Məhkəmə qərarları › İş №1(102)-139/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-139/2021

08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-139/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi İsayev Samir Nadir oğlunun, bəraət almış şəxslər X10, X7 və X11in müdafiəçisi Məmişov Bəylər Sahib oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli hökmü ilə X15, X11 və X12, hər birisinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.3.2, 186.1, 322.2-ci maddələri ilə təqsirlilikləri sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə və onun nümayəndəsi İsayev Samir Nadir oğlu tərəfindən verilmiş əlavəyə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli hökmü ilə (hakimlər Xankişiyev Mirzə Aslan oğlu (sədrlik edən və məruzəçi), Həsənzadə İradə Xəlil qızı və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə) X15, xxxxxxxxx il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan, X11, xxxxxxxx 1967-ci il tarixdə Rusiya Federasiyasının Kislovodsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3yan, və X12, xxxxxxxxxx il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan,fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, hər birisinın CM-nin 177.3.2, 186. 1, 322.2-cimaddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. İşin halları: İbtilai araşdırma orqanı tərəfindən X23, X19 və X20, hər birisi CM-nin 177.3.2, 186.1, 322.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər ona görə ki, X1 ilə birgə xüsusi mülkiyyətlərində olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X17 ilə 22 fevral 2014-cü il tarixli icarə müqaviləsinə əsasən aralarında notarial qaydada rəsmiləşdirilmiş, həmin qeyri yaşayış sahəsi sonradan X26ə və Zərərçəkmiş şəxs arasında olan 05 fevral 2014-cü il tarixli ortaqlığa dair müqavilə üzrə X26in şəriyi Zərərçəkmiş şəxs sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə 22 fevral 2019cu il tarixədək icarəyə verilmiş və aralarında əldə olunmuş r azılaşmaya əsasən Zərərçəkmiş şəxs külli miqdarda şəxsi vəsaiti hesabına qeyri-yaşayış sahəsini təmir etdirərək həmin ünvanda «Zərərçəkmiş şəxs moda evi» açaraq modelyer kimi fəaliyyət göstərdiyi müddətdə qeyri-yaşayış sahəsindən istifadəilə bağlı yaranmış mübahisəyə tərəflərin qarşılıqlıiddia tələbləri üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsində baxılarkən 04 avqust 2016-cıil tarixli, 2(011)-917/2016 nömrəli qərardada əsasən mübahisəyə baxılanadək X15, X11, X26 və digər şəxslərə həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinə verilən elektrik enerjisinin, qaz və suyun kəsilməsi və ya digər maneələrin yaradılmasına yönələn hərəkətlər edilməsinin qadağan edilməsinə, 29 avqust 2016-cıil tarixli, 2(011)-917/2016 nömrəli qətnaməyə əsasən isə X15 və X11in qarşılıqlı iddiası qismən təmin edilməklə Z ərərçəkmiş şəxs mübahisə predmeti olan həmin qeyri-yaşayış sahəsindən çıxarılmasının qət edilməsinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Zərərçəkmiş şəxs həmin qətnamədən apellyasiya şikayəti verməsinə, eləcə də, 04 avqust 2016-cıil tarixli, 2(011)-917/2016 nömrəli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən X15 və X11 barəsində axtarış elan edilməsinə baxmayaraq, X15 vəşəriki X11 məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədən, yaranmış mübahisənin mülki mühakimə icraatı qaydasında yekun həllini və icra orqanı tərəfindən məhkəmə qərarının icrasının həyata keçirilməsini gözləmədən qanunla müəyyən olunmuş davranış qaydasına zidd olaraq qanuniliyi Zərərçəkmiş şəxs tərəfindən təkzib edilən istənilən hərəkətlərə yol verməklə sonuncunu iradəsinə zi dd şəkildə qeyri-yaşayış sahəsindən çıxarmağa nail olmaq məqsədi ilə əvvəlcədən düşünülmüş şəkildə 23 sentyabr 2016-cıil tarixdə hər ikisi birlikdə «xxxx» MMC ilə mühafizə xidmətlərinin göstərilməsi barədə müqavilə bağlamış, bundan sonra X15 şəriki X11 və «xxxx» MMC-nin mühafizəçisi X20 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2016-cıilin sentyabr ayının 23-dən 24-nə keçən gecə X15 və X11in birbaşa tapşırığı və rəhbərliyi altında onlar X12la üçü birlikdə qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qeyri-yaşayış sahəsinin faktiki istifadəçisi Zərərçəkmiş şəxs əvvəlcədən xəbərdar edilmədən, onun razılığı, icazəsi vəiştirakı olmadan ünvan 7 ünvanında yerləşən “Zərərçəkmiş şəxs moda evi’”nin giriş qapısını zor tətbiq etməklə sındırıb şəxsin icarəsində olan qeyri- yaşayış sahəsinə qanunla müəyyən olunmuşəsaslar olmadan daxil olaraq istənilən vasitə ilə İcarəçinin binadan çıxarılmasına nail olmaq məqsədiilə elektrik və su xətlərini kəsərək modalar evinin normal fəaliyyətinə maneçilik yaratmaqla qanunla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və təşkilat tərəfindən təkzib edilən hərəkətləri özbaşına törədib Zərərçəkmiş şəxs mühüm ziyan vuraraq özbaşınalıq etmiş, bundan başqa icarəçinin şəxsi vəsaiti hesabına alınıb təmir olunmuş tikilinin divar kağızlarını cırmaqla, divarlardakı dekorları qoparmaqla, döşəmənin metlax təbəqəsini qoparıb üzərinə boya tökməklə, xrustal pərdələrin bir hissəsini və digər avadanlıqları sıradan çıxarmaqla özgənin əmlakını qəsdən zədələyərək Zərərçəkmiş şəxs ümumili kdə 15.188 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmuş, eyni zamanda qanunsuz daxil olduqları Zərərçəkmiş şəxs iş otağındakı stolun üzərində qoyulmuş sonuncuya məxsus içərisində 30.000 manat nağd pul vəsaiti olan 2.500 manat dəyərində kosmetika qabını, digər otaqdan isə svarovski qaşlarla bəzədilmiş 30.600 manat dəyərində 8 ədəd gecə paltarlarını, şəxsi kolleksiyaya aid 96.000 manat dəyərində parçaları, hər biri 1.000 manat dəyərində 4 ədəd planşetləri, 10.000 manat dəyərində qadın üçün müxtəlif bəzək əşyaları (aksessuarlar) və bijuteriyaları, 2.000 manat dəyərində reklam lövhəsini gizli yolla talayaraq zərərçəkmişşəxs Zərərçəkmiş şəxs külli miqdarda, yəni 175.100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Hökmdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş a pellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Həsən Hüseynoğlu(sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) 10 yanvar 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şkayəti, onun nümayəndəsi S.N.İsayev isə ona edilmiş əlavəni verərək hər ikisi həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona edilmiş əlavənin dəlilləri: Hazırki iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin çıxardıqları yekun məhkəmə aktlarına, X15ə, X11ə və X12a elan olunmuş ittihama və fikrincə, bu ittihamı təsdiq edən sübutlara, habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına istinad edən və işin müəyyən edilmiş faktiki hallarını müdafiə tərəfinin sübutlarını ilə birgə mübahisələndirən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutları, işin bütün hallarını tam və obyektiv araşdırmamış və nəticədə qanunsuz hökm çıxarmış, apellyasiya instansiya məhkəməsi isə əsassız olaraq həmin hökmü qüvvəsində saxlamışdır. Məhkəmələr hazırki cinayət işinə baxarkən CPMnin 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CP M-nin 143146-cı maddələrində göstərilən tələblərə uyğun tətqiq etməmiş və qiymətləndirməmiş, nəticədə də X15ə, X11ə və X12a, əsassız olaraq bəraət verilmişdir. Birinci instansiya məhkəməsində çox saylı şahidlər dindirilərək təqsirləndirilən şəxslərin onlara elan olunmuş ittihamlar üzrə cinayət əməllərini törətdiklərini təsdiq etmiş, lakin məhkəmələr həmin şahidlərin ifadələrini nəzərə almamışlar. Apellyasiya instansiyası məhkəməsinin qərarını eyni dəlillərlə qanunsuz və əsassız hesab edən zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi S.N.İsayev kassasiya şikayətinə əlavəsində həm təqsirləndirilən şəxslər X15in, X11in və X12un, həm də bir sıra şahidlərin yalan ifadələr vermələrini, bu ifadələrin iş üzrə toplanmış digər sübutlarla təkzib edilməsini qeyd edərək məhkəmələr tərəfindən həmin ifadələr ə mümkünlüyü, mötəbərliyi və mənsubiyyəti üzrə düzgün qiymət verilmədiyini, məhkəmələrin yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etdiyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq zərərçəkmiş Zərərçəkmiş şəxs və onun nümayəndəsi S.N.İsayev kassasiya şikayətinin və ona edilmiş əlavənin öz müraciətlərində göstərdikləri əsaslarla təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edirlər. Bəraət almış X11in müdafiəçisi vəkil B.S.Məmişov kassasiya şikayətinə etiraz verərək həmin şikayətin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinə və ona edilmiş əlavəyə m əhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında bəraət almış X12 və ibtidai araşdırma orqanı tərəfindən hazırki iş üzrə zərər çəkmiş qismində tanınmış Zərərçəkmiş şəxs qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına naməlum səbəblərdən gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə bəraət almış X12un və Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya şikayətinə və ona edilmiş əlavənin məzmunlarından göründüyü kimi, həmin şikayətin və ona edilmiş əlavənin əsas dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi X15ə, X11ə və X12a bəraət verərkən, apellyasiya instansiyası məhkəməsi isə b əraət hökmünün qüvvədə saxlanılması haqqında qərar qəbul edərkəniş üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina etmiş, araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş və iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Bununla da kassasiya müraciətlərinn müəllifləri apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1-416.1.3-cü maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqd im etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə. Odur ki, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs kassasiya şikayətini və onun nümayəndəsi S.N.İsayevin kassasiya şikayətinə əlavəsini kassasiya qaydasında baxılmalı olan müraciətlər kimi görür və buna görə X15in, X11in və X12un barələrindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməs inin Cinayət Kollegiyası ilk növbədə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedi kdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Mə hz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydad a tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izaşlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edi r ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu b arədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin birinci cümləsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, CPM-nin ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübh ələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərili r ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yana şı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsin ə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranm a mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittiha mın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Təqsirə görə məsuliyyət prinsipi nəzərdə tutlmuş CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məs uliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə ci nayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nətic ələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Mə hkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən iş üzrə toplanılan, lakin məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmal ı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin bəraət hökmünü və həm in hökmü dəyişdirilmədən saxlamışapellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verildiyi müəyyən olunur. Kassasiya şikayətinin və ona edilmiş əlavənin müəllifləri öz müraciətlərində qeyd etmişlər ki, X15in, X11in, X12un ittiham olunduqları cinayətləri törətməkdə t əqsirlərinin təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onlar barəsində çıxarılmış bəraət hökmünü qanunsuz və əsassız olaraq qüvvəsində saxlamışdır. Zərərçəkmiş şəxsin və onun nümayəndəsinin irəli sürdükləri dəlillərə cavab olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, bu dəlillərin əksinə olaraq, X15in, X11in, X12un, hər birisinin CM-nin 177.3.2, 186.1, 322.2-ci maddələri ilə təqsirləndrilməsinə dair cinayət işinə baxan Bakı Ağır Cinayətlər Məhkəməsi Konstitusiyanın 125-ci maddəsinin 7ci bəndinin tələblərinə müvafiq olaraq həqiqətin müəyyən edilməsi istiqamətində iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq ibtidai araşdırma zamanı yol verilmiş çatışmazlıqları, ziddiyy ətləri və natamamlığı aradan qaldırmış və məhkəmənin çıxardığı hökm həlledici şəkildə təkcə X15in, X11in və X12un cinayət təqibinin bütün mərhələlərində verdikləri eyni cür ifadələrinə deyil, həmçinin bu ifadələrlə üst-üstə düşən və onları tamamlayan digər sübutlara da əsaslanmışdır. Cinayət işi materiallarının təhlili isə göstərir ki, bu sübutlarla X15in, X11in, X12un oğurluq, özbaşınalıq və özgə əmlakını qəsdən məhv etmə ya zədələmə əməllərini törətmələri təsdiq edilmir. Həmin sübutlar hökmdə ətraflı təsvir edilmiş, qeyd edildiyi kimi, onlara CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq qiymət verilmiş və məhkəmə hər hansı yolverilməz sübutlardan istifadə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də araşdırılmış sübutların təkrarən yenidən məhkəmə istintaqı aparılmaqla a raşdırılmasına zərurət görməmiş və birinci instansiya məhkəməsinin hökmü ilə razılaşması barədə nəticəsini qəbul etdiyi qərarda həmin sübutlara istinad etməklə kifayət qədər əsaslandırmışdır. Əvvəla, işə əlavə edilmiş sənədlərlə təkzib edilməz sürətdə müəyyən edilir ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X15in və X11in birgə mülkiyyətindədir, onlar həmin mülkiyyətlərindən hər hansı qaydada məhrum olmamış və 22 fevral 2014-cüil tarixli icarə müqaviləsinə əsasən qeyd edilən sahə X5 icarəsinə verilmiş, sonuncu isə heç bir sənəd olmadan həmin sahədən istifadə etməsi üçün onu tanışı Zərərçəkmiş şəxs sərəncamına vermiş və buna görə də faktiki olaraq icarə haqqını da Zərərçəkmiş şəxs ödəməyə başlamışdır. Göstərilən qeyri yaşayış sahəsinin Zərərçəkmiş şəxs sərəncamına verilməsini isə ibtidai araşdırma orqanı X35 arasında bağlanmış 05 fevral 2014-cü il tarixdə (icarə müqaviləsi bağlanmazdan əvvəl) ortaqlığa dair müqavilə əsasında verilməsini göstərmiş və bununla da Zərərçəkmiş şəxs bu əmlakdan tam hüquqi şəkildə istifadə edə bilməsini əsaslandırmağa çalışmışdır. Məhkəmə kollegiyası isə belə əsaslandırmanı düzgün hesab etmir və qeyd edir ki, adı çəkilə sahənin X26 tərəfindən Zərərçəkmiş şəxs verilməsi bunun üçün lazımi müqavilə bağlanmadan verilmiş və onun faktiki olarak həmin əmlakdan istifadə etmək, ona dair sərəncam vermək hüquqları yaranmamışdır. Bununla bağlı məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, mülki qanunvericiliyin prinsip və şərtlərinə əsasən tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə münasibətlər faktiki olaraq 2015-ci il tarixdən pozul muşdur. Bu isə o deməkdir ki, 2015-ci il tarixdən Zərərçəkmiş şəxs həmin obyekt üzərində hər hansı bir qanuni hüququ olmamışdır. 2015-ci il tarixdən həmin əmlak üzərində X15in və X11in mülkiyyət hüququnun mövcud olmasına baxmayaraq onlar həmin əmlakdan səmərəli şəkildə və təyinatına görə istifadə edə bilməmişlər. Buna görə də 2015-ci il tarixdən sonrakı dövr ərzində həmin əmlakdan istifadə hüququ qanunsuz şəkildə Zərərçəkmiş şəxs qalsa da 2015-ci ildən sonra X15n və X11in həmin obyektə dair birgə mülkiyyət hüququ üzrə qanunla qadağan edilməyən hərəkətləri özbaşınalıq deyil, məhz mülkiyyət hüququndan səmərəli şəkildə istifadə edilməsindən irəli gələn hərəkətlər kimi qiymətləndirilməlidir. Eyni zamanda belə hərəkətlərin edilməsi ilə bağlı da mübahisələr mühakimə icraatı qaydasında həll edilm əli idi ki, məhkəmələr də həmin mübahisələrə dair verilmiş iddialara baxaraq bu iddialar üzrə hazırda qüvvədə olan qətnamələr çıxarmışlar. Həmin qətnamələrdə X15n və X11in Zərərçəkmiş şəxs arasında yaranmış münasibətlərə, həmin münasibətlərdən irəli gələn mübahisələrə və mübahisələrin mahiyyətinə məhkəmələr tərəfindən qiymət verilmiş və tərəflər arasında yaranmış mübahisələr məhz mülki hüquq mübahisələri kimi nəzərə alınınaraq mülki və mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilmişdir. Bundan sonra həmin mübahisələrə cinayət hüquqqi xarakterli əməllər kimi baxılması isə yolverilməzdir. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərdən çıxış edərək o faktı da qəbul edir ki, Zərərçəkmiş şəxs bir müddətdən yuxarıda göstərilən obyekti istifadə etməyə başlam azdan əvvəl həmin qeyri yaşayış sahəsində təmir işləri aparmış və bunun üçün müəyyən vəsait sərf etmiş, lakin icarə haqqı ödənilmədiyinə görə X15n və X11 həmin haqqı, Zərərçəkmiş şəxs isə işlətdiyi sahədə təmir işlərinə sərf etdiyi xərcləri biri-birindən tələb etmiş, bununla bağlı onlar mülki mühakimə icraatı qaydasında iddia ərizələri ilə məhkəmələrə müraciət etmiş və məhkəmələr bu iddialara baxarkən göstərilən əmlakın X15n və X11in mülkiyyətində olmasından çıxış edərək müvafiq qətnamələr qəbul etmişlər (həmin qətnamələr cinayət işinə əlavə edilmişdir). Mülki mühakimə icraatı qaydasında çıxarılmış və iş materiallarına əlavə edilmiş qətnamələrin öyrənilməsi və təhlili göstərir ki, qüvvədə olan bu məhkəmə aktları ilə X15n və X11in öz mülkiyyətlərində olan əmlakdan istifadə etmələrinə və ya ona dair sərəncam vermələrinə heç bir məhdudiyyət qoyulmamışdır. Bu baxımdan məhkəmə kollegiyası onların öz əmlaklarının mühafizə edilməsi üçün «xxxx» MMC-i ilə müqavilə bağlayaraq öz mülkiyyətlərinin qorunub saxlanılması üçün tədbir görmələrində, göstərilən cəmiyyətin mühafizəçiləri, o cümlədən X12 tərəfindən öz vəzifələrini icra etmələri əməllərində hər hansı özbaşınalığın əlamətlərini görmür və hesab edir ki, hətta 2016-cı ilin sentyabr ayının 23-dən 24-nə keçən gecə onlar mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinə daxil olmuş olsa idilər də belə (hərçənd bu hal araşdırılmış sübutlarla təkzib edilir), onların bu hərəkətlərinin özbaşıalıq kimi qiymətləndirilməsi üçün əsas yox idi. O, ki qaldı X11, X15in və X12un həmin vaxt Zərərçəkmiş şəxs istifadə etdiyi, lakin X15n və X11in mülkiyyət ində olan qeyri-yaşayış sahəsinin qaz, su və elektirk enerjisi təminatının kəsmələrinə, divar kağızlarını qoparmalarına dair onlara elan olunmuş ittihama, məhkəmə kollegiyası qeyd edir ki, onların bu əməlləri törətmələri də mötəbərliyi şübhə doğurmayan və məhkəmə iclaslarında araşdırılmış sübutlarla təsdiqini tapmamışdır. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 04 avqust 2016-cı il tarixli qərardadı ilə mübahisəyə baxılanadək X17, X23, X19 və digər şəxslərə ünvan 9 ünvanında yerləşən evə (qeyri-yaşayış sahəsinə) verilən elektrik enerjisinin, qaz və suyun kəsilməsi və ya digər maneələrin yaradılma sına yönələn hərəkətlər etmələrinin qadağan edilməsi, ünvan 10 ünvanında yerləşən qeyri yaşayış sahəsinin üzərinə həbs qoyulması və həmin əmlakın özgəninkləşdirilməsinin qadağan edilməsinə dair iddianı təmin etmə ləğv edilmiş, X17, X23, X19 və digər şəxslərə ünvan 10 ünvanında yerləşən evə (qeyri-yaşayış sahəsinə) verilən elektrik enerjisinin, qaz və suyun kəsilməsi və ya digər maneələrin yaradılmasına yönələn hərəkətlər etmələrinə qoyulmuş qadağa götürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, bu qərardadın da mövcudluğunda X15n və X11 və onlarla birlikdə X12un hər hansı özbaşınılıq əməllərini törətmələri barədə fikir yürütmək mümkün deyil. Belə ki, CM-nin 322.1-ci maddəsinin dispozisiyasına əsasən, cinayət hüquqi normasının tələbi baxımından özbaşınalıq dedikdə mühüm ziyan vurmaqla qan unla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi başa düşülür. İş materiallarına görə isə hazırki iş üzrə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin qeyri-yaşayış sahəsi ilə bağlı və ya həmin sahədə faktiki olaraq qanuni əsaslar olmadan tikiş sexi yaradıb fəaliyyət göstərən Zərərçəkmiş şəxs qarşı hər hansı qanunsuz hərəkətlər etmələri, sonuncuya mühüm zərər vurmaları iş materialları ilə sübuta yetirilmir, bu haqda ifadələr vermiş şəxslər isə Zərərçəkmiş şəxs yaxın tanışları olmaqla onun mövqeyindən çıxış etmişlər. Məhkəmələr tərəfindən həmin şahidlərin ifadələri yekun məhkəmə aktlarında ətraflı təsvir edilmiş və həmin ifadələrə digər sübutlarla müqa yisəli şəkildə qiymət verilmişdir. X15in, X11in və X28 işlətdiyi sexdə (X15n və X11in mülkiyyətində olan qeyriyaşayış sahəsində) divarlara yapışdırılmış divar kağızlarını qoparmaqla və digər əmlakı məhvə etməklə Zərərçəkmiş şəxs 15.188 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmalarına və eyni zamanda həmin sexdən 30.000 manat məbləğində pululu, 2.500 manat dəyərində kosmetika qabını, svarovski qaşlarla bəzədilmiş 30.600 manat dəyərində 8 ədəd gecə paltarlarını, şəxsi kolleksiyaya aid 96.000 manat dəyərində parçaları, hər biri 1.000 manat dəyərində 4 ədəd planşetləri, 10.000 manat dəyərində qadın üçün müxtəlif bəzək əşyaları (aksessuarlar) və bijuteriyaları, 2.000 manat dəyərində reklam lövhəsini, cəmisi isə 175.100 manat dəyərində əmlakı oğurlamalarına dair onlara elan olunmuş ittiha ma, məhkəmə kollegiysı vurbulayır ki, araşdırılmış sübutlarla bu ittiham öz təsdiqini tapmamış, digər tərəfdən isə həmin ittiham əsasən Zərərçəkmiş şəxs və onunla birlikdə işləyən şəxslərin ziddiyyətli ifadələrinə və bu ifadələrin arxasında dayanan sübutlara əsaslanmışdır. Belə ki, Zərərçəkmiş şəxs bütün məhkəmələrə ünvanlanmış və notarial qaydada təsdiq olunmuş 08 noyabr 2018-ci il tarixli ərizəsindən görünür ki, onun işlətdiyi sexdə heç bir əmlak məhv edilməmiş, həmin sexdə oğurlanması iddia edilən 30.000 manat məbləğində pul və digər əmlak isə oradan tapılmışdır. Zərərçəkmiş şəxs bir neçə gün sonra həmin ərizəsində göstərilən halların həqiqətə uyğun olmadığı barədə başqa bir ərizə ilə ibtidai araşdırma orqanına müraciət etsə də, birinci ərizənin yazılmasının əsaslı səbəblərini həmin əri zədə mötəbər şəkildə göstərə bilməmiş və buna görə məhkəmələr haqlı olaraq bu ziddiyyətləri və onlara aid olan aradan qaldırılması mümkün olmayan şübhələri də X15in, X11in və X12un xeyrinə həll edərək yuxarıda göstərilən əməllərin onlar tərəfindən törətmələrinin sübuta yetirilməməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən bu nəticəni təsdiq edən bütün sübutları təhlil edilərək onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirildiyini, CPM-nin 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə edilmədiyini, ümumi şəkildə isə CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək X15ə, X11ə, X12a təqsi rlilikləri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan Zərərçəkmiş şəxs kassasiya şikayətinin və ona edilmiş əlavənin dəlillərini qəbuledilməz sayaraq həmin kassasiya müraciətlərinin təmin edilməsi üçün əsaslar görmür. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin və ona edilmiş əlavənin təmin edilməsi haqqında Zərərçəkmiş şəxs nümayəndəsi S.N.İsayevin, həmin kassasiya müraciətlərinin təmin edilməməsi barədə isə dövlət ittihamçısı R.T.Məmmədlinin, bəraət almış X15in, X11in və onun müdafiəçisi B.Ş.Məmişovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti təmin edilməməli və X15ə, X11ə və X12a, hər birisinə CM-nin 177.3.2, 186.1, 322.2-ci maddələri ilə təqrlilikləri sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti və ona edilmiş əlavə təmin edilməsin. X15, X11 və X12, hər birisinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 186.1, 322.2-ci maddələri ilə təqsirlilikləri sübuta yetirilməməsinə görə əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar