Məhkəmə qərarları › İş №1(102)-1386/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1386/2022

15.09.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1386/2022 15.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, Məhkum1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2022-ci il tarixli, 1(103)-66/2022 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdar əsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxxx 1991-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. 2. 07 dekabr 2020-ci il tarixli ittiham aktına görə Məhkum1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 181.2.1, 181.2.5, 228.1 və 263-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham verilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah qismində istifadə olunan əşyadan istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin h əyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmiş, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqla daşımış, sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edərək yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarım pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Məhkum1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Məhkum2, X9, X11 və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 21 may 2020-ci il tarixdə saat 00:15 radələrində istifadəsində olan «Hyundai Sonata” markalı, 90RJ102 dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanın qarşısına gələrək tanışları Şahid1 vasitəsil ə Zərərçəkmiş şəxs2 həmin yerə gətirdikdən soma aralarında olan vəzifə bölgüsünə əsasən Məhkum2 qrupun digər üzvü Cahandar Əliyev ilə birlikdə Zərərçəkmiş şəxs2 zorla onun idarə etdiyi «Hyundai Sonata» markalı, 90RJ102 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirdikdən sonra avtomobilin içərisində hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib Məhkum2, Cahandar Əliyev və X18 İsgəndərovun sifət və bədəninin müxtəlif nahiyələrinə əl zərbələri ilə vuraraq sonuncuya üst dodağın selikli qişa səthinin, boynun sıyrıqları, sol baldırın qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, Məhkum2 üzərində gəzdirdiyi, soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş, bir tə rəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını Zərərçəkmiş şəxs2 göstərib nümayiş etdirməklə həmin bıçaqla sonuncuya zor tətbiq edəcəyi ilə hədələyib əlindəki içərisində arvadı Zərərçəkmiş şəxs1 qızma məxsus 500 manat nağd pul və 1 ədəd 5 manat dəyərində balansında pul olmayan «Viza» kartı olan 1 ədəd 10 manat dəyərində «Bont Blanc» markalı pul qabısını, əynindəki şalvarının sol cibində olan arvadı Zərərçəkmiş şəxs1 məxsus 150 manat, sağ cibində olan özünə məxsus 15 manat nağd pulunu, Tofiq Fərəcov isə 150 manat dəyərində «Swatch» markalı qol saatını və əlində olan Röyal İsgərdərovun arvadı Zərərçəkmiş şəxs1 məxsus, 600 manat dəyərində «Samsung A30» markalı mobil telefon aparatını ələ keçirərək, əldə etdikləri pul vəsaitindən 20 manatını idarə etdiyi avtomobilinə ya nacaq doldurması üçün ona verməklə ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 175 manat, Zərərçəkmiş şəxs1 isə 1255 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa, Məhkum1 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-d maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq Bakı şəhər DYPİ-nin qərarı ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddətə sürücülük hüququndan məhrum edildiyi halda sürücülük hüququ olmadan 21 may 2020-ci il tarixdə saat 04 radələrində, idarə etdiyi, atası Şahid10 məxsus «Hyundai Sonata» markalı, 90RJ102 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Bakıxanov qəsəbəsi istiqamətdə hərəkətdə olarkən, həmin gün saat 00:15 radələrində Zərərçəkmiş şəxs2 qarşı quld urluq cinayəti törədilməsi ilə əlaqədar Nizami RPİ-nin PPXB-nin əməkdaşlarının saxla işarəsinə tabe olmayaraq avtomobilin sürətini artırmaqla eyni istiqamətdə hərəkətini davam etdirərək, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3- cü bəndinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək yol hərəkəti və nəqliyyat vasitəsilərinin istismarı qaydalarını pozub avtomobili yüksək sürətlə hərəkət etdirərək idarəetməni itirməklə əks yol ilə hərəkətdə olan avtomaşınların yoluna çıxmış, bu zaman Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 2445-ei məhəllədə yerləşən «Azpetrol» yanacaq doldurma məntə qəsinin qarşısında, əks istiqamətdən hərəkətdə olan Zərərçəkmiş şəxs4 Əhzamin oğlunun idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «QAZ-33021» markalı 10NS281 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə qabaq sağ oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs3 sağ diz qapağının cisminin qapalı yerini dəyişmiş sınığı ilə müşayiət olunan, sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, avtomobilin arxa oturacağında əyləşmiş digər sərnişin Məhkum2 təpə nahiyəsinin şişkinlik halında əzilməsi, sol gözaltı nahiyəsinin, sol qulaq seyvanının arxa səthinin, sol baldırın ön səthinin qançırları, sol yanaq nahiyəsinin, boynun sağ-ön səthinin, döş qəfəsinin arxa səthinin sağ yarısının sıyrıqları ilə müşayiət olunan, sağlamlığa zərər vur madıqlarından dərəcələri təyin edilməyən xəsarətlər, «QAZ-33021» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 hərəkət məhdudluğu ilə müşaiyət olunan sağ diz oynağının şişkinlik halında əzilməsi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər almasına və «QAZ-33021» markalı 10NS281 dövlət, qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs4 2870 manat maddi ziyan dəyməsinə səbəb olmuşdur. Bundan əlavə, Məhkum1 istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah hesab edilən, zavod üsulu ilə, keçmiş «SSRİ» dövlətində, 1955-ci ildə Tula silah zavodunda istehsal olunmuş 114814 nömrəli, 16 kalibrli TOZB modelli hamar qoşalüləli çaxmaqlı, lüləsi və qundağı kustar üsulu ilə kəsilməklə öz təyinatım itirmiş texniki cəhətdən saz və atəş üçün yararlı olan ov tüfənginin kəsiyini (obrezi) və 2 ədəd zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatı hesab olunan patronlar əldə edərək idarə etdiyi «Hyundai Sonata» markalı, 90RJ102 dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 21 may 2020-ei il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 2445-ci məhəllədə yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısında Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən, həmin gün saat 00:15-də Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayəti törədilməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılaraq idarə etdiyi «Hyundai Sonata» markalı, 90RJ102 dövlət qeydiyyat ni şanlı avtomobilə baxış keçirilərkən, avtomobilin yük yerindən həmin təyinatım itirmiş 16 kalibrli TOZ-B modelli ov tüfənginin kəsiyim (obrezi) və 2 ədəd 16/70 kalibrli ov sursatı hesab olunan patronlar aşkar edilərək götürülmüşdür. Bununla da, Məhkum1 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5, 228.1 və 263-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. 3. 09 fevral 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 tanışları Məhkum2, X10, X11 ilə 21 may 2020-cı il tarixdə, saat 00:15 radələrində, idarə e tdiyi «Hyundai Sonata» markalı, 90RJ102 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Y.Səfərov küçəsi ilə gedərkən avtomobildə olan və yuxarıda adları çəkilən şəxslərin xahişi ilə həmin küçədə 5 saylı ünvanın qarşısında olarkən onun idarə etdiyi avtomobildə əyləşən şəxslər əvvəlcədən tanıdıqları Şahid1 vasitəsilə yaxınlıqda yaşayan X3 olduqları yerə çağırtdırıb, sonra isə onu avtomaşında əyləşməyə dəvət edib oturtduqdan sonra avtomobilin içərisində Məhkum1 etirazlarına baxmayaraq Zərərçəkmiş şəxs2 qarşı zorakı hərəkətlər edərək onun həyatı və sağlamlığı üçün təhlükəli zorakı hərəkətlər edib Məhkum2, Cahandar Əliyev və Tofiq Fərəcov Zərərçəkmiş şəxs2 sifət və bədəninin müxtəlif nahiyələrinə əl zərbələri ilə vuraraq üst dodağın selikli qişa səthinin, boynunun sıyrıqları s ol baldırın qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkum2 üzərində gəzdirdiyi, soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını Royal İsgəndərova göstərib nümayiş etdirməklə həmin bıçaqla sonuncuya zor tətbiq edəcəyi ilə hədələyib əlində olan içərisində arvadı Zərərçəkmiş şəxs1 məxsus 500 manat nağd pul və 1 ədəd 5 beş manat dəyərində balansında pul olmayan «Viza» kartı olan 1 ədəd 10 manat dəyərində «Bont Blanc» markalı pul qabını, əynindəki şalvarının sol cibində olan arvadı Nəimin Qulivevaya məxsus 150 manat, sağ cibində olan özünə məxsus 15 manat nağd pulunu, Tofiq Fərəcov isə 150 manat dəyərində «Swatch» markalı qol saatını və əlində olan Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs1 məxsus 600 manat dəyərində «Samsung A30» markalı mobil telefon aparatını ələ keçirərkən Məhkum1 onlara qarşı etdiyi etirazlara məhəllə qoymayıb ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 175 manat, Nərminə Quliyevaya 1.255 manat məbləğində maddi ziyan vurmaqla quldurluq edərkən, avtomobili idarə edən Məhkum1 avtomobildə əyləşən Məhkum2, Cahandar Əliyev və Tofiq Fərəcovun quldurluq hərəkətlərini qarşını almağa cəhd etsə də, buna nail ola bilməmiş və avtomaşını idarə edərkən həyəcanlanıb Azərbaycan Respublikası «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1ci bəndinin tələblərini pozaraq Bakı şəhər DYPİ-nin qərarı ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddətə sürü cülük hüququndan məhrum edildiyi halda sürücülük hüququ olmadan 21 may 2020-ci il tarixdə, saat 04 radələrində, idarə etdiyi, atası Şahid10 məxsus «Hyundai Sonata» markalı 90RJ102 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Bakıxanov qəsəbəsi istiqamətdə hərəkətdə olarkən, həmin gün saat 00:15-də Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayəti törədilməsi ilə əlaqədar Nizami RPİ-nin PPXB-nin əməkdaşlarının saxla işarəsinə tabe olmayaraq avtomobilin sürətini artırmaqla eyni istiqamətdə hərəkətini davam etdirərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməyərək, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçü n mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub avtomobili yüksək sürətlə hərəkət etdirərək idarəetməni itirməklə əks yol ilə hərəkətdə olan avtomaşınların yoluna çıxmış, bu zaman Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 2445-cı məhəllədə yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında, əks istiqamətdən hərəkətdə olan Zərərçəkmiş şəxs4 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «QAZ-33021» markalı, 10NS281 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə qabaq sağ oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs3 sağ diz qapağının sınığı ilə müşayiət olunan, sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, avtomobilin arxa oturacağın da əyləşmiş digər sərnişin Məhkum2 təpə nahiyəsinin şişkinlik halında əzilməsi, sol gözaltı nahiyəsinin, sol qulaq seyvanının arxa səthinin, sol baldırın ön səthinin qançırları, sol yanaq nahiyəsinin, boynun sağ-ön səthinin, döş qəfəsinin arxa səthinin sağ yarısının sıyrıqları ilə müşayiət olunan, sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilməyən xəsarətlər, «QAZ-33021» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının şişkinlik halında əzilməsi ilə nəticələnən, sağlamlığa qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər almasına və «QAZ-33021» markalı, 10NS281 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs4 2.870 manat maddi ziyan dəyməsinə səbəb olmuş və avtomobildə əyləş ən şəxslərin Məhkum2, X10, X7 Zərərçəkmiş şəxs2 qarşı zorakı quldurluq hərəkətləri edərək ağır cinayət törətmələrini görməsinə baxmayaraq həmin cinayət barədə müvafiq orqanlara məlumat verməyərək cinayəti gizlətmişdir. Bundan əlavə, Məhkum1 istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah hesab edilən, zavod üsulu ilə, keçmiş «SSRİ» dövlətində, 1955-ci ildə Tula silah zavodunda istehsal olunmuş 114814 №, 16 kalibrli TOZB modelli hamar qoşalüləli çaxmaqlı, lüləsi və qundağı kustar üsulu ilə kəsilməklə öz təyinatını itirmiş texniki cəhətdən saz və atəş üçün yararlı olan ov tüfənginin kəsiyini (obrezi) və 2 ədəd zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatı hesab olunan patronlar əldə edərək idarə etdiyi «Hyundai Sonata» markalı, 90RJ102 dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 21 may 2020-ci il tarixdə, saat 04 radələrində, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 2445-ci məhəllədə yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısında Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən, həmin gün saat 00.15 radələrində Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayəti törədilməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılaraq idarə etdiyi «Hyundai Sonata» markalı, 90RJ102 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən, avtomobilin yük yerindən həmin təyinatını itirmiş 16 kalibrli TOZ-B modelli ov tüfənginin kəsiyini (obrezi) və 2 ədəd 16/70 kalibrli ov sursatı hesab olunan patronlar aşkar edilərək götürülmüşdür.

5. B akı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 1(101)-543/2021 nömrəli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 228.1, 263-1.1 və 307.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinin tələblərinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla, əlavə cəzanı isə tam birləşdirməklə Məhkum1 qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, 21 may 2020-ci il tarixdən həbsdə saxlanılması nəzərə alınaraq cəzasının çəkmiş hesab edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi hökm edilmiş, hökmlə digər məsələlər də həll edilmişdir.

6. Həmin hökmlə həmçinin Məhkum2 da təqsirli bilinərək məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Məhkum2, onun müdafiəçisi Müdafiəçi4, Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri və Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir.

8. Bakı Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2022-ci il tarixli, 1(103)-66/2022 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 1(101)-543/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2022-ci il tarixli, 1(103)-66/2022 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya protestində qeyd edilmişdir ki, Məhkum1 qrupun digər üzvləri Məhkum2, Tofiq Fərəcov və Cahandar Əliyev tərəfindən Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayəti törədəcəklərindən əvvəlcədən xəbərdar olması və özünün də həmin şəxslərlə qabaqcadan əlbir olub qeyd olunan cinay ətin törədilməsində bilavasitə, icraçı kimi iştirak etməsi tam təsdiqini tapmışdır. Lakin məhkəmələr iş materialları ilə təsdiq olunan halları nəzərə almadan, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, mövcud sübutların düzgün təhlili üzrə Məhkum1 barəsində ona ibtidai istintaq zamanı verilmiş ittihamda göstərilən maddələr üzrə ittiham hökmünün çıxarılmasından ibarət nəticəyə gəlməli olduğu halda, hüquqi baxımdan əsaslandırılmamış nəticəyə gəlmişlər. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2022-ci il tarixli, 1(103)-66/2022 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş edir.

11. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər:

12. Məhkəmə k ollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əm əl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qəra rı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin qərarını qəbul edərkən sübutların tədqiqinə dair cinayət və cinayətprosessual qanunvericiliyinin tələblərini pozduğunu, nəticədə Məhkum1 törətdiyi əməlin tövsifində səhvə yol verdiyini iddia edərək, kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində təsbit olunmuş apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında hallarla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 03 mart 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

18. Baxılan cinayət işinin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, Məhkum2, olduqları yerin müəyyən edilməsi mümkün olmadığına görə barələrində Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə cinayət işi ayrılmış digər şəxslər X9 və X11 ilə birlikdə 21 may 2020-cı il tarixdə, saat 00:15-də zərərçəkmiş şəxs X3 Məhkum1 sahibliyində olan “Hyundai Sonata” markalı, 90RJ102 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirmişlər. Avtomobil hərəkətdə olarkən, Məhkum2, Cahandar Əliyev və Tofiq Fərəcov Zərərçəkmiş şəxs2 qarşı həyatı və sağlamlığı üçün təhlükəli zorakı hərəkətlər edi b sifət və bədəninin müxtəlif nahiyyələrinə əl zərbələri ilə vurmaqla və üst dodağının selikli qişa səthinin, boynunun sıyrıqları sol baldırın qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə, sonuncudan əlində olan içərisində arvadı Zərərçəkmiş şəxs1 məxsus 500 manat nağd pul və 1 ədəd 5 beş manat dəyərində balansında pul olmayan «Viza» kartı olan 1 ədəd 10 manat dəyərində “Bont Blanc” markalı pul qabını, əynindəki şalvarının sol cibində olan arvadı Nəimin Qulivevaya məxsus İ50 manat, sağ cibində olan özünə məxsus 15 manat nağd pulunu, 150 manat dəyərində “Swatch” markalı qol saatını və əlində olan Zərərçəkmiş şəxs1 məxsus 600 manat dəyərində “Samsung A30” markalı mobil telefon aparatını ələ keçirib, ümumilikdə zərərçəkmiş şəxs lər X4 175 manat və Zərərçəkmiş şəxs1 1.255 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişlər. Cinayət hadisəsi davam edərkən, Məhkum1 zərərçəkmiş şəxs Royal İsgəndərova məxsus pul vəsaitindən istifadə etməklə “Maşın bazarı” adlanan əraziyə çatmamış yerləşən “SOCAR” yanacaq məntəqəsində avtomobilinə 20 manat dəyərində yanacaq doldurmuşdur. Qeyd edilən epizod üzrə cinayət əməli başa çatdıqdan sonra, Məhkum1 21 may 2020-ci il tarixdə, saat 04 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı, 90RJ102 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, zərərçəkmiş şəxs X4 qarşı quldurluq cinayətinin törədilməsi ilə əlaqədar Nizami RPİ-nin PPXB-nin əməkdaşlarının saxla işarəsinə tabe olmayaraq avtomobilin sürətini artırmaqla eyni istiqamətdə hərəkətini davam etdirərək, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 2445-cı məhəllədə yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında əks istiqamətdən hərəkətdə olan Zərərçəkmiş şəxs4 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “QAZ-33021” markalı, 10NS281 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin yol nəqliyyat hadisəsindən sonra məhkum Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilərkən, avtomobilin yük yerindən təyinatını itirmiş 16 kalibrli TOZ-B modelli ov tüfənginin kəsiyi (obrez) və 2 ədəd 16/70 kalibrli ov sursatı hesab olunan patronlar aşkar edilərək götürülmüşdür.

19. Məhkəmə baxışı dövründə zərərçəkmiş şəxs X8 ibtidai istintaq dövründə verdiyi ifadəsini dəyişərək bildirmişdir ki, ona hədə qorxu ediləndə Məhkum1 iştirak etməmiş, əksinə Röyalı sürücü kimi maşını sürdürən v ə cinayət əməlini törədən digər şəxslərin qarşısını almağa cəhd etmişdir. O, Məhkum1 orada hər hansı bir hərəkətdə əlaqəsi olmasını hiss etməmişdir. Məhkum1 əvvəlcədən bilməmişdir ki, ona qarşı belə hərəkət edəcəklər. Məhkum1 demişdir ki, “yaxşı deyil aparıb düşürək” lakin Tofiq Fərəcov sonuncunun üzərinə qışqırmışdır ki, “sən maşını sür sənlik deyil”. Məhkum1 sürücü kimi yalnız digər şəxslərin dediyini yerinə yetirmiş, ona heç bir hörmətsizlik və ya başqa nəsə bir hərəkət etməmişdir.

20. Aşağı instansiya məhkəmələri yalnız zərərçəkmiş şəxs X2 qeyd edilən ifadəsini əsas götürərək hesab etmişlər ki, aparılan ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Məhkum1 digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbirliyi barədə hər hansı bir sübut və ya fakt müəyyən edilməmişdir. İbtidai və məhkəm ə istintaqı müddətində nə zərərçəkmiş şəxsin ifadəsində, nə təqsirləndirilən şəxslərin ifadələrində, nə də digər şahidlərin ifadələrində Məhkum1 quldurluq cinayəti törətməsi faktını təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs Məhkum1 elan edilmiş quldurluq epizodu üzrə məhkəmə istintaqı zamanı dindirilmiş digər təqsirləndirilən şəxs Məhkum2 özü də ifadəsində, həmçinin, zərərçəkmiş Zərərçəkmiş şəxs2 və dindirilmiş digər şahidlər də vermiş olduqları ifadələrində təqsirləndirilən şəxs Məhkum1 quldurluq faktında iştirakını tamamilə inkar etmişlər, onun törədilmiş cinayətlə əlaqəsinin olmadığını bildirmişlər. Məhkum1 yalnız avtomaşının sürücüsü kimi iştirak etməsini təsdiq etmişlər. Nəticə olaraq məhkəmələr hesab etmişlər ki, məhkəmə istintaq zama nı toplanmış sübutlarla təqsirləndirilən şəxs Məhkum1 Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayətinin törətməməsi kifayət qədər təsdiq olunur, aparılmış məhkəmə araşdırması ilə bir daha müəyyən olunur ki, təqsirləndirilən şəxs Məhkum1 Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayəti törətməsə də, törədilmiş quldurluq cinayətini görmüş, lakin bu cinayət barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxs X8 ibtidai istintaq dövründə verdiyi və aşağı instansiya məhkəmələrinin qərarlarında əksini tapmadığı ifadəsində (cild 1, səh. 69-72) bildirmişdir ki, 20 may 2020-ci il tarixdə, təxminən saat 23:45-də evdən çıxmaq üzrə idi, bu zaman evin qapısı döyüldü və qapını açan arvadı Nərmin Şahid1 onun çağırmasını bildirmişdir. O, evdən çıxaraq Rahil ilə görüşmüş və Rahildən nə lazım olmasını soruşduqda, Rahil ona bildirmişdir ki, “buralardan keçirdim, istədim səninlə görüşüm”. Bundan sonra o, taksi sifariş etmiş və piyada Babək prospektinə doğru getməyə başlamış, Rahil də onun ardınca gəlirdi, telefonla taksi ilə əlaqə saxlamış və taksi sürücüsü ona bildirmişdir ki, artıq «Madeyra» mağazanın qarşısındadır. Piyada ara yolla gedərkən Məhkum1 idarə etdiyi “Hyundai Sonata” markalı, 90RJ102 dövlət qeydiyyat nişanlı avtomobili ara yolda üzü Babək prospekti istiqamətində dayandığını görmüşdür. O, Royalın avtomobilinə yaxınlaşan zaman avtomobilin qapıları açılmış və sükanın arxasından Röyal, onun yanından qabaq oturacaqdan Tofiq, arxadan isə Şahmar və sonradan yanında adını Cahan dediklərindən bildiyi şəxs düşüb ona yaxınlaşmış və heç nə demə dən Şahmarla Tofiq onun qoluna girib, onu Royalın avtomaşınına əyləşdirmişlər. Şahmar ondan solda Cahan isə sağda, Tofiq yenə də qarşıda əyləşmiş, Röyal isə sükan arxasına keçmişdir.

22. Zərərçəkmiş şəxs X2 qeyd edilən ifadəsində Məhkum1 quldurluq epizodu ilə bağlı cinayət əməlini törədən digər şəxslərin qarşısını almağa cəhd etməsi, ona qarşı törədilən əməllə Məhkum1 hər hansı əlaqədə olmadığının hiss etməməsi, Məhkum1 əməli törədən digər şəxslərə iradının bildirməsi, hərəkətlərini həmin şəxslərin təzyiqi altında davam etməsi barədə hər hansı məlumat əksini tapmamışdır.

23. Quldurluq epizodu ilə bağlı cinayət hadisəsinin məhz zərərçəkmiş şəxs X2 ibtidai istintaq dövründə verdiyi ifadəsinə uyğun şəkildə baş verməsi, məhkəmə istintaqı zamanı elan edilmiş Şahid1 ibtidai istintaq dövründə ver diyi ifadəsi ilə də təsdiqlənir. Həmin ifadəsində Şahid1 bildirmişdir ki, 20 may 2020-ci il tarixdə, təxminən saat 23:30-da evdə olan zaman onun mobil telefonuna ***-***-**-** nömrəli mobil telefonundan “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə zəng gəlmişdir. O, ilk dəfə zəngi görsə də, nömrəni tanımadığı üçün cavab verməmiş, lakin ikinci dəfə təkrar ona zəng gəldiyində telefona cavab verərək zəng edən şəxsin kimliyini soruşduqda, həmin şəxs ona Cahan olmasını bildirmiş və o, da Cahanın səsini tanıdığından sonuncuya nə baş verməsi barədə sual vermişdir. Cahan ona harada olduğunu sual etmiş, o, isə evdə olduğunu dedikdə, Cahan ondan həyətə düşməsini istəmiş, o, Cahana gec olmasını bildirsə də, Cahan təkidlə ona həyətə düşməsini demişdir. Həyətə düşdükdə Röyalın idarə etdiyi avtomaşının orada olmasını görmüşdür. O, həyətə düşdükdən sonra Röyal sükan arxasından, adını sonradan bildiyi Tofiq qabaq sağ oturacaqdan, Şahmarla Cahan isə arxa oturacaqdan enmişlər və Cahan ona Zərərçəkmiş şəxs2 evinə gedərək sonuncunu bayıra çağırmaq lazım olmasını bildirmiş, o, isə sonuncuya etiraz etdikdə, Tofiq avtomaşının «bardaçokunda»n bıçaq çıxartmışdır. Qaranlıq olduğundan o, bıçağın digər əlamətlərini dəqiq görməsə də, tiyəsini görmüşdür. Tofiq ona “Röyalı çağırmaq istəmirsən?” deyə sual verdikdə, o, sonuncunun sifət cizgilərinin dəyişməsini görüb onu vura biləcəyindən ehtiyat edərək razılaşmışdır. Ancaq onlardan nə səbəbə Röyalı axtarmalarını soruşduqda, Şahmar, Röyal və Cahan “Zərərçəkmiş şəxs2 bizə pul verməlidi” demişlər. O, belə başa düşmüşdür ki, sonuncuların Royalın pul verməli olmas ını demələri, Röyalı “yükləmək” niyyəti ilə deyirmişlər.

24. Bununla yanaşı, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, hadisə günü Röyal evə ağzı burnu qanın içində gəlmiş, nə baş verdiyini soruşduqda Röyal heç nə deməmişdir. Röyalın telefonun adapterin götürüb apardığını görmüşdür. Hara getdiyini soruşmuş, Röyal heç nə deməmişdir. Başa düşmüşdür ki, onlar bunu döyüb telefonun, pulun alıb telefonun adapterinin gətirməsi üçün evə göndəriblər. O, Röyalın ardı ilə çıxmış, maşını görüb ardı ilə qaçmışdır ki, maşını sürüb uzaqlaşmışlar.

25. Zərərçəkmiş şəxs X2 ibtidai istintaq dövründə verdiyi ifadəsinin törədilmiş cinayət əməlinin həqiqi hallarına, yəni Məhkum1 törədilməsi hazırlanan quldurluq cinayəti barədə əvvəlcədən məlumatının olması, onun özünün həmin əməlin icrasında iştirak etməsi arzusunda olması və əməli törətmiş digər şəxslərlə qabaqcadan əlbir olub qeyd olunan cinayətin törədilməsində bilavasitə, icraçı kimi iştirak etməsi yuxarıda qeyd edilənlərlə yanaşı, həmçinin hazırki qərarın 18-ci paraqrafında sadalanan, aşağı instansiya məhkəmələrinin müəyyən etdiyi cinayət işinin mübahisəsiz halları – cinayət əməli törədildikdən bilvasitə sonra X19 İdarəsinin yox, Nizami RPİ-nin PPXB-nin əməkdaşlarının saxla işarəsinə tabe olmayaraq, əksinə avtomobilin sürətini artırması, törətdiyi yol nəqliyyat hadisəsindən sonra isə onun idarə etdiyi avtomobilə baxış keçirilərkən, avtomobilin yük yerindən təyinatını itirmiş 16 kalibrli TOZ-B modelli ov tüfənginin kəsiyi (obrez) və 2 ədəd 16/70 kalibrli ov sursatı hesab olunan p atronlar aşkar edilərək götürülməsi ilə daha uyğun olması təsdiqlənsə də, məhkəmələr Azərbaycan Respublikası CPM-nin 353.2 və 353.2.2, 353.2.4 və 353.2.5-ci-ci maddələrinin tələblərinə (məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri; ittihamın bir hissəsi əsassız hesab edildikdə, bunun əsasları; təqsirli şəxsin hərəkətlərinin tövsifi məhkəmə tərəfindən dəyişdirildikdə bunun motivləri məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir) riayət etməmiş, Royal İsgəndərovun məhkəmə baxışında verdiyi ifadəsinə üstünlük vermiş, yuxarıda təsvir edilən sübutların nəzərə almadıqlarını heç bir formada əsaslandırmamışlar.

26. Azərbaycan Respublikası CPM-nin 398.2-ci maddəsinə əsasən isə apellyasiya instansi yası məhkəməsinin hökmü həmin Məcəllənin 353-cü maddəsinin tələblərinə uyğun olmalıdır.

27. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-nin 144 və 145-ci maddələrinin ümumi məzmunu ilə də müəyyən edilir ki, cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunub bir-biri ilə müqayisə edilməli, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

28. Məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) şahid ifadələrinin təhlili ilə bağlı hüquqi mövqeyinə də istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin yanaşmasına görə, prinsip etibarilə, bunun əksini tələb edən əsaslı səbəblər yoxdursa, çəkişmə əsasında aparılan əd alətli məhkəmə araşdırması anlayışı məhkəmələrdən ittiham tərəfinin təqdim etdiyi şahidin məhkəməyədək dövrdə aparılmış dindirmə protokolu ilə müqayisədə daha çox sonuncunun bilavasitə onlar qarşısında iclasda verdiyi ifadəsinə əhəmiyyət verməsini tələb edir. Digərləri ilə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, ibtidai istintaq dövründə dindirmə nəticəsində əldə edilmiş ifadə ittiham tərəfinin məhkəmədə ittihamı müdafiə etmək üçün toplanılan məlumatların hissəsini təşkil edir, məhkəmə istintaqını aparan tribunalın vəzifəsi isə müttəhimin təqsirinin məhkəmədə faktiki olaraq təqdim edilmiş bütün sübutların bilavasitə tədqiqinə əsaslanan ədalətli qiymətləndirmə nəticəsində müəyyən edilməsindən ibarətdir (Hüseyn və Digərləri Azərbaycana qarşı, № 35485/05 və s., § 211, 26 iyul 2011).

29. Qeyd edilənlərin nəticəsi olaraq, məhkəmələr qərarlarının təsviri-əsaslandırıcı hissələrində yalnız zərərçəkmiş şəxs X2 məhkəmə baxışı dövründə verdiyi ifadəsini əsas götürməklə kifayətlənərək, həmin ifadənin sonuncunun ibtidai istintaq dövründə verdiyi ifadəsi, müəyyən etdikləri cinayət işinin mübahisəsiz halları və iş üzrə toplanmış digər sübutlarla müqayisəli təhlilini aparmamış, hansı səbəblərə görə Royal İsgəndərovun yeni ifadəsinə üstünlük verdiklərini izah etməmiş, Məhkum1 sonuncuya qarşı quldurluq cinayətinin törətməsinin sübuta yetirilmədiyi, onun digər şəxslər tərəfindən törədilmiş quldurluq cinayətinin görmədiyi, lakin həmin cinayət barədə hüquq mühafizə orqanlarına məlumat vermədiyi barədə nəticəyə gələrək, buna dair lazımi əsaslandırmanın təfsirinin verilməsini və belə nəticənin ə ksinə dəlalət edən mövcud sübutlara münasibətinin bildirməsini təmin etməmişlər.

30. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin hazırki kassasiya protesti ilə mübahisələndirilən qərarında gəldiyi Məhkum1 tərəfindən Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinin sübuta yetirilməməsi haqqında nəticə, sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə, yəni tam, hərtərəfli və obyektiv araşdırılmasına, eləcə də cinayət qanunvericiliyi normalarının, o cümlədən Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrinin düzgün təfsir olunmasına əsaslanan yekun qənaət kimi qiymətləndirilə bilməz.

31. Qeyd edilənlər kassasiya protestinin əsaslı olduğunu, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən pozuntulara yol verdiyini göstərir.

32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 barəsində olan 03 mart 2022-ci il tarixli, 1(103)66/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 barəsində olan 03 m art 2022-ci il tarixli, 1(103)-66/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar