Məhkəmə qərarları › İş №1(102)-1389/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1389/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1389/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 iyun 2024-cü il tarixli hökmü ilə Məhkum Azərba ycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 29, 178.3.2ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Hüseyinova Zeynalova Səkinə İrzəvan qızı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 iyun 2024-cü il tarixli hökmü ilə (hakimlər Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən və məruzəçi), Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) Məhkum, 3 dekabr 1997-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə mə şğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, CM-in 29,178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmçinin cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş və iş üzrə zərər çəkmiş şəxslər kimi tanınmış Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə onlara vurulmuş ziyanı tələb etmək hüquqları izah edilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-in 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti, yəni hədə qorxu ilə özgə əmlakını külli miqdarda tələb etmə əməlini törətdiyinə görə ittiham irəli sürülməsinə baxm ayaraq, birinci instansiya məhkəməsi məhkəmə araşdırmaları nəticəsində belə qənaətə gəlmişdir ki, Məhkum aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirməyə cəhd etmişdir. Belə ki, məhkəmənin hökmünə əsasən, Məhkum yaşadığı və təhsil aldığı Türkiyə Respublikasının Kayseri şəhərindən tanıdığı, dostluq münasibətlərində olduğu Zərərçəkmiş şəxs1 tanışı - şəxsiyyəti istintaqa məlum olmayan qeyrisinin cinayət törətməsinə görə Polşa Respublikasında problemlərinin yaranması səbəbindən istənilən bir yolla Türkiyə Respublikasına qayıtmasına köməklik göstərməsi üçün Zərərçəkmiş şəxs1 ona müraciət etməsindən istifadə edərək, külli miqdarda əmlak əldə etmək məqsədi ilə 2023-cü ilin aprel ayında Kayseri şəhərində qeyd olunan şəxslə bağlı mümkün araşdırma zamanı sonuncu ilə əlaq ədə olmasına görə Zərərçəkmiş şəxs1 hüquq-mühafizə orqanlarında problemlərinin yaranmaması və ya onların həlli üçün özünün Türkiyə Respublikası ərazisində bütün hüquqi məsələləri ilə məşğul olan etibarlı vəkil tanışı vasitəsilə həll edilməsini yalandan təklif etmiş, Zərərçəkmiş şəxs1 inanaraq vəkillə bağlı bu təklifini qəbul etmiş və Məhkum onu aldadaraq bu məsələlərin həlli üçün vəkilə 68000 manata ekvivalent olan 40000 ABŞ dolları pul ödənilməli olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 bu barədə anası Zərərçəkmiş şəxs2 məlumat vermiş, sonuncu 26 aprel 2023-cü il tarixdə yaşadığı ünvan 2 ünvanda Məhkum ilə görüşmüş, aldatma yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmək niyyətini başa çatdırmaq üçün Məhkum Zərərçəkmiş şəxs2 aldadaraq yaranmış vəziyyətlə bağlı araşdırmaya vəkilin vasitəsilə müdaxilə olunması zərurətinə və vəkilə ödəniləcəyi adı ilə ona külli miqdarda pulun verilməli olmasına inandırmış, ələ keçirməyə cəhd etdiyi külli miqdarda əmlakın – 68000 manat pulun 2000 manatının Zərərçəkmiş şəxs2 tərəfindən 26 aprel 2023-cü il tarixdə saat 21:53 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən “Bravo” supermarketində quraşdırılmış “E-manat” terminalı vasitəsi ilə onun **********837727 nömrəli “Express bank” kartına köçürülməsinə nail olaraq həmin məbləği ələ keçirmiş, bundan sonra vəkillə məsləhətləşən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldanıldıqlarını başa düşmüş və daha sonra - 29 aprel 2023-cü il tarixdə Məhkum vahid niyyətlə əhatə olunan əməlinin davamı kimi Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində «Qələbə» d airəsində yerləşən “Baku Mall” Ticarət Mərkəzindəki “Mado" restoranında Zərərçəkmiş şəxs1 üzərində “etibarsızdır” yazıları olan 100 ədəd ümumilikdə 10000 ABŞ dollarına bənzər oyuncaq pulları həqiqi pul kimi bilərək almış və qeyd olunan restorandan çıxarkən Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə əməlini başa çatdıra bilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 iyun 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Həsənəliyev Babaxan Ramazan oğlu tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əyyubov Fərid İlham oğlu (sədrlik ed ən və məruzəçi), Mehdiyev Emin X oğlu və Əliyev Emin Zöhrab oğlundan ibarət tərkibdə) 10 sentyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Hüseyinova Zeynalova Səkinə İrzəvan qızı kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, əsasən də məhkum olunm uş və zərər çəkmiş şəxslərin, habelə şahidin ifadələrinə, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-in 182.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihama və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı Hüseyinova Zeynalova Səkinə İrzəvan qızı hər hansı yetərli dəlillər irəli sürməyərək həmin protestini belə əsaslandırmışdır ki, məhkəmələr Məhkum ona ibtidai araşdırma zamanı CM-in 182.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsini və bu ittihamı təkzib edən ifadələrini özünü müdafiə xarakterli mövqe kimi qiymətləndirilməli olduqları halda bu xüsusatı düzgün dəyərləndirməməklə səhv mövqe sərgiləmiş, bu da onun əməlinin düzgün tövsif edilməməsi barədə əsassız hökmün çıxarılması və həmin hökmün dəyişdirilmədən saxlanılması haqqında qərarı n qəbul edilməsi ilə nəticələnmişdir. Halbuki, Məhkum CM-in 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri, Şahid ifadəsi, səs yazıları və video görüntülərlə, maddi sübutlarla və işə əlavə olunmuş sənədlərlə kifayət qədər sübuta yetirilmiş, məhkəmələr isə bu sübutlara düzgün qiymət verməyərək və yalnız məhkum olunmuş şəxsin ziddiyyətli və hadisənin obyektiv səhnəsinə uyğun olmayan ifadələrinə əsaslanaraq iş üzrə obyektiv nəticəyə gəlməmişlər. Yalnız bu dəlillərə əsaslanan kassasiya protestinin müəllifi sonda onun həmin protestinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları k assasiya protestinə baxılmasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq məhkum olunmuş şəxs Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərk ibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı S.İ.Hüseyinova Zeynalova həmin protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə araşdırılmış sübutların CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada tədqiq edilməməsini və nəticədə Məhkum əməlinin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək kassasiya qaydasında mübahisələndirən qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrind ə nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə görə isə məhkəmə bu Məcəllənin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı S.İ.Hüseyinova Zeynalovanın kassasiya protestini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və Məhkum barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayaraq aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya i nstansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarə tin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-i n 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 416 və 419-cu m addələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiy a məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısı S.İ.Hüseyinova Zeynalova tərəfindən verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması və araşdırılması zamanı sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin al i məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül cinayət əməli törətmiş şəxsin bundan ağır cinayəti törətməkdə təqsirli bilinməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qoru nmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakimə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, bu və ya digər cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri sübuta yetirildikdə barələrində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinin tələblərinə əsasən, hər kəsin təqsirsizl ik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının) 6-cı maddəsinin 2-ci hissəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alı nmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndiril ən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dis pozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zərur i hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 -cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu ci nayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8. 0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüqu q və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayə t-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bu normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-in bir maddəsindən digərinə tövsif etmək, yaxud da təqsirlə ndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan CM-in bu və ya digər maddəsini xaric etmək hüququna da malikdirlər o şərtlə ki, bu haqda nəticə cinayət törətmiş şəxsin hüquqularının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irəli sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. Təsadüfi deyil ki, məhkəmələrin bununla bağlı səlahiyyətləri həmçinin CPM-in 318.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddənin ikinci cümləsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağ ır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Belə hüquqdan istifadə edərək müvafiq nəticəyə gələrkən isə məhkəmə tərəfindən CPM-in 28.5, 33, 145 və 146-cı maddələrinin tələblərinə də əməl olunmalıdır. Belə ki CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Belə ki, CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu M əcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittiham ın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanun u ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görü nür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi ha lda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mü hüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ə dalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 34 9.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsin in yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam v ə qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəz ifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008 -ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatət ləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin, izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-i n 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Göründüyü kimi, milli qanunvericiliyin normalarının və beynəlxalq müqavilələrin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlər və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kif ayət edən sübutlara əsaslanmalı, bundan sonra isə əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən qanunvericiliyin və beynəlxalq müqavilələrin normalarının tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərini, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini Məhkum ona qarşı CM-in 182.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı onun təqsirli bilinərək məhkum olunduğu, hökmün təsviri-əsaslandırıcı hissəsində təsvir edilmiş c inayət əməlini törətməsi barədə həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrin gəldikləri nəticə ilə əlaqəli şəkildə müqayisə edərək məhkəmə kollegiyası bu nəticə ilə razılaşır və qeyd edir ki, toplanmış və araşdırılmış sübutların məcmusu Məhkum məhz aldatma, üsulundan istifadə etməklə dələduzluq yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirməyə cəhd etmə, yəni CM-in 29, 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi barədə qənaətə gəlmək üçün kifayət qədər əsas verir. Bu qənaətlə bağlı və kassasiya protestinin dəlillərinə inandırıcı cavab vermək üçün məhkəmə kollegiyası həm iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, protestdə də istinad olunan və Məhkum qarşı irəli sürülmüş ittihamın əsasına qoyu lmuş bəzi sübutlara, həm də qanunvericiliyin tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin izah və tövsiyələrinə müraciət etməyi zəruri bilir. Belə ki, iş materiallarından göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü ona CM-in 182.3.2-ci maddəsi ilə, yəni hədəqorxu ilə özgə əmlakını külli miqdarda tələb etmə cinayətini törətməsinə görə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, 2014-cü ildən etibarən Türkiyə Respublikasının Kayseri şəhərində kirayədə yaşamış, orada fərdi şəkildə ticarətlə, azərbaycanlı tələbələrin sənədlərinin qəbulu, yataqxanaya yerləşdirilmələri və digər problemlərinin həlli ilə məşğul olmuşdur. 2018-ci ildə o, Türkiyə Respublikasında Erciyes Univer sitetinin tibb fakültəsinə qəbul olunmuş Zərərçəkmiş şəxs1 ilə tanış olmuş və ona da Universitetdə qeydiyyata düşməsi, ev kirayələməsində, sığorta məsələlərinin həllində yardım etmiş, onunla yaxşı münasibətləri yaranmış, sonralar da Zərərçəkmiş şəxs1lə arabir telefonla danışıb hal-əhval tutmuşdur. Həmin dövrdə o, özü Türkiyədə olan işləri ilə bağlı lazım olan hallarda daimi hüquqi yardım göstərməsi üçün X adlı vəkillə müqavilə bağlamış, həmin vəkil fərdi ticarətlə məşğul olan başqa şəxslərə də hüquqi yardım göstərmişdir. 23 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayaraq tanışı olan Kaan və ya Y adlı şəxsin Polşa Respublikasında qaçaq həyatı sürdüyünü, işlədiyi iş yerində müdiri ilə dalaşdığını və buna görə onun polis orqanları tərəfindən saxlanılacağını bildirərək ond an həmin tanışının Türkiyə Respublikasına gəlməsinə köməklik edə bilibbilməyəcəyini soruşmuş, eyni zamanda Yin Polşada həbs cəzasına məhkum oluna biləcəyi barədə də məlumat vermişdir. O, cavabında Zərərçəkmiş şəxs1ə onun xahişini yerinə yetirilməsinin çətin məsələ olmasını bildirərək ondan Ylə onu əlaqələndirməyi təklif etmiş, Zərərçəkmiş şəxs1 də onun istifadə etdiyi mobil telefon nömrəsini Yə verdikdən sonra sonuncu ona zəng edərək təhlükədə olmasını və və polis orqanları tərəfindən tutulacağını bildirmişdir. O, Ydən bunun səbəbini soruşduqda sonuncu qanunsuz qaçaq silah alverçisi olduğunu demişdir. Bu sözlərdən sonra o, Ydan belə işlərlə məşğul olması barədə Zərərçəkmiş şəxs1in xəbəri olub-olmamasını soruşduqda Y Zərərçəkmiş şəxs1in də onun vəziyyətindən xəbərdar olduğunu bildirmişdir. Bu danışıqları zamanı o, həmin şəxsə köməklik edə bilməyəcəyini bildirmiş və bir daha onu narahat etməməsini xahiş etmiş, sonra isə Zərərçəkmiş şəxs1lə əlaqə saxlayıb həmin şəxsdən uzaq durmağını və dərhal da telefonunda onun nömrəsini bloklamasını məsləhət görmüşdür. Aralarındakı söhbət zamanı Zərərçəkmiş şəxs1in özü də həmin tanışının işləri ilə bağlı məlumatlı olduğunu etiraf etmişdir. Bundan sonra, belə bir şəxslə telefon danışığı olması faktına görə sonradan mümkün araşdırma zamanı problemlə üzləşməməsi üçün özünü sığortalamaq məqsədi ilə o, 28 aprel 2023-cü il tarixdə Kayseri şəhərində vəkili Xdən xahiş etmişdir ki, könüllü olaraq onun adından Kayseri prokurorluğuna məlum telefon əlaqəsi barədə izahat versin, əlaqə yaratmalarının səbəbi barədə bildirsin, həm də danışıqdan öncə Yin əm əlləri ilə bağlı məlumatsız olmasını qeyd etsin. Sonra o, öz təşəbbüsü ilə Zərərçəkmiş şəxs1lə əlaqə saxlayıb ona bu barədə məlumat vermiş və əgər istəyirsə problem olmaması üçün ona da vəkil tutmasını, tutulacaq vəkilin lazım olanda onun adından Kayseri prokurorluğunda iştirak etməsini təklif etmişdir. Zərərçəkmiş şəxs1 narahat olmuş və problemin həlli üçün vəkil tutulmasına razılaşmış, məsələnin həllinə köməklik göstərməsini ondan xahiş etmişdir. O, da öz növbəsində vəkillə danışmış və Zərərçəkmiş şəxs1ə dönərək bu işə görə vəkilə 40000 ABŞ dolları məbləğində pul ödənilməli olmasını bildirmişdir. Bu məbləğ ilk baxışdan çoxlu görünsə də, Türkiyədə vəkillər kiməsə hüquq yardım göstərmək üçün bağladıqları müqaviləyə görə məhz belə məbləğlərdə pul alırlar. Bununla bağlı onun Zərərçəkmiş şəxs 1 və sonuncunun anası Zərərçəkmiş şəxs2 ilə xeyli danışıqları olmuş, nəhayət, öncədən vəkilə vermək üçün Zərərçəkmiş şəxs1in anası Zərərçəkmiş şəxs2 köçürmə yolu ilə ona 2000 manat pul göndərmiş, lakin həm onun, həm də qızının təklif olunan pulu vermək istəmədiklərini, ümumiyyətlə dediyi məbləğdə pullarının olmadığını görüb, o, başqa ölkəyə səfərə getməsi ilə əlaqədar 29 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1in anası Zərərçəkmiş şəxs2 göndərdiyi pulun geri qaytarılması üçün bank kartı istəmişdir. Zərərçəkmiş şəxs1 isə növbəti gün anasının kart atacağını və onunla özünün görüşəcəyini bildirdikdən sonra onlar 29 aprel 2023-cü il tarixdə Bakı şəhərində “Qələbə dairəsi” adlanan yerdə fəaliyyət göstərən “Mado” restoranında görüşmüş və söhbət zamanı Zərərçəkmiş şəxs1 ona vəkilə təqdim etməsi üçün içərisində 10000 ABŞ dolları pul olduğunu bildirdiyi ağ kağız bükülünü vermişdir. O, həmin bükülünü ümumiyyətlə açmayaraq və içərisinə baxmayaraq, pulları isə saymayaraq götürüb cibinə qoymuş və Zərərçəkmiş şəxs1lə birlikdə həmin restorandan çıxarkən polis əməkdaşları onu ysaxlayıb Yasamal rayon Polis İdarəsinə aparmışlar. İdarədə onunla aparılan söhbətlər zamanı əməliyyatçılar oyuncaq pulun Zərərçəkmiş şəxs1 tərəfindən ona verilməsi əməliyyatını özlərinin təşkil etdiklərini bildirmişlər. Baş vermiş bütün bu proseslərin gedişində o, heç bir halda nə Zərərçəkmiş şəxs1dən, nə də anası Zərərçəkmiş şəxs2dən pul tələb etməmiş, onlara hər hansı şəkildə hədə-qorxu gəlməmiş, onların haqqında hansısa rüsvayedici məlumatları yaymaq niyyəti izləməmiş, çünki onların haqqında onda heç bir məlumat olmamışdır. Bütün danışıqları zamanı o, zərər çəkmiş şəxslərə problem yaranacağı halda onun əvəzindən vəkilin çıxış edə biləcəyini, bunu istədikləri təqdirdə isə vəkilə pul ödəməli olduqlarını bildirmişdir. Məhkum həmçinin qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1in anasının ondan xəbərsiz yazaraq istintaqa təqdim etdiyi onunla olan danışıqlarına diqqətlə qulaq asıldıqda da onun Zərərçəkmiş şəxs1dən və ya anasından hədə qorxu ilə pul tələb etməməsi aydın görünür. Zərər çəkmiş şəxsə vurduğu 2000 manat məbləğində ziyanın 1000 manatını onun valideynləri ibtidai istintaq zamanı ödəmiş, qalan 1000 manatı isə maddi imkansızlıq səbəbindən qarşı tərəfə ödəyə bilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Rasim qızı göstərmişdir ki, o, Məhkum ilə 201 8-ci ildə Türkiyə Respublikasında ilk dəfə ali məktəbə daxil olduğu zaman Kayseri şəhərində Universitetdə sənədləşmə ilə bağlı, yəni qeydiyyat işlərini görərkən ailə üzvləri ilə birlikdə tanış olmuş, həmin vaxt X orada həm azərbaycanlılara, həm də xarici vətəndaşlara belə işlərdə köməklik göstərməklə məşğul olmuşdur. Tanışlıqdan sonrakı dövrlərdə illər boyu X ona tez-tez iş, təqaüd proqramları, habelə öz şirkətində işləmək və sair təkliflər etmiş, lakin o, bunların heç birini qəbul etməmişdir. O, Türkiyədə olarkən həmçinin iş yerində Y adlı şəxslə də tanış olmuş, lakin bundan bir gün sonra Y Polşaya getmişdir. Sonradan Y ona Polşadan zəng edərək iş yerində müdiri ilə dalaşıb onu bıçaqladığını, həmçinin anasının xəstə olduğunu və buna görə Türkiyəyə gəlmək istədiyini, lakin polis orqanları tərəfindən təqib edildiyinə görə gələ bilmədiyini bidirərək ona köməklik göstərməsini xahiş etmişdir. O, isə Məhkum logistika şirkətində işləməsini bildiyinə görə ona zəng edib ona Yın xahişini çatdıraraq ondan sonuncuya Türkiyə Respublikasına qayıtmaqda köməklik göstərməsini istəmiş, X da Ya onun telefon nömrəsini verməsini təklif edərək sonuncu ilə danışıb ona məlumat verəcəyini demişdir. Məhkum Yla telefonla danışdıqdan sonra ona Yın nömrəsini bloklamasını məsləhət görmüş, həmçinin özünün də Yın nömrəsini bloka atdığını, Yın qara əməllərlə məşğul olduğunu bildirmişdir. O, da Yın nömrəsini bloklamış, X isə həmçinin ona Yın “İnterpol” tərəfindən axtarıldığını, onun başının bəlada olduğunu deyib sonuncu ilə necə tanış olmasını soruşduqda ona Yla Gizem adlı rəfiqəsinin vasitəsilə tanış olma sının təfərrüatları barədə məlumat vermişdir. X isə ona cinayət xarakterli əməllərlə məşğul olan şəxslə əlaqəsi olduğuna görə onun müəyyən problemlər yaşaya biləcəyini, yəni Universitetdən xaric edilərək Türkiyədən deport oluna biləcəyini, hətta 8-12 il müddətdə həbs olunacağı təhlükəsinin olması barədə deyib bu barədə heç kimə, həmçinin polis orqanlarına məlumat verməməsini tapşırmış, bu problemlərin həlli, yəni ona köməklik göstərilməsi üçün isə 50 min ABŞ dolları məbləğində pul vermək lazım olduğunu bildirmiş, buna görə Bakıya gəlməsini təklif etmişdir. Həmin vaxt X özü də Bakıda olmuş, hətta onun üçün də Bakıya gəlməkdən ötrü bilet almağı təklif etmişdir. O, bütün bu məsələlər haqda valideynlərinə xəbər verdikdən sonra anası Zərərçəkmiş şəxs2 özü də Məhkum ilə Bakıda görüşüb söhbət etm iş, X isə dediyi təhlükəli problemlərin həlli üçün ondan 40 min ABŞ dolları məbləğində pul istəmiş, lakin anası onların bu məbləğdə pullarının olmamasını, bəlkə evlərini satsalar həmin pulu düzəldə biləcəyini bildirmişdir. Məhkum isə anasına pulu 2 gün ərzində ödəməli olmasını, özünün başqa ölkəyə gedəcəyini, dediyi pulun heç olmasa 20 min ABŞ dollarını dərhal, qalan hissəsini isə 6 aya ödəmək lazım olduğunu bildirmişdir. Bu haqda X ona da demiş, eyni zamanda ilk məbləğ ödənildikdən sonra qalan 20 min ABŞ dolları məbləğində pulun verilməsi məsələsini öz aralarında 1-2 saata həll etməsini təklif etmişdir. O, bu təklifinin əxlaqsız təklif olduğunu başa düşmüş, bundan sonra isə anası polis orqanlarına şikayət etmiş, onun isə Bakıya gəlməsi qərarlaşdırılmışdır. Məhkum guya onun Bakı şəhərinə g ələrkən problem yaşamaması üçün anasından 2000 manat məbləğində pul tələb etmiş, anası da buna da inanıb həmin məbləğdə pulu Xın bank kartına yükləmişdir. Bakı şəhərinə qayıtdıqdan sonra o, 29 aprel 2023-cü tarixdə Xla Yasamal rayonunda yerləşən “Mado” restoranında görüşmüş, onunla apardığı danışıqları telefonuna yazmış, həmin vaxt ona anasının əvvəlcədən hazırlayıb ona verdiyi 100 ədəd 100-lük ABŞ dollarına oxşar əskinazları kağıza bükülmüş vəziyyətdə Məhkum vermiş, sonuncu həmin saxta pullar olan bükülünü götürüb onun içərisinə baxmadan cibinə qoymuş, bu proseslərin hamısı isə anası tərəfindən telefon vasitəsilə kənardan çəkilmişdir. Bundan sonra onlar restorandan çıxarkən Məhkum polis əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinə aparılmışdır. Cinayət işinin materiallarından görün ür ki, Zərərçəkmiş şəxs1 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında verdiyi ifadələrə uyğun məzmunda ifadələri həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 da vermiş və eyni ilə göstərmişdir ki, 2023-cü ilin aprel ayında qızı Zərərçəkmiş şəxs1 ona Universitetdə oxuduğu Türkiyə Respublikasının Kayseri şəhərindən zəng edərək problemi olduğunu bildirmiş, o, da sonuncudan bu barədə soruşduqda Zərərçəkmiş şəxs1 tanışları Məhkum Bakıya gəlib bu haqda məlumat verəcəyini demişdir. Həmin ərəfədə Bakı şəhərində olan, onun əvvəldən də tanıdğı Məhkum yaşadıqları evə gəlmiş və söhbət zamanı bildirmişdir ki, Zərərçəkmiş şəxs1 Y adlı cinayətkar fəaliyyət göstərən şəxslə görüşməsinə və onunla əlaqə saxladığına görə universitetdən qovulub Turkiyə Respublikasından deport oluna bilər. O, Xdan b u problemin necə həll oluna biləcəyini soruşduqda X narahat olmamasını xahiş edib vəkilin köməkliyi ilə bu məsələni həll edəcəyini, bununla əlaqədar adam tapacağını və onlara köməkliyi necə həll edəcəyi barədə məlumat verəcəyini vəd etmişdir. Növbəti gün X ona zəng edərək bu məsələnin çox yüksək məbləğdə pul müqabilində həll olunacağını, dayısının yüksək vəzifələrdə işlədiyini, narahat olmamasını və tez bir zamanda qızı Zərərçəkmiş şəxs1in işini yüksək vəzifəli şəxslərin vasitəsilə 50000 ABŞ dolları məbləğində pulun müqabilində həll edəcəyini demiş, bundan sonra isə dəfələrlə ona zəng edərək pulun verilməsini istəmişdir. O, Xa istədiyi pulun çox böyük məbləğdə olduğunu və həmin pulu tapa bilməyəcəyini bildirərək pul tapmaq üçün möhlət verməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 27 aprel 20 23-cü il tarixdə Bakı şəhərinə gəldikdən sonra bu məsələ ilə bağlı vəkil Nümayəndə ilə görüşüb danışmış və sonuncu onu dinlədikdən sonra Xın onları aldatdığını bildirmişdir. Bundan sonra Məhkum növbəti dəfə ona, yəni Zərərçəkmiş şəxs2 zəng etdikdə o, telefon danışıqlarını istifadə etdiyi telefon vasitəsilə yazmışdır. Zərərçəkmiş şəxs1 Bakıya gələn günün axşamı X növbəti dəfə ona zəng edərək istədiyi pulun 20000 ABŞ dolları məbləğinin dərhal, qalanının isə evlərini satdıqdan sonra 6 ay müddətində hissə-hissə ödənilməsini təklif etmiş, bundan əvvəl isə Zərərçəkmiş şəxs1in Bakıya gələrkən hava limanında saxlanılmaması üçün 2000 manat məbləğində pul vermək lazım olduğun bildirmiş, o, da həmin məbləğdə pulu “Bravo market”dəki terminal vasitəsilə Xın kartına köçürmüşdür. Məhkum tərəfindən aldadı qlarını biləndən sonra isə o, qızı ilə birlikdə Yasamal rayon Polis İdarəsinə gedərək orada şikayət ərizəsi yazmış, həmin ərizədə Xın onlara hədə-qorxu gələrək pul tələb etməsini bildirmiş, bundan sonra isə qızı Xla danışaraq onun istədiyi pulun bir hissəsini vermək adı ilə onunla görüşməyi təklif etmiş, sonuncu da buna razılıq verdikdə o, əvvəlcədən hazırladığı 100 ədəd saxta 100-lük ABŞ dolları əskinazları Zərərçəkmiş şəxs1ə vermiş və onlar birlikdə 29 aprel 2023-cü il tarixdə görüşün təyin edildiyi “Baku mall”da yerləşən “Mado” restoranına getmişlər. Orada Zərərçəkmiş şəxs1 Xla görüşərkən üzərində olan saxta pul əskinazlarını kağıza bükülmüş vəziyyətdə sonuncuya vermiş, eyni zamanda apardıqları danışıqları qızı telefonuna yazmış, o, isə kənarda dayanıb baş verən prosesləri videoçəkiliş aparmaqla qeydə almışdır. Həmin vaxt Məhkum Zərərçəkmiş şəxs1in verdiyi bükülünü götürüb içərisinə baxmadan cibinə qoymuş və onlar restorandan çıxarkən X polis əməkdaşları tərəfindən saxlanılıb Polis İdarəsinə aparılmışdır. İş materiallarında olan telefona baxış keçirilməsi haqqında 18 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Məhkum məxsus “İphone 13Pro” markalı mobil telefona baxış zamanı "WhatsApp” sosial tətbiqində Zərərçəkmiş şəxs1 adlı şəxsə aid +90 ***-***-**-** saylı mobil nömrə ilə yazışmalar aparılması müəyyən edilmişdir. Bu yazışmalar zamanı Məhkum Zərərçəkmiş şəxs1 Y adlı şəxslə danışdığından böyük problemlə üzləşəcəyini və ona kömək etmək üçün öz vəkili ilə danışacağını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 Məhkum vəkilin telefon nömrəsinin ona verməsini xahiş etm iş, lakin sonuncu vəkilin onunla danışmaq istəmədiyini və onun vasitəsi ilə danışacağını və ona köməklik edəcəyini bildirmişdir. Daha sonra Məhkum Zərərçəkmiş şəxs1 “Bir də Ankarayacan gəlməyə pulun varmı? Yoxdursa pul göndərim sənə birdə baqajın olacaq ya yox?, Zərərçəkmiş şəxs1 mən səndən cavab gözləyirəm”, “Mən vəkillə danışdım Zərərçəkmiş şəxs1 dedim ki, mən Zərərçəkmiş şəxs1i gətirim həll edək. O mənə dediki boş boşuna özüvüzü yormayın. Universitet onu çıxardacaq. Özüvü yormayın. Mən özüm də çıxılmaz vəziyyətdə qalmışam. İndi vəkilnən yenə danışacam, görüm necə həll edirəm”, “Zərərçəkmiş şəxs1 ailənlə danışdım heç bir narahatçılığa səbə yoxdur. Səni qısa zamanda Azərbaycana gətirəcəyik. Ailən çox yaxşı insanlardır. Sən heç bir şeydıən narahat olma”, “Zərərçəkmiş şəxs1 məni səni heç nədə ittiham eləmirəm. Sən nə deyirsən ocürdü. Mən onuszda vəkilimə hər şeyi demişəm, inşallah sənin üçün hər şey yaxşı olar”, “Mən bununla əlaqədar ananla da danışdım və hətda dedim ki, mən verməyə də hazıram. Özün bilərsən”, “Zərərçəkmiş şəxs1 sənin ailən ümumilkdə mənə 50000 manat pul verməlidirlər bu iş üçün. Mən sənə demişdim ki, əgər tapmırsısza mən qoyum” məzmunlu, Zərərçəkmiş şəxs1 isə “aaa mən elə bildim 50000 dollar vso anladım inşallah bu iş həll olunar” məzmunlu mesajlar göndərilmişdir. Bundan başqa “Ramiz.DR” adlı şəxsə aid +99***-***-**-** saylı mobil nömrə ilə danışıqlar zamanı “X bəy sabah inşaliah sizə 2000 manaı verəcəm ki, vəkil məsələsini həl edin” məzmunlu mesajın göndərildiyi, buna cavab olaraq “bu gün karta ata bilərsiniz? çünki o sabah tezdən savcılıqda olacaq mən b u gün onun hesablna atım deyə” mesajın, bundan sonra isə kart şəkilin göndərilməsi müəyyən edilmişdir. Həmçinin “Zərərçəkmiş şəxs1in anası” adlı mesajlara daxil olduqda Məhkum “Xanım xahiş edirəm mən Qırğıztana gedəcəyəm mənə kart atın boş vaxtım olanda sizə geri göndərim pulu sonra üstümdə qalmasın” məzmunlu mesaj göndərdiyi, Zərərçəkmiş şəxs2 isə cavab olaraq “Axşamın xeyir, Zərərçəkmiş şəxs1in halı yaxşı deyil sabah səhər vaxt tapıb sizinlə danışarıq” məzmunlu mesaj göndərdiyi, 26 aprel 2023-cü il tarixdə 21:53:51-də 1990 manat məbləğin gəldiyini və 26 aprel 2023-cü il tarixdə 22:16:50-də 1900 manat məbləğində pulun digər karta köçürülməsi müəyyən edilmişdir. X Məhərrəməli həmin pulu borcu ilə əlaqədar göndərdiyini bildirmişdir. Təsvir edilən sübutların, o cümlədən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrinin təhlili göstərir ki, bu sübutlar heç də Məhkum qarşı irəli sürülmüş ittihamla uzlaşmır və onun hədə-qorxu ilə sonunculardan külli miqdarda pul vəsaitini tələb etməsini təsdiq etmir. Belə ki, Məhkum qarşı CM-in 182.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə, ibtidai araşdırma orqanı belə nəticəyə gəlmişdir ki, o, tamah niyyəti ilə külli miqdarda əmlakı əldə etmək məqsədi ilə zərər çəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yaymaqla özgənin əmlakını hədə-qorxu ilə tələb etmiş, yəni göstərilən maddədə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Lakin, iş üzrə toplanmış və araşdırılmış sübutlarla dəqiqliklə müəyyən edilir ki, Məhkum Zərərçəkmiş şəxs1 istintaqla müəyyən edilməmiş Y adlı şəxslə əlaqədə olmasını bildikdən sonra buna g örə zərər çəkmiş şəxsin müəyyən problemlərlə üzləşəciyini, yəni oxuduğu Universitetdən qovularaq Türkiyə Respublikasından çıxarılacağını, hətta uzun müddətə həbs edilə bilinəcəyi barədə yalan hədəsi ilə ondan və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bu problemlərin vəkilin və guya yüksək vəzifədə işləyən qohumu vasitəsilə həll edəcəyini yenə də yalandan vəd edərək bunun üçün onlara külli miqdarda pul vermək lazım olduğunu bildirmiş, bununla belə sonuncuların barəsində hansısa rüsvayedici məlumatları hər hansı üsulla yayacağı ilə onları hədələməmiş, bütün danışıqlarında isə yalnız Zərərçəkmiş şəxs1 onun guya rastlaşdığı, lakin faktiki olaraq mövcud olmayan problemləri həll etmək məqsədilə külli miqdarda pul vermək lazım olduğunu bildirmişdir. Qeyd edilən “problemlərin” olması barədə Məhkum hə m Zərərçəkmiş şəxs1, həm də Zərərçəkmiş şəxs2 bildirməsi haqda müddəalar Məhkuma qarşı irəli sürülmüş ittihamda əks olunsa da, həmin ittihamda onun dedikləri yalan məlumatların hansı əsasla rüsvayedici məlumatlar olması və onun bu məlumatların hansı üsullarla yayacağı hədəqorxusunu söyləməsi göstərilməmiş, Məhkum isə belə hədə-qorxunu zərər çəkmiş şəxslərə ünvanlaması isə istər məhkum olunmuş şəxsin, istərsə də Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, habelə toplanmış və araşdırılmış digər sübutlarla müəyyən edilməmiş, eləcə də Məhkum zərər çəkmiş şəxslər və ya onların yaxın qohumları haqqında həm ehtimal olunan, həm də həqiqi rüsvayedici heç bir məlumata malik olmamışdır. İş üzrə ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmiş işin faktiki halları isə ondan ibarətdir ki, Türkiyə Respublikasının Kayseri şəhərində yerləşən “Erciyes Üniversitesi”nin tibb fakültəsinin tələbəsi olan Zərərçəkmiş şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan, silah alveri ilə məşğul olmasına və başqa cinayətlər törətdiyinə görə “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmiş “Y” adlı tanışının gizli yolla sərhəddən qanunsuz keçməklə və sair üsullarla Türkiyə Respublikasına qayıtmaq imkanları ilə bağlı kömək etməsi üçün 2018-ci ildən tanıdığı, vaxtilə universitetdə qeydiyyat məsələlərində, mənzil kirayələməsində, sığorta işlərinin və başqa problemlərinin həllində ona köməklik göstərmiş Türkiyə Respublikasının Kayseri şəhərində yaşayan və müəyyən əlaqələri olan şəxs hesab etdiyi Məhkum müraciət etmiş, onu “Y” adlı həmin ş əxslə telefon vasitəsilə əlaqələndirmiş, sonuncu özü Məhkum polis orqanları tərəfindən tutulacağından qorxması və sair hallar barədə məlumat verib bu hallardan Zərərçəkmiş şəxs1 da məlumatlı olmasını bildirmişdir. Bundan sonra Məhkum Zərərçəkmiş şəxs1 cinayətkar şəxslə əlaqəsinin olmasından, habelə sonuncunun ona həmişə inanmasından və aldığı məlumatlardan istifadə edərək onu və zərər çəkmiş şəxsin yaxın qohumlarını aldadıb onların külli miqdarda pul vəsaitini ələ keçirmək qərarına gəlmiş, bu məqsədinə nail olmaq və zərər çəkmiş şəxslərdə inam yaratmaq üçün onun müəyyən problemlərlə üzləşə biləcəyini onlara bildirmiş və məhz bu problemlərin özünün təklif etdiyi üsullarla həll edə biləcəyinə zərər çəkmiş şəxsləri inandıraraq onlara külli miqdarda – ittihama görə 68.000 manat ekvivalentində olan 40.000 ABŞ dolları məbləğində pul vermək lazım olduğunu təklif etmiş, bununla yanaşı yenə də yalan məlumat verib guya Zərərçəkmiş şəxs1 Bakı şəhərinə gələrkən hava limanında saxlanılmaması üçün 2000 manat pul vermək lazım olduğunu bildirərək həmin məbləğdə pulu aldatma yolu ilə ələ keçirmişdir. Göründüyü kimi, Məhkum Zərərçəkmiş şəxs1 münasibətdə uydurduğu yalan məlumatları hər hansı üsulla yayacağı hədəsi ilə heç vaxt zərər çəkmiş şəxslərə müraciət etməmiş, belə məlumatları yaymaqdan ötrü hər hansı hərəkət etməmiş və onları yaymamışdır. Zərər çəkmiş şəxslər isə ilk vaxtlarda onun söylədiklərinə inansalar da, sonradan Məhkum tərəfindən aldadılmalarını müəyyən etmiş və onun ifşa olunaraq məsuliyyətə cəlb edilməsi üçün ifadələrində göstərdikləri hərəkətləri etmiş, bu hərəkətlər nəticəsi ndə də Məhkum polis orqanı tərəfindən yaxalanaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. Bütün göstərilən hallar isə Məhkum külli miqdarda özgə əmlakını hədə-qorxu ilə tələb etməsinə deyil, onun aldatma üsulundan istifadə etməklə dələduzluq yolu ilə həmin miqdarda külli miqdarda pul vəsaitini ələ keçirməyə cəhd etməsinə dəlalət edir. Məhkəmə kollegiyası bu haqda iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarında kifayət qədər geniş şəkildə əsaslandırılmış birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəni düzgün hesab edərək həmin nəticənin toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmiş işin faktiki halları ilə yanaşı aşağıda göstərilənlərə də tam uyğun olmasını qeyd edir. Əvvəla məhkəmə kollegiyası vurğulayır ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum əməlinin tö vsif edildiyi CM-in 182.3.2-ci maddəsində külli miqdarda əmlakı əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etməyə, yəni zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun bu normasının dispozitiv əlamətlərindən göründüyü kimi, özgə əmlakını və ya əmlaka olan hüququ, yaxud əmlak xarakterli daşıyan digər hərəkətlər edilməsini tələb edən şəxsin göstərilən maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün toplanmış və araşdırılmış sübutlarla aşağıdakı halların mütləq müəyyən edilməsi tələb olunur: - özgə ə mlakını və ya əmlaka olan hüququ, yaxud da əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb edən şəxs zərər çəkmiş şəxsin və və ya onun yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərmə hədəsini söyləməsi; - belə şəxsin zərərçəkmişin və ya onun yaxın qohumlarının onların haqqında rüsvayedici məlumatlar yayması hədəsini söyləməsi; - həmin şəxsin zərərçəkmişə və ya onun yaxın qohumlarına məxsus əmlakı tələf etmə hədəsi söyləməsi; - məqsədinin külli miqdarda əmlakı ələ keçirməyə yönəlməsi. Hazırki işin müəyyən edilmiş faktiki hallarından görünən odur ki, Məhkum öz hərəkətləri ilə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi izləsə də, o, bunun üçün zərər çəkmiş şəxslərin və ya onların yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərmək, onların barəsində rüsvayedici məlum atlar yaymaq və ya onların əmlaklarını tələf etmək hədəsi ilə həmin şəxslərə heç vaxt müraciət etməmiş və belə hədələrin olmamasını zərər çəkmişlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da öz ifadələrində təsdiq etmişlər. Qeyd olunmalıdır ki, hədə-qoxu ilə tələb etmə cinayəti hədənin zərər çəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir və bu anın da müəyyən edilməsi törədilmiş əmələ düzgün qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının barəsində rüsvayedici məlumatların yayılması hədəsi dedikdə bu kimi məlumatların (istər həqiqi, istərsə də həqiqətə uyğun olmayan) həmin şəxslərin şərəf və ləyaqətlərini alçaldan, işgüzar nüfuzuna xələl gətirən, ailə sirrinə aid olan və bu kimi sair məlumatların olması, digər tərə fdən isə təqsirkarın bu məlumatları istənilən üsulla yayılacağı hədəsinin söyləməsi başa düşülür. Yəni şəxs hətta bu kimi məlumatlara malik olub onları yaymaq niyyəti izləmədikdə və bununla bağlı barələrində belə məlumatlar olan şəxslərə onları yayacağı hədəsi ünvanlamadıqda, həmin şəxsin bu və ya digər əmlakın ona verilməsini tələb etdiyi halda belə onun hədə-qorxu ilə tələb etmə cinayətini törətməsindən söhbət gedə bilməz və bu kimi hallarda belə şəxs bunun üçün tələb olunan əsaslar müəyyən edildikdə mülkiyyət əleyhinə olan başqa cinayətlər (dələduzluq və ya soyğunçuluq, yaxud da quldurluq) cinayətlərini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilə bilər. Eyni zamanda şəxsin hədə-qorxu ilə tələb etmə cinayətini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün müəyyən edilmə li önəmli məsələlərdən biri də odur ki, zərər çəkmiş şəxs özü rüsvayedici məlumatların yayılması nəticəsində rüsvay edilə biləcəyini dərk etsin, belə məlumatların yayılması ilə bağlı hədə qorxuya məruz qalsın, göstərilən məlumatların yayılmaması üçün isə təqsirkar tərəfindən onun əmlakı ya əmlak xarakteri daşıyan digər hərəkətlər edilməsi ondan tələb olunsun. Məhkəmə Kollegiyası vurğulamağı lazım bilir ki, yuxarıda şərh edilən hüquqi mövqedən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli Qərarında da çıxış etmişdir. Həmin Qərarda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədəqorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə h ədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərər çəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərər çəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərər çəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazıl ı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərər çəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Hazırki işin hallarından göründüyü kimi, Məhkum Zərərçəkmiş şəxs1 münasibətdə uydurduğu məlumatları özü və ya digər şəxslər vasitəsilə yaymaq niyyəti izləməmiş və bu məlumatları yalnız yaxşı və tanışlıq münasibətində olduğu Zərərçəkmiş şəxs1in valideynləri Zərərçəkmiş şəxs2 və Şahid başqa heç kimə verməmiş, özü isə bu zaman yalnız külli miqdarda əmlakı aldatma yolu ilə ələ keçirmək məqsədində olmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra təsvir edilən Qərarında vurğulamışdı r ki, rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərər çəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərər çəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərər çəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərər çəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin Plenumu hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini, predmetini, obyektini, obyektiv və subyektiv cəhətlərini araşdıraraq qeyd etmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Eyni hüquq mövqe həmçinin “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli Qərarında da (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş əlavələr və dəyişikliklərlə birlikdə) məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdə də əksini ta pmışdır. Belə ki, həmin Qərarın 1-1-ci bəndində izah olunur ki, Cinayət Məcəlləsinin 182.1 ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Qərarın 3-cü bəndində qeyd edilmişdir ki, CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş “zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə tələb etmə” əlaməti istənilən xarakterli zorun tətbiq edilməsi hədəsini ehtiva edir. Cinayət məsuliyyətinin yaranması üçün hədənin zərər çəkmiş şəxs tərəfindən re al hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləciyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın hədənin edilməsindən dərhal sonra və yaxud gələcəkdə zor tətbiq etmək niyyətini ifadə etməsi hədənin real olub-olmaması baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmir. Eyni zamanda rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona plan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələc əkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Daha sonra məhkəmə kollegiyası Məhkum əməlinin apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin hökmü ilə külli miqdarda əmlakı ələ keçirmək məqsədilə dələduzluq cinayəti kimi qiymətləndirilməsinə və bu əməlin CM-in 29, 178.3.2-ci maddəsi ilə tövsif edilməsinə münasibət bildirərək qeyd edir ki, dələduzluğa, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməyə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti CM-in 178.1-ci maddəsində, həmin əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə isə belə məsuliyyət CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuşdur. İş materialları ilə müəyyən edilir ki, Məhkum dələduzluq cinayətinin məhz aldatma üsulundan istifadə edərək, yəni zərər çəkmiş şəxslərə uydurduğu, həqiqətə uyğun olmayan və hər hansı sübutla təsdiq olunmayan məlumatları verərək yalnız bir məqsəd – onlara məxsus külli miqdarda pul vəsatini bu yolla ələ keçirmək məqsədi izləmiş, bu məqsədlə guya yaranmış problemlərin həlli üçün onlara ittihamda göstərilən məbləğdə pul vermək lazım olduğunu bildirmiş, faktiki olaraq özü də zərər çəkmiş şəxslərə çatdırdığı məlumatların yalan olduğunu dərk edərək onların xeyrinə hər hansı hərəkət etmək niyyətində olmamış və belə hərəkətlər etməmiş, lakin istədiyi məbləğin yalnız 2000 manatını ələ keçirməyə müvəffəq olmuş, qalan pul məbləğini isə ifşa edilərək cinayət məsuliyyətinə cəlb edildiyi üçün, yəni iradəsindən asılı olmayan səbəbə görə ələ keçirə b ilməmişdir. Məhkəmələrin bu haqda gəldikləri nəticəni qanuni və əsaslı hesab edən məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, həmin nəticə toplanmış və araşdırılmış sübutlarla yanaşı, həm cinayət qanunu normalarının tələblərinə, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qərarı ilə dəyişiklik edilmiş “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrə də tam uyğundur. Belə ki, göstərilən Qərarın 1-ci bəndinin 1 və 2-ci abzaslarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti alda tma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Plenumun hüquqi mövqeyinə görə, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarın 2 və 5-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əm lak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların ve rilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması o nun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin, bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Təhlil edilən Qərarın 8-ci bəndində məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəldilərək 10-cu bənddə izah edilmişdir ki, dələduzluq hədə-qorxu ilə tələb etmə cinayətindən (CM-in 182-ci maddəsi) onunla fərqlənir ki, dələduzl uğun törədilməsi zamanı zərər çəkmiş şəxsin iradəsinə aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə, CM-in 182-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zamanı isə zərərçəkmişə ünvanlanmış hədə-qorxu (zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakının tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətləri etməyi tələb etmə) vasitəsilə təsir göstərilir. Dələduzluq maddi tərkibli cinayət olduğundan, həmin cinayət əmlak (əmlaka olan hüquq) ələ keçirildikdən sonra təqsirkarın ona sərəncam vermək imkanının yarandığı andan, hədə-qorxu ilə tələb etmə isə formal tərkibli cinayət kimi müəyyən edildiyindən, təqsirkar tərəfin dən yuxarıda sadalanan hərəkətlərin edildiyi andan əmlakın (əmlaka olan hüququn) ələ keçirilib-keçirilməməsindən və ya əmlak xarakteri daşıyan hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq başa çatır. Həmçinin, Qərarın 33-cü bəndində göstərilmişdir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Beləliklə məhkəmə kollegiyası cinayət işinin materiallarına, həmin iş üzrə toplanmış və araşdırılmış, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən isə CPM-in 143146-cı maddələrinin tələblərinə uyğun ol araq tədqiq edilmiş sübutlara, cinayət qanunvericilyinin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun müvafiq Qərarlarında əksini tapmış izah və tövsiyələrə əsaslanaraq belə nəticəyə gəlir ki, əvvəla birinci instansiya məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən ona təqdim olunmuş bütün sübutları tam və hərtərəfli araşdıraraq, apellyasiya instansiyası məhkəməsi bu sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək Məhkum tərəfindən hökmün təsviriəsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilən cinayət əməlini – külli miqdarda özgə əmlakını aldatma yolu ilə ələ keçirməyə cəhd etmə cinayətini törətməsi barədə mötəbər nəticəyə gəlmiş və onun bu əməlini CM-in 29, 178.3.2-ci maddəsi ilə düzgü n tövsif etmişlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşıb həmin məhkəmənin 5 iyun 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması haqqında qəbul etdiyi 10 sentyabr 2024-cü il tarixli qərarında araşdırılmış sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verərək haqlı olaraq Məhkum əməlinin başqa cür ixtisaslaşdırılması üçün əsaslar müəyyən etməmiş, nəticə etibarı ilə isə kassasiya protesti ilə ehtiva olunan və qəbul edilmiş yekun qərarın ləğv edilməsini şərtləndirən CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməmişdir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya protestinin ehtimal xarakterli dəlillərini qəbul edilməz say araq həmin protestin təmin edilməsi üçün əsaslar görmür və buna görə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını mümkün bilir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini bir daha cinayət işinin materialları ilə əlaqəli şəkildə təhlil edərək və həmin protestin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməməli, Məhkum CM-in 29, 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan R espublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar