Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1380/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum2 müdafiəçisi, Bakı şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Mahmudov Vidadi Cəmil oğlunun iştirakları ilə x xxxxxx 1979-cu ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvə llər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ə yaşamış, hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 yaşamış, hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2024-cü il tarixli 1(105)-695/2024 nömrəli qərarından Məhkum1 özü və müdafiəçisi, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Məhərrəmov Müseyib Yaqub oğlu, Məhkum2 müdafiəçiləri, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Mustafa İlkin Məstan oğlu və Bakı şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Mahmudov Vidadi Cəmil oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2021-ci il tarixli 1(124)-213/2024 nömrəli hökmü ilə (hakimlər: N.N.Hüseynli (sədrlik edən), E.Q.Məmmədov və N.N.Mirzəyev) Məhkum2 - Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 7 yanvar 2021-ci il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ona Azərbayc an Respublikası CM-in 234.4.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməsi əsası ilə bəraət verilməsi hökm edilmişdir. Məhkum1 - Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 7 yanvar 2021-ci il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 1(124)-213/2024 nömrəli qərarı ilə (hakimlər N.N.Hüseynli (sədrlik edən və məruzəçi) E.Q.Məmmədov və N.N.Mirzəyev) Dövlət ittihamçısı1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.3-cü maddəsini əsasən təqsirləndirilən şəxslər Mə hkum2 və Məhkum1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamına müdafiəsindən imtina etdiyinə görə onların barəsində Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsi və onların, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmələri, Məhkum2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3 maddələri, Məhkum1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinin davam etdirilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum2, onun müdafiəçisi Mahmudov Vidadi Cəmil oğlu və Məhkum1 tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2024-cü il tarixli 1(105)-695/2024 nömrəli qərarı ilə (hakimlər: R.Ə.Ağayev (sədrlik edən), R.O.Əsgərova və M.M.Hüseynov) apellyasiya şikayətləri təmin olunmamış, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 1(124)-213/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum2 və Məhkum1 məhkum olunmuşlar ona görə ki, onlar, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və göndərmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “X” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətka r razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “X” adlı şəxsin qeyriləri vasitəsi ilə naməlum tarixdə, vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirməklə satışını təşkil edib birgə qazanc əldə etmək məqsədi ilə göndərdiyi və istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilometrliyində yol kənarındakı torpaq sahədə bir ədəd sarı rəngli sellofan torba içərisində gizlədilib yerləşdirilmiş külli miqdarda ümumilikdə 11275 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə əldə etmək üçün İran İslam Respublikasının vətəndaşı “X” adlı şəxsin təlimatı əsasında 07 yanvar 2021-ci il tarixdə axşam saatlar ında Məhkum1la birlikdə, Məhkum2 idarə etdiyi “Chevrolet Cruze” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonunun Qobu qəsəbəsi ərazisinə getdikdən sonra həmin külli miqdarda narkotik vasitə heroini orada Güzdək daş karxanası istiqamətində uzanan yolun 3- cü kilometrliyində yol kənarındakı torpaq sahədə bir ədəd sarı rəngli sellofan torbada gizlədilmiş yerdən birgə götürüb satış məqsədi ilə əldə edərək saxlayaraq daşımışlar. Məhkum2 və Məhkum1 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum2 və Məhkum1 07 yanvar 2021-ci il tarixdə saat 21:38-də Abşeron rayonunun Qobu qəsəbəsi əraz isində Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilometrliyində yol kənarındakı torpaq ərazidə saxlanıldıqdan dərhal sonra həmin gün saat 21:43-dən etibarən orada Məhkum2 və Məhkum1 üzərilərinə baxış keçirilərkən həmin külli miqdarda narkotik vasitə heroin Məhkum2 əlində saxladığı və təqdim etdiyi bir ədəd sarı rəngli sellofan torbanın içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 2550 qram, 3170 qram, 2990 qram və 2565 qram olmaqla 04 ədəd bağlamalarda aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan əlavə, ibtidai istintaq orqanı tərəfindən Məhkum2 qarşı ittiham irəli sürülümüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsul la hazırlanmış 20,180 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı ünvan 2ni massiv, nömrəsiz fərdi evin zirzəmisində gizlədərək saxlamışdır. 19 yanvar 2021-ci il tarixdə saat 17:00-dan etibarən Məhkum2 yaşayış yeri olan ünvan 2ni massiv, nömrəsiz fərdi evdə axtarış aparılarkən Məhkum2 satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin 20,180 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana 01 ədəd şəffaf sellofan bükümdə olmaqla üzərində «Digital Scale» sözləri yazılmış 01 ədəd qara rəngli elektron tərəzi ilə birlikdə həmin evin zirzəmisindən bir ədəd mavi rəngli sellofan torbanın içərisində aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 müda fiəçisi Mustafa İlkin Məstan oğlu tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2024cü il tarixli qərarının ləğv edilməsi və Məhkum2 bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum2 müdafiəçisi Mahmudov Vidadi Cəmil oğlu tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya məhkəməsinin ilkin baxışında yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası müvafiq qərarı ilə onların apellyasiya şikayəti əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum2 Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə 14 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə ittiham hökmünü ləğv edərək ona CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, CM-nin 32.5, 206.3.2 maddəsi ilə bəraət vermişdir. Ali Məhkəmənin Cinayət Kollegiyası onların kassasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin yekun qərarını ləğv edərək cinayət işinin ərazi aidiyyəti üzrə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılarkən məhkəmə prokuror ittihamdan imtina etdiyi üçün CM-nin 32.5, 206.3.2 maddəsi ilə işin icraatına xitam vermiş, sübuta yetirilmədiyi üçün hökmdə CM-nin 234.4.2-ci maddəsilə (təqsirlə ndirilən şəxsin evində axtarış zamanı narkotik vasitə aşkar edilməsi epizodu üzrə) təqsirləndirilən şəxsə bəraət vermişdir. Göstərilənlərə baxmayaraq Sumqayıt Ağır Cinayətlər Məhkəməsi yeni hökmlə təqsirləndirilən şəxslərə daha ağır cəza, 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Halbuki, cinayətin təkrar törədilməsi ittihamı üzrə (bir epizod üzrə) bəraət verildiyindən məhkəmə təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edə bilərdi. Dövlət ittihamçısı da təqsirləndirilən şəxsə daha ağır cəza (11 il) tələb edərkən qanunun tələblərini pozub. Qanunla yol verilmədiyindən, o, təqsirləndirilən şəxsə 10 ildən artıq cəza təyin edilməsi təklifi ilə çıxış edə bilməzdi. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında, sonradan Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ar aşdırma nəticəsində cinayət işi üzrə CM-nin 32.5, 206.3.2 və 234.4.2-ci maddələri ilə elan edilmiş ittihamların qanunsuz, sənədlər saxtalaşdırılmaqla verildiyi müəyyən edilmişdir. Belə ki, ibtidai istintaq zamanı müəyyən edildiyinə görə "xxxx" MMC-nin cinayət işinə əlavə edilmiş anten məlumatlarından göründüyü kimi ********** nömrəli telefondan Məhkum2 istifadə etdiyi ********** nömrəli telefona əməliyyatın keçirildiyi gün müxtəlif vaxtlarda 10 dəfə, o cümlədən əməliyyatı keçirildiyi ərəfədə Abşeron rayonunun Qobu qəsəbəsində, Güzdək yolunda yerləşən "xxxx" Firmasının yaxınlığından 4 dəfə zəng olmuşdur. Məhz həmin danışıqlara görə Məhkum2 CM-nin 32.5, 206.3.2-ci maddəsilə ittiham verilmişdir. Sorğunun cavabında ********** nömrəsinin kimə məxsus olduğu tam aydın deyildir. Danışıqlar 131 san iyədən 260 saniyəyədək davam etmişdir. Onların vəsatəti əsasında anten məlumatlarının təkrar verilməsi barədə məhkəmə tərəfindən "xxxx" MMC-nə sorğu verilmişdir. Bu dəfə "xxxx" MMC qeyd olunan telefonlar arasında danışıqların həmin vaxtlarda Cəlilabad rayonunun ərazisindən aparıldığı barədə rəsmi arayış vermişdir. Bu arayışda da həmin nömrənin mənsubiyyətini aydınlaşdırmaq mümkün olmamışdır. Bu isə telefon nömrəsinin əməliyyatçılara məxsus olduğuna, əməliyyatın məhz Məhkum2 qanunsuz həbs edilməsi məqsədilə təşkil edildiyinə ciddi şübhələr yaradır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən vəsatət əsasında Məhkum2 ailə üzvləri ilə birlikdə yaşadığı evdə axtarış aparılması və narkotik vasitənin aşkar edilməsi barədə tərtib edilmiş protokolda imzaları olan hal şahidləri dindirilmiş lər. Hər iki hal şahidi axtarışda iştirak etmədiklərini göstərmişlər. Məhkəmə tərəfindən təyin edilmiş xəttşünaslıq ekspertizasının aparılması nəticəsində müəyyən edildiyinə görə hal şahidlərindən birinin əvəzinə axtarış protokoluna başqa şəxs imza etmişdir. Həmin fakt iş üzrə sübutun saxtalaşdırıldığını mübahisəsiz qaydada təsdiq etmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsi ehtimal olunan hər iki cinayət faktına prinsipial və qanuni hüquqi qiymət vermək, xüsusi qərardadla prokurora xəbər vermək əvəzinə birinci fakt barədə, ümumiyyətlə susmuş, ikinci fakt barədə isə hökmün nəticə hissəsində marixuana narkotik vasitəsinin və tərəzinin prokurorluğa göndərilməsini qərara almaqla işini bitmiş hesab etmişdir. Məhkəmə kollegiyası bu yolla qanunla üzərinə vəzifə kimi qoyulmuş törədilmiş cinayətlə r barədə prokurora xəbər vermək vəzifəsinin icrasından boyun qaçırmış, ehtimal olunan cinayət faktlarının araşdırılmasına şərait yaratmamışdır. Hər iki faktın hər biri məhkəmə kollegiyasının hakimlərinin intizam məsuliyyətinə cəlb edilmələri barədə qərardad çıxarılmasına əsas verir. Məhkəmənin hazırlıq iclasında və məhkəmə baxışı zamanı Məhkum2 cinayət işinin ona qarşı qardaşı X barəsindəki cinayəti işinin ləğv edilməsi ilə əlaqədar qərəzli təşkil edildiyini, polis əməkdaşlarının qanunsuz əməliyyatının qurbanı olduğunu göstərmişdir. Onlar bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində, əvvəlki məhkəmə proseslərindəki çıxışlarında, vəsatət və şikayətlərində ətraflı göstərmişdirlər. Belə ki, təqsirləndirilən şəxs Məhkum2 qardaşı X11 DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatçıları tərəfindən CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli bilinərək tutulmuş, həmin Baş İdarənin xüsusilə mühüm işlər üzrə müstəntiqi polis polkovnik-leytenantı X4 tərəfindən ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş, cinayət işi üzrə onun tərtib etdiyi ittiham aktı Baş Prokurorun müavini tərəfindən 04 sentyabr 2019-cu il tarixdə təsdiq edilərək baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi 25 sentyabr 2020-ci il tarixli 1(101)-141 /2020 saylı hökmlə X8 CM-nin 234.4.3-cü maddəsi təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası hökmdən verdikləri apellyasiya şikayətinə ilkin iclasda baxarkən təhqiqat və ibtidai istintaq zamanı təqsirləndiril ən şəxsin müdafiə hüquqlarının kobud surətdə pozulması barədə vəsatəti təmin etmiş, 11 dekabr 2020-ci il tarixli, 1(103)-1320/2020 saylı qərarla ittiham hökmünü və məhkəmənin hazırlıq iclasının qərarını ləğv edərək cinayət işinin həmin məhkəmənin hazırlıq iclası mərhələsinə göndərmişdir. Ali Məhkəmənin cinayət kollegiyası 04 may 2021-ci il tarixli 1(102)-681/2021 saylı qərarla Baş Prokurorluğun Bakı Apellyasiya Məhkəməsi cinayət kollegiyasının həmin qərarından verdiyi kassasiya şikayətini təmin etməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi 07 iyul 2021-ci il tarixli, 1(101)-1305/2021 saylı qərarla cinayət işini prosessual rəhbərliyi həyata keçirən Baş Prokurorun birinci müavininə qaytarmışdır. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi Orxan Quliyev, Oqtay Nəbiyev və Ba kı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Əzizağa Əliyev barəsində xüsusi qərar çıxarmışdır. Aidiyyəti orqanlar tərəfindən qeyd olunan şəxslərin barəsində görülmüş tədbirlər haqqında məlumatı yoxdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsi 30 iyul 2021-ci il tarixli, 4(005)-731/2021 saylı qərarla X həbsdən azad etmişdir. Hazırda cinayət işinin icraatı dayandırılmışdır. Yuxarıda göstərilənlərə baxmayaraq X14 barəsindəki cinayət işinin istintaqını aparmaqda davam etmiş və cinayət işini baxılmaq üçün prokurorluq vasitəsilə məhkəməyə göndərmişdir. Halbuki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi X həmin cinayət işi üzrə təhqiqatın və ibtidai istintaqın aparılmasından kənarlaşdırılmalı, istintaq qərəzsiz istintaq orqanına həvalə edilməli idi. Yuxarıda göstərilən sənədlərin eh timal olunan saxtalaşdırılması faktları deyilənləri təsdiq edən hallardandır. Təsadüfi deyildir ki, 07 yanvar 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış fəaliyyəti ilə bağlı toplanmış materiallar prosessual qanunvericilik pozulmaqla, şübhə edilən və təqsirləndirilən şəxslərin müdafiə hüquqları pozulmaqla tərtib edilmiş, qanunsuz ittiham üçün əsas yaradılmışdır. Bu barədə aşağıda ətraflı bəhs edilmişdir. Hər iki şəxsin müdafiə hüquqları təhqiqat və istintaq zamanı kobud şəkildə pozulmuşdur. Belə ki, hər iki şəxsə ərazidə olan vəkil qurumlarının növbətçi vəkillərinin siyahısı deyil qanunsuz olaraq bütün vəkillərin siyahısı təqdim edilmişdir. Bu isə ibtidai araşdırmanı aparan şəxsə işə daha "sözəbaxan" "öz vəkilini" qoşmağa imkan vermişdir. İstintaq orqanı da təqsirləndirilən şəxs Məhkum 2 müdafiə hüququnu eyni qaydada pozub. Əslində istər əməliyyat-axtarış fəaliyyəti subyekti, istərsə də istintaq orqanı Məhkum2 və digər şəxsə dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq əvəzinə vəkil qurumlarının vəkillərinin siyahısını təqdim etməklə öz arzusuna uyğun vəkili müdafiəçi qismində dəvət etmək məqsədini güdüb. Buna da nail olub. Vəkillərin təhqiqatçının arzusuna uyğun seçim olduğunu səhərisi gün qanunsuz tərtib edilmiş "Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında" protokola imza etmələri də təsdiq edir. Əməliyyat-axtarış fəaliyyətinin subyekti və təhqiqat orqanı sübutların qanuniliyinin təmin edilməsi ilə əlaqədar prosessual qanunvericiliyin və digər qanunvericilik aktlarının tələbl ərini kobud surətdə pozmuşdur. Bunu aşağıdakılar tam sübut edir. Yuxarıda göstərilən sənədlərin məzmunundan göründüyü kimi Məhkum2 və Məhkum1 əməliyyat qrupunun üzvləri tərəfindən cinayəti törətməkdə şübhə edilən şəxslər kimi izlənməyə, üzərlərində və idarə etdikləri maşında axtarışa məruz qalmışlar və tutulmuşlar. Buna qədər onların cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmaları barədə əvvəldən ayrıca qərar olmamışdır. Onlarda və nəqliyyat vasitəsində axtarış aparılması barədə nə onlar tutularkən dərhal, nə də tutularaq polis idarəsinə gətirildikdən sonra 07 yanvar 2021-ci il tarixdə günün sonunadək axtarış keçirilməsi və əşyaların götürülməsi barədə protokol tərtib edilməmişdir. Axtarış və götürmə protokolu olmadan, başqa sözlə Məhkum2 və Məhkum1 artıq cinayəti törətməkdə şübhəli şəxs qismində saxlansalar və axtarışa məruz qalsalar da Məhkum2 Baş İdarənin təhqiqatçısı X tərəfindən dövlət hesabına müdafiəçi dəvət etmək məqsədilə "Mərkəz" Vəkil Bürosunun bütün vəkillərinin siyahısı təqdim edilmiş, bu barədə 07 yanvar 2021-ci il tarixli protokol tərtib edilmiş, vəkil dəvət edilməsi barədə 07 yanvar 2021-ci il tarixli qərar tərtib edilmiş, işə "Mərkəz" Vəkil Bürosunun vəkili X3 adına tərtib edilmiş 07 yanvar 2021-ci il tarixli order əlavə edilmiş (həmin orderdə Məhkum2 barəsində cinayət işinin "CM-nin 234.4.1 və 234.4.3-cü maddələri" ilə olduğu qeyd edilmişdir), "Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında" 07 yanvar 2021-ci il tarixli protokol əlavə edilmişdir (cild 1, vər. 11-18). Maraqlıdır ki, bütün bunlar axtarış və götürmə protokolunun tərtibindən, "Şübhəli şəxs in tutulması haqqında" 07 yanvar 2021-ci il tarixli qərarın qəbulundan və "Şübhəli şəxsin tutulması haqqında” 07 yanvar 2021-ci il tarixli protokolun tərtib edilməsindən əvvəl baş vermişdir (cild 1, vər. 1920, 43-46). Vəkil hələ tutulmamış və barəsində axtarış və götürmə protokolu tərtib edilməmiş Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məsuliyyət yaradan maddələrin veriləcəyindən "məlumatlı" olmuşdur. Şəxsin hələ cinayət törətdiyi məlum olmadan, cinayət məsuliyyəti üçün hüquqi əsas hesab edilən axtarış və əşyaların götürülməsi protokolu olmadan, şübhəli şəxs hüquqi statusu rəsmiləşdirilmədən ona müdafiəçi dəvət edilmişdir. Özü də növbətçi vəkil yox, Məhkum2 müqavilə əsasında dəvət etdiyi vəkil yox, naməlum və qanunsuz şəraitdə dəvət edilmiş "sərfəli" və "məlumatlı" vəkil təhqiq atçının arzusu ilə müdafiəçi kimi işə qoşulmuşdur. Məhkum2 şübhəli şəxs qismində tutulması barədə "Şübhəli şəxsin tutulması haqqında" qərarın 07 yanvar 2021-ci il tarixdə tərtib edildiyi göstərilsə də, həmin qərarla Məhkum2 07 yanvar 2021-ci il tarixdə saat 21:38-dən tutulmuş hesab edilmişdir (c\i, vər. 19). Məhkum2 '‘Mərkəz” Vəkil Bürosunun vəkili X3 iştirakı ilə şübhəli şəxs qismində tutulması haqqında protokol isə 07 yanvar 2021- ci il tarixdə saat 23:25-də tərtib edilmişdir. Protokolda tutmanın əsası belə göstərilmişdir: "07 yanvar 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin sa tış məqsədi ilə əldə edilməsində, saxlanılmasında, daşınmasında və satılmasında şübhəli bilinən Məhkum2 və Məhkum1 olduğu yer müəyyən edilərək həmin günü saat 21:38-də Abşeron rayonu, Qobu qəsəbəsi, Güzdək daş karxanalarına gedən yolun 3-cü kilometrliyində Məhkum2 idarə etdiyi “Chevrolet Cruze” markalı, **-SL-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq onların üzərlərinə və daşıdıqları sellofan torbaya baxış keçirilən zaman Məhkum2 əlində saxladığı sarı rəngli sellofan torbanın içində olan üzəri sarı rəngli yapışkan lentlə bağlanmış 04 ədəd bağlamanın içərisindən narkotik vasitə heroinə oxşar maddələr aşkar olunaraq götürülmüş, Məhkum2 və Məhkum1 Baş İdarəyə gətirilmişdir. Məhkum2 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 07 yanvar 2021-ci il tarixdə saat 21:38 dəqiqə dən tutulmuş hesab edilir." Hər iki şəxs cinayət başında yaxalanarkən şübhəli şəxs qismində tutma qərarı və protokolu olmamışdır. Hazırkı cinayət işində Məhkum2 və digər şəxs şübhəli şəxs kimi tutulmaları haqqında qərar qəbul edilmədən axtarış və götürməyə məruz qalıblar. Şübhəli şəxs qismində saxlanılaraq polis idarəsinə gətiriliblər. Bu hal yuxarıda qeyd edilən bütün prosessual sənədlərlə təsdiq olunur. Maraqlıdır ki, axtarış və götürmə barədə "Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında" protokol ən axırda, yəni 08 yanvar 2021-ci il tarixdə saat 00:35-dən 01:20-dək tərtib edilib (c/i, vər 43-46). Təhqiqatçı axtarış və əşyaların götürülməsi protokolunun qanuniliyinin təsdiq edilməsi üçün məhkəməyə müraciətdən yan keçmək, guya axtarışın və götürmənin şübhəli şəxsin tutulması haqqı nda qərardan və protokoldan sonra həyata keçirildiyi barədə yalançı təsəvvür yaratmaq istəyib. Vəkilləri axtarış və götürmənin aparılmasına dair protokolun tərtib olunmasında iştirak edən şəxslər kimi həmin protokola daxil ediblər. Bu isə daha pis hüquqi nəticəyə səbəb olub. Sənədlər saxtalaşdırılıb, vəkillər şübhəli şəxslərin tutulması barədə qərar olmadan aparılmış axtarış və götürmənin iştirakçılarına çevriliblər. "Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında" protokol əməliyyat-axtarış fəaliyyətinin həyata keçirildiyi 07 yanvar 2021-ci il tarixdə, şübhəli kimi tutma qərarı olmadan həyata keçirilmiş axtarış və götürməyə aid olsa da qanuniliyinin təsdiq olunması üçün, ümumiyyətlə məhkəməyə təqdim edilməyib. Ona görə də, həmin protokol qanunla müəyyən edilmiş qaydada əldə edilmiş sübut deyildir, hər iki şəxsin qanunsuz narkotik vasitələrin dövriyyəsinə görə ittiham edilmələri və cəzalandırılmaları üçün əsas ola bilməz. Əməliyyat-axtarış fəaliyyəti zamanı çəkilmiş videgörüntülər "Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında" protokola əlavə edilməmişdir. Cinayət işin əlavə edilmiş və məhkəmə baxışı zamanı onların vəsatəti əsasında nümayiş etdirilmiş videogörüntülərdə hər iki şəxsin izlənməsi, narkotik vasitələri əvvəlcədən qoyulmuş yerdən götürmələri, tutulmaları anı əks olunmamışdır. Əməliyyat-axtarış subyektlərinin və təhqiqatçının tərtib etdikləri qərar və protokollar prosessual sənədlər kimi qanunun tələb etdiyi qaydada qeydiyyata alınmayıb. Məhkəmə baxışı zamanı bunun səbəbləri araşdırılmayıb və hüquqi qiymət verilməyib. Halbuki, bu prosessual qanunveri ciliyin sübutların qanuniliyinin təmin edilməsinə yönələn tələbidir. Cinayət işinə əlavə edilmiş, Baş İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən tərtib edilərək imzalanmış və Baş İdarənin rəisi cənab Əbülfəz Rzayev tərəfindən təsdiq edilmiş "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında" 7 yanvar 2021-ci il tarixli qərar qanuniliyinin təsdiq edilməsi üçün məhkəməyə təqdim edilərkən "Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında" protokol təqdim edilməyib. Protokol sonradan da məhkəməyə təqdim edilməyib. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2024-cü il tarixli qərarının dəyişdirilməsi, əməlinin törədilmiş cinayət haqqında dövlət orqa nlarına məlumat verməməyə görə məsuliyyət nəzərdə tutan maddəyə tövsif edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum həmçinin hesab edir ki, məhkəmələr ona cəza təyin edərkən himayəsində iki azyaşlı uşağının olması, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almadan ağır cəza təyin etmişlər. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum1 barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçi V.Mahmud ovun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və möv cud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum2 və Məhkum1 məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişlər. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutları n qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum2 müdafiəçisi Mustafa İlkin Məstan oğlu tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2024cü il tarixli qərarının ləğv edilməsi və Məhkum2 bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum2 müdafiəçisi Mahmudov Vidadi Cəmil oğlu tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2024cü il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya məhkəməsinin ilkin baxışında yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 202 4-cü il tarixli qərarının dəyişdirilməsi, əməlinin törədilmiş cinayət haqqında dövlət orqanlarına məlumat verməməyə görə məsuliyyət nəzərdə tutan maddəyə tövsif edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum1 barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məq sədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə— beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməsə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessua l qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqəra r olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasını n 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum2 və Məhkum1 əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlar la yəni, məhkum edilmiş şəxslərin ibtidai istintaqda verdikləri qismən etiraf edici ifadələri, məhkəmə istintaqı zamanı keçirilmiş dindirmələr, baxış və götürmə və digər istintaq hərəkətlərinin protokolları, məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum2 və Məhkum1 verdikləri ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum2 və Məhkum1 əməllərini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə ic lasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumların qeyd edilən cinayəti törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzg ün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, qeyd edir ki, Məhkum2 və Məhkum1 qeyd edilən cinayət əməllərinin törətmələri məhkumların verdikləri qismən etirafedici ifadələrlə yanaşı, şahidlər Şahid1, Şahid3 və Şahid4 və Şahid2 ifadələri, cinayət isinin materiallarına əlavə edilmiş 7 yanvar 2021-ci il tarixli “Raport”, məhkəməkimyəvi ekspertizasının 08 yanvar 2021-ci il tarixli 6/77 saylı rəyi, 8 yanvar 2021-ci il tarixli “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan və protokola dair DVD disk, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli BKC/LGL-2249/21 nömrəli məktubla əldə edilmiş 1 ədəd CD diskə baxış keçirilməsi haqqında protokol, "xxxx" MMC-dən xx.xx.2021ci il tarixli AZF/LGL-552/21 nömrəli məktubla əldə edilmiş 1 ədəd CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokol, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 796 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 1140 saylı rəyi, məhkəmə-bioloji ekspertizasının 2 fevral 2021-ci il tarixli 7/109 saylı rəyi, 19 yanvar 2021-ci il tarixli “axtarış və götürmə aparılması haqqında” protokol, habelə iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 №-li Qərarın 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasın a görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixot rop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir”. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum2 və Məhkum1 əməllərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 əməllərini CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psix otrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında göstərilən tövsiyələrə uyğundur. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hökmü müdafiə tərəfinin şikayəti əsasında ləğv edildiyi halda, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi məhkumlar Məhkum2 və Məhkum1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CPM-in 91.7-ci maddəsinin tələblərini pozaraq məhkumların vəziyyətini ağırlaşdıraraq onlara Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 1(101)-1199/2021 nömrəli hökmü ilə təyin edilmiş cəza ilə müqayisədə daha ağır cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-in 91.7-ci maddəsinə əsasən: “Təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır.” Azərbaycan Respublikası CPM-in 420.2-ci maddəsinə əsasən: “Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına göndərilərkən məhkumun vəziyyətini pisləşdirən qərar yalnız hökmün dövlət ittihamçısının kassasiya protesti və ya zərər çəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti əsasında ləğv edildiyi halda qəbul edilə bilər.” Belə ki, iş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 1(101)-1199/2021 nömrəli hökmü ilə (hakimlər: Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), F.A.Qəribov və T.Q.Hüseynov) Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Məhkum1 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə 13 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası na məhkum edilmişlər. Müdafiə tərəfinin şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2022-ci il tarixli 1(103)-183/2022 nömrəli hökmü ilə (hakimlər: Z.B.Babayev (sədrlik edən və məruzəçi), İ.A.İbrahimli və Z.A.Şirinov) apelyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli hökmü ləğv edilmişdir. Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmələrinə dair hissədə ləğv edilmiş, onlara təqsirlikləri sübuta yetirilməməsi əsası ilə həmin maddə ilə bəraət verilmişdir. Məhkum2 CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 il müddətə, Məhkum1 isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 il 6 ay müddə tə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2023-cü il tarixli 1(102)-522/2023 nömrəli qərarı ilə (hakimlər: R.M.Abdulov (sədrlik edən və məruzəçi), Ş.Y.Yusifov və Ə.C.Seyidov) müdafiə tərəfinin şikayətləri qismən təmin edilmiş və ərazi aidiyyətinin pozulması əsası ilə apelyasiya instansiya məhkəməsinin hökmü ləğv edilmiş və cinayət işi ilkin baxışda yenidən baxılmağa təyin edilmişdir. İşə birinci instansiya məhkəməsində yenidən baxılarkən Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək, 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə isə təqsirliliyinin sübuta yetirilməsi əsası ilə bəraət vermişdir. Həmçinin, Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək, 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 1(124)-213/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.3-cü maddəsini əsasən təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamına müdafiəsindən imtina etdiyinə görə onların barəsində Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə başlanmış cinayət təqibinə x itam verilməsi və onların, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmələri, Məhkum2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3 maddələri, Məhkum1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinin davam etdirilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum2, onun müdafiəçisi Mahmudov Vidadi Cəmil oğlu və Məhkum1 tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2024-cü il tarixli 1(105)-695/2024 nömrəli qərarı ilə (hakimlər: R.Ə.Ağayev (sədrlik edən), R.O.Əsgərova və M.M.Hüseynov) apellyasiya şikayətləri təmin olunmamış, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 1(124)-213/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum2 və Məhkum1 təyin edilmiş cəza yuxarıda qeyd edilən səbəblərdən yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kasassiya şikayətləri qismən təmin edilsin. Məhkum2 və Məhkum1 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 1(124)-213/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib Məhkum2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) il 6 (altı) aydan 10 (on) ilə, X6 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) il 6 (altı) aydan 9 (doqquz) il 6 (altı) aya endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1380/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1380/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver