Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1385/2024 27.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-74/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli q ərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxx 1999-cu il tarixdə Gəncə şəhərində anadan оlmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, orta təhsilli, ailəli, məhkumluğu olan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 16 fevral 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, ümumi təmiz çəkisi 3.528 qram narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, 10 iyul 2021-ci il tarixdə Gəncə şəhər Baş polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Nizami küçəsində yerləşən N.Nərimanov parkının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə Şəhər BPİ-nə gətirilmiş və onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq qara rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret falqasının içərisində olan selofana bükülmüş içərisində külli miqdarda təmiz çəkisi 3.528 qram maddə, kustar üsulla hazırlanmış, narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 503,306 qram narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, 15 iyun 2021-ci il tarixdə saat 15 radələrində Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə, satmaqda və üzərində gəzdirməkdə şübhəli bilinərək Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Deluxe” otelinin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər BPİ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman çiynindən asılmış qara rəngli əl çantasının içərisindən ağ rəngli sellofana yapışqanlı sarğı ilə sarınmış bir ədəd bükümdə külli miqdarda 503,306 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. 3. 11 mart 2022-ci il tarixdə G əncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi açıq məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, ümumi təmiz çəkisi 3.528 qram narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, 10 iyul 2021-ci il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Nizami küçəsində yerləşən N.Nərimanov parkının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər BPİ-nə gəti rilmiş və onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq qara rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret falqasının içərisində olan selofana bükülmüş içərisində külli miqdarda təmiz çəkisi 3.528 qram maddə, kustar üsulla hazırlanmış, narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-30/2023 nömrəli, 15 sentyabr 2023cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 05 n oyabr 2021-cil tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 09 (doqquz) ay 26 (iyirmi altı) gün hissəsinin yeni hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu cəmi 05 (beş) gün müddətin ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 iyul 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həl l edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib hökmün işin faktiki hallarına uyğun olmadığından ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya protesti onunla əsaslandırmışdır ki, aparılmış ibtidai istintaq zamanı Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq zamanı qismən etirafedici ifadələri, «şəxsi axtarış və götürmə barədə» protokol, şahid ifadələri, məhkəmə-kimyəvi, narkoloji ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə kifayət qədə r sübuta yetirilmişdir. İş materiallarında olan «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 15 iyul 2021-ci il tarixli qərar və raportdan görünür ki, Məhkum narkotik vasitənin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. 15 iyul 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və videoçəklişdən görünür ki, müdafiəçinin iştirakı ilə Məhkum sağ çiynində asılı olan qara rəngli əl çantasının içərisində ağ rəngli sellofanın üzəri şəffaf rəngli yapışqanlı sarğı ilə sarınmış bir ədəd büküm ilk görünüşdən “heroinə” oxşar kütlə olduğunu bildirərək təqdim etmiş, həmin bükümdə olan “heroinə” oxşar kütləni 14 iyul 2021-ci il tarixdə Bakı şəhərində Xırdalan qəsəbəsində internet klubunda təsa düfən tanış olduğu İran vətəndaşını aldadaraq almışdır. Məhkəmə 3.528 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlaması ilə bağlı Məhkum təqsirli olması qənaətinə gəlməklə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etiraf edici ifadəsinə və iş üzrə digər sübutlara əsaslanmış, digər tərəfdən bunun ziddinə olaraq təkrarən Məhkum üzərindən aşkar edilmiş 503,306 qram heroinin ona məxsus olmaması ilə bağlı ittihamın uydurma faktlar əsasında verilməsi qənaətinə gəlmişdir. Məhkəmə bununla bağlı təhqiqatçı Şahid3la aralarında 15 gün ərzində 45 dəfə danışıqların olması və təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi özünün müdafiə xarakterli xüsusatlara əsaslanmış, iş üzrə digər sübutları təhlil etmədən əsassız olaraq belə bir qənaətə gəlmişdir ki, Məhkum yarım kiloqramdan artıq heroini özü ilə götürüb polis əməkdaşının onunla təyin etdiyi görüş yerinə getməsi ağlabatan deyil, eləcə kifayət qədər kasıb olmaqla yanaşı, qazancı yalnız az miqdarda narkotik əldə etməyə və qidalanmağa yetmişdir. Lakin Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş 503,306 qram heroini aldatma yolu ilə əldə etdiyini bildirmişdir. Həmçinin iş materiallarında olan əməliyyat məlumatlarından göründüyü kimi, Məhkum narkotik vasitənin satışı ilə məşğul olmuşdur. Belə olan halda heroinin əldə edilməsi ilə əlaqədar təqsirləndirilən şəxsin maddi durumu ilə bağlı məhkəmənin arqumenti təzadlıdır.
8. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-74/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qə rarı ilə apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-30/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəlilləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən hazırda mübahisəsi edilən yekun qərarı qəbul edilərkən işdəki sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmə miş və ittiham edilmiş şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirib, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-74/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
11. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CP M-nin 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və y alnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin iş üzrə toplanmış sübutları düzgün qiymətləndirmədiyi, bunun nəticəsi olaraq Məhkum əsassız və qanunsuz olaraq ittiham edildiyi Azərbayca n Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyi iddia edilmiş, kassasiya xahişi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-74/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respub likası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələ b olunur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozul masına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
22. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində müəyyən edilən qaydalara görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
23. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
24. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliy i üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
25. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.
26. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri göz lənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
27. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
28. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır. (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
29. Məhkəmə kollegiyası kassasiya protestində təsvir edilən dəlilləri nəzərdən keçirib qeyd edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin araşdırm ası nəticəsində qəbul edilən apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisəsi edilən qərarında bu dəlillərə müvafiq əsaslandırma təmin edilməklə ətraflı cavablandırma verilmiş, hazırki kassasiya protestində isə həmin nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad edilməmişdir.
30. Məhkəmə kollegiyası bu halı da kassasiya protestinin əsassız olduğuna dəlalət edən hal kimi qəbul edir və yekunlaşaraq qeyd edir ki, protestdə qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda m übahisəsi edilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir.
31. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarının qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
32. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-74/20 24 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-74/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.