Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1385/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1279/2024 nömrəli, 05 dekabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protestinə m ahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Cinayət məsuliyyətindən azad edilmiş şəxs xx xxxxxxx 1968-ci il tarixdə Masallı rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təklə kəndində qeydiyyatda olmaqla yaşayır. 2. 29 iyun 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə tan ışı – zərərçəkmiş şəxs Abdullayeva Azadia Firuddin qızının etibarından sui-istifadə edərək qardaşı Təqsirləndirilən şəxs1 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi üçün təcili pul lazım olduğunu bildirərək, həmin məsələdə ona maddi köməklik göstərəcəyi təqdirdə, verdiyi pulları qısa müddətdə qaytaracağına dair yalan vəd verib aldadaraq, bu adla 01 may 2013-cü il tarixdə Azadia Abdullayevaya məxsus Bakı şəhəri, ünvan 2anov rayonu, Təbriz küçəsi, 94 nömrəli binada yerləşən 92 saylı mənzilin Bakı şəhəri, ünvan 2anov rayonunda yerləşən 9 saylı notariat kontorunda 60000 manata satılmasına nail olaraq ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin ünvan 2anov rayon filialından götürülmüş 60.000 manat məbləğində həmin pulun 5000 manatını Azadia Abdullayevaya verib, qalan 55.000 manat pul vəsaitini tamah niyyəti ilə alıb ələ keçirməklə zərərçəkmiş şəxs Abdullayeva Azadia Firiddun qızına 55.000 (əlli beş min) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 qızı Arzu Abdullalini yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə Azərbaycan Respublikası Milli Məclisinin dəftərxanasına işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, 2013-cü ilin iyun ayının ortalarında sonuncunun yaşadığı Bakı şəhəri, ünvan 2anov rayonu, Asif Məmmədov küçəsi, ev 29, mənzil 8 saylı ünvanda Zərərçəkmiş şəxs5 5000 manat, bundan iki gün sonra həmin ünvanda so nuncudan daha 5000 manat olmaqla ümumilikdə 10000 (on min) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə tamah niyyəti ilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs5 10000 (on min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 bacısı, baxılan cinayət işi üzrə digər təqsirləndirilən şəxs Məhkum ilə təkrarən qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə tamah niyyəti ilə ələ keçirmək məqsədilə şahidin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120 və 228-ci maddələri ilə təqsirli bilinərək 13 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini və təyin edilmiş cəzanın məhkəmə orqanlarında daha aşağı cəza ilə əvə z edilməsi ilə bağlı oğlu, Zərərçəkmiş şəxs3 istəyinin olduğunu bildikdən sonra yaxın əlaqələrindən istifadə etməklə şahidin barəsində təyin edilmiş cəzanın məhkəmə orqanlarında daha aşağı cəza ilə əvəz edilməsində köməklik edəcəyini bildirməklə yalandan vəd edib aldadaraq Zərərçəkmiş şəxs3 2015-ci ilin may ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə qəsəbəsi, Salyan şossesində yerləşən «Favorit» supermarketin qarşısında dolların azərbaycan manatı qarşısında məzənnəsinə görə 10.080 (on min səksən) manat təşkil edən 9.600 (doqquz min altı yüz) ABŞ dolları, 2015-ci ilin may ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən «Xəzər» supermarketin qarşısında 2.000 (iki min) manat, 2015-ci ilin may ayının axırlarında Bakı şəhəri, Nizami rayonu ərazisində ye rləşən metronun «Neftçilər» stansiyasının çıxışında 5.000 (beş min) manat olmaqla ümumilikdə 17.080 (on yeddi min səksən) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə tamah niyyəti ilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 17.080 (on yeddi min səksən) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 baxılan cinayət işi üzrə digər təqsirləndirilən şəxslər – tanışı Təqsirləndirilən şəxs2 və bacısı Məhkum ilə təkrarən qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə tamah niyyəti ilə ələ keçirmək məqsədilə Şahid1 2015-ci ilin iyun ayında işə düzəltmək məqsədi ilə dövlət orqanlarına müraciət etməsindən və Şahid1 yeni təyinatı ilə bağlı dostu – Zərərçəkmiş şəxs7 ona hər cür dəstək verməsindən xəbər tutduqdan sonra, cinayətkar plana uyğun olaraq Şahid1 və Zərərçəkmiş şəxs7la yaxın etibarlı əlaqələrindən istifadə edərək şəxsiyyətləri haqqında həqiqi məlumatları gizlətməklə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 yüksək vəzifəli dövlət məmuru, cinayətkar qrupun digər üzvü Məhkum “Heydər Əliyev fondu”nun əməkdaşı kimi, özünü isə «Rüstəm» adı altında Təqsirləndirilən şəxs2 köməkçisi kimi Şahid1 təqdim edib ona Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin olunması işində köməklik göstərəcəklərini, bu işin həlli üçün fondun hesabına 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitinin köçürülməsinin zəruri olduğunu, pul vəsaitinin Məhkum vasitəsi ilə fondun rəhbərinə çatdırılacağını və ilk olaraq həmin vəsaitin yalnız 50.000 (əlli min) manatı nın fonda köçürülməli olduğunu yalandan bildirməklə Şahid1 inandıraraq əsl cinayətkar niyyətlərini ört-basdır etmək və pul vəsaitinin mülki münasibətlərə görə alındığını leqallaşdırmaq üçün 11 sentyabr 2015-ci il tarixdə ünvan 4 ünvanda yerləşən 50 saylı notariat kontorunda kredit müqaviləsi bağlamaqla Zərərçəkmiş şəxs7 50.000 (əlli min) manat pul vəsaitini tamah niyyəti ilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs7 50.000 (əlli min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-75/2024 nömrəli, 29 mart 2024-cü il tarixli hökmü ilə: Məhkum zərərçəkmiş şəxs zərərçəkmiş şəxsə məxsus 55.000 (əlli beş min) manat məbləğində külli miqdarda əmlakı dələduzluq yolu ilə ələ keçirməyə görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəs i ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) ay 14 (on dörd) gün müddətin ona təyin olunan 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılması, üzərində qəti olaraq 05 (beş) il 10 (on) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 29 mart 2024-cü il tarixdən hesablanması; Məhkum Zərərçəkmiş şəxs5 10.000 (on min) manat məbləğində xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirməsi epizodu üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü m addəsi ilə, Zərərçəkmiş şəxs3 17.080 (on yeddi min səksən) manat məbləğində xeyli miqdarda əmlakını qabaqcadan əlbir olub bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirməsi epizodu üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə, Zərərçəkmiş şəxs7 50.000 (əlli min) manat məbləğində xeyli miqdarda əmlakını qabaqcadan əlbir olub bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirməsi epizodu üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsi, Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin maddələrlə cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi əsası ilə ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 1 78.2.2 və 178.2.4-cü maddəsi ilə cəza təyin edilməməsi; İş üzrə zərərçəkmiş şəxs zərərçəkmiş şəxsin Məhkum qarşı 300.000 (üç yüz min) manat maddi zərərə görə pul tələbinə dair mülki iddiasının qismən təmin edilməsi və 55.000 (əlli min) manat pulun Məhkum alınıb zərərçəkmiş şəxs Abdullayeva Azadia Firiddun qızının nəfinə ödənilməsi, mülki iddianın qalan hissədə rədd edilməsi hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.
5. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişlər və Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi əsası ilə onlara cəza təyin edilməmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi apellyasiya şikayəti verib, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1279/2024 nömrəli, 05 dekabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-75/2024 nömrəli, 29 mart 2024-cü il tarixli hökmü Məhkum aid hissədə ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 73-1.3-cü maddəsi tətbiq edilməklə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməklə barəsində cinayət təqibinə və cinayət işi materialları üzrə icraata xitam verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbir inin ləğv edilməsi və dərhal həbsdən azad edilməsi qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya protesti onunla əsaslandırılmışdır ki: Azərbaycan Respublikası CM-nin 73-1.3-cü maddəsində nəzərdə tutulan norma dispozitiv təsirə malik olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi istifadə etdiyi cümlə quruşları ilə bu normaya imperativ təfsir vermişdir; Məhkuma verilmiş ittiham üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanın məbləğinin 55.000 (əlli beş min) manat müəyyən edilməsinə və zərərçəkmiş şəxsə vurulmuş ziyandan yalnız 45.000 (qırx beş min) manat hissəsinin ödənilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş şəxs tərəfindən natamam ödənilmiş pul məbləğini iş üzrə vurulmuş ümumi ziyan kimi qəbul etmiş və həmin ziyanın 50 faizi məbləğində dövlət büdcəsinə ödəniş edilməsi əsası ilə əsassız olaraq şəxsi cinayət məsuliyyətindən və cəzadan azad etmişdir; Mübahisəsi edilən qərarında Azərbaycan Respublikası CPM-nin 40.3 və 43.1.1 maddələrinə istinad etməklə, apellyasiya instansiyası məhkəməsi hüququndan tətbiqində səhvə yol vermişdir. Qeyd edilənləri nəzərə almaqla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1279/2024 nömrəli, 05 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin olunması xahiş edilmişdir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər 1
1. Kassasiya protestində istinad edilmiş apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası CM-nin 73-1.3-cü maddəsinə dispozitiv norma kimi deyil, imperativ hüquq norması kimi yanaşaraq həmin normanın mütləq tətbiq edilməsi zərurətini əsaslandırmağa çalışaraq bununla da, qanunvericiliyin tələblərini pozması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir, əslində icra edilmə tələbinə görə qeyd olunan normanın dispozitivliyi öz özlüyündə cinayət məsuliyyətindən azad etmənin cinayət təqibi orqanı və ya məhkəmənin mülahizəsinə əsasən həyata keçirilməsini ehtiva edir.
12. Bu halda məhkəmə şəxsin məsuliyyətdən azad olunması məsələsi həll edilərkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması, ona vurulmuş ziyanı ödəməsi, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəməsi ilə yanaşı, iş üzrə əhəmiyyət kəsb edən digər halları, o cümlədən təqsirkarın şəxsiyyətini səciyyələndirən xüsusiyyətləri, cinayətin törədilmə şəraiti və s. nəzərə alınaraq obyektiv və əsaslandırılmış qərar qəbul etməlidir.
13. Qanunverici maddi hüquq normanın tətbiq edilib edilməməsini məhkəmənin mülahizəsinə buraxdığından, məhkəmə Azərbaycan Respublikası CM-nin 73-1.3-cü maddəsinin dispozisiyasında sadalanmış hallardan (təqsirkarın şəxsiyyətini səciyyələndirən xüsusiyyətləri, cinayətin törədilmə şəraiti və s. nəzərə almaqla) çıxış edərək göstərilən halları şəxsi məsuliyyətdən azad edilməsinin (cinayət işi üzrə icraata xitam verilməsinin) əsası kimi, yada qeyd olunan xüsusatları təqsirli şəxsin cəzasının yüngülləşdirlməsinə xidmət edən hallar kim i dəyərləndirməkdə sərbəstdir.
14. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin yuxarıda sadalanmış halların məcmusundan çıxış edərək təqsirli şəxsi cinayət məsuliyyətindən azad edilməsi, hüquq tətbiq edənin Azərbaycan Respublikası CM-nin 73-1.3-cü maddəsini imperativ hüquq norması kimi mütləq tətbiq edilməsi zərurətini əsaslandırmağa çalışan yanaşması kimi deyil, verilmiş səlahiyyət çərçivəsində maddi hüquq normasının düzgün tətbiq etməklə obyektiv və əsaslandırılmış qərar qəbul etməsi kimi qiymətləndirilməlidir.
15. Belə qənaətə gələrkən məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə də istinad etməklə qeyd edir ki, cinayət məsuliyyətindən azad etmə təqsirləndirilən şəxsi məhkəmənin ittiham hökmündən və dövlət-məcburiyyət tədbirlərinin t əsirinə məruz qalmaq vəzifəsindən azad etmək barədə səlahiyyətli dövlət orqanının rəsmi aktında ifadə edilmiş qərardır. Cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cinayət cəzası təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrinin bə zi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 12 may 2025-ci il).
16. Baxılan kassasiya protestinin dəlilləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ilə müqayisəli təhlil edildikdə isə müəyyən olunur ki, protest müəllifi cinayət qanunu ilə verilən hüquqdan istifadə etməklə apellyasiya instansiyası məhkəməsinin Məhkumun cinayət məsuliyyətindən azad edilməsi barədə qəbul etdiyi qərarının, yuxarıda istinad edilən Plenum qərarında şəxsin cinayət məsuliyyətindən azad etmə institutu üçün ifadə edilmiş məqsədlərdən hansına zidd olduğunun əsaslandırmasını konkretləşdirmə ilə təsvir etməmişdir.
17. Kassasiya protestinin növbəti, Məhkuma verilmiş ittiham üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanın məbləğinin 55000 (əlli beş min) manat məbləğində müəyyən edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məbləğin 45.000 (qırx beş min) manat olaraq qəbul edilməsi və gəldiyi nəticənin heç bir formada əsaslandırılmaması barədə dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarının təhlili bu dəlilin də əsassız olduğunu təsdiqləyir.
18. Belə ki, cinayət işinin materiallarından müəyyən edilir ki, məhkəməyə ünvanlandığı 27 noyabr 2011-ci il tarixli teleqramında və eyni tarixli ərizədə (cild 21, səh. 61 və 62) zərərçəkmiş şəxs ona 45.000 (qırx beş min) manat pulun ona geri qaytarıldığını qeyd etsə də, 03 dekabr 2024-cü il tarixdə verdiyi yeni ərizədə o, Məhkum ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişd ir (cild 21, səh. 63).
19. Eləcə də, iş materiallarında olan 05 dekabr 2024-cü il tarixli qəbzlərdən müəyyən edilir ki, Məhkum tərəfindən Dövlət xəzinədarlığına 13500 və 14000 olmaqla, 27500 manat maliyyə vəsaiti, yəni ittihama görə zərərçəkmiş şəxsə vurulması müəyyən edilən 55000 (əlli beş min) manat məbləğində ziyanın əlli faizi miqdarında ödəniş edilmişdir (cild 21, səh. 67).
20. Göründüyü kimi, Məhkum zərərçəkmiş şəxslə barışıb dəymiş ziyanı tamamilə ödəməklə, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etməklə cinayət məsuliyyətindən azad edilməsinə əsas verən və Azərbaycan Respublikası CM-nin 73-1.3-cü maddəsində nəzərdə tutulan şərtləri icra etmiş, cinayət işinin müəyyən edilmiş hallarında heç bir dəyişiklik baş vermədiyindən, məhkəmən in də hər hansı formada yeni hallara münasibətini bildirmək öhdəliyi yaranmamışdır.
21. Kassasiya protestinin sonuncu dəlilini əsaslı sayan məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən, Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsində əksini tapmış qaydaya görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir.
22. Eyni Məcəllənin 43.1.1-ci maddəsinə görə isə dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə, məhkəmə baxışı gedişində təqsirləndir ilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır.
23. Baxılan cinayət işində isə məhkəmə tərəfindən Məhkum barəsində Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsində nəzərdə tutulmayan Azərbaycan Respublikası CM-nin 73-1.3-cü maddəsi tətbiq edilmiş, eləcə də iş materiallarında olan məhkəmə iclas protokollarından göründüyü kimi, dövlət ittihamçısı da Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsində təsbit edildiyi kimi məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etməmişdir.
24. Məhkəmə kollegiyası hesab edir ki, baxılan cinayət işinin hallarına münasibətdə Azərbaycan Respublikası CPM-nin 40.2 və 43.3-cü maddələrinə istinad olunması daha əsaslı və qanunidir.
25. Belə ki, Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsi nə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər.
26. Eyni Məcəllənin 43.3-cü maddəsinə əsasən isə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır.
27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti bu hissədə təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin mübahisəsi edilən qərarında Azərbaycan Respublikası CPM- nin 40.3 və 43.1.1-ci maddələrinə edilmiş istinadlar müvafiq olaraq eyni Məcəllənin 40.2 və 43.3-cü maddələrinə istinadla əvəz edilməlidir.
28. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1279/2024 nömrəli, 05 dekabr 2024-cü il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsi yuxarıda qeyd edildiyi qaydada dəyişdirilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının kassasiya protesti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1279/2024 nömrəli, 05 dekabr 2024-cü tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilsin. Qərarın təsviri-əsaslandırıcı hissəsində istinad edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 43.1.1-ci maddələri həmin Məcəllənin 40.2 və 43.3-cü maddələri ilə əvəz edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1279/2024 nömrəli, 05 dekabr 2024-cü tarixli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.