Məhkəmə qərarları › İş №1(102)-139/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-139/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-139/2023 10.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və X5 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi7 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 29,234.4.1, 29,234.4.3, 29,240.3.2, 310 və 315-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 sentyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X11 və X4 ibarət tərkibdə) 2 mart 2021-ci il tarixli hökmü ilə 27 avqust 1991-ci ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 240.3.1 və 34.3, 318.2-ci maddələri xaric edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29, 234.4.1, 29,234.4.3, 29, 240.3.2, 310, 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 29, 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 310cu maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası və CM-in 315-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-İn 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hökmlə həmçinin X9 Salar (Məhkum3) və M əhkum1 Valı (X13) da məhkum olunmuşlar. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X27 sədrlik edən və məruzəçi), X18 və X3 ibarət tərkibdə) 8 sentyabr 2021-ci il tarixli qərarı ilə Dövlət ittihamçısı1 Balabey oğlu tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1, 29,234.4.3, 29,240.3.2, 310, 315-ci maddələri ilə, Məhkum1 Valının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2, 318.2ci maddələri ilə, X9 Saların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2, 318.2-ci maddələri ilə məhkum olunmalarına dair cinayə t işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(09xx-xx/2021 saylı, 02 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X10 (sədrlik edən və məruzəçi), X14 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 10 fevral 2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs1, X1 və X8 barələrində olan 08 sentyabr 2021-ci il tarixli, 1(106)-481/2021 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 sentyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsini n Cinayət Kollegiyasında kassasiya şikayətinə baxılması 10 mart 2023-cü il tarixinə təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum Təqsirləndirilən şəxs1 ərizə ilə müraciət edərək kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1, 29,234.4.3, 29, 240.3.2, 310, 315-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 sentyabr 2021ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar