Məhkəmə qərarları › İş №1(102)-1386/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1386/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1386/2024 14.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun və Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən-Məmmədov Müşfiq Vaqif oğlu, Səfərli Cavid Şamil oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə) 16 oktyabr 2023-cü il tarixli hökmü ilə xx.xx.1981-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, X-də yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini t örətməkdə təqsirli bilinərək, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 15 mart 2023-cü il tarixdən hesablanması, narkomaniyadan məcburi müalicə təyin olunması, ərazi narkoloji xəstəxanaında qeydiyyata alınması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 9 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 o ktyabr 2023-cü il tarixli 1(099)-508/2023 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilsin. Həmin hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 10 (on) ilə qədər azaldılmaqla yüngülləşdirilmişdir. Cəzaçəkmə müddətinin əvvəlinin 15 mart 2023-cü il tarixdən hesablanması nəzərə alınmış, hökm apellyasiya şikayəti ilə əlaqədar qalan hissədə dəyişdirilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikası vətəndaşı «Dayı» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşı b cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Dayı» adlı şəxs və qeyriləri ilə külli miqdarda - 23225,601 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda - 6945,0 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda - 23615,0 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda - 7980,0 qram çəkidə psixotrop maddə metamfetamini məlum olmayan vaxtda Astara rayonunda dəqiq müəyyən edilməmiş yerdə yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Məhkum məlumat verdikdən sonra sonuncu idarə etdiyi "Vaz 21065 minik” markalı, 42- BO-370 qeydiyyat nişanlı avtom obillə Astara rayonu ərazisinə gedib «Dayı» adlı şəxsin tapşrığına əsasən müəyyən edilməyən şəxs tərəfindən həmin yerə qoyulmuş 23225,601 qram narkotik vasitə heroini, 6945,0 qram narkotik vasitə tiryəki, 23615,0 qram narkotik vasitə qurudulmuş marixuananı və 7980,0 qram psixotrop maddə metamfetamini əldə edib idarə etdiyi avtomobildə saxlayaraq daşımış, əvvəlcədən satışa hazırlamaq məqsədi ilə əldə etdiyi narkotik vasitə heroinin 40,601 qramını bir ədəd bükümdə qablaşdırıb üzərində saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum 15 mart 2023-cü il tarixdə saat 23:20-də Lənkəran rayonu, Sütəmurdov kəndinin ərazisində yerləşən "Məka n” çay evinin qarşısında saxlanılaraq 16 mart 2023-cü il tarixdə saat 00:30-dan etibarən üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 40,601 qram çəkidə narkotik vasitə heroin əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq həmin gün Məhkum idarə etdiyi "Vaz 21065 minik” markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı külli miqdarda - 23185,0 qram çəkidə eyni tərkibli tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin 2900,0 qram, 2880,0 qram, 3420,0 qram, 2480,0 qram, 3180,0 qram, 2660,0 qram, 3250,0 qram və 2415,0 qram olmaqla 08 ədəd b ükümdə, külli miqdarda - 6945,0 qram çəkidə eyni tərkibli xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək 995,0 qram, 1000,0 qram, 990,0 qram, 980,0 qram, 1000,0 qr, 995,0 qram və 985,0 qram olmaqla 07 ədəd bükümdə, külli miqdarda - 23615,0 qram çəkidə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 5500,0 qram, 5050,0 qram, 1655,0 qram, 7510,0 qram və 3900 qram olmaqla 05 ədəd bağlamada, həmçinin külli miqdarda - 7980,0 qram çəkidə eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 995,0 qram, 995,0 qram, 995,0 qram və 995,0 qram olmaqla 08 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində qe yd edilir ki, apellyasiya məhkəməsi Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını aşağı həddə endirərkən öz qərarını əməlindən peşmançılıq çəkməsini, ilk məhkumluğunu, onun maşınında daşıdığı narkotik vasitənin növü və miqdarı barədə əvvəlcədən hər hansı məlumatının olmamasını nəzərə almaması ilə əsaslandırmış və ona ağır cəza təyin etmişdir. Halbuki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən düzgün olaraq onun cəzasını yüngülləşdirən halların olmamasını müəyyən etmiş və buna uyğun olaraq da ona ədalətli həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Lakin apellyasiya intansiya məhkəməsi bunları nəzərə almayaraq, bu cür əməli, yəni ümumilikdə 61 kq-dan artıq olan heroindən, tiryəkdən, qurudulmuş marixuanadan və metamfetamində n ibarət olan 4 növdə narkotik vasitələri və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əldə etmə, saxlama, və daşıma kimi cinayət əməlini törətməsinə əhəmiyyət verməyərək onun cəzasını aşağı həddə endirməklə əsassız və qanunsuz nəticəyə gəlmiş, öz qərarında ictimai təhlükəlilik dərəcəsi olduqca yüksək olan, ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törədən Məhkum sadəcə əməlindən peşmançılıq çəkməsini və ilk məhkumluğunu qeyd etməklə cəzasını aşağı həddə endirməsinin nə dərəcədə düzgün, ədalətli və işin obyektiv hallarına uyğun olmasını göstərməmiş və belə bir nəticəyə gəlməsinin səbəblərini qərarın təsviri-əsaslandırıcı hissəsində əsaslandırmamışdır.. Kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 yanvar 2024-cü il tarixli qərarının cəza təyininə dair hissədə ləğv olunması və iş üzrə yeni apellyasiya baxışının təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunmaması barədə məhkumun, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və y a kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi k imi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş Məhkum təyin olunmuş cəzanı mübahisələndirməklə faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlar ının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Dövlət ittihamçısının kassasiya protestinin dəlillərinə cavab verən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, həmin müraciətin məzmununa görə, Məhkum CM-in təqsrli bilindiyi cinayət əməlini törətməsinin sübuta yetirilib-yetirilməməsi və bu əməlin hüquqi t övsifi mübahisələndirilmir və apelyasiya instansiyası məhkəməsi tərəfindən sonuncunun barəsində cəza təyininə münasibətdə qanunsuz və ədalətsiz yekun məhkəmə aktının qəbul edilməsi iddia edilir. Ona görə də məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum təqsirliliyi, əməlinin hüququ tövsifi və bu kimi digər məsələlərlə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir, eyni zamanda vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı və cəzanın məqsədlərinə xidmət etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında əksini tapmış hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmələrə ünvanlanmış tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanuni hesab edilə bilər. Belə ki, Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayəthüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxs iyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nət icələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən e dilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2 aprel 2 012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya məhkəməsi Məhkum əm əlindən peşmançılıq çəkməsini, ilk məhkumluğunu, onun maşınında daşıdığı narkotik vasitənin növü və miqdarı barədə əvvəlcədən hər hansı məlumatının olmamasını nəzərə almaqla, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda ona təyin edilmiş 11 il müddətə azadlıqdan məhrum etmə cəzasının ağır olması barədə müdafiəçinin fikri ilə razılaşmış və Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəzanın 10 ilə qədər azaldılmaqla yüngülləşdirilməsini mümkün hesab etmişdir. Kassasiya məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəzaya dair aşağıdakılari qeyd etməyi zəruri hesab edir: Apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3-cü maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamış, cəza tədbirinin həddinin müəyyən edilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara düzgün hüquqi qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, məhkəmənin məhkuma cəza təyininə dair qənaəti kifayət qədər əsaslandırılmamışdır. Apellyasiya instansiya məhkəməsi məhkum edilmiş şəxs tərəfindən törədilmiş əməlin ictimai təhlükəliliyi, ümumilikdə 61 kq-dan artıq olan her oindən, tiryəkdən, qurudulmuş marixuanadan və metamfetamindən ibarət olan 4 növdə narkotik vasitələri və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əldə etmə, saxlama, və daşıma kimi cinayət əməlini törətməsini nəzərə alınmamışdır. Qeyd olunanları nəzərə almadan məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi onu göstərir ki, bu qaydada, yəni Azərbaycan Respublikası CM-in 8, 58.3-cü maddələrində göstərilən cəzanın müəyyən edilməsinə (cinayətlərin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarın şəxsiyyətinə lazımi dəyərin verilməməsi ilə) təyin edilmiş cəza nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə, Cinayət Mə cəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin icrasını təmin edə bilməz Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasının həddində təyin edilmiş cəza islah təsiri baxımından yetərli hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin cəza təyini ilə bağlı tələbləri kifayət qədər nəzərə alınmamış və təyin edilmiş cəzanı, bu barədə mövqeyini kifayət qədər əsaslandırmadan yüngülləşdirməklə sosial ədalət prinsipini pozmuşdur. Göstərilən məhkəmə məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddələrinin sanksiyası həddində təyin edilmiş cəzanı yüngülləşdirilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfi ndən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlməmiş və Məhkum əməlindən peşmançılıq çəkməsi, ilk məhkumluğu, onun maşınında daşıdığı narkotik vasitənin növü və miqdarı barədə əvvəlcədən hər hansı məlumatının olmaması kimi hallara istinad edərək ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını 1 il həddində azaltsa da, bu barədə qənaətini kifayət qədər əsaslandırmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah e tmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara və cinayət qanunvericiliyinin müddəalarına əsasən, kassasiya müraciətinin məhkuma təyin olunmuş cəzanın yüngül olması barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən cəzanın islah təsiri baxımından yetərli olub-olmadığını hərtərəfli araşdırmamışlar. Belə ki, cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması mə sələsi diqqətdə saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını həddini müəyyən edərkən onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən şəxsiyyətini, həmçinin cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə almamışlar. Məhkuma təyin olunmuş cəzanın həddinin onun islah olunması tələblərinə cavab verməsi barədə apellyasiya məhkəməsinin qənaət i kifayət qədər əsaslı və inandırıcı deyildir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir olmaqla cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası kassasiya protestinin Məhkum barədə cəza tətbiqi ilə əlaqədar dəlilləri ilə razılaşır və hesab edir ki, yuxarıda şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsinin Məhkum münasibətdə cəza təyininə dair mövqeyi əsanlandırılmış, inandırıcı qənaət hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası CPM-in 416.1.21-ci maddəsinin tələblərinin pozulduğunu müəyyən edir, bu pozuntunu həmin məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi görür və buna görə də kassasiya protestinin dəlilləri ilə razılaşaraq həmin müraciətin təmin edilməsini mümkün bilir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxıl ması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, kassasiya protestində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Göstərilənlərə əsasən, kassasiya müraciətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 yanvar 2024-cü il tarixli qərarı ləğv edilərək, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Məhkum barəsində 9 yanvar 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar