Məhkəmə qərarları › İş №1(102)-1386/2017

Ali Məhkəmə Qərar — İş №1(102)-1386/2017

12.09.2017 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1386/2017 12.09.2017 ALİ MƏHKƏMƏ İş №1(102)-1386/2017 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Q Ə R A R İ 12 sentyabr 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, Xüsusi ittihamçı X3 müdafiəçisi və nümayəndəsi X5 iştirakı ilə, Xüsusi ittihamçı Marufcan Muradovun Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Məhkum əməlində cinayət tərkibi olmadığı əsasları ilə bəraət verilm əsinə dair Şuşa Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli hökmünün dəyişdirilməməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2017-ci il tarixli qərarından xüsusi ittihamçı X3 verdiyi kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, müəyyən etdi: Şuşa Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli hökmü ilə (hakim X4, 1(077)-2/2016 saylı iş), 23 mart 1953-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, Şamaxı rayon İcra Hakimiyyətinin Şəhriyar qəsəbəsi üzrə nümayəndəsi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Şamaxı şəhərinin Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçil miş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsasları ilə bəraət verilmişdir. Şuşa Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli hökmündən xüsusi ittihamçı X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi X14, hakimlər X15 və X18, 1(105)-169/2017 saylı iş) apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, işin faktlarından görünür ki, Məhkum M.Muradov barəsində olan fikirlərinin yaranması üçün əsaslar olmuş, bu mövqe müxtəlif vaxtlarda hüquq mühafizə orqanlarında, məhkəmə proseslərində və ya vətəndaşlarla olan münasibətlərdə formalaşmışdır. M.Muradov barəsində qeyd olunan faktların sübuta yetirilməməsi, hətta onun əməllərində cinayət tərkibinin olmaması belə, Məhkum əvvəlcədən məlumatların yalan olmasını bilməsinə dəlalət etmir. Ümumiyyətlə, vətəndaşların cinayət hadisəsinin baş verməsi ilə bağlı hüquqmühafizə orqanlarına istənilən məzmunda məlumat vermələri, sonradan belə hadisənin baş verməsinin müəyyənləşdirilməməsi, həmin şəxslərin cinayət hadisəsi barədə yalan məlumatlar verməsi kimi qiymətləndirilə bilməz. Yalnız şəxs belə cinayət hadisəsi barədə bilərəkdən, qəsdlə yalan ifadə verdikdə, yəni əvvəlcədən belə cinayət hadisəsinin baş verməməsini dəqiq bildikdən sonra qəsdlə, digər şəxslərə ziyan vurmaq və bu kimi digər məqsədlərlə yalan məlumatlar verdikdə cinayət məsuliyyə tinə cəlb olunmalıdır. işin halları: Nəsimi rayon X2 şikayəti əsasında araşdırılmış 439-c-14 saylı material əsasında şikayətçinin Şamaxı rayonu, Mədrəsə qəsəbəsində ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin qanunsuz olaraq Bakı şəhəri 13 saylı Notariat Kontorunda təsdiq edilmiş etibarnamə əsasında Xudaverdi Hüseynov tərəfindən Seyidməmməd Əliyevə satıldığı, sonuncu tərəfindən isə tanımadığı digər şəxsə satıldığı göstərilmişdir. Həmin araşdırma zamanı Xudaverdi Hüseynovun və Seyidməmməd Əliyevin əməllərində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmiş və Seyidməmməd Əliyevin etibarnaməsi əsasında Xudaverdi Hüseynov mübahisələndirilən torpaq sahəsini yenidən alqı-satqı müqaviləsi ilə Ruslan Ələddinovun adına rəsmiləşdirmişlər. Seyidməmməd Əliyev məhkəm ədə verdiyi ifadəsində və məhkəməyə ünvanladığı ərizəsində göstərmişdi ki, M.Muradov 2013-cü ildə ona demişdir ki, respublikadan kənarda yaşayan qohumları Ələddinovların torpaq sahəsini onun adına keçirmək üçün etibarnamə veriləcək və torpağın satılmasından ona da pul veriləcəkdir. Ona görə də, onunla razılaşmış və Ələddinovların torpaq sahəsi onun xəbəri olmadan satılmışdır. Ruslan Ələddinov sonradan bundan xəbər tutmuş və M.Muradov yenidən onun və Xudaverdi Hüseynovun iştirakı ilə alqı-satqı yolu ilə həmin torpağı Ruslan Ələddinova qaytarmışdır. Eyni qayda ilə, yəni dolayı yolla Əhmədov Mikayıla məxsus 3 ha torpaq sahəsinin sənədləri M.Muradov tərəfindən saxtalaşdırılaraq “xxxx” MMC-yə satılmışdır (iş vərəqə 118). Şamaxı rayon İH başçısının Şəhriyar qəsəbəsi üzrə nümayəndəsinə ünvanlanmı ş və 14 may 2015-ci ildə 012 saylı daxil olma ilə qeydiyyata alınmış X7 ərizəsində o, 2014-cü ildə evindən qızıl əşyalarının naməlum şəxslər tərəfindən oğurlandığına görə qızılların tapılması üçün Mədrəsə qəsəbəsində yaşayan falçı X8 (xüsusi ittihamçı M.Muradovun arvadının) yanına getdiyini, sonuncunun dua yazması üçün ondan iki dəfəyə 1000 manat pul alaraq onu aldatdığını bildirmişdir. Şamaxı rayon İH başçısının Şəhriyar qəsəbəsi üzrə nümayəndəsinin 18.05.2015-ci il tarixli məktubu ilə X9 aidiyyəti üzrə hüquq mühafizə orqanına müraciət etməsi bildirilmişdir. Şamaxı rayon Polis Şöbəsinin rəisinin 16.07.2015-ci il tarixli məktubu ilə X9, Əminə Muradova ilə aralarında olan pul mübahisəsi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etməsi bildirilmişdir. Həmçinin Şamaxı rayon Polis X1, Əmin ə Muradova ilə aralarında olan pul mübahisəsi ilə əlaqədar şikayəti yoxlanılaraq 29 fevral 2015-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Muradov Marufcan Məhkum Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. O, şikayətində Şamaxı Rayon Məhkəməsinin hakimi Q.Hacıyevin sədrliyi ilə 30 iyul 2015-ci il tarixdə keçirilmiş məhkəmə iclasında onu rüşvət almaqda ittiham edən Məhkum barəsində xüsusi ittiham qaydasında işə baxılarkən bir neçə kənar şəxsin qarşısında onların görə, eşidə və qavraya biləcəyi şəkildə onu digər bir ağır cinayətdə ittiham edərək böhtan atmışdır. Həmin böhtanı o, yazılı formada tərtib olunmuş ərizədə qeyd etməklə məhkəməyə təqdim etmişdir. Məhkum məhkəmədə səsləndirdiyi ifadəsində və məhkəməyə təqdim etdiyi ərizəsində onu antidövlət adamı olmaqda, Şamaxı rayon Mədrəsə qəsəbəsində, Mikayıl həkimin 3 ha. torpaq sahəsini, Ələddinovlar ailəsinin 3 ha. torpaq sahəsini və digər sakinlərin pay torpaqlarını saxta yolla ələ keçirməsi, onun həyat yoldaşı X8 Şəhriyar qəsəbə sakinlərini fırıldaqçılıq yolu ilə aldatması barədə onda məlumat olmasını bildirmişdir. Xüsusi ittihamçı ərizəsində Məhkum səsləndirdiyi bu ifadələrin kütləvi çıxış formasında həyata keçirildiyini qeyd edərək onun Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini və azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum məhk əmə iclas zalında, xeyli sayda insanların gözü qarşısında M.Muradovu Şamaxı rayonu Mədrəsə qəsəbəsində Mikayıl həkimin və Ruslan Ələddinovun 3 ha torpaq sahəsini saxta yolla ələ keçirməkdə, həyat yoldaşı X12 qəsəbə sakinlərini fırıldaqçılıq yolu ilə aldatmasında ittiham etmiş, M.Muradovu dələduz və antidövlət adamı adlandırmışdır. Məhkum bu sözləri məhkəmənin açıq keçirilən iclasında - iclas zalında 20-25 nəfərin qarşısında səsləndirmişdir. Məhkəmə iclas zalında şifahi söylədiklərindən əlavə, iş materiallarına əlavə edilmiş Şamaxı RİH başçısının Şəhriyar qəsəbəsi üzrə nümayəndəsi kimi Məhkum tərəfindən imzalanmış məktubda qeyd olunan böhtanlar bir daha qeyd olunur. Məhkum şifahi dediklərini yazılı məktubla bir daha təkrarlamaqla etiraf etmişdir. Həyat yoldaşı Əminə Muradova ilə əlaqədar Şa maxı rayon PŞ-nin qərarı iş materiallarında olmasına baxmayaraq, habelə Məhkum bu faktı bildiyi halda Məhkum həm şifahi çıxışı zamanı, həm də icra hakimiyyətinin Şəhriyar Ərazi nümayəndəsi kimi məhkəməyə yazılı təqdim etdiyi məktubda bu deyilənlərin yalan olduğunu bilə-bilə məhkəmədə onun nüfuzunu aşağı salan, ailəsinin adını ləkələyən məlumatı yazmışdır. Məhkum yazılı və şifahi çıxışları zamanı Marufcan Muradovu dələduzluqda ittiham etmişdir. Dələduzluq əməli Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə tövsif olunur. Bu maddə ilə onun barəsində cinayət işi olmadığı halda, Məhkum onu bu maddə ilə ittiham edir. Digər bir halda isə M.Muradovu antidövlət adamı, yəni dövlətin və dövlətçiliyin əleyhinə olan adam kimi səciyyələndirməklə, onun dövlət qarşısında xidmətlərini bildiyi halda ün vanına böhtan deməkdən çəkinmir. Məhkəmələr bu şəxsə bəraət verirlər. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.02.2014-cü il tarixli qərarının 5-ci bəndinə əsasən, “Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan malumatların ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etməsi başa düşülür. Kassasiya şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barə də qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli, 7 saylı və “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarlarına istinad edilmişdir. prosessual məsələlər: Xüsusi ittihamçı M.Muradovun müdafiəçisi məhkəmə kollegiyasının iclasına kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kass asiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Kassasiya şikayətinə görə məh kəmə işdə olan sübutlara obyektiv qiymət verməmiş, Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulan halların mövcudluğunu nəzərə almamışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayətprosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetiri lməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Şəxsin təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsaslarından biri kimi göstərilmişdir (CPM-in 42.1.4-cü maddəsi). CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144146-cı maddələrinin m üddəalarının pozulması (maddə 33.2), eləcə də hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanı lmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). CPM-in 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hiss əsində göstərsin. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verdiyi bəyan olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, əksinə, apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar CPM-in 144cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq q iymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibinin yaranması üçün təqsirləndirilən şəxsin yalan olduğunu bilə-bilə digər şəxsin ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atması zəruri şərtdir. Yəni təqsirləndirilən şəxs əvvəldən faktın yalan olduğunu bilməli, bunu dərk etməli və onu cinayət törətməkdə ittiham etməlidir. Başqa sözlə, faktiki olaraq zərərçəkmiş şəxs tərəfindən ümumiyyətlə belə hallar törədilməməli, yəni onun cinayət törətməsi faktı ümumiyyətlə mövcud olmamalı, təqsirləndirilən bunu dəqiq bilməli və anlamalı, bu barədə yalan məzmunlu böhtanlar atmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Bakı şəhəri Nəsimi rayon X2 şikayəti əsasında araşdırılmış 439-c-14 saylı material əsasında şikay ətçinin Şamaxı rayonu, Mədrəsə qəsəbəsində ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin qanunsuz olaraq Bakı şəhəri 13 saylı Notariat Kontorunda təsdiq edilmiş etibarnamə əsasında Xudaverdi Hüseynov tərəfindən Seyidməmməd Əliyevə satıldığı, sonuncu tərəfindən isə tanımadığı digər şəxsə satıldığı göstərilmişdir. Həmin araşdırma zamanı Xudaverdi Hüseynovun və Seyidməmməd Əliyevin əməllərində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmiş və Seyidməmməd Əliyevin etibarnaməsi əsasında Xudaverdi Hüseynov mübahisələndirilən torpaq sahəsini yenidən alqı-satqı müqaviləsi ilə Ruslan Ələddinovun adına rəsmiləşdirmişdir. Seyidməmməd Əliyev məhkəmədə verdiyi ifadəsində və məhkəməyə ünvanladığı ərizəsində göstərmişdi ki, M.Muradov 2013-cü ildə ona demişdir ki, respubl ikadan kənarda yaşayan qohumları tərəfindən Ələddinovların torpaq sahəsini onun adına keçirmək üçün etibarnamə veriləcək və torpağın satılmasından ona da pul veriləcəkdir. Ona görə də, onunla razılaşmış və Ələddinovların torpaq sahəsi onun xəbəri olmadan satılmışdır. Ruslan Ələddinov sonradan bundan xəbər tutmuş və Marufcan yenidən onun və Xudaverdi Hüseynovun iştirakı ilə alqı-satqı yolu ilə həmin torpağı Ruslan Ələddinova qaytarmışdır. Eyni qayda ilə, yəni dolayı yolla Əhmədov Mikayıla məxsus 3 ha torpaq sahəsinin sənədləri M.Muradov tərəfindən saxtalaşdırılaraq “xxxx” MMC-yə satılmışdır. (iş vərəqə 118) İş materiallarına əlavə edilmiş Şamaxı rayon İHB-nın Şəhriyar qəsəbəsi üzrə nümayəndəsinə ünvanlanmış və 14 may 2015-ci ildə 012 saylı daxil olma ilə qeydiyyata alınmış X7 ərizəsində o, 2014-cü ildə evindən qızıl əşyalarının naməlum şəxslər tərəfindən oğurlandığına görə qızılların tapılması üçün Mədrəsə qəsəbəsində yaşayan falçı X8 yanına getdiyini, sonuncunun dua yazması üçün ondan iki dəfəyə 1000 manat pul alaraq onu aldatdığını bildirmişdir. Şamaxı rayon İH başçısının Şəhriyar qəsəbəsi üzrə nümayəndəsinin 18.05.2015-ci il tarixli məktubu ilə X9 aidiyyəti üzrə hüquq mühafizə orqanına müraciət etməsi bildirilmişdir. Şamaxı rayon Polis Şöbəsinin 16.07.2015-ci il tarixli məktubu ilə X9 Əminə Muradova ilə aralarında olan pul mübahisəsi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etməsi bildirilmişdir. Həmçinin Şamaxı rayon Polis X1, Əminə Muradova ilə aralarında olan pul mübahisəsi ilə əlaqədar şikayəti yoxlanılaraq 29 fevral 2015-ci il tarixli cinayət işinin başlanılma sının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu faktlardan görünür ki, Məhkum M.Muradov barəsində olan fikirlərinin yaranması üçün əsaslar olmuş, bu mövqe müxtəlif vaxtlarda hüquq mühafizə orqanlarında, məhkəmə proseslərində və ya vətəndaşlarla olan münasibətlərdə formalaşmışdır. M.Muradov barəsində qeyd olunan faktların sübuta yetirilməməsi, hətta onun əməllərində cinayət tərkibinin olmaması belə, Məhkum əvvəlcədən məlumatların yalan olmasını bilməsinə dəlalət etmir. Şəxs belə cinayət hadisəsi barədə bilərəkdən, qəsdlə yalan ifadə verdikdə, yəni əvvəlcədən belə cinayət hadisəsinin baş verməməsini dəqiq bildikdən sonra qəsdlə, digər şəxslərə ziyan vurmaq və bu kimi digər məqsədlərlə yalan məlumatlar verdikdə cinayət məsuliyyətinə cəlb olunması mümkündür. Məhkum hərəkətində düzünə qəs d olmamış, yaydığı məlumatların yalan olduğunu bilməsi, bilə-bilə yayması təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası işin hallarına və cinayət qanununun normasının yuxarıda göstərilən tələblərinə əsaslanaraq belə nəticəyə gəlir ki, Məhkum ittiham olunan əməldə təqsiri mötəbər sübutlarla təsdiqini tapmır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair xüsusi ittihamçının vəkilinin çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2017-ci il tarixli, 1(105)-169/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tut araq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2017-ci il tarixli, 1(105)-169/2017 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Rahib Nəbizadə Nigar Rəsulbəyova İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar