Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1387/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Tərcüməçi - Vəliyev Veysəl İsaxan oğlunun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Nümayəndə - Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkil i Əliyeva Təranə Telman qızının iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs və onun nümayəndəsi Əliyeva Təranə Telman qızı tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2 noyabr 2022-ci il tarixli 1(010)266/2022 nömrəli (sədrlik edən hakim Qədimov Ceyhun Tofiq oğlu) hökmü ilə 7 mart 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan, Bakı Ağır Cinayətlər Məh kəməsinin 5 aprel 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 8 ay 5 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, 4 mart 2020-ci il tarixdə cəza müddəti başa çatdığına görə müvafiq probasiya qurumunda qeydiyyatdan çıxarılmış, Suraxanı Rayon Məhkəməsinin 1(010)-44/2022 nömrəli iş üzrə 30 mart 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsi rli bilinərək 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 1(010)-44/2022 nömrəli iş üzrə 30 mart 2022-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmış və ona qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasının əvvəlinin 16 sentyabr 2021-ci ildən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Hökmdən Zərərçəkmiş şəxs və onun nümayəndəsi Əliyeva Təranə Telman qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Anar Firdovsi oğlu İbrahimovun sədrliyi və məruzəsi ilə, Mirzəli Əbdüləli oğlu Abbasov və Ramin Afad oğlu Qaraqurbanlıdan ibarət məhkəmə tərkibində) 12 yanvar 2023-cü il tarixli 1(103)-259/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2 noyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs və onun nümayəndəsi Əliyeva Təranə Telman qızı tərəfindən birlikdə kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2 noyabr 2022-ci il tarixli hökmünə əsasən, təqsirləndirilən şəxs Məhkum etibardan sui -istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, 15A saylı fərdi yaşayış evinin alınması, təmiri, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata salınması və reyestrindən çıxarış alınması adı ilə xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 7 saylı evin, 50 saylı mənzilində yalan vəd verib aldatmaqla 16.000 manat miqdarında pulunu, xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, 15A saylı fərdi yaşayış evində 6.000 manat miqdarında pulunu, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində həmin ünvanda eyni adla 500 manat miqdarında pulunu alıb vahid niyyət lə əhatə olunan qəsdlə ələ keçirərək, həmin evin Zərərçəkmiş şəxs tərəfindən alınmasını bilə-bilə sonuncudan xəbərsiz olaraq xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanda olan 35 saylı notariat ofisində Şahid2 tərəfindən verilən səlahiyyətdən istifadə edərək həmin evə dair etibarnamədən istifadə etməklə Şahid1 notarial etibarnamə ilə «sataraq» Zərərçəkmiş şəxs vermiş olduğu vədə əməl etməyib, vəd etdiyi işin müqabilində heç bir iş görməyib Zərərçəkmiş şəxs ümumilikdə 22.500 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs və onun nümayəndəsi Əliyeva Təranə Telman qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təyin edilmiş cəzanın törədilmiş əmələ münasibətdə yüngül olması səbəbindən Bakı Apellyasiya Məh kəməsinin qərarı ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkum gənc yaşlarından başlayaraq (ilk dəfə 23 yaşında) dəfələrlə cinayət məsuliyyətinə cəlb olunaraq, cəzasını çəkibdir. Belə ki, Məhkum ilk dəfə xx.xx.1993-cü il tarixli Bakı şəhəri Səbail Rayon Xalq Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 213-cü maddəsinin 2-ci hissəsi 86,1, 146, 38, 23.1-ci maddələri ilə əməyə mütləq cəlb olunmaqla 02 il azadlıqdan şərti məhrum olunmaqla məsuliyyətə cəlb olunmuş, Rusiya Federasiyasının CM-nin 144.3, 224.4, 62 və 40-ci maddələri ilə 05 il azadlıqdan məhrum edilib, xx.xx.2003-cü il tarixli Rusiya Federasiyasının Tver şəhərinin Tsentralnıy Rayon Məhkəməsinin Rusiya Federasiyası CM-nin 30-cu, 3, 158 M 2-ci hissəsi “B” 159 M 2-ci hissəsi” V.Q ” bəndinin 69 M 3-cü hissəsi ilə 04 il 03 ay azadlıqdan məhrum edilib, xx.xx.2015-ci il tarixli Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə 4000 manat məbləğində cərimələnmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlqıdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarını ləğv etməklə, Məhkum barəsində daha sərt cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs çıxış edərək, pulunun geri qaytarılmasını və məhkuma verilmiş cəzadan daha ağır cəza verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində nümayəndə Əliyeva Təranə Telman qızı çıxış edərək, məhkumun özünü təqsirli bilmədiyini, məhkumun 21 yaşından dələduzluqla məşğul olduğunu, dəfələrlə cinayət törətdiyini, verilən cəzanın az olduğunu bildirib, verilmiş cəzadan daha ağır cəza verilməsiylə bağlı qərar qəbul edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsin in prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4 16-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş tərəfdən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu madd əsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş şəxsin və nümayəndənin isə kassasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Zərərçəkmiş tərə findən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərin kassasiya instansiya məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə gələcəkdə oxşar işlər üzrə də nəzərə alınmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza tə yin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müə yyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngüll əşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ümumiyyətlə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən ol unduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və a ğırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, zərərçəkmiş tərəfin məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında id diasının əsassız olduğu müəyyən edilir. İşdən görünür ki, məhkum edilmiş şəxs Məhkum cəzasını həm yüngülləşdirən hallar, həm də Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normal arın tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş cəza ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır cəzanın təyin edilməsi nəticəsində nail olunacağını zərərçəkmiş tərəf kassasiya şikayətində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş tərəf kassasiya şikayətində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəza təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki CPMnin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan c əza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (əməlindən peşman olması, bir nəfər yetkinlik yaşına çatmamış uşağının olması) və ağırlaşdıran halların (cinayətlərin residivinin olması) olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-ni n 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Əliyeva Təranə Telman qızı tərəfindən birgə verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsini n 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs və onun nümayəndəsi Əliyeva Təranə Telman qızı tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarı kassasiya şikay
Məhkəmə qərarları › İş №1(102)-1387/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1387/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver