Məhkəmə qərarları › İş №1(102)-1383/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1383/2019

05.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1383/2019 05.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli hökmü ilə Təqsirləndi rilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1772.1, 177.2.2, 177.2.3, 177.2.4 və 232.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli hökmü ilə xx.xx.1993-cü il tarixdə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zaqatala Rayon Məhkəməsinin 11.02.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum edilmiş, Zaqatala rayon İcra və Probasiya şöbəsinin 05 iyul 2 016-cı il tarixli qərarı ilə “28 May Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə cəzadan azad edilmiş, ünvan 1də qeydiyyatda olan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4. və 232.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2., 177.2.3, 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddəti nə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 12 noyabr 2017-ci il tarixdən 12 fevral 2018-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəza müddətinə hesablanmaqla, onun üzərində qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 9 mart 2018-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə X1, X8 və X6 təqsirli bilinərək məhkum edilmişlər Hökmdən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Qasımov Əflatun İbrahim oğlu (sədrlik edən və məruzəçi), Bayramov Əmir Novruz oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) 31 avqust 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək Azərbaycan Respublikası CM-nin 232.1-ci maddəsi ilə təqsirli bilindiyi əməlinin düzgün qiymətləndirilməsini və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4. və 232.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o 23 iyun 2017-ci ildə saat 17 radələrində gizli talama cinayətini törətm ək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs – X1 və X4 şəhəri, H.Əliyev adına olan parkda yerləşən çayxanada görüşüb sonuncudan qohumu Zərərçəkmiş şəxs4 Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən evində pul və qızıl-zinət əşyalarının olması, ev sahibi Zərərçəkmiş şəxs4 evdə olmayacağı vaxt barədə məlumatı alaraq 26 iyun 2017-ci ildə saat 15 radələrində X1 və X3la sonuncunun idarə etdiyi “VAZ 2107” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonu Yuxarı Tala kəndində Zərərçəkmiş şəxs4 evinin qarşısına gəlib, ev sahibi gələcəyi təqdirdə xəbərdarlıq etmək məqsədi ilə X3 və X1 evin ətrafında dayanıb gözləmiş, Təqsirləndirilən şəxs evin zirzəmisinin qapısını dəmir parçası ilə açmaqla evə qanunsuz daxil olub, yataq otağındakı paltar dolabında olan 1 ədəd biserlə i lənmiş 2,00 manat dəyərində parça çantanı içərisindəki 2042.64 manat ekvivalentində 1.200 ABŞ dollarını, 1 ədəd 1.850 manat dəyərində, 750 əyarlı, 18,4 qram çəkidə, zəncirvari şəkilli qadın üçün qızıl boyunbağı, 1 ədəd 2.400 manat dəyərində, 583 əyarlı, 36 qram çəkidə, “Luç” markalı qızıl qadın saatı sepi ilə birlikdə, 1 dəst 1.200 manat dəyərində, 583 əyarlı, 12 qram çəkidə, “Fantaziya” markalı, üzərində yaşıl rəngli firuzə və ağ rəngli çirkon qaşları olan bir cüt qızıl qadın sırğaları və üzük; 1 ədəd 400 manat dəyərində, 583 əyarlı, 7 qram çəkidə, üzərində paxlava şəkilli çox sayda xırda ağ adi qaşları olan qızıl qadın nişan üzüyü; 1 ədəd 1000 manat dəyərində, 583 əyarlı, 16 qram çəkidə, üzərində orta ölçülü 3 ədəd ağ qaşları olan yumru formalı qızıl qadın nişan üzüyü; 1 cüt 600 manat də yərində, 585 əyarlı, 5 qram çəkidə, üzəri naxışlı, qoşa halqavari qızıl qadın sırğaları, 1 cüt 400 manat dəyərində, 585 əyarlı, 4 qram çəkidə, sep və ucları balıq şəkilli qadın sırğaları, ümumilikdə 150 manat dəyərində 5 ədəd qızıl olmayan üzərində açıq yaşıl və ağ qaşları olan qadın sırğalarını, 1 ədəd istifadə edilmiş qara rəngli parça pul qabı 0,10 manat, 1 ədəd işlənmiş alışqanı 0,10 manat, həmçinin o, qrupun ümumi niyyətindən kənara çıxaraq özünün istifadə etməsi üçün ov silahına aid olan 1 ədəd patron bağlamaq üçün dəmir alətin 12,00 manat; 1 ədəd ümumi çəkisi 745 qram, diametri 8mm olan, sellofan torbada qırmalar 5,00 manat; 1 ədəd ümumi çəkisi 593 qram, diametri 3 mm olan, sellofan torbada qırmalar 3,00 manat; 1 ədəd uzunluğu 22 sm, dəmir yay 5,00 manat; 1 ədəd kibrit qutusunda müx təlif ölçülü 16 ədəd pistonlar 8,00 manat; 2 ədəd 150 mm və 120 mm müxtəlif ölçulu mismarlar 0,40 manat; 2 ədəd müxtəlif ölçülü, təyinatı məlum olmayan ağac hissəsi qiymətsiz; 1 ədəd kiçik ölçülü qızmızı rəngli, təyinatı üzrə yararsız sınmış vəziyyətdə qayçı (kəsici ucluqları əyilmiş, sökülmüş) qiymətsiz; 1 ədəd kauçukdan və dəmirdən hazırlamış əşyaların (qara rəngli plastik qutu, 3 ədəd metal silindr, təyinatı məlum deyil) 1,00 manat; 2 ədəd kauçukdan və dəmirdən hazırlamış əşyalar, təyinatı məlum deyil qiymətsiz; 1 ədəd kağız qutuda üzərində “Pıji” yazılmış 345 ədəd patron ağızlığı 2 manat; 1 ədəd üzərində “Zuber” yazılmış boş qırma qutusu qiymətsiz; 3 ədəd müxtəlif kalibrli patronların arxa dəmir hissəsi 0,75 manat; 2 ədəd üzərində “Sokol” yazılmış dəmir barıt qabında ağ rəngdə cırılm ış kağız hissələri qiymətsiz; 1 ədəd ümumi çəkisi 547 qram, diametri 6 mm olan, sellofan torbada qırmalar 3,50 manat; eləcədə döyüş sursatı və partlayıcı maddələr hesab olunan 22 ədəd müxtəlif kalibrli patronlar 7,70 manat; 1 ədəd üzərində “Qlavpatron” yazılmış kağız qutuda 2 ədəd 16 kalibrli dolu patron 2,40 manat; 13 ədəd müxtəlif kalibrli dolu patronları 15,60 manat; 1 ədəd üzərində “Big-game” yazılmış kağız qutuda 3 ədəd 12 kalibrli dolu patronu 3,60 manat; 1 ədəd üzərində “Sokol” yazılmış dəmir qabda, çəkisi 104,00 qram barıt 8,00 manat və 12,00 manat dəyərində 1 ədəd üzərində “Big-game” yazılmış kağız qutuda 10 ədəd 12 kalibrli dolu patronları gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 10134.79 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirlən dirilən şəxs, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 29 oktyabr 2017-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu Masazır kəndi Qurtuluş-93 yaşayış kompleksinin 42-ci binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən “Kənd bazarı” adlı meyvə və quru meyvələrin satışı mağazasının plastik qapısının kilidini sındırmaqla içəri qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs3 məxsus 937 manat nağd pulu, 1 kiloqramı 22 manat olmaqla 770 manat dəyərində 35 kiloqram qoz ləpəsini, 1 kiloqramı 15.50 manat olmaqla 170.50 manat dəyərində 11 kiloqram qovrulmuş fındıq ləpəsini, 1 kiloqramı 22.50 manat olmaqla 90 manat dəyərində 4 kiloqram badam ləpəsini, 1 kiloqramı 25.50 manat olmaqla 127.50 manat dəyərində 5 kiloqram püstə ləpəsini, 1 kiloqramı 24.30 manat olmaqla ümumilikdə 72. 90 manat dəyərində 3 kilqram duzlu püstə ləpəsini və 1 kiloqramı 13 manat olmaqla ümumilikdə 52 manat dəyərində 4 kiloqram fındıq ləpəsini gizli talayıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 2219.90 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə, 24 yanvar 2018-ci ildə saat 06 radələrində Zərərçəkmiş şəxs2 işlətdiyi ünvan 1 ünvanında yerləşən “Topaz” mərc oyunları salonuna qapısının kilidini sındıraraq içəri qanunsuz daxil olub oradan sonuncuya məxsus 1 ədəd 450 manat dəyərində 82 dioqanallı “LG” markalı 311KKKG3H805 seriyalı televizoru, 1 ədəd 600 manat dəyərində qara rəngli “Fujitsu” markalı və 1 ədəd 600 manat dəyərində boz rəngli “Asus” markalı noutbuk kompüterləri, hər birin in qiyməti 426 manat olan ümumilikdə 852 manat təşkil edən 2 ədəd tuner aparatlarını, 1 ədəd 200 manat dəyərində olan videomüşahidə kamerasını gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 2702 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə, 02 mart 2018-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs5 məxsus olan ünvan 2 ünvanında yerləşən “Bənövşə” gözəllik salonuna qapının üzərində olan qıfılı sındıraraq qapını itələyib açmaqla içəri qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs5 məxsus 350 manat dəyərində 1 ədəd «JVC» markalı 17572408 seriyalı televizoru və 2000 manat dəyərində təbii saçları gizli yolla talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 2.350 manat maddi ziyan vurmaqla oğurluq etm işdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 03 mart 2018-ci ildə saat 03 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi ünvan 3 ünvanında yerləşən “Topaz” mərc oyunları salonuna qapısının üzərində olan qıfılı sındırmaqla qanunsuz daxil olub oradan sonuncuya məxsus 1.800 manat dəyərində 1 ədəd “LG” markalı 605KCKJ6B061 seriyalı, 1 ədəd 1.200 manat dəyərində “LG” markalı 309KCUKAX510 seriyalı, 1 ədəd 1.200 manat “LG” markalı 205KCDG5D922 seriyalı, 1 ədəd 1.200 manat dəyərində “LG” markalı 708KCBPLM029 seriyalı, 1 ədəd 1.200 manat dəyərində “LG” markalı 305NDHBAM073 seriyalı, 1.200 manat dəyərində 1 ədəd “Samsung” markalı 91503HAS701173Z seriyalı, hər birinin qiyməti 1.200 manat olan ümumilikdə 2400 manat dəyərində olan 1 ədəd “HP” və 1 əd əd “Lenovo” markalı kompüterləri, 200 manat dəyərində olan 1 ədəd video kamera yaddaş aparatını və kassadan 85 manat nağd pulu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 10.485 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 09 mart 2018-ci ildə saat 06 radələrində Zərərçəkmiş şəxs6 icarəyə işlətdiyi ünvan 4 ünvanında yerləşən “24 saat” ərzaq mağazasına qapısının üzərində olan qıfılı sındırmaqla içəri qanunsuz daxil olub oradan sonuncuya məxsus bir qutunun qiyməti 20.70 manat 8 qutu ümumi dəyəri 165.60 manat olan “Winston XS” markalı, bir qutunun qiyməti 25.20 manat 7 qutu ümumi dəyəri 176.40 manat olan “Winston Blue” markalı, bir qutunun qiyməti 25.20 manat 12 qutu ümumi dəyəri 302.40 manat olan “Sobranie Blue” markalı, bir qutunun qiyməti 20.70 manat 8 qutu ümumi dəyəri 165.60 manat olan “Sobranie White” markalı, bir qutunun qiyməti 20.70 manat 19 qutu ümumi dəyəri 393.30 manat olan “LD” markalı, bir qutunun qiyməti 20.70 manat 12 qutu ümumi dəyəri 248.40 manat olan “Winchester Blue” markalı, bir qutunun qiyməti 20.70 manat 12 qutu ümumi dəyəri 248.40 manat olan “Winchester Silver” markalı, bir qutunun qiyməti 22.50 manat 16 qutu ümumi dəyəri 360 manat olan “Kent 4” markalı, bir qutunun qiyməti 22.50 manat 7 qutu ümumi dəyəri 157.50 manat olan “Kent 8” markalı, bir qutunun qiyməti 22.50 manat 5 qutu ümumi dəyəri 112.50 manat olan “Kent 1” markalı, bir qutunun qiyməti 13.50 manat 4 qutu ümumi dəyəri 54 manat olan “Pall Mall” markalı, bir qutunun qiyməti 1 6.60 manat 3 qutu ümumi dəyəri 49.80 manat olan “Vikeroy” markalı, bir qutunun qiyməti 9 manat 6 qutu ümumi dəyəri 54 manat olan “Want” markalı, bir qutunun qiyməti 13.50 manat 3 qutu ümumi dəyəri 40.50 manat olan “Vest” markalı və bir qutunun qiyməti 9 manat 4 qutu ümumi dəyəri 36 manat olan “NZ” markalı tütün məmulatları, hər birinin dəyəri 50 manat 3 ədəd ümumi dəyəri 150 manat olan “Chivas Regal 12” markalı spirtli içkiləri, dəyəri 750 manat olan bir ədəd “HP 620” model noutbuk kompüterini, dəyəri 320 manat olan bir ədəd “DVR” markalı video kamera yaddaş aparatını və dəyəri 50 manat olan bir ədəd müşahidə kamerasını oğurlandığını gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 3834.40 manat maddi ziyan vurmaqla oğurluq etmişdirHökmdən məhkum X2un mənafeyinə aid hissədə müdafiəçi X2 apellyasiya şikayəti verərək, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmünün ləğv edilərək, X2n törədilmiş cinayət hadisəsinə aidiyyəti olmadığına görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, X2 bildirmişdir ki, istintaq orqanı ona fiziki və psixi təsir edərək, qərəzli şəkildə hazırladıqları izahat və ifadələrə imza etdirmiş, törətmədiyi cinayət hadisəsində onun iştirakını yaratmaq üçün bütün qanunsuzluğa əl atmış, qanunsuz və əsassız olaraq ona qarşı süni ittiham irəli sürmüş, birinci instansiya məhkəməsi isə, qanunsuz və əsassız olaraq əldə edilmiş həmin ifadələri olduğu kimi öz hökmündə əks etdirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfində n sübutlara düzgün qiymət verilməmiş və barəsində ağır cəza təyin edilmişdir. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, oğurluq edərkən əşyaların içində döyüş sursatlarının olmasından xəbərsiz olmuş, məqsədi pul və əşyaların oğurlanması olmuşdur. Əməlinin CM-nin 232.1-ci maddəsi ilə deyil oğurluq cinayəti kimi qiymətləndirilməsini xahiş etmişdir. Bundan başqa, törətdiyi cinayəti etiraf etməsi, əməlindən səmimi peşman olması, həbsdə olduğu müddətdə özünü nümunəvi məhkum kimi aparması, məhkum yoldaşları ilə səmimi münasibət qurması, müəssisəsinin təsərrüfat və mədəni tədbirlərində fəal iştirak etməsi, ailə vəziyyətinin ağır olması, valideyinlərinin öz himayəsi altından yaşaması, səhhətində ciddi problemlərin olması, zərərçəkmişlərə dəymiş ziyanları ödəməsi hallarını barəsində yüngülləşd irici hall kimi nəzərə almaqla ona minimum həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin kollegiyasının 31 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzg ünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkumun kassasiya şikayətində mübahisələndirdiyi məqamlardan biri Azərbaycan Respublikası CM-nin 232.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinin düzgün qiymətləndirilməsi barədədir. Azərbaycan Respublikası CM-nin 232.1-ci maddəsi ilə Odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə cinayəti nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, məhkəmələr cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi istintaq və məhkəmə hərəkətinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrinə müqayisəli şəkildə qiymət verərək, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərini Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 232.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmələr tərəfindən tədqiq edilmiş və biri digərinə uyğun gələn mötəbər sübutların məcmuyuna əsasən, məhkum Təqsirləndiril ən şəxs törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 232.1-ci maddəsi ilə düzgün tövsif edilməməsi haqqında şikayətinin dəlilləri əsassızdır. Kollegiya hesab edir ki, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkumun kassasiya şikayətində xahiş etdiyi bir digər məsələ cəzasının yüngülləşdirilməsi barədədir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü m addəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 34.8-ci maddəsinə əsasən, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 06 iyul 2018-ci il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini etiraf edib peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş zərərin tam aradan qal dırılmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasına, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, qiymətləndirmiş, CM-nin 61-ci maddəsinə əsasən məhkumun cəzasını ağırlaşdıran hallan müəyyən edilməmiş və törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsinə əsas vermədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Hazır ki kassasiya şikayətində göstərilən dəlillər məhkumun eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2018ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar