Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1380/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 g ün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək, ona 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə CM-in 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, xxx, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2023-cü il tarixli, 1(107)-135/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq mə hkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 1(091)-49/2023 nömrəli hökmü ilə (hakimlər: N.N.Mirzəyev (sədrlik edən), B.M.Məmmədov və X.M.Məmmədovdan ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 iyul 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: X.H.Səmədov (sədrlik edən), A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 2,210 qram narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanıldığı vaxt üzərində qanunsuz olaraq narkotik vasitələri saxlayaraq daşımaqda şübhəli olduğundan Ağdaş Rayon Polis Şöbəsinə gətirilmək lə, polis şöbəsinin Növbətçi Hissəsində xx.xx.2022-ci il tarixdə saat 00:08-dən 00:21-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd üzərində "Prima” yazısı olan siqaret qutusunun içərisindən satış məqsədi olmadan qanunsuz əldə edərək saxladığı külli miqdarda 1 ədəd selofan bükülüdə təmiz çəkisi 2,210 qram olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib qiymətləndirilməmiş, nəticədə əsassız olaraq əməli külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma kimi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, müvafiq olaraq da o, törətdiyi əməllə uzlaşmayan həddi ndən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum iddia edir ki, əslində onun üzərində yarım qramdan az narkotik vasitə olmuş, saxlanıldıqdan sonra polis şöbəsinə aparılmış və həmin vaxt üzərindən aşkar olunan narkotik vasitənin çəkisi polis əməkdaşları tərəfindən artırılmışdır. Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2023-cü il tarixli hökmünü dəyişdirərək, onun əməlinin CM-nin 234.11-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif etməklə, həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası C inayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində onun əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunduğunu, əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi və ona CMin 234.1-ci maddəsi ilə yüngül cəzanın təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hall arla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zə ruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyy ən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindiyi, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətləri ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma cinayətini törətməsi və həmin əməllə görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyi məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilm işdir. Məhkum külli miqdarda olan 2,210 qram heroin narkotik vasitəsini əldə edib üzərində saxlaması və daşıması (Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayəti törətməsi) barədə qənaət sübutlara və cinayət-hüquq normasının düzgün tətbiq edilməsinə əsaslanan nəticədir. Belə ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyalarına görə həmin normalar (hazırki işin kontekstində) şəxsin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə edilməsinə, saxlanılmasına, daşınmasına görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. “Şəxsi axtarış və götürmə” aparılması haqqında 26 iyul 2022-ci il tarixli protokolda şübhəli şəxs Məhkum qeyd olunan maddənin götürülməsi əksini tapmışdır. Götürmə zamanı şübhəli şəxsin müdafiəçisi iştirak etmiş, etirazlar, protokola dair qeydlər verilməmişdir. Məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 17/588 rəyinə görə kütləsi 2,210 qram (yəni külli miqdarda) olan həmin maddə narkotik vasitə hesab edilən heroindir. 2005-ci il 28 iyun tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”ya (İ siyahıya) əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə, şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik maddə hesab olunur. Ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 1582 nömrəli rəyinə əsasən Məhkum kannbinoiddən sui-istifadə nəticəsində su i-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyi aşkar olunmuş, o, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olan şəxs kimi qiymətləndirilmişdir. İş üzrə şahid qismində dindirilmiş Məhkum saxlanılmasında və baxışın keçirilməsində iştirak etmiş polis əməkdaşları, birinci instansiya məhkəməsində dindirilərkən sonuncudan narkotik vasitənin götürülməsini təsdiq etmişlər, həmçinin ibtidai istintaq zamanı Məhkum özü ondan aşkar edilmiş narkotik vasitənin əldə edilməsi və miqdarı ilə bağlı qismən etiraf edici ifadə vermişdir. Göründüyü kimi Məhkum onun üzərində yarım qramdan az narkotik vasitənin olması və bununla da əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə iddiası sübutlara, onların əsasında müəyyən edilmiş faktiki hallar a və cinayət qanunu normasına əsaslanmır, əksinə Məhkum təqsirliliyinin mötəbərliyi yəni onun külli miqdarda narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşıması heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, məhkum kassasiya şikayətindən fərqli olaraq birinci instansiya hökmündən verilmiş olduğu apellyasiya şikayətində törədilmiş əməli ilə bağlı təqsirsiz olmasını iddia etməmiş, sadəcə ona təyin olunmuş cəzadan narazı olduğu üçün təyin olunmuş cəzanın yüngülləşdirilməsini (çıxışında 6 ay azaldılmasını) xahiş etmişdir. Məhkumun birinci instansiya məhkəməsinin ittiham hökmündən verilmiş şikayətind ə ona bəraət verilməsi və ya əməlinin başqa maddəyə tövsif edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlili irəli sürməməsi, ittiham hökmünü yalnız cəza təyini hissəsində mübahisələndirməsi, apellyasiya məhkəməsinin qərarın qəbul olunandan sonra isə kassasiya qaydasında şikayətini verərək onun ittiham olunan cinayətlə heç bir əlaqəsi olmamasını iddia etməsi məntiqli və ağlabatan görünmür. Göstərilənlərdən çıxış edərək məhkəmə kollegiyası nə məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan işin faktiki hallarını, nə də ki, onların həmin faktlardan hasil etdikləri hüquqi nəticələri, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması, onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını istisna edən hall arın olmaması barədə yekun qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Məhkum təyin olunmuş cəzanın törədilmiş cinayətə uyğun olmaması barədə mövqeyini, onun hərəkətlərində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində deyil, 234.1-ci maddələrində göstərilən cinayətin tərkibinin olması haqqında dəlillə əsaslandığından, bu dəlilin əsassız olduğu isə kassasiya baxışı zamanı müəyyən edildiyindən, kassasiya şikayətində irəli sürülən Məhkum cəzasının yüngülləşdirilməsinə dair tələb də əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən, həm də onu nəzərə alır ki, Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayət lərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, Məhkum cəzasını yüngülləşdirən halların olmamasından, baxılan işdə cəzanın CM-in 65.2ci maddəsinin qaydaları əsasında (onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin – səkkiz ilin yarısından az olmamaq şərtilə) təyin edilməsini tələb edən cəzanı ağırlaşdıran halın – cinayətlərin residivin olmasından, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyata şəraitinə təsirindən çıxış edib Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar a, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3, 41.2 və 66.3-cü maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində və 416.1-ci maddəsinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə qarşılıqlı tədqiq edərək, kassasiya şikayətinin təmin edi lməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib belə qənaətə gəlir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, məhkum tərəfindən verilmiş şikayət təmin edilməməli, mübahisələndirilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2023-cü il tarixli, 1(107)-135/2023 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1380/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1380/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver