Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1389/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov X1 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5 və 228.4-cü maddələri ilə təqsirli bilinib məh kum olunması barədə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 may 2017-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətin rədd edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2021-ci il tarixli ilkin baxış qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 may 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5 və 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5-ci maddələri ilə təqsirli bilinib 9 (doq quz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəmkir Rayon Məhkəməsinin 28 mart 2014-cü tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasının ödənilməmiş 1080 manat hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə tamamilə birləşdirilməklə onun üzərində qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası və 1080 manat cərimə cəzası saxlanılmış, CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 06 noyabr 2015-ci il tarixdən hesablanması hökm edilmişdir Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim: E.İ.Rüstəmov) 10 fevral 2021-ci il tarixli qərarı ilə Məhkum apelyasiya şi kayəti verilməsi müddətinin bərpasına dair vəsatəti rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2021-ci il tarixli qərarı ilə (hakimlər E.İ.Xasməmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ç.B.Məmmədov ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2021-ci il ilkin baxış tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Məhkum kassasiya şikayətində ailə vəziyyətinin ağır olmasını, ata və anasını itirməsini, himayəsində iki körpə övladının olmasını, ağır vərəm xəstəliyindən əziyyət çəkməsini qeyd edərək, qeyd olunanların nəzərə alınmasını və apellyasiya şikayəti vermə müddətinin üzürlü səbəblərdən buraxıldığını nəzərə alaraq vəsatətinin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məc əllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin ver ilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir və həmçinin kassasiya şikayətində də apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasına əsas ola biləcək bir dəlil yoxdur. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. İş materiallarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü 25 may 2017-ci il tarixdə elan olunmuş və təqsirləndirilən şəxs Məhkum hökmdən hansı müd dətdə və necə apelyasiya şikayəti vermək hüququnun olması izah olunmuşdur. İşdə olan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 may 2017-ci il tarixli hökmün surəti məhkəmə qəbzini imza etməklə Məhkum 09 iyun 2017-ci ildə təqdim olunmuşdur. Həmin hökmdən qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs Məhkum və ya onun müdafiəçisi tərəfindən apelyasiya şikayəti verilməmişdir. Apelyasiya şikayəti verilməsi müddəti bitəndən 3 il 5 ay 5 gün sonra, yəni 04 dekabr 2021-ci il tarixdə Məhkum barəsində olan 25 may 2017-ci il tarixli hökmdən apelyasiya şikayəti, eləcə də həmin tarixdə apelyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatət vermişdir. Apellyasiya məhkəməsi müddətin bərpasına dair məsələ baxarkən qeyd etmişdir ki, məhkum apellyasiya şikayəti verilməsi üçün müddətin ötürü lməsinə əsas səbəb kimi vərəm xəstəliyindən müalicə almasını göstərsə də, cinayət işinə əlavə edilmiş 22 yanvar 2021-ci il tarixli tibbi arayışdan görünür ki, Məhkum 13.07.2019-cu ildə müalicə müəssisəsinə qəbul edilmiş, 26.07.2019-cu il tarixdən müalicəyə cəlb edilmiş, arayışın verildiyi tarixədək müalicəsi davam etdirilmişdir. Belə olan halda məhkumun şikayətində qeyd etdiyi kimi xəstəliyi ilə əlaqədar olaraq apellyasiya şikayəti vermə müddətini ötürməsi ilə bağlı müddəa yalnız məhkumun 2019-cu ildən sonrakı dövrdə xəstə olmasını sübut edir. Həmin materiallardan da göründüyü kimi, məhkumun 09 iyun 2017-ci ildən 13 iyul 2019-cu ilədək müddətdə şikayət verməyə kifayət qədər vaxtı olduğu halda şikayətvermə hüququndan istifadə etməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, Məhkum apellyasiya şikayətini vaxtında, yəni hökmün elan olunduğu andan 20 gün müddətində verə bilməməsini və bunun üzrlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir sübutu vəsatətə əlavə etməmiş, nə də ki, məhkəmələrə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də rədd edilməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsas ən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 may 2017-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətin rədd edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2021-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1389/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1389/2021
27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver