafədən deyil, 20-25 metr məsafədən gördüyünü, piyadanın yolu yavaş yerişlə deyil, iti yerişlə keçdiyini, yolun kənarında yük avtomobili dayandığını deyərək, ifadəsinin düzgün yazılmadığına görə etiraz etmişdir. Müstəntiq ona kömək edəcəyini bildirdiyi üçün ona inanıb ifadəsini imzalamışdır. Sonradan iş Nizami RPİ-nin İŞdən prokurorluğa göndərilmişdir. Prokurorluğun müstəntiqi onu dindirməmiş, heç bir araşdırma aparmamış,əvvəlki verdiyi ifadəsini çıxardıb ona imzalatdırmışdır. Təqsirləndirilən şəxs Məhkum ibtidai istintaqda verdiyi ifadəsi ilə birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun müdafiəçisinin iştirakı ilə təqsirlən dirilən şəxs qismində ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Məhkum həmin ifadəsində göstərmişdir ki, 2019-cu ildən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi, 3cü dərəcəli müfəttiş vəzifəsində çalışmışdır. 11 sentyabr 2020-ci il tarixdə saat 23:15 radələrində faktiki mülkiyyətində olan, lakin adına sənədləşdirmədən etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Volkswagen Jetta” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xxx küçəsi ilə xxx prospekti istiqamətində sağdan üçüncü zolaqla 60 km/saat sürətlə hərəkətdə olmuşdur. Rüstəmov küçəsi, ev 73 ünvanının qarşısında sağ tərəfində markası və dövl ət qeydiyyat nişanını xatırlamadığı avtomobil olmuş, sağ tərəfdə yerləşən beton səkinin üzərindən yolu sağdan sola doğru adi yerişlə keçən sonradan adını bildiyi piyada Zərərçəkmiş şəxs təxminən 10 metr məsafədən görmüş, əyləcə basaraq avtomobilin sükanını sola doğru çevirmək istəmiş, lakin, yolun sağından 7 metr məsafədə Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ yan tərəfi ilə vurmuş, sonuncu avtomobilin sağ yan güzgüsü və alın şüşəsinə dəyərək yerə yıxılmışdır. Dərhal avtomobildən düşərək Zərərçəkmiş şəxs yaxınlaşmış, sonuncunu yerdə hərəkətsiz vəziyyətdə görüb digər avtomobillər tərəfindən vurulmaması üçün avtomobillərin sürücülərinə sağdan birinci zolağı tutmağı işarə etmiş, TTYS-na zəng edib həkim dəvət etmiş, lakin, hadisə yerinə gəlmiş həkimlər Zərərçəkmiş şəxs öldüyünü bildirmişlər.Bu ndan sonra o, hadisə yerində qalıb polis əməkdaşları tərəfindən aparılan araşdırmada iştirak etmiş və sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçmişdir. Hadisə baş verərkən avtomobilində əlavə yük və sərnişin olmamış, hadisə zamanı ayıq olmuş, yol şəhər işıqları ilə işıqlandırılmış, piyada Zərərçəkmiş şəxs gördüyü anda avtomobili dayandırmaq imkanında olmadığını düşündüyü üçün baş vermiş hadisədə özünü günahkar hesab etməmişdir. İş materiallarından görünür ki, Məhkum Bakı şəhəri Nizami Rayon Prokurorluğunda şahid qismində dindirilərkən verdiyi ifadəsi, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə eynilik təşkil edir. Eyni zamanda, iş materiallarında olan 25 sentyabr 2020-ci il tarixli şahidin ifadələrin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Məhkum Rüstəmov küçəsi 73 saylı ünvanının qarşısından keçən avtomobil yolunu göstərərək hadisənin həmin ərazidə baş verdiyini bildirmişdir. Bundan sonra, o, göstərmişdir ki, 11 sentyabr 2020-ci il tarixdə saat 23:15 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Volkswagen Jetta” markalı **-XX-*** dövlət qeydiyyat şanlı avtomobilində tək olmaqla xxx küçəsi ilə xxx prospekti istiqamətində sağdan üçüncü zolaqla saatda 60 km/sürətlə hərəkətdə olmuşdur. Rüstəmov küçəsi 73 saylı ünvanın qarşısına çatdıqda sağ tərəfində markası və dövlət qeydiyyat nişanı yadında olmayan avtomobil hərəkət etmişdir. Təxminən 10 metr məsafədən yolu sağ tərəfdə yerləşən beton səkinin üzərindən sol tərəfə adi, yavaş yerişlə keçən piyadanı görmüş, tormoz edərək avtomobilin sükanın ı sola çəkmək istəyərkən yolun sağından soluna doğru 7 metr məsafədə həmin piyadanı avtomobilin qabaq sağ yan tərəfi ilə vurmuş, piyada avtomobilin sağ yan güzgüsü və alın şüşəsinə dəyib yerə yıxılmışdır.Həmin yerdə avtomobili saxlamış və sonra avtomobildən düşərək həmin piyadanın yerdə tərpənməz vəziyyətdə uzanmasını görüb həmin şəxsin yolda digər avtomobillər tərəfindən vurulmasının qarşısını almaq üçün onu uzandığı yerdən qaldırmadan gələn avtomobillərə sağdan birinci zolağı tutmağı işarə etmiş və TTYS-na zəng etmişdir, TTY avtomobili hadisə yerinə gəldikdən sonra həkimlər ilkin tibbi ardım üçün həmin şəxsə yaxınlaşdıqda öldüyünü bildirmişlər. Birinci instansiya məhkəməsində ittiham tərəfinin vəsatəti əsasında dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mə rkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin baş eksperti X10 məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.xxxx-ci il tarixli, 8/1982 nömrəli rəyini müdafiə edərək bildirmişdir ki, təhqiqat tərəfindən verilən məlumatlara əsasən piyadanın adi yerişlə vurulmaya qədər 7 metr məsafə qət etməsi, avtomobilin 60 km/saat sürətlə hərəkətdə olması, piyadanın avtomobilin qabaq tərəfi ilə vurulması, yol şəraiti nəzərə alınmaqla rəy vermişdir. Bütün bu məlumatlara əsasən “Volkswagen Jetta” markalı, ***-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texni ki imkanı olmuşdur. Tərəfindən rəy verilərkən ayıq vəziyyətdə olan piyadanın adi yerişlə hərəkət sürətinə uyğun tədqiqat aparılmışdır. Piyadanın sərxoş olması vəziyyətində isə onun hərəkət sürəti ayıq vəziyyətə uyğun hərəkət sürətindən kiçik olduğundan, sərxoş vəziyyətdə olduğu şəraitdə onun yolun hərəkət hissəsinə daxil olduğu andan vurulmaya kimi qət etdiyi məsafəyə sərf olunan vaxt ayıq vəziyyətdə olan piyadanın həmin məsafəyə sərf etdiyi vaxtdan böyük olacaqdır. Belə vəziyyətdə isə sürücünün hadisənin qarşısını almaq imkanı daha da artmış olacaqdır. Ona görə də piyadanın sərxoş vəziyyətdə olması rəyin nəticəsinə təsir etməyəcəkdir. Piyadanın hərəkət hissəsinə daxil olduğu anda avtomobil ilə piyadanın arasında 10 metr məsafənin olması real deyildir. Belə ki, avtomobilin 60 km/sürətlə hə rəkətdə olması və piyadanın ayrıcı zolaqdan yolun hərəkət hissəsinə daxil olduğu andan vurulmaya qədər 7 metr məsafə qət etməsi nəzərə alınmaqla qeyd edilir ki, piyada hərəkət hissəsinə daxil olduğu anda avtomobil ilə piyadanın arasında 10 metr məsafənin olması şəraitində piyada yolu keçərkən 42 km/sürətlə hərəkətdə olmalı idi, lakin piyadanın belə sürətlə hərəkətdə olması qeyri-mümkündür. Birinci instansiya məhkəməsində ittiham tərəfinin vəsatəti əsasında dindirilmiş Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi X3 bildirmişdir ki, xx.xx.xxxx-ci il tarixdə cinayət işi başlanılmış, xx.xx.xxxx-ci il tarixdə cinayət işi onun icraatına daxil olmuşdur. Cinayət işi onun icraatına daxil olana qədər İstintaq Şöbəsinin müstəntiqi və prokurorluğun başqa müstəntiqi araşdırma aparmışdır. Təqsir ləndirilən şəxs həmin ifadələri orada da vermişdir. Təqsirləndirilən şəxs Məhkum ali təhsilli şəxsdir, müdafiəçinin iştirakı ilə ifadə vermiş, ifadəsini özünə təqdim etmiş, ifadəsini oxuyub imzalamışdır. Hadisənin şahidi təqsirləndirilən şəxs özüdür və təqsirləndirilən şəxsin ifadəsinin düzgünlüyünü müəyyən etmək məqsədi ilə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi Şahid2 ifadə verərək bildirmişdir ki, hadisədən əvvəl Məhkum tanımamışdır. Onu ilkin olaraq şahid qismində dindirmiş və izahatını almışdır.Hadisə tam olaraq yadında qalmamışdır,amma hadisə zamanı piyada yolu sağ tərəfdən sola doğru keçərkən Məhkum onu avtomobil ilə vurmuşdur. O maşını tək idarə edirdi. Təqsirləndirilən şəxs Məhkum ifadəsi öz sözləri ilə yazılmışdır, ifadənin təhrif olunması qeyri-mümkündür. Sürücü Məhkumla arasında olan söhbətlər tam olaraq yadında deyil. Lakin dəqiq yadındadır ki,onların arasında yük maşını ilə bağlı söhbət olmayıb. Məhkum dindirərkən nə demişdirsə, onu yazmışdır, əlavə heç nə yazmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 2/14582 saylı, xx.xx.xxxx-ci il tarixli aktdan görünür ki, xx.xx.xxxx-ci il tarixdə saat 01:00 radələrində müayinə olunan Məhkum ayıq olduğu müəyyən olunmuşdur. Cinayət işi materialları nda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin meyitin ekspertizasına dair xx.xx.xxxx-ci il tarixli, 123 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin toxumasının hər iki alın, gicgah və təpə paylarına, qişalarına, sol gicgah əzələsinə və kəllənin dərialtı yumşaq toxumasına qansızma, ənsə nahiyəsinin əzilmiş yarası, burun və sol qulaq qanaxması ilə müşayiət olunan ənsə-sol təpə-sol gicgah sümüyünün kəllə əsasına keçən, basılma xarakterli sınıqları, sağ İ, İİ, İİİ, İV, V və sol İ, İİ, İİİ qabırğaların fərqli xətt üzrə çoxsaylı sınıqları, sağ kürək nahiyəsi, hər iki bazu oynağının arxa səthi, sağ kürək altı nahiyə, sağ diz oynağının iç səthi, sol diz oynağının ön səthinin qançırları, sol budun arxa s əthi, sol baldırın iç səthinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər həyatidir, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 11 sentyabr 2020-ci il tarixdə piyada qismində olarkən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yarana bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini daşıyır və baş vermiş ölümlə səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasına və qişalara qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanadakı müayinəsindən 10-12 saat əvvələ uyğun gələ bilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nə ticəsində 0.6%0 qatılıqda etil spirti aşkar olunmuşdur ki, bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.xxxx-ci il tarixli, 8/1982 saylı rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Volkswagen Jetta” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum məhkəmə iclaslarında özünü təqsirli bilməməsi barədə verdiyi ifadələr cinayət işi materialları ilə də təkzib olunur və özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq xarakteri daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, iş m ateriallarından da göründüyü kimi Məhkum ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında Azərbaycan Respublikası CPM-nin 125, 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyi, həmçinin işdə olan digər sübutlarla tam təsdiq olunmuş və Məhkum tərəfindən ittiham olunan cinayətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən cəza təyin edilərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi, xarakterini, məhkumun şəxsiyyəti düzgün nəzərə alınmış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin edilmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sı ra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhk əmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, həmçinin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. “X4rşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsi nin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, apellyasiya instansiya məhkəməsində mə hkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum əməlində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətinin tərkibinin mövcud olması nəticəsinə gəlinərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar