Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1384/2023 09.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrin də dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.Ə.Məcidov, hakimlər Z.Q.Ağayev və S.S.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1986-cı il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 4 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, XXX15inin X15nin xxx xxxi vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, C inayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqd an məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Məhkum sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsinin qoyulması, sınaq müddətinin əvvəlinin məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanması, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.Ç.Məmmədov, hakimlər İ.M.Murquzov və H.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2022ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 01 mart 2019-cu il tarixli, 1000/242-Ş saylı əmrlə 01 mart 2019-cu il tarixdən 14 mart 2022-ci il tarixədək XXX15inin X15nin xxx xxxi vəzifəsində işləyərkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 85-ci maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallarda cinayət işi başlamaq, səlahiyyəti daxilində bütün istintaq və digər prosessual hərəkətləri aparmaq, şəxsi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb etmək və onun barəsində qətimkan tədbirinin seçilməsini t əmin etmək, cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi, habelə tətbiq oluna biləcək xüsusi müsadirənin təmin edilməsi üçün tədbirlər görmək, cinayət işi üzrə icraatın xitam olunması barədə qərar qəbul etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş əmlakı mənimsəmə yolu ilə talamaq məqsədilə 8 sentyabr 2020-ci il tarixdə Gürcüstan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 53.000 ABŞ dolları məbləğində pul vəsaitini Bakı şəhəri X4 Aeroportu vasitəsilə Bakı-Dubay aviareysi ilə X2 apararkən Dövlət Gömrük Komitəsinə bəy an etməməsi faktına görə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə başlanaraq icraatına verilmiş ********* nömrəli cinayət işi üzrə istintaq zamanı Gürcüstan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 üzərində aşkar edilərək xx.xx.2020-ci il tarixdə XXX15inin Maliyyə və Təchizat idarəsinə təhvil verilmiş 53.000 ABŞ dolları məbləğində pul vəsaitini vəzifəsindən irəli gələn prosessual hərəkətlərin icrası ilə bağlı, yəni sənədlərin məhkəmə-texniki ekspertizasının təyin edilməsi üçün xx.xx.2020-ci il tarixdə XXX15inin Maliyyə və təchizat idarəsinin Mühasibat və uçot şöbəsinin cinayətdən xəbərsiz rəisi Şahid3 özü və Şahid3 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli protokolla təhvil alaraq həmin tarixdə tərəfindən təyin edilmiş müvafiq eks pertizanın xx.xx.2020-ci il tarixli ekspert rəyini aldıqdan sonra qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 90.100 manat təşkil edən 53.000 ABŞ dolları məbləğində pul vəsaitini ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində qəbul edib, mənimsəmə cinayətkar əməlinin aşkar olunmasının qarşısını almaq məqsədilə ünvan 3 ünvanında yerləşən XXX15inin Əməliyyat və İstintaq Baş İdarəsində yerləşən xidməti iş otağında xx.xx.2020-ci il tarixdə tərtib etdiyi rəsmi sənəd olan “pulların təhvil verilməsi barədə” xx.xx.2020-ci il tarixli protokolun məzmununa tamah niyyətilə cinayətin predmeti olmayan 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin guya Gürcüstan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 qaytarılmasına dair bilə-bilə yalan məlumatları dax il etməklə həmin protokolda XXX15inin Maliyyə və təchizat idarəsinin Mühasibat və uçot şöbəsinin rəisi Şahid3, Gürcüstan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 və tərcüməçi Şahid4 adlarının qarşısındakı imzaları oxşatmaqla çəkib, həmçinin, cinayətkar niyyətini davam etdirib 43.000 ABŞ dolları məbləğində pul vəsaitinin cinayət işi üzrə özünün xx.xx.2020-ci il tarixli “maddi sübutun tanınması və saxlanca təhvil verilməsi barədə” prossesual qərarının məzmununa guya 43.000 ABŞ dolları məbləğində pul vəsaitinin XXX15i Maliyyə və təchizat idarəsinin Mühasibat uçotu şöbəsində saxlanılmasına dair bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə həmin tarixdə ünvan 3 ünvanında yerləşən XXX15inin Əməliyyat və İstintaq Baş İdarəsində yerləşən xidməti iş otağında daxil edib həmin qərarı öz imzas ı ilə təsdiqləyib pul vəsaitlərinin saxlanca təhvil verilməsini təmin etməməklə 53.000 ABŞ dolları məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində özünün şəxsi ehtiyaclarına sərf edərək, həmin rəsmi sənədləri cinayət işinin materiallarına əlavə edib, xx.xx.2020-ci il tarixdə ibtidai istintaqını apardığı cinayət işi üzrə istintaqı yekunlaşdıraraq cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsinə nail olub, öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs1 məxsus olmaqla ona etibar edilmiş həmin dövrün rəsmi məzənnəsi ilə 90.100 (doxsan min bir yüz) manat təşkil edən 53.000 (əlli üç min) ABŞ dolları məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, həmin hərəkətləri ilə XXX15i əməkdaşının və dövlət qurumunun cəmiyyətdə nüfuzunun qo runubsaxlanılması ilə əlaqədar qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr əsassız olaraq cəzanı yüngülləşdirən halları (cinayət nəticəsində vurulmuş ziyanın könüllü olaraq tam ödənilməsini, himayəsində dörd azyaşlı uşağın olmasını) müəyyən edib, onları, eləcə də Məhkum ilk dəfə cinayət törətməsini və şəxsiyyətinə dair digər məlumatları onun cəza çəkmədən islah oluna biləcəyinə inam yaradan hallar kimi qiymətləndirmiş, nəticədə Məhkum barəsində yüngüllüyünə görə onun şəxs iyyətinə, törətdiyi cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan şərti məhkum etmə tətbiq etmiş, Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59, 70-ci maddələrinin tələblərini pozmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosess ual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən halların düzgün nəzərə alınmadığını, nəticədə onun barəsində yüngüllüyünə görə onun şəxsiyyətinə, əməllərinə uyğun olmayan şərti məhkum etmənin tətbiq olunduğunu iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini Cinayət-Prosessual Məcəllənin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsaslarından biri kimi nəzərdə tutulmuş halla əsaslandırmışdır. Odur ki, məhkəmə kollegiya dövlət ittihamçı sının kassasiya protestini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Bilavasitə şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törə dilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Lakin, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiq edilməsinin mümkün olub-olmaması araşdırılarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi təl əb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedi kdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Cinayət Məcəlləsinin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasın da göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də CPM-in 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müvafiq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında da məhkəmələrə izah olunur ki, onlar CM-in 59-cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onların cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırsınlar. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Baxılan işin materiallarından isə görünür ki, birinci instansiya məhkəməsi Məhkum barəsində şərti məhkum etmənin tətbiq olunması barədə nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi isə şərti məhkum etməni dəyişdirilmədən saxlayarkən Məhkum şəxsiyyəti barədə nəticəni bu məsələ üzrə düzgün qənaətə gəlmək üçün təsiri ola biləcək bütün halların məcmusundan hasil etməmiş, nəticə etibarı ilə onun şəxsiyyətinin düzgün qiymətləndirilməsini təmin edə bilməmişlər. Belə ki, hökmdən və apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür k i, məhkəmələr Məhkum cəza çəkmədən islah oluna biləcəyinə dair qənaətlərini Məhkum himayəsində azyaşlı uşaqların olması, vurulmuş ziyanın ödənilməsi (müvafiq məbləğdə pul vəsaitinin ibtidai istintaq orqanının depozit hesabına qoyulması) ilə yanaşı həm də şəxsiyyətinin belə qənaət üçün əsas yaratması ilə əlaqələndirmişlər. Lakin, Məhkum təqsirli bilindiyi cinayətlərdən görünür ki, əslində XXX15inin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin İstintaq şöbəsinin xxx xxxi kimi onun vəzifəsi icraatında olan cinayət işi üzrə ibtidai istintaqın qanuni şəkildə aparılmasını, cinayət prosesində iştirak edən şəxslərin hüquqlarını lazımınca təmin etmək olduğu halda, o, təmsil etdiyi dövlət qurumunun təyinatının, öz funksional vəzifələrinin tam ziddinə olaraq, cinayət işi üzrə müv afiq prosessual sənədləri saxtalaşdırmış, bu yolla təqsirləndirilən şəxsdən götürülərək maddi sübut kimi rəsmiləşdirilmiş külli miqdarda pul vəsaitini mənimsəmişdir. Cinayətlərin törədilmə hallarına aid olan həmin xüsusatlar cinayətlərin ictimai təhülkəliliyinə təsir etməklə yanaşı, həm də Məhkum təmsil etdiyi dövlət qurumuna, öz vəzifə borcuna münasibətini aşkarlamaqla onun şəxsiyyətini səciyyələndirir. Xidmət mənafeyi əleyhinə olan həmin əməllərinə görə Azərbaycan Respublikası DGK-nin sədrinin 14 mart 2022-ci il tarixli əmri ilə Gömrük orqanlarında xidmət haqqında əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndində əsasən Məhkum gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Məhkəmələrin qeyd olunanları nəzərə almadan (o cümlədən, Məhkum əvvəl fəaliyyət göstərdiyi Dövlət Gömrük Komitəsindən xasiyyətnamə əldə etmədən) əvvəllər məhkum olunmaması, peşman olması, azyaşlı uşaqlarının olması, vurulmuş ziyana bərabər məbləğdə pul vəsaitinin (ziyanın ödənilməsi üçün) ibtidai istintaq orqanının depozit hesabına qoyulması kimi dəlillərdən çıxış edərək, onun şəxsiyyətini müsbət səciyyələndirmələri və müvafiq olaraq şərti məhkum etmənin tətbiq edilməsini mümkün saymaları onu göstərir ki, əslində məhkəmələrin Məhkum şəxsiyyətini xarakterizə edən halların onun cəza çəkmədən islah oluna bilməsinə inam yaratmasına dair qənaətləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutların məcmusundan, baxılan məsələnin həlli üçün əhəmiyyətli olan (cəzanın müəyyən edilməsinə təsir göstərən) bütün halların nəzərə alınmasından irəli gəlmir. Bu qaydada, yəni Cinayət Məcəlləsinin 8, 58.3, 70-ci maddələrində göstərilən cəzanın müəyyən edilməsinə, şərti məhkum etmənin tətbiq edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə (cəzanı yünüglləşdirən hallar kimi qiymətləndirilmiş hallara üstünlük verilməsi, cinayətlərin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarın şəxsiyyətinə lazımi əhəmiyyətin verilməməsi ilə) təyin edilmiş şərti məhkum etmə nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə - Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini təmin edə bilməz. Təsvir edilənlər kassasiya protestinin ə saslı olduğunu, məhkəmələrin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən pozuntuya yol verdiklərini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının və kassasiya protestinin təmin edilməməsinə dair məhkumun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 23 dekabr 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəm ə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 23 dekabr 2022-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1384/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1384/2023
09.06.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver