Məhkəmə qərarları › İş №1(102)-1384/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1384/2019

12.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1384/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət verən şəxsin nümayəndəsi X17, Müdafiəçi iştirakları ilə, X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2019-cu il tarixli qərarından barəsində xüsusi ittiham qayda sında şikayət verilmiş tərəfin kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Tağıyev Azər Ramiz oğlu) X4 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında X5 şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Qərardan xüsusi ittiham qaydasında şikayət vermiş X10 və müdafiəçisi X11 apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim Həsən Əhmədov, hakimlər Faiq Qasımov və İlqar Murğuzov) 22 oktyabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, xüsusi ittiham qaydasında şikayət üzrə materialların Bakı şəhəri Səbail Rayon Məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılması qərara alınmışdır Azərbaycan Respublikası Ali Məhkəməsinin (sədrlik edən Kazımov Tahir Lələkişi oğlu hakimlər Seyfəliyev Əli Səlim oğlu və Nəsibov Hafiz Qənbər oğlundan ibarət tərkibdə) 13 mart 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, xüsusi ittiham qaydasında şikayət üzrə materialın apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Xüsusi ittiham qaydasında şikayət vermiş X10 və nümayəndəsi X17 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Əkbərov Kamran Hüseyn oğlu, hakimlər Mirzəyev Sahibxan Arzuman oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə) 31 may 2019cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə olan xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair Bakı şəhər Səbail Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə toplanmış materiallar baxılması üçün Bakı şəhər Səbail Rayon Məhkəməsinə məhkəmə hazırlıq iclasının keçi rilməsi mərhələsinə göndərilməsi qərar alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2019-cu tarixli qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş L.Z.Məmmədzadə və müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayətində göstərilir ki, Bakı Apellyasiya Məhkəməsi maddi və prosessual normaların tələbləri pozulmaqla qərəzli mövqedə olan iki şahidin ifadəsinə əsaslanmış, həmin şahid ifadələrinə, həmçinin hadisəni əks etdirən videogörüntüyə birinci instansiya məhkəməsi tərəfindən baxış keçirilməsi və qiymət verilməsi nəzərə alınmamışdır. Müdafiəçi, X4 əməlində heç bir cinayət tərkibinin olmadığını qeyd edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasın ın 31 may 2019-cu il tarixli qərarı ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin təmin edilməməsi barədə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisinin kassasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya şikayətinin dəlillərini məqbul hesab etməyərək kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni ətraflı şərh etməklə əsaslandırmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulur. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir, yəni kütlə vi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə cinayət məsuliyyəti yaradır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Plenumunun 21fevral 2014-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrinin mənasına əsasən kütləvi çıxış dedikdə,şəxsin ləyaqətini və şərəfini alçaldan və onu nüfuzdan salan məlumatı ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etməsi başa düşülür. İş materiallarından görünür ki, X1 ünvanına işlətdiyi ifadələri içtimai yerdə, ünvan 1 giriş qa pısında X3, X9 və məlum olmayan digər şəxslərin yanında işlətmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.3.6-cı maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə, icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 391.9-cu maddəsinə əsasən, Bu Məcəllənin 391.8 maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir, həmçinin cinayət işini, məhkə məyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edərkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarından çox nəzəri tərəfini müzakirə etmişdir. İş üzrə mühüm əhəmiyyət kəsb edən halları hərtərəfli, tam və obyektiv araşdırmadan, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin qəsdinin olmadığına, işə aidiyyatı olmayan hallara toxunmaqla onlara münasibət bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Ş əxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Apellyasiya məhkəməsinin gəldiyi nəticə şikayət üzrə materiallara, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri işin faktiki hallarına uyğun deyil. Kassasiya şikayətində göstərilən arqumentlərlə əlaqədar olaraq məhkəmə kollegiyası bir daha qeyd edir ki, bu əsaslarla qaldırılan məsələlər işə mahiyyəti üzrə baxılarkan həll oluna bilər. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin qəbul etdiyi qərar işin faktiki hallarına uyğundur, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar