Məhkəmə qərarları › İş №1(102)-1381/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1381/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1381/2024 27.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum1 iştirakları ilə, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası C M-in və ya CM-in) 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2023-cü il tarixli, 1(105)-333/2023 nömrəli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum1 xx.xx.1978-ci ildə Ermənistan SSR, Yexeqnadzor rayonu, Gülüdüz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı il ə 20 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda PX-in X1 saxlanılır.

2. Birinci instansiya məhkəməsi Məhkum1 barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,228 qram narkotik vasitə heroin və 0,171 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamış, 18 iyul 2022-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Xəzri yaşayış massivindəki Xəmsə küçəsində yaşadığı evin həyətində 0,228 qram narkotik vasitə heroin və 0,171 qram psixotrop madd ə metamfetamini tanışı Məhkum2 45 manat pul müqabilində qanunsuz olaraq satmış, Sumqayıt şəhər Polis idarəsinin 2-ci Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 19 iyul 2022-ci il tarixdə saat 05:19- da həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum2 ünvan 3 ünvanında yerləşən Vahid adlı şəxsə məxsus dükanın qarşısında saxlanılaraq Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Xətai küçəsində yerləşən Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin inzibati binasına gətirilib həmin tarixdə saat 06:00-da orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ yan cibindən “Kent” markalı siqaret qutusunun içərisində satış məqsədilə qanunsuz olaraq daşıyaraq saxladığı ayrıayrılıqda təmiz çəkil əri 0,047 qram, 0,060 qram, 0,044 qram, 0,048 qram, 0,029 qram olmaqla qəhvəyi rəngli toz şəkilli, xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan 5 ədəd bükümdə ümumi təmiz çəkisi 0,228 qram narkotik vasitə heroin və ayrı-ayrılıqda təmiz çəkiləri 0,060 qram, 0,048 qram və 0,063 qram olmaqla ağ rəngli kristallardan ibarət xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,171 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetmin aşkar edilərək götürülmüşdür.

3. Sumqayıt Şəhər Məhkəməsinin (sədrlik edən hakim: X4) 20 aprel 2023-cü il tarixli, 1(060)-208/2023 nömrəli hökmü ilə Məhkum1 CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona həmin maddə üzrə 5 il mü ddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 25 iyul 2022-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi müəyyən edilmiş, hökmlə həmçinin digər təqsirləndirilən şəxsin məsuliyyət məsələsi, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir

4. Məhkəmənin hökmündən narazı qalan təqsirləndirilən Məhkum1 apellyasiya şikayəti verərək, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Məhkum2 yalan ifadəsinə görə məhkəmə onun barəsində ittiham hökmü çıxararaq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etdiyinə görə ədalətli hökm çıxarılmasını xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət məhkəmə tərkibində) 14 iyun 2023-cü il tarixli, 1(105)-333/2023 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum1 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin təqsirləndirilən şəxs Məhkum1 barəsində olan 20 aprel 2023-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Hazırda, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2023cü il tarixli, 1(105)-333/2023 nömrəli qərarından Məhkum1 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Məhkum1 kassasiya şikayətinin dəlilləri qis mində qeyd etmişdir ki, məhkəmələr tərəfindən onun işinə qanuni və ədalətli şəkildə baxılmamışdır. Belə ki, o, əməlinin hüquqi tövsifi ilə razı deyildir. Qeyd etdiklərinə əsasən, kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Sumqayıt Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 1(105)-333/2023 nömrəli qərarının ləğv edilməsini, əməlinin CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

9. Qərardan kassasiya protesti və iş üzrə digər məhkum tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum1 kassasiya şikayətini müdafiə edib onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdi.

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasınd a hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Məhkum1 kassasiya şikayətində onun əməlinin hüquqi tövsifini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

17. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqa yıt Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 1(105)-333/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

19. Məhkəmə kollegiyası Məhkum1 CM-in 234.2-ci maddəsi ilə təqsirli bilindiyi əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

20. Belə ki, Məhkum1 bəraət verilməsi üzrə onun tərəfindən irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.

21. Kollegiya qeyd edir ki, Məhkum1 kassasiya şikayətində göstərdiyi dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq ağlabatan hesab edilməmişdir. Bundan əlavə, məhkum tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olması ittihamı qəbul edilməsə də, apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlar, yəni təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, ekspert rəyi, müvafiq protokollar, maddi sübutlar və digər sübutlar tədqiq edilərək, iş üzrə əhəmiyyətli olan həmin sübutlarla qeyd edilən dəlil təkzib edilmişdir.

22. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum1 cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

23. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya mə hkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun aparılmışdır.

24. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hö kmünün Məhkum1 münasibətdə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

25. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 CM-in 234.2-cü maddəsi ilə törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

26. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 1(105)-333/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2023-cü il tarixli, 1(105)- 333/2023 nömrəli qərarı Məhkum1 tərəfindən münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. verilmiş kassasiya şikayətinə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar