Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1384/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi X8 və onun nümayəndəsi Nümayəndə və Məhkum2 müdafiəçisi İsayev Samir Nadir oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2023-cü il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarından Məhkum2 müdafiəçisi S.N.İsayev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2023-cü il tarixli hökmü ilə (hakimlər Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən və məruzəçi), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-Məmmədova Leyla Səyavuş qızından ibarət tərkibdə) Məhkum2, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anad an olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, “New Life” adlı Reabilitasiya Mərkəzində məsləhətçi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə 2 (iki) il müddətə, CM-in 145.3-cü maddəsi ilə 5 (beş) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1, Məhk um1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da CM-in müxtəlif maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərər çəkmiş şəxslərin həyatı və s ağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qeyd olunan əməllər nəticəsində Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi olmayan az ağır, yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 yüngül dərəcəli, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən xəsarətlər almaları ilə ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Məhkum2 “Narkoloji xidmət və nəzarət” haqqında Azərbaycan Respublikası Qanununun 14.1 və 14.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirildiyi, hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalic əsinə yol verilmədiyi, dövlət narkoloji tibb müəssisələri istisna olmaqla narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxsin bu fəaliyyəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirə bildiyi, bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 276 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram”ın 4.4-cü bəndinin tələblərinə zidd olaraq narkoloji xəstələrin müalicə üsulları narkoloji xəstənin səhhətinin vəziyyəti və onu əhatə edən mühit nəzərə alınmaqla, narkoloji müəssisədə (stasionar və ya ambulator şəraitdə) və ya xəstənin evində (ambulator şəraitdə) həkim-narkoloq tərəfin dən aparılmalı, ev şəraitində müalicə olunan narkoloji xəstələr haqqında tətbiq edilən bütün müalicə tədbirləri narkoloji xəstələrin müşahidəsi üçün nəzərdə tutulan ambulator kartalara daxil edilməli olduğu halda qanunvericiliyin həmin tələbləri pozulmaqla 7 may 2021-ci il tarixdən 5 sentyabr 2021-ci il tarixədək ünvan 3 ünvanda yerləşən Şahid13 məxsus 3 mərtəbə və zirzəmidən ibarət, yaşamaq üçün yataq dəstləri, mətbəx, məşğələ otaqları, məişət ləvazimatları və ərzaqla təchiz olunmuş fərdi yaşayış evində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan narkotik və alkoqolizm asılılığından əziyyət çəkən şəxslərə müəyyən ödəniş müqabilində narkoloji və psixoloji yardım göstərməyə yönəlmiş “New Life” adı altında qanunsuz olar aq fəaliyyət göstərən mərkəzdə müalicə müddəti bitməsə də son mərhələ olduğu üçün mərkəzdə daha rahat hərəkət etmək üstünlüyü əldə etmiş, rəhbərlərin göstərişlərini müalicə olunanlara çatdırıb arada vasitəçi olmaqla stajor qismində digər müalicə olunanlara nəzarət edən şəxs kimi mərkəzə faktiki rəhbərliyi həyata keçirən şəxslər, yəni mərkəzdə narkotik və alkoqolizm asılılığından əziyyət çəkən şəxslərə müxtəlif proqramlar tədris edən Təqsirləndirilən şəxs1, mərkəzin maliyyə məsələlərinə nəzarət edən Məhkum1 və mərkəzin ərzaq məmulatları və məişət ləvazimatları ilə təchiz olunmasına nəzarət edən Təqsirləndirilən şəxs2, mərkəzdə müalicə müddəti bitdiyindən könüllü, lakin ödənişsiz (bəzən isə xırda məbləğlərdə maddi dəstək olmaqla) əsaslarla məsləhətçi qismində işləməklə mərkəzə və müalicə o lunanlara nəzarət edən Təqsirləndirilən şəxs3, Şahid1 Camalladin oğlu və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib 26 iyun 2021-ci il tarixdə mərkəzə könüllü müraciət etsə də, artıq mərkəzdə qalmaq istəməyən, müalicəsini yarımçıq saxlayıb evinə geri qayıtmaq istəyən Zərərçəkmiş şəxs3 28 iyun 2021-ci il tarixdə, 20 may 2021-ci il tarixdə mərkəzə könüllü müraciət etsə də, artıq mərkəzdə qalmaq istəməyən, müalicəsini yarımçıq saxlayıb evinə geri qayıtmaq istəyən Zərərçəkmiş şəxs2 10 avqust 2021-ci il tarixdə mərkəzdən qaçarkən, Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci il tarixdən, Zərərçəkmiş şəxs2 isə xx.xx.2021ci il tarixdən etibarən qrup üzvləri ilə birlikdə geri qaytararaq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib sərbəst hərəkət etmək, özlərinə yaşayış yeri seçmək imkanlarını məhdudlaşdırıb mərkəzdə məcburi qaydada arzu etmədikləri yerdə, Binəqədi rayonu, Novxanı bağ massivi, 946a saylı ünvanda həyətyanı sahəsi mişar daşla hasara alınmış, növbədə olan şəxslər tərəfindən mühafizə olunan qapalı evdə və həmin evin həyətyanı sahəsində vahid niyyətlə 4 sentyabr 2021-ci il tarixədək qanunsuz saxlamış, mərkəzə rəhbərlik edən şəxslər tərəfindən razılaşdırılmaqla təsdiq edilmiş qrafikə uyğun olaraq həmin gün növbəni növbədə müalicə olunanlara nəzarət edən şəxs kimi qrupun üzvləri Təqsirləndirilən şəxs2, Şahid1 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam ver ilmiş X5 ilə birlikdə Təqsirləndirilən şəxs1, Məhkum1 və Təqsirləndirilən şəxs3 təhvil aldıqdan qısa müddət sonra, yəni 4 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində qrupun digər üzvləri Təqsirləndirilən şəxs2, Şahid1 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X5 ilə birlikdə növbədə olarkən könüllü müraciət etməklə mərkəzdə narkotik asılılığından müalicə olunmaları məqsədilə saxlanılan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və mərkəzdə azadlığı məhdudlaşdırılmaqla xx.xx.2021-ci il tarixdən məcburi saxlanılan Zərərçəkmiş şəxs3 və xx.xx.2021-ci il tarixdən məcburi saxlanılan Zərərçəkmiş şəxs2 4 sentyabr 2021ci il tarixdə mərkəzdən qaçmaq məqsədilə hazırladıqları plan barədə məlumat əldə edib bu barədə həmin gün saat 14:23-də Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı mobil telefon nömrəsi vasitəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-****” saylı mobil telefon nömrəsinə zəng edib xəbər vermiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 və Məhkum1la birlikdə dərhal mərkəzə qayıdacaqlarını ona, Təqsirləndirilən şəxs2, Şahid1 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X5a bildirməklə onlar qayıdanadək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 mərkəzdən qaçmalarının qarşısının alınması, habelə bu üsulla mərkəzdə saxlanılan digər şəxslərdə də qorxu hissinin formalaşması məqsədilə müxtəlif zorakı üsullarla cəzalandırılması, zirzəmiyə salınıb əl-qollarının bağlanılması, fiziki zor tətbiq edilməsi ilə bağlı tapşırıqlar vermiş, o, ümumi cinayətkar niyyətə və məqsədə uyğun olaraq cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs2, Şahid1 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X5la birlikdə Təqsirləndirilən şəxs1 aldıqları tapşırığa uyğun olaraq mərkəzdə daxili intizam qaydalarını pozduqları üçün Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 olduqları mənzilin 2-ci mərtəbədə yerləşən otağından zirzəmidə yerləşən ərzaq və məişət ləvazimatlarının saxlanıldığı, eyni zamanda avtomobil qarajı kimi istifadə olunan otağa aparıb qrupun digər üzvlərinin niyyəti ilə əhatə olunmaqla əvvəlcə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs 4 əl-qollarını dəmir qandal və skoçyapışdırıcı lentlərlə arxadan, həmçinin də ayaqlarını skoç-yapışdırıcı lentlərlə əllərinə bağlayıb təqsirkarlardan aşkar şəkildə asılı vəziyyətdə olmaqla köməksiz vəziyyətə salındıqdan sonra, orada heç kimin onlara kömək etmək imkanının olmamasını dərk edərək bu vəziyyətdən şüurlu şəkildə istifadə etməklə öz əməllərinin ictimai təhlükəliliyini artıran üsullardan, yəni silah qismində istifadə olunan boru, eləcə də əl-ayaq zərbələri ilə döşəmə üzərində fərqli formalarda uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, habelə həmin vaxt sonuncularla mərkəzdən qaçmaq istəyən şəxslərdən biri kimi qəbul edilib zirzəmiyə çağırılmış Zərərçəkmiş şəxs3 da eyni üsulla döyüb çoxsaylı zərbələr endirən zaman, qrupun digər üzvləri Tə qsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Məhkum1 birlikdə mərkəzin yerləşdiyi ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gəlib zirzəmiyə endikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Məhkum1la birlikdə orada əl-ayaqları bağlı, döşəmə üzərində uzanıqlı vəziyyətdə qalan ikidən çox şəxsi, o cümlədən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 təxminən 4 sentyabr 2021-ci il tarixdə saat 14:30-dan həmin gün saat 16:00-a qədər olan müddət ərzində qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi və fasilələrlə döyməklə, habelə intensiv şəkildə tək-tək təkrarlanmaqla sair zorakı hərəkətlərlə, yəni silah qismində istifadə olunan plastik boru, həmçinin əl-ayaq zərbələri ilə döyüb güclü fiziki ağrı yetirməklə, soyuq otaqda saatlarla ac-susuz saxlamaqla, habelə təbii ehtiyaclarını görmələrinə şərait yaratmamaqla və bunların fonunda ümumilikdə işgəncə ilə müşayiət olunan psixi iztirablar yetirməklə əzab verib Zərərçəkmiş şəxs1 sağ və sol ənsətəpə nahiyələrinin dərialtı qansızmaları, sağ budun, sol budun, döş qəfəsinin sağ və sol yarısının arxa səthinin, qarının ön səthinin qançırlı hematomaları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də üst və alt dodağın selikli qişalarına qansızmalar, boyunun ön səthinin, sağ və sol qulaq seyvanlarının, sağ və alt göz qapağı və gözaltı nahiyələrin, sağ və sol bazu nahiyələrinin, sol saidin, sağ qasıq və sağ baldır nahiyələrinin qançırları, sol əlin arxa səthinin, sol milbilək oynağının və boyun nahiyəsinin sıyrıqları ilə müşayiət olunan, ümumilikdə və ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs3 sağ bazu oynağında qançır və sıyrıqlar ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də sol əlin arxa səthində çoxsaylı qançır və sıyrıqlar ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs2 təpə nahiyəsinin hematoması ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də sağ b ilək nahiyəsinin və döş qəfəsi nahiyəsinin qançırları, sağ baldır nahiyəsinin qançırlı sıyrıqları, alın və sol sağrı nahiyələrinin qançırları ilə müşayiət olunan, ümumilikdə və ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs4 başın alın-təpə nahiyəsində əzilmiş yara izi, yəni çapıq ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirdikdən sonra, əl-ayaqları bağlı olduğundan özlərinə hər hansı yardım edə bilməyən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 həmin zirzəmidə müxtəlif nahiyələri göyərməklə şişkin vəziyyətdə soyuq otaqda ac-susuz olaraq fasiləsiz 6 saat müddətində, yəni təxminən saat 14:30-dan saat 22 ra dələrinədək qapı bağlı vəziyyətdə ikidən artıq olan zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməkdə müşahidə olunan, yəni ümumilikdə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 yüngül dərəcəli müxtəlif bədən xəsarətləri yetirib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, Zərərçəkmiş şəxs3 yataq otağına qayıtmasına izacə versələr də, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 zirzəmidə saxlanılmasını davam etdirib, qaçış planının hazırlanmasında daha fəal iştirak edən, habelə yüngül və dərəcəsi təyin edilməyən çoxsaylı xəsarətlər almış, huşu özündə olmayan, özünə gəldikdə isə yalvararaq yemək-su istəyən Zərərçəkmiş şəxs1 mərkəzdə saxlanılan və gizli olaraq plan qurub qaçmağa çalışan digər şəxslərə örnək olması üçün evin zirzəmisindən birinci mərtəbəsinə qalxan pilləkənin taxta dirəyindən özünü pis hiss etdiyi üçün su verilməsi və qandalı açaraq sərbəst buraxması ilə bağlı yalvarışlarına məhəl qoymadan 5 sentyabr 2021-ci il tarixdə təxminən saat 11 radələrinə qədər təqribən 18 saat ərzində hər iki qollarının bilək nahiyəsindən dəmir qandalla asılı vəziyyətdə saxlamış, bu zaman qrup üzvlərinin vahid niyyətləri ilə əhatə olunmaqla qəsdən azadlığı məhdudlaşdırılaraq biləyindən uzun müddət ərzində asıldığı üçün sol əlin İİİ barmağının daraq sümüyü başının qəlpə şəkilli qopması ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olan zor, yəni sağlamlığına az ağır dərəcəli bədən xəsarəti yetirilmiş, bundan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Məhkum1la birlikdə “New Life” adlı mərkəzdən gedən zaman Zərərçəkmiş şəxs1 bir gün müddətində açılmadan asılı vəziyyətdə saxlanılması göstərişini verdikdən sonra o, qrupun digər üzvləri Təqsirləndirilən şəxs2, Şahid1 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X5 ilə birlikdə nəzarət altında saxlanılmalarına baxmayaraq istintaqla müəyyən edilməyən mənbədən və şəraitdə əldə edilməklə tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənmiş Zərərçəkmiş şəxs1 həm kəskin zəhərlənmə, həm güclü fiziki ağrı və psixi iztirablar yetirilərək işgəncə ilə müşayiət olunan əzab verilməsinə, eləcə də özünü pis hiss etdiyindən “limana çatdım, ge dirəm limana kəfənim ordadı, ağ mələfə görüb sevindim, imana gəlin” kimi yalvarışlarına məhəl qoymamaqla əməllərini davam etdirib qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan ikidən çox şəxsə qarşı Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan ikidən çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan az ağır, yüngül və dərəcəsi təyin edilməyən xəsarətlər yetir məklə müşayiət olunan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, nəticədə öz əməllərinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduqları və görə biləcəkləri halda, yəni o, qrupun digər üzvləri Şahid1, Təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X5 ilə birlikdə həmin mənzərəni kənardan izləməklə cinayətkarcasına etinasızlıq göstərib 5 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənməsi nəticəsində ölümünə, habelə özü, eləcə də Təqsirləndi rilən şəxs1, Təqsirləndirilən şəxs3, Məhkum1, Təqsirləndirilən şəxs2, Şahid1 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X5la birlikdə Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi olmayan sonuncunun sağlamlığına az ağır dərəcəli, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli və sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli və sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan və Zərərçəkmiş şəxs4 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərə cəli zərərvurmaya aid xəsarətlər yetirməklə ümumilikdə ağır nəticələrə səbəb olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2023-cü il tarixli hökmündən məhkumlar Məhkum2, Təqsirləndirilən şəxs3, Məhkum1 müdafiəçisi Kərimov Vüqar İlham oğlu, Məhkum2 müdafiəçisi S.N.İsayev, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçiləri Quliyev Elnur Ağalar oğlu və Əliyev Ramin Rasim oğlu, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Mirzəyev Vasif Sücahət oğlu, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Məmişov Anar Mövsüm oğlu, zərər çəkmiş şəxsin hüquqi varisi X17 və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Murquzov İlqar Mustafa oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Tanrıver diyev Anar Vəzir oğlundan ibarət tərkibdə) 13 dekabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1 və Təqsirləndirilən şəxs2 aid hissələrdə dəyişdirilmiş, onlara CM-in 192.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə həmin maddə ilə cəza təyin edilməmiş, Təqsirləndirilən şəxs1 CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 6 (altı) il 11 (on bir) ayadək, Məhkum1 CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) il 1 1 (on bir) ayadək, Təqsirləndirilən şəxs2 CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) il 11 (on bir) ayadək endirilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi V.S.Mirzəyev, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi E.A.Quliyev, Məhkum1 müdafiəçisi V.İ.Kərimov, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi A.M.Məmişov və zərər çəkmiş şəxsin hüquqi varisi X8 və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiya sının (hakimlər Mövsümov Nazim Rasim oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə) 4 dekabr 2024-cü il tarixli qərarı ilə Məhkum1 müdafiəçisi V.İ.Kərimovun kassasiya şikayəti qismən təmin olunmuş, digər kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum1 adına qeydiyyatdan keçmiş ünvan 5in ½ hissəsinin üzərinə həbs qoyulması və həmin əmlakın dövlət nəfinə müsadirə edilməsi hissəsində dəyişdirilmiş, bu hissədə həmin qərar və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2023-cü il tarixli hökmü ləğv edilmiş, qərar qalan hissədə isə baxılmış kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Məhkum2 müdafiəçisi S.N.İsayev Bakı Apellyasiya Məhkəməsin in Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın hüquqlarını müdafiə etdiyi şəxsə aid hissədə ləğv edilməsini və sonuncunun barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) və CM-in bir sıra maddələrinə, iş üzrə toplanmış bir çox sübutlara, əsasən də məhkum olunmuş və zərər çəkmiş şəxslərin, habelə şahidlərin həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında verdikləri ifadələrə ifadələrinə və hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən müdafiəçi S.N.İsayev həmin şikayətini onunla əsasland ırmışdır ki, istər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında hüquqlarını müdafiə etdiyi Məhkum2 ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, onun 4 və 5 sentyabr 2021-ci il tarixlərdə “New Life” reabilitasiya mərkəzində başqa şəxslər tərəfindən törədilmiş əməllərə heç bir aidiyyəti olmamış və o, hazırki iş üzrə zərər çəkmiş şəxslərə qarşı hər hansı zorakı və işgəncə xarakterli əməllər törətməmişdir. Bunları məhkəmə iclaslarında dindirilmiş zərər çəkmiş şəxslər və şahidlər də təsdiq etmiş, Məhkum2 də cinayət təqibinin bütün mərhələlərində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək digər şəxslərlə qrup şəklində birləşməyərək hər hansı cinayət əməlini törətməməsini bildirmiş, lakin mə hkəmələr həm onun ifadələrini, həm də zərər çəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrini deyil, sonuncuların ibtidai araşdırma zamanı verdikləri, lakin həqiqətə uyğun olmayan və digər sübutlarla uzlaşmayan ifadələrini əsas götürmüş, toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verməmiş, nəticədə Məhkum2 əsassız və qanunsuz olaraq məhkum olunmuşdur. Eyni zamanda məhkəmələr Məhkum2 ona elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması həll edərkən onun özünün də reabilitasiya mərkəzinə rəhbərlik edən digər şəxslərdən iradəvi asılı vəziyyətdə olmasını, habelə onunla eyni vəziyyətdə olan başqa şəxslərin barəsində cinayət təqibini aparan orqan tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməsini də nəzərə almamışdır. Şərh olunan dəli llərə əsaslanaraq müdafiəçi S.N.İsayev onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Zərər çəkmiş şəxsin hüquqi varisi X8 və onun nümayəndəsi Nümayəndə müdafiəçi S.N.İsayevin kassasiya şikayətinə birgə yazılı etiraz verərək həmin şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarının isə Məhkum2 aid hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinə məhkəmə baxışı iclasının keçiriləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, və Zərərçəkmiş şəxs4 naməlum səbəblərdən məhkəməyə gəlməmiş, Məhkum2 isə məhkəmə i clasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Məhkum2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instans iyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi S.N.İsayevin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, onun müəllifi apellyasiya instansiyası məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qərarından verdiyi həmin şikayətində məhkəmələr tərəfindən sübutların CPM-in 143-146-cü maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməməsini, bunun nəticəsində Məhkum2 ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilmədiyi halda qanunsuz və əsassız olaraq məhkum olunmasını iddia edərək öz dəlillərini və bu dəlillər üzərində qurulmuş tələbini CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi S.N.İsayevin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum2 və digərlərinin barələrindəki hazırki cinayət işinin materiallarını və həmin iş üzrə məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müra ciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələləri n həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərar lardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəti cəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və müb ahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq e dilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş kassasiya şikayətində də istinad olunan “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə ə saslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaş larına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmalarının, ittiham və ya məhkum edilmələrinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon müddəalar hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərp a edilməsi üçün müvafiq tədbirlərin görülməsini, həmin şəxslərin bunun üçün hüquq mühafizə orqanlarına və ya məhkəmələrə müraciət edə bilmələrini, bu müraciətlər əsasında cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməlirini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsi ndə təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail o lur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutl ara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci ma ddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM- in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə a lınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, mü vafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plen umunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əl amətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyə n olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsi nin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıd ır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cin ayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudl aşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların ki fayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyy ən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetm əyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göst ərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırm anın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafi əsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən bi ri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “ Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə pros esinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr v erilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin, izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum2 müdafiəçisi S.N.İsayevin kassasiya şikayətində irəli sürdüyü tələbin, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılaraq Məhkum2 ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməsinə görə cinayət işinin ona aid hissəsi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi və ya cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə iddiasının əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İşə mahiyyəti üzrə baxaraq sübutları tədqiq edən birinci və apellyasiya instansiyası məhkəmələrinin müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərər çəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qeyd olunan əməllər nəticəsində Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi olmayan az ağır, y üngül dərəcəli və dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 yüngül dərəcəli, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən xəsarətlər almaları ilə ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Məhkum2 “Narkoloji xidmət və nəzarət” haqqında Azərbaycan Respublikası Qanununun 14.1 və 14.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirildiyi, hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmədiyi, dövlət narkoloji tibb müəssisələri istisna olmaqla narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxsin bu fəaliyyəti yalnız Azərbaycan Respublikasının müvafiq icra h akimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirə bildiyi, bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 276 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram”ın 4.4-cü bəndinin tələblərinə zidd olaraq narkoloji xəstələrin müalicə üsulları narkoloji xəstənin səhhətinin vəziyyəti və onu əhatə edən mühit nəzərə alınmaqla, narkoloji müəssisədə (stasionar və ya ambulator şəraitdə) və ya xəstənin evində (ambulator şəraitdə) həkim-narkoloq tərəfindən aparılmalı, ev şəraitində müalicə olunan narkoloji xəstələr haqqında tətbiq edilən bütün müalicə tədbirləri narkoloji xəstələrin müşahidəsi üçün nəzərdə tutulan ambulator kartalara daxil edilməli olduğu halda qanunvericiliyin həmin tələbləri pozulmaqla 7 may 2021-ci il tarixdən 5 sentyabr 2021-ci il tarixədək ünvan 3 ünvanda yerləşən Şahid13 məxsus 3 mərtəbə və zirzəmidən ibarət, yaşamaq üçün yataq dəstləri, mətbəx, məşğələ otaqları, məişət ləvazimatları və ərzaqla təchiz olunmuş fərdi yaşayış evində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan narkotik və alkoqolizm asılılığından əziyyət çəkən şəxslərə müəyyən ödəniş müqabilində narkoloji və psixoloji yardım göstərməyə yönəlmiş “New Life” adı altında qanunsuz olaraq fəaliyyət göstərən mərkəzdə müalicə müddəti bitməsə də son mərhələ olduğu üçün mərkəzdə daha rahat hərəkət etmək üstünlüyü əldə etmiş, rəhbərlərin göstərişlərini müalicə olunanlara çatdırıb arada vasitəç i olmaqla stajor qismində digər müalicə olunanlara nəzarət edən şəxs kimi mərkəzə faktiki rəhbərliyi həyata keçirən şəxslər, yəni mərkəzdə narkotik və alkoqolizm asılılığından əziyyət çəkən şəxslərə müxtəlif proqramlar tədris edən Təqsirləndirilən şəxs1, mərkəzin maliyyə məsələlərinə nəzarət edən Məhkum1 və mərkəzin ərzaq məmulatları və məişət ləvazimatları ilə təchiz olunmasına nəzarət edən Təqsirləndirilən şəxs2, mərkəzdə müalicə müddəti bitdiyindən könüllü, lakin ödənişsiz (bəzən isə xırda məbləğlərdə maddi dəstək olmaqla) əsaslarla məsləhətçi qismində işləməklə mərkəzə və müalicə olunanlara nəzarət edən Təqsirləndirilən şəxs3, Şahid1 Camalladin oğlu və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X5 ilə qabaq cadan əlbir olan bir qrup şəxs qismində birləşib 26 iyun 2021-ci il tarixdə mərkəzə könüllü müraciət etsə də, artıq mərkəzdə qalmaq istəməyən, müalicəsini yarımçıq saxlayıb evinə geri qayıtmaq istəyən Zərərçəkmiş şəxs3 28 iyun 2021-ci il tarixdə, 20 may 2021-ci il tarixdə mərkəzə könüllü müraciət etsə də, artıq mərkəzdə qalmaq istəməyən, müalicəsini yarımçıq saxlayıb evinə geri qayıtmaq istəyən Zərərçəkmiş şəxs2 10 avqust 2021-ci il tarixdə mərkəzdən qaçarkən, Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci il tarixdən, Zərərçəkmiş şəxs2 isə xx.xx.2021ci il tarixdən etibarən qrup üzvləri ilə birlikdə geri qaytararaq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib sərbəst hərəkət etmək, özlərinə yaşayış yeri seçmək imkanlarını məhdudlaşdırıb mərkəzdə məcburi qaydada arzu etmədikləri yerdə, Binəqədi rayonu, Novxanı bağ massivi, 946a saylı ünvanda həyətyanı sahəsi mişar daşla hasara alınmış, növbədə olan şəxslər tərəfindən mühafizə olunan qapalı evdə və həmin evin həyətyanı sahəsində vahid niyyətlə 4 sentyabr 2021-ci il tarixədək qanunsuz saxlamış, mərkəzə rəhbərlik edən şəxslər tərəfindən razılaşdırılmaqla təsdiq edilmiş qrafikə uyğun olaraq həmin gün növbəni növbədə müalicə olunanlara nəzarət edən şəxs kimi qrupun üzvləri Təqsirləndirilən şəxs2, Şahid1 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X5 ilə birlikdə Təqsirləndirilən şəxs1, Məhkum1 və Təqsirləndirilən şəxs3 təhvil aldıqdan qısa müddət sonra, yəni 4 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində qrupun digər üzvləri Təqsirləndirilə n şəxs2, Şahid1 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X5 ilə birlikdə növbədə olarkən könüllü müraciət etməklə mərkəzdə narkotik asılılığından müalicə olunmaları məqsədilə saxlanılan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və mərkəzdə azadlığı məhdudlaşdırılmaqla xx.xx.2021-ci il tarixdən məcburi saxlanılan Zərərçəkmiş şəxs3 və xx.xx.2021-ci il tarixdən məcburi saxlanılan Zərərçəkmiş şəxs2 4 sentyabr 2021ci il tarixdə mərkəzdən qaçmaq məqsədilə hazırladıqları plan barədə məlumat əldə edib bu barədə həmin gün saat 14:23-də Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı mobil telefon nömrəsi vasitəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-****” saylı mobil telefon nömrəsinə z əng edib xəbər vermiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 və Məhkum1la birlikdə dərhal mərkəzə qayıdacaqlarını ona, Təqsirləndirilən şəxs2, Şahid1 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X5a bildirməklə onlar qayıdanadək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 mərkəzdən qaçmalarının qarşısının alınması, habelə bu üsulla mərkəzdə saxlanılan digər şəxslərdə də qorxu hissinin formalaşması məqsədilə müxtəlif zorakı üsullarla cəzalandırılması, zirzəmiyə salınıb əl-qollarının bağlanılması, fiziki zor tətbiq edilməsi ilə bağlı tapşırıqlar vermiş, o, ümumi cinayətkar niyyətə və məqsədə uyğun olaraq cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs2, Şahid1 və təqsirlə ndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X5la birlikdə Təqsirləndirilən şəxs1 aldıqları tapşırığa uyğun olaraq mərkəzdə daxili intizam qaydalarını pozduqları üçün Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 olduqları mənzilin 2-ci mərtəbədə yerləşən otağından zirzəmidə yerləşən ərzaq və məişət ləvazimatlarının saxlanıldığı, eyni zamanda avtomobil qarajı kimi istifadə olunan otağa aparıb qrupun digər üzvlərinin niyyəti ilə əhatə olunmaqla əvvəlcə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 əl-qollarını dəmir qandal və skoçyapışdırıcı lentlərlə arxadan, həmçinin də ayaqlarını skoç-yapışdırıcı lentlərlə əllərinə bağlayıb təqsirkarlardan aşkar şəkildə asılı vəziyyətdə olmaqla köməksiz vəziyyət ə salındıqdan sonra, orada heç kimin onlara kömək etmək imkanının olmamasını dərk edərək bu vəziyyətdən şüurlu şəkildə istifadə etməklə öz əməllərinin ictimai təhlükəliliyini artıran üsullardan, yəni silah qismində istifadə olunan boru, eləcə də əl-ayaq zərbələri ilə döşəmə üzərində fərqli formalarda uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, habelə həmin vaxt sonuncularla mərkəzdən qaçmaq istəyən şəxslərdən biri kimi qəbul edilib zirzəmiyə çağırılmış Zərərçəkmiş şəxs3 da eyni üsulla döyüb çoxsaylı zərbələr endirən zaman, qrupun digər üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Məhkum1 birlikdə mərkəzin yerləşdiyi ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gəlib zirzəmiyə endikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Məhkum1la birlikdə orada əl-ayaqları bağlı, döşəmə üzərində uzanıqlı vəziyyətdə qalan ikidən çox şəxsi, o cümlədən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 təxminən 4 sentyabr 2021-ci il tarixdə saat 14:30-dan həmin gün saat 16:00-a qədər olan müddət ərzində qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi və fasilələrlə döyməklə, habelə intensiv şəkildə tək-tək təkrarlanmaqla sair zorakı hərəkətlərlə, yəni silah qismində istifadə olunan plastik boru, həmçinin əl-ayaq zərbələri ilə döyüb güclü fiziki ağrı yetirməklə, soyuq otaqda saatlarla ac-susuz saxlamaqla, habelə təbii ehtiyacların ı görmələrinə şərait yaratmamaqla və bunların fonunda ümumilikdə işgəncə ilə müşayiət olunan psixi iztirablar yetirməklə əzab verib Zərərçəkmiş şəxs1 sağ və sol ənsətəpə nahiyələrinin dərialtı qansızmaları, sağ budun, sol budun, döş qəfəsinin sağ və sol yarısının arxa səthinin, qarının ön səthinin qançırlı hematomaları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də üst və alt dodağın selikli qişalarına qansızmalar, boyunun ön səthinin, sağ və sol qulaq seyvanlarının, sağ və alt göz qapağı və gözaltı nahiyələrin, sağ və sol bazu nahiyələrinin, sol saidin, sağ qasıq və sağ baldır nahiyələrinin qançırları, sol əlin arxa səthinin, sol milbilək oynağının və boyun nahiyəsinin sıyrıqları ilə müşayiət olunan, ümumilikdə və ayrıayrılıqda s ağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs3 sağ bazu oynağında qançır və sıyrıqlar ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də sol əlin arxa səthində çoxsaylı qançır və sıyrıqlar ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs2 təpə nahiyəsinin hematoması ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də sağ bilək nahiyəsinin və döş qəfəsi nahiyəsinin qançırları, sağ baldır nahiyəsinin qançırlı sıyrıqları, alın və sol sağrı nahiyələrinin qançırları ilə müşayiət olunan, ümumilikdə və ayrıayrılıqda sağlamlığa zərə r vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs4 başın alın-təpə nahiyəsində əzilmiş yara izi, yəni çapıq ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirdikdən sonra, əl-ayaqları bağlı olduğundan özlərinə hər hansı yardım edə bilməyən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 həmin zirzəmidə müxtəlif nahiyələri göyərməklə şişkin vəziyyətdə soyuq otaqda ac-susuz olaraq fasiləsiz 6 saat müddətində, yəni təxminən saat 14:30-dan saat 22 radələrinədək qapı bağlı vəziyyətdə ikidən artıq olan zərər çəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməkdə müşahidə olunan, yəni ümumilikdə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 v ə Zərərçəkmiş şəxs2 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 yüngül dərəcəli müxtəlif bədən xəsarətləri yetirib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, Zərərçəkmiş şəxs3 yataq otağına qayıtmasına izacə versələr də, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 zirzəmidə saxlanılmasını davam etdirib, qaçış planının hazırlanmasında daha fəal iştirak edən, habelə yüngül və dərəcəsi təyin edilməyən çoxsaylı xəsarətlər almış, huşu özündə olmayan, özünə gəldikdə isə yalvararaq yemək-su istəyən Zərərçəkmiş şəxs1 mərkəzdə saxlanılan və gizli olaraq plan qurub qaçmağa çalışan digər şəxslərə örnək olması üçün evin zirzəmisindən birinci mərtəbəsinə qalxan pilləkənin taxta dirəyindən özünü pis hiss etdiyi üçün su verilməsi və qandalı açaraq sərbəst buraxması il ə bağlı yalvarışlarına məhəl qoymadan 5 sentyabr 2021-ci il tarixdə təxminən saat 11 radələrinə qədər təqribən 18 saat ərzində hər iki qollarının bilək nahiyəsindən dəmir qandalla asılı vəziyyətdə saxlamış, bu zaman qrup üzvlərinin vahid niyyətləri ilə əhatə olunmaqla qəsdən azadlığı məhdudlaşdırılaraq biləyindən uzun müddət ərzində asıldığı üçün sol əlin İİİ barmağının daraq sümüyü başının qəlpə şəkilli qopması ilə zərər çəkmiş Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olan zor, yəni sağlamlığına az ağır dərəcəli bədən xəsarəti yetirilmiş, bundan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Məhkum1la birlikdə “New Life” adlı mərkəzdən gedən zaman Zərərçəkmiş şəxs1 bir gün müddətində açılmadan asılı vəziyyətdə saxlanılması göstərişini verdikdən sonra o, qrupun digər üzvləri Təqsirləndirilən şəxs2, Şahid1 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X5 ilə birlikdə nəzarət altında saxlanılmalarına baxmayaraq istintaqla müəyyən edilməyən mənbədən və şəraitdə əldə edilməklə tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənmiş Zərərçəkmiş şəxs1 həm kəskin zəhərlənmə, həm güclü fiziki ağrı və psixi iztirablar yetirilərək işgəncə ilə müşayiət olunan əzab verilməsinə, eləcə də özünü pis hiss etdiyindən “limana çatdım, gedirəm limana kəfənim ordadı, ağ mələfə görüb sevindim, imana gəlin” kimi yalvarışlarına məhəl qoymamaqla əməllərini davam etdirib qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkar şəxs üçün aşkar surət də köməksiz vəziyyətdə olan ikidən çox şəxsə qarşı Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan ikidən çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərər çəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan az ağır, yüngül və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə müşayiət olunan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, nəticədə öz əməllərinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyat lılıq göstərərək qabaqcadan görməli olduqları və görə biləcəkləri halda, yəni o, qrupun digər üzvləri Şahid1, Təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X5 ilə birlikdə həmin mənzərəni kənardan izləməklə cinayətkarcasına etinasızlıq göstərib 5 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənməsi nəticəsində ölümünə, habelə özü, eləcə də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Məhkum1, Təqsirləndirilən şəxs2, Şahid1 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X5la birlikdə Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi olmayan sonuncunun sağlamlığına az ağır dərəcəli, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli və sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli və sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan və Zərərçəkmiş şəxs4 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə ümumilikdə ağır nəticələrə səbəb olmuşdur. İş materiallarının təhlili göstərir ki, bu halları müəyyən edərkən, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq məhkəmələr ibtidai araşdırma orqanı tərəfindən qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, birinci və apellyasiya instansiya məhkəmələrinin məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, bu sübutlar Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2023-cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qərarında ətraflı təsvir edilərək onlara qanuna müvafiq qaydada həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymət verilmiş və məhkəmələr bu yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə məhkum olunmuş və zərər çəkmiş şəxs lərin, çoxsaylı şahidlərin ifadələrinin, məhkəmə ekspertizalarının keçirilməsi, sübut əhəmiyyətli sənədlərin əldə olunması və müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bununla yanaşı, məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq həmçinin belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə məhkəmələr CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum2 tərəfindən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktl arında istinad olunan cinayət əməllərini törətməsi və onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Araşdırılmış bu sübutların hamısının birinci instansiya məhkəməsinin hökmündə, onların bir qisminin isə apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı şərh edilməsini nəzərə alaraq məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür, lakin həmin sübutları təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri bilir. Əvvəla iş materiallarından görünür ki, Məhkum2 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında özünü onla qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək 4-5 sentyabr 2021-ci il tarixlərdə “New Life” adı altında qanunsuz olaraq fəaliyyət göstərən reabilitasiya mərkəzində ha zırki iş üzrə zərər çəkmiş şəxslərə qarşı hər hansı işgəncə və ya digər zorakı hərəkətlər etməməsini, onların qanunsuz olaraq azadlıqdan məhrum edilməsində iştirak etməməsini bildirsə də, onun bu haqda verdiyi ifadələri əsasən kassasiya şikayətində də istinad olunan zərər çəkmiş şəxslərin və şahidlərin ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq göstərilmədən verdikləri ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla təkzib edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhz bu ifadələri əsas götürüb onları qəbul etdikləri yekun məhkəmə aktlarının əsasına qoyaraq Məhkum2 təqsirliliyini müəyyən edərkən istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi hər hansı qanun pozuntusuna yol verməmiş, digər tərəfdən göstərilən şəxslər birinci instansiya məhkəməsinin məhkəmə icla sında dindirildikdən sonra onların məhkəməyədək icraat dövründə verdikləri ifadələri də tədqiq olunmuş, məhkəmələr də araşdırılmış bütün sübutları müqayisəli şəkildə qiymətləndirərək digər məhkum olunmuş şəxslərlə yanaşı, Məhkum2 də yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməsi, onun bu əməllərinin isə CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə tövsif edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi artıq tam və hərtərəfli tədqiq edilmiş sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və müdafiəçi S.N.İsayevin hökmdən verdiyi apellyasiya şikayətinin dəlillərini qəbul edilməz sayaraq hökmün Məhkum2 təqsirliliyi və onun əməllərinin hüquqi tövsifi hissələrində dəyişdirilmədən saxlanılmasını mümkün bilmiş, gəldiyi qənaəti isə kifayət qədər və inandırıcı şəkildə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin araşdırılmış sübutların qiymətləndirməsi və qəbul etdikləri yekun məhkəmə aktlarının əsaslandırılması ilə bütövlükdə razılaşaraq onu da qeyd etməyi lazım bilir ki, belə qiymətləndirmə, o cümlədən məhkəmələr tərəfindən zərər çəkmiş şəxslərin və şahidlərin ibtidai araşdırma zamanı verdikləri ifadələrə üstünlük vermələri, eləcə də Məhkum2 törətdiyi əməllərə münasibətdə maddi hüquq normalarının tətbiqi toplanmış və araşdırılmış sübutlarla yanaşı qanunvericiliyin aşağıdakı tələbləri, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və A li Məhkəmənin Plenumunun izah və tövsiyələri də tam uzlaşır. Belə ki, CPM-in 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. CPM-in 330.1-ci maddəsinin tələbindən görünür ki, zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəl lənin 329-cu maddəsində göstərilən qaydada yol verilir. CPM-in 327.1.3-cü maddəsində isə təsbit edilmişdir ki, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) onun məhkəməyədək icraat dövründə verdiyi ifadələri məhkəmə iclasında elan edilə bilər. Qeyd olunmaladırı ki, bu müddəalar həmçinin zərər çəkmiş şəxsin və şahidin dindirilmələri hallarına da aiddir, məhkəmə isə göstərilən şəxslərin əvvəlki ifadələrinin elan olunması ilə kifayətlənməməli və qəbul etdiyi yekun məhkəmə aktında həmin ifadələrə digər sübutlarla müqayisəli şəkildə qiymətləndirməklə həmi n ifadələrin hansına üstün verməsini əsaslandırmalıdır. Hazırki işin materiallarından və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından göründüyü kimi, birinci və apellyasiya instansiyası məhkəmələri bu tələblərə əməl etmiş və Məhkum2 təqsirliliyini müəyyən edərkən şahidlərin və zərər çəkmiş şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrə üstünlük verərək bunu kifayət qədər əsaslandırmışlar. Məhkum2 törətdiyi cinayət əməllərinə maddi hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CM-in 133.1-ci maddəsində bu Məcəllənin 126 və 127ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməyə, CM-in 133.2.1, 133.2.3, 133.2,4 və 133.2.6-cı maddələrində isə bu əməllə rin iki və ya daha çox şəxsə qarşı, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı və işgəncə verməklə törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bundan başqa, adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə əməlləri törətmiş şəxsin bu əməlləri zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda belə şəxs CM-in 145.3-cü maddəsində nəzərdə cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilir. Hazırki işin faktiki hallarından göründüyü kimi, Məhkum2 yuxarıda göstərilən tövsif edici əlamətlərlə həm əzab vermə, həm də adam oğurluğu ilə bağlı olmayan azadlıqdan məhrum etmə cinayət əməllərini törətmiş, onun digər şəxslərl ə qabaqcadan əlbir olub qrup şəklində törətdiyi qanunsuz azadlıqdan məhrum etmə cinayətini törətməsi isə hazırki iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs1 ölümünə səbəb olmuşdur. Bu nəticənin ətraflı təhlil edilməsini zəruri bilməyən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab olaraq Məhkum2 hazırki iş üzrə məhkum olunmuş digər şəxslərlə məhz qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək ona istinad olunan əməlləri törətməsini onda görür ki, reabilitasiya mərkəzindən qaçmaq fikrində olan şəxsləri cəzalandırmaq məqsədilə o, da digər məhkum olunmuş şəxslərlə birlikdə aktiv şəkildə həmin şəxslərə qarşı işgəncə xarakterli hərəkətlər etmiş, bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxslərin sağlamlıqlarına zərər vurulmuş, həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 4 sentyabr 2021 -ci il tarixdə başqa şəxslər tərəfindən ayaqlarından asılsa da, onun uzun müddət bu vəziyyətdə qalmasını o, da, 5 sentyabr 2021-ci il tarixədək təmin edib buna nəzarət edərək sonuncunun azad olunması üçün heç bir tədbir görməmiş, yəni digər şəxslərin törətdikləri əməllərə dəstək olaraq bu əməllərin nəticəsinin - zərər çəkmiş şəxsin ölümünün baş verməsinə şüurlu surətdə yol vermişdir. Belə olan halda isə onun həmin əməli qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində törədilmiş və zərər çəkmiş şəxsin ölümü ilə nəticələnmiş qanunsuz olaraq azadlıqdan məhrum etmə cinayəti kimi qiymətləndirilməlidir ki, ibtidai araşdırma orqanı və məhkəmələr də belə qiymətləndirmədə səhvə yol verməmişlər. Müdafiəçi S.N.İsayev isə kassasiya şikayətində Məhkum2 ümumiyyətlə ona istinad olunan cinayətləri törətməsi ni mübahisələndirərək eyni zamanda onun qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində hərəkət etməməsini də iddia etsə də, məhkəmə kollegiyası hesab edir ki, onun bununla bağlı da dəlilləri aşağıda göstərilənlərə uyğun deyil. Belə ki, CM-in 31-ci maddəsinə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. CM-in 32.2-ci maddəsinin tələblərindən görünür ki, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-in 35.1-ci maddəsində göstərilmişdir ki, icraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunur. Cinayət qanunu bu normalarının birgə təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, şəxs digər şəxs və ya şəxslərlə hər hansı cinayətin törədilməsi barədə qabaqcadan əlbir olub razılaşdıqda və bu cinayətin törədilməsində bilavasitə iştirak etdikdə o, təkcə həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərə görə deyil, həm də bu cinayətin baş vermiş bütün nəticələrinə görə məsuliyyət daşıyır. Eyni ilə iki və ya daha çox şəxs əvvəlcədən razılaşmaqla digər şəxsə qarşı birlikdə zorakı hərəkətlər etdikdə onların hamısı edilmiş hərəkətlərlə yanaşı onun bu hərəkətlərin nəticələrinə görə də birgə məsuliyyət daşıyırlar Məsələn, qa baqcadan əlbir olub cinayət əlaqəsinə girmiş şəxslərdən biri bilavasitə zərər çəkmiş şəxsi qanunsuz azadlıqdan məhrum etdikdə, digəri isə onun azadlığının məhdudlaşdırılmasını bu və ya digər şəkildə təmin etdikdə və bunun da nəticəsində zərər çəkmişin ölümü və ya başqa ağır nəticələr baş verdikdə, ikinci şəxs təkcə özünün törətdiyi əməllərə görə deyil, həmçinin bütövlükdə törədilmiş əməllərin nəticələrinə görə də cinayət məsuliyyətinə cəlb ediləcək, baxmayaraq ki, onların belə nəticənin baş verməsi barədə əvvəlcədən heç bir razılıqları olmamışdır. Belə nəticəyə gəlmək üçün əsas tələb isə ondan ibarətdir ki, cinayətin törədilməsində icraçı qismində iştirak edən bütün şəxslər həmin cinayətin subyekti olmalıdılar. Hazırki iş üzrə toplanmış və araşdırılmış sübutlara görə, Məhkum2 hazırki iş üz rə məhkum olunmuş digər şəxslərlə birlikdə həm zərər çəkmiş şəxslərə əzab vermə, həm də sonuncuların qanunsuz azadlıqdan məhrum etmə əməllərini törətmiş və onun da etdiyi aktiv hərəkətləri bu cinayətlərin nəticələrinin baş verməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası vurğulayır ki, cinayət qanunu normalarına yuxarıda verilmiş təfsirə uyğun olan hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçiri lən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı ). İştirakçılıq törədilmiş cinayət əməlinin tövsifində və cəza təyinində nəzərə alınaraq cinayətkar fəaliyyətin xüsusi forması kimi çıxış edir. İştirakçılığın aksessor (müstəqil olmayan, törəmə) və müstəqil hüquqi təbiətə malik olmasına dair iki nəzəriyyə mövcuddur. Birinci nəzəriyyəyə görə, icraçının cinayət əməli iştirakçılığın əsası kimi çıxış edir və digər iştirakçıların cinayətkar fəaliyyəti törəmə (aksessor) xarakter daşıyır. Yəni digər iştirakçıların məsuliyyətə cəlb edilməsi icraçının törətdiyi əməldə cinayət tərkibinin əlamətlərinin olmasından asılıdır. Digər nəzəriyyəyə görə isə iştirakçıların cinayət məsuliyyəti icraçının cinayət əməli ilə şərtləndirilmir və müstəqil xarakter daşıyır. İştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid ci nayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Kəmiyyət əlaməti cinayətdə bir neçə şəxsin iştirak etməsində ifadə olunur. Adətən iştirakçılıq əlamətinin mövcud olması üçün cinayətin törədilməsində ən azı iki şəxsin iştirakı kifayətdir. Lakin bir sıra hallarda iştirakçılıq əlaməti cinayətin iştirakçılarının əhəmiyyətli sayda mövcud olmasını tələb edir. Məsələn, cinayətkar birlik (təşkilat) yaratma, kütləvi iğtişaşlar, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma kimi cinayət tərkibləri (Cinayət Məcəlləsinin 218, 220 və 279-cu maddələri). Həmçinin, qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 19-cu maddəsinə müvafiq olaraq bu Məcəllə ilə müəyyən edilmiş yaş həddinə çatmış və anlaqlı olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edildiyindən, yaş həddinə çatmadığına və ya anlaqlı olmadığına görə cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxsin iştirakı ilə cinayət əməlinin törədilməsi iştirakçılıq kimi tövsif edilə bilməz. Keyfiyyət əlaməti isə cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətl əri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər. Nəzərə alınmalıdır ki, iştirakçılıqla törədilən cinayətlərin əksəriyyəti aktiv hərəkətlərlə həyata keçirildiyi kimi, hərəkətsizliklə də baş verə bilər (məsələn, mühafizə xidmətinin əməkdaşının cinayətkarlarla əvvəlcədən sövdələşərək mühafizə olunan obyekti bilərəkdən tərk edib maddi dəyərlərin talan edilməsinə şərait yaratdığı hal); - bir iştirakçının hərəkətinin icraçının hərəkəti üçün şərait yaratdığı hal təhrikçi, təşkilatçı və köməkçinin (mürəkkəb iştirakçılıq) hərəkətlərini ehtiva edir və heç bir halda birgə icraçılıq kimi tövsif edilə bilməz. Məsələn, özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin ara dan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə müvafiq olaraq köməkçi formada iştirakçı kimi qiymətləndirilməlidir. Həmçinin, qeyd olunmalıdır ki, qanunverici iştirakçılığın aksessor nəzəriyyəsinə əsaslanmaqla təşkilatçının, təhrikçinin və köməkçinin məsuliyyətinin törəmə xarakter daşıdığını, icraçının törətdiyi cinayətdən asılı olduğunu müəyyən etmişdir. Belə ki, Cinayət Məcəlləsinin 33.5-ci maddəsinə müvafiq olaraq, icraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəllə sinin ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsini (icraçının ekstsessi) tənzimləyən 35-ci maddəsində də iştirakçıların əməllərinin müstəqil deyil, icraçının törətmiş olduğu cinayətdən asılı olduğu göstərilmişdir. Bu maddənin mənasına görə, icraçı cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan, ümumi niyyətdən kənara çıxan hərəkətlər etdikdə, digər iştirakçılar onun həmin (ümumi niyyətdən kənara çıxan) hərəkətinə görə cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Vahid cinayətkar nəticə (maddi tərkibli cinayətlər üçün) iştirakçılığın obyektiv tərəfinin üçüncü əlamətidir. O, iştirakçılığın növlərindən asılı olmayaraq bütün iştirakçıların müştərək səyləri nəticəsində əldə olunur, yəni birgə hərəkət (hərəkətsizlik) ümumi və hər kəs üçün ictimai təhlükəli əhəmiyyət kəsb edən vahid cinayətkar nəticəyə gətirib çıxarır. Səbəbli əlaqə isə bütün iştirakçıların müştərək hərəkətləri ilə vahid cinayətkar nəticə arasında olan obyektiv əlaqə kimi çıxış edir. Burada qeyd olunmalıdır ki, iştirakçılıqla törədilən cinayət əməlində səbəbli əlaqə icraçının hərəkətləri ilə ictimai təhlükəli nəticə arasında olan obyektiv əlaqəni nəzərdə tutmur. Sözügedən əlaqənin xüsusiyyəti cinayət tərkibinin əlamətləri çərçivəsindən kənar hərəkət edən (cinayətin obyektiv tərəfini icra etməyən), Cinayət Məcəlləsinin 32.3-32.5-ci maddələrində göstərilən təhrikçi, təşkilatçı və köməkçi ilə (mürəkkəb iştirakçılıq) icraçının hərəkətləri arasındakı obyektiv əlaqədən ibarətdir. Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 31-ci maddəsində iştirakçılıq anlayışı iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi müəyyən edilmişdir. Həmin maddədə “qəsdən” ifadəsinin iki dəfə istifadə olunması ikili təqsir forması ilə törədilən cinayətlərdə ehtiyatsızlıqdan baş vermiş nəticə istisna olmaqla, iştirakçılıqla törədilmiş əməllərin birbaşa qəsd ilə icra edilməsi ilə izah olunur. İştirakçılıqda birbaşa qəsdi fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, şəxs həm öz hərəkətlərinin (hərəkətsizliyinin), həm vahid cinayətin törədilməsində iştirak edən digər şəxslərin (heç olmazsa bu şəxslərdən birinin) hərəkətlərinin (hərəkətsizliyinin) ictimai təhlükəliliyini və öz hərəkətlərinin planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçılarla birgə bunda iştirak etməyi arzulayır. İştirakçılığın subyektiv cəhəti həmçinin cinayətin mü ştərək törədilməsi barədə qarşılıqlı məlumatlandırılma ilə səciyyələnir. Cinayətdə iştirakçılığın formalarına gəlincə, onlar Cinayət Məcəlləsinin 34.2, 34.3 və 34.4-cü maddələrinə müvafiq olaraq, cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi kimi müəyyən edilmişdir. İştirakçılığın formaları Məcəllənin 61.1.3-cü maddəsində həm cəzanı ağırlaşdıran hal kimi, həm də Məcəllənin Xüsusi hissəsində cinayət əməllərinin tövsifedici əlaməti kimi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bi r və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli Qərarı). Həmçinin, Cinayət Məcəlləsinin 33.3-cü maddəsinin mənasından görünür ki, cinayətin iştirakçıları əməlin törədilməsində birgə icraçı kimi iştirak etdikləri halda, iştirakçılığın nö vlərini müəyyən edən Məcəllənin 32-ci maddəsinə istinad edilmir. Belə ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Ən əsası isə məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, bundan əvvəl digər məhkum olunmuş şəxslər barəsində verilmiş kassasiya şikayətlərinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası özünün qəbu l etdiyi 4 dekabr 2024-cü il tarixli qərarında həmin şikayətlərin dəlillərinə cavab verərək belə qənaətə gəlmişdir ki, məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hazırki iş üzrə zərər çəkmiş şəxslərə qarşı əzab vermə və qanunsuz azadlıqdan məhrum etmə, yəni CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri Məhkum2lə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə törətmiş, onların da bu əməlləri göstərilən maddələrlə düzgün tövsif edilmişdir. Eyni zamanda, həmin məhkəmə kollegiyası adları göstərilən məhkumların əməllərinin başqa cür qiymətləndirilməsini, digər tərəfdən isə həmin vaxt, CPM-in 419.1-ci maddəsi buna imkan verməsinə baxmayaraq, barəsində kassasiya şikayəti verilməmiş Məhkum2 xeyrinə hər hansı qərarın qəbul edilməsi, o cümlədən onun göstərilən şəxslərlə birlikdə ittiham olunduqları əməlləri törətməsində iştirak etməməsi barədə qənaətə gəlmək üçün əsaslar müəyyən etməyərək başqa məhkumların eyni əməlləri törətməkdə təqsirli olmalarına və onların əməllərinin eyni cür hüquqi tövsifinə dair hissədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul etmişdir. Bu baxımdan CPM-in 142.1-ci maddəsinin tələbinə və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2020-ci il tarixli Qərarına əsaslanaraq Ali Məhkəmənin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli qəra rını Məhkum2 təqsirliliyinə və onun əməllərinin hüquqi tövsifinə münasibətdə preyudisial əhəmiyyətə malik olan yekun məhkəmə aktı kimi dəyərləndirir və belə olan bu məsələlərin başqa cür qiymətləndirilməsini mümkün bilmir. Belə ki, CPM-in 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Qanunun təsvir edilmiş normasından görünür ki, həmin normada istənilən qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı nəzərdə tutulur və bu aktın preyudisial əhəmiyyətə malik olan məhkəmə aktı kimi qiymətləndirilməsi üçün əsas ondan ibarətdir ki, həmin aktın əsasını qanuni yolla əldə olunmuş sübutlar təşkil etsin, bu sübu tlar qanuna müvafiq qaydada məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq onlara qanunvericiliyin tələblərinə uyğun olaraq qiymət verilsin, məhkəmə iş üzrə gəldiyi nəticələri, bu və ya digər halların mövcudluğunu ehtimallar üzərində qurmayaraq kifayət qədər əsaslandırsın, bu zaman müvafiq sübutlara əsasən işin faktiki hallarını müəyyən edərkən cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməsin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2020-ci il tarixli Qərarında Konstitusiyanın 60 və 63-cü maddələrinə, habelə CPM-in 142.1ci maddəsinə istinad edilərək göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsi ndə bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir. Qanunverici cinayət prosesində sahədaxili (CPM-in 142.1-ci maddəsi) və sahələrarası preyudisiyanı (CPM-in 142.2-ci maddəsi) müxtəlif cür müəyyənləşdirmişdir. Belə ki, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburi olduğu halda, sahələrarası preyudisiyaya görə mülki, inzibati və ya iqtisadi işlər üzrə qanuni qüvvəyə minmiş qərarlar yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Digər tərəfdən CPM-in 142-ci maddəsi ndə preyudisiyanın subyektiv hədləri, yəni məhkəmə hökmünün qanuni qüvvəsinin şamil edildiyi şəxslərin dairəsi dəqiq müəyyən olunmamışdır. Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Bu baxımdan qeyd olunmalıdır ki, qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində təqsirləndirilən şəxs statusunda iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları cinayət-prosessual qanunvericili yi ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) və təqsirsizlik prezumpsiyası hüquqlarından (Konstitusiyanın 63-cü maddəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Belə hallar əsasən iştirakçılıqla cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə icraatın ayrılması nəticəsində əmələ gəlir. Bu zaman ayrılan cinayət işi üzrə sübuta yetirilməli olan hallardan bir qismi digər cinayət işinə dair artıq qüvvəyə minmiş məhkəmə hökmü ilə təsbit edilmiş hallarla üst-üstə düşə bilər. Qüvvəyə minmiş hökmlə müəyyən olunmuş halların və onlara verilən hüquqi qiymətin ayr ılmış cinayət işi üzrə təqsirləndirilən şəxsə münasibətdə məcburiliyi faktiki olaraq onun barəsində məhkəmə hökmü qüvvəyə minənədək təqsirli olub-olmaması məsələsini əvvəlcədən həll edə bilər. Həmçinin, nəzərə almaq lazımdır ki, cinayət-prosessual qanunvericiliklə sübutların toplanılmasına, yoxlanılmasına və qiymətləndirilməsinə dair təsbit edilmiş müddəalar işin həqiqətə uyğun olan faktiki hallarının müəyyənləşdirilməsinə xidmət etməklə yanaşı, həm də şəxsiyyətin hüquqlarına aid vacib prosessual təminatlar kimi çıxış edir. Göstərilən təminatlar sisteminə isə Konstitusiyadan irəli gələn cinayət mühakimə icraatının vacib prinsiplərindən hesab edilən təqsirsizlik prezumpsiyası, cinayət işi üzrə sübutetmənin ittiham tərəfinin üzərinə qoyulması, müdafiə hüququ və s. aiddir. Onlara riayət olunm ası cinayət işi üzrə icraatın aparılması zamanı qanunçuluğun təmin edilməsinin ayrılmaz şərtini təşkil edir. Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyasına və şahidlərin dindirilməsinə təminat verən Konvensiyanın 6-cı maddəsinin 2-ci və 3(d)-cü bəndləri, həmin maddənin 1-ci bəndi ilə təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissələrini təşkil etməklə, ümumilikdə, məhkəmə araşdırmasının ədalətliliyinin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır (Böyük Palatanın Gäfgen Almaniyaya qarşı iş üzrə 2010-cu il 1 iyun tarixli Qərar; Al Khawaja və Tahery Birləşmiş Krallığa qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərar). Avropa Məhkəməsi həm də hesab etmişdir ki, bir neçə şəxsin iştirakı ilə törədilən mürəkkəb cinayət işinin eyni icraatd a aparılması mümkün olmadıqda, təqsirləndirilən şəxslərin təqsiri məsələsini həll etmək məqsədi ilə məhkəmə, cinayətin törədilməsində iştirak edən və sonradan ayrıca mühakimə ediləcək üçüncü şəxslərin adlarının çəkilməməsini tələb edə bilər. Cinayət işlərinə baxan məhkəmələr, təqsirləndirilən şəxslərin hüquqi məsuliyyəti ilə əlaqədar məsələni daha dolğun və dəqiq həll etmək üçün vacib olan işin hallarını müəyyən etməyə borcludurlar və müəyyən olunmuş hallar barəsində, sadəcə, mülahizə və ya şübhə kimi bəhs edə bilməzlər. Bu, həmçinin üçüncü şəxslərin iştirakçılığı ilə əlaqədar hallara da aiddir. Lakin, bu halların qeyd olunması vacib olduqda, məhkəmə təqsirləndirilən şəxsin hüquqi məsuliyyətinin həll olunması üçün labüd olmayan dəlilləri təqdim etməkdən çəkinməlidir. Bu baxımdan məhkəmə qə rarlarının tərtibatında digər iş üzrə məhkəmə araşdırmasının ədalətliliyini şübhə altına qoymamaq üçün üçüncü şəxslərin təqsiri ilə əlaqədar ilkin mülahizələrdən çəkinmək lazımdır (Karaman Almaniyaya qarşı iş üzrə 2014-cü il 27 fevral tarixli Qərar, § 64 65). Eyni zamanda, Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülmüş ittihamın xarakteri məhkəməyə üçüncü şəxslərin iştirakçılığına dair gəldiyi qənaətə toxunmamağa imkan vermirsə və bu qənaət ayrıca mühakimə ediləcək üçüncü şəxslərin hüquqi məsuliyyətinə dair qərara təsir edə bilərsə, belə hal işin ayrıca icraata ayrılması üçün ciddi maneə kimi qiymətləndirilməlidir. Ümumi hallar baxımından bir-biri ilə sıx əlaqəli olan işlərə ayrılıqda baxılmasına dair istənilən qərar bütün toqquşan maraqların hərtərəfli təhlilinə əsaslanmalı və digər təqsirləndirilən şəxslərə işin ayrıca icraata ayrılmasına etiraz etmək imkanı təqdim edilməlidir. Ayrıca icraatın aparılması ilə əlaqədar ikinci tələb isə onu nəzərdə tutur ki, digər təqsirləndirilən şəxslərin iştirakı olmadan müəyyən edilmiş hallar, həmin şəxslərə münasibətdə preyudisial əhəmiyyət kəsb etməməlidir. Bir iş üzrə istifadə olunmuş sübutların statusu sırf nisbi qalmalı, onların qüvvəsi mövcud konkret mühakimə icraatı ilə məhdudlaşmalıdır (2016-cı il 23 fevral tarixli Qərar, 46632/13 və 28671/14, §104105). Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticələrə gəlmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən az ad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından CPM-in 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Bütün şərh edilənlərdən çıxış edərək məhkəmə kollegiyası müdafiəçi S.N.İsayevin kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayaraq həmin şikayətin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiya sının 13 dekabr 2023-cü il tarixli qərarının isə ləğv edilərək Məhkum2 barəsində cinayət işinin icraatına xitam verilməsi üçün əsaslar görmür və belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə digər məhkum olunmuş şəxslərlə yanaşı, Məhkum2 də barəsində hökmdən verilmiş apellyasiya şikayətinə məhkəmə baxışı nəticəsində həmin məhkəmə tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən və CPM-in 416.1ci maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verməmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi, həmin şikayətin təmin edilməməsi haqda isə zərər çəkmiş şəxsin hüquqi varisi X8un, onun nümayəndəsi Nümayəndə və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, müd afiəçi S.N.İsayevin kassasiya şikayəti təmin edilməməli, Məhkum2 CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarı isə adı çəkilən məhkum aid hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum2 müdafiəçisi S.N.İsayevin kassasiya şikayəti təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəm əsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarı Məhkum2 aid hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1384/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1384/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver