Məhkəmə qərarları › İş №1(102)-1390/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1390/2019

12.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1390/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 180.2.2 və 128-ci madd ələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim B.Ə.Pənahov) xx xxxxxx 1995-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1-da qeydiyyatda olan Məhkum, Azərbaycan Respublikası CM-in 180.2.2 və 128-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə, həmin Məcəllənin 128-ci maddəsiilə 09 (doqquz) ay müddətinə azadl ıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun məhkəməyədək icraat dövründə tutularaq həbsdə saxlanıldığı 08 (səkkiz) ay müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.11.2016-cı il tarixli hökmü ilə Məhkum təyin edilmiş 01 il müddətinə islah işləri cəzasının üç günü Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə müvafiq olaraq azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, bu cəza, habelə həmin hökmlə təyin edilmiş 2000 (iki min) manat məbləğində cərimə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirilmiş və ona qəti olaraq 04 (dörd) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə və 2.000 (iki min) manat məbləğində cərimə cəzaları təyin edilmiş, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması və Məhkum azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin 08 may 2018-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Mirzəyev Sahibxan Arzuman oğlu (sədrlik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə) 15 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum edilmişdir ondan ötrü ki, o, özgənin əmlakını açıq talama məqsədi ilə 24 iyun 2017-ci il tarixdə, saat 14 radələrində ünvan 1 ünvanda yerləşən Cəfər Cabbarlının heykəlinin qarşısında tanışı Zərərçəkmiş şəxs1 məxsus, 950 manat dəyərində “Zontes ZT 150-3A” markalı, 10-B-*** dövlət qeydiyyat nişanlı motosikleti bir qədər irəli saxlamaq adı ilə sonuncudan alıb üzərində 50 manat dəyərində olan də bilqə ilə hadisə yerindən sürüb qaçmaqla zərər çəkmiş şəxsə 1000 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan sonra Məhkum həmin motosikleti satdığını öyrənib Zərərçəkmiş şəxs1 müştəri qismində onunla 09.07.2017-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu rayonunun ərazisi hesab edilən Zabrat yolunda görüşüb ona qarşı törədilmiş əmələ görə onu saxlayıb polisə təqdim edəcəyini bildirərkən, Məhkum üzərindəki olan bıçaqla onun əllərinə sol saidin kəsilmiş yarası, sağ əlinin İİİ, İV barmaqların ovuc səthinin səthi kəsilmiş yarası kimi xəsarətlər yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa, Məhkum 13 iyul 2017-ci il tarixdə, saat 22 radələrində ünvan 2 ünvanda tanışı Zərərçəkmiş şəxs2 məxsus, 1.0 00 manat dəyərində “Zontes ZT 150-8A” markalı, 10-B-236 dövlət qeydiyyat nişanlı motosikleti sonuncunun gözü qarşısında qaçırdaraq özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək qeyd etmişdir ki, əməlindən səmimi peşmanlıq hissi keçirir, psixoloji və hepatit xəstəliklərindən əziyyət çəkir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və h üquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur, Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi12 sentyabr 2018-ci il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən zərərçəkmiş şəxslə barışmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qa nunun tələblərini də nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha aşağı həddə cəza təyin edilməsinə əsas vermədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2018ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əs aslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Əsli ilə düzdür:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar