Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1387/2025 18.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi ilə, xx xxxxx 1983-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 də yaşayan X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 147.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-244/2025 nömrəli 14 yanvar 2025-ci il tarixli qəra rından xüsusi ittihamçı X8 nümayəndəsi Məmmədzadə Əkbər Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (A.A.Qurbanovanın sədrliyi ilə) 1(001)33/2024 nömrəli 24 oktyabr 2024-cü il tarixli hökmü ilə X15 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə ona bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən xüsusi ittihamçı X21 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-244/2025 nömrəli 14 yanvar 2025-ci il nömrəli qərarı ilə (hakimlər F.İ.Əyyubov (sədrlik edən), E.Ə.Mehdiyev və M.C.Qarayeva) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X "Xural" Media Qrupunun rəhbəri X ünvanladığı müraciəti "youtube" sosial platformasında "Xural Tv" kanalında sonuncu tərəfindən səsləndirilmişdir. Həmin şikayətin məzmunu aşağıdakı kimidir: “10 ay əvvəl “Funda” klinikasının həkimi X və “Medistyle” xəstəxanasında reanimatoloq işləyən X tərəfindən düzgün müayinə edilməyərək ölüm həddinə çatdırıldım. Həyat yoldaşıma dedilər ki, iki gün ömrü qalıb götürün aparın (pulumuzun qutardığını bilib belə etdilər). Son manatımızı da müxtəlif bəhanələrlə əlimizdən aldılar. Elə məni nəyat yoldaşım təcili yardım maşını ilə gətirib son vəsiyyət edərək ölüm anımı gözlədim. Lakin nəyat yoldaşım daha sonra məni “EGE Ho spitaf’a apardı. Orada dəyərli həkimlərimiz tərəfindən müalicə olundum. Hazırda həyatdayam və yaşayıram. Mənə “yarıtmaz”, “qeyripeşəkar” ‘cəllad”, "ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” tərəfindən zülm olundu. Mənə və ailəmizə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik. X və X düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri barədə Nərimanov Rayon Prokurorluğuna müraciət etsək də, cinayət işinin başlanması rədd edildi. Prokurorluğun qərarını Nərimanov Rayon Məhkəməsi qanunsuz hesab edərək ləğv edib yenidən araşdırmaya yolladı. Yenə də prokurorluğun müstəntiqi X onun tərəfində dayandı və bizi süründürür. Qərara aldım ki, baş verənləri sizin verlişinizlə ictimailəşdirim. Fak tla bağlı obyektiv araşdırılmanın aparılmasına və mənim kimi insanların diri-diri torpağa gömülməsinə, belə qan çənlərin əlində qurbana çevrilməsinə qarşı araşdırmanın Respublika Baş Prokurorluğunda aparılmasına kömək etməyinizə xahiş edirəm”. X şikayətində qeyd etmişdir ki, o, xx.xx.2019-cu il tarixdən Funda Hospitalında həkim-terapevt işləyir. Həkim terapevt olaraq işi daxili orqanların xəstəliklərinin, qaraciyər, mədə və bağırsaq xəstəliklərinin müalicəsindən ibarətdir. X33 07 iyul 2021-ci il tarixdə müraciət edərək xəstəxanaya qəbul olunmuşdur. Müraciəti əsasında analizlər, yoxlamalar, müayinələr təyin olunmuş, xəstədə “budd chiori” sindromu ilə bağlı şübhələr yaranmışdır. Bununla bağlı müalicələr təyin olunmuşdur. Qanda leykosidi yüksək olduğundan qan xəstəliyi olması ehtimal edilmiş və bununla bağlı hernatoloqun baxışı tövsiyə olunmuşdur. “Funda” klinikasında hematoloq olmadığından digər səhiyyə müəssisəsinə müraciət etməsi bildirilmişdir. X da gedəcəyini demişdir. 2 ay ərzində 3 dəfə X müayinə etmişdir. Müalicə olunması üçün qan sulandırıcı olan xartil, sidikqovucu olan Semilakt, qaraciyər qoruyucu olan hepastrong amino, surol, mədə qoruyucu lansil, iltihabı söndürmək, orqanizmi gücləndirmək, qaraciyəri qorumaq üçün aematon, deksametazon, ademta, bundan sonra iltihabı söndürmək üçün prednizolon, daha sonra adiomax, qaraciyəri qorumaq üçün hepatype, mədəqorumaq üçün parijon, faximin, "epatype təyin olunmuşdur, iki ay ərzində xəstənin vəziyyəti sabit olmuş, buna baxmayaraq səbəbi bilinməyən qarında maye dəyişkənliyi müşahidə olunmuşdur. Lakin mayenin yaranma səbəbini müəyyən etmək mümkün olmamışdır. Müalicələr davam etdirilmişdir. X26 səhhəti iki gün ərzində kəskin pisləşmişdir. X ona zəng edərək xəstənin qusmaları olduğunu və huşunun itdiyini bildirmişdir. O da, X ilk öncə 5 ampula hepamerin 200 natrixlor köçürülməsini və stasionar şəraitdə müalicə olunmasını tövsiyə etmişdir. X30 xəstəxanasına getmələrini tövsiyə etmişdir. O, isə əvvəllər Sabunçu xəstəxanasında olduğunu və orada xəstəyə yaxşı baxılmadığını bildirmişdir. Bundan sonra Medistyle hospitala aparılmasını məsləhət görmüşdür. X xəstə X5 “Medi Style” klinikasına aparmışlar. Orada xəstənin vəziyyətinin ağır olduğunu və maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Bundan sonra bir neçə dəfə zəng edərək ondan məsləhət almışdılar. Təxminən 20 gün onunla telefon vasitəsilə danışmışlar. Bundan sonra ona zəng etməmişlər və əlaqəni itirmişlər. X26 səhhəti, qaraciyəri bir qədər normallaşmış, vəziyyətində müsbət dinamika olmuşdur. Xəstədə xərçəngi göstərən CA 125 yüksək olduğu üçün müayinə olunmasından ötrü ginekoloqa, MRT müayinəsinə, asit mayesinin tətbiq olunması üçün patologiya mərkəzinə göndərmişdir. Qeyd etdiyi xüsusatlarla bağlı xəstəxanada aparatlar və mütəxəssislər olmadığı üçün həmin şəxsi başqa yerlərə yönləndirmişdir. X səhhətinin ağırlaşmasına səbəb aktivləşmiş kəskin qan xəstəliyinə bağlı poliorqan çatışmazlığı olmuşdur. X ona qarşı işlətdiyi belə ifadələr qərəzli münasibətdir, pul alınması üçün söylənilmiş fikirdir. X şikayəti üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanılması rədd edilmiş, həmçinin eyni məsələ ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılmışdır. Onun əməlində heç bir cinayət tərkibinin əlamətləri olmaması səbəbindən Binəqədi rayon prokurorluğunda da cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizasının da nəticəsinə əsasən barəsində şikayət verilən şəxsin sosial platformda qeyd etdikləri, o cümlədən Prokurorluğa şikayət ərizəsində bildirdikləri ilə hər hansı səbəbli-əlaqə mövcud deyildir. Belə ki, əsas sübut əhəmiyyəti daşıyan ekspert rəyində aparılmış müayinə və müalicələr X təyin olunmuş diaqnoza uyğun olmuş və tibbi manipulyasiya sağlamlığa zərər vurmanın dərəcəsinin təyini nəzərdə tutulmaması qeyd edilmişdir. X müxtəlif dövlət orqanlarına ünvanlanmış çoxsaylı ərizələrdə onu səhlənkarlıq cinayətini törətməkdə ittiham etmiş və bu barədə dəfələrlə müxtəlif instansiyalara çoxsaylı şikayətlər etmiş, nəticədə onun vaxtı alınaraq mənəvi zərər vurmuşlar. Nərimanov rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında əks olunmuş X izahatında göstərilir: “X31 ilə bağlı dərmanlar yazmışdır. Həmin dərmanların alınması üçün X adını bilmədiyi köməkçisi onu orijinal dərmanlar olduğunu bildirərək Yasamal rayonu ərazisində yerləşən Respublika xəstəxanasının yaxınlığında yerləşən aptekdən dərman almağa göndərmişdir. O, həmin aptekə getmiş və orada X adlı əczaçı ilə tanış olaraq Funda hospitaldan göndərildiyini bildirmişdir. X ona dərmanlar satmışdır. O, daha sonra həmin dərmanlar qurtardığından və Sumqayıt şəhərində yaşadığından Bakı şəhərinə gələ bilmədiyindən Sumqayıt ş əhərində yerləşən aptekdən dərman almışdır. Həmin dərmanlara baxdıqda qiymətlərinin çox fərqli olduğunu görmüşdür. Belə ki, X adlı əczaçı üzərində X adı yazılmış reseptə baxaraq dərmanlar üçün ondan 650 manat məbləğində pul almışdır. Sumqayıtda isə həmin reseptə görə dərmanların ümumi qiyməti 277 manat təşkil etmişdir. X 1 ay 9 gün müddətində arvadı İlahəni müalicə etmişdir. Bu müddət ərzində İlahənin vəziyyəti daha da ağırlaşmışdır. O, da bu barədə X dəfələrlə telefonla əlaqə saxlayıb bildirsə də, X onunla biganə danışaraq, onu başından etmişdir”. Yuxarıda qeyd olunan heç bir əsası olmayan və qəbzlərlə sübut edilməyən bu ifadələr tamamilə yalandır və böhtan xarakteri daşıyır. Bu arqumentlərin əksi məhkəmə baxışı zamanı lazımi sənədlər və sübutlarla təsdiq olunacaqdır. Qeyd etmək istəyir k i, “https://youtu.be/oYa2t_jedlg” linkindən də göründüyü kimi onun barəsində yalan olduğunu bilə-bilə xəstəyə yanlış diaqnoz qoyulması və ölüm həddinə çatdırılması barədə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yaymaqla X və X ona böhtan atmışdır. Bundan başqa onu səhlənkarlıq cinayətini törətməkdə ittiham edərək barəmdə prokurorluq orqanlarına çoxsaylı şikayətlər yazmış, haqqında “yarıtmaz”, “qeyri-peşəkar", “cəllad”, “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan cinayətkar şəbəkə” kimi əsassız ifadələr işlətmişlər. Böhtan xarakterli işlər üzrə ifadələrin doğruluğu və həqiqiliyi müəyyən edilməli, əks halda adıçəkilən şəxslər bir nüfuzlu həkim, Azərbaycan Respublikasında öz sahəsi ilə faydalı işlərə imza atmış və bir ç ox şəxsə yardımları toxunmuş terapevt kimi onun barəsində işlədilmiş nalayiq və böhtan xarakterli ifadələrə görə eləcə də, onları cinayətkar şəbəkə adlandırdığına görə məsuliyyət daşımalıdırlar. Ötər, ilin avqustunda jurnalist X27 Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı X ailəsindən rüşvət almaqda ittiham etmişdi, iddia olunmuşdu ki, X və X barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X9 'Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri X16 haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi X22 vasit əçiliyi ilə X yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlara əsasən X23 Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib və barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Belə ki, şəxsin ünvanladığı müraciətin məzmunundan (“Mənə “yarıtmaz”, “qeyripeşəkar”, "cəllad”, “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə tərəfindən zülm olundu”) görünür ki, şəxs bizləri cinayətkar şəbəkə olmaqda əsassız yerə ittiham edir. Onları cinayətkar şəbəkə adlandırmaqla şəxsin əməli bilavasitə şərəf və ləyaqətimin alçaldılmasına və nüfuzdan salınmasına yönəlmişdir. Beləlik lə görülür ki, CM-in 147.1 və 147.2-ci maddəsində nəzərdə tutulan əməllərin əlamətləri reallaşmışdır. Belə ki, xüsusi ittiham qaydasında şikayət edilən şəxs yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları “Xural” Media Qrupunun rəhbəri X ünvanladığı müraciət vasitəsilə “youtube” sosial platformasında “Xural Tv” səsləndirilməsinə yönəlmiş hərəkətlərlə həyata keçirmiş və bizləri “cinayətkar şəbəkə” adlandırmaqda ağır cinayətdə ittiham etmişdir. Bununla da şəxslər CM-in 147.1 və 147.2-ci maddəsində cinayət əməli kimi təsbit edilən əməli törədilmişdir. Barəsində yalan məlumatların yayılması ona ciddi şəkildə üzərək, mənəvi stress və əziyyət keçirməyinə, əsəbləşməyinə, narahat olmamağına səbəb olmuşdur. Yuxarıda sadalananlara, eləcə d ə istinad edilən hüquq normalarına əsasən hesab edir ki, X17 CM-in 147.2-ci maddəsi ilə və X29 CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə onların müvafiq maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq qərar qəbul olunmalı və bu şəxslər törətdiyi əmələ görə cəzalandırılmalıdırlar. Məhkəmə istintaqı zamanı xüsusi ittihamçı X10 ifadəsində gösytətrmişdir ki, X29 tərəfindən prokurorluq orqanına edilən şikayətlərdə ona qarşı müəyyən edilmiş tarif qiymətlərindən olduqca baha qiymətə dərman satması ilə bağlı əsassız, böhtan xarakterli ittihamlar irəli sürülmüş, həmçinin X rəhbəri olduğu “Xural TV” youtube kanalında səsləndirilən müraciətdə “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” ifadəsində X onu da şəbəkəyə daxil olan şəxs kimi nəzərdə tutaraq ona qarşı cinayət törətmişdir. X1 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-211/2024 nömrəli 26 yanvar 2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X15 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə və X6 Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işindən X6 barəsində onun CM-in 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında cinayət işi ayrılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə X20 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsini n 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübut edilmədiyinə görə bəraət verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Xüsusi ittihamçının nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi, X29 və X6 barəsində ittihamedici hökm çıxarılaraq CM-nin 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməsi xahiş olunur. Şikayət müəllifi bildirir ki, Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma əməll ərini nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. (5-ci bənd) “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsini Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəl i qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olar əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş mat erialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlah iyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 147.1-cü maddəsində “böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nü fuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma” əməli nəzərdə tutulmuşdur və həmin əməl min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbər liliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə is tənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nə ticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbu lunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 200 5-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Beləliklə, kassasiya məhkəmə kollegiyası hazırkı iş üzrə aşağı instansiya məhkəmələrinin hökm və qərarını, işdə olan digər sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, A.Comərdovun əməlində CM-nin 147.1-ci maddəsinin tərkibi yoxdur və bununla bağlı məhkəmə kollegiyası bəzi halları qeyd etməyi zəruri bilir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Nərimanov rayon prokurorluğunun 10 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Funda klinikasında həkim terapevt işləyən X və “Medu Style” klinikasında reanimotoloq işləyən x əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə istintaqı zamanı “Xural” TV youtube kanalında yerləşdirilmiş xx.xx.2022-ci il tarixli 3:35 dəqiqəlik videoya baxış keçirilən zaman X poçtla X18 tərəfindən göndərildiyi iddia edilən müraciətin səsləndirildiyi, həmin müraciətin mətninin aşağıdakı kimi olduğu müəyyən edilmişdir: “10 ay əvvəl “Funda” klinikasının həkimi X və “Medistyle” xəstəxanasında reanimatoloq işləyən Xi tərəfindən düzgün müayinə edilməyərək ölüm həddinə çatdırıldım. Həyat yoldaşıma dedilər ki, iki gün ömrü qalıb götürün aparın (pulumuzun qutardığını bilib belə etdilər). Son manatımızı da müxtəlif bəhanələrlə əlimizdən aldılar. Elə məni nəyat yoldaşım təcili yardım maşını ilə gətirib son vəsiyyət edərək ölüm anımı gözlədim. Lakin nəyat yoldaşım daha sonra məni “EGE Hospitaf’a apardı. Orada dəyərli həkimlərimiz tərəfindən müalicə olundum. Hazırda həyatdayam və yaşayıram. Mənə “yarıtmaz”, “qeyripeşəkar” ‘cəllad”, "ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” tərəfindən zülm olundu. Mənə və ailəmizə əzablar yaşatdılar, hər şeyimizi sa tdırdılar, bizi müflis etdilər. Borc içindəyik. X və X düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri barədə Nərimanov Rayon Prokurorluğuna müraciət etsək də, cinayət işinin başlanması rədd edildi. Prokurorluğun qərarını Nərimanov Rayon Məhkəməsi qanunsuz hesab edərək ləğv edib yenidən araşdırmaya yolladı. Yenə də prokurorluğun müstəntiqi X onun tərəfində dayandı və bizi süründürür. Qərara aldım ki, baş verənləri sizin verlişinizlə ictimailəşdirim. Faktla bağlı obyektiv araşdırılmanın aparılmasına və mənim kimi insanların diri-diri torpağa gömülməsinə, belə qan çənlərin əlində qurbana çevrilməsinə qarşı araşdırmanın Respublika Baş Prokurorluğunda aparılmasına kömək etməyinizi xahiş edirəm”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X18 hepatik venaların trombozundan əziyyət çəkir, xx.xx.2021-ci ildən xəstədir və yataq rejimindədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 713/KEŞ nömrəli məhkəmə-tibbi ekspertiza rəyinin nəticə hissəsindən görünür ki,
1. İlahə Comərdovanın adına tərtib edilmiş tibbi sənəndlərdə göstərilənlərə əsasən, onun “Qaraciyər vena trombozu” xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilmişdir.
2. X düçar olduğu xəstəlik xroniki gedişlidir.
3. X düçar olduğu xəstəliklə əlaqədar yataq rejimində olduğunu nəzərə alaraq hal-hazırda onun məhkəmə iclaslarında iştirakı məqsədəmüvafiq sayılmır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 892/KEŞ saylı məhkəmətibbi ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, adına tərtib edilmiş tibbi sənəndlərdə göstərilənlərə əsasən, onun “Qaraciyər vena trombozu” xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilmişdir. X düçar olduğu xəstəlik ağır gedişlidir. Cinayət işi araşdırılarkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X29 xüsusi ittihamçı X24 və Hacı-X4 arvadı X11 düzgün müalicə etməməsi ilə bağlı Nərimanov rayon prokurorluğuna şikayət etmiş, həmçinin material üzrə izahatı alınarkən X2 baha qiymətlərlə dərman satdığını qeyd etmiş, Nərimanov rayon prokurorluğunun müstəntiqi X i tərəfindən Funda klinikasında həkim terapevt işləyən X və “MediStyle” klinikasında reanimotoloq işləyən X əməlin də cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi xüsusi ittihamçılar X24 və X10 tərəfindən onların barəsində prokurorluq orqanına şikayətlər verilməsini ona qarşı böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi şikayətlərdə və onu ağır cinayətlərdə ittiham etməklə böhtan xarakterli məlumatları yaymaqla işgüzar nüfuzunu alçaldılması kimi hesab etmişlər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlar a ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmçinin məhkəmə xx.xx.2022-ci il tarixdə youtube sosial şəbəkəsinin “Xural” TV kanalında yayımlanan videoda səsləndirilən müraciətlə əlaqədar onu qeyd edir ki, həmin müraciətin X29 tərəfindən edilməsi, “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” ifadəsində şəbəkə dedikdə X3 nəzərdə tutulması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, “Xural” TV kanalında yayımlanan həmin videoda müraciət X tərəfindən səsləndirilərkən müraciətin X18 tərəfindən edildiyi və h əmin müraciətdə X3 adının çəkilmədiyi müəyyən edilmişdir. Aşağı instansiya məhkəmələri müəyyən etmişlər ki, cinayət işi üzrə X24 və X3 xüsusi ittiham qaydasında şikayətində X29 tərəfindən youtube sosial şəbəkəsinin “Xural” TV kanalında böhtan xarakterli məlumatların yayılmasını və həmin kanalda X tərəfindən səsləndirilən məlumatların təqsirləndirilən şəxsin müraciəti əsasında yayımlanmasını təsdiq edən sübutlar mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində (bundan sonra-CPM) nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndir ilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhz yuxarıda qeyd edilənlərə əsasən aşağı instansiya məhkəmələri tərəfindən tam əsaslı olaraq, X təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. “Mürrey Birləşmiş Krallığa qarşı” məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şü bhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq X əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegi yası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2025-ci il tarixli qərarı əsaslı olduğundan, kassasiya şikayətində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Xüsusi ittihamçı X8 nümayəndəsi Məmmədzadə Əkbər Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bəraət almış şəxs X29 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasın ın 14 yanvar 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.