Məhkəmə qərarları › İş №1(102)-1384/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1384/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1384/2024 27.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlunun və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 və zərərçəkmiş şəxs (mülki iddiaçı) X1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə məhkum olunmasına dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 20 iyul tarixli, 1(104)-350/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tovuz Rayon Məhkəməsinin (sədrlik edən Fərid Əliyev) 2023-cü il 3 may tarixli 1(062)-55/2023 nömrəli hökmü ilə, xx xxxxxxx 1992-ci ildə Tovuz rayonunun Mülkülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Mülkülü kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, cinayət işi üzrə mülki iddia baxılmamış saxlanılması və mülki iddiaçıya həmin iddianı sonradan mülki mühakimə icraatı qaydasında verə biləcəyinə dair hüququnun olmasının izah edilməsi qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin (mülki iddiaçı) nümayəndəsi-vəkil apellya siya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: Salman Hüseynov (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev və Nural Əliyevdən ibarət tərkibdə) 2023-cü il 20 iyul tarixli, 1(104)-350/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin 2023-cü il 3 may tarixli 1(062)55/2023 nömrəli hökmü zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə mülki iddiaya aid hissədə dəyişdirilmiş, mülki iddia qismən təmin edilmiş, Məhkum cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar müalicə xərci ilə bağlı maddi zərərə görə 10.171 (on min yüz yetmiş bir) manat və 72.822,75 (yetmiş iki m in səkkiz yüz iyirmi iki ABŞ dolları yetmiş beş sent) ABŞ dolları ödəniş anında Mərkəzi Bank tərəfindən müəyyən edilmiş məzənnə üzrə Azərbaycan manatı ilə pul Məhkum alınıb X2 verillməsi müəyyən edilmiş və mülki iddia qalan hissədə təmin edilməmişdir. İŞİN HALLARİ: Hökmə əsasən, Məhkum xx.xx.2021 -ci ildə, saat 16 radələrində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ olmadan, "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol maddələrin təsiri altında özünə məxsus olmaqla idarə etdiyi "Ford Fusion” markalı, "MK 458TR21” tranzit dövlət qeydi yyat nişanlı avtomobillə Tovuz-Mülkülü avtomobil yolunun Tovuz rayonu Mülkülü kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələbini pozaraq, həmin tələbə əsasən relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verildiyi halda bu tələblərə əməl etməyib, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətini davam etdirməklə, "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq həmin tələbə əsasən avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində 60 km/saat sürətdən artıq, yəni 120-130 km/saat sürətlə idarə edərək, həmin yolda ondan qabaqda öz hərəkət zolağı ilə Tovuz rayonu Mülkülü kəndi istiqam ətində saatda 60 km/saat sürətlə hərəkətdə olan Şahid2 idarə etdiyi "Mercedes Benz-190” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobili sağ tərəfdən ötmək istəyərkən həmin avtomobilin arxa sağ hissəsi ilə toqquşaraq hər iki avtomobillərin aşması nəticəsində ehtiyatsızlıqdan idarə etdiyi "Ford Fusion” markalı, "MK 458TR21” tranzit dövlət qeydiyyat nişanlı avtomobildə ön oturaqcaqda əyləşmiş sərnişin X1 açıq kəllə beyin travması və baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət edilən, pnevmosefaliya ilə fəsadlaşan sağ frontal sümüyünün orbitanın damına keçən xətti sınığı, Xİ döş fəqərəsinin kompression, qəlpəli, fəsadlaşmış sınığı və onurğa beyinin ağır dərəcəli əzilmiş, Vİ və Vİİİ döş fəqərə cismlərinin sağ ön yuxarı hissəsinin yerdəyişməmiş sınığı, Vİİ və X döş fəqərə cismlərinin ön yuxarı küncünün yerdəyişməmiş sınığı, X-Xİ döş fəqərələr arası travmatik disk yırtığı ilə müşayiət edilən aşağı paraplegiya, çanaq üzvlərinin funksiyalarının pozulması ilə nəticələnmiş, onurğanın döş şöbəsinin qapalı fəqərə sütunu-onurğa beyni travması, hər iki ağciyərlərin kontuziyası, iki tərəfli hemotoraks, döş sümüyü cisminin aşağı hissəsinin və aşağı sol yan kənarının minimal yerdəyişmiş sınığı, sağ maksilyar sinusun divarlarının ciddi yerdəyişmə göstərməyən sınığı, sağ gözün alt və üst göz qapaqlarının və sağ gözətrafı toxumalarının həmin gözə subkonyuktival qansızma ilə müşayiət edilən küt travması kimi ümumilikdə həyat üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid, "Mercedes Benz- 190” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şa hid2 sol əl nahiyəsinin sıyrığı ilə müşayət olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və "Mercedes Benz-190” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan Şahid1 başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası ilə müşayət olunan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almalarına səbəb olmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN (MÜLKİ İDDİAÇİNİN) ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə tərəfindən şəxsə təyin edilən cəza ədalətli olmamışdır. Belə ki,məhkum edilmiş şəxs əvvəlllər məhkum edilməyb. Törədilən cinayət ehtiyatsızlıqdan baş verib və az ağır cinayətlər kateqoriyasına aiddir. Müdafiə tərəfi qeyd edir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən cinayət qanunverciliyinin cəza təyin edilməsi ilə bağlı tələblərini nəzərə almamışdır, Belə ki, məhkum edilmiş şəxs ilk dəfə cinayət törətmiş, əvvəllər heç bir cinayət etməmişdir. Məhkəmələr şəxsə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edərkən ədələtlilik prinsipini və eyni zamanda humanizm prinsipinin məqsədlərinə zidd hərəkət etmişlər. Halbuki, məhkəmələr həmin maddələrə istinad edib, lakin sonda həmin prinsiplərin əleyhinə hərəkət etmişlər. Məhkəmələr tərəfindən hansı səbəbdən şəxsə başqa alternativ cəzalara nəzərdə tutulduğu halda məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslandırmamış, buna dair heç bir əsaslı arqument irəli sürməmişlər. Əksinə şəxsin ilk dəfə məhkhum olunması əməlindən səm imi peşman olması və törədilən cinayət əməlinin ehtiyatsızlıqdan törədilən cinayətlər kateqoriyasına aid olmasını nəzərə almamışlar. Müdafiə tərəfi birinci instansiya məhkəməsinin hökmündən şikayət verməsədə apellyasiya məhkəməsi CPM-in 397.2-ci maddəsinin tələblərinə əsasən bu məsələləri nəzərə almalı idi. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi tərəfindən zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia heç bir təhlil aparılmadan şərtsiz olaraq məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə tərəfindən iddia ərizəsində göstərilən rəqəmlər iki dəfə olmaqla təkrarlanmasına baxmayaraq məhkəmə qeyd edilənləri nəzərə almamışdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, ödənilmiş məbləğlər əsasındə müalicə müddəti bir ay müddətinə müəyyən edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən bir məb ləğ iddia ərizəsində 3 dəfə təkrar olaraq göstərilmiş, lakin məhkəmə bunları nəzərə almamışdır. Belə ki, işdə olan çeklərə diqqət yetirdikdə xx.xx.2022-ci ildə 8000 manat pul ödənilir və müalicə müddəti 30 gündür. Deməli may ayının 21-də müalicə başa çatmalıdır. Bundan sonra, dalbadal iki dəfə yəni, xx.xx.2022-ci il tarixdə 8000 manat və xx.xx.2022-ci il tarixdə bir də 8000 manat pul ödənilir. Mülki iddiaçı bir çekin dəyərini üç dəfə təkrarlayıb və məhkəmədə bunlara nəzər yetirmədən mülki iddianı təmin edib. Eyni zamanda işdə xx.xx.2022-ci il tarixdə 650 dolar ödənilməsi göstərilib. Halbuki, xx.xx.2022-ci il tarixli qəbz ilə bir aylıq müalicə üçün ödəniş edilmişdir. İşdə olan qəbzlərdə anlaşılmazlıq vardır. Belə ki, xx.xx.2022-ci il tarixli çekə diqqət yetirdikdə aydın olur ki, 4.300 dolla r pul ödənilib və xx.xx.2022-ci il tarixdə bura daxildir. Bundan başqa işdə olan digər bir xx.xx.2022-ci il tarixli çekdə ödəniş haqqı 7.500 dollardır, müalicə 30 gündür. Buradan görünür ki, çeklərdə uyğunsuzluq vardır. Bundan başqa digər bir məqam ondan ibarətdir ki, 8.05.2022-ci il tarixli çekdən aydın olur ki, şəxs guya 7.500 dollar pul ödəyib və müalicə müddəti yataraq 30 gündür. Digər bir çek xx.xx.2022- ci il tarixli çekdir ki, orada şəxsin 7.500 dollar ödədiyi qeyd edilib. Bu rəqəmlər göründüyü kimi eynidir. Necə ola bilər ki, bir çekdə müalicə müddəti 30 gün müəyyən edilir ondan dörd gün sonra yenə həmin məbləğdə yenidən pul ödənilir. Zərərçəkmiş şəxs tərəfindən mülki iddiada göstərilmiş yalan məlumatlar məhkəmə tərəfindən şərtsiz qəbul edilərək əsasız olaraq qarşı tərəfin varlan masına gətirib çıxardan qərar qəbul edilmişdir. Məhkumun müdafiəçisi yuxarıda göstərilənlərə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 20 iyul tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxs (mülki iddiaçı) X4 məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 20 iyul tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Yaqut Əliyeva çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə məhkum olunmasına dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 20 iyul tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prose ssual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiə tərəfi məhkuma təyin edilmiş cəzanın ağırlığını və mülki iddianın təmin olunmasının qanunsuz və əsassızlığıni mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsini n Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğ un cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Müdafiəçi kassasiya şikayətində əsasən iki məsələni mübahisələndirmişdir. Birinci, məhkuma təyin edilmiş cəzanın ağırlığını, ikinci, mülki iddianın qanunsuz və əsassız təmin edilməsini. Məhkuma təyin edilmiş cəza ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkum sürücülük hüququ olmadan avtomaşını idarə etmiş, nəticədə gənc bir şəxsin sağlamlığının itirilməsinə səbəb olmuş, zərərçəkmişlə bar ışmamış, heç bir maddi yardım göstərməmişdir. Məhkumun təqsirli bilindiyi CM-in 263-1.2-ci maddəsində alternativ cəza nəzərdə tutulmamış 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuş, məhkəmə tərəfindən də işdə olan yüngülləşdirici hallar nəzərə alınmaqla 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə, ictimai təhlükəlilk dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğundur və onun islah olunmasına kömək edə biləcək həddədir. Bu səbəbdən kassasiya şikayətinin həmin dəlili əsassızdır. Mülki iddianın təmin edilməsi ilə bağlı məsələyə münasibət bildirən məhkəmə kollegiyası qeyd edilməsini vacib hesab edir ki, mülki iddia üzrə hər bir məblləği təsdiq e dən pul qəbzi mövcuddur və apellyasiya instansiyası məhkəməsi də məhz bu qəbzlərə əsaslanaraq mülki iddianı təmin etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş həmin qəbzlərdən də görünür ki, qəbzlər müvafiq müalicə müəssisələrinin möhürləri ilə təsdiq edilmiş rəsmi sənədlərdir. Qəbzlərdən də görünür ki, həmin qəbzlər hər bir ödəniş üçün verilmiş və bir ödəniş üçün iki qəbzin verilməsi istisna edilir. Həmin müalicə müəssisələri daha yüksək ödənişlər hesabına müalicə xidmətləri göstərir və həmin yüksək keyfiyyətli müalicə üçün yüksək pul məbləğlərinin ödənişi də bazar iqtisadiyyəti qaydalarının tələblərinə uyğundur. Müdafiə tərəfinin ödənilərin məbləğlərinin yüksək olması, lakin ödənişlər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığında hər hansı müsbət irəliləyişin olmaması ilə bağlı d əlili ilə bağlı qeyd edilməlidir ki, zərərçəkmiş şəxsin cinayət hadisəsi ilə bağlı aldığı xəsarətlərin sayının çoxluğu, çoxsaylı sümük sınıqlarının olması müalicənu uzunmüddətli və çətin edir. Bu səbəbdən zərərçəkmiş şəxsin müalicəsinə həddindən artıq vəsaitin səmərəsiz xərclənməsi ilə bağlı müdafiə tərəfinin dəlilləri ilə razılaşmaq olmaz. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisnin kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müda fiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 2023-cü il 3 may tarixli 1(062)-55/2023 nömrəli hökmü ilə, Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 20 iyul tarixli, 1(104)-350/2023 nömrəli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar