Məhkəmə qərarları › İş №1(102)-1388/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1388/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1388/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekab r 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Dadaş İmanov (sədrlik edən və məruzəçi), Mikayıl Məmmədzadə və Roman Ələkbərli) 21 iyun 2023-cü il tarixli, 1(100)248/2023 nömrəli hökmü ilə xx xxxxxx 1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Məhəmməd ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum tutulduğu 04 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyimi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 10 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,621 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 30 iyun 2022-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri BPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliy yat tədbirləri nəticəsində Gəncə şəhəri, ünvan 2 ünvanda yerləşən Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin inzibati binasına gətirilmiş və şəxsi axtarış zamanı əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş 0,621 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,291 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 10 iyul 2022-ci il tarixdə saat 00:30 radələrində Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Ş.İ.Xətai prospek tində yerləşən “Bolmart” mağazasının yaxınlığında saxlanılmış, Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə gətirilmiş və üzərində şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən “Sobranie” markalı siqaret qutusunun içərisində 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,291 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rafiq Cəfərov (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Əlizamin Abdullayev) 06 dekabr 2023-cü il tarixli, 1(104)-486/2023 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 1(100)-248/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən istintaq orqanı tərəfindən verilmiş ittihamın təkzib edilməsi, eyni zamanda, özünün həmin nəticəyə gəlməsi ilə bağlı kifayət qədər əsaslandırma aparılmamış, ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların rədd edilməsinin motivləri göstərilməmiş, sübu tlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş və bununla da, məhkəmə Məhkum əməlini tövsif etməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. 10 günü əhatə edən qısa bir dövrdə Məhkum üzərindən 2 fərqli növdə olmaqla narkotik vasitə və psixotrop maddə aşkar edilib götürülmüşdür. Məhkum üzərindən 30 iyun 2022-ci il tarixdə psixotrop maddə metamfetamin aşkar edilməsi ilə əlaqədar şübhəli şəxs qismində tutulub ittiham elan edildikdən sonra 01 iyul 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə azad edildikdən qısa müddət sonra, cəmi 10 gün ərzində istintaqa məlum olmayan mənbədən narkotik vasitə olan heroini asanlıqla əldə edib üzərində saxlamasından görünür ki, Məhkum narkotik vasitə və psixotrop maddələrin dövriyyəs i, əsasən də satışı ilə məşğul olan şəxslərlə qarşılıqlı olaraq sıx əlaqədədir. Dolayısıyla Məhkum narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində birbaşa iştirak edir. Məhkəmə Məhkum barəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı əməliyyat məlumatının olmaması və buna görə də həmin narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak məqsədilə əldə edib saxlaması qənaətinə gəlsə də, Məhkum yuxarıda qeyd edilən formada narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində sıx və yaxından iştirakını nəzərə almamışdır. Eyni zamanda, istifadə etdiyi halda niyə görə Məhkum psixotrop maddə metamfetamindən istifadə ilə bağlı hər hansı əlamətin aşkar edilməməsinə qiymət verməmiş, məhkəmənin gəldiyi həmin nəticə məhkəmə iclasında tədqiq edilmiş heç bir sübutla, o cümlədən məhkəmə-narkoloji ekspertizasının rəyi ilə təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün işin obyektiv hallarına uyğun gəlməyən, satış məqsədilə narkotik vasitə heroini və psixotrop maddəni əldə edib saxlamasından ibarət olan həqiqəti gizlətməyə çalışan ifadələr verərək ondan aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını göstərmişdir ki, məhkəmə də, öz növbəsində, Məhkum ifadəsində göstərdiyi qeyd olunan xüsusatların özünümüdafiə xarakterli olmasını nəzərə almadan, həmin ifadəyə tənqidi yanaşmadan sonuncunun narkotik vasitə və psixotrop maddəni satış məqsədi olmadan şəxsi istehlakı üçün əldə etməsi kimi yanlış nəticəyə gəlmişdir. Halbuki, məhkəmənin gəldiyi bu nəticə isin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. M əhkəmə təqsirləndirilən şəxs Məhkum barəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı əməliyyat məlumatının olmaması və buna görə də şəxsi istehlak məqsədilə əldə edib saxlaması barədə düzgün olmayan qənaətə gəlmiş, aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından çox olmaqla miqdarını və işin yuxarıda sadalanan digər hallarını nəzərə almamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin əsassız və qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Mə cəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin satış məqsədi ilə təkrar törədildiyi halda yaranır. Göründüyü kimi “satış məqsədi” CM-in 234.4.2-ci maddəsinin cinayət tərkibində zəruri əlamət kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşin materiallarından görünür ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, o, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq - ümumi təmiz çəkisi 0,621 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və təkrarən 0,291 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımışdır. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsini Məhkum etiraf etməsə də, onun bu əməli şahid ifadələri ilə, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri i lə, maddi sübutla, istintaq hərəkətlərinin protokolları ilə və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Birinci instansiya məhkəməsi Məhkum tərəfindən onda aşkar olunmuş xeyli miqdarda - 0,621 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin və 0,291 qram olan narkotik vasitə heroinin təkrar əldə edilməsini və saxlamasını qəbul etsə də, nəticəyə gəlmişdir ki, onun qeyd olunan psixotrop maddəni və narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması və daşıması, habelə kiməsə satmaq istəməsi barədə cinayət işinin materiallarında hər hansı sübut olmamışdır. Həmçinin Məhkum üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin satışı ilə bağlı məhkumun hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi müəyyən olunmamışdır. “Narkotik vasitələri n, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla narkotik vasitələrin və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdən görünür ki, Məhkum aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroini satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut yoxdur. Məh kəmə kollegiyası hesab edir ki, məhkumda aşkar edilmiş psixotrop maddə metamfetaminin (0,621 qram) və narkotik vasitə heroinin (0,291 qram) miqdarı da həmin maddələrin məhz satış məqsədi ilə əldə edilməsi barədə birmənalı nəticəyə gəlmək əsas vermir. Bununla da məhkum edilmiş şəxs Məhkum psixotrop maddəni və narkotik vasitəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi müəyyən edilməmiş və bunun üçün onda hər hansı avadanlıq da aşkar edilməmişdir. Həmçinin Məhkum barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunsa da, həmin qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onda aşkar edilərək götürülmüş psixotrop madd ənin və narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı da Məhkum narkotik vasitələrinin və psixotrop maddənin qanunsuz satışı ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə sübut əldə edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxs Məhkum satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə olan metafetamini və narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşımasına dair hər hansı bir mötəbər sübut olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırm aq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarında Məhkum psixotrop maddə və narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlamasına dair heç bir sübut olmadığından həm birinci instansiya məhkəməsinin hökmü, həm də apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum əməlinin tövsifi ilə bağlı hissədə əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olar aq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı təqsirləndirilən şəxs Məhkum narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan birinci instansiya məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, kassasiya protestinin məhkumun əməlinin tövsifi ilə bağlı dəlili əsassızdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyas ı məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib məhkumun psixotrop maddəni və narkotik vasitəni qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq edildiyi, lakin onun həmin narkotik vasitəni və ya psixotrop maddəni satmaq niyyətində olması işin hallarına uyğun olmaması və toplanmış sübutlara təsdiq edilmədiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya protesti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəza 1 il 6 ay müddətinə azadlıqdan mə hrum etmə cəzası onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir, Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiy ası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protestin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 1(104)486/2023 nömrəli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 1(104)-486/2023 nömrəli qərarı kassasiya protestinə münasibətdə d

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar