Məhkəmə qərarları › İş №1(102)-1383/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1383/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1383/2023 20.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, X1nun,və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs müdafiəçisi Nümayəndə iştirakları ilə, Bakı Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-64/2023 saylı, 06 yanvar 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı5 tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. X1 08 aprel 1979-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Xaçmaz şəhəri, İ.Rəsulov küçəsi, ev 26-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, X10 özgənin küllü miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə qohumu Zərərçə kmiş şəxs geniş əlaqələrinin olmasını və Rusiya Federasiyasından ucuz qiymətə taxta alıb sonradan yüksək qiymətə satacağına dair yalandan vəd verib, onu aldadaraq eyni niyyətlə əvvəlcə 2014-cü ilin mart ayının ortalarında ünvan 2 ünvanda yerləşən binanın 161 nömrəli mənzilində 100.000 ABŞ dolları, yəni həmin dövrün manatın dollara olan rəsmi məzənnəsi ilə 78.430 manat, daha sonra 2015-ci ilin yanvar ayının əvvəllərində X2 vasitəsilə BakıQuba avtomobil yolunun Sumqayıt səhərinə düşən 35-ei kilometrliyində 10.000 ABŞ dolları, yəni həmin dövrün manatın dollara rəsmi məzənnəsi ilə 7.844 manat, 2015-ci ilin fevral ayının əvvəllərində Şahid7 vasitəsi ilə Bakı şəhəri, Xətai rayonunda yerləşən "Səma" şadlıq sarayının yaxınlığında 10.000 ABŞ dolları, yəni həmin dövrün manatın dollara olan rəsmi məz ənnəsi ilə 7.844 manat, 05 mart 2015-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Beynəlxalq bank" vasitəsilə 13.840 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 14.523 manat 70 qəpik və sonuncu dəfə 2015-ci ilin aprel ayının ortalarında Şahid4 vasitəsilə ünvan 4 ünvanda yerləşən '‘Əhmədli'' stansiyası yaxınlığında 15.000 ABŞ dolları, həmin dövrün manatın dollara olan rəsmi məzənnəsi ilə 15.753 manat pul vəsaitini alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs ümumilikdə 148.840 (yüz qırx səkkiz min səkkiz yüz qırx) ABŞ dolları, yəni həmin dövrün manatın dollara məzənnəsi ilə 124.394 (yüz iyirmi dörd min üz yüz doxsan dörd) manat 70 (yetmiş) qəpik məbləğində, yəni külli miqdarda əmlakını ələ keçirmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim N.A.Kərim ov, hakimlər R.Ə.Sadıxov və A.İ.Paşayevdən ibarət tərkibdə) 24 iyun 2022-ci il tarixli, 1(101)-559/2022 saylı hökmü ilə X9 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 06 (altı) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

4. Hökmdən Zərərçəkmiş şəxs və X1nun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayətləri verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən H.Ç.Məmmədov, hakimlər İ.M.Murquzov və H.H.Əhmədovdan ibarət tərkibdə) 06 yanvar 2023-cü il tarixli, 1(103)-64/2023 saylı hökmü ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X1nun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi il ə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)559/2022 saylı, 24 iyun 2022-ci il tarixli hökmü ləğv edilmiş, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 yanvar 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı5 tərəfindən kassasiya protesti və Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri, etirazlar

7. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz olmuşdur. Tərlan Qasımovun ittiham olunduğu əməl apellyasiya məhkəməsinin gəldiyi nəticədən fərqli olaraq heç d ə mülkihüquq münasibətləri deyildir. Belə ki, Tərlan Qasımovla zərərçəkmiş Zərərçəkmiş şəxs arasında birgə sahibkarlıq mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə hər hansı müqavilə ilə sənədləşdirilməmiş, Şahid9 “iş adamı” görüntüsü yaratmaqla əldə etdiyi etibar əsasında zərərçəkmişin külli miqdarda əmlakını ələ keçirmişdir. Tərlan Qasımov zərərçəkmiş şəxsə məxsus əmlakı ələ keçirmək barədə qabaqcadan qurduğu plana uyğun olaraq Zərərçəkmiş şəxs aldatmış, guya özünün geniş əlaqələrinin olmasını və Rusiya Federasiyasından ucuz qiymətə taxta alıb sonradan yüksək qiymətə satacağına dair yalandan vəd verib, onu aldadaraq öz həqiqi məqsədlərini həyata keçirmişdir. Apellyasiya məhkəməsi Şahid9 ifadələrində əldə etdiyi məbləğin zərərçəkmiş Zərərçəkmiş şəxsla birgə biznes üçün əldə etməsi bar əsindəki göstərdiklərini faktiki əsası olmayan, özünün cinayət qanunu ilə təhdid olunan əməlinin mülki mühakimə icraatı müstəvisinə və özünün müdafiəsinə yönələn məqsəd daşıdığını nəzərə almamış, əksinə həmin ifadələri Şahid9 bəraət verilməsi məqsədi ilə xüsusi qaydada istifadə etməyə çalışmış, lakin nəzərdən qaçırmışdır ki, hökmündə olan heç bir dəlili həmin halların təkzibində yetərli olmamışdır. Bundan başqa, Tərlan Qasımovun taxta ticarəti sahəsində həqiqətən fəaliyyət göstəribgöstərmədiyi ətraflı araşdırılmamış, iş üzrə vacib önəm daşıyan həmin xüsusata əhəmiyyət verilməmişdir. Bundan əlavə, məhkəmənin hökmündə apardığı digər düzgün olmayan qiymətləndirmə Şahid9 verilən ittihama əsasən onun zərərçəkmiş şəxsə qarşı dələduzluğun törədilmə üsulunun qeyri-müəyyən olması ilə bağlıdır. Həmç inin, məhkəmənin hökmündə apardığı əsassız olan digər bir qiymətləndirmə Şahid9 2014- 2015-ci illərdə dünya üzrə neftin qiymətinin kəskin düşməsi səbəbindən ölkədə və Rusiya Federasiyasında devalvasiya nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin işlərində durğunluqlar, müflisləşmələr yaranması, Şahid9 götürdüyü öhdəliyi, yəni biznesin uğurlu olması nəticəsində gəlir əldə edilməsi və bu gəlirdən şəriki olan zərərçəkmişə pul verməsinin məhz sözügedən vəziyyətlə bağlı mümkün olmamasına dair qiymətləndirmədir.

8. Dövlət ittihamçısı kassasiya protestində məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin olunmasını xahiş etmişdir.

9. Zərərçəkmiş şəxs kassasiya şikayətində iddia irəli sürmüşdür ki, iş üzrə apellyasiya məhkəməsinin qərarı ədalətsiz və əsassız olmuşdur. Belə ki, Şahid9 təqsiri şahidlərin ifadələri və sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya məhkəməsi təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında baxışı qismən məhkəmə istintaqı aparmaqla qərar vermiş, məni və təqsirləndirilən şəxsi dindirdikdən sonra nümayəndəmin və dövlət ittihamçısının etirazlarına baxmayaraq növbəti məhkəmə iclasına əlavə şahidlərin dəvət olunması üçün tərəflərə vəsatət verməyi təklif etmişdir.

10. Kassasiya şikayətinin müəllifi məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-64/2023 saylı, 06 yanvar 2023-cü il tarixli hökmünün ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı X1nun müdafiəçisi Müdafiəçi tərəfindən etiraz daxil olmuşdur. Etirazda kassasiya protesti və kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin bəraət hökmünün dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. III.Hüquqi məsələlər

11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutl ara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instan siyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində və zərərçəkmiş şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutları Azərbaycan Respublikası CPM- nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə X7 əsassız bəraət verildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPMnin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qa ydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və zərərçəkmiş şəxsin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)64/2023 nömrəli, 06 yanvar 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Kassasiya məhkəməsi kassasiya protestinin və kassasiya şikayətinin qeyd olunan əsasları ilə razılaşaraq aşağıdakıları qeyd edir.

18. Dələduzluq cinayətlərində sübut olunmalı ən vacib məsələ talama niyyətinin maddi vəsaitl ərin əldə olunmasından əvvəl yaranmasıdır.

19. Lakin bir çox hallarda təqsirləndirilən şəxsin belə niyyətinin müəyyənləşdirilməsi mürəkkəb olur. Başqa sözlə həmin ərəfədə onun subyektiv baxımdan fikirlərini, məqsədlərini, niyyətlərini müəyyən edən sübutların əldə edilməsi çətinlik yaradır. Belə hallarda təqsirləndirilən şəxsin maddi nemətləri əldə etməmişdən əvvəl, əldə edən zaman və bundan sonrakı davranışlarının xarakterini müəyyənləşdirmək vacibdir.

20. İlk öncə onu qeyd etmək zəruridir ki, Tərlan Qasımov ifadələrində meşə məhsullarını almaq istəyən şirkətin hesabına Namiqin göndərdiyi 50.000 ABŞ dollarını yatızdıraraq, Rusiya Federasiyasında fəaliyyət göstərən “ООО Novostroy” şirkətinə göndərmiş, özü də İrkutsk vilayətinə qayıtmışdır. Həmin vaxt ABŞ dollarının Rus rubuluna görə olan mə zənnəsi 1 ABŞ dolları 28 rubul təşkil etmişdir. “ООО Novostroy" şirkətinin hesabından 50.000 ABŞ dollarını həmin kursla rubulla çıxarmışdır. 50.000 ABŞ dolları 65-70 rubul təşkil etmişdir. Qəfildən gecəylə ABŞ dollarının məzənnəsi qalxmış və 1 ABŞ dolları 65-70 rubul təşkil etmişdir. Ona görə də əlində olan 1.400.000 rubul ABŞ dollarının məzənnəsi ilə 20.000 ABŞ dolları təşkil etməsi barədə məlumat versə də bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.

21. Bu ifadələrdən görünür ki, Tərlan Qasımov rəsmi köçürmələr və ödənişlər etmişdir və bu barədə bank hesablarından çıxarışlar təqdim edə bilərdi. Bu sübutlar nəticəsində köşürmələrin vaxtı, həmin dövrdə rus rublunun inflyasiya uğraması faktlarının müəyyənləşdirilməsi mümkündür.

22. İşin təkzib edilməyən faktiki hallarından görünür k i, 05 mart 2015-ci il tarixdə 13.910 ABŞ dolları və 13.840 ABŞ dolları pul vəsaitini Şahid9 göndərmişdir. Yəni, Tərlan Qasımovun hətta öz ifadfələrinə əsasən, o rus rublunun inflyasiya uğraması nəticəsində zərərçəkmişin göndərdiyi 50000 ABŞ dollardan 30000 dollarını faktiki itirmiş, bu barədə zərərçəkmişə məlumat verməmiş, əlavə olaraq 27000 ABŞ dolları pulu yenidən ondan almış və hazırki dövrə qədər heç bir ödəmə etməmişdir. Şahid9 bunu onunla əsaslandırmışdır ki, müflis olduqdan sonra Azərbaycana taxta göndərmək üçün bur qədər də pul lazım olduğunu deməklə Namiqdən bir qədər də pul almışdır, lakin Namiqə Tiirkiyə məsələsinin alınmadığı barədə heç nə bildirməmişdir. Səbəbini isə bilmir.

23. Birinci instansiya məhkəməsi hökmündə təqsirləndirilən şəxsin əməllərinə qiymət verərək qeyd etmişd ir ki, X9 istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı göstərmişdir ki, özü Rusiya Federasiyasının Kemerovo vilayyətinin Novokuznesk şəhərində yaşayıb işləmişdir. Sonradan müflis olduğundan ailəsilə birlikdə Bakı şəhərinə köçərək kirayədə yaşamışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs Rusiyada uğurlu taxta istehsalı və ticarəti biznesini olduğunu, onun taxtasını Türkiyədə alan müştərisisnin olduğunu bildirib ondan küllü miqdarda pul almış və bundan sonra o, Zərərçəkmiş şəxs ilə birlikdə Türkiyə Respublikasına gedib orada onun belə müşətərisinin olmadğı üzə çıxdıqdan sonra, özünün Türkiyədə müştəri tapacağını vəd edib, sonrada belə müştəri tapdığını, müştərinin şirkət olduğunu, şirkətin 1000 kub metr taxt sifariş veridiyini bildirib, ondan yenidən pul almış və Zərərçəkmiş şəxs Türkiyəyə taxta göndərdiyini, pulunun bir-iki aya göndərililəcyini bildirmişdir, lakin o, nə bunu təsdiq edən materialları Zərərçəkmiş şəxs təqim etməmiş, nə də həmin taxta materialınının satışınından vəd etdiyi pulu ona verməmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs X5 Rusiyadan Türkiyəyə və ya Azərbaycana taxta materialı göndərməsini təsdiq edən sübutlar müəyyən olunmadı.

24. Daha sonra birinci instansiya məhkəməsi hökmdə qeyd edir ki, Şahid8 ilə Şahid9 ifadəlri arasında ziddiyyət müəyyən edilmişdir. Belə ki, Elbrus özünün satış yerinin olmadığını, lakin materialların başqa taxta satıclarına paylandığnı göstərib, sonradan həmin materialın bir vaqonunu təqsirləndirən şəxsə verdiyini, sonuncunun da həmin materialı Xacmazda satıb pulunun özünə götürdüyünü göstərdiyi halda, Zərərçə kmiş şəxs isə həmin hallarla bağlı ifadələrində Qasımov Tərlan tərəfindən göndərilən iki vaqon taxta materialının satışı ilə əlaqədar Şahid8 ilə görüşdükdə sonuncu ona taxta satışından 3000 dollar məbəlində pul verib, bunun taxtanın satışndan əldə olunan xeyirin bir hissəsi olduğnu, digər hissəsini təşkil edən 4000 dollarını və taxtanın maya dəyərini təşkil edən 20000 manat dolları Qasımov Tərlana göndərməli olduğunu bildirmiş, Qasımov Tərlan da həmin halı təsdiq edib hazırda dövriyyədən pul çıxarmağın məqsədə uyğun olmadığını göstərmişdir. Məhkəmədə araşıdırılan sübutlardan görünür ki, Qasımov Tərlan taxta materialların daha aşağı keyfiyyətli materiallarını Rusiyadan Azərbaycana dəmiryolu vasitəsi ilə taxta materialların göndərilməsinin 12.000 ABŞ dollarına başa gəldiyni, Elbrus həmin mat erialların bir vaqonunu 13.500 ABŞ dollarına aldığnı, gömrük rusumununun Elbrus özünün ödəyəcəyini bildrib, ondan taxtaya görə ümümilikdə 27000 (iyirmi yeddi) min dollar aldığı halda, Şahid8 göndərilməsi iddia olunan iki vaqon taxtadan bir vaqonunun Xaçmaza aparıb satması ağlabatan deyildir. Çünki o, bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

25. Lakin apellyasiya məhkəməsi birinci instansiya məhkəmə kollegiyasının gətirdiyi dəlillərə qiymət verməmiş, yalnız münasibətlərin mülki xarakter daşıması kimi ümumi mövqedən çıxış etmişdir.

26. Daha sonra ittiham hökmündə qeyd edilir ki, təqsirləndiriən şəxs X4 Zərərçəkmiş şəxs götürdüyü pul əsasında vəd etdiyi işin icrası kimi deyil, özünün vəd etdiyi yalanı pərdələmək cəhdi kimi qiymətələndirir. Çünki məhkəmədə, həmin taxtala rın Azərbaycana gətirilməsini, zərərçəkmiş şəxsə göstərilmiş taxta materialının onun verdiyi pula alındığı və ya onlara məxsusluğunu təsdiq edən sənəd müəyyn olunmadı. Məhkəmənin gəldiyi bu qənaət həmin pula gətirildiyi iddia olunan taxtaları satmağı yeri olmayan Şahid8 tərəfindən və təqsirləndirilən şəxs X5 özü tərəfiəndən satılması iddia olunub taxtanın realizə edilməsi nəticəsində pulun sonrakı taleyinin zərərçəkmiş şəxsə məlum olmaması baxımından da əsaslıdır.

27. Apellyasiya məhkəməsi bəraət hökmü qəbul edərkən bu arqumentləri də təkzib edən heç bir mövqe təqdim etməmişdir.

28. Kollegiya qeyd edir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilm əsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür.

29. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəli yini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir.

30. Apellyasiya məhkəməsi yuxarıda qeyd edilən, iş üçün əhəmiyyət kəsb edən hallara ətraflı qiymət verməmiş, sübutların qiymətləndirilməsinə formal yanaşmış, gəldiyi mövqeyi ətraflı əsaslandırmamış, birinci instansiya məhkəməsinin gətirdiyi arqumentlərə münasibət bildirməmişdir.

31. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısının verdiyi kassasiya protesti və Zərərçəkmiş şəxs verdiyi kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 yanvar 2023-cü il tarixli, 1(103)-64/2023 sayl ı qərarı ləğv edilməlidir.

32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X9 barəsində olan 06 yanvar 2023-cü il tarixli qərarı ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar