Məhkəmə qərarları › İş №1(102)-1384/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1384/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1384/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X10 və X2 ibarət tərkibdə) 27 aprel 2021-ci il tarixli hökmü ilə 18 avqust 1987-ci ildə Yardımlı rayonunun Gendərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yardımlı rayonunun Gendərə kəndində qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; CM-in 66.3-cü maddəsinə əsasən təyin oulnmuş cəzalar qismən toplanılmaqla, cinayətlərin məcmusu üzrə ona qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 12 iyun 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmiş, iş üzrə maddi s übutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X15 (sədrlik edən), X5 və X4 ibarət tərkibdə) 19 oktyabr 2021-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 1(099)65/2021 saylı hökmündən məhkum edilmiş şəxs Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 1(099)65/2021 saylı hökmü həmin apellyasiya şikayətlərinə əsasən Məhkum cəza təyini hissəsində dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü madd ələri ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası həddinədək azaldılmışdır. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, Məhkum qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hökm apellyasiya şikayətlərinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə lə irəli sürülmüş itti hama əsasən, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə əldə olunması ilə bağlı razılığa gələrək bu məqsədlə aralarında aparılmış rolların bölgüsünə əsasən Azərbaycan Respublikası ərazisində qanunsuz satışını təşkil edib qazanc əldə etmək üçün qaçaqmalçılıq yolu ilə yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilən narkotik vasitəni qəbul edib çatdırılması üçün şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə razılaşdıqdan sonra gömrük nəzarətindən kənardan keçirilən içərisində 5830,0 qram çəkidə külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan bir ədə d selofan torbanı qanunsuz əldə edib daşımaqla Yardımlı rayonu Gendərə kəndində yaşadığı evin həyətyani sahəsində yerləşən hinin arxa tərəfində kisənin altında saxlamış, 12 iyun 2020-ci il tarixdə saat 12-50 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Məhkum Yardımlı rayon Gendərə kəndində yaşadığı evdə saxlanılaraq onun razılığı ilə yaşadığı evin həyətyani sahəsinə baxış keçirilən zaman evin sol yan tərəfində yerləşən hinin arxa tərəfində kisənin altında bir ədəd sellofan torbada 5830,0 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişd ir ki, DİN-in BNMİ-nin CBRŞ-nin rəisi polis polkovnik leytenantı Həmid Həmidovun təsdiq etdiyi 12 iyun 2020-ci il tarixli qərar özü işin faktiki hallarına uyğun gəlməyərək qanunvericiliyin tələblərinin ciddi şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, Əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərara əsasən məhz konkret hansı əməliyyat-axtarış tədbiri keçirilməsini müəyyən etmək mümkün olmadığı üçün keçirələcək əməliytyat-axtarış tədbiri üçün məhkəmənin məhz hansı qərarının zəruri olubolmadığı da müəyyən etmək mümkün deyildir. Məhkum Ağamalı oğlunu DİN-in BNMİ-nin CBRŞ-nin işçiləri tərəfindən 12 iyun 2020-ci il tarixdə səhər saat 05 radələrində evindən götürülərək Lənkəran şəhəri regional şöbəyə gətirilmiş, tərəfindən həmin günü səhər saat 09-10 radələrində Vüsal Ağamalı oğlunun m üdafiəsi ilə əlaqədar Regional şöbənin təhqiqatçısı ilə görüşərək Məhkum Ağamalı oğlunun adına tərtib olunmuş orderi təqdim edərək saxlanılan şəxslə görüşməyini xahiş etmiş, lakin Məhkum Ağamalı oğlunun müdafiə hüququ açıq şəkildə pozulmuşdur. İstintaq zamanı tərəfindən təhqiqatçının və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin prosessual hərəkətləri və qararlarm qanunsuz hesab edilərək ləğv edilməsi barəsində məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət edilmiş, Yardımlı Rayon məhkəməsi həmin müraciətə baxaraq xx.xx.2020-ci il tarixli qərar, həmçinin Apelyasiya məhkəməsi xx.xx.2020-ci il tarixli qərar qəbul edərək ərizəni təmin etməmişdir. Müdafiəçi kassasiya şikayətində Məhkum Ağamalı oğlunun barəsində Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının CPM 21.3, 42.2.4, 139, 145.3, 146.1, 349.3, 349.5.1-ci maddələri, Azərbaycan Respublikas Konstitusiyasının 63-cü maddəsinin İV hissəsinin, 125-ci maddəsinin 7-cü bəndinin tələblərinin pozulması ilə qəbul edildiyindən həmin qərarı bəraətverici əsaslarla ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətini müdafiəçinin kassasiya şikayətində göstərilən dəlillərlə əsaslandıraraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassa siya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkum və müdafiəçisinin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətb iqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Belə ki, kassasiya şikayətlərində Məhkum Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3 maddələri ilə əsassız məhkum edilməsi göstərilməklə ona bəraət verilməsi xahiş olunur. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin a zadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən e dilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən olunmuş hallara və toplanmış sübutların müqayisəli təhlilinə əsaslanaraq qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri elan edilmiş ittihaml a bağlı bütün sübutlar işə baxan aşağı instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmələrdə heç bir şübhə doğurmayan bu sübutlar əsasında məhkumun əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlinmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə ibtidai araşdırma zamanı sübutların əldə olunması və onların aşağı instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə məhkəmələr tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilm əz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin Məhkum Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməli olmasından ibarət dəlilləri ilə bağlı qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum həmin maddələrdə göstərilən cinayət əməllərini törətməsi şahid qismində birinci instansiya məhkəməsində dindirilmiş X6, X12, X9 və X1 verdikləri ifadələr, məhkəmə fiziki-kimyəvi ekspertizasının 13 iyun 2020-ci il tarixli 19/214 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 554 nömrəli rəyi, ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 1575 nömrəli rəyi, baxış və götürmə aparılması haqqında 12 iyun 2020-ci il tarixli protokol, telefon danışıqlarına dair məlumatların əks olunduğu disk və və məhkəmədə tədqiq olunmuş digər sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətlərində qeyd olunan dəlillərini cinayət məsuliyyətindən yayınmaya yönələn cəhd kimi qiymətləndirir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum həmin narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsində köməkçi qismində iştirak etməsi nəticəsinə gələrək onun əməlini CM-in 32.5, 206.2-ci maddələri ilə tövsif etməklə səhvə yol vermişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüq uqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsi n təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya onda n gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Baxılan işdə narkotik vasitənin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlər narkotik vasitələrin Azərbaycan Respublikasına gömrük sərhədindən (İİR-lə Azərbaycan Respublikası arasında olan dövlət sərhədindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli 10 saylı qərarında qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hə rəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM- in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyalar ı Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirak çılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-in 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-in 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-in 32.5-ci maddəsinə əsas ən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. İş materiallarından görünür ki, Məhkum işin hallarında təsvir olunan qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük n əzarətindən gizli yolla keçiriləcək narkotik vasitəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etməsi barədə razılığa gəlməsi cinayətinin icrasında rolu olmamış, yalnız külli miqdarda narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən əldə etmə, daşıma və saxlaması cinayətində iştirak etmişdir. Cinayət işinin materiallarında olan 16 iyun 2020-ci il tarixli qərarla 5829,95 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. 12 iyun 2020-ci il tarixli “baxış” protokolundan görünür ki, Məhkum yaşadığı evin həyətyanı sahəsində yerləşən hinin arxa tərəfindən kisənin altından bir ədəd sellofan torba aşkar edilmiş, Məhkum həmin sellofan torbada narkotik maddə heroin o lduğunu bildirmişdir. Sonra Məhkum həmin narkotik maddənin ona İran İslam Respublikasından göndərildiyini, telefonla hara qoyulması barədə əlavə məlumat veriləcəyini bildirmişdir. "xxxx" Telekom MMC-dən daxil olmuş diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Məhkum istifadəsində 050 805-27 17 və 050-547-37 69 saylı nömrələr olmuş, ***-***-**-** saylı nömrə vasitəsilə WhatsApp sosial şəbəkəsindən istifadə etmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum narkotik vasitələrin şəxsiyyəti istintaqa məlum olmayan İİR-nın vətəndaşı ilə əvvəlcədən razılaşaraq Azərbaycan Respublikasına göndərilməsində və dövlət sərhəddinin nəzarət-buraxılış məntəqələrindən kənarda respublikaya keçirilməsində məlumatı və iştirakı olmasını təsdiq edən hər hansı sübut müəyyən edilmir. Odur ki, məhkəm ə kollegiyası hesab edir ki, Məhkum qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək narkotik vasitəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etməsi barədə razılığa gəlməsi iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinin tələblərinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in 353.2-ci maddəsinin tələblərinə görə məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində: “353.2.1. cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivlə ri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri; 353.2.2. məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri”nin göstərilməsi zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qərarı və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə məhkum edilməsinə aid hissədə ləğv edilməli və Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində CMin 32.5, 206.2-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, M əhkum CM-in 32.5, 206.2-ci maddəsi ilə və CM-in 66.3-cü maddəsinə əsasən, cəza təyin edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilməli, Məhkum üzərində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qərarı ilə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlam ətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şüb həli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Az ərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X11rşı” 9 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin m əhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 416.1.11-ci ma ddəsinə əsasən apellyasiya instansiya məhkəməsi cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiya məhkəməsi həmin hökmü ləğv edə və ya dəyişdirə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.3 və 419.10.4-ci maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qərarı və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmü Məhkum A zərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə məhkum edilməsinə aid hissədə ləğv edilsin və Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Məhkum barəsində Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və Məhkum həmin maddə ilə cəzalandırılmasına, habelə CM-in 66.3-cü maddəsi ilə cinayətlərin məcmusu üzrə cəza təyin edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilsin. Məhkum üzərində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar