Məhkəmə qərarları › İş №1(102)-1383/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1383/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1383/2025 18.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs və onun vəkili X4 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 9 yanvar tarixli, 1(107)-2/2025 nömrəli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Rayon Məhkəməsinin (X3) 2024-cü il 30 avqust tarixli, 1(075)-10/2023 nömrəli hökmü ilə, 7 avqust 1998-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, hazırda azadlığın məhdudlaşdırılması cəzasını çəkən, Məhkum Azərbaycan Respublikasının CM-in 177.2.3 maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırıl ması cəzasına məhkum edilmiş, ona qarşı irəli sürülmüş ümumi ittihamdan CM-in 177.2.4-cü maddəsi ilə sürülən ittiham xaric edilmiş, onun 11 iyun 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 2 (iki) gün müddətin hər bir günü CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılması, onun üzərində 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməsi, onun üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, cəza çəkdiyi müddətdə Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət v asitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum cəzasının icrasına nəzarəti Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Şəki şəhər-rayon Polis Şöbəsinin təminat hissəsinə təh vil verilmiş 1 ədəd mis mecməyı, 1 ədəd iri mis kəfkir, 1 ədəd balaca mis kəfkir, 2 ədəd 90 litirlik mis qazan, 1 ədəd 100 litrlik mis qazan, 1 ədəd süzgəc, 1 ədəd mis tava, 2 ədəd latun samovar və 1 ədəd mis badyanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınması, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul təqsirləndirilən şəxs Məhkum tutularaq aidiyyatı üzrə köçürülməsi, mülki iddianın qismən təmin edilməsi, cavabdeh Məhkum vurulmuş maddi zərərin əvəzi olaraq 1012 manat məbləğində pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi hökm edilmişdır. Həmin hökmdən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının (X9 Hacı oğlunun sədrliyi, X7 və X1 ibarət tərkibdə) 2025-ci il 9 yanvar tarixli qərarı ilə apellyasiya şikayəti və apelyasiya protesti təmin edilməmiş, hökm apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkum təqsirləndirilmişdir ondan ötrü ki, o, qəsdən, tamah niyyəti və özgənin xeyli miqdarda əmlakını gizli yolla talama məqsədi ilə fərdi yaşayış evinə və saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və özgənin xeyli miqdarda əmlakını gizli yolla talama məqsədi ilə qanunsuz olaraq 25 may 2022-ci il tarixdə, saat 3 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin hasarının üzərindən həyətinə keçdikdən s onra həmin yaşayış evinin saxlanc yeri olan zirzəmi otaqlarından birinə nəfəslikdən və digərinə isə qapının açıq olmasından istifadə etməklə daxil olaraq həmin zirzəmi otaqlarından və altıaçıqdan dəyəri 1000 manat olan 01 ədəd 100 litrlik mis qazanı, dəyəri 500 manat olan 01 ədəd mis mecməyini, dəyəri 100 manat olan 01 ədəd mis kəfkiri, hər birinin dəyəri 800 manat, ümumi dəyəri 1600 manat olan 02 ədəd 90 litrlik mis qazanları, hər birinin dəyəri 300 manat, ümumi dəyəri 600 manat olan 02 ədəd mis mecməyiləri, hər birinin dəyəri 250 manat, ümumi dəyəri 500 manat olan 02 ədəd 7 litrlik latun samovarları, dəyəri 50 manat olan 01 ədəd mis abgərdəni, dəyəri 30 manat olan 01 ədəd balaca mis kəfkiri, hər birinin dəyəri 500 manat, ümumi dəyəri 1500 manat olan 03 ədəd 80 litrlik mis qazanı, dəyəri 300 manat olan 01 ədəd mis mecməyini, dəyəri 400 manat olan 01 ədəd 70 litrlik qazanı, dəyəri 250 manat olan 01 ədəd mis mecməyini, dəyəri 300 manat olan 01 ədəd 60 litrlik mis qazanı, dəyəri 200 manat olan 01 ədəd mis mecməyini, dəyəri 70 manat, diametri 80 sm olan 01 ədəd mis tavanı, hər birinin dəyəri 3 manat olmaqla ümumi dəyəri 90 manat olan 30 ədəd nerjeveka kabab şişlərini, dəyəri 30 manat olan 01 ədəd mis xəkəndazı, dəyəri 500 manat olan 01 ədəd diametri 80 sm olan mis mecməyini, hər birinin dəyəri 60 manat olmaqla ümumi dəyəri 240 manat olan 04 ədəd iri mis süzgəci, dəyəri 10 manat olan 01 ədəd alüminium su süzəni (leyka), dəyəri 30 manat olan 01 ədəd yığılıb-açılan dəmir çarpayını, dəyəri 80 manat olan 01 ədəd 3 metr hündürlüyündə, 22 mm qalınlığında dəmir armaturdan ibarət 1 ədə d nərdivanı, dəyəri 50 manat olan hündürlüyü 2 metr, 25 mm qalınlığında 01 ədəd dəmir nərdivanı, dəyəri 20 manat olan eni 1 metr, uzunluğu 1,6 metr olan qalın tutacaqlı 1 ədəd dəmir listi, hər birinin dəyəri 24 manat olmaqla ümumi dəyəri 96 manat 04 ədəd hər biri 2 metr, ümumi 8 metr uzunluğunda 20 mm qalınlığında dəmir armaturları, hər birinin dəyəri 12 manat olmaqla ümumi dəyəri 48 manat 04 ədəd hər birinin uzunluğu 1,5 metr, ümumi 6 metr uzunluğunda olan dəmir uqolnikləri və dəyəri 30 manat olan 01 ədəd mis badyanı vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə cəmi 8624 (səkkiz min altı yüz iyirmi dörd) manat dəyərində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏ LİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN VƏ ONUN VƏKİLİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyan 4322 manatdır. Məhkəmənin gəldiyi nəticə məhkəməəmtəəşünaslıq ekspertizasının 29 iyul 2022-ci il tarixli 9/5349 nömrəli rəyinə əsaslanmışdır. Lakin hökmdən də aydın olur ki, həmin rəydə bəzi əşyaların sayı düz göstərilməmiş və ya, ümumiyyətlə, bəzi əşyalar nəzərə alınmamışdır. Məhkəmə ekspert rəyində olan həmin boşluğu ekspert tədqiqatında qeyd olunmayan əşyanın istintaq zamanı qəbul edilmiş dəyərini əsas götürməklə aradan qaldırmağa çalışmış, bununla da ziddiyyətə yol vermişdir. Yəni məhkəmə əşyaların istintaq tərəfindən müəyyən edilən dəyərləndirməsindən tam imtina etməmiş, yeri gəldikdə ekspert rəyindəki boşluğu istintaqın müəyyən etdiyi dəyərləndirmə ilə aradan qaldırmışdır. Apellyasiya məhkəməsi qeyd edilən ziddiyyəti aradan qaldırmaq əvəzinə, iş üzrə sübutları düzgün qiymətləndirməmiş, əksinə iş üzrə daha da ziddiyyətli vəziyyət yaratmışdır. İş materiallarından görünür ki, əldə edilmiş 29 iyul 2022-ci il tarixli 9/5349 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən fotoşəkilləri təqdim edilmiş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin may-iyun aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri 4172 manat müəyyən olunmuşdur. Həmin ekspert rəyi birinci instansiya məhkəməsinin iclasında tədqiq edilərkən müəyyən olunmuşdur ki, zərərçəkmiş şə xs tərəfindən oğurlandığı iddia edilən əşyalardan mis süzgəc 4 ədəd qeyd edilsə də, ekspert rəyində həmin əşya 1 ədəd kimi qeyd edilmiş və dəyəri 40 manat müəyyən edilmiş, mis badya isə, ümumiyyətlə, qeyd edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, tələb edilən mis süzgəci 4 ədəd kimi hesab edərək, 3 ədədinin də dəyərini, yəni 120 manatı və mis badyanın qəbul edilmiş dəyəri olan 30 manatı da iş üzrə ekspert rəyində qeyd edilən dəyərlə topladıqda (4172+150=4322), yenə də təqsirləndirilən şəxs Məhkum əməli Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin tərkibini yaratmır. Apellyasiya məhkəməsində keçirilən məhkəmə baxışı zamanı Azərbaycan Milli İncəsənət Muzeyinin nəzdində fəaliyyət göstərən Dövlət Ekspert Komissiyasından əldə edilmiş xx.xx.2024-cü il tarixli, 231 saylı əlavə rəydən müəyyən edilmişd ir ki, təqdim edilən damğa təsvirli, üzərində tarixinin 1866-cı ilə aid olduğu (hicri 1251) göstərilən, sərpuş formalı haşiyə içərisində ərəb dilində yazıların əksini tapdığı qazan tarixi əhəmiyyətə malikdir. Təqdim olunan qazan 800 (səkkiz yüz) manat dəyərindədir. İş materiallarında olan ibtidai istintaq zamanı keçirilmiş xx.xx.2022-ci il tarixli, 9/5349 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə həmin qazanın (1 ədəd 100 litrlik) qiyməti 400 manat qeyd edilməklə, ümumilikdə, birinci instansiya məhkəməsi tərəfindən həmin qiymət nəzərə alınmaqla dəymiş zərərin məbləği 4322 manat müəyyən edilmişdir. Apellyasiya məhkəməsi xx.xx.2024-cü il tarixli Azərbaycan Milli İncəsənət Muzeyindən əldə etdiyi əlavə rəyə qiymət verərkən qeyd edir ki, "Hazırkı halda isə xx.xx.2024-cü il tarixli, 2 31 saylı rəyi nəzərə alaraq dəymiş zərəri yenidən hesabladıqda (4322+400=4722 manat) müəyyən olunur ki, yenə də törədilmiş əməldə CM-in 177.2.4-cü maddəsinin tərkibi mövcud olmur.” Məhkəmənin qiymətləndirməsindən görünür ki, o, əməlin xeyli miqdar təşkil edibetməməsini müəyyən etmək istəyərkən özünün əldə etdiyi rəydə göstərilən 800 manatlıq məbləği təhrif edərək onu 400 manat kimi götürür və ümumi ziyanı təşkil edən 4322 manatın üzərinə 800 manatı toplamaq əvəzinə, 29 iyul 2022-ci il tarixli rəydə həmin qazanla bağlı müəyyən edilmiş 400 manat məbləği toplamaqla hesablamada səhvə yol verib ümumu ziyanın 4722 manat olması, bunun da 5.000 manatlıq həddi aşmaması və əməldə CM-nin 177.2.4-cü maddəsinin istisna olunması qənaətinə gəlmişdir. Halbuki, 4322 manatlıq ümumi ziyanla apellyasiya məh kəməsinin əldə etdiyi əlavə rəydə göstərilmiş 800 manatı topladıqda ümumi məbləğ 5122 manat edir ki, bu da öz növbəsində CM-in 177-ci maddəsinin qeyd hissəsində göstərilən 5.000 manatlıq həddi aşmaqla həmin maddənin 2.4-cü bəndində nəzərdə tutulan tövsifedici əlamətin tərkibini yaratmış olur. Hətta, məhkəmənin müəyyən etdiyi kimi dəymiş ümumi ziyan 4722 manat məbləğində olduğu təqdirdə belə bu, ittihamın həcminin artmasına təsir etdiyi üçün hökmün ləğv edilib yeni hökm çıxarılması üçün əsas olmuşdur. Göründüyü kimi, apellyasiya məhkəməsi özünün əldə etdiyi ekspertiza rəyini sübut kimi qəbul etsə də onu düzgün qiymətləndirməyərək səhv nəticəyə gəlmiş, birinci instansiya məhkəməsinin hökmünün ləğvi üçün əsaslar olmasına baxmayaraq onu qüvvəsində saxlamışdır. Bundan başqa iş materiallarından aydın olur ki, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilməmişdir. Hətta məhkəmənin özünün məhkəmə-ekspertiza rəyinə əsaslanmaqla gəldiyi nəticəyə görə də 1012 manat ziyan ödənilməmişdir. Elan edilmiş ittihama və zərər çəkmiş şəxsin mövqeyinə əsasən isə dəymiş ziyandan 4314 manat ödənilməmişdir. Lakin, məhkəmələr qeyd edilən halı nəzərə almadan Məhkum azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni və əsaslı hesab etmişlər. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs Məhkum cəza təyin edilərkən onun törətdiyi əməldən peşmançılıq hissi keçirməsi əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Halbuki, CM-nin 72.1 -ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etm əsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. İş materiallarından aydın olur ki, Məhkum cinayət nəticəsində dəymiş ziyanın tam ödəməmiş və ya vurulmuş zərəri başqa yolla aradan qaldırmamışdır. Nəticədə cəza təyini zamanı zərərçəkmiş şəxsin mövqeyinə və onun hüquqi mənafeyinə laqeydlik nümayiş olunmaqla cəza təyininin ümumi prinsiplərinin tələblərinə əməl olunmamışdır. Dövl ət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 9 yanvar tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamadan, sübutları təhlil etmədən və bir-bir ilə müqayisə etmədən təqsirləndirilən şəxsə elan edilən ittihamdan CM-nin 177.2.4-cü maddəsinin xaric edilməsini və məhkuma cəza təyin edərkən birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab etmişdir. Lakin iş materiallarından aydın olur ki, o zərərçəkmiş şəxs kimi məhkəməyə oğurlanmış hər bir əmlakın sayı, fərdi xü susiyyətləri və qiyməti barədə ətraflı və dəqiq məlumat vermiş və Məhkum elan edilmiş ittihama əsasən o, ona, ümumilikdə, 8624 manat ziyan vurmaqla oğurluq etmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən ona dəymiş ziyan isə 4322 manat göstərilmişdir. Məhkəmə bunu məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən vermişdir. Lakin hökmdən görünür ki, rəydə bəzi əşyaların sayı düz göstərilməmiş, bəzi əşyalar isə heç nəzərə də alınmamışdır. Məhkəmə həmin ziddiyətlərin aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 9 yanvar tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etm işdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs və vəkili kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 9 yanvar tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyə tinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı və zərərçəkmiş şəxs məhkumun əməlinin düzgün tövsif edilmədiyini və məhkuma yüngül cəza təyin edilməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini CPM-i n 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblər inə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin və kassasiya şikayətinin təmin olunması barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin və onun vəkilinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə koll egiyası qeyd edir ki, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri üst-üstə düşdüyündən, həmin dəlillərə birlikdə münasibət bildirilməsi mümkündür. Kassasiya müraciətlərinin dəlilləri məhkumun əməlinin düzgün tövsif edilməməsi və məhkuma yüngül cəza təyin edilməsi ilə bağlıdır. Kassasiya protestinin dəlillərindən biri ondan ibarətdir ki: “Məhkəmənin qiymətləndirməsindən görünür ki, o, əməlin xeyli miqdar təşkil edib-etməməsini müəyyən etmək istəyərkən özünün əldə etdiyi rəydə göstərilən 800 manatlıq məbləği təhrif edərək onu 400 manat kimi götürür və ümumi ziyanı təşkil edən 4322 manatın üzərinə 800 manatı toplamaq əvəzinə, 29 iyul 2022-ci il tarixli rəydə həmin qazanla bağlı müəyyən edilmiş 400 manat məbləği toplamaqla hesablamada səhvə yol verib ümumu ziyanın 4722 manat olmas ı, bunun da 5.000 manatlıq həddi aşmaması və əməldə CM-nin 177.2.4-cü maddəsinin istisna olunması qənaətinə gəlmişdir. Halbuki, 4322 manatlıq ümumi ziyanla apellyasiya məhkəməsinin əldə etdiyi əlavə rəydə göstərilmiş 800 manatı topladıqda ümumi məbləğ 5122 manat edir ki, bu da öz növbəsində CM-in 177-ci maddəsinin qeyd hissəsində göstərilən 5.000 manatlıq həddi aşmaqla həmin maddənin 2.4-cü bəndində nəzərdə tutulan tövsifedici əlamətin tərkibini yaratmış olur.” Bu dəlillə bağlı qeyd edilməsi zərurudir ki, ekspert rəyi ilə tarixi dəyərə malik olan qazanın qiyməti 800 manat kimi göstərilmişdir. Lakin bu rəyə qədər həmin qazan 400 manat qiymətləndirilmiş və həmin 400 manat zərərçəkmiş şəxsə vurulan ümumi zərərə daxil edilmişdi. Qeyd edilən qazanın 800 manatlıq dəyərindən 400 manat daha əvvəl ümumi zərərin miqdarına daxil edildiyindən, məhkəmə kollegiyası tərəfindən nəzərə alınmayan 400 manat haqlı olaraq ümumi maddi zərərin məbləğinə daxil edilmişdir. Bu yanaşma düzdür, qanunidir, sadə bir hesablama tələb edir və bunun üçün yenidən xüsusi bilik tələb edən rəy alınmasına zərurət yoxdur. İşin hallarından da göründüyü kimi, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən birinci instansiya məhkəməsindən fərqli olan, kassasiya protestində əks olunmuş bəzi anlaşılmazlıqlar meydana çıxmış, lakin həmin anlaşılmazlıqlar apellyasiya instansiyası məhkəməsi tərəfindən səlahiyyəti çərçivəsində, qanuna müvafiq qaydada aradan qaldırılmış və bu hallar hökmün ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olmadığından apellyasiya instansiyası məhkəməsi tərəfindən hökm qüvvəsində saxlanılmı şdır. Kassasiya protestinin növbəti dəlili ondan ibarətdir ki, “Hətta, məhkəmənin müəyyən etdiyi kimi dəymiş ümumi ziyan 4722 manat məbləğində olduğu təqdirdə belə bu, ittihamın həcminin artmasına təsir etdiyi üçün hökmün ləğv edilib yeni hökm çıxarılması üçün əsas olmuşdur.” Bu dəlillə bağlı qeyd edilməsi zəruridir ki, CPM-in 399-405-ci maddələrinin müqayisəli təhlilindən görünür ki, tutulmalı olan məbləğləri azaltdıqda və ya həmin məbləğləri artırdıqda, belə artırma ittihamın həcminə və cinayətin tövsifinə təsir göstərmədiyi halda apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü ləğv etmir. İşin hallarından da göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən vurulmuş ziyanın məbləğinin artırılması cinayətin tövsifinə təsir göstərmədiyindən, apellyai sya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünü ləğv etməmişdir. Məhkumun əməlinin tövsifi ilə bağlı araşdırmanı yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkuma qarşı irəli sürülmüş ittihamdan CM-in 177.2.4-cü maddəsini xaric edərkən və apellyasiya instansiya məhkəməsi də məhkum tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin məbləğini müəyyən edərkən konkret və mötəbər sübutlara əsaslanmış və düzgün nəticəyə gəlmişlər. CPM-in 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız CPM-in tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Kassasiya protestinin məhkuma təy in edilmiş cəza ilə bağlı dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilmişdir. Kassasiya protestində məhkumun cəzasını yüngülləşdirən hal da mübahisləndirilmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən cəza təyin edilmə və məhkumun cəzasını yüngülləşdirən halla bağlı ətraflı əsaslandırma aparılmışdır və kassasiya instansiyası məhkəməsi də bu əsaslandırma ilə razılaşır. Dövlət ittihamçısı tərəfindən ve rilmiş kassasiya protestində məhkuma təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin hə yat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinay ətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasın a, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Dövlət ittihamçısı kassasiya protestində məhkumun əməlindən səmimi peşimançılıq çəkməsinin cəzanı yüngülləşdirən hal kimi məhkəmələr tərəfindən düzgün nəzərə alınmadığı qənaətinə gələrək əsaslandırmağa çalışmışdır. Əvvəla cinayət prosessual qanunvericiliyə əsasən (CPM-139.0.5-ci mad.) cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üz rə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, “məhkum edilmiş şəxsin əməlini tam etiraf edərək peşimançılıq çəkməsi” məhkum edilmiş şəxsin öz ifadəsi ilə təsdiq olunur ki, bu da, iclas protokolu ilə sübut olunur. Ümumiyyətlə, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğun dan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi, hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət- hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini v ə cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halın düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. İşdən görünür ki, məhkum edilmiş şəxs Məhkum cəzasını yüngülləşdirən hal müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cə za növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cinayət qanunvericiliyin imperativ tələbinə əsasən müəyyən olunur ki, məhkəmələr cəza təyini zamanı maddənin sanksiyasında alternativ cəzalar (növ, müddət, məbləğ baxımından) olduğu halda, niyə məhz daha ağırını tətbiq etməli olmasını əsaslandırmalıdır. Qeyd edilən tələb həmçinin cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməməsi (CM-62), şərti məhkum etmə (CM-70) institutunun tətbiq edilmədiyi hallara da aid edilmişdir. Lakin müəyyən olunur ki, qərarda (və ya hökmdə) cəza təyini institutlarına istinad olunarkən formalaşmış səhv məhkəmə təcrübəsi nəticəsində məhkəmələr yalnız yüngül cəza təyin etdikdə niyə məhz yüngül cəza təyin etməsini əsaslandır mağa çalışır, belə əsaslandırma dövlət ittihamçısı tərəfindən qənaətbəxş olmadıqda həmin qərardan (və ya hökmdən) protest verilir. Bunun əksinə olaraq əksər hallarda cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddində cəza təyin edilirkən qeyd edilən normanın tələblərinə zidd olaraq heç bir əsaslandırılma aparılmır. Halbuki bunun əksinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsində cinayətə görə nəzərdə tutulmuş az ciddi cəza növü və ya həddində cəza təyin edilərkən əsaslandırılma aparılmasını tələb edən hər hansı bir norma yoxdur. Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası müddətində nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır – azadlıqdan məhrumetmə cəzası təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır – azadlıqdan məhrumetmə cəzası təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası q eyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti və zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli qərarı kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdılr. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 2024-cü il 30 avqust tarixli, 1(075)-10/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 9 yanvar tarixli, 1(107)-2/2025 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə və zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar