Məhkəmə qərarları › İş №1(102)-1385/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1385/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1385/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 a prel 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Abdulla Əliyev (sədrlik edən və məruzəçi), Xamməd Nuriyev və Oruc Cəlilov) 1(099)-120/2022 nömrəli, 11 yanvar 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1985-ci ildə Zəngilan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Zəngilan şəhəri, Malatkeşin kəndində qeydiyyatda olmaqla, Şirvan şəhəri, Yeni qəsəbə, bina 2, mənzil 47-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəl ərində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 avqust 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – bir ədəd bükümdə təmiz çəkisi 3,143 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 06 avqust 2021-ci il tarixdə saat 20:30-da Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Salyan dairəsi adlanan yerdə saxlanılaraq polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd kağız bükümdə kustar üsulla hazı rlanmış təmiz çəkisi 3,143 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Elşad Əliyev (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və İlkin Abdullayev) 1(106)-324/2022 nömrəli 13 aprel 2022-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı Emin Musayev tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apelyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kass asiya protestini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Məhkum əməlini CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edərkən yalnız təqsirləndirilən şəxs Məhkum verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə guya Məhkum üzərindən aşkar olunmuş narkotik vasitəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsinin təsdiqini tapmaması kimi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, apelyasiya instansiya sı məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymış, bununla da işin halları məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. İşin hallarından göründüyü kimi, Məhkum istintaqla müəyyən edilməyən vaxtda və mənbədən qanunsuz olaraq bir ədəd bükümdə 3,143 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədilə əldə edib daşımaqla üzərində saxladığı iş üzrə toplanmış bir-birini tamamlayan sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi isə Məhkum verdiyi bütün izahat və ifadələrində üzərindən aşkar olunmuş heroini məhz şəxsi istifadəsi üçün əldə edib saxlayaraq daşıdığını bildirdiyi, onun narkomaniya xəstəliyindən əziyyət çəkdiyi, şəxsi axtarış zamanı üzərindən bir ədəd bükümdə heroin aşkar olunduğu, həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet - tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaitinin aşkar edilmədiyi, istehlakçı ilə əvvəlcədən razılıq əldə etmədiyi, başqa narkotik vasitə “ehtiyatı” olmadığı halda bir ədəd bükümdə olan 3,143 qram heroini əldə edib, üzərində saxlayıb daşımaqda məqsədinin məhz “satış" olmasının kifayət qədər ağlabatan və inandırıcı olmadığı, buna görə də sonuncunun üzərindən aşkar olunmuş heroini satış məqsədi olmadan şəxsi istifadəsi üçün əldə etməsi qənaətinə gəlməklə onun əməlini CMin 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edərkən işin faktiki hallarına uyğun olmayan səhv nəti cəyə gəlmiş, apelyasiya instansiyası məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymışdır. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, yalnız təqsirləndirilən şəxs Məhkum verdiyi özünü müdafiə xarakterli ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara istinad edib Məhkum cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur. Məhkum ondan aşkar edilərək götürülmüş bir ədəd bükümdə 3,143 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi, daşıdığı və üzərində saxladığını təsdiq edən iş üzrə kifayət qədər sübutlar toplanmışdır. Lakin, birinci instansiya məhkəməsi qərar qəbul edərkən şahidlərin ifadələrinə, şəxsi axtarış və göt ürmə protokollarına, digər istintaq hərəkətlərinin protokollarına, ekspertiza rəylərinə və digər sübutlara səthi yanaşmış, sadalanan sübutları nəzərə almamış, onları təhlil, bir-biri ilə müqayisə etməmiş, həmin sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmədən Məhkum ondan aşkar edilərək götürülmüş bir ədəd bükümdə 3,143 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etdiyinə dəlalət edən sübutun əldə olunmaması qənaətinə gəlmiş, apelyasiya instansiyası məhkəməsi isə bu əsassız və qanunsuz nəticəni təsdiq etmişdir. Məhkəmələr mövqelərini onunla əsaslandırmışlar ki, Məhkum hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin çəkilərək xırda bağlamalara bölünməsi, onların hazırlanması üçün avadanlığın olması ha llarının müəyyən edilməməsi, narkotik vasitənin bir bükümdə olması və sonuncunun narkomaniya xəstəliyindən əziyyət çəkməsi onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə edilməsi qənaətinə gəlmək üçün əsasdır. Məhkəmələr nəzərə almamışlar ki, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması özü-özlüyündə həmin şəxs tərəfindən narkotik vasitələrin məhz satış məqsədi ilə əldə etməklə saxlamasını heç də inkar etmir. Göründüyü kimi, Məhkum satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə 3,143 qram çəkidə olmaqla külli miqdarda olmuşdur. Narkotik vasitənin şəxsi istehlak miqdarı həmin narkotik vasitənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırki cinayət işində isə təqsirləndirilən şəxs Pərviz Qəmbərovda aşkar olunmuş heroinin çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən 20 dəfədən çox olmuşdur. Narkotik vasitənin külli miqdarda olması da sonuncunun həmin narkotik vasitəni üzərində satış məqsədilə saxlamasına dəlalət edir. Bundan başqa, şəxsin narkotik vasitəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onları satış məqsədilə əldə etməsi onun hər hansı istehlakçı ilə razılıq əldə edibetməməsi narkotik vasitəni hazırlaması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş Məhkum istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik va sitə heroinin külli miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Bundan əlavə, əməliyyat orqanında Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə məlumatların olması da sonuncunun həmin narkotik vasitəni üzərində satış məqsədilə saxlamasına dəlalət edir. Bundan başqa, məhkəmə Məhkum heç bir yerdə işləməyərək narkotik vasitəyə olan tələbatını ödədiyini bildirməsinə şübhə ilə yanaşmayaraq, himayəsində iki azyaşlı uşağı (əlavə olaraq arvadı) olan və heç bir yerdə işləməyən bir şəxsin həm şəxsi və ailəsinin ehtiyaclarını, həm də narkotik vasitəyə olan ehtiyacını hansı yolla təmin etdiyini və külli miqdarda heroini hansı pulla aldığını araşdırmamışdır. Birinci və apelyasiya instansiyası məhkəmələrində tədqiq edilmiş şahidlərin ifadələri, şəxsi ax tarış, götürmə və digər istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər sübutlarla Məhkum ittiham olunan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Lakin, apelyasiya instansiyası məhkəməsi iş materiallarında belə mötəbər sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsaslanmaqla məhkumun əməlinin CM-ın 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi ilə nəticələnən qərəzli yanaşmanı əsaslı saymaqla cinayət qanunu normasını düzgün tətbiq etməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamışdır. Məhkəmə kollegiyası yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmiş, guya onun hərəkətlərində külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etmə cinayətinin olmasının öz təsdiqini tapmaması kimi işdə olan sübutlarla təsdiq olunmayan əsassız nəticəyə gəlmişdir. Bütün bunların da nəticəsində Məhkum törətmiş olduğu cinayət əməli əsassız və qanunsuz olaraq CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilmişdir. Belə olan halda məhkəmələrin əməlin tövsifi barədə gəldiyi nəticə əsassiz olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısı Nazim İmanovun çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum əməlinin Azərbaycan Respubl ikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlanma, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq külli miqda rda narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri edilməlidir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşin materiallarından görünür ki, həm birinci instansiya həm də apelyasiya instansiyası məhkəmələri biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən külli miqdarda - bir ədəd bükümdə təmiz çəkisi 3,143 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə narkoloji və məhkəmə kimyəvi ekspertizalarının rəyləri ilə, maddi sübutla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Birinci instansiya məhkəməsi Məhkum aşkar olunmuş 3,143 qram miqdarında narkotik vasitə olan heroinin külli miqdarda olmasını qəbul etsə də, nəticəyə gəlmişdir ki, onun qeyd olunan psixotrop maddənin satış məqsədi ilə əldə edib saxlaması və daşıması, habelə kiməsə satmaq istəməsi barədə cinayət işinin materiallarında hə r hansı sübut olmamışdır. Həmçinin Məhkum üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroin çəkilib xırda bağlamalara bükülməmiş, yalnız bir bükümdə olmuş, narkotik vasitə olan heroinin satışı ilə bağlı məhkumun hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi müəyyən olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla narkotik vasitələrin və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdən görünür ki, Məhkum aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut yoxdur. Həmçinin Məhkum narkotik vasitə olan heroini öz istifadəsi üçün almasını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şirvan şəhər PŞ-nin CAB-nin əməliyyat müvəkkili, Şahid1, Şahid2 məhkəmədə verilən suallara cavab olaraq ifadələrində bildirmişlər ki, Məhkum narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, lakin bunu təsdiq edən sübut və ya fakt onlarda olmamışdır. Məhkumda aşkar edilmiş narkotik vasitə heroinin miqdarı da (3,143 qram) həm in narkotik vasitənin maddənin məhz satış məqsədi ilə əldə edilməsi barədə nəticəyə gəlmək əsas vermir. Bununla da məhkum edilmiş şəxs Məhkum narkotik vasitənin hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi, narkotik vasitə olan heroinin çəkilib xırda bükümlərə bükməsi müəyyən edilməmiş və bunun üçün onda hər hansı avadanlıq aşkar edilməmişdir. Həmçinin Məhkum barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunsa da, həmin qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onda aşkar edilərək götürülmüş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Cinayə t işi üzrə ibtidai istintaq zamanı da Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə sübut əldə edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxs Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşımasına dair hər hansı bir mötəbər sübut olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əs aslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarında Məhkum narkotik vasitənin sat ış məqsədi ilə əldə edib saxlamasına dair heç bir sübut olmadığından həm birinci instansiya məhkəməsinin hökmü həm də apelyasiya instansiyası məhkəməsinin qərarı Məhkum əməlinin tövsifi ilə bağlı hissədə əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı təqsirləndirilən şəxs Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan birinci instansiya məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, kassasiya protestinin məhkumun əməlinin tövsifi ilə bağlı dəlili əsassızdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib məhkumun narkotik vasitəni qanunsuz əldə etm ədə və saxlamada təqsirinin sübutlarla təsdiq edildiyi, lakin onun həmin narkotik vasitəni satmaq niyyətində olması işin hallarına uyğun olmaması və toplanmış sübutlara təsdiq edilmədiyi barədə nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi də apelyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyasi məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəza 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir, Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. Hökmdən və ape lyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Həmçinin işə baxılması zamanı məhkəmələr tərəfindən cinayət-prosessual qanununun və Avropanın İnsan Hüquq və Əsas azadlıqları haqqında Konvensiyanın 6-ci maddəsinin tələblərinin pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protestin təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı 13 aprel 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar